Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-417/2020 10.11.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Hüseynov Elçin Şirin oğlundan ibarət tərkibdə, Zəkili Elgiz Eldəniz oğlunun katibliyi, İddiaçı və cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı X14 nümayəndəsi X7 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı X12rşı “ünvan 1 ünvanında yerləşən mənzilə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibatiiş üzrə Şəki İnzibati Məhkəməsinin x xxxxxx 2020-ci il tarixli 2-1(116)- 1018/2020 nömrəli qərarından cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı X18 tərəfindən verilmiş şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı X12rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “ünvan 1 ünvanında yerləşən mənzilə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar verilməsini xahiş etmişdir. İddiaçı iddia belə əsaslandırılmışdır ki, İddiaçı xx xxxxxx 1959-cu il tarixdə Şəki rayonu Baş Göynük kəndində anadan olmuşdur. O, 1978-ci il tarixdə Şəki meliorasiya və X19 13 saylı X3 (bundan sonra SMD) işə başlamışdır. 1983-cü ildə işlədiyi Şəki meliorasiya və X19 13 saylı SMD tərəfindən 10 nömrəli 40 mənzilli xidməti yaşayış evi tikilib qurtarmış və həmin mənzillərin Şəki meliorasiya və X19 13 saylı SMD-nin fəhlə və qulluqçularının istifadəsinə verilməsi qərara alınmışdır. Beləliklə, Şəki şəhər yerli XDS İcraiyyə Komitəsinin xx.xx.1983-cü il tarixli 270 saylı qərarı ilə onun adına xx.xx.1983-cü il tarixli 1495 saylı order təqdim edilərək ünvan 2 ünvanında yerləşən mənzil onun və ailəsinin istifadəsinə verilmişdir. Həmin vaxtdan o və ailəsi həmin ünvanda yaşayırlar. Halhazıradək həmin mənzili özəlləşdirməmişdir. Mənzilin özəlləşdirilməsi ilə bağlı sənədləri əldə etmək üçün Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin Respublika Dövlət X9 müraciət etsə də, xx xxxxxx 2019-cu il tarixli 200 nömrəli məktubla ona bildirmişlər ki, X5 Şəki şəhər XDS İK tərəfindən order əsasında xidməti mənzil verilməsi ilə əlaqədar bəzi faktiki halların təsdiq edilməsi üçün zəruri olan sənədlər Respublika Dövlət X9 təhvil verilməmişdir. Bundan əlavə o, Şəki Mənzil İstismar Sahəsinə müraciət etmişdir. Şəki Mənzil İstismar Sahəsinin xx xxxxxx 2020-ci il tarixli 10 saylı məktubunda 2001-ci il tarixdən 2019-cu il tarixədək mənzil kirayə haqlarının tərəfindən ödənilməsi qeyd edilmişdir. 2019-ci ildə mənzilin özəlləşdirilməsi ilə bağlı AR ƏMDK yanında DƏDRX-nin 12 saylı X16 müraciət etsə də, xx xxxxxxx 2019-cu il tarixli **********34 saylı məktubla bundan imtina edilmişdir. Həmin məktubda qeyd edilmişdir ki, daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı üçün tələb olunan sənədlər Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-cu maddəsinin və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8 və 10-cu maddələrinin tələblərinə uyğun təqdim ediləcəyi təqdirdə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinə əsasən müəyyən edilmiş dövlət rüsumu və Azərbaycan Respublikası Tarif (Qiymət) Şurasının xx xxxx 2009-cu il tarixli, 4 nömrəli qərarı ilə təsdiq edilmiş xidmət haqqı ödənildikdən və müayinə baxış keçirildikdən sonra sözügedən mənzilin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması məsələsinə baxıla bilər. Cavabdehin etirazı: Vətəndaş İddiaçı Şəki şəhəri, S.Rəhman küçəsi, bina 10, mənzil 1-də yerləşən mənzilinə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilməsinə köməklik göstərilməsi barədə xx.xx.2019cu il tarixli müraciətə Şəki XDS tərəfindən İddiaçı adına verilmiş xx.xx.1983-cü il tarixli, 1495 saylı order əlavə edilsə də, Azərbaycan Respublikasında Mənzil fondunun özəlləşdirilməsi haqqında Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində göstərilən həmin mənzilə hüququ olan şəxslər və kommunal-məişət vəziyyəti barədə arayış (2 saylı forma) əlavə edilmədiyindən, həmçinin orderdə mənzilin xidməti istifadə üçün verilməsi göstərildiyindən və sözügedən qanunun 6-cı maddəsinin tələblərinə əsasən xidməti mənzillərin özəlləşdirilməsinə yol verilmədiyindən imtina verilmişdir. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında iddiaçı iddianın təmin edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında iddiaçının vəkili iddia tələbinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinin rədd edilməsini xahiş etmişdir. İddiaçının tələbinə dair sənədlər birinci instansiya məhkəməsinə təqdim olunmuş, məhkəmə öz təşəbbüsü ilə digər zəruri sübutları toplamışdır. Onlara AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surəti, DƏDRX-in 12 saylı X14 xx.xx.2019-cu il tarixli, **********86 nömrəli imtina məktubu, Şəki şəhər İH Mənzil İstismar Sahəsinin xx.xx.2020-ci il tarixli 10 nömrəli məktubu, İT-İ seriyalı ******* nömrəli əmək kitabçasının təsdiq edilmiş surəti, mənzilin kirayə haqqlarının ödənilməsini göstərən müvafiq çeklərin təsdiq edilmiş surətləri, xx.xx.1983-cü il tarixli 1495 nömrəli orderin təsdiq edilmiş surəti, Dövlət Arxivinin Şəki filialının xx.xx.2019-cu il tarixli 200 nömrəli arayışı, Şəki şəhər İH Mənzil İstismar Sahəsinin xx.xx.2019-cu il tarixli 260 nömrəli məktubu, Dövlət Arxivinin Şəki filialının xx.xx.2014-cü il tarixli 1244 nömrəli arxiv çıxarışının təsdiq edilmiş surəti, DƏDRX-in 12 saylı X14 xx.xx.2020-ci il tarixli **********37 nömrəli məktubu və ona əlavə olunmuş sənədlərin təsdiq edilmiş surətləri, xx.xx.2020-ci il tarixli **********37 nömrəli etiraz məktubu, Şəki şəhər Mənzil İstismar Sahəsinin xx.xx.2020-ci il tarixli 142 nömrəli məktubu, Şəki şəhər İHB-nın xx.xx.2004-cü il tarixli 1/11 saylı sərəncamından çıxarışın təsdiq edilmiş surəti, Şəki şəhər İHB-nın aparatının xx.xx.2020-ci il tarixli 2/740 nömrəli məktubu aiddir. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Şəki İnzibati Məhkəməsinin (hakim İlqar Cabbarov) x xxxxxx 2020-ci il tarixli 2- 1(116)-1018/2020nömrəli qərarı ilə iddia tələbi təmin edilmiş, cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı X14 üzərinə ünvan 1 ünvanında yerləşən mənzilə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin qoyulması qərara alınmışdır. Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı X18 apelyasiya şikayəti verərək Şəki İnzibati Məhkəməsinin x xxxxxx 2020-ci il tarixli 2-1(116)-1018/2020nömrəli qərarının ləğv edilərək iddia tələbinin təmin edilməməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Apelyasiya şikayətinin dəlilləri: Cavabdeh apelyasiya şikayəti verərək qeyd etmişdir ki, Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(116)-1018/2020 saylı qərarı ilə İddiaçı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı X12rşı “Şəki şəhəri, S.Rəhman küçəsi, bina 10, mənzil 1 ünvanında yerləşən mənzilə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyta alınaraq çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmişdir.Birinci instansiya məhkəməsi tərəfindən iş üçün əhəmiyyətli hesab edilən hallar sübut olunmadığından Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1 (116)-1018/2020 saylı qərarı ləğv olunmalıdır.Bildiririk ki, Şəki XDS tərəfindən İddiaçı adına verilmiş xx xxxxxxxx 1983-cü il tarixli, 1495 saylı orderdə xidməti istifadə üçün verilməsi göstərildiyindən və Azərbaycan Respublikasında “Mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanunun 6-cı maddəsinin tələblərinə əsasən xidməti mənzillərin özəlləşdirilməsinə yol verilmədiyindən , 8-ci maddədə göstərilən həmin mənzilə hüququ olan şəxslər və kommunal-məişət vəziyyəti barədə arayış (2 №-li forma) təqdim edilmədiyindən, vətəndaşın müraciətinin icrası mümkün olmamışdır.Yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edirik ki, Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(116)-1018/2020 saylı qərarını ləğv etməklə iddia tələbinin rədd edilməsinə dair qərar qəbul edəsiniz. Proses iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı X14 nümayəndəsi X11 apelyasiya şikayətinin təmin edilməsini və Şəki İnzibati Məhkəməsinin x xxxxxx 2020-ci il tarixli 2-1(116)-1018/2020nömrəli iş üzrə qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apelyasiya şikayətinin təmin edilməməsini və Şəki İnzibati Məhkəməsinin x xxxxxx 2020-ci il tarixli 2-1(116)- 1018/2020nömrəli iş üzrə qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Əsaslandırma hissəsi: İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. İddia tələbi əsaslıdır. İş materiallarında olan iddiaçının əmək kitabçasının təsdiq edilmiş surətinə əsasən müəyyən olunur ki, o, xx.xx.1978-ci il tarixdən xx.xx.1994-cü il tarixədək Şəki 13 saylı SMD-də işləmişdir. İş materiallarında olan Şəki şəhər İHB-nın aparatının məktubundan görünür ki, Şəki şəhəri, S.Rəhman küçəsi 10 saylı ictimai yaşayış binası 1983-cü ildə inşa edilmiş, Şəki Meliorasiya və X15 balansında olmuşdur. 1997-ci ildən Şəki Mənzil İstismar Sahəsinin balansına verilmiş, bina Şəki Meliorasiya və X19 tərəfindən inşa edilmiş və 13 saylı SMDdə işləyən fəhlələrin mənzil şəraitinin yaxşılaşdırılması məqsədi ilə inşa edilmişdir. İş materiallarında olan XDS-in İcraiyyə Komitəsinin xx.xx.1983-cü il tarixli 1495 nömrəli orderinin təsdiq edilmiş surətindən görünür ki, ünvan 4 ünvanında yerləşən, sahəsi 17.92 kv.m. olan mənzil xidməti istifadə üçün İddiaçı verilmişdir. İş materiallarında olan DƏDRX-nin 12 saylı X14 müvafiq çıxarışlarının təsdiq olunmuş surətlərindən müəyyən olunur ki, çıxarışı tələb olunan mənzilin qonşuluğunda olan digər mənzillər özəlləşdirilərək xüsusi mülkiyyətə verilib. Bunu iş materiallarında olan Şəki İH Mənzil İstismar Sahəsinin xx.xx.2020-ci il tarixli 142 nmörəli arayışından da görmək olar. Belə ki, Şəki şəhəri, S.Rəhman küçəsi bina 10 mənzil 2 X1 adına olub, özəlləşdirilib və satılıb (1994-cü il, çıxarış 7930/2633). Hal-hazırda mülkiyyətçisi X2r (çıxarış RX 1374078). İş materiallarında olan Şəki şəhər İHB-nın xx.xx.2004-cü il tarixli 1/11 nömrəli sərəncamından çıxarışın surətindən görünür ki, eyni binanın 12 saylı mənzili müvafiq qərara əsasən xidməti mənzillər siyahısından çıxarılmış və həmin mənzildə yaşayan şəxs və onun ailə üzvlərinin daimi istifadəsinə verilmişdir. İşin faktiki halları ondan ibarətdir ki, Şəki şəhər XDS-in İcraiyyə Komitəsinin xx.xx.1983-cü il tarixli 1495 nömrəli orderi ilə İddiaçı ünvan 4 ünvanında yerləşən, sahəsi 17.92 kv.m. olan mənzil xidməti istifadə üçün verilmişdir. Həmin orderdə onun ailə üzvü yalnız anası X4 ibarət olmuşdur ki, o, xx.xx.1991-ci ildə ölmüşdür. İddiaçı hal-hazıra kimi həmin ünvanda yaşamış və bütün kamunal xərclərin ödəmişdir. Onun qonşuluğunda olan bütün xidməti mənzillər digər istifadəcilərin mülkiyyəti kimi qeydə alınmış və onlara bu barədə çıxarış verilmişdir. İddiaçı da onun istifadəsinə verilmiş mənzilə mülkiyyət hüququnun qeydə alınması və ona bu barədə çıxarış verilməsini xahiş etsə də cavabdeh inzibati orqan bundan imtina etmişdir. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır. 4-cü maddəsinə əsasən, dövlət mülkiyyətində, habelə ictimai mülkiyyətdə olan mənzil fonduna məxsus yaşayış evlərindəki mənzillərin (evlərin) özəlləşdirilməsi, vətəndaşların müraciətləri əsasında bu Qanunun 9-cu maddəsində göstərilən qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. 5-ci maddəsinə əsasən, mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər. 6-cı maddəsinə əsasən, təhsil müəssisələrinin yataqxanalarında, qəza vəziyyətində olan evlərdə, qapalı hərbi şəhərciklərin evlərində mənzillərin, eləcə də xidməti mənzillərin özəlləşdirilməsinə yol verilmir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 13.1-ci maddəsinə əsasən İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Həmin Qanunun 13.3-cü maddəsinə əsasən Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Həmin Qanunun 13.4-cü maddəsinə əsasən İnzibati orqanların bu Qanunun 13.3cü maddəsində nəzərdə tutulmuş vədləri və ya bəyanatları yalnız yazılı formada olduqda etibarlı təminat sayılır və şəxsin etimad hüququnun əsasını təşkil edir. Bu Qanunun 63-cü və 67-69-cu maddələri də təminatlara şamil olunur. Sаdаlаnаn normаlаrın təhlilindən göründüyü kimi, qаnunvericilikdə etimаd hüququnun yаrаnmаsının iki müxtəlif əsаsı nəzərdə tutulmuşdur ki, onlаrdаn biri inzibаti orqаnlаrın inzibаti prаktikаsı, digəri isə müəyyən inzibаti аktın sonrаdаn qəbul ediləcəyi və yа qəbul edilməyəcəyi bаrədə inzibаti orqаnlаrın vəd və bəyаnаtlаrıdır. İnzibаti prаktikаyа etimаd o hаldа yаrаnır ki, bu prаktikа dаvаmlı və ümumi xаrаkter dаşısın və inzibаti orqаnın hərəkətlərinin gedişi əvvəlcədən bilinsin. Mаrаqlı şəxs inzibаti orqаnın prаktikаsınа əsаslаnаrаq təxminən bilməlidir ki, onun işi həmin prаktikаyа uyğun şəkildə və həll edilmiş oxşаr işlərə аnаloji qаydаdа həll ediləcəkdir. İnzibаti orqаnın bəyаnаt və vədlərinə gəldikdə isə, bu bəyаnаt və vədlər mütləq konkret inzibаti icrааtlа bаğlı olmаlı və mаrаqlı şəxs bilməlidir ki, həmin bəyаnаt və vədlər məhz onun hüquq və qаnunlа qorunаn mаrаqlаrı ilə bаğlıdır. Bəyаnаt və vədin etibаrlı təminаt hesаb olunmаsı üçün onun yаzılı formаdа ifаdə olunmаsı vаcibdir. Eyni zаmаndа, bu dа qeyd edilməlidir ki, şəxs inzibаti аktın qəbul edilməsi üçün konkret bir inzibаti orqаnа mürаciət edərkən etimаd hüququnа istinаd edirsə, bu etimаd digər inzibаti orqаnlаrın deyil, məhz mürаciət etdiyi inzibаti orqаnın inzibаti prаktikаsınа, yаxud dа vəd və bəyаnаtınа əsаslаnmаlıdır. Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının 148-ci mаddəsinə və «Nоrmаtiv hüquqi aktlаr hаqqındа» Аzərbаycаn Respublikаsısının Konstitusiya Qаnununun 23.1-ci mаddəsinə əsаsən beynəlxаlq müqаvilələr Аzərbаycаn Respublikаsı qаnunvericilik sisteminin tərkib hissəsidir. Ədаlət mühаkiməsinin həyаtа keçirilməsi zаmаnı «İnsаn Hüquqlаrının və Əsаs Аzаdlıqlаrın Müdаfiəsi Hаqqındа» Аvrоpа Kоnvensiyаsı müddəаlаrının və İnsаn Hüquqlаrı Üzrə Аvrоpа Məhkəməsi presedentlərinin tətbiqi hаqqnıdа Аzərbаycаn Respublikаsı Аli Məhkəməsi Plenumunun 30 mаrt 2006-cı il tаrixli qərаrındа göstərilir ki, Аzərbаycаn Respublikаsı «İnsаn Hüquqlаrının və Əsаs Аzаdlıqlаrın Müdаfiəsi Hаqqındа» Аvrоpа Kоnvensiyаsının iştirаkçısı və оnu rаtifikаsiyа etmiş dövlət kimi 2002-ci il аprel аyının 15dən Kоnvensiyа və оnun prоtоkоllаrının təfsiri və tətbiqi məsələləri üzrə İnsаn hüquqlаrı üzrə Аvrоpа Məhkəməsinin yurisdiksiyаsının məcburiliyini tаnıyır. Аzərbаycаn Respublikаsı Kоnvensiyаnı rаtifikаsiyа etdiyi dövrdən sоnrа yurisdiksiyаsı аltındа оlаn insаnlаrın Kоnvensiyаdа nəzərdə tutulаn hüquqlаrını təmin etməlidir. İnsаn Hüquqlаrının və Əsаs Аzаdllıqlаrın Müdаfiəsi Hаqqındа Kоnvensiyаsının 46cı mаddəsinə əsаsən Аvrоpа Məhkəməsinin qərаrlаrı bu Kоnvensiyаnı rаtifikаsiyа etmiş dövlətlər üçün məcburidir. İnsаn Hüquqlаrının və Əsаs Аzаdlıqlаrın Müdаfiəsi Hаqqındа Kоnvensiyаnın (Аvrоpа Kоnvensiyаsı) 1 sаylı prоtоkоlunun 1-ci mаddəsində deyilir ki, hər kəs öz əmlаkınа mülkiyyət hüququnu mаneəsiz həyаtа keçirmək hüququnа mаlikdir. 1 sаylı prоtоkоlun 1-ci mаddəsinin mənаsı bаxımındаn «mülkiyyət» və «əmlаk» аnlаyışı kifаyət qədər genişdir. İqtisаdi mаrаqlаrın geniş spektri, о cümlədən dаşınаr və dаşınmаz əmlаk, mаddi və qeyri-mаddi mаrаqlаr mülkiyyət hüququnun təsir dаirəsinə düşür. Bu mаddə üzrə məhkəmə presedentlərinə görə mülkiyyət hüququ təkcə dövlət qeydiyyаtınа аlınmış hüquqlаrın deyil, eyni zаmаndа əmlаkа fаktiki mülkiyyət hüququnu, tоrpаğа icаrə, istifаdə hüququnu dа mülkiyyət kimi qəbul edir. «The Trаktоrer İsveçə qаrşı» məhkəmə işində Аvrоpа Məhkəməsi vurğulаmışdır ki, ərizəçinin tоrpаğа istifаdə hüququ və gələcəkdə оndаn fаydа götürməsi bаrədə gözləntiləri də mülkiyyət hüququnu təşkil edir və bu hüquq Аvrоpа Kоnvensiyаsının 1 sаylı prоtоkоlunun 1-ci mаddəsinin (mülkiyyət hüququ) müdаfiə dаirəsinə düşür. «Pаyn Velli develоpments Ltd» şirkəti İrlаndiyаyа qаrşı işdə Аvrоpа İnsаn hüquqlаrı Məhkəməsi qərаrа аlmışdır ki, müəyyən hаllаrın bаş verəcəyini hüquqа uyğun gözləmə 1 sаylı prоtоkоlun 1-ci mаddəsinin müdаfiə etdiyi hüquq, yəni mülkiyyət hüququ sаyılа bilər. Həmin işdə ərizəçi tоrpаq sаhəsi аlmış və оrаdа tikinti həyаtа keçirməyi plаnlаşdırmışdı. Аvrоpа Məhkəməsi tikintini həyаtа keçirilməsinə mаneəni 1 sаylı prоtоkоlun 1-ci mаddəsinin pоzuntusu kimi qiymətləndirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.2-ci maddəsində dövlət orqanlarının və yerli özünüidarə orqanlarının qanunvericilikdə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsası kimi nəzərdə tutulmuş aktları mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsası kimi göstərilmişdir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun: -2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. - 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu Qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Qanunun 8.0.11-ci maddəsinə əsasən qanun qüvvəyə minənədək Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi əmlak üzərində hüquqların qeydiyyatı üçün əsasdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: - 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. - 13.2-ci maddəsinə əsasən, inzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. - 13.3-cü maddəsinə əsasən, müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. - 13.4-cü maddəsinə əsasən, inzibati orqanların bu Qanunun 13.3-cü maddəsində nəzərdə tutulmuş vədləri və ya bəyanatları yalnız yazılı formada olduqda etibarlı təminat sayılır və şəxsin etimad hüququnun əsasını təşkil edir. Bu Qanunun 63-cü və 67-69-cu maddələri də təminatlara şamil olunur. - 13.5-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin etimadı qanunsuz hərəkətlərə əsaslana bilməz. - 67.6-cı maddəsinə əsasən, maraqlı şəxs rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda etimadın qorunması hüququna istinad edə bilməz. Məhkəmə kollegiyası belə hesab edir ki, fiziki və ya hüquqi şəxslərin etimadı iki halda qorunur ki, bunlardan birincisi, inzibati orqanların inzibati praktikası, ikincisi isə, müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədləri və bəyanatlarıdır. Belə ki, məhkəmə kollegiyası tərəfindən iş materialları tədqiq edilərkən aydın oldu ki, Şəki şəhəri, Sabit Rəhman küçəsində iddiaçının istifadəsində olan mənzilin yerləşdiyi binada yaşayan sakinlərə həmin binada yaşayan vətəndaşların bəzi mənzillər üzərində mülkiyyət hüququ Dövlət reyestrində qeydiyyata alınmışdır. Bu da onu deməyə əsas verir ki, eyni əsaslar üzrə başqa fiziki şəxslərin mülkiyyət hüquqları cavabdeh inzibati orqan tərəfindən dövlət qeydiyyatına alınmışdırsa, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası qanununda müəyyənləşdirilmiş fiziki şəxslərin etimadının qorunması naminə olan inzibati orqanların inzibati praktikasına uyğun olaraq iş üzrə iddiaçının tələbi təmin edilməlidir. Məhkəmə kollegiyasının qənaətinə görə, inzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borclu olduğundan, mövcud inzibati praktikanın dəyişdirilməsi üçün hər hansı əsas mövcud olmadığından, artıq həmin binada yerləşən mənzillərdən bir neçəsi xüsusi mülkiyyət hüququ əsasında vətəndaşların adına dövlət qeydiyyatına alındığından inzibati orqanın inzibati praktikasına iddiaçının etimadı qanunla qorunmalıdır. Məhkəmə kollegiyası bir daha cavabdeh inzibati orqanın diqqətinə çatdırır ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Belə olan halda, hal-hazırkı baxılan inzibati iş üzrə cavabdeh orqan iddiaçının tələbinin təmin edilməməsini zəruri edən faktiki şərtlərə istinad etsə də, öz hərəkətləri ilə bu halı təkzib etmiş, əksinə həmin sənədlərlə digər vətəndaşların eyni binada yerləşən mənzillər üzərində mülkiyyət hüququnu dövlət qeydiyyatına almışdır. Beləliklə, məhkəmə kollegiyаsı yuxarıda sadalanan maddi hüquq normalarını müqayisəli təhlil edərək belə nəticəyə gəlir ki, cavabdeh orqan tərəfindən iddiaçıya münasibətdə onun tələbini təmin etməkdən imtinası, fiziki şəxslərin etimadının qorunmaması, yəni inzibati orqanların inzibati praktikasının tətbiq edilməməsi iddiaçıya münasibətdə onun mülkiyyət hüququnun pozuntusudur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin : - 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. - 68.1-ci maddəsinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinə görə, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. -73.1-ci maddəsinə əsasən, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Məhkəmə kollegiyası inzibati mübahisə üzrə birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır. Habelə iddiaçı apellyasiya məhkəməsinin iclasında apellyasiya şikayətində irəli sürdüyü dəlillərini təsdiq edəcək heç bir sübut təqdim edə bilmədi. İPM-in 87.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, istinad olunan qanunvericilik normalarını və işin hallarını nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı X12rşı “ünvan 1 ünvanında yerləşən mənzilə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbini təmin etməkdə düzgün nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir. Nəticəvi hissə Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı X18 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin x xxxxxx 2020-ci il tarixli 2-1(116)-1018/2020saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-1(107)-417/2020
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-417/2020
10.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver