Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-419/2023 13.09.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və X2 ibarət tərkibdə, Atababayev Faiq Gülağa oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 26 aprel 2023-cü il tarixli 2- N(NN6)-679/2023 nömrəli qərarından iş üzrə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat N. İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı birinci instansiya məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək “müharibə veteranı adının və vəsiqəsinin verilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı tələbini aşağıdakı kimi əsaslandırmışdır: - o, N avqust N97N-ci ildə Yevlax rayonu Hürüuşağı kəndində anadan olmuşdur. N989-cu ilin dekabr ayından N99N-ci ilin oktyabr ayı da daxil olmaqla keçmiş Sovetlər İttifaqı dövründə həqiqi hərbi xidmətdə olmuş, hərbi xidmətini başa vurduqdan sonra vətənə qayıtmışdır. Bundan sonra N992-ci ildə səfərbərliklə əlaqədar müharibə dövründə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak etmək üçün keçmiş Yevlax Rayon Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılmış və Yevlax Rayon Hərbi Komissarlığı tərəfindən xidmət etmək üçün N nömrəli hərbi hissəyə göndərilmişdir. Həmin hərbi hissədə o, N nömrəli hərbi hissə komandirinin xx.xx.N992-ci il tarixli 36 №-li əmri ilə (əsas §-l, səh-45, sıra -7) hərbi hissənin şəxsi heyətinin siyahısına salınaraq bütün növ təminatlarla təmin olunmuşdur. Həmin hərbi hissədə xidmətilə əlaqədar maaş da almışdır. O, N nömrəli hərbi hissədə xx.xx.N992-ci il tarixdən N996-cı ilədək hərbi xidmətdə olmuş, maddi təminat tağımında sürücü yanğınsöndürən vəzifəsində çalışaraq xidmət etmişdir. N996-cı ildə ordudan tərxis olunmuşdur.
3. “Hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun N8-ci maddəsinin "D” bəndinə əsasən ailə vəziyyətinə görə sıravi İddiaçı Azərbaycan Respublikası Silahlı Qüvvələrindən tərxis olunduğu üçün xidmət etdiyi N nömrəli hərbi hissə komandirinin xx.xx.N996-cı il tarixli 59 №-li əmri ilə (əsas §-N, səh-96. sıra -N) hərbi hissənin şəxsi heyətinin siyahısından və bütün təminatlardan çıxarılaraq qeydiyyata düşmək üçün keçmiş Yevlax Rayon Hərbi Komissarlığına göndərilmişdir. İddiaçının hərbi hissədə xidməti barədə hərbi biletində qeydlər də vardır. N nömrəli hərbi hissədə xidmət etdiyi müddətdə baxmayaraq ki, maddi təminat tağımında sürücü yanğınsöndürən vəzifəsində çalışmış, döyüşlərdə də iştirak etmişdir. Belə ki, verilən əmr əsasında xidmət etdiyi N nömrəli hərbi hissənin şəxsi heyət üzvlərindən seçilmiş heyət üzvləri erməni işğalçılarına qarşı Ağdərə rayonunun Çıldıran kəndi uğrunda, Ağdam rayonunun Çəmənli, Sırxavənd kəndi uğrunda, Füzuli rayonunun Dilavarlı kəndi uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etmişlər. O da həmin heyətdə olaraq döyüşlərdə iştirak etmişdir. Bunu onunla bərabər N nömrəli hərbi hissədə xidmət edən döyüşçü yoldaşları təsdiq edə bilərlər. Lakin, onun döyüşlərdə iştirakı hərbi biletində qeyd olunmayıb. Bu onun günahı deyil, o, əmrə tabe olan sıravi əsgər olmuşdur. Bunu hərbi hissənin qərargah rəisi etməli idi. Digər bir məsələ onun hərbi biletində hərbi hissəni özbaşına tərk etməyi qeyd olunub. Hərbi biletində aparılan bu qeyd düzgün deyil. İddiaçı hərbi hissəni özbaşına tərk etməmişdir. Bu bir faktdır. Bu faktı onunla xidmət edən N nömrəli hərbi hissənin şəxsi heyət üzvlərindən ona şahidlik edərək təsdiqləyə bilərlər. Əgər hərbi hissəni özbaşına tərk etsəydi haqqında cinayət işi açılardı və ona kiçik çavuş rütbəsi verilməzdi. Hansı ki, xidməti ilə əlaqədar xx.xx.N993-cü ildə ona kiçik çavuş rütbəsi verilib. Bu haqda hərbi biletində qeyd də var. O, dəfələrlə müraciət etməsinə veteranlıq vəsiqəsini ala bilməmişdir. Səbəblərdən biri də xidmətilə əlaqədar arxiv arayışının olmaması olub. Bununla əlaqədar o, Azərbaycan Respublikası 2020-ci ildə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin İşlər İdarəsi Mərkəzi Arxivinə müraciət edərək bu məsələnin həllinə ona köməklik göstərməsini xahiş etmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin İşlər İdarəsi Mərkəzi Arxivi tərəfindən ona xx.xx.2020-ci il tarixli 9/2-N0226 №-li xidmətilə əlaqədar arxiv arayışı göndərilmişdir. İddiaçı əlində olan sənədləri notarial qaydada təsdiqlədərək 2020-ci ildə Azərbaycan Respublikası Müdafiə Nazirliyinə və onun aidiyyatı qurumuna göndərərək, müraciət edərək ona müharibə veteranı statusunun və vəsiqəsinin verilməsi üçün köməklik göstərilməsini xahiş etmişdir. Lakin Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsi tərəfindən ona ünvanlanan xx.xx.2020ci il tarixli N/M N4922 nömrəli cavabında göstərilmişdir ki, ona müharibə veteranı adının və vəsiqəsinin verilməsində imtina edilmişdir və səbəb isə onun döyüşlərdə iştirakıla əlaqədar hərbi hissənin siyahısında olmadığına görə geri qaytarılmışdır. Buna görə də hazırkı inzibati mübahisə yaranmışdır.
4. Cavabdeh inzibati orqanın iddia tələbinə qarşı xx.xx.2022-ci il tarixli etirazında qeyd edilmişdir ki, Yevlax RHK-dan həqiqi hərbi xidmətə çağırılmış, N97N-ci il təvəllüdlü İddiaçı N №-li hərbi hissə komandirinin xx.xx.N992-ci il tarixli 36 №-li əmrilə (əsas: §-N, səh-45, sıra-7) hərbi hissənin şəxsi heyətinin siyahısına və bütün növ təminatlara salınmışdır. Sıravi İddiaçı hərbi hissəni özbaşına tərk etdiyinə görə, N №-li hərbi hissə komandirinin xx.xx.N992-ci il tarixli 83 №-li əmrilə (əsas: §-2, səh-23, sıra-26) hərbi hissənin şəxsi heyətinin siyahısından, bütün növ təminatlardan çıxarılaraq sənədləri Yevlax RHK-na göndərilmişdir. Qeyd edilmişdir ki, N №-li hərbi hissə komandirinin xx.xx.N992-xx.xx.N993-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti və hansı divizionda olması barədə məlumat aşkar olunmamışdır. N №-li hərbi hissə komandirinin xx.xx.N993-cü il tarixli 67 №-li əmrilə (əsas: §-2, səo-9N, sıra-N) təsərrüfat tağımında sürücü-yanğınsöndürən vəzifəsində xidmət edən, sıravi İddiaçı “kiçik çavuş” növbəti hərbi rütbəsi verilmişdir.
5. “Hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun N8-ci maddəsinin “D” bəndinə (ailə vəziyyətinə görə) uyğun olaraq, maddi təminat tağımında sürücüyanğınsöndürən vəzifəsində xidmət edən, sıravi İddiaçı Silahlı Qüvvələrindən tərxis olunduğuna görə, N №-li hərbi hissə komandirinin xx.xx.N996-cı il tarixli 59 №-li əmrilə (əsas: §-N, səh-96, sıra-N) hərbi hissənin şəxsi heyətinin siyahısından, bütün növ təminatlardan çıxarılaraq qeydiyyata düşmək üçün Yevlax RHK-na göndərilmişdir. Qeyd edilmişdir ki, N №-li hərbi hissə komandirinin may-dekabr N993-cü il, yanvar-dekabr N994cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı döyüş əməliyyatları bölgəsinə ezamiyyətə göndərilməsi və hansı divizionda olması barədə məlumat aşkar olunmamışdır.
6. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
7. Şəki İnzibati Məhkəməsinin (hakim Vüqar Musayev) 26 aprel 2023-cü il tarixli 2- N(NN6)-679/2023 nömrəli qərarı ilə iddia tələbi təmin edilməmişdir.
8. İddiaçı həmin qərardan apellyasiya şikayəti vermişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ
9. İddiaçı apellyasiya şikayətini iddia ərizəsinin dəlilləri ilə əsaslandırmış və apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 26 aprel 2023-cü il tarixli 2-N(NN6)-679/2023 nömrəli qərarının ləğv edilməsini, iddianın təmin edilməsinə dair yeni qərar çıxarılmasını xahiş etmişdir.
TƏRƏFLƏRİN İZAHATLARİ
N0. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 26 aprel 2023-cü il tarixli 2-N(NN6)- 679/2023 nömrəli qərarının ləğv edilməsini, iddianın təmin edilməsinə dair yeni qərar çıxarılmasını xahiş etdi. NN. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdeh nümayəndəsinin iştirakını təmin etməmişdir. N2. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin (bundan sonra Azərbаycаn Respublikаsının İPM və ya İPM) 62.3-cü mаddəsi). N3. İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə kollegiyasının araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad olunur: - Azərbaycan Respublikası Müdafiə Nazirliyi Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsinin xx.xx.2020-ci il tarixli N/M-N4922 nömrəli məktubundan görünür ki, cavabdeh orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. - Azərbaycan Respublikası Müdafiə Nazirliyi Müdafiə Nazirliyinin Katibliyi Mərkəzi Arxivinin xx.xx.2020-ci il tarixli 9/2-N0226 nömrəli arxiv arayışından görünür ki, Yevlax RHK-dan həqiqi hərbi xidmətə çağırılmış, N97N-ci il təvəllüdlü İddiaçı N №-li hərbi hissə komandirinin xx.xx.N992-ci il tarixli 36 №-li əmrilə (əsas: §-N, səh-45, sıra-7) hərbi hissənin şəxsi heyətinin siyahısına salınaraq bütün növ təminatlarla təmin olunmuşdur. “Hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun N8-ci maddəsinin “D” bəndinə (ailə vəziyyətinə görə) müvafiq olaraq, maddi təminat tağımında sürücüyanğınsöndürən vəzifəsində xidmət edən, sıravi İddiaçı Silahlı Qüvvələrdən tərxis olunduğu üçün N №-li hərbi hissə komandirinin xx.xx.N996-cı il tarixli 59 №-li (əsas: §-N, səh-96, sıra-N) hərbi hissənin şəxsi heyətinin siyahısından və bütün növ təminatlardan çıxarılaraq qeydiyyata düşmək üçün Yevlax RHK-na göndərilmişdir. - Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.202N-ci il tarixli məktubundan görünür ki, N nömrəli hərbi hissədən Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmuş Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin yarandığı gündən döyüş əməliyyatlarında iştirak edən hərbi hissələrin siyahısı qovluğunda N (, və N ZRD) №-li hərbi hissənin xx.xx.N993-cü ildən xx.xx.N994-cü il tarixədək döyüş əməliyyatlarında iştirak etməsi barədə qeydiyyat aparılmışdır.
TƏTBİQ EDİLƏN HÜQUQ
N4. “Veteranlar haqqında” Qanun: Maddə 3. Müharibə veteranları Aşağıdakılar müharibə veteranları sayılırlar: ... Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər; … Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Qeyd: Bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın N-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. ... Maddə 7. Veteran adlarının və vəsiqələrinin verilməsi Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. N5. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.N995-ci il tarixli 2N6 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri” haqqında Əsasnamənin N-ci bölməsinə əsasən, müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N99N-ci il oktyabrın 9dan N994-cü il mayın N0-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara N0 may N994-cü il tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara- müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. N6. İnzibati Prosessual Məcəllə: Maddə 8.N.3. İnzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Maddə N2.N. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 34.N. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.N. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 85.N. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən N0 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. N7. “XN şikayətinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 27 sentyabr 2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 09 iyul 2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, müharibə veteranı adının verilməsi ilə bağlı mübahisələr məhkəmələrdə həll olunarkən hər bir halda şəxsin döyüş zonasında hansısa obyektiv və ya subyektiv səbəbdən olması və bu halda hansı şəxs qismində çıxış etməsi ilə yanaşı, onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakının sübuta yetirilməsi vacibdir. Məhkəmə baxışı zamanı hər hansı bir şəxsin məhz döyüş əməliyyatlarının hərbi terminologiyada qəbul olunmuş anlayışına və məzmununa aid edilə biləcək əməllərdə iştirakı tədqiq olunmalıdır. N8. “İnzibati icraat haqqında” Qanun: Maddə 24.N. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 6N.N. Yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Maddə 6N.2. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. Maddə 62.N. İnzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir.
APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ
N9. İddiaçının apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.N-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayəti mümkündür, lakin əsaslı deyil, ona görə də apellyasiya şikayəti uğurlu olmayacaqdır.
20. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.N-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in N.N-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.N, 3.N və 8.N-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.N-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir. 2N. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in N.N, 2.N, 2.2.3 və 34.N-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.N-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər.
22. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
23. Birinci instansiya məhkəməsi iddianı təmin etməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
24. Məhkəmə kollegiyası tərəfindən aparılan araşdırma zamanı müəyyən edildi ki, iddiaçının N №-li hərbi hissə komandirinin xx.xx.N992-ci il tarixli 36 №-li əmrilə (əsas: §-N, səh-45, sıra-7) hərbi hissənin şəxsi heyətinin siyahısına daxil edilməsi və N №-li hərbi hissə komandirinin xx.xx.N996-cı il tarixli 59 №-li əmrilə (əsas: §-N, səh-96, sıra-N) hərbi hissənin şəxsi heyətinin siyahısından xaric edilməsi müəyyən edilsə də, iddiaçının Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməsi şərti sübuta yetirilmir.
25. Nəzərə alınmalıdır ki, N saylı hərbi hissənin tabeliyində olan ancaq 3, 6 və 8 ZRD xx.xx.N993-cü ildən xx.xx.N994-cü il tarixədək döyüş əməliyyatlarında iştirak etmişdir. Odur ki, iddiaçı N saylı hərbi hissənin məhz həmin dvizionlarında xidmət etməsi barədə sübut təqdim etməlidir. Göründüyü kimi, iddiaçının sözügedən 3, 6 və 8 ZRD-da xidmət etməsinə dair hər hansı sübut təqdim edilməmişdir.
26. Bunu nəzərə alan məhkəmə kollegiyası belə qənaətə gəlir ki, iddiaçının N saylı hərbi hissədə xidmət etməsi faktı onun qeydsiz-şərtsiz döyüş əməliyyatları aparan hərbi hissənin tərkibində xidmət keçməsi kimi qiymətləndirilə bilməz.
27. Həmçinin, iddiaçıya məxsus H3 ******* nömrəli hərbi biletdə və SHXÇDX-nin Yevlax rayon şöbəsinin xx.xx.2023-cü il tarixli məktubuna əlavə edilmiş qeydiyyat kartasında onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak etməsi barədə hər hansı qeyd yoxdur.
28. Bununla bağlı məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək qeyd edir ki, iddiaçının N saylı hərbi hissənin döyüş əməliyyatlarında iştirak etmiş 3, 6 və 8 ZRD-da xidmət etməsi, ümumiyyətlə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etməsi sübuta yetirilmədiyindən cavabdeh orqan haqlı olaraq müraciətin təmin edilməsindən imtina etmişdir.
29. Məhkəmə kollegiyası yuxarıda istinad edilən normaların məzmununu nəzərə alaraq hesab edir ki, cavabdehin iddiaçının müraciətinin təmin edilməsindən imtina etməsi qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Belə ki, iddiaçının apellyasiya şikayətinin dəlilləri, işin faktiki halları və iş materiallarına əlavə edilən sənədlərlə öz təsdiqini tapmır.
30. Beləliklə, məhkəmə kollegiyası göstərilənlərə əsasən hesab edir ki, cavabdeh inzibati orqan hazırkı inzibati iş üzrə qanunauyğun olaraq lazımi qaydada araşdırma aparmış və belə qənaətə gəlmişdir ki, iddiaçıya müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş əsaslar hazırkı işdə mövcud deyildir. Ona görə də kollegiya hesab edir ki, iddiaçıya müharibə veteranı adı və vəsiqəsinin verilməsindən imtina barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərəkəti qanunvericiliyinin tələblərinə uyğun olmuşdur. 3N. Məhkəmə kollegiyası yuxarıda istinad olunan qanunvericilik normalarını və işin hallarını nəzərə alaraq belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasını təmin etməməkdə düzgün nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İddiaçının apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir.
32. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 87, 89, 90.N və 94.N-ci maddələrinə əsasən məhkəmə kollegiyası
QƏRАRА АLDİ:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 26 aprel 2023-cü il tarixli 2-N(NN6)-679/2023 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən N ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.