Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-42/2021 15.02.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, Tağıyev Babək Vaqif oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Fövqəladə Hallar Naziliyinə qarşı “mülkiyyətində olan torpaq sahəsində tikinti aparmağına cavabdeh tərəfindən yaradılan maneələrin qanunsuz hesab edilməsi, qanunsuz və əsassız hərəkətləri nəticəsində dəymiş maddi ziyanın əvəzi olaraq ******* manat məbləğində pulun, qanunsuz və əsassız hərəkətləri nəticəsində dəymiş mənəvi ziyanın əvəzi olaraq 439104 manat məbləğində pulun ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2-1(116)-238/2020 nömrəli qərarından İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə açıq məhkəmə iclasında baxaraq Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Fövqəladə Hallar Naziliyinə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, “mülkiyyətində olan torpaq sahəsində tikinti aparmağına cavabdeh tərəfindən yaradılan maneələrin qanunsuz hesab edilməsi, qanunsuz və əsassız hərəkətləri nəticəsində dəymiş maddi ziyanın əvəzi olaraq ******* manat məbləğində pulun, qanunsuz və əsassız hərəkətləri nəticəsində dəymiş mənəvi ziyanın əvəzi olaraq 439104 manat məbləğində pulun ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3344/2019 nömrəli xx.xx.2019- cu il tarixli qərardadı ilə iş ərazi aidiyyəti üzrə baxılması üçün Şəki İnzibati-İqtisadi Məhkəməsinə göndərilmiş, xx.xx.2019-cu il tarixində Şəki İnzibati-İqtisadi Məhkəməsinin dəftərxanasına daxil olmuşdur. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Göyçay Rayon İcra Hakmiyyətinin xx xxxxxx 2013-cü il tarixli, 85 nömrəli sərəncamı ilə rayonun Potu kəndində yerləşən, iddiaçının mülkiyyətində olan 0.1 ha torpaq sahəsinə verilmiş sxem üzrə 48 metr X 18 metr ölçüdə bir mərtəbəli çörəkbişirmə sexinin tikintisinə icazə verilməsi qərara alınmışdır. Sərəncam verildikdən sonra sexin tikintisinə başlanılmışdır. Sexin tikintisi davam etdiyi müddətdə FHN-nin (bundan sonra Cavabdeh) əməkdaşları əraziyə gəlmiş və tikintinin dayandırılmasını tələb etmişlər. Tikinti məcburi qaydada dayandırılmış və onlar ərazidən çıxarılmışlar. Cavabdehin əməkdaşları ərazidə post qurmuş və onun mülkiyyətçisi olduğu əraziyə girişinə maneələr yaratmışlar. Sonradan cavabdeh ona qarşı iddia qaldırmışdır. FHN Göyçay rayon İcra Hakmiyyətinin xx xxxxxx 2013-cü il tarixli, 85 nömrəli sərəncamının ləğv edilməsini, ona məxsus torpaq sahəsində inşa edilmiş sexin isə sökülməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Şəki İnzibati–İqtisadi Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Tərəf bu qərardadı ilə razılaşmayaraq apellyasiya şikayəti vermişdir. Şəki Apellyasiya Məhkəməsinin xx xxxxxxxx 2016-cı il tarixli qərardadı ilə tərəfin apellyasiya şikayəti təmin edilməmişdir. Tərəf bu qəradad ilə də razılaşmayaraq kassasiya şikayəti vermiş və AR Ali Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qərarı ilə onun kassasiya şikayəti təmin edilməmişdir. Beləliklə FHN-nin ona qarşı qaldırdığı əsassız iddia mümkün hesab edilməmişdir. Amma cavabdeh öz qanunsuz əməllərini davam etdirmiş və onun mülkiyyət hüququna müdaxiləyə son qoymamışdır. Cavabdehin iddia qaldırıb-qaldırmamağından asılı olmayaraq onun iddiaçının mülkiyyətinə müdaxiləsi qanunsuz olmuşdur. Nazirliyin ümumiyyətlə onun mülkiyyətinə daxil olmaq, orda aparılan tikintini dayandırmaq və orda post quraraq onun mülkiyyətində olan torpaq sahəsinə daxil olmağına maneələr yaratmaq kimi səlahiyyətləri yoxdur. Belə olduğu təqdirdə cavabdehin hərəkətlərinin qanunsuz olması təsdiq edilir. Qanunsuz hərəkətlər nəticəsində ona həm maddi, həmçinin də mənəvi ziyan dəymişdir. Müraciəti əsasında “xxxx” MMC cavabdehin hərəkətləri nəticəsində əldən çıxmış faydanı hesablamış və hesablamaya dair rəy vermişdir. Rəydə də göstərilir ki, cavabdehin qanunsuz hərəkətləri nəticəsində ona əldən çıxmış fayda olaraq 1 560 896 manat maddi ziyan vurulmuşdur. Mülkiyyət hüququna qanunsuz müdaxilə nəticəsində ona mənəvi ziyan da dəymişdir. Mənəvi ziyanın dəyərini müəyyən etmək mümkün olmadığı üçün dəymiş ziyanın əvəzində simvolik olaraq 439104 manat məbləğində pulun ödənilməsi nəticəsində dəymiş mənəvi ziyan kompensasiya edilə bilər. Azərbaycan Respublikası Cavabdeh Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi (bundan sonra - Agentlik) tərəfindən tikintiyə dövlət nəzarəti həyata keçirilən zaman Göyçay rayonu, Potu kəndində təyinatı yaşayış məntəqələrin torpaqları olan torpaq sahəsində layihə sənədləri müvafiq qaydada ekspertizadan keçirilmədən çörəkbişirmə sexinin tikintisinin aparılması aşkar edilmişdir. Araşdırma zamanı müəyyən olunmuşdur ki, Göyçay Rayon İcra Hakimiyyəti tərəfindən Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 75-ci maddəsinin tələbləri pozulmaqla torpaq sahəsinin təyinatına zidd olaraq və tikinti layihəsini ekspertizadan keçirilmədənhəmin tikintiyə dair İddiaçı icazə verilmişdir. Bununla bağlı, Şəhərsalma və Tikinti Məcəlləsinin 92-ci maddəsinə uyğun olaraq Agentlik tərəfindən tikinti işlərini dayandırmadan qüsurların aradan qaldırılması barədə xx xxxxxx 2013-cü il tarixli, 1524 nömrəli yazılı Göstəriş tərtib olunmuş və İddiaçı aparılan tikinti işlərinin qanunvericiliyin tələblərinə uyğunlaşdırılınası barədə tapşırıq verilmişdir. Bundan sonra, İddiaçı xx xxx 2016-cı il tarixdə Agentliyə müraciət etmiş və ona məxsus yuxarıda qeyd olunan sahibkarlıq obyektinə baxışın keçirilməsini xahiş etmişdir. Baxış nəticəsində obyektin mövcud vəziyyətdə istismarının təhlükəli olması müəyyən edilmişdir. Qeyd olunanları nəzərə alaraq, Şəhərsalma və Tikinti Məcəlləsinin 95-ci maddəsinə və Mülki Məcəlləsinin 180-ci maddəsinə əsasən qanunvericiliyin tələbləri pozulmaqla inşa olunmuş və mövcud vəziyyətdə istismarı təhlükəli olan obyektin sökülməsi ilə bağlı məhkəmədə iddia qaldırılmışdır. Şəki İnzibati-İqtisadi Məhkəməsi qaldırılmış iddianı mümkün saymamışdır. Tərəflərindən müvafiq qaydada verilmiş apelyasiya və kassasiya şikayətləri də təmin olunmamışdır. Bununla da, 2016-ci ildən bu günə qədər vətəndaş İddiaçı tərəfindən həmin obyektin mövcud vəziyyətdə istismarının təhlükəli edən nöqsanlar və çatışmazlıqlar aradan qaldırılmamışdır. Eyni zamanda, məsələ ilə bağlı bir çox kütləvi informasiya vasitələrində, o cümlədən internet məkanında yayılmış məlumatları da məhkəmənin diqqətinə çatdırmağı zəruri hesab edirlər. Belə ki, İddiaçı vaxtilə yuxarıda qeyd olunan tikinti obyekti ilə bağlı Azərbaycan Respublikasının Birinci vitse-prezidentinə müraciət etmiş və digər məsələlərlə yanaşı aşağıdakıları da bildirmişdir. “Göyçay rayon İcra Hakimiyyəti tərəfindən qeyri-yaşayış binası tikmək üçün mənə Göyçay rayon Potu kəndində torpaq sahəsi ayrılıb. Həmin ərazidə layihə əsasında 48x18 m. ölçüdə bir mərtəbəli binanın tikintisinə icazə də verilmişdir. Sonra iddiaçı ayrı-ayrı fəhlələrin və iş icraçılarının adlarını sadalayaraq, onlara ödənilmiş məbləğləri və işlərin aparılması üçün tələb olunan tikinti materialların alınıb verildiyi göstərir və qeyd edir ki: “Lakin tikinti gedən zaman binanın betonları düzgün əkilməmiş və buna görə də dam örtüyünün quraşdırılması mümkün olmamışdır. Bunun nəticəsində də mənə 36414 (otuz altı min dörd yüz on dörd) manat maddi ziyan dəyib. Görülmüş işlərin keyfiyyətsizliyi nəticəsində mənə dəymiş maddi ziyanın cavabdehlər X1 və X2 36414 (otuz altı min dörd yüz on dörd) manat alınaraq mənə verilməsi üçün Göyçay rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etdim. Müraciətim məhkəmə tərəfindən icraata götürüldü və hakim Zəfər Quliyevin sədrliyi ilə keçirilən iclasların sonunda qismən iddiam təmin olundu.Yəni dəymiş maddi ziyana görə 36414 (otuz altı min dörd yüz on dörd) manat, əlavə olaraq məhkəməyə ödədiyim 30 otuz) manat rüsumun 21 (iyirmi bir) manat pul cavabdeh X1 alınaraq mənə ödənilməsi barədə Göyçay rayon Məhkəməsi qətnamə çıxardı. Göyçay rayon Məhkəməsinin bu qərarından Şəki Apellyasiya Məhkəməsinə şikayət vermişəm. Şəki Apellyasiya məhkəməsi işi icraata götürüb və hakim İnşallah Quliyevin sədrliyi bir neçə dəfə məhkəmə iclası da keçirilib. Mənim bu gün etdiyim şikayətin səbəbi də məhkəmənin qərarının verilməsinin hakim tərəfindən uzadılmasıdır. Bir ildir ki, məhkəmə çəkişməsi gedir” və s., və s. Qeyd olunanlardan göründüyü kimi, hələ 2016-cı ildə obyektin mövcud vəziyyətdə istismarının təhlükəli olması barədə Agentlik tərəfindən verilən iradlar öz təsdiqini tapmışdır. Bununla belə, Göyçay Rayon Məhkəməsində yuxarıda qeyd olunan məsələ ilə bağlı iddiaçı tikinti obyektinin inşasını başa çatdıra bilmədiyi və bu səbəbdən də sahibkarlıq fəaliyyətinə başlaya bilmədiyi üçün onun xeyrinə müvafiq qərarın qəbul edilməsinə baxmayaraq, iddiaçı yuxarıda qeyd olunanlara görə bu dəfə Cavabdeh günahlandırır və indi Nazirlikdən maddi ziyanın əvəzini tələb edir. Belə ki, yuxarıda qeyd olunduğu kimi mübahisələndirilən obyektdə aparılan tikinti işlərinin keyfiyyətsiz görüldüyü nəticəsində sahibkarlıq fəaliyyətinə başlana bilmədiyinə görə iddiaçı artıq X1 və X2 maddi kompensasiyanı almışdır Halbuki, məhz Agentliyin tikintisi ilə bağlı verilən iradlara vaxtilə məhəl qoymadığına görə iddiaçı çörəkbişirmə sexinin işlədib və sahibkarlıq fəaliyyətinə başlaya bilməmişdir. Burada bir sual da yaranır, görəsən, “xxxx” MMC tərəfindən əldən çıxmış faydanın qiymətləndirilməsi üzrə hesabat hazırlanan zaman inşa edilən obyektin yol verilmiş qüsurlara görə tikintisinin başa çatdırılmasını iddiaçı tərəfindən mümkün olmadığı, həmin səbəbdən iddiaçı sahibkarlıq fəaliyyətinə başlaya bilmədiyi və məsələ ilə bağlı bundan öncə ona dəymiş maddi zərərin əvəzi olaraq Göyçay Rayon Məhkəməsinin qərarına əsasən artıq tikinti işlərini keyfiyyətsiz aparan şəxsdən müvafiq maliyyə vəsaitinin aldığı ilə bağlı faktlar nəzərə alınmışdırmı. Hesabatdan göründüyü kimi, həmin faktlar qiymətləndirici təşkilat tərəfindən nəzərə alınmamışdır. Yuxarıda göstərilənlərdən göründüyü kimi, İddiaçı buna heç bir əsası olmadan çörəkbişirmə sexinin işlədərək sahibkarlıq fəaliyyətinin başlanılmasını, Göyçay Rayon Məhkəməsində qaldırılan iddiada göstərilən şəxslərin gördüyü tikinti işlərinin keyfiyyətsizliyi nəticəsində maddi ziyanın dəyməsi ilə deyil, nəyə görə isə, məhz həmin tikinti işlərinin keyfiyyətsizliyini diqqətinə çatdıran Agentlik tərəfindən öz səlahiyyətləri çərçivəsində tikintiyə dövlət nəzarətinin aparılması ilə əlaqələndirir. Bir daha nəzərinizə çatdırırıq ki, 2016-ci ildən bu günə qədər vətəndaş İddiaçı tərəfindən həmin obyektin mövcud vəziyyətdə istismarının təhlükəli edən nöqsanlar və çatışmazlıqlar aradan qaldırılmamışdır. Eyni zamanda, həmin nöqsanların bu günədək mövcud olmasını nəzərə almadan, yalnız 3 ildən sonra müvafiq lisenziyası olub-olmamağı məlum olmayan “xxxx” MMC kimi şirkət tərəfindən heç bir normativ və metodologiya sənədinə istinad etmədən və mövcud faktlar araşdırmadan tərtib olunan hesabat əsasında məhkəməyə müraciət edərək, maddi və mənəvi ziyanın ödənilməsini Cavabdehndən tələb edir. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı tələbi müdafiə edib təmin edilməsini xahiş etmişdir. Şəki İnzibati Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2-1(116)-238/2020 nömrəli qərarı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Fövqəladə Hallar Naziliyinə qarşı “mülkiyyətində olan torpaq sahəsində tikinti aparmağına cavabdeh tərəfindən yaradılan maneələrin qanunsuz hesab edilməsi, qanunsuz və əsassız hərəkətləri nəticəsində dəymiş maddi ziyanın əvəzi olaraq ******* manat məbləğində pulun, qanunsuz və əsassız hərəkətləri nəticəsində dəymiş mənəvi ziyanın əvəzi olaraq 439104 manat məbləğində pulun ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasının təmin edilməməsi qərara alınmışdır. Həmin qərardan İddiaçı apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətində qeyd etmişdir ki, O, Şəki İnzibati Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2-1(116)-238/2020 nömrəli qərarını qanunsuz və əsassız hesab etmiş və aşağıdakıları göstərmişdir ki,- Göyçay rayon İcra Hakmiyyətinin xx xxxxxx 2013cü il tarixli, 85 nömrəli sərəncamı ilə rayonun Potu kəndində yerləşən, mülkiyyətində olan 0,1 ha torpaq sahəsində verilmiş sxem üzrə 48 metr X 18 metr ölçüdə bir mərtəbəli çörəkbişirmə sexinin tikintisinə icazə verilməsi qərara alınmışdır.Sərəncam verildikdən sonra sexin tikintisinə başlanılmışdır. Sexin tikintisi davam etdiyi müddətdə FHN-nin (bundan sonra Cavabdeh) əməkdaşları əraziyə gəlmiş və tikintinin dayandırılmasını tələb etmişdirlər. Tikinti məcburi qaydada dayandırılmış və ərazidən çıxarılmışlar. Cavabdehin əməkdaşları ərazidə post qurmuş və mülkiyyətçisi olduğu əraziyə girişinə maneələr yaratmışdırlar. Sonradan cavabdeh ona qarşı iddia qaldırmışdır. Cavabdeh FHN-ni Göyçay rayon İcra Hakmiyyətinin xx xxxxxx 2013-cü il tarixli, 85 nömrəli sərəncamının ləğv edilməsini, ona məxsus torpaq sahəsində inşa edilmiş sexin sökülməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Tərəf bu qərardad ilə razılaşmayaraq apellyasiya şikayəti vermişdir. Şəki Apellyasiya Məhkəməsinin xx xxxxxxxx 2016-cı il tarixli qərardadı ilə tərəfin apellyasiya şikayəti təmin edilməmişdir. Tərəf bu qəradad ilə də razılaşmayaraq kassasiya şikayəti vermiş və AR Ali Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qərarı ilə onun kassasiya şikayəti təmin edilməmişdir. Beləliklə FHN-nin mənə qarşı qaldırdığı əsassız iddia mümkün hesab edilməmişdir. Amma cavabdeh öz qanunsuz əməllərini davam etdirmiş və mənim mülkiyyət hüququma müdaxiləyə son qoymamışdır. Cavabdehin iddia qaldınb-qaldırmamağından aslı olmayaraq onun mənim mülkiyyətimə müdaxiləsi qanunsuz olmuşdur. əzərə almaq lazımdır ki, Nazirliyin ümumiyyətlə cavabdehin onun mülkiyyətinə daxil olmaq, orda aparılan tikintini dayandırmaq və orda post quraraq mülkiyyətində olan torpaq sahəsinə onun daxil olmağına maneələr yaratmaq kimi səlahiyyətləri yoxdur. Belə olduğu təqdirdə cavabdehin hərəkətlərinin qanunsuz olması təsdiq edilir. Qanunsuz hərəkətlər nəticəsində ona həm maddi, həmçinin də mənəvi ziyan dəymişdir. Müraciəti əsasında "xxxx” MMC cavabdehin hərəkətləri nəticəsində əldən çıxmış fayda hesablamış və hesablamaya dair rəy vermişdir. Rəydə də göstərilir ki, cavabdehin qanunsuz hərəkətləri nəticəsində ona əldən çıxmış fayda olaraq 1 560 896 manat maddi ziyan vurulmuşdur. Mülkiyyət hüququna qanunsuz müdaxilə nəticəsində ona mənəvi ziyan dəymişdir. Mənəvi ziyanın dəyərini müəyyən etmək mümkün olmadığı üçün dəymiş ziyanın əvəzində simvolik olaraq 439 104 manat məbləğində pulun ödənilməsi nəticəsində dəymiş mənəvi ziyan kompensasiya edilə bilər. İddiaçının iddia tələbi üzrə qərar qəbul etmiş Şəki İnzibati Məhkəməsi öz qərarını ümumiyyətlə əsaslandırmamışdır. Qərarda hakim daxili inamına əsaslandığını qeyd etsə də, onun təqdim etdiyi sübutlara münasibət bildirməkdən yayınmışdır. Onun irəli sürdüyü arqumentlərin heç biri qərarda cavablandırılmamışdır.Nəzərə almaq lazımdır ki, birinci instansiya məhkəməsinin iclasında cavabdeh orqanın nümayəndəsi proseslərdə iştrak etməmişdir. Hakim isə cavabdehin nümayəndəsinin vəzifəsini öz üzərinə götürərək cavabdehin əvəzindən əsaslar gətirməyə çalışmışdır. Bu isə yolverilməzdir və ciddi pozuntudur. Yuxanda qeyd edilənlərə əsasən apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2-1(116)-238/2020 nömrəli qərarının ləğv edilməsini bildirmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi X3 apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2-1(116)-238/2020 nömrəli qərarının ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi). İddiaçının tələbinə dair sənədlər məhkəməyə təqdim olunmuşdur. Onlara Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2-1(102)-324/2017 saylı Qərarının surəti, xx.xx.2012-ci il tarixli, xx.xx.2013-cü il tarixli, xx.xx.2014-cü il tarixli Alqısatqı müqavilələrinin surətləri, Azərbaycan Respublikası Cavabdeh Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin xx.xx.2019-cu il tarixli məktubu, DƏDRX-dən RX seriyalı ******* nömrəli Çıxarışın surəti, **********31-06301 reyestr nömrəli Texniki Pasportun surəti, “xxxx” MMC-nin 22/AL/04-19 nömrəli Zərər üzrə hesabatı, AR FHN-nın xx.xx.2020-ci il tarixli münasibəti, xx.xx.2016-cı il tarixli Aktı və xx.xx.2020-ci il tarixli etirazı, DƏDRX-nın 16 saylı X6 xx.xx.2020-ci il tarixli, xx.xx.2020-ci il tarixli **********32 saylı məktubları və ona əlavə edilmiş sənədlər, RX seriyalı ******* nömrəli Çıxarışın surəti, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2-1(102)-619/2018 saylı Qərarının surəti, Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının xx.xx.2017-ci il tarixli 2-1(107)- 444/2017 saylı Qərarının surəti, Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017ci il tarixli 2-1(84)-51/2017 saylı Qərarının surəti, Göyçay rayon İcra Hakimiyyəti başçısının xx.xx.2013-cü il tarixli 85 nömrəli Sərəncamının surəti, xx.xx.2013-cü il tarixli Aktın surəti, xx.xx.2017-ci il tarixli İstismara qəbul aktının surəti, Göyçay Rayon Məhkəməsinin 2(046)- 598/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsinin surəti, AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətiaiddir. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Azərbаycаn Respublikаsının İnzibati Prosessual Məcəlləsinin 82-ci mаddəsinə əsаsən, аpelyаsiyа instаnsiyаsı məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə bаxır. Apelyаsiyа instаnsiyаsı məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Həmin Məcəllənin 80-ci mаddəsinə görə, barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl ərizə ilə cavabdehə müraciət etmiş, imtina cavabı aldıqdan sonra məhkəmədə iddia qaldırmışdır. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iddia mümkün olsa da, mahiyyət etibarı ilə əsassızdır. Məhkəmə kollegiyası tərəfindən iş materialları araşdırılarkən müəyyən edilmişdir ki, iddiaçı tərəfindən hələ 2013-cü ildə qeyri-yaşayış obyektinin tikintisinə başlanmış, cavabdeh tərəfindən tikinti işləri aparan İddiaçı tikintinin dayandırması və sökülməsi barədə göstəriş verilmişdir. Lakin sonuncu bundan imtina etmiş və bu səbəbdən xx xxxxxx 2013-cü il tarixli Akt tərtib edilmiş və mövcud vəziyyətdə istismarın təhlükəli olduğu bildirilmişdir. (Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2- 1(102)-324/2017 saylı xx.xx.2017-ci il tarixli qərarı) Bununla belə iddiaçı tərəfindən tikinti işləri yekunlaşandan sonra cavabdehə müraciət olunmuş və ona məxsus sahiblarlıq obyekti binasına baxış keçirilmiş və binada köhnə yığma dəmir beton və metal elementlərin istifadə olunması, birləşmə düyünlərinin inşaat norma və qaydalarına cavab verməməsi, örtük konstruksiyalarının ümumi konsruktiv sxeminin seysmik tələblərə cavab verməməsi və dayanıqlığının təmin olunmaması, bünövrələrinin inşaat norma və qaydalarına uyğun yerinə yetirilməməsini nəzərə alaraq binanın mövcud vəziyyətdə istismarının təhlükəli olması müəyyən edilmişdir. (xx xxx 2016-cı il tarixli aktın surəti) İddiaçı tərəfindən cavabdehlər X4 və X5 qarşı qeyri-yaşayış obyektinin tikilməsi ilə baglı işin keyfiyyətsiz görülməsi nəticəsində vurulmuş maddi ziyana görə iddia qaldırmış və iddiası qismən təmin edilmiş, cavabdeh X1 36414 manat pulun alınaraq İddiaçı verilməsi qət edilmişdir. (Göyçay Rayon Məhkəməsinin 2(046)-598/2018 saylı xx.xx.2018ci il tarixli qətnaməsi) İşin hallarında müəyyən olunur ki, onun tərəfindən tikinti işləri aparılmış, yekunlaşmış və son nəticədə qeyri-yaşayış sahəsinə mülkiyyət hüququ da rəsmi reyestrdə qeydə alınmış, hətta bundan sonra qeyd olunan qeyri yaşayış binası və binanın yeləşdiyi torpaq sahəsini iddiaçı digər şəxsə bağışlamış və həmin şəxsin adına qeyd olunan torpaq sahəsinə və binaya çıxarış verilmişdir. Bununla baglı kollegiya qeyd edir ki,iddiaçı qeyri-yaşayış sahəsi mülkiyyətində olan zaman inzibatı orqanın qanunsuz və əsassız hərəkətləri nəticəsində dəymiş maddi ziyanı tələb edir. Belə ki,iddiaçının ərizəsində qeyd etdiyi “sexin tikintisi davam etdiyi müddətdə FHN-nin əməkdaşları əraziyə gəlmiş və tikintinin dayandırılmasını tələb etmişlər. Tikinti məcburi qaydada dayandırılmış və onlar ərazidən çıxarılmışlar. Cavabdehin əməkdaşları ərazidə post qurmuş və onun mülkiyyətçisi olduğu əraziyə girişinə maneələr yaratmışlar.” dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında buna dəlalət edən mötəbər sübutlar mövcud olmadığından bununla bağlı onun bildirdiklərini inandırıcı və mötəbər sübut kimi qəbul etmir. Əgər cavabdeh tərəfindən iddiaçının bildirdiyi hərəkətlər edilmiş olsaydı, yəqin ki, iddiaçı dərhal və ya ağlabatan müddət sonra bu barədə hər hansı qaydada bildirər və ya səlahiyyətli orqanlara müraciət edərdi. Onun isə belə müraciəti olmamış, bu halı xeyli müddət sonra məhkəmə çəkişmələri başladıqdan sonra bildirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının tələbinin qanunsuz və əsassız hərəkətləri nəticəsində dəymiş maddi ziyanın əvəzi olaraq ******* manat məbləğində pulun tutulması hissəsi ilə bağlı cavabdeh inzibati orqan tərəfindən iddiaçıya münasibətdə məhkəmə araşdırması zamanı hər-hansı qanunsuz və əsassız hərəkətlərin edilməsi müəyyən edilməmişdir. Əksinə cavabdeh inzibati orqan tərəfindən qanunvericiliklə onun səlahiyyətlərinə aid edilmiş fəaliyyət sferasında tədbirlər görülmüş və iddiaçıya qarşı məhkəmədə iddia qaldırılmışdır ki, axır nəticədə də qeyd olunan iddia mümkün sayılmamışdır. Cavabdehin qeyd olunan iddianı qaldırması qanunsuz və əsassız hərəkət hesab edilə bilməz. Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, iddiaçının tələbinin cavabdehin qanunsuz və əsassız hərəkətləri nəticəsində dəymiş mənəvi ziyanın əvəzi olaraq 439104 manat məbləğində pulun ona ödənilməsi hissəsi ilə bağlı yuxarıda qeyd olunduğu kimi cavabdeh inzibati orqan tərəfindən iddiaçıya münasibətdə məhkəmə araşdırması zamanı hər-hansı qanunsuz və əsassız hərəkətlərin edilməsi müəyyən edilməmişdir. “İnzibati icraat haqqında” Qanunun 89.1-ci maddəsinə əsasən inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Həmin Qanunun 89.2-ci maddəsinə əsasən maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə MM) 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1100-cü maddəsinə əsasən dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. Beləliklə, mülki qanunvericiliyin yuxarıda sadalanmış müddəalarının mənasından göründüyü kimi mülki hüquq pozuntusu – deliktə görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: 1) əməl (hərəkət və ya hərəkətsizlik); 2) həmin əməlin hüquqa zidd olması (mülki qanunvericiliyin normalarını pozması) və 3) təqsir (qəsd və ya ehtiyatsızlıq). Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtlə baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. Qeyd edilən dispozisiya şərtlərindən hər hansı birinin olmaması özlüyündə deliktə əsaslanan tələbi əsassız edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxx 2002-ci il tarixli qərarına əsasən, MM-nin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Bununla yanaşı, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 89.1-ci maddəsinə əsasən inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Sadalanan maddi hüquq normalarının tələbinə görə delikt məsuliyyətinin yaranması üçün qanunvericilikdə nəzərdə tutulan şərtlər (MM-in 1096.1-ci maddəsi) (ziyanın mövcud olması, ziyanın hüquqa zidd hərəkət (hərəkətsizlik) nəticəsində vurulması, hərəkət (hərəkətsizliklə) nəticə arasında səbəbli əlaqənin və ziyan vuran şəxsin təqsirinin mövcud olması) ümumi norma olduğundan qeyd edilən normanın tətbiqi zamanı da həmin şərtlər tam ödənməlidir. Məhkəmə kollegiyası müəyyən edir ki, ona dəymiş ziyanın cavabdeh orqanın qanunsuz və əsassız hərəkətləri nəticəsində yarandığını iddia etdiyindən və bununla bağlı cavabdeh orqanın hərəkətlərinin qanunsuzluğu öz təsdiqini tapmadığından apellyasiya şikayəti təmin edilməməlidir. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını tam və hərtərəfli araşdırmış, iddia tələbini təmin etməməklə maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol verməyərək inzibati iş üzrə düzgün nəticəyə gəlmişdir. Belə olan halda, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən, apellyasiya şikayətinin dəlilləri isə əsaslı olmadığından təmin edilməməlidir. İPM-in 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi İddiaçı cavabdeh Azərbaycan Respublikası Fövqəladə Hallar Naziliyinə qarşı “mülkiyyətində olan torpaq sahəsində tikinti aparmağına cavabdeh tərəfindən yaradılan maneələrin qanunsuz hesab edilməsi, qanunsuz və əsassız hərəkətləri nəticəsində dəymiş maddi ziyanın əvəzi olaraq ******* manat məbləğində pulun, qanunsuz və əsassız hərəkətləri nəticəsində dəymiş mənəvi ziyanın əvəzi olaraq 439104 manat məbləğində pulun ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbini təmin etməməkdə haqlı olmuşdur. Ona görə də birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, iddiaçının apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir. Nəticəvi hissə Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikаyəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2-1(116)-238/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun təqdim edildiyi gündən 1 ay müddətində Şəki Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(107)-42/2021
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-42/2021
15.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver