Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-416/2020 21.10.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Məmmədov Emin Nizami oğlunun katibliyi ilə İddiaçı Azərbaycan Respublikası Əmək və X5 Nazirliyi tabeliyində Dövlət X11 publik hüquqi şəxsin Qax rayon filialına qarşı “1972-ci ildən 1977-ci ilədək S.M.Kirov adına Azərbaycan Dövlət Universitetində əyani təhsil aldığı 5 il müddətin əmək stajına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”, cavabdeh Azərbaycan Respublikası Əmək və X8 Fondu publik hüquqi şəxsin X1rşı “pensiya təyinatının dəyişdirilməsi, 57 yaşının tamam olduğu tarixdən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi, yaranmış fərqin onun pensiyasına hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(116)-34/2020 nömrəli qərarından iş üzrə İddiaçı apelyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İddiaçı xx.xx.1954-cü ildə Qax rayonu İlisu kəndində anadan olmuş, hazırda Qax şəhərində yaşayır. O, xx.xx.1972-ci ildən xx.xx.1977-ci ilədək S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin geoloji-planlama, faydalı qazıntı yataqlarının axtarışı və kəşfiyyatı ixtisası üzrə tam kursu bitirmiş və ona mühəndis-geoloq ixtisası verilmişdir. O, Azərbaycan SSR Nazirlər Sovetinin Geologiya İdarəsinin X2 xx.xx.1977-ci ildən xx.xx.1979-cu ilədək böyük texnikgeoloq, xx.xx.1979-cu ildən xx.xx.1980-ci ilədək mühəndis, xx.xx.1980-ci ildən xx.xx.1984-cü ilədək geoloq, xx.xx.1984-cü ildən xx.xx.1985-ci ilədək böyük geoloq vəzifələrində işləmişdir. Bundan sonra o, xx.xx.1986-cı ildən xx.xx.1987-ci ilədək Ukrayna SSR "Pavloqraduqol" İstehsalat Birliyinin "Ternovskaya" şaxtasında yeraltı işlərdə tam iş günündə məşğul olan dağ-mədən fəhləsi işləmişdir. Bundan sonra o, xx.xx.1987-ci ildən xx.xx.1991-ci ilədək RSFSR "Yakutskgeologiya" X7 Kəşfiyyat Ekspedisiyasında geoloq vəzifəsində işləmişdir. Daha sonra o, xx.xx.1991-ci ildən xx.xx.1993-cü ilədək Qax Rayon Ovçular Cəmiyyətinin sədri, xx.xx.1993-cü ildən xx.xx.1996-cı ilədək Qax Rayon "KəndKimya" Birliyinin sədri, xx.xx.1997-ci ildən xx.xx.2003-cü ilədək "xxxxxxxxxxxxx" ASC-nin idarə heyətinin sədri, xx.xx.2004-cü ildən xx.xx.2009-cu ilədək "xxxxxxxxxxxx" ASC-də menecer, xx.xx.2009-cu ildən xx.xx.2017-ci ilədək "xxxxxxxxxxxxxxx" MMC-də (sonrakı adı - "xxxxxxxxxx" MMC) baş direktor vəzifələrində işləmişdir. İddiaçıya xx.xx.2016-cı ildə əlilliyə görə əmək pensiyası təyin edilmiş, həmin vaxt onun əmək kitabçası üzrə olan iş stajının 17 il 6 ay hissəsi sosial sığorta stajına daxil edilmiş, xx.xx.1993-cü ildən sonra işlədiyi müddət isə daxil edilməmişdir. İddiaçı xx.xx.2017-ci ildə 63 yaşına çatdığı üçün onun əmək pensiyası həmin tarixdən etibarən əlilliyə görə əmək pensiyası növündən yaşa görə əmək pensiyası növünə keçirilmişdir. O, pensiya təyin edilərkən nəzərə alınmayan iş stajı ilə əlaqədar məhkəməyə müraciət etmiş və Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarına əsasən, İddiaçı xx.xx.1993-cü ildən xx.xx.1997-ci ilədək Qax Rayon "Kənd- Kimya" Birliyində, xx.xx.1997-ci ildən xx.xx.2003-cü ilədək "xxxxxxxxxxxxx" ASC-də, xx.xx.2003-cü ildən xx.xx.2006-cı ilədək Qax Kimya ASC-də işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi öhdəliyi DSMF-nin Qax rayon şöbəsinin üzərinə qoyulmuşdur. Həmin qərar qanuni qüvvəyə mindikdən sonra icra edilmiş, göstərilən müddətlər iddiaçının sosal sığorta stajına daxil edilmiş, onun pensyası xx.xx.2016-cı ildən xx.xx.2019-cu ilədək yenidən hesablanmaqla 1050,37 manat artım fərqinin ödənilməsinə başlanmışdır. Bundan başqa, İddiaçı DSMF-nin Qax rayon şöbəsinə ərizə ilə müraciət edərək 1972-ci ildən 1977-ci ilədək təhsil aldığı müddətin sosial sığorta stajına daxil edilməsini, eləcə də xx.xx.2011-ci ildən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunmasını xahiş etmiş, lakin sonuncu özünün xx.xx.2018-ci il tarixli 32/227 nömrəli cavab məktubunda bundan imtina etmiş və bildirmişdir ki, iddiaçıya xx.xx.2016-cı ildə 2-ci qrup əlil kimi əmək pensiyası təyin olunmuşdur. İddiaçının xx.xx.2006-cı ilədək topladığı 17 il 6 ay sosial sığorta stajı vardır. Həmçinin güzəştli şərtlərlə əmək pensiyasının təyin olunması üçün tələb olunan 25 il ümumi sığorta stajına malik olmadığına görə iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması qanunvericliyin tələblərinə görə mümkün deyildir. Bundan başqa, iddiaçının təhsil dövrünün sosial sığorta stajı hesablanarkən nəzərə alınmaması qanunvericiliyin tələblərinə uyğundur. Bundan sonra İddiaçı cavabdeh DSMF-nin Qax rayon şöbəsinə qarşı hazırkı iddia ərizəsi ilə müracət etmişdir. İddiaçı öz tələbini belə əsaslandırmışdır ki, onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası yaşı xx.xx.2011-ci ildə tamam olmuşdur və 12 il 9 ay 19 gün güzəştli stajı vardır. Cavabdeh DSMF-nin Qax rayon şöbəsi iddiaya qarşı xx.xx.2019-cu il tarixli etirazında bildirmişdir ki, Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2-1(84)- 1200/2018 nömrəli, Şəki Apelyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli2- 1(107)- 693/2018 nömrəli və Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2- 1(102)-1094/2019 nömrəli qərarlarına əsasən iddiaçının xx.xx.1993-cü ildən xx.xx.1997-ci ilədək Qax rayon kənd kimya birliyi idarəsində, xx.xx.1997-ci ildən xx.xx.2003-cü ilədək Qax rayon kənd kimya ASC-də və xx.xx.2003-cü ildən xx.xx.2006-cı ilədək Qax Kimya ASC-də işlədiyi müddətlər iddiaçının sosial sığorta stajının müəyyən olunması zamanı nəzərə alınmaqla pensiya hüququnun yarandığı xx.xx.2016-cı ildən pensiyası yenidən hesablanmışdır. İddiaçının əmək kitabçası üzrə işlədiyi dövrlər nəzərə alınmaqla sosial sığorta stajı 26 il 07 ay müəyyən olunmuşdur. Azərbaycan Respublikası Əmək və X5 Nazirliyi yanında Dövlət X9 direktorunun xx.xx.2019-cu il tarixli əmrinə əsasən, xx.xx.2019-cu ildən etibarən "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu və 20-ci maddələrinə əsasən pensiya hüququ qazanmış şəxslərə pensiya təyinatının Azərbaycan Respublikası Əmək və X5 Nazirliyi yanında Dövlət X9 X6 İdarəsi tərəfindən aparılması ilə əlaqədar Fondun rayon (şəhər) şöbələri tərəfindən belə təyinatların həyata keçirilməsi həmin tarixdən dayandırılmışdır. Ona görə də Şəki İnzibati- İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli sərəncamı ilə cavabdeh Azərbaycan Respublikası Əmək və X5 Nazirliyi yanında Dövlət X9 Qax rayon şöbəsi həmin Fondun X6 İdarəsi ilə əvəz edilmişdir. Bundan sonra Şəki İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli protokol qərardadı ilə təhsil müddətinin sosial sığorta stajına daxil edilməsi tələbinə görə Azərbaycan Respublikası Əmək və X5 Nazirliyi yanında Dövlət X9 Qax rayon şöbəsi cavabdeh qismində cəlb edilmişdir. Cavabdehlərə şifahi məhkəmə baxışının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, nümayəndələrinin iştirakını təmin etməmişlər. Bu səbəbdən də işə onların iştirakı olmadan baxılmişdır.. Şəki İnzibati Məhkəməsinin (hakim Vidadi Qasımov) xx xxxxxx 2020-ci il tarixli, 2- 1(116)-34/2020 nömrəli qərarı ilə iddia qismən təmin edilərək, iddiaçının xx.xx.1972-ci ildən xx.xx.1977-ci ilədək S.M.Kirov adına Azərbaycan Dövlət Universitetində təhsil aldığı müddətin sosial sığorta stajına daxil edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və X5 Nazirliyi tabeliyində Dövlət X11 publik hüquqi şəxsin Qax rayon filialının üzərinə qoyulması qərara alınmışdır. İddiaçı həmin qərardan apelyasiya şikayəti vermişdir. Apelyasiya şikayətinin dəlilləri İddiaçı apelyasiya şikayəti belə əsaslandırılmışdır ki, məhkəmə qərarına əsasən pensiya təyinatının dəyişdirilməsi ona 57 yaşdan sonra güzəştli şərtlərə görə əmək pensiyasının təyin edilməsi, yaranmış fərqin onun pensiyasına hesablanması hissəsi əsassız olaraq təmin edilməmişdir. Onun güzəştli şərtlərə görə əmək pensiyasına çıxmaq üçün yaşı xx xxxxxxx 2011-ci il tarixdə tamam olmuşdur. Belə ki, o, xx.xx.1977-ci ildən xx.xx.1985-ci il tarixədək 7 il 6 ay 13 gün müddətində Azərbaycan Giologiya İdarəsində Mühəndis Gioloq, xx.xx.1987-ci il tarixdən xx.xx.1987-ci il tarixədək 11 ay 6 gün Ukraynada daş-kömür şaxtasında texnik vəzifəsində və xx.xx.1987- ci ildən xx.xx.1991-ci il tarixədək 4 il 3 ay 20 gün Yakutiyada gioloği qazıntılarda işləmişdir. Cəmi 12 il 9 ay 19 gün Güzəştli şərtlərlə pensiya almaq üçün müəyyən olunmuş yerlərdə işləmişdir. Lakin məhkəmə bu müddəti düzgün hesablamamış və 10 il 3 ay 13 gün hesablamışdır. Belə ki, məhkəmə onun xx.xx.1977-ci ildən xx.xx.1985-ci illədək stajını bötövlükdə nəzərə almamışdır. Məhkəmə bunu işlədiyi müddətin çöl şəraitdə deyil, kamiral şəraitlərində işlədiyini qevd etmişdir. Hesab edir ki, məhkəmə düzgün hüquqi nəticəyə gəlməmiş və iddianın bu hissəsini heç bir qanuna istinad etməmişdir. Belə ki, Azərbaycan Respublikasının qanunvericilik sistemində belə bir hal mövcud deyil ki, şəxs komiral şəraitində işlədiyi müddət onun onun güzəştli stajına daxil edilməsin. Məhkəmə buna əsas kimi əmək kitabçamda çöl şəraitində işləməyə getdiyi və qayıtdığı müddətin dəqiq qeyd edilməsini göstərmişdir. Lakin əmək kitabçamda həmin qeydlərin dəqiq göstərilməsi ona işlədiyi müddətlər ərzində ezamiyyət, nəqliyyat xərcləri, əlavə əmək haqqlarının hesabalanıb verilməsi üçün və.s haqqların ödənilməsi ilə bağlı olmuşdur. Güzəştli şərtlərlə əmək pensiyalarının hesablanması Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli 320 saylı Qərarı ilə tənzimlənir. Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının 3.1.1-ci maddəsinə əsasən, qanunun qüvvəyə mindiyi günədək sığorta olunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsində qeyd edilir ki, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Qeyd olunan Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı 5 cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə almır. Həmin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının 3.1.1-ci maddəsinə əsasən, qanunun qüvvəyə mindiyi günədək sığorta olunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsində qeyd edilir ki, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Mən bildirirəm ki, Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli № 320 qərarının 2 №-li siyahısına əlavənin 201000xx xxxxx 2010100b—20591 və 2010100b—20601 (geoloqlar, sahə geoloqları, geofiziklər)saylı bəndlərinə əsasən mənə güzəştli şərtlərə görə əmək pensiyası almaq hüququm vardır. Həmin qərarın Hava gəmilərinə xidmət üzrə mühəndis-texniki heyətə əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən vəzifələrin Siyahısının sonuncu bəndində qeyd edilmişdir ki, Ekspedisiyaların, qrupların, dəstələrin, sahələrin və briqadaların çöl geoloji kəşfiyyat, axtarış, topoqrafiyageodeziya, geofizika, hidroqrafiya, meşə quruluşu və axtarış işlərində çalışan işçilər güzəştli şərtlərlə əmək pensiyası almaq hüququ vardır. Lakin Məhkəmə Qərarın 6/8 səhifəsində qeyd etmişdir ki, Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli № 320 qərarının 2 №-li siyahısına 2010100b-22177 (istehsalat sahələrinin növbələrində məşğul olan mühəndislər ) uyğun olduğunu səhf göstərmişdir. Qeyd edilənlərə əsasən Şəki İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(116)-34/2020 saylı qərarının qismən ləğv edilməsi və iddiamın tam təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişlər Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir(Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi). İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə kollegiyasının araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilir. Onlara B-İ seriyalı 009766 nömrəli diplom, ИT-İ seriyalı ******* nömrəli əmək kitabçasının surəti, Şəki İnzibati-İqtisadi Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2018-ci il tarixli 2-1(84)-1200/2018 nömrəli qərarı, Azərbaycan Respublikası Əmək və X5 Nazirliyi yanında Dövlət X9 Qax rayon şöbəsinin xx.xx.2019- cu il tarixli məktubu aiddir. Əsaslandırma hissəsi İddiaçı apelyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının İPM və ya İPM) 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Lakin şikayət əsaslı deyil və Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(116)-34/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır. Birinci instansiya məhkəməsi iddianı qismən təmin edərək, iddiaçının xx.xx.1972-ci ildən xx.xx.1977-ci ilədək S.M.Kirov adına Azərbaycan Dövlət Universitetində təhsil aldığı müddətin sosial sığorta stajına daxil edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və X5 Nazirliyi tabeliyində Dövlət X11 publik hüquqi şəxsin Qax rayon filialının üzərinə qoyulmuşdur. Məhkəmə kollegiyası iddia tələbinə münasibət bildirərək qeyd edir ki, iddia iki hissədən: 1972-ci ildən 1977-ci ilədək S.M.Kirov adına Azərbaycan Dövlət Universitetində əyani təhsil aldığı illərin əmək stajına daxil edilməsi və 57 yaşının tamam olduğu tarixdən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi- hissəsindən ibarət olmuşdur. İddia tələbinin birinci hissəsi təmin edilərək iddiaçının xx.xx.1972-ci ildən xx.xx.1977ci ilədək S.M.Kirov adına Azərbaycan Dövlət Universitetində təhsil aldığı müddətin sosial sığorta stajına daxil edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və X5 Nazirliyi tabeliyində Dövlət X11 publik hüquqi şəxsin Qax rayon filialının üzərinə qoyulmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, həmin hissə iddiaçı tərəfindən apelyasiya şikayətində mübahisələndirilmədiyinə görə iddia tələbinin birinci hissəsi Apelyasiya Məhkəməsi tərfindən əsaslandırılmalı deyildir. Belə ki, Azərbaycan Respublikası İPM-in 82-ci maddəasinə əsasən Apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Belə olan halda məhkəmə kollegiyası apelyasiya şikayətinin iddiaçının “57 yaşının tamam olduğu tarixdən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi” dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşə əlavə edilmiş və kollegiyanın iclasında tədqiq edilmiş: B-İ seriyalı 009766 nömrəli diplomdan görünür ki, iddiaçı xx.xx.1972-ci ildən xx.xx.1977-ci ilədək S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin geoloji-planlama, faydalı qazıntı yataqların axtarışı və kəşfiyyatı ixtisası üzrə tam kursu bitirmiş və ona mühəndis-geoloq ixtisası verilmişdir. ИT-İ seriyalı ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, İddiaçı Azərbaycan SSR Nazirlər Sovetinin Geologiya İdarəsinin X2 xx.xx.1977-ci ildən xx.xx.1979-cu ilədək böyük texnik-geoloq, xx.xx.1979-cu ildən xx.xx.1980-ci ilədək mühəndis, xx.xx.1980-ci ildən xx.xx.1984-cü ilədək geoloq, xx.xx.1984-cü ildən xx.xx.1985-ci ilədək böyük geoloq, xx.xx.1986-cı ildən xx.xx.1987-ci ilədək Ukrayna SSR "Pavloqraduqol" İstehsalat Birliyinin "Ternovskaya" şaxtasında yeraltı işlərdə tam iş günündə məşğul olan dağ-mədən fəhləsi, xx.xx.1987-ci ildən xx.xx.1991-ci ilədək RSFSR "Yakutskgeologiya" X7 Kəşfiyyat Ekspedisiyasında geoloq, xx.xx.1991-ci ildən xx.xx.1993cü ilədək Qax Rayon Ovçular Cəmiyyətinin sədri, xx.xx.1993-cü ildən xx.xx.1996-cı ilədək Qax Rayon "Kənd-Kimya" Birliyinin sədri, xx.xx.1997-ci ildən xx.xx.2003-cü ilədək "xxxxxxxxxxxx" ASC-nin idarə heyətinin sədri, xx.xx.2004-cü ildən xx.xx.2009-cu ilədək "xxxxxxxxxxxxx" ASC-də menecer, xx.xx.2009-cu ildən xx.xx.2017-ci ilədək "xxxxxxxxxxxxxxx" MMC-də (sonrakı adı - "xxxxxxxxxx" MMC) baş direktor işləmişdir. Şəki İnzibati-İqtisadi Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2018-ci il tarixli 2- 1(84)-1200/2018 nömrəli qərarından görünür ki, İddiaçı xx.xx.1993-cü ildən xx.xx.1997-ci ilədək Qax rayon kənd kimya birliyi idarəsində, xx.xx.1997-ci ildən xx.xx.2003-cü ilədək Qax rayon kənd kimya ASC-də və xx.xx.2003-cü ildən xx.xx.2006-cı ilədək Qax Kimya ASC-də işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi və yaranmış fərqin xx.xx.2016-cı ildən hesablanması qərara alınmışdır. Azərbaycan Respublikası Əmək və X5 Nazirliyi yanında Dövlət X9 Qax rayon şöbəsinin xx.xx.2019- cu il tarixli məktubundan görünür ki, Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il 2-1(84)-1200/2018 nömrəli, Şəki Apelyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2-1(107)-693/2018 nömrəli və Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2-1(102)-1094/2019 nömrəli qərarlarına əsasən iddiaçının xx.xx.1993-cü ildən xx.xx.1997-ci ilədək Qax rayon kənd kimya birliyi idarəsində, xx.xx.1997-ci ildən xx.xx.2003-cü ilədək Qax rayon kənd kimya ASC-də və xx.xx.2003-cü ildən xx.xx.2006-cı ilədək Qax Kimya ASC-də işlədiyi müddətlər iddiaçının sosial sığorta stajının müəyyən olunması zamanı nəzərə alınmaqla pensiya hüququnun yarandığı xx.xx.2016-cı ildən pensiyası yenidən hesablanmışdır. İddiaçının əmək kitabçası üzrə işlədiyi dövrlər nəzərə alınmaqla sosial sığorta stajı 26 il 07 ay müəyyən olunmuşdur. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən iddiaçının 57 yaşına çatdığı zaman, yəni xx.xx.2011-ci ildə qüvvədə olan redaksiyasında deyilirdi ki, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. İddiaçının güzəştli şərtlərlə pensiya hüququ verən işlərdə işlədiyi zaman yaşa və staja görə tələbləri müəyyən edən Qanun "Vətəndaşların pensiya təminatı haqqında" Azərbaycan Respublikasının Qanunu olmuşdur. Həmin Qanunun "Əmək şəraitinə görə güzəştli pensiyalar" adlanan 13-cü maddəsinin 1-ci hissəsində deyilirdi ki, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar - 45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa. b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər - 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. "Vətəndaşların pensiya təminatı haqqında" Azərbaycan Respublikası Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə" Azərbaycan Respublikasının xx.xx.1997-ci il tarixli Qanununun 1-ci bəndinə əsasən, bu Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. Sadalanan normalara uyğun olaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün iddiaçı: - 52 yaşına çatdığı tarixə azı 20 il iş stajına və 1 nömrəli siyahısı üzrə azı 10 il staja, yaxud da - 57 yaşına çatdığı tarixə azı 25 il iş stajına və 2 nömrəli siyahısı üzrə azı 12 il 6 ay staja malik olmalıdır. Göründüyü kimi qeyd edilənlərə əsasən iddiaçının malik olduğu güzəştli iş stajının müddəti ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin etmək üçün kifayət etmir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş "Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 №-li Siyahısı"nın "İ.Dağ-mədən işləri" bəndinin (10100000) "1.Dağmədən işləri" (1010100a) "yeraltı işlərdə tam iş günündə məşğul olan bütün fəhlələr" nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş "Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısı"nın "İ.Dağ-mədən işləri" bəndinin (20101000) "1.Açıqda dağ-mədən işləri və yer səthində işlər" (2010100b20591) geoloqlar, sahə geoloqları və (2010100b-22177) "istehsalat sahələrinin növbələrində məşğul olan mühəndislər" nəzərdə tutulmuşdur. Birinci instansiya məhkəməsi iddiaçının işlədiyi müddətlərin hesablanmasını doğru apararaq müəyyən etmişdir ki, iddiaçının Azərbaycan SSR Nazirlər Sovetinin Geologiya İdarəsinin X2 çöl işlərində işlədiyi müddətlərin cəmi 5 il 1 ay 17 gün təşkil edir. İddiaçının "Yakutskgeologiya" X7 Kəşfiyyat Ekspedisiyasında xx.xx.1987-ci ildən xx.xx.1991-ci ilədək geoloq vəzifəsində işlədiyi müddət 4 il 2 ay 20 gündür. Bu müddətləri topladıqda 9 il 4 ay 7 gün təşkil edir ki, bu vəzifələr 2 №-li Siyahıya uyğundur. İddiaçının 1 №-li Siyahı üzrə işlədiyi müddət xx.xx.1986-cı ildən xx.xx.1987-ci ilədək cəmi 11 ay 6 gündür. Həm 1 nömrəli, həm də 2 nömrəli Siyahılar üzrə iddiaçının işlədiyi müddətlərin cəmi 10 il 3 ay 13 gün təşkil edir. Birinci instansiya məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, qeyd edilən müddətlərinin hamısı 1 nömrəli Siyahıda nəzərdə tutulmuş peşələrə aid olsaydı, iddiaçı 52 yaşına çatdığı tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ əldə edərdi. Lakin bu müddətin əksər hissəsi 2 nömrəli Siyahıda nəzərdə tutulmuş vəzifələrə aid olduğu və həmin Siyahı üzrə tələb olunan güzəştli staj azı 12 il 6 ay olduğuna görə iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vermir.İddiaçının dəlillərindən biri bundan ibarətdir ki, onun Azərbaycan SSR Nazirlər Sovetinin Geologiya İdarəsinin X2 xx.xx.1977-ci ildən xx.xx.1985-ci ilədək işlədiyi müddət bütövlükdə, yəni çöl şəraitində, yaxud kameral şəraitdə işləməsindən asılı olmayaraq, onun güzəştli stajına daxil edilməlidir. Lakin məhkəmə bununla razılaşmır və qeyd edir ki, əvvəla, iddiaçının əmək kitabçasında hər dəfə çöl işlərinə getdiyi və qayıtdığı tarixlərin qeyd edilməsi təsadüfi və məqsədsiz deyil. Bu qeydlərin aparılmasının məqsədi işçinin həm çöl işlərində olduğu, həm də kameral şəraitdə işlədiyi müddətin dəqiq hesabatının aparılmasından ibarətdir. Digər tərəfdən, iddiaçının işlədiyi mühəndis və geoloq vəzifələrinin göstərildiyi 2 №-li Siyahının 20101000 kodlu bəndinin adında (Açıqda dağ-mədən işləri və yer səthində işlər) da məhz açıqda aparılan dağ-mədən işləri və yer səthində aparılan işlər nəzərdə tutulmuşdur. İşçilərin kameral şəraitdə işi nə açıqda aparılan dağmədən işləri, nə də yer səthində aparılan işlər kimi qəbul oluna bilməz. Bundan başqa, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Geoloji Kəşfiyyat Xidmətinə sorğu edilərək alınmış xx.xx.2020-ci il tarixli 18/114 və 18/115 nömrəli arayışlarda iddiaçının keçmiş X2 1977-1985-ci illərdə çöl işləri üzrə staj günləri 1977-ci ildə 99 gün, 1978-ci ildə 203 gün, 1979-cu ildə 204 gün, 1980-ci ildə 236 gün, 1981-ci ildə 230 gün, 1982-ci ildə 243 gün, 1983-cü ildə 100 gün, 1984-cü ildə 124 gün olmuşdur. Göründüyü kimi, həmin arayışlarda da iddiaçının güzəştli stajı kimi yalnız bilavasitə çöl şəraitində işlədiyi günlər nəzərə alınmışdır. Belə olan halda,məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşır və hesab edir ki, iddia tələbinin bu hisssədə təmin edilməməsi ilə bağlı məhkəmə düzgün nəticəyə gəlmişdir. Yuxarıda qeyd olunan inzibati işin hallarını, məhkəmə kollegiyası tərəfindən aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməklə düzgün nəticəyə gəlmişdir. Ona görə də apelyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməlidir. İPM-in 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməklə düzgün nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən qüvvədə saxlanılmalı, cavabdehin apelyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir. Nəticəvi hissə Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası qərаrа аldı: İddiaçı apelyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(116)-34/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(107)-416/2020
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-416/2020
21.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver