Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-415/2020 21.10.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakim Hüseynov Mirbahəddin Mirdamət oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Hüseynov Elçin Şirin oğlu və Abbasov Gündüz Qasım oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi İbrahimli Şükür Sahib oğlunun katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmək və X1 Nazirliyi tabeliyində Dövlət X4 publik hüquqi şəxsinin Balakən rayon filialının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X1 Nazirliyi tabeliyində Dövlət X4 publik hüquqi şəxsinin Balakən rayon filialına qarşı “1971, 1974, 1976, 1979-1997-ci illərdə “H.Nəsibov” adına kolxozda, 1977-1979-cu illərdə “Azərbaycan” (“Sovet Azərbaycanı”) adına kolxozda və 1978-ci ildə “Musabəyov” adına kolxozda işlədiyi 23 il 5 ay müddətin sosial sığorta stajına daxil edilməsi və xx.xx.2020-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair" inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(116)-1000/2020 nömrəli qərarından iş üzrə cavabdeh Dövlət X4 publik hüquqi şəxsinin Balakən rayon filialı tərəfindən verilmiş apelyasiya şikayətinə аçıq məhkəmə iclаsındа baxaraq, müəyyən etdi: Şəki İnzibаti Məhkəməsinin (hаkim İ.H.Cabbarov) xx xxxxxx 2020-ci il tarixli, 2- 1(116)-1000/2020 nömrəli qərаrı ilə iddia təmin edilərək, cavabdeh Azərbaycan Respublikası Əmək və X1 Nazirliyi tabeliyində Dövlət X4 publik hüquqi şəxsinin Balakən rayon filialının üzərinə İddiaçı 1971, 1974, 1976, 1979-1997-ci illərdə “H.Nəsibov” adına kolxozda, 1977-1979-cu illərdə “Azərbaycan” (“Sovet Azərbaycanı”) adına kolxozda və 1978-ci ildə “Musabəyov” adına kolxozda işlədiyi 23 il 5 ay müddətin sosial sığorta stajına daxil edilməsi və xx.xx.2020-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəlinin qoyulması qərara alınmışdır. İşin hаllаrı: İddiaçı xx.xx.1955-ci il tarixdə Balakən rayonu Qullar kəndində anadan olmuşdur. Hazırda həmin kənddə yaşayır. O, 1971-1974, 1976, 1979-1997-ci illərdə “N.Nərimanov” adına kolxozda, 1977-1979-cu illərdə “Azərbaycan” (“Sovet Azərbaycanı”) adına kolxozda və 1978-ci ildə “Musabəyov” adına kolxozda işləmişdir. xx.xx.2020-ci ildə 64 yaş 6 ay tamam olduğundan sənədlərini yaşa görə əmək pensiyasının təyin olunması üçün DSMFnin Balakən rayon şöbəsinə təqdim etmişdir. Lakin onun kolxozda işlədiyi illər əmək kitabçasında qeyd edilmədiyinə görə ona yaşa görə əmək pensiyası təyin etməkdən imtina edilmişdir. Bildirmişlər ki, kolxozda işlədiyi illər əmək kitabçasında olmadığına görə həmin müddətin sığorta stajına daxil edilməsi qanunauyğun deyil. İddiaçı iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, “1971, 1974, 1976, 1979, 1997-ci illərdə “H.Nəsibov” adına kolxozda, 1977-1979-cu illərdə “Azərbaycan” (“Sovet Azərbaycanı”) adına kolxozda və 1978-ci ildə “Musabəyov” adına kolxozda işlədiyi 23 il 5 ay müddətin sosial sığorta stajına daxil edilməsi və xx.xx.2020-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bununla razılaşmayan cavabdeh bildirmişdir ki, xx.xx.1955-ci il təvəllüdlü İddiaçı xx.xx.2020-ci il tarixdən 64 yaş 6 ayı tamam olmuş, onun yaşa görə əmək pensiyası hüququ həmin tarixdən yaranmışdır. Həmin tarixə yaşa görə əmək pensiyası təyin edilməsi üçün 25 il sığorta stajı tələb olunur. Təqdim etdiyi sənədlərə əsasən onun cəmi sığorta stajı – kolxozdakı əmək fəaliyyəti dövrü: 23 il 5 ay mübahisələndirilir. Hərbi xidmət dövrü: 2 il mübahisələndirilmir. Cəmi: 25 il 5 ay təşkil etmişdir. Lakin İddiaçı kolxozdakı 23 il 5 ay iş stajı əmək kitabçasında qeyd edilməmişdir. xx.xx.2006-cı ildə qüvvəyə minmiş Əmək pensiyaları haqqında Azərbaycan Respublikasının Qanununa əsasən iş stajları əmək kitabçasına əsasən müəyyən edilir. Ona görə də həmin dövrlərin sığorta stajına daxil edilməsi qanuna uyğun olmamışdır. Qeyd olunanları nəzərə alaraq İddiaçı iddiasını əsassız hesab edərək, təmin olunmaması barədə qərar çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı iddia tələbinin təmin olunmasını xahiş etmişdir. İş üzrə yuxаrıdа göstərilən məhkəmə qərаrı çıxаrılmışdır. Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(116)-1000/2020 nömrəli qərarından iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və X1 Nazirliyi tabeliyində Dövlət X4 publik hüquqi şəxsinin Balakən rayon filialı tərəfindən apelyasiya şikayəti verilmişdir. Apelyаsiyа şikаyətinin dəlilləri: Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən iş stajları əmək kitabçasına əsasən müəyyən edilir. İddiaçı kolxozdakı iş stajları əmək kitabçasında qeyd edilməmişdir. Belə ki, xx.xx.2006-cı ildən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən iş stajları yalnız əmək kitabçasına əsasən müəyyən edilir. Bu səbəbdən iddia edilən müddətlərin sığorta stajına daxil edilməsi qanunauyğun deyildir. Ona görə də iddiaçının müraciətinə cavabdehin imtinası qanuna müvafiq olmuşdur. Məhkəmə isə iddianı təmin etməkdə haqlı olmamışdır. Apelyasiya məhkəməsinin iclasında iştirak edən İddiaçı apelyasiya şikayətinin təmin edilməməsini və iş üzrə Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(116)- 1000/2020 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Apelyasiya məhkəməsinin iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Əmək və X1 Nazirliyi tabeliyində Dövlət X4 publik hüquqi şəxsinin Balakən rayon filialının nümayəndəsi X3 apelyasiya şikayətinin təmin edilməsini, iş üzrə Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(116)-1000/2020 nömrəli qərarının ləğv edilərək iddia tələbinin təmin olunmaması barədə qərar çıxarılmasını xahiş etdi. Nicat Məsili apelyasiya şikayətinin əlavə dəlili kimi İddiaçı kolxozdakı əmək fəaliyyətinin bəzi illərində kolxoz üzrə müəyyən olunmuş həcmdə əmək günləri qazanmamasını, bu səbəbdən onun əmək pensiyasının təyini üçün tələb olunan müddətdə iş stajının yaranmamasını göstərdi. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini iş materialları üzrə tədqiq edərək belə nəticəyə gəlir ki, cavabdeh Azərbaycan Respublikası Əmək və X1 Nazirliyi tabeliyində Dövlət X4 publik hüquqi şəxsinin Balakən rayon filialı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməli, iş üzrə Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(116)-1000/2020 nömrəli qərarı ləğv edilməli və iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Hüquqi məsələlər: Azərbаycаn Respublikаsı İnzibаti Prosessuаl Məcəlləsinin 82-ci mаddəsinə görə, аpellyаsiyа instаnsiyаsı məhkəməsi mübаhisə ilə bаğlı işə şikаyət həddində və hüquqi məsələlər, hаbelə sübutlаr və fаktlаr (fаktiki hаllаr) əsаsındа mаhiyyəti üzrə tаm həcmdə bаxır. Apelyаsiyа instаnsiyаsı məhkəməsi həmçinin bu Məcəllənin 12-ci mаddəsinin tələblərinə əsаsən yeni təqdim olunmuş sübutlаrı (sübutetmə vаsitələrini) və fаktlаrı (fаktiki hаllаrı) dа nəzərə аlır. İş materiallarında olan AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, iddiaçı xx.xx.1955-ci il tarixdə Balakən rayonu Meşəşambul kəndində doğulmuşdur. İş materiallarında olan DSMF-nin Balakən rayon şöbəsinin xx.xx.2020-ci il tarixli **********7 nömrəli məktubundan görünür ki, xx.xx.1955-ci il təvəllüdlü İddiaçı xx.xx.2020-ci il tarixdən 64 yaş 6 ayı tamam olmuş, onun yaşa görə əmək pensiyası hüququ həmin tarixdən yaranmışdır. Həmin tarixə yaşa görə əmək pensiyası təyin edilməsi üçün 25 il sığorta stajı tələb olunur. Təqdim etdiyi sənədlərə əsasən onun cəmi sığorta stajı kolxozdakı dövrü: 23 il 5 ay mübahisələndirilir. Hərbi xidmət dövrü: 2 il mübahisələndirilmir. Cəmi: 25 il 5 ay təşkil etmişdir. İş materiallarında olan DSMF-nin Balakən rayon şöbəsinin xx.xx.2020-ci il tarixli aktından görünür ki, İddiaçı 1971-ci ildə işə qəbul edilməsi və 1997-ci ildə işdən azad edilməsi müəyyən edilmişdir. İş materiallarında olan Balakən rayon Dövlət Arxivinin xx.xx.2019-cu il tarixli 222 nömrəli arxiv arayışlarından görünür ki, iddiaçı 1971, 1974, 1976, 1979-1997-ci illərdə “H.Nəsibov” adına kolxozda, 1977-1979-cu illərdə “Azərbaycan” (“Sovet Azərbaycanı”) adına kolxozda işləmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddia mümkün və əsaslı iddiadır. Belə ki, iddiaçının müraciəti əsasında cavabdeh ona yaşa görə əmək pensiyasının təyin edilməsi barədə qərar qəbul etməkdən imtina etmişdir. Bununla razılaşmayan iddiaçı isə ona yaşa görə əmək pensiyasının təyin edilməsinə cavabdehin məhkəmə tərəfindən məcbur edilməsi (cavabdehin üzərinə həmin vəzifənin qoyulması) yolu ilə nail olmaq istəmişdir. Ona görə də hazırkı iddia məcburetmə haqqında iddia növünə aiddir. Cavabdeh orqan iddiaçının müraciətinə imtinasını belə əsaslandırmışdır ki, xx.xx.1955-ci il təvəllüdlü İddiaçı xx.xx.2020-ci il tarixdən 64 yaş 6 ayı tamam olmuş, onun yaşa görə əmək pensiyası hüququ həmin tarixdən yaranmışdır. Həmin tarixə yaşa görə əmək pensiyası təyin edilməsi üçün 25 il sığorta stajı tələb olunur. Təqdim etdiyi sənədlərə əsasən onun cəmi sığorta stajı - kolxozdakı dövrü: 23 il 5 ay mübahisələndirilir. Hərbi xidmət dövrü: 2 il mübahisələndirilmir. Cəmi: 25 il 5 ay təşkil etmişdir. Lakin İddiaçı kolxozdakı 23 il 5 ay iş stajı əmək kitabçasında qeyd edilməmişdir. xx.xx.2006-cı ildə qüvvəyə minmiş Əmək pensiyaları haqqında Azərbaycan Respublikasının Qanununa əsasən iş stajları əmək kitabçasına əsasən müəyyən edilir. Ona görə də həmin dövrlərin sığorta stajına daxil edilməsi qanuna uyğun olmamışdır. Birinci instansiya məhkəməsi isə cavabdeh orqanın imtina dəlili ilə razılaşmamasını belə əsaslandırmışdır ki, iddiaçı 1971, 1974, 1976, 1979-1997-ci illərdə “H.Nəsibov” adına kolxozda, 1977-1979-cu illərdə “Azərbaycan” (“Sovet Azərbaycanı”) adına kolxozda əmək fəaliyyəti ilə məşğul olmuşdur. Bu məlumatlar Balakən rayon Dövlət Arxivinin xx.xx.2019cu il tarixli 222 nömrəli arxiv arayışı və xx.xx.2020-ci il tarixli aktla öz təsdiqini tapır. İddiaçının tələbində qeyd olunan müddət onun sosial sığorta stajına daxil ediləcəyi təqdirdə onun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsində nəzərdə tutulmuş 25 il sığorta stajı tamamlanacaqdır. Apelyasiya baxışı zamanı cavabdehin nümayəndəsi apelyasiya şikayətinə əlavə təqdim edərək orada göstərmişdir ki, qanunvericiliyin tələbinə əsasən kolxozda iş stajı hesablanarkən iş vaxtı müvafiq dövr üçün müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktiki müddət üzrə nəzərə alınmalıdır. Hazırkı iş üzrə iddiaçının kolxozdakı əmək stajı qeyd edilən qaydada hesablanarkən onun həmin stajı tələb olunan 23 il müddəti əhatə etmir. İddiaçının hesaba alınan ümumi sığorta stajı ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün yetərli deyildir. Cavabdehin nümayəndəsinin təqdim etdiyi xx.xx.2020-ci il tarixli, 137 nömrəli arxiv sənədindən görünür ki, Balakən rayonu Qullar kəndinin “H.Nəsibov” adına kolxozunun xx.xx.1971-ci il tarixli, 11 nömrəli ümumi iclas protokoluna əsasən kolxoz üzrə minimum əmək iştirakı norması kişilər üçün 200 adam/gün, qadınlar üçün 180 adam/gün müəyyən olunmuşdur. Balakən rayonu Mahamalar kəndinin “Musabəyov” asına kolxozunun xx.xx.1976-cı il tarixli, 2 nömrəli ümumi iclas protokoluna əsasən kolxoz üzrə minimum əmək iştirakı norması kişilər üçün 210 adam/gün, qadınlar üçün 170 adam/gün müəyyən olunmuşdur. Balakən rayonu Şambul kəndinin “Azərbaycan” kolxozunun iclas protokolları kitablarında əmək iştirakı normaları barədə məlumat aşkar edilməmişdir. Mübahisəli hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olmuş "Vətəndaşların pensiya təminatı haqqında" Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinin 1-2-ci hissəsinə əsasən, mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzrlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. İşdə olan arxiv arayışlarına əsasən iddiaçının adı çəkilən kolxozlarda işlədiyi illərdə qazandığı faktiki əmək günlərinin (adam/gün və adam/saat hesabı ilə) miqdarını nəzərə almaqla onun sığorta stajını hesabladıqda 1972, 1977, 1978-83, 1986-96-cı illər üzrə 19 il, 1971, 1973-76, 1984-85-ci illər üzrə isə 3 il 6 ay olmaqla cəmi 22 il 6 ay iş (sığorta) stajının olması müəyyən olunur. Halbuki, iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilə bilməsi üçün, hərbi xidmət müddətindən əlavə, onun azı 23 il iş (sığorta) stajının olması tələb olunur. Göründüyü kimi, iddiaçı pensiya yaşına çatmış olsa da, lakin ona əmək pensiyasının təyin edilməsi üçün qanunla müəyyən olunmuş sosial sığorta stajına malik deyildir. Buna görə iddiaçı ona xx.xx.2020-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin olunmasını tələb etməkdə haqlı olmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, məhkəmə kollegiyаsı bu nəticəyə gəlir ki, cavabdeh Azərbaycan Respublikası Əmək və X1 Nazirliyi tabeliyində Dövlət X4 publik hüquqi şəxsinin Balakən rayon filialı tərəfindən verilmiş apelyasiyaşikayəti əsaslı olduğundan təmin edilməli, iş üzrə Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(116)-1000/2020 nömrəli qərarı ləğv edilməli və iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə əsаsən və Azərbаycаn Respublikаsı İnzibаti Prosessuаl Məcəlləsinin 87, 89, 90, 94-cü mаddələrini rəhbər tutаrаq, məhkəmə kollegiyаsı qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmək və X1 Nazirliyi tabeliyində Dövlət X4 publik hüquqi şəxsinin Balakən rayon filialı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilsin. İş üzrə Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(116)-1000/2020 nömrəli qərarı ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X1 Nazirliyi tabeliyində Dövlət X4 publik hüquqi şəxsinin Balakən rayon filialına qarşı “1971, 1974, 1976, 1979-1997-ci illərdə “H.Nəsibov” adına kolxozda, 1977-1979-cu illərdə “Azərbaycan” (“Sovet Azərbaycanı”) adına kolxozda və 1978-ci ildə “Musabəyov” adına kolxozda işlədiyi 23 il 5 ay müddətin sosial sığorta stajına daxil edilməsi və xx.xx.2020-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair" iddiası əsassız olduğundan təmin edilməsin. Qərаrdаn surəti rəsmi qaydada çatdırıldıqdan sonra 1 аy müddətində Şəki Apelyаsiyа Məhkəməsi vаsitəsilə Azərbаycаn Respublikаsı Ali Məhkəməsinə kassasiya şikаyəti verilə bilər. İş üzrə sədrlik edən hakim: Mirbahəddin Hüseynov
Məhkəmə qərarları › İş №2-1(107)-415/2020
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-415/2020
21.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver