Məhkəmə qərarları › İş №2-1(107)-42/2022

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-42/2022

22.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-42/2022 22.02.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu, Hakimlər – Cavadova Günay İsmayıl qızı və Eyvazov Akif Məhərləm oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi - Əhmədli Mətin Əsgər oğlunun katibliyi, İddiaçı - İddiaçı, Cavabdeh - DƏDRX-nin 9 saylı Qəbələ Ərazi İdarəsinin nümayəndəsi X1, Üçüncü şəxslər - X19 və X5 iştirakları ilə, İddiaçı cavabdeh DƏDRX-nin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “JN-391 A nömrəli şəhadətnamənin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair” inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 02 mart 2020-ci il tarixli, 2-1(116)-339/2020 saylı qərarından iş üzrə üçüncü şəxs X19 tərəfindən apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: Qəbələ rayon Məhkəməsinin 09 sentyabr 2019-cu il tarixli, 2(025)-1210/2019 saylı qətnaməsi ilə mərhum atası X6 20.08.2015-ci ildə ölümü ilə ondan miras qalmış Qəbələ rayonu Nic qəsəbəsində 0.15 ha torpaq sahəsi və 1965-ci ildə tikilmiş 2 otaqlı, ümumi sahəsi 72 kv.m, yaşayış sahəsi 44 kv.m olan fərdi yaşayış evi, yardımçı təsərrüfat-tövlə və təndirxanadan ibarət mirasın tərəfindən qəbul edilməsi faktı müəyyən edilmişdir. O, həmin torpaq sahəsinə və evə çıxarış almaq üçün Daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və texniki pasport almaq üçün qanuni şəkildə dövlət rüsumu ödəyərək müraciət etmişdir. Reyestrin işçiləri gəlib həmin torpaq sahəsini və evi ölçmüşdürlər. Sonradan ona həmin sənədi verməkdən imtina etdilər ki, atasından ona miras qalmış evin yerləşdiyi torpaq sahəsinə JN-391 A saylı “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” hazırlanıb. O, bu qanunsuz imtina ilə razılaşmamış. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə müraciət etmişdir, həmin JN-391 A saylı “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”ni ləğv etsinlər və ona atasından miras qalmış, doğulub böyüdüyü həyətə və evə dair çıxarış və texniki pasport versinlər. Həmin İdarədən ona yenidən qanunsuz imtina verdilər ki, Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin ləğv edilməsi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinin səlahiyyətləri daxilində deyil, aidiyyəti məhkəmə orqanlarına müraciət etməyini tövsüyyə etdilər. Həmin şəhadətnamənin mövcudluğu onun həyətə və evə dair çıxarış və texniki pasport işlənməsinə maneə yaradır. İddiaçı JN-391 A nömrəli şəhadətnamənin ləğv edilməsi barədə qərar qəbul edəsini xahiş etmişdir. Cavabdeh imtinasını onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə ünvanladığ, ərizəsini və təqdim etdiyi sənədlər tərəflərindən araşdırılmışdır. Müraciətində qeyd etdiyi JN- 391 A saylı Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnamənin ləğv edilməsi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinin səlahiyyətləri daxilində deyil. Bu səbəbdən də müraciətin icrası mümkün olmamışdır. Cavabdehin etirazının dəlilləri: Şəki İnzibati-İqtisadi Məhkəməsinin icraatında olan 28 noyabr 2019-cu il tarixli, 2- 1(84)-1755/2019 saylı sərəncamının icrası ilə əlaqədar bildirirlər ki, İddiaçı Qəbələ rayonu Nic qəsəbəsində yerləşən 0.42 ha torpaq sahəsinə texniki səhv olaraq hazırlanmış JN-391 A saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin ləğv edilməsi ilə bağlı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsinə müraciət etmişdir. Texniki səhv olaraq hazırlanmış JN-391 saylı 0.42 ha torpaq sahəsinə dair Torpağın mülkiyyət hüququna dair şəhadətnamənin ləğv edilməsi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinin səlahiyyətləri daxilində deyil. Qeyd olunan səbəbə görə də müraciətinin icrası tərəflərindən mümkün olmamışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquq müəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən idarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Məhkəmədən iddia tələbinin təmin edilməməsini xahiş etmişdirlər. Üçüncü şəxs tərəfindən etirazın dəlilləri: İddiaçı qızı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi idarəsinə qarşı “JN- 391A nömrəli Şəhadətnamənin ləğv edilməsinə dair qərar qəbul edilməsi” tələbi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir. Onlar yəni, X16, X7, X12, X8, X9, X10, X20 və X17 iddia ərizəsində üçüncü şəxslər kimi göstərilmişik. İddiaçı iddia ərizəsinin təsviri hissəsinin birinci cümləsində göstərmişdir ki, Qəbələ rayon Məhkməsinin 09 sentyabr 2019-cu il tarixli, 2(025)-1210/2019 saylı qətnaməsi ilə mərhum atası X6 20.08.2015-ci ildə ölümü ilə ondan miras qalmış Qəbələ rayonunun Nic qəsəbəsində 0,15 ha torpaq sahəsi və 1965-ci ildə tikilmiş 2 otaqlı, ümumi sahəsi 72 kv.m, yaşayış sahəsi 44 kv.m olan fərdi yaşayış evi, yardımçı təsərrüfat-tövlə və təndirxanadan ibarət mirasın tərəfindən qəbul edilməsi faktı müəyyən edilmişdir. Məhkəmə qətnaməsi yuxarı instansiya məhkəmələrində mübahisələndirilməmişdir. Çünki, bu barədə məlumatları olmamışdır. Həmçinin iddiaçı iddia ərizəsində göstərir ki, məhkəmə qətnaməsi qəbul edildikdən sonra o, torpaq sahəsinə və evə mülkiyyət hüququ əldə etmək üçün DƏDRX-nə müraciət etmiş, lakin orada ona bildirmişlər ki, miras evin yerləşdiyi torpaq sahəsinə başqalarının adına, yəni onların adlarına mülkiyyət hüququnu təsdiq edən JN-391A saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə vardır. Qeyd edir ki, iddiaçının atası mərhum X18 aqrar islahatı aparılan zaman Azərbaycan Respublikasında yaşamamış və bu səbəbdən onun adı islahata gedən subyektlərin siyahısına daxil edilməmişdir. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı iddianın təmin olunmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında cavabdehin nümayəndəsi X2 iddianın təmin olunmamasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında 3-cü şəxslər iddiaya etiraz etdiklərini bildirmişlər. Şəki İnzibati Məhkəməsinin (hаkim İlqar Cabbarov) 02 mart 2020-ci il tarixli, 2- 1(116)-339/2020 saylı qərarı ilə iddia tələbi qismən təmin edilmiş, JN-391 A nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"nin qismən - Azərbaycan Respublikası Mənzil Kommunal-Təsərrüfat Nazirliyi üzrə Qutqaşen rayon şöbəsinin 1990cı ilin fevral ayında tərtib etdiyi 946 inventar nömrəli «Fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportu»nda göstərilən torpaq sahəsi ilə üst-üstə düşən hissədə ləğv edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. Şəki İnzibati Məhkəməsinin 02 mart 2020-ci il tarixli, 2-1(116)-339/2020 saylı qərarından iş üzrə üçüncü şəxs X19 tərəfindən apellyasiya şikayəti verilmişdir. Şəki Apellyasiya Məhkəməsinin İnzibаti kollegiyasının 05 aprel 2021-ci il tarixli, 2- 1(107)-4/2021 saylı qərarı ilə üçüncü şəxs X19 tərəfindən verilmiş apellyasiya şikayəti təmin təmin edilmiş, Şəki İnzibati Məhkəməsinin 02 mart 2020-ci il tarixli, 2-1(116)- 339/2020 nömrəli qərarı ləğv edilsin. Yeni qərar qəbul edilməsi, iddia tələbinin təmin edilməməsi, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı "JN-391 A nömrəli şəhadətnamənin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair iddia tələbi rədd edilməsi, iş üzrə mütəxəssis rəyinin verilməsinə çəkilən xərcə görə İddiaçı 159,18 manat tutularaq tutularaq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Kadastr və Yerquruluşu LayihəTədqiqat X4 Cəmiyyətinin hesabına (Kapital Bank ASC Xətai filialı, kod: 200071 VÖEN (bank) **********, Müxbir hesab AZ37NABZ********************, SWİFT: AİİBAZ2X, Kadastr və Yerquruluşu LayihəTədqiqat Mərkəzi MMC VÖEN: **********) ödənilməsi, aparılmış ekspertiza tədqiqatlarının dəyəri - 100 (bir yüz) manat İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qərara alınmışdır. Şəki Apellyasiya Məhkəməsinin İnzibаti kollegiyasının 05 aprel 2021-ci il tarixli, 2- 1(107)-4/2021 saylı qərarından İddiaçı və onun vəkili Vəkil2 tərəfindən kassasiya şikayəti verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının 21 sentyabr 2021ci il tarixli, 2-1(102)-1200/2021 saylı qərarı ilə kassasiya şikayəti təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsinin İnzibаti kollegiyasının 05 aprel 2021-ci il tarixli, 2-1(107)- 4/2021 saylı qərarı ləğv edilmiş və iş təkrar baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. İş üzrə yuxаrıdа göstərilən məhkəmə aktları qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikаyəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qərarı qanunsuz və əsassızdır. İddiaçı iddia ərizəsinin təsviri hissəsinin birinci cümləsində göstərmişdir ki, Qəbələ Rayon Məhkməsinin 09 sentyabr 2019-cu il tarixli, 2(025)- 1210/2019 saylı qətnaməsi ilə mərhum atası X6 20.08.2015-ci ildə ölümü ilə ondan miras qalmış Qəbələ rayonunun Nic qəsəbəsində 0,15 ha torpaq sahəsi və 1965-ci ildə tikilmiş 2 otaqlı, ümumi sahəsi 72 kvm, yaşayış sahəsi 44 kvm olan fərdi yaşayış evi, yardımçı təsərrüfat-tövlə və təndirxanadan ibarət mirasın tərəfindən qəbul edilməsi faktı müəyyən edilmişdir. Həmçinin iddiaçı iddia ərizəsində göstərmişdir ki, məhkəmə qətnaməsi qəbul edildikdən sonra o, torpaq sahəsinə və evə mülkiyyət hüququ əldə etmək üçün DƏDRX-nə müraciət etmiş, lakin orada ona bildirmişlər ki, miras evin yerləşdiyi torpaq sahəsinə başqalarının adına, yəni bizim adımıza mülkiyyət hüququnu təsdiq edən JN-391A saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə vardır. Şəki İnzibati Məhkəməsi də iddiaçının maraqlarını təmin edən qərar qəbul edərkən heç bir araşdırma aparmamış, mübahisə predmeti olan torpaq sahəsinin hüquqi rejimini müəyyən etməmişdir. Hətta məhkəmə “mülkiyyət” dedikdə torpaq sahəsinin iddiaçıya və ya iddiaçının atasına məxsus olmasını belə müəyyənləşdirməmişdir. Məhkəmə qərar qəbul edərkən Azərbaycan Respublikası Mənzil KommunalTəsərrüfat Nazirliyi üzrə Qutqaşen rayon şöbəsinin 1990-cı ilin fevral ayında tərtib etdiyi 946 inventar nömrəli “fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportuna” istinad etmişdir. Bununla da məhkəmə hesab etmişdir ki, həmin ev mərhum X6 mülkiyyətidir. 0,15 ha torpaq sahəsini isə evin ayrılmaz hissəsi kimi qəbul etmişdir. Məhkəmə texniki pasporta əsaslanaraq qərar qəbul etmişdir. Həmin texniki pasport məhkəmə qərarının əsasını təşkil etmiş və bununla da mərhum mülkiyyətçi kimi qəbul edilmişdir. Mərhumun mülkiyyət hüququ tanınmadan mübahisə predmeti olan yaşayış evi və torpaq sahəsi qüvvədə olan mülki qanunvericiliyinə tələblərinə görə miras əmlakın kütləsinə daxil edilə bilməzdi və mirasın qəbul edilməsi faktı, eləcə də bizim mülkiyyətimizdə olan torpaq sahəsi alınıb iddiaçıya verilə bilməzdi. Əgər mirasın miras olduğu qanunla müəyyən edilməyibsə mülkiyyətimizdə olan torpaq sahəsinin əlimizdən alınması bizim hüquqlarımızın kobud şəkildə pozulması deməkdir. Mərhum X6 mübahisə predmeti olan yaşayış evi və torpaq sahəsi üzərində mülkiyyət hüququ tanınmış olsaydı belə yenə də onlaram məxsus olan daha doğrusu aqrar islahatı zamanı onların mülkiyyətinə verilmiş torpaq sahəsi üzərində mülkiyyət hüququ tanınmış olsaydı belə yenə də bizə məxsus olan daha doğrusu aqrar islahatı zamanı bizim mülkiyyətimizə verilmiş torpaq sahəsi üzərində mülkiyyət hüququmuz pozula bilməzdi. İddiaçının iddiasından məlum olduğu kimi mərhum X18 20 avqust 2015-ci ildə vəfat etmiş və aradan 4 ildən artıq vaxt keçmişdir. Torpaq sahəsi onun mülkiyyəti olmuş olsaydı belə mübahisə predmeti olan torpaq sahəsi ötən illər ərzində, xarici vətəndaş olduğuna görə özgəninkiləşdirilməli idi. Yuxarıda qeyd olunanlara əsasən Şəki İnzibati Məhkəməsinin 02 mart 2020-ci il tarixli, 2- 1(116)-339/2020 saylı qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxslər X19 və X13 hər biri ayrı-ayrılıqda apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibаti Məhkəməsinin 02 mart 2020-ci il tarixli, 2-1(116)-339/2020 saylı qərarının ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh DƏDRX-nin 9 saylı Qəbələ Ərazi İdarəsinin nümayəndəsi X2 işin faktiki hallarına uyğun qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 02 mart 2020-ci il tarixli, 2-1(116)-339/2020 saylı qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iş üzrə digər üçcü şəxslər məhkəmə kollegiyasının iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəmə kollegiyasına bildirməmişlər. Məhkəmə kollegiyası işə, onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İddiaçının tələbinə dair sənədlər məhkəməyə təqdim olunmuşdur. Onlara AZE seriyalı AA nömrəli şəxsiyyət vəsiqəsinin təsdiqlənmiş surəti,yaşayış evinə AZE seriyalı 09214864 nömrəli, AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqələrinin surətləri, DƏDRX-nin 9 saylı Qəbələ saylı Ərazi İdarəsinin 07.11.2019-cu il tarixli **********71 nömrəli imtina məktubu, 01.11.2019-cu il tarixli **********22 nömrəli bildiriş, DƏDRX-nin 9 saylı Qəbələ Ərazi İdarəsinin 09.12.2019-cu il tarixli **********96 nömrəli etirazı, JN-391A seriyalı 40600068 nömrəli şəhadətnamənin təsdiqlənmiş surəti, Qəbələ Rayon Məhkəməsinin 09.09.2019-cu il tarixli, 2(025)-1210/2019 saylı qətnaməsi, üçüncü şəxsin 13.02.2020-ci il tarixli etiraz ərizəsi, Qəbələ Rayon Nic qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 14 2021-ci il tarixli 1180 saylı məktubu, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinin 09 dekabr 2021-ci il tarixli **********33 saylı məktubu, Qəbələ Rayon Dövlət Arxivinin 08 dekabr 2021-ci il tarixli 198 saylı və 03 fevral 2022-ci il tarixli 20 saylı məktubları və həmin məktublara əlavə edilmiş təsərrüfatbaşına kitabdan çıxarışlar, yaşayış evinin texniki pasportları, “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”lər, aiddir. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Üçüncü şəxsin apellyasiya şikayəti uğurlu sayılmır. Belə ki, o, mahiyyət etibarı ilə əsaslı deyildir. Məhkəmə kollegiyası işdə olan sübutları qiymətləndirərək hesab edir ki, iddiaçının tələbinin təmin olunmamasında ifadə olunan cavabdeh inzibati orqanın hərəkətləri qanunsuzdur. İddia mümkün iddia olduğuna görə birinci instansiya məhkəməsi iddiaya mahiyyət üzrə baxmışdır. Belə ki, baxılan işdə söhbət İnzibati Prosessuаl Məcəlləsinin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İnzibati Prosessuаl Məcəlləsinin 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı İnzibati Prosessuаl Məcəlləsinin 2.2.3 və 34.1-ci maddələrinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Həmin iddia növü üçün qanunda nəzərdə tutulmuş xüsusi mümkünlük şərti təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etməsi, sonuncu tərəfindən müraciətinin qanunla müəyyən edilmiş müddət ərzində cavablandırılmaması və ya müraciətinin təmin edilməməsidir. İddiaçı hazırkı tələblə əvvəlcədən cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır. Apellyasiya şikayəti vaxtında, birinci instansiya məhkəməsinin qərarı üçüncü şəxsə təqdim olundugu gündən İnzibati Prosessuаl Məcəlləsinin 85.1-ci maddəsində müəyyən edilmiş 30 gün müddətində verilmiş, İnzibati Prosessuаl Məcəlləsinin 85.1-ci, 85.2 -ci və 85.3-cü maddələrinə uyğun olaraq şikayət formal baxımından lazımi qaydada əsaslandırılmış, əsaslandırma hissəsində üçüncü şəxsin tələbi göstərilmişdir. İddia, mahiyyət etibarı ilə əsaslıdır. Belə ki, "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində qeyd edilir ki, vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsində qeyd edilir ki, həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. Qeyd edildiyi kimi, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin iddianın qismən təmin edilməməsinə dair qərarı apellyasiya instansiyası məhkəməsinin məhkəmə kollegiyası tərəfindən ləğv edilmiş, Ali Məhkəmənin İnzibati Kollegiyası isə iddiaçının kassasiya şikayəti əsasında apellyasiya kollegiyasının qərarını ləğv edərək işi təkrar apellyasiya baxışına qaytarmışdır. İPM-in 96.11-ci maddəsinə əsasən, mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəməsi üçün məcburidir. Hazırkı iş üzrə Ali Məhkəmənin İnzibati Kollegiyasının 21 sentyabr 2021-ci il tarixli, 2- 1(102)-1200/2021 saylı qərarında qeyd edilmişdir ki, apellyasiya məhkəməsinin əsas dəlili iddiaçının istinad etdiyi Az.SSR Mənzil Kommunal-Təsərrüfat Nazirliyinin Qutqaşen rayon şöbəsi tərəfindən 1990-cı ilin fevral ayında tərtib edilmiş 946 inventar nömrəli «Fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportu»nda torpaq sahəsinin koordinatlarının göstərilməməsi, həmçinin həmin torpaq sahəsinin harada yerləşməsinin müəyyən edilməməsi ilə bağlıdır. Bununla bağlı məhkəmə kollegiyası qeyd etmişdir ki, məhkəmə öz xidməti vəzifəsinə görə işin hallarını tam və hərtərəfli araşdırmağa borclu olduğu halda, bunu etmədən iş üzrə qərar qəbul etmişdir. Nəzərə alınmalıdır ki, «Fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportu»nda evin yerləşdiyi torpaq sahəsinin koordinatlarının göstərilməməsi iddiaçının faktiki olaraq atasının yaşadığını iddia etdiyi evin ona məxsus olmasını birmənalı istisna edən hal kimi qiymətləndirilə bilməz. Belə ki, inzibati orqan tərəfindən də aparılan icraat zamanı iddiaçının faktiki istifadəsində olduğunu qeyd etdiyi yaşayış evinin üçüncü şəxslərə ayrılan torpaq sahəsində yerləşməsi müəyyən olunmuşdur. Burada araşdırılmalı olan məsələ həqiqətən də JN-391 A saylı “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” ilə ayrılan torpaq sahəsində yerləşən evin kimə məxsus olması ilə bağlıdır. Bundan əlavə, «Fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportu» özü hüquqmüəyyənedici sənəddir. Evin yerləşdiyi torpaq sahəsinin isə qanunvericiliyə uyğun ayrılmasının (bu və ya digər səbəbdən torpaqayırma prosedurunun başa çatdırılmaması, torpaq islahatının predmetini təşkil etməməsi və s.) həyata keçirilməməsi evə dair mülkiyyət hüququnun mövcudluğunu istisna etmir. Məhkəmə kollegiyası hesab etmişdir ki, məhkəmə araşdırması aşağıdakı istiqamətdə aparılmalıdır. İlk növbədə iddiaçının atasına məxsus olduğu iddia edilən fərdi yaşayış evinə dair 1990-cı ilin fevral ayında tərtib edilmiş 946 inventar nömrəli «Fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportu»ndan görünür ki, fərdi yaşayış evi 1965ci ildə tikilmişdir. Belə olan halda, fərdi yaşayış evi və onun yerləşdiyi torpaq sahəsi ilə bağlı Qəbələ rayon İHB-nın Nic qəsəbə Ərazi üzrə Nümayəndəliyinə sorğu ilə müraciət edilməli, həmin qurumdan tikilinin nə vaxt və kim tərəfindən tikilməsi, tikiliyə dair sənədlərin mövcudluğu, həmçinin həmin evdə müxtəlif illərdə kimlərin yaşaması və s. barədə məlumatlar alınmalıdır. Bundan əlavə, torpağın mülkiyyətə verilməsi barədə şəhadətnamədə həmin torpaq sahəsində tikilinin olması görünür. Belə olan halda, DƏDRX-dən aqrar islahat komissiyasının müvafiq qərarı ilə torpaq ayrılan zaman və sözügedən şəhadətnamə ilə torpaqayırma proseduru həyata keçirilən zaman torpaq sahəsində mövcud olan yaşayış evinin kimə məxsusluğu barədə araşdırmanın aparılıbaparılmaması, tikilinin kim tərəfindən tikilməsi və s. halların araşdırılıb-araşdırılmaması ilə bağlı məlumat alınmalıdır. Belə ki, hazırkı iş üzrə araşdırılmalı olan əsas məsələ yaşayış evinin kimə məxsus olması ilə bağlıdır. «Fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportu» 1990cı il tarixli olduğundan, şəhadətnamə isə 1999-cu ildə verildiyindən, bu məsələlərin araşdırılması iş üzrə əhəmiyyət kəsb edir. Yaşayış evi üzərində kimin mülkiyyət (və ya gözlənilən mülkiyyət) hüququnun olmasının müəyyən edilməsi hazırkı iş üzrə ona görə vacibdir ki, texniki pasportdan evin yerləşdiyi torpaq sahəsinin koordinatları bəlli deyildir. Belə olan halda isə, üçüncü şəxslərə verilmiş torpaq sahəsi ilə iddiaçının atasının mülkiyyətində olan fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin üst-üstə düşməsi məsələsinə qiymət vermək üçün, həmin evin məhz JN-391 A saylı “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” ilə ayrılan torpaq sahəsində yerləşməsi halı müəyyən olunmalıdır. Yaşayış evinin iddiaçının atasına məxsusluğu müəyyən olunarsa, həmin yaşayış evinin yerləşdiyi torpaq sahəsinə dair digər şəxslərə sonradan şəhadətnamə verilməsinin qanuniliyinin qiymətləndirilməsi məsələsində qeyd olunan hallara qiymət verilməlidir. Bununla yanaşı, təkrar apellyasiya baxışında iddiaçının atasına aid ölüm haqqında şəhadətnamə, iddiaçının atasının vətəndaşlığı ilə bağlı məlumat, atasının ölümündən sonra vərəsəlik işinin açılıb-açılmaması, iddiaçının qanun üzrə vərəsə olub-olmaması (subyektiv hüququn mövcudluğu baxımından), həmçinin iddiaçının doğum haqqında şəhadətnaməsi, üçüncü şəxslərin və torpaq haqqında şəhadətnamədə qeyd edilən şəxslərin şəxsiyyətini təsdiq edən sənədlərin də müvafiq qaydada tələb olunub tədqiq edilməsi məqsədəmüvafiqdir. İPM-in 96.11-ci maddəsinə əsasən, mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəməsi üçün məcburidir. Hazırkı apellyasiya baxışı zamanı Qəbələ Rayon Nic qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinə sorğu verilmiş və sorğuya cavab olaraq həmin nümayəndəliyin 14 2021-ci il tarixli 1180 nömrəli məktubunda qeyd olunmuşdur ki, - 1990-cı ilin fevral ayında tərtib edilmiş 946 invertar nömrəli fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportunda göstərilən Qəbələ rayonun Nic qəsəbəsində 0.15 ha torpaq sahəsində 1965-ci il tarixdə tikilmiş 2 otaqlı , ümumi və yaşayış sahəsi 50,4 kv.m, bünövrəsi çay daşından, divarları saman kərpiç, dam örtüyü şifer olan yaşayış evi, tövlə və təndirxanana Nic qəsəbə sakini olmuş mərhum X18 tərəfindən tikilib. Bundan başqa sorğu əsasında məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinin 09 dekabr 2021-ci il tarixli **********33 saylı məktubunda qeyd olunmuşdur ki, - Ərazi İdarəsində mövcud olan arxiv məlumatlarında Azərbaycan Respublikası Mənzil Kommunal-Təsərrüfat Nazirliyi üzrə Qutqaşen rayon şöbəsinin 1990-cı ilin fevral ayında tərtib etdiyi 946 inventar nömrəli “Fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportu”ndan görünür ki, X14 məxsus Qəbələ rayonu Nic qəsəbəsində yerləşən 1500 kv.m torpaq sahəsi və 72 kv.m ümumi sahəsi, 44 kv.m yaşayış sahəsi olan 1965-ci ildə tikilmiş fərdi yaşayış evi vardır. Eyni zamanda bildirilir ki, X14 məxsus Qəbələ rayonu Nic qəsəbəsində yerləşən 1500 kv.m torpaq sahəsi və 72 kv.m ümumi sahəsi, 44 kv .m yaşayış sahəsi olan 1965-ci ildə tikilmiş fərdi yaşayış evi, yardımçı təsərrüfat-tövlə və təndirxanadan ibarət mirasın qızı İddiaçı tərəfindən faktiki qəbul edilməsi hüquqi faktın müəyyən edilməsinə dair Qəbələ Rayon Məhkəməsinin qanuni qüvvədə olan 09.09.2019-cu il tarixli, 2(025)-1210/2019 saylı qətnaməsi var. Sorğu əsasında məhkəmə kollegiyasına təqdim edilmiş Qəbələ Rayon Dövlət Arxivinin 08 dekabr 2021-ci il tarixli 198 saylı məktubuna əlavə olunmuş Qəbələ rayon Nic qəsəbə (kənd) Ərazi nümayəndəliyinin Təsərrüfatbaşına kitablarından X6 təsərrüfatının təsdiqlənmiş kserosurətlərindən bəlli olur ki, onun 1972-1974, 1977-1979, 1983-1985, 1986-1990, 1991-1995-ci illər üzrə təsərrüfatında 0,15 ha həyətyanı torpaq sahəsi, həmin torpaq sahəsində 1969-cu ildə tikilmiş ümumi sahəsi 72 kv.m, yaşayış sahəsi 44 kv.m olan 2 otaqlı (göz) yaşayış evi, 1970-ci ildə tikilmiş mal damı olmuşdur. Həmin təsərrüfatda X18, onun arvadı və 4 uşağı yaşamışlar. Sorğu əsasında məhkəmə kollegiyasına təqdim olunmuş 925 (köhnə 945 nömrəli) inventar nömrəli “Fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportu”nun təsdiq olunmuş surətindən məum olur ki, X15 məxsus Qəbələ rayon Nic kəndi Nic sovetliyində sənəd üzrə 1500 kv.m, faktiki 1520 kv.m torpaq sahəsi və yaşayış sahəsi 67,5 kv.m olan 1970-ci ildə tikilmiş iki otaqlı fərdi yaşayış evi vardır. Sorğu əsasında məhkəmə kollegiyasına təqdim olunmuş JN-391 G Kod 40600068 “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin təsdiq olunmuş surətindən görünür ki, Qəbələ RAİK-nin 05 fevral 1999-cu il tarixli 03 saylı qərarı ilə Q!əbələ rayyon Nic kənd sakini X11 və onu ailə üzvülərinin (cəmi 8 nəfər) mülkiyyətinə 0,13 ha həyətyanı torpaq sahəsi verilmişdir. Sorğu əsasında məhkəmə kollegiyasına təqdim olunmuş JN-391 F Kod 40600068 “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin təsdiq olunmuş surətindən görünür ki, Qəbələ RAİK-nin 05 fevral 1999-cu il tarixli 03 saylı qərarı ilə Qəbələ rayyon Nic kənd sakini X11 və onu ailə üzvülərinin (cəmi 8 nəfər) mülkiyyətinə 0,92 ha həyətyanı torpaq sahəsi verilmişdir. Müəyyən edilmişdir ki, həmin şəhadətnamələr hal-hazırda qüvvədədir. Sorğu əsasında məhkəmə kollegiyasına təqdim olunmuş Qəbələ Rayon Dövlət Arxivinin 03 fevral 2022-ci il tarixli 20 saylı məktubuna əlavə olunmuş Qəbələ rayon Nic qəsəbə (kənd) Ərazi nümayəndəliyinin Təsərrüfatbaşına kitablarından Çotanyan Edik Misakoviçin təsərrüfatının təsdiqlənmiş kserosurətlərindən bəlli olur ki, onun 1991-1995, 1996-2000 və 2001-2005-ci illər üzrə təsərrüfatında 0,15 ha həyətyanı torpaq sahəsi və sahəsi 70 kv.m olan fərdi yaşayış evi vardır. Həmin təsərrüfatda Çotanyan Edik Misakoviç, onun arvadı və uşaqları, gəlini və nəvələri yaşamışlar. Göründüyü kimi, Qəbələ RAİK-in eyni qərarı ilə X16 və onu ailə üzvlərinin mülkiyyətinə ayrı-ayrılıqda 3 yerdə həyətyanı torpaq sahəsi (müvafiq olaraq 0,42, 0,13 və 0,92 ha) verilmiş və bu barədə “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”lər tərtib edilmişdir. Həmçinin, müəyyən edilmişdir ki, iddiaçı və üçüncü şəxslər Azərbaycan Respublikasının vətəndaşlarıdırlar. Məhkəmə kollegiyası ilk növbədə onu qeyd edir ki, həm iddaçının atası Mais Çotanyan və onun ailəsinin, həm də üçüncü şəxs Edik Çotanyan və onun ailəsinin ayrıca təsərrüfatları və həmin təsərrüfatlarda ayrıca həyətyanı torpaq sahələri, həmin torpaq sahələrində ayrıca fərdi yaşayış evləri və yardımçı tikililəri olmuşdur. Hətta Mais və Edik Çotanyanların adlarına tərtib edilmiş “Fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasport” ları da əvvəllər bir-birindən 1 nömrə fərqli olmuşdur. 945 və 946 nömrələr. İş materiallarına əlavə edilmiş Ölüm haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, 30.06.1942-ci il tarixdə doğulmuş X18 20.08.2015-ci il tarixdə ölmüşdür. Məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən olunduğu kimi, hazırda mübahisələndirilən JN-391 A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”də göstərilən 0,42 ha torpaq sahəsində yerləşən 2 otaqlı ev əvvəllər X14 məxsus olmuş, evin həyətyanı torpaq sahəsi 1500 kv.m olmuşdur. O, 20.08.2015-ci il tarixdə ölmüş, Qəbələ Rayon Məhkəməsinin 09.09.2019-cu il tarixli qətnaməsi ilə iddiaçı tərəfindən ondan qalmış mirasın faktiki qəbul edilməsi faktı müəyyən edilmişdir. Sözü gedən qətnamə ilə müəyyən olunur ki, 20.08.2015-ci il tarixdə vəfat etmiş X6 vərəsələri - arvadı və uşaqları, o cümlədən qızı - hazırkı iş üzrə İddiaçı Mayısovna qalmışlar. İddiaçı Mayısovna məhkəmə qətnaməsi əsasında atasından miras əmlakı (həyətyanı topaq sahəsi və həmin torpaq sahəsində yerləşən yaşayyış evi və yardımçı tikililər) qalmış qəbul etdiyindən onun hazırkı iddianı qaldırmağa subyektiv hüququ olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Mənzil Kommunal Təsərrüfat Nazirliyi üzrə Qutqaşen rayon şöbəsinin 1990-cı ilin fevral ayında tərtib etdiyi 946 inventar nömrəli «Fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportu»ndan görünür ki, Qəbələ rayonu Nic qəsəbəsində X6 adına 1500,0 ha torpaq sahəsi, Liter A, bünövrəsi çay daşından, divarları soman kərpicdən hörülmüş, bir mərtəbəli, iki otaqlı, ümumi və yaşayış sahəsi 50,4 kv.m olan fərdi yaşayış evi qeydə alınmışdır. Texniki pasportda M1: 500 miqyasda (ölçüdə) torpaq sahəsinin, M 1:100 miqyasda (ölçüdə) tikilinin planı göstərilmişdir. Texniki pasportun «tikili və qurğuların təsviri» hissəsində evin, çəkilmiş hasarın, torpaq sahəsində yerləşən tövlənin, dəmir qapının ölçüləri, həcmi, ilkin qiyməti və s. qeyd olunmuşdur. Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamələr verilərkən mülkiyyətə verilərkən üçüncü şəxs Edik Çotanyan və onun ailə üzvlərinə ayrı-ayrılıqda 0,13 ha, 0,42 ha, 0,92 ha həyətyanı olmaqla torpaq sahələri verildiyi halda, iddiaçının atası Mais Çotanyana onun qanuni istifadəsində olmuş 0,15 ha həyətyanı torpaq sahəsi onun mülkiyyətinə verilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, JN-391 A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”də həmin torpaq sahəsində tikilinin olması görünür. Məhkəmə kollegiyasının iclasında üçüncü şəxslər X19 və X13 tikilinin yaşayış evi olduğunu və həmin yaşayış evinin iddiaçının atası X21 tərəfindən inşa olunduğunu və sonuncunun əvvəllər ailəsi ilə birlikdə həmin evdə yaaşadığını təsdiq etmişlər. Məhkəmə kollegiyasının aqrar islahat komissiyasının müvafiq qərarı ilə torpaq ayrılan və sözügedən şəhadətnamə ilə torpaqayırma proseduru həyata keçirilən zaman mübahisəli torpaq sahəsində mövcud olan yaşayış evinin kimə məxsusluğu barədə araşdırmanın aparılıb-aparılmamasına dair cavabdehə verdiyi sorğusuna cavab ala bilməsə də, sözü gedən tikilinin iddiaçının atası Mais Çotanyan tərəfindən onun özünə məxsus (qanuni istifadəsində olan) tikilməsi müəyyən edilmişdir. Göründüyü kimi, JN-391 A nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə" verilərkən evin və onun yerləşdiyi 1500 kv.m torpaq sahəsinin X6 mülkiyyətində olması nəzərə alınmamışdır. Üçüncü şəxslərin adına 3 ayrı-ayrı yerlərdə "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə" verildiyi halda, iddiaçının istifadəsində olmuş və onun yaşayış evinin yerləşdiyi 0,15 ha torpaq sahəsinə də üçüncü şəxslərin adına şəhadətnamə işlənmişdir. "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində qeyd edilir ki, vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsində qeyd edilir ki, həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. Ona görə də birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, iddia qismən təmin edilməli və JN-391 A nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"nin qismən - Azərbaycan Respublikası Mənzil Kommunal Təsərrüfat Nazirliyi üzrə Qutqaşen rayon şöbəsinin 1990-cı ilin fevral ayında tərtib etdiyi 946 inventar nömrəli «Fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportu»nda göstərilən torpaq sahəsi ilə üst-üstə düşən hissədə ləğv edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Şəhadətnamə 0,42 ha torpaq sahəsi ilə bağlı verildiyinə və iddiaçının evinin yerləşdiyi 0,15 ha torpaq sahəsi çıxıldıqdan sonra qalan torpaq sahəsinə iddiaçının aidiyyəti olmadığına görə iddia şəhadətnamənin qalan hissəsinə münasibətdə təmin edilməməlidir. Belə ki, "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun: 2.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. 4.1-ci maddəsinə əsasən, 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrıayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. 8.0.5-ci maddəsinə əsasən, 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli, 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısının 2.4-cü bəndinə əsasən üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1dək tərtib olunmuş texniki pasport (həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda) daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab edilir. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında” Əsasnaməyə əsasən həmin Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq dövlət reyestrində hüquqların dövlət qeydiyyatının dəqiq və vaxtında aparılmasını, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasını təmin etmək (3.0.8-ci bənd), vətəndaşların qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların onların mülkiyyətinə verilməsini yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək xidmətin vəzifəsidir. Bu hallar qeydiyyat zamanı aşkar olunacağı təqdirdə isə xidmət vəzifələrini yerinə yetirməli və hüquqların dövlət qeydiyyatını torpaq sahəsinin faktiki yerləşmə koordinatlarına uyğun aparmalıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 13.1-ci maddəsinə əsasən İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Həmin Qanunun 13.3-cü maddəsinə əsasən Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Həmin Qanunun 13.4-cü maddəsinə əsasən İnzibati orqanların bu Qanunun 13.3cü maddəsində nəzərdə tutulmuş vədləri və ya bəyanatları yalnız yazılı formada olduqda etibarlı təminat sayılır və şəxsin etimad hüququnun əsasını təşkil edir. Bu Qanunun 63-cü və 67-69-cu maddələri də təminatlara şamil olunur. Sаdаlаnаn normаlаrın təhlilindən göründüyü kimi, qаnunvericilikdə etimаd hüququnun yаrаnmаsının iki müxtəlif əsаsı nəzərdə tutulmuşdur ki, onlаrdаn biri inzibаti orqаnlаrın inzibаti prаktikаsı, digəri isə müəyyən inzibаti аktın sonrаdаn qəbul ediləcəyi və yа qəbul edilməyəcəyi bаrədə inzibаti orqаnlаrın vəd və bəyаnаtlаrıdır. İnzibаti prаktikаyа etimаd o hаldа yаrаnır ki, bu prаktikа dаvаmlı və ümumi xаrаkter dаşısın və inzibаti orqаnın hərəkətlərinin gedişi əvvəlcədən bilinsin. Mаrаqlı şəxs inzibаti orqаnın prаktikаsınа əsаslаnаrаq təxminən bilməlidir ki, onun işi həmin prаktikаyа uyğun şəkildə və həll edilmiş oxşаr işlərə аnаloji qаydаdа həll ediləcəkdir. İnzibаti orqаnın bəyаnаt və vədlərinə gəldikdə isə, bu bəyаnаt və vədlər mütləq konkret inzibаti icrааtlа bаğlı olmаlı və mаrаqlı şəxs bilməlidir ki, həmin bəyаnаt və vədlər məhz onun hüquq və qаnunlа qorunаn mаrаqlаrı ilə bаğlıdır. Bəyаnаt və vədin etibаrlı təminаt hesаb olunmаsı üçün onun yаzılı formаdа ifаdə olunmаsı vаcibdir. Eyni zаmаndа, bu dа qeyd edilməlidir ki, şəxs inzibаti аktın qəbul edilməsi üçün konkret bir inzibаti orqаnа mürаciət edərkən etimаd hüququnа istinаd edirsə, bu etimаd digər inzibаti orqаnlаrın deyil, məhz mürаciət etdiyi inzibаti orqаnın inzibаti prаktikаsınа, yаxud dа vəd və bəyаnаtınа əsаslаnmаlıdır. Аzərbаycаn Rеspublikаsının Kоnstitusiyаsının 148-ci mаddəsinə və «Nоrmаtiv hüquqi aktlаr hаqqındа» Аzərbаycаn Rеspublikаsısının Konstitusiya Qаnununun 23.1-ci mаddəsinə əsаsən bеynəlхаlq müqаvilələr Аzərbаycаn Rеspublikаsı qаnunvеricilik sisteminin tərkib hissəsidir. İnsаn hüquqlаrının və əsаs azаdlıqlаrın müdаfiəsi hаqqındа Kоnvеnsiyаnın (Аvrоpа Kоnvеnsiyаsı) 1 sаylı prоtоkоlunun 1-ci mаddəsində dеyilir ki, hər kəs öz əmlаkınа mülkiyyət hüququnu mаnеəsiz həyаtа kеçirmək hüququnа mаlikdir. 1 sаylı prоtоkоlun 1-ci mаddəsinin mənаsı bахımındаn «mülkiyyət» və «əmlаk» аnlаyışı kifаyət qədər gеnişdir. İqtisаdi mаrаqlаrın gеniş spеktri, о cümlədən dаşınаr və dаşınmаz əmlаk, mаddi və qеyrimаddi mаrаqlаr mülkiyyət hüququnun təsir dаirəsinə düşür. Bu mаddə üzrə məhkəmə prеsеdеntlərinə görə mülkiyyət hüququ təkcə dövlət qеydiyyаtınа аlınmış hüquqlаrın dеyil, еyni zаmаndа əmlаkа fаktiki mülkiyyət hüququnu, tоrpаğа icаrə, istifаdə hüququnu dа mülkiyyət kimi qəbul еdir. «Thе Trаktоrеr İsvеçə qаrşı» məhkəmə işində Аvrоpа Məhkəməsi vurğulаmışdır ki, ərizəçinin tоrpаğа istifаdə hüququ və gələcəkdə оndаn fаydа götürməsi bаrədə gözləntiləri də mülkiyyət hüququnu təşkil еdir və bu hüquq Аvrоpа Kоnvеnsiyаsının 1 sаylı prоtоkоlunun 1-ci mаddəsinin (mülkiyyət hüququ) müdаfiə dаirəsinə düşür. «Pаyn Vеlli dеvеlоpmеnts Ltd» şirkəti İrlаndiyаyа qаrşı işdə Аvrоpа İnsаn hüquqlаrı Məhkəməsi qərаrа аlmışdır ki, müəyyən hаllаrın bаş vеrəcəyini hüquqа uyğun gözləmə 1 sаylı prоtоkоlun 1-ci mаddəsinin müdаfiə еtdiyi hüquq, yəni mülkiyyət hüququ sаyılа bilər. Həmin işdə ərizəçi tоrpаq sаhəsi аlmış və оrаdа tikinti həyаtа kеçirməyi plаnlаşdırmışdı. Аvrоpа Məhkəməsi tikintini həyаtа kеçirilməsinə mаnеəni 1 sаylı prоtоkоlun 1-ci mаddəsinin pоzuntusu kimi qiymətləndirmişdir. «Pаyn Vеlli dеvеlоpmеnts Ltd» şirkəti İrlаndiyаyа qаrşı işdə Аvrоpа İnsаn hüquqlаrı Məhkəməsi qərаrа аlmışdır ki, müəyyən hаllаrın bаş vеrəcəyini hüquqа uyğun gözləmə 1 sаylı prоtоkоlun 1-ci mаddəsinin müdаfiə еtdiyi hüquq, yəni mülkiyyət hüququ sаyılа bilər. Həmin işdə ərizəçi tоrpаq sаhəsi аlmış və оrаdа tikinti həyаtа kеçirməyi plаnlаşdırmışdı. Аvrоpа Məhkəməsi tikintini həyаtа kеçirilməsinə mаnеəni 1 sаylı prоtоkоlun 1-ci mаddəsinin pоzuntusu kimi qiymətləndirmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərin əsassız sayaraq birinci instansiya məhkəməsinin gəlmiş olduğu qənaətlə razılaşır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının tələbi qanuni və əsaslıdır. Apellyasiya şikayətinin dəlilləri isə birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün yetərli deyildir, onа görə də, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya şikayəti təmin edilməməli və qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbаycаn Respublikаsı İnzibati Prosessuаl Məcəlləsinin 110.1-ci mаddəsinə uyğun olаrаq, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri - 100 (bir yüz) manat İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin müvafiq hesabına köçürülməlidir. Nəticəvi hissə: Yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası Qərara aldı: Üçüncü şəxs X19 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 02 mart 2020-ci il tarixli, 2-1(116)-339/2020 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri - 100 (bir yüz) manat İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin müvafiq hesabına ödənilsin. Qərardan rəsmi qaydada təqdim edildiyi gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsi (AZ-5500, Şəki Şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə (AZ-1025, Bаkı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Elçin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar