Məhkəmə qərarları › İş №2-1(107)-417/2021

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(107)-417/2021

19.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-417/2021 19.10.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu; Hakimlər - Rəfiyev Rövşən Rafiq oğlundan və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi - Əhmədli Mətin Əsgər oğlunun katibliyi; İddiaçı - İddiaçı və onun vəkili Vəkil1, Üçüncü şəxs - X3 nümayəndəsi Qanuni nümayəndə və həmin üçüncü şəxsin vəkili Vəkil2 iştirakları ilə, İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər: X18, Yevlax rayonu Aran bələdiyyəsi) "Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın dövlət reyestrindən 21.08.2019-cu il tarixində verilmiş ********** qeydiyyat nömrəli, **********07 reyestr nömrəli, Yevlax rayonu Aran qəsəbəsində yerləşən X3 icarəsinə verilmiş 13 ha icarə torpaq sahəsinin, o cümlədən 21.08.2019-cu il tarixli ********** qeydiyyat nömrəli, **********10 reyestr nömrəli Yevlax rayonu Aran qəsəbəsində yerləşən X9 icarəsinə verilmiş 37 ha icarə torpaq sahəsinin plan-ölçüsü sxemində düzəliş edilməsi və icarə torpaq sahəsinin əvvəlki vəziyyətinə qaytarılması vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 31 аvqust 2021-ci il tаrixli, 2-1(116)-233/2021 saylı qərardаdından İddiaçı və üçüncü şəxs X18 tərəfindən verilmiş apellyasiya şikayətlərinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın dövlət reyestrindən 21.08.2019-cu il tarixində verilmiş ********** qeydiyyat nömrəli, **********07 reyestr nömrəli, Yevlax rayonu Aran qəsəbəsində yerləşən X3 icarəsinə verilmiş 13 ha icarə torpaq sahəsinin, o cümlədən 21.08.2019-cu il tarixli ********** qeydiyyat nömrəli, **********10 reyestr nömrəli Yevlax rayonu Aran qəsəbəsində yerləşən X9 icarəsinə verilmiş 37 ha icarə torpaq sahəsinin plan-ölçüsü sxemində düzəliş edilməsi və icarə torpaq sahəsinin əvvəlki vəziyyətinə qaytarılması vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi Şəki İnzibati Məhkəməsinə 15.09.2020-ci il tarixdə daxil olmuş və həmin tarixdən icraata qəbul edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin vəzifəli şəxsləri tərəfindən üçüncü şəxsin icarəsində olan torpaq sahəsi sürüşdürülərək iddiaçının mülkiyyətinə adi olan torpaq sahəsinin üzərinə yerləşdirilmişdir. Bütün bunları aidiyyatı dövlət qurumu etmişdir. Bütün bu prosseslər Aran Bələdiyyəsinə aid olan torpaq sənədlərində baş vermişdir. DƏDRX-nin ******* saylı çıxarışı ilə 37,0 ha, ******* saylı çıxarışı ilə 13.0 ha torpaq sahəsi X4 icarəsinə verilmiş, onun vəfatından sonra 21.08.2019-cu il tarixli ********** qeydiyyat nömrəsi ilə X5 adına icarəyə verilmişdir. Bu torpaq sahəsi 2002-2017-ci ilədək icarəyə verilərkən torpaq sahəsinin sxem və kartası ilə həmin torpaq sahəsinin yeri müəyyən edilmişdir. X24 qərarı əsasında həmin ərazi icarə əsasında müəyyən edilmişdir. Sonradan 17 saylı Ərazi İdarəsi tərəfindən həmin icarə torpaq sahəsi 2017-ci il tarixində süni qaydada icarə torpağı mövcud sənədlərin ziddinə gedilərək sürüşdürülüb. Bu da müəssisənin rəhbəri X20 Cəfərovun yerliliyi sayəsində həyata keçirilib. Nəticədə bu sürüşdürülmüş torpaq sahəsi iddiaçının pay və icarə torpağının üzərinə düşmüşdür. İddiaçı bu səbəblə həmin torpaq sahələrinə dair planölçü sənədlərində düzəliş edilməsi məqsədilə cavabdeh orqana müraciət etmiş, lakin onun müraciəti cavabsız saxlanılmışdır. Cavabdeh inzibati orqan birinci instansiya məhkəməsinə ünvanladığı 15.01.2021-ci il tarixli məktubda qeyd edilir ki, Yevlax rayonu, Aran qəsəbəsində yerləşən 50 ha (13 ha və 37 ha) torpaq sahəsi Aran Bələdiyyəsinin 03.01.2002-ci il tarixli 03 nömrəli qərarı və 06.01.2002-ci il tarixli, 02 nömrəli torpaq sahəsinin icarəyə verilməsi haqqında müqaviləsi əsasında X15 30 il müddətinə icarəyə verilmişdir. 2 konturdan ibarət olan 13 ha və 37 ha iorpaq sahələri üzərində icarə hüququ Yevlax rayon Aran Bələdiyyəsinin mülkiyyətində olmaqla X10 adına ********** və ********** qeydiyyat nömrələri ilə dövlət reyestrində qeydə alınaraq müvafiq “Çıxarışlar” və “Torpaq sahəsinin planı və ölçüsü” texniki sənədləri verilmişdir. Hüquqlar qeydə alınarkən heç bir hüquq pozuntusu olmamışdır. Belə ki, Yevlax rayonu, Aran bələdiyyəsinin ərazisində İncə çayının şərq tərəfində yerləşən torpaq sahələri Aran bələdiyyəsi və DT və XK-nin Yevlax rayon şöbəsi tərəfindən imza və möhürlə təsdiqlənmiş yerquruluşu planı və Torpaq sahəsinin planı və ölçüsünə əsasən texniki sənədlər tərtib olunmuşdur. İdarənin mütəxəssisi tərəfindən təkrarən yerində müayinə baxışı aparılarkən torpaq sahəsinin döngə nöqtələrinin koordinatları texniki sənədlərdə, həmçinin DT və XK-nin Yevlax rayon şöbəsi tərəfindən verilmiş torpaq sahəsinin planı və ölçüsündə qeyd edilmiş döngə nöqtələrinin koordinatları ilə eynidir. Yevlax rayon Aran Bələdiyyəsi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı “çıxarışların etibarsız hesab edilməsi tələbi ilə 2018-ci il tarixində Yevlax rayon Məhkəməsinə müraciət etmiş, Məhkəmənin 16.11.2018-ci il tarixli, qətnaməsinə əsasən tələb təmin edilsə də, qətnamə Şəki Apellyasiya Məhkəməsinin 28.01.2019-cu il tarixli, 2(107)-454/2019 saylı qətnaməsi ilə ləğv edilərək yeni qətnamə çıxarılmış və Yevlax rayon Aran Bələdiyyəsinin iddia tələbi təmin edilməmişdir. Yevlax rayon Aran Bələdiyyəsi yenidən Şəki Apellyasiya Məhkəməsinin qətnaməsindən Ali Məhkəməyə kassasiya şikayəti verməsinə baxmayaraq, onun şikayəti təmin olunmamış, Şəki Apellyasiya Məhkəməsinin 28.01.2019-cu il tarixli, 2(107)-454/2019 saylı qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Odur ki, idddiaçı İddiaçı torpaq sahəsinin planölçü sxemində düzəliş edilməsi tələbi əsassızdır. Üçüncü şəxs X18 iddia tələbinə dair etiraz olaraq birinci instansiya məhkəməsinə ünvanladığı 25.04.2021-ci il tarixli məktubunda qeyd etmişdir ki, İddiaçı hazırkı iddia tələbi qanunsuz, əsassız və ədalətsiz olmaqla yanaşı, tam cəfəngiyyatdır. Onun ailəsi sadə, zəhmətkeş, imkansız və Ermənistan Respublikasından qaçqın düşmüş bir ailədir. 2002-ci ildə anası X10 icarəsinə verilmiş torpaq sahəsi, anası X22 28 may 2011-ci il tarixdə vəfat etdikdən sonra, icarə müqaviləsi ilə bağlı hüquq münasibətlərinə hüquq varisliyinə yol verildiyindən, icarəçi D.Cəfərov olmuş və icarəsi altında olan torpaq sahələrinə dair Çixarışlar əldə etmiş və bununla bağlı ona Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış verilmişdir. Yüklülüyün müddəti 19.08.2019-cu tarixdən 06.01.2032-ci il tarixə qədərdir və bu da özlüyündə 13 (on üç) il müddət edir. Belə ki, icarəçi olduğu torpaq sahələri 50 ha olmaqla iki ərazidə 37 ha və 13 ha ərazilərdə yerləşir (torpaq sahələrinin arasından qov keçdiyi üçün). O da xüsusi Məhkəmənin nəzərinə çatdırılır ki, D.Cəfərovun mərhum anası çoxuşaqlı ana olmuş və o, qəhrəman ana hesab edilmişdir. İddiaçı D.Cəfərovun icarəsi altında olan torpaq sahəsini zəbt etməsi ilə bağlı Yevlax Rayon Məhkəməsinin icraatında olan mülki iş üzrə mütəxəssis rəyi alınmış və həmin mülki işə İddiaçı şikayəti əsasında apellyasiya qaydasında baxılarkən ekspert rəyi alınmışdır. Həm mütəxəssis rəyində, həm də ekspert rəyində hər hansı sürüşmə halı olması müəyyən edilməmişdir. İddiaçı iddia tələbini qarışıq və dolaşıq hala salmaqla, guya ki, iddia tələbinə qanuni don geyindirmək istəyir və o, son anda özünün başçısı olduğu Yevlax rayonu “Fəqan” kəndli fermer təsərrüfatına aid olan torpaq sahələri ilə bağlı hüquqlarının pozulmasını iddia edir və bildirir ki, sürüşmə məhz sahələrlər bağlı olmuşdur. Qeyd edir ki, “Fəqan” kəndli fermer təsərrüfatı da Yevlax rayonu Aran bələdiyyəsinin, İddiaçı və Yevlax RİH-nin əməkdaşı Allahverdi müəllimin “iş birliyidir”. Hansı səbəbdənsə, İddiaçı rəhbəri olduğu “Fəqan” kəndli fermer təsərrüfatı kiril əlifbası ilə yazılsa da, möhür son günlərdə vurulmuş və latın əlifbası ilə yazılar vardır. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı və iddiaçının vəkili iddianın mümkün hesab edilməsi və mahiyyəti üzrə baxılıb qərar verilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında cavabdehin nümayəndəsi qanunamüvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında üçüncü şəxs X3 və onun nümayəndəsinin vəkili iddiaçının subyektiv hüququ olmadığı üçün iddia tələbinin qeyri mümkün hesab edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında üçüncü şəxs Yevlax rayon Aran bələdiyyəsinin nümayəndəsi qanunamüvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Şəki İnzibаti Məhkəməsinin (hakim İlqar Cabbarov) 31 аvqust 2021-ci il tаrixli, 2- 1(116)-233/2021 saylı qərardadı ilə İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər: X18, Yevlax rayonu Aran bələdiyyəsi) “Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın dövlət reyestrindən 21.08.2019-cu il tarixində verilmiş ********** qeydiyyat nömrəli, **********07 reyestr nömrəli, Yevlax rayonu Aran qəsəbəsində yerləşən X3 icarəsinə verilmiş 13 ha icarə torpaq sahəsinin, o cümlədən 21.08.2019-cu il tarixli ********** qeydiyyat nömrəli, **********10 reyestr nömrəli Yevlax rayonu Aran qəsəbəsində yerləşən X9 icarəsinə verilmiş 37 ha icarə torpaq sahəsinin plan-ölçüsü sxemində düzəliş edilməsi və icarə torpaq sahəsinin əvvəlki vəziyyətinə qaytarılması vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmamışdır. Şəki İnzibаti Məhkəməsinin 31 аvqust 2021-ci il tаrixli, 2-1(116)-233/2021 saylı qərardadından İddiaçı və üçüncü şəxs X18 tərəfindən apellyasiya şikayətləri verilmişdir. Apellyasiya şikayətlərinin dəlilləri: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, torpaq üzərində mülkiyyət hüquqları pozulmuş bir şəxsdir. Belə ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin vəzifəli şəxsləri tərəfindən üçüncü şəxsin icarəsində olan torpaq sahəsi sürüşdürülərək onun mülkiyyətinə aid olan torpaq sahəsinin üzərinə yerləşdirilmişdir. Bütün bunları aidiyyatı dövlət qurumu etmişdir. O, hu barədə hazırkı və əvvəlki sənədləri də məhkəməyə təqdim etmişdir. Bütün bu prosseslər Aran Bələdiyyəsinə aid olan torpaq sənədlərində baş vermişdir. DƏDRX-nin ******* saylı çıxarışı ilə 37,0 ha, ******* saylı çıxarışla 13.0 ha torpaq sahəsi X4 icarəsinə verilmiş, onun vəfatından sonra 21.08.2019-cu il tarixli ********** qeydiyyat nömrəsi ilə X5 adına icarəyə verilmişdir. Bu torpaq sahəsi 2002-2017-ci ilədək icarəvə verilərkən torpaq sahəsinin sxem və kartası ilə həmin torpaq sahəsinin yeri müəyyən edilmişdir. X24 qərarı əsasında həmin ərazi, yəni icarə əsasında müəyyən edilmişdir. Mən bu barədə konkret sxemi məhkəməyə təqdim etmişdir. Sonradan 17 saylı Ərazi İdarəsi tərəfindən həmin icarə torpağı sahəsi 2017-ci il tarixində suni qaydada icarə torpağına aid mövcud sənədlərin ziddinə gedilərək sürüşdürülüb. Bu da müəssisənin rəhbəri X20 Cəfərovun yeridiyi sayəsində həyagta keçirilib. Nəticədə bu sürüşdürülmüş torpaq sahəsi mənim pay və icarə torpağının üzərinə düşmüşdür. Bildirir ki, 06.01 2002-ci il tarixli 02 saylı icarə müqaviləsi sənədi ilə X22 ilə 50 hektar örüş-otlaq sahəsinin icarəyə verilməsi ilə bağlı müqavilə imzalanmışdır Torpaq sahəsinin icarəyə verilməsi ilə əlaqədar Yes lax rayon Torpaq və Xərıləçəkınə Şöbəsində sahənin sxeını çəkilmişdir. Torpaq sahəsinin hazırlanmış Ycıquruluşu Planına əssən X15 şerilmiş torpaq sahəsi icarədar X1 icarəsində olan torpaq sahəsi ilə qonşuluqda verilmişdir. Sonradan o, torpaq sahəsinin 15 illik icarə müddəti bitdiyi dövrdə 10.10.2017-ci il tarixdə yenidən 15 il müddət üçün №-1142470 nömrəli çıxarışı almışdır. Yüklülüyün müddəti 06.01.2002-ci ildən, 06.01.2032-ci ilədək göstərilmişdir. Həmin çıxarışda göstərilən torpaq sahəsinin əvvəlki Yerquruluşu Planında olduğu kimi deyil, sahə digər qonşu icarədara tərəf sürüşdürülmüşdür. X10 vəfatı ilə əlaqədar olaraq torpaq sahəsinə aid çıxarış X11 adına 2019-cu ildə rəsmiləşdirilmişdir. O, məhkəməyə bu sürüşməni müəyyən edən kartanı təqdim etmişdir. Cavabdeh orqan bu barədə məhkəməyə cavab verməlidir. Həmin sürüşməni hansı səbəbdən etdiklərini məhkəmədə bildirməlidirlər. Şəxs iddia edir ki, o, onun torpaqlarını zəbt etmiş, əlində olan çıxarışla ona aid olan torpaq sahələri ona aid torpaq sahəsinin üstünə düşüb. Bütün gücü və qüvvəsi ilə dövlət orqanlarından bu məsələlərin real həllini istəmiş, ancaq hazırkı iş bügünədək öz həllini tapmamışdır. Onun üçüncü şəxs Dağbəyi adlı şəxslə heç bir ziddiyətim yoxdur. Ancaq cavabdeh orqan bütün bu məsələləri hazırkı həddə gətirməsəydi hesab edir ki, icarə torpaq sahələrinin sxemi suni surətdə sürüşdürülməzdi. Torpaq sahəsinin plan ölçüsündə düzəliş etməklə əvvəlki vəziyyətinin bərpa edilməsi ilə bağlı cavabdeh orqana 07.09.2020ci il tarixində müraciətləri olub. Həmin müraciət, ərizə onlar tərəfindən qəbul edilmişdir. O, həmin ərizənin əslini tərəfin qəbul etmiş olduğu sənəddə olan imzası əks olunmaqla məhkəməyə təqdim etmişdir. Aran Bələdiyyəsi özünün qərarı ilə hazırkı üçüncü şəxs X3 anası X12 adına verilmiş ilkin qərarı ləğv etmişdir. Həmin qərar əsasında X23 icarə müqaviləsini bağlamışdır. Qeyd olunan müqavilənin etibarsız, hesab edilməsi Yevlax Rayon Məhkəməsinin icraatındadır. Bundan əvvəlki məhkəmə prosesində vəsatətlə çıxış edilmişdir. Həmin vəsatət verilərkən aidiyyəti ekspertizanın keçirilməsi qərara alınmışdır. Belə bir vəziyyətdə üçüncü şəxs Dağbəyı Cəfərov bələdiyyənin ilkin qərarının ləğv edilməsi ilə bağlı İnzibatı Məhkəməyə müraciət elmişdir. İnzibati Məhkəmə isə hazırkı qərarını qəbul edərkən hesab etmişdir ki, X3 miras əmlakı olaraq qəbul etdiyi və icarəsinə verilmiş olan 13.0 ha və 37,0 ha torpaq sahələrinə dair tərtib edilmiş plan ölçü sənədlərində düzəlişin edilməsi istənilmişdir. Aran Bələdiyyəsinin qeyd olunan torpaq sahələri ilə əlaqədar ilkin kökü, ilkin sənədi 03.01,2002-ci il tarixli, 03 nömrəli qərarının ləğv edilməsi ilə bağlı 05.04.2021-ci il tarixli, 08 nömrəli qərarının mövcudluğu ilə əlaqədar digər texniki sənədlərin düzgünlüyünün araşdırılması əhəmiyyəti itdidiyindən, tələbə mahiyyət üzrə baxmağa zərurət qalmadığı bildirilir. Ona görə də hesab edir ki, bu mövqe ilə tələbin baxılmasının mümkün sayılmaması ədalətli deyil. Göstərilənlərə əsasən Şəki İnzibаti Məhkəməsinin 31 аvqust 2021-ci il tаrixli, 2-1(116)-233/2021 saylı qərardadının ləğv edilməsini və iddia tələbinin baxılmasının mümkün hesab edilməsini xahiş etmişdir. Üçüncü şəxs X18 tərəfindən verilmiş apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə birinci instansiya məhkəməsində baxılarkən məhkəmə iddia tələbini qeyri-mümkün sayaraq hesab etmişdir ki, iddiaçının iddia tələbində düzəliş edilməsinə nail olmaq istədiyi plan-ölçü sənədlərinin verilməsinə əsas olan Aran bələdiyyəsinin 03.01.2002-ci il tarixli ,03 nömrəli qərarı bələdiyyənin 05.04.2021- ci il tarixli 08 nömrəli qərarı ilə ləğv edildiyi üçün 03.01.2002-ci il tarixli ,03 nömrəli qərara əsasən tərtib edilən digər texniki sənədlərin düzgünlüyünün araşdırılması əhəmiyyətini itirdiyi üçün hazırkı iddia tələbinə məhkəmə tərəfindən mahiyyəti üzrə baxılmasına da zərurət qalmır. O, üçüncü şəxs olaraq əslində Aran bələdiyyəsinin 03.01.2002-ci il tarixli, 03 nömrəli qərarının bələdiyyənin 05.04.2021-ci il tarixli 08 nömrəli qərarı ilə ləğvini qanunsuz və əsassız hesab edirək, məhz sonuncu qərarı inzibati qaydada mübahisələndirmişəm və hazırda iddia tələbim Şəki İnzibati Məhkəməsinin icraatındadır. Bundan başqa, qeyd edir ki, iddiaçının onun icarəsinə verilmiş torpaq sahəsi ilə bağlı heç bir qanuni və əsaslı bağlılığı və əlaqəsi yoxdur. Ona görə də iddiaçının onun icarəsi altında olan torpaq sahəsi ilə bağlı hər hansı bir iddia tələbinin irəli sürülməsinə heç bir subyektiv hüququ yoxdur. Hazırkı iddia tələbi ilə bağlı iddiaçının öz hərəkətlərinə hüquqi ixtiyarı olmadığından (subyektiv hüquqa malik olmağın ilk elementi) başqa şəxsdən tələb etmək hüququ (subyektiv hüquqa malik olmağın ikinci elementi) da ola bilməz. Hesab edir ki, hazırkı iddia tələbi məhz iddiaçının iddia qaldırmaq üçün subyektiv hüquqa malik olmaması səbəbindən mümkün sayılmamalıdır. İşə birinci instansiya məhkəməsində baxılarkən iddia tələbi qeyri- mümkün hesab edilsə də, başqa əsaslarla, yəni bələdiyyə icarə müqaviləsi ilə bağlı verdiyi qərarı ləğv etdiyi üçün mümkün saymamışdır. Bu hal isə tam olaraq qanunsuz və əsassızdır. Odur ki, Şəki İnzibаti Məhkəməsinin 31 аvqust 2021-ci il tаrixli, 2-1(116)-233/2021 saylı qərardadının ləğv edilməsini və iddiaçının həmin iddia tələbini iraəli sürməyə subeyktiv hüququ olmaması səbəbi ilə qeyri-mümkün hesab etməklə yeni qərardad çıxarılmasını xahiş etmişdir. Proses iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı və onun vəkili Vəkil1 özləri tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilərək “Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın dövlət reyestrindən 21.08.2019-cu il tarixində verilmiş ********** qeydiyyat nömrəli, **********07 reyestr nömrəli, Yevlax rayonu Aran qəsəbəsində yerləşən X3 icarəsinə verilmiş 13 ha icarə torpaq sahəsinin, o cümlədən 21.08.2019-cu il tarixli ********** qeydiyyat nömrəli, **********10 reyestr nömrəli Yevlax rayonu Aran qəsəbəsində yerləşən X9 icarəsinə verilmiş 37 ha icarə torpaq sahəsinin plan-ölçüsü sxemində düzəliş edilməsi və icarə torpaq sahəsinin əvvəlki vəziyyətinə qaytarılması vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair” iddianın mümkün sayılmasını, üçüncü şəxs X18 tərəfindən verilmiş apellyasiya şikayətinin isə təmin edilməməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında üçüncü şəxs X3 nümayəndəsi Qanuni nümayəndə və həmin üçüncü şəxsin vəkili Vəkil2 özləri tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsini, İddiaçı verdiyi apellyasiya şikayətinin isə təmin edilməməsini xahiş etdilər. Məhkəmə kollegiyasının əvvəlki iclasında üçüncü şəxs Yevlax rayonu Aran Bələdiyyəsinin nümayəndəsi Rzаyev Əbülfət İdris oğlu işin fаktiki hаllаrınа uyğun qаnuni qərаr qəbul edilməsini məhkəmə kоllegiyаsındаn xаhiş etmişdir. Apellyasiya məhkəməsi iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın 17 saylı Yevlax Ərazi İdarəsin və üçüncü şəxs Yevlax rayonu Aran Bələdiyyəsinin nümayəndələri hazırkı məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın 17 saylı Yevlax Ərazi İdarəsin və üçüncü şəxs Yevlax rayonu Aran bələdiyyəsinin nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etdi. Əsaslandırma hissəsi: Azərbаycаn Respublikаsının İnzibati Prosessual Məcəlləsinin 82-ci mаddəsinə əsаsən, аpellyаsiyа instаnsiyаsı məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə bаxır. Apellyаsiyа instаnsiyаsı məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Həmin Məcəllənin 80-ci mаddəsinə əsasən, barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini iş materialları ilə birlikdə tədqiq edib qiymətləndirərək hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, Şəki İnzibаti Məhkəməsinin 31 аvqust 2021-ci il tаrixli, 2-1(116)-233/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Aran bələdiyyəsinin 03.01.2002-ci il tarixli, 03 saylı qərarından çıxarışın təsdiq edilmiş surətindən görünür ki, həmin qərarla "Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun 6, 10, 11 və 18-ci maddələrinə əsasən Aran bələdiyyəsinin mülkiyyət predmeti olan torpaqlarından 50 hektar icarə müqaviləsi əsasında 30 il müddətinə Aran qəsəbə sakini, Ermənistan Respublikası Göyçə mahalından gəlmiş məcburi köçkün X10 istifadəsinə verilmişdir. İş materiallarında olan 06.01.2002-ci il tarixli, 02 saylı "Torpaq sahəsinin icarəyə verilməsi haqqında” müqavilənin təsdiq edilmiş surətindən görünür ki, həmin müqavilə ilə Aran bələdiyyəsinin 03.0l.2002-ci il tarixli, 03 saylı qərarı əsasında 50 ha örüş torpaq sahəsi 30 (otuz) il müddətinə X10 istifadəsinə verilmişdir. İş materiallarında olan A seriyalı 312645 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü” sənədinin təsdiq edilmiş surətindən görünür ki, Yevlax rayonu Aran bələdiyyəsinin 03.01.2002-ci il tarixli 03 saylı qərarı ilə 50 ha torpaq sahəsi heyvandarlıq məqsədilə 30 il müddətinə X10 istifadəsinə verilmişdir. İş materiallarında olan A seriyalı 183882 nömrəli 03.10.2017-ci il tarixli və A seriyalı 183883 nömrəli 03.10.2017-ci il tarixli "Torpaq sahəsinin planı və ölçüsü” sənədinin təsdiq edilmiş surətindən görünür ki, müvafiq olaraq kənd təsərrüfatı təyinatlı 13.0 ha və 37.0 ha torpaq sahələri X10 istifadəsinə verilmişdir. İş materiallarında olan RX seriyalı, ******* nömrəli, ********** qeydiyyat nömrəli, **********10 reyestr nömrəli çıxarışın təsdiq edilmiş surətindən görünür ki, Aran bələdiyyəsinin mülkiyyətində olan 37.0 ha kənd təsərrüfatı təyinatlı örüş torpaq sahəsi 06.01.2002-ci il tarixli 02 saylı müqavilə əsasında 06.01.2002-ci il tarixdən 06.01.2032-ci il tarixədək X10 icarəsinə verilmişdir. İş materiallarında olan RX seriyalı, ******* nömrəli, ********** qeydiyyat nömrəli, **********07 reyestr nömrəli çıxarışın təsdiq edilmiş surətindən görünür ki, Aran bələdiyyəsinin mülkiyyətində olan 13.0 ha kənd təsərrüfatı təyinatlı örüş torpaq sahəsi 06.01.2002-ci il tarixli 02 saylı müqavilə əsasında 06.01.2002-ci il tarixdən 06.01.2032-ci il tarixədək X10 icarəsinə verilmişdir. İş materiallarında olan 2V-960 və 2V-961 nömrəli, 19.08.2019-cu il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamələrinin təsdiq edilmiş surətindən görünür ki, 02.06.2011-ci il tarixdə ölmüş X10 vərəsəsi oğlu X13r və miras əmlak 06.01.2002-ci il tarixli, 02 saylı icarə müqaviləsinə əsasən icarəyə verilmiş 37.0 ha və 13.0 ha torpaq sahələrindən ibarətdir. İş materiallarında olan A seriyalı 464335 nömrəli 28.12.2019-cu il tarixli və A seriyalı 464337 nömrəli 28.12.2019-cu il tarixli "Torpaq sahsinin planı və ölçüsü” sənədlərinin, həmçinin ********** qeydiyyat nömrəli, **********10 reyestr nömrəli 21.08.2019-cu il tarixli və ********** qeydiyyat nömrəli, **********07 reyestr nömrəli çıxarışların təsdiq edilmiş surətindən görünür ki, 2V-960 və 2V-961 nömrəli, 19.08.2019-cu il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamələrə əsasən 13.0 ha və 37.0 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələri icarə hüququnun vərəsəliyi ilə 19.08.2019-cu il tarixdən 06.01.2032-ci il tarixədək X3 istifadəsinə verilmişdir. İş materiallarında olan A seriyalı 536105 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü” sənədinin surətindən görünür ki, Aran bələdiyyəsinin 21.09.2007-ci il tarixli 42 saylı qərarı ilə 100 ha torpaq sahəsi kənd təsərrüfatı məqsədilə İddiaçı icarəsinə verilmişdir. İş materiallarında olan JN-660 nömrəli "Torpağa mülkiyyət hüququna dair Dövlət aktının surətindən görünür ki, Yevlax rayon AİK-nın 24.04.2001-ci il tarixli 57 saylı qərarı ilə 6.0 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı, X14, X16 və X17 verilmişdir. İş materiallarında olan JN-661 nömrəli "Torpağa mülkiyyət hüququna dair Dövlət aktının surətindən görünür ki, Yevlax rayon AİK-nın 24.04.2001-ci il tarixli 57 saylı qərarı ilə 4.50 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X19, X6, X2 verilmişdir. İş materiallarında olan Bərdə Regional Ədliyyə İdarəsinin məhkəməyə ünvanladığı 18.05.2021-ci il tarixli məktubda qeyd edilir ki, Yevlax rayon Aran qəsəbə sakini X7 aidiyyəti üzrə İdarəyə daxil olmuş müraciətinin araşdırılması zamanı X15 Aran Bələdiyyəsinin 03.01.2002-ci il tarixli 03 nömrəli qərarı və 06.01.2002-ci il tarixli 02 nömrəli icarə müqaviləsi əsasında ümumilikdə 50,0 ha örüş torpaq sahəsinin müddət pozuntusu ilə, yəni 15 deyil 30 il müddətinə icarəyə verilməsi müəyyən edilərək, sözügedən qərarın və icarə müqaviləsinin ləğvi, habelə hüquq müəyyənedici sənədlərin etibarsız hesab edilməsi ilə bağlı müvafiq tədbirlərin görülməsi barədə bələdiyyəyə 31.03.2021-ci il tarixli 5-M-54/1.2 nömrəli təklif məktubu göndərilmişdir. Həmin təklif məktubu bələdiyyənin 05.04.2021-ci il tarixli 08 nömrəli iclasında təmin edilərək, 03.01.2002-ci il tarixli 03 nömrəli qərarı ləğv edilmiş və digər sənədlərə hüquqi qiymət verilməsi üçün məhkəməyə müraciət edilməsinə dair qərar qəbul edilmişdir. Məhkəmə aşağıdakı hallara görə hesab edir ki, iddia mümkün sayılmamalıdır. İş materiallarında olan Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 02.11.2020-ci il tarixli, 2(107)-1330/2020 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı X18 cavabdeh İddiaçı qarşı «zəbt edilmiş torpaq sahəsindən cavabdehin çıxarılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh İddiaçı icarəsi altında olan 50 ha torpaq sahəsinin zəbt etdiyi 40 ha hissəsindən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Yevlax Rayon Məhkəməsinin 24 fevral 2020-ci il tаrixli, 2(039)-160/2020 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, iddiaçı X3 icarəsi altında olan 50 ha torpaq sahəsinin 23.21 ha hissəsindən İddiaçı çıxarılması, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Kollegiya qətnaməsində qeyd etmişdir ki, bundan əlavə cavabdeh apelyasiya şikayətində mübahisəli torpaq sahəsinin onlara məxsus olduğunu, həmin torpaq sahəsindən neçə illərdir istifadə etdiyini bildirsə də, bununla bağlı məhkəməyə hər hansı mötəmər sübutu təqdim edə bilməmiş, əksinə iş üzrə verilmiş ekspert rəyləri onların dəlilini təkzib etmişdir. İş materiallarından da göründüyü kimi iddiaçının mübahisələndirdiyi torpaq sahəsi icarə hüququ ilə onun özünə məxsus olmasına baxmayaraq, cavabdeh tərəfindən istifadə olunur ki, bu da iddiaçının qanunla qorunan mülkiyət hüququnun məhdudlaşdırılması kimi qiymətləndirilir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 02.11.2020-ci il tarixli 2(107)- 1330/2020 saylı qətnaməsi ilə Yevlax Rayon Məhkəməsinin 24 fevral 2020-ci il tаrixli, 2(039)-160/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qeyd olunan qətnamədən də göründüyü kimi iddiaçı hazırki tələbi irəli sürə bilməsi üçün hüqunun pozulmasını əsaslandırmalıdır. Mülki məhkəmə icraatı qaydasında işə baxan məhkəmələr tərəfindən onun mübahisəli torpaq sahəsinə heç bir hüququnun omadığı müəyyən olunmuşdur. Hazırda onun plan-ölçü sənədlərinə düzəliş edilməsi tələbi irəli sürə bilməsi üçün 3-cü şəxsin plan-ölçü sənədində qeyd olunan torpaq sahəsinin onun mülkiyyətində və ya icarəsində olan torpaq sahələri ilə üst-üstə düşməsi halı olmalıdır ki, belə bir halın olması mülki məhkəmə icraatı qaydasında X3 iddiasının rədd olunmasına səbəb olardı. Beləliklə inzibati prosesual qanunvericiliyin tələbinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddianın yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri-iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibatı məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir, hazırkı iddia isə Azərbaycan Respublikası İnzibati Prosesual Məcəlləsinin 35.1-ci maddəsində nəzərdə tutulan mümkünlük tələblərinə cavab vermir. «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd edilmşdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Konstitusiya Məhkəməsinin qərarlarının məcburi hüquqi qüvvəsi onun qərarlarında formalaşdırılmış hüquqi mövqelərinin qüvvəsinə də şamil edilir. Həmin hüquqi mövqelər hüququn tətbiqi təcrübəsində məhkəmələr tərəfindən rəhbər tutulmalıdır. «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 8 may 2008-ci il tarixli Qərarında ortaya qoyulmuş hüquqi mövqe aşağadıkılardan ibarət olmuşdur: «Subyektiv hüququn həyata keçirilməsi, onun hüdudlarının qanunvericilik səviyyəsində tənzimlənməsi hüquqi müəyyənlik və hüquqi təmin olunma prinsiplərinə xidmət edir. Bu, həmçinin hüququn təmin olunması üçün məhkəmə müdafiə mexanizmlərindən istifadə zamanı ədalət mühakiməsinin obyektiv meyarlarından faydalanmaq imkanı yaradır. Son dərəcə əhəmiyyətli hal isə ondan ibarətdir ki, maraqlı şəxslər məhkəmədə qanunun tələblərinin düzgün tətbiq edildiyini güman etməyə haqlıdırlar. İddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır.» Qanunvericiliyin qeyd edilən normalarından göründyü kimi, iddiaçının iddia qaldırılması üçün müvafiq subyektiv hüquqa malik olub-olmaması və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığı mühüm əhəmiyyət kəsb etdiyindən, məhkəmə ilk növbədə iddianın mümkünlük məsələsini yoxlamalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin subyektiv hüquqla bağlı gəlmiş olduğu həmin nəticə qanuni və əsaslı olmuşdur. Bundan başqa birinci instansiya məhkəməsi həmçinin qeyd etmişdir ki, iş materiallarına əlavə edilən və yuxarıda qeyd olunan sənədlərdən görünür ki, iddiaçının hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməsində hüquqi marağı iş üzrə üçüncü şəxs X3 miras əmlak olaraq qəbul etdiyi və icarəsinə verilmiş olan 13.0 ha və 37.0 ha torpaq sahələrinə dair tərtib edilmiş plan-ölçü sənədində düzəlişin edilməsindən ibarətdir. İş materiallarında olan Bərdə Regional Ədliyyə İdarəsinin məktubuna əsasən müəyyən edilir ki, Aran bələdiyyəsinin 05.04.2021-ci il tarixli, 08 nömrəli iclasında üçüncü şəxs X3 mərhum X8 miras qəbul etdiyi ümumilikdə 50.0 ha torpaq sahəsinin icarəyə verilməsinə dair Aran bələdiyyəsinin 03.01.2002-ci il tarixli, 03 nömrəli qərarı ləğv edilmişdir. Ona görə də birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddia tələbində düzəliş edilməsinə nail olmaq istədiyi plan-ölçü sənədlərinin verilməsinə əsas olan Aran bələdiyyəsinin 03.01.2002-ci il tarixli, 03 nömrəli qərarı bələdiyyənin 05.04.2021-ci il tarixli, 08 nömrəli qərarı ilə ləğv edildiyi üçün 03.01.2002- ci il tarixli, 03 nömrəli qərara əsasən tərtib edilən digər texniki sənədlərin düzgünlüyünün araşdırılması əhəmiyyətini itirdiyi üçün hazırkı iddia tələbinə məhkəmə tərəfindən mahiyyəti üzrə baxılmasına da zərurət qalmır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd olunan prosessual hüquq normasının tələbinə görə, inzibati mübahisəyə baxılması ilə əlaqədar iddianın əsaslığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin movcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Məhkəmə əvvəlcə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Məhkəmə mümkünlük şərtlərinin mövcudluğunu tərəflərin bunu tələb edibetməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşır. Ona görə də, birinci instansiya məhkəməsi iddianı mümkün saymamaqda haqlı olmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətlərinin dəlilləri birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi üçün yetərli deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Göstərilənlərə əsаsən və Аzərbаycаn Respublikаsı İnzibаti Prоsessuаl Məcəlləsinin 87, 94, 115.1-ci mаddələrini rəhbər tutаrаq, məhkəmə kоllegiyаsı Nəticəvi hissə: Yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı və üçüncü şəxs X18 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 31 аvqust 2021-ci il tаrixli, 2-1(116)-233/2021 saylı qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərаrdаddаn 10 gün müddətində Şəki Apellyаsiyа Məhkəməsi (AZ-5507, Şəki şəhəri, Salman Mümtaz küçəsi) vаsitəsilə Azərbаycаn Respublikаsı Ali Məhkəməsinə (AZ- 1025, Bаkı şəhəri Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikаyəti verilə bilər. Sədrlik edən: Elçin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar