Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-420/2021 18.11.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Hüseynov Elçin Şirin oğlundan ibarət tərkibdə, Quluzadə Rahul Teyyuf oğlunun katibliyi, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı5 və X12 və 3-ü şəxs X11 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, X4, İddiaçı5 və X7 cavabdeh Şəki Rayonu Şorsu Bələdiyyəsinə qarşı "cavabdehin 07.04.2021- ci il tarixli 04 nömrəli iclas qərarının ləğvi və Şəki Rayonu Şorsu Bələdiyyəsinin üzərinə zəbtlərində olan 0,11 ha həyətyanı torpaq sahəsinin hərracdan kənar qaydada iddiaçılara satılması barədə qərar qəbul edilməsi öhdəliyinin qoyulması" tələbinə dаir inzibаti iş üzrə Şəki İnzibati Məhkəməsinin 17 avqust 2021-ci il tarixli, 2-1(116)-802/2021 nömrəli qərarından iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, X8, İddiaçı5 və X12 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: Şəki Şəhər İcra Hakimiyyəti başçısının Şorsu kənd icra nümayəndəliyinin 1996-2000ci illərə aid 644 nömrəli təsərrüfatbaşına kitabında təsərrüfat başçısı kimi qeyd olunmuş X9 təsərrüfatında arvadı İddiaçı1, X4, X7, İddiaçı2, İddiaçı3, İddiaçı5 adları yazılmış, təsərrüfatın xüsusi mülkiyyətində 0,10 ha torpaq sahəsinin olması barədə qeydiyyat aparılmışdır. Nümayəndəliyin 2001-2005-ci illərə aid 31 nömrəli təsərrüfatbaşına kitabında isə X13 və onun ailə üzvlərinin adları yazılmış, təsərrüfatın xüsusi mülkiyyətində 0,10 ha torpaq sahəsinin, 1985-ci ildə tikilmiş, 81,6 kv.m ümumi sahəsi olan evin də olması barədə qeydiyyat aparılmışdır. "Şəki rayon Şorsu kəndi ərazisindən həyətyanı və pay torpaq sahəsi almaq hüququ olan subyektlərin siyahısı"nın 138-ci sırasında mülkiyyətinə torpaq payı veriləcək şəxslər kimi X13 və onun ailə üzvlərinin adları qeyd edilmiş və onların qanuni istifadəsində olan torpaq sahəsi kimi 0,10 ha, zəbt torpaq sahəsi kimi isə 0,06 ha torpaq sahəsi qeyd olunmuşdur. Bundan sonra Şəki rayonu Şorsu kəndində islahat aparılan zaman X13 və onun ailə üzvlərinin mülkiyyətinə 0,16 ha həyətyanı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə və onun üzərində yerləşən fərdi yaşayış evinə X9, İddiaçı1, İddiaçı2, İddiaçı3, X4, İddiaçı5, X7 ümumi birgə mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 15.03.2014-cü ildə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış və onlara bu barədə RX seriyalı ******* nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış" verilmişdir. Qeyd olunan daşınmaz əmlakla bağlı X9 adına 14.03.2014-cü ildə texniki pasport da tərtib edilmişdir. Həmin texniki pasportda torpaq sahəsinin sənəd üzrə ölçüsü 0,16 ha, faktiki torpaq sahəsinin ölçüsü isə 0,27 ha qeyd olunmuşdur. Şəki Rayonu Şorsu Bələdiyyəsinin 24.10.2016-cı il tarixli 10 nömrəli qərarına əsasən, 0,02 ha torpaq sahəsinin X2 qərara alınmışdır. Daha sonra iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, X8, İddiaçı5, X12 cavabdeh Şəki Rayonu Şorsu Bələdiyyəsinə qarşı zəbtlərində olan 0,11 ha torpaq sahəsinin müvafiq hissəsinin X2 barədə Şəki Rayonu Şorsu Bələdiyyəsinin 24.10.2016-cı il tarixli 10 nömrəli qərarının ləğv edilməsi barədə iddia ərizəsi ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişlər. Şəki İnzibati-İqtisadi Məhkəməsinin 13.11.2017-ci il tarixli 2-1(84)-877/2017 nömrəli qərarı ilə həmin iddia təmin edilərək, Şəki Rayonu Şorsu Bələdiyyəsinin 24.10.2016-cı il tarixli 10 nömrəli qərarı ləğv edilmişdir. Bundan sonra Şəki Rayon Məhkəməsinin 13.12.2019-cu il tarixli 2(075)1857/2019 nömrəli qətnaməsi ilə Şəki Rayonu Şorsu Bələdiyyəsi ilə X16 arasında bağlanmış 10.11.2016-cı il tarixli alqı-satqı müqaviləsi etibarsız hesab edilmiş və Şorsu Bələdiyyəsinin adına verilmiş RX seriyalı ******* nömrəli və X11 adına verilmiş RX seriyalı ******* nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış" ləğv edilmişdir. Cavabdeh X16 məhkəmənin həmin qətnaməsindən apellyasiya şikayəti vermiş, Şəki Apellyasiya Məhkəməsinin 10.03.2020-ci il tarixli 2(107)-742/2020 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş və Şəki Rayon Məhkəməsinin 13.12.2019-cu il tarixli 2(075)1857/2019 nömrəli qətnaməsi Şorsu Bələdiyyəsinin adına verilmiş RX seriyalı ******* nömrəli çıxarışın ləğv edilməsi hissəsində ləğv edilmişdir. Bundan sonra iddiaçılar cavabdeh Şəki Rayonu Şorsu Bələdiyyəsinə müraciət edərək daşınmaz əmlakın dövlət reyestrindən verilmiş RX seriyalı ******* nömrəli çıxarışa əsasən, mülkiyyətlərində olan fərdi yaşayış evinin altında olan 0,11 ha zəbt torpaq sahəsinin Bələdiyyənin iclasında baxılaraq onlara satılması barədə qərar qəbul olunmasını xahiş etmişlər. Şəki Rayonu Şorsu Bələdiyyəsinin 07.04.2021-ci il tarixli 04 nömrəli iclas protokolundan çıxarışa əsasən, fərdi yaşayış evinin tikintisi üçün hərracla satılması məqsədilə ayrılması nəzərdə tutulan 0,11 ha torpaq sahəsinin ayrılmasının qanunauyğunluğunun müəyyən edilməsi məqsədilə müvafiq rəyin verilməsi üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinə müraciətin edilməsi, həmin torpaq sahəsinin ayrılmasının qanunauyğunluğu barədə müsbət rəy verildikdə torpaq sahəsi üzərində Bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınması proseduruna başlanılmasına, torpaq sahəsinin planı və ölçüsünün normativ qiyməti barədə məlumatın, həmin torpaq sahəsinə dair hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydiyyata alınmış hüquqlara və onların məhdudlaşdırılmasına dair arayışın verilməsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsindən xahiş edilməsi qərara alınmışdır. Şorsu Bələdiyyəsi İddiaçı2 ərizəsinə cavab olaraq 08.04.2021-ci il tarixli 19 nömrəli məktubla bildirmişdir ki, onların zəbtində olan Bələdiyyəyə məxsus 0,11 ha torpaq sahəsi qonşular arasında mübahisə predmeti olduğundan həmin ərazinin birbaşa onlara satılması mümkün olmadığı üçün ərazinin hərrac vasitəsilə satılması barədə Bələdiyyənin 07.04.2021-ci il tarixli 04 nömrəli iclasında qərar qəbul edilmişdir. Torpaq sahəsinin müvafiq sənədləri hazırlanaraq hərrac komissiyasına təqdim olunacaq və hərracın tarixi və keçiriləcəyi yer barədə onlara və həmin ərazini almaq istəyən digər şəxslərə məlumat veriləcəkdir. Hərracın qalibi olaraq şəhadətnamə alan şəxsə torpaq sahəsinin satılması qanunvericiliyə uyğun olaraq təmin ediləcəkdir. Bundan sonra iddiaçılar hazırkı iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmişlər. Onlar tələblərini belə əsaslandırmışlar ki, üçüncü şəxs X14 bələdiyyə tərəfindən satılan torpaq sahəsi məhkəmə qaydasında ləğv edildiyindən, həmin torpaq sahəsi islahat aparılan zamandan onların istifadəsində və zəbtində olduğundan bələdiyyə həmin torpaq sahəsini "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikası Qanununa uyğun olaraq onlara satmalıdır. Cavabdeh iddiaya yazılı münasibət bildirməmişdir. Üçüncü şəxs X16 16.05.2021-ci ildə birinci instansiya məhkəməsinə göndərdiyi iddiaya etiraz ərizəsində bildirmişdir ki, torpaqla bağlı müqavilələrdən irəli gələn (alqı-satqı, o cümlədən, torpağın hərrac vasitəsi ilə satılması, icarəyə verilməsi və s.) mübahisələrə, bu müqavilənin iştirakçılarının statusundan asılı olmayaraq mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Bundan başqa, iddiaçıların iddia etdiyi torpaq sahəsinə hüquqları o halda yarana bilər ki, torpaq sahəsi qanuni əsaslarla onlara satılmış olsun. Mübahisə predmeti olan torpaq sahəsinin ona satılan hissədə ləğvi iddiaçıların həmin torpaq sahəsinə hüquqlarının yaranması anlamına gəlmir. Torpaq sahəsi bələdiyyəyə məxsusdur və bələdiyyə həmin torpaq sahəsini hərrac vasitəsi ilə sata bilər. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur: İşdə olan, RX seriyalı ******* nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış"dan görünür ki, 0,16 ha torpaq sahəsinə X9, İddiaçı1, İddiaçı2, İddiaçı3, X4, İddiaçı5, X7 ümumi birgə mülkiyyət hüququ, həmin torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evinə isə X9 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 15.03.2014-cü ildə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. İşdə olan 14.03.2014-cü il tarixli 74 inventar nömrəli Texniki pasportdan görünür ki, həmin sənəd X9 adına Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən tərtib edilmiş, həmin sənəddə torpaq sahəsi sənəd üzrə 0,16 ha, faktiki sahə 0,27 ha göstərilmiş, evin tikildiyi il kimi isə 1985-ci il qeyd olunmuşdur. İşdə olan, Şəki İnzibati-İqtisadi Məhkəməsinin 13.11.2017-ci il tarixli 2-1(84)- 877/2017 nömrəli qərarından görünür ki, Şəki Rayonu Şorsu Bələdiyyəsinin 24.10.2016-cı il tarixli 10 nömrəli qərarı ləğv edilmişdir. İşdə olan, Şəki Rayonu Şorsu Bələdiyyəsinin 07.04.2021-ci il tarixli 04 nömrəli protokolundan çıxarışından görünür ki, fərdi yaşayış evinin tikintisi üçün hərracla satılması məqsədilə ayrılması nəzərdə tutulan 0,11 ha torpaq sahəsinin ayrılmasının qanuna uyğunluğunun müəyyən edilməsi məqsədilə müvafiq rəyin verilməsi üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinə müraciətin edilməsi, həmin torpaq sahəsinin ayrılmasının qanunauyğunluğu barədə müsbət rəy verildikdə torpaq sahəsi üzərində Bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınması proseduruna başlanılmasına, torpaq sahəsinin planı və ölçüsünün normativ qiyməti barədə məlumatın, həmin torpaq sahəsinə dair hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydiyyata alınmış hüquqlara və onların məhdudlaşdırılmasına dair arayışın verilməsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsindən xahiş edilməsi qərara alınmışdır. İşdə olan, üçüncü şəxs X11 16.05.2021-ci ildə məhkəməyə göndərdiyi iddiaya etiraz ərizəsindən görünür ki, torpaqla bağlı müqavilələrdən irəli gələn (alqı-satqı, o cümlədən, torpağın hərrac vasitəsi ilə satılması, icarəyə verilməsi və s.) mübahisələrə, bu müqavilənin iştirakçılarının statusundan asılı olmayaraq mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Bundan başqa, iddiaçıların iddia etdiyi torpaq sahəsinə hüquqları o halda yarana bilər ki, torpaq sahəsi qanuni əsaslarla onlara satılmış olsun. Mübahisə predmeti olan torpaq sahəsinin ona satılan hissədə ləğvi iddiaçıların həmin torpaq sahəsinə hüquqlarının yaranması anlamına gəlmir. Torpaq sahəsi bələdiyyəyə məxsusdur və bələdiyyə həmin torpaq sahəsini hərrac vasitəsi ilə sata bilər. İşdə olan, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən məhkəməyə təqdim edilmiş 08.07.2021-ci il tarixli məktubdan görünür ki, "Şəki rayon Şorsu kəndi ərazisindən həyətyanı və pay torpaq sahəsi almaq hüququ olan subyektlərin siyahısı"nın 138-ci sırasında mülkiyyətinə torpaq payı veriləcək şəxslər kimi X13 və onun ailə üzvlərinin adları qeyd edilmiş və onların qanuni istifadəsində olan torpaq sahəsi kimi 0,10 ha, zəbt torpaq sahəsi kimi isə 0,06 ha torpaq sahəsi qeyd olunmuşdur. Şəki İnzibati Məhkəməsinin (hakim Vidadi Qasımov) 17 avqust 2021-ci il tarixli, 2- 1(116)-802/2021 nömrəli qərarı ilə iddia tələbi qismən təmin edilmiş, Şəki Rayonu Şorsu Bələdiyyəsinin 07.04.2021-ci il tarixli 04 nömrəli qərarı aşağıdakı koordinatlarda yerləşən 0,02 ha torpaq sahəsinə aid hissədə ləğv edilməsi, № X Y Döngə nöqtələri arasındakı məsafə Nöqtələr Məsafə (metrlə) 1 667788,74 4557673,22 1-2 10,09 2 667795,93 4557680,29 2-3 15,60 3 667808,23 4557670,69 3-4 3,83 4 667805,57 4557667,94 4-5 4,08 həmin 0,02 ha torpaq sahəsinin hərracdan kənar qaydada iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, X6, İddiaçı5, X1 barədə qərar qəbul edilməsi öhdəliyi cavabdeh Şəki Rayonu Şorsu Bələdiyyəsinin üzərinə qoyulması, iddia qalan hissədə təmin edilməməsi qərara alınmışdır. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, X8, İddiaçı5 və X5 İnzibati Məhkəməsinin 17 avqust 2021-ci il tarixli, 2-1(116)-802/2021 nömrəli qərarından apellyasiya şikayəti vermişlər. Apellyasiya şikayətinin dəlilləri: İddiaçılar apellyasiya şikayəti verərək qeyd etmişlər ki, Şəki İnzibati Məhkəməsinin 17 avqust 2021-ci il tarixli, 2-1(116)-802/2021 saylı qərarı təmin edilməyən hissədə qanunsuz olduğundan və maddi hüquq normaları dzgün tətbiq edilmədiyindən ləğv edilməli və yeni qərar qəbul edilərək, həmin hissədə iddia tələbi təmin edilməlidir. Mübahisədən görünür ki, sözügedən torpaq sahəsi islahat aparılan vaxtdan ailə üzvlərimizin istifadəsində olmuşdur. Hazırki iş üzrə üçüncü şəxs həmin torpaq sahəsinə qanunsuz olaraq daşınmaz əmlakın dövlət reyetrindən çıxarış əldə etmiş və həmin çıxarış məhkəmə qətnamələri əsasında ləğv edilmişdir. Qanuni qüvvəsini almış məhkəmə qətnamələri ilə 0,1 1 ha torpaq sahəsinin ailə üzvlərimizin zəbtində olması öz təsdiqini tapmışdır. Lakin işə baxan məhkəmə heç bir əsas olmadan ailə üzvərimizə hərracdan kənar qaydada satılmalı olan 0,11 ha toıpaq sahəsinin yalnız 0,02 ha hissəsini hərracdan kənar qaydada satılması barədə qərar qəbul etmişdir. Məhkəmə iddia tələbinin bir hissəsini təmin etməməkdə, 0,11 ha torpaq sahəsinin 0,09 ha hissəsinin iddiaçıların zəbtində olmaması qənaətinə gələrək əsaslandırmışdır ki, buda məhkəmənin kobud səhvə yol verməsi ilə nəticələnmişdir. İlk növbədə onu qeyd etmək istəyirik ki, zəbtimizdə olan 0,11 ha torpaq sahəsi bizlərə məxsus fərdi yaşayış evinin texniki pasportundan öz əksini tapmışdır. Buradan aydın görünür ki, işə baxan məhkəmə fərdi yaşayış evinin texniki pasportuna nəzər yetirmədən ədalətsiz qərar qəbul etmişdir. Ona görə də Şəki İnzibati Məhkəməsinin 17 avqust 2021-ci il tarixli, 2- 1(116)-802/2021 saylı qərarının təmin edilməyən hissədə ləğv edilməsini və yeni qərar qəbul edilərək, Şəki rayonu Şorsu bələdiyyəsinin 05.04.2021-ci il tarixli 04 saylı iclas qərarının tam ləğv edilməsini və 0,09 ha torpaq sahəsinin hərracdan kənar qaydada satılması barədə qərar qəbul edilməsi öhdəliyinin qoyulması barədə qərar qəbul edilməsini xahiş edirlər. Proses iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı5 və X12 apellyasiya şikayətinin təmin edilməsini və Şəki İnzibati Məhkəməsinin 17 avqust 2021-ci il tarixli, 2-1(116)-802/2021 nömrəli iş üzrə qərarının təmin edilməyən hissədə ləğv edilməsini və yeni qərar qəbul edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən 3-ü şəxs X16 qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iddiaçı X8 və cavabdeh Şəki Rayonu Şorsu Bələdiyyəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin üzrlü səbəbdən olması barədə məlumat verilməmişdir. Cavabdeh Şəki Rayonu Şorsu Bələdiyyəsi məhkəməyə teleqram göndərərək işə onların iştirakı olmadan baxılmasnı xahiş etmişlər. Məhkəmə kollegiyası iddiaçının və cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi). Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 32.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 33.1-ci maddəsinə görə, məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 38.1-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Həmin Məcəllənin 38.2-ci maddəsinə görə, məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. İşdən görünür ki, iddiaçıların iddia tələbi iki hissədən ibarətdir: 1) cavabdeh Şəki Rayonu Şorsu Bələdiyyəsinin 07.04.2021-ci il tarixli 04 nömrəli iclas qərarının ləğvi, 2) zəbtlərində olan 0,11 ha həyətyanı torpaq sahəsinin hərracdan kənar qaydada iddiaçılara satılması barədə qərar qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması. Birinci tələb mübahisələndirmə, ikinci isə məcburetmə haqqında iddia növünə aiddir. Hər iki iddia tələbi üzrə mümkünlük şərtlərinə, o cümlədən iddia müddətlərinə riayət edilmişdir. Digər tərəfdən, həmin tələblər bir-biri ilə əlaqəli olduğuna, bir cavabdehə yönəldiyinə, eyni məhkəməyə aid olduğuna görə onların bir iddiada birləşdirilməsi Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 37-ci maddəsinə uyğundur. Ona görə də məhkəmə iddianı mümkün hesab etdi. İddianı qismən əsaslıdır. Bələdiyyə torpaqlarının satışının xüsusiyyətləri "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində nəzərdə tutulmuşdur. Həmin maddədə deyilir ki, bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bu Qanunun 9.8-ci maddəsində müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. (9.1-ci maddə) Bələdiyyə torpaqlarının satışı ərazinin inkişaf planları, yerquruluşu, yaşayış məntəqələrinin baş planı və şəhərsalma sənədləri əsasında qanunvericiliklə müəyyən edilmiş qaydada yerli özünüidarə orqanları tərəfindən həyata keçirilir. (9.2-ci maddə) Bələdiyyənin ehtiyat fondunun özəlləşdirilən torpaqları barədə alqı-satqı əqdləri, yerli normativlər nəzərə alınmaqla aşkarlıq şəraitində bağlanılır. (9.3-cü maddə) Bələdiyyə torpaqlarının özgəninkiləşdirilməsi, icarəyə verilməsi müvafiq müqavilə ilə rəsmiləşdirilir. (9.6-cı maddə) Bələdiyyələr satışa çıxarılan torpaq sahələri və bu torpaqların ölçüləri, təyinatı, qiyməti, olduğu yeri göstərilməklə elanlar vasitəsilə əhalini əvvəlcədən məlumatlandırır, ildə bir dəfə torpaqların dövriyyəsi və istifadə olunması barədə məlumatları seçicilərə çatdırırlar. (9.7-ci maddə) Qeyri-qanuni istifadə edilən torpaq sahələrinə dair tələblər isə göstərilən Qanunun 16-cı maddəsində nəzərdə tutulmuşdur. Həmin maddədə deyilir ki, qeyri-qanuni istifadə edilən (özbaşına tutulmuş) bələdiyyə torpaqları qanunvericiliklə müəyyən edilmiş qaydada mülkiyyətə, istifadəyə və icarəyə verilməmiş, habelə rəsmiləşdirilmiş ölçüdən artıq istifadə edilən torpaqlardır. (16.1ci maddə) Qeyri-qanuni istifadə edilən (özbaşına tutulmuş) torpaq sahələri Azərbaycan Respublikasının torpaq və mülki qanunvericiliyinə uyğun olaraq aidiyyəti üzrə geri qaytarılmalıdır. (16.2-ci maddə) Bu Qanun qüvvəyə minənədək fərdi yaşayış və bağ evlərinin, qarajların, habelə sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə zəruri obyektlərin tikintisi üçün qeyriqanuni istifadə edilən bələdiyyə torpaqlarının geri qaytarılması mümkün olmadığı hallarda, bu torpaq sahələri qanunvericilikdə nəzərdə tutulmuş qaydada onları istifadə edən vətəndaşların və hüquqi şəxslərin mülkiyyətinə verilir, eyni zamanda torpaq vergisinə cəlb edilir. (16.3-cü maddə) Torpaq üzərində mülkiyyət, istifadə və icarə hüquqlarını təsdiq edən sənədlərdə göstərilən ölçüdən artıq istifadə edilən torpaq sahəsinin geri alınması mümkün olmadığı hallarda isə artıq sahələr eyni hüquq əsasında həmin şəxslərin adına rəsmiləşdirilir. (16.4cü maddə) Birinci instansiya məhkəməsində müəyyən olunmuşdur ki, torpaq islahatı zamanı tərtib edilmiş "Şəki rayon Şorsu kəndi ərazisindən həyətyanı və pay torpaq sahəsi almaq hüququ olan subyektlərin siyahısı"nda iddiaçıların qanuni istifadəsində olan torpaq sahəsi kimi 0,10 ha, zəbt torpaq sahəsi kimi isə 0,06 ha (cəmi 0,16 ha) qeyd olunmuşdur. Həmin 0,16 ha torpaq sahəsi onların mülkiyyətinə verilmiş və mülkiyyət hüququ 15.03.2014-cü ildə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İddiaçıların hazırda iddia etdikləri 0,11 ha torpaq sahəsinin iddiaçıların zəbtində olması həmin subyektlər siyahısında göstərilməmişdir. Eyni zamanda, birinci instansiya məhkəməsi tərəfindən Respublika Dövlət Arxivinin Şəki flialına sorğu edilərək Şəki ŞİH başçısının Cumakənd icra nümayəndəliyinin 1996- 2000-ci illər, Şorsu kənd icra nümayəndəliyinin 2001-2005-ci illər üzrə təsərrüfatbaşına kitablarının iddiaçılara aid hissələrindən çıxarışlar alınmışdır. Birinci kitabda ailənin istifadəsində olan torpaq sahəsi qrafasında 1998, 1999, 2000-ci illərdə 0,10 ha torpaq sahəsinin olması, ikinci kitabda isə 0,10 ha həyətyanı və 2,69 ha əkin torpağının olması göstərilmişdir. İddiada bəhs edilən 0,11 ha torpaq sahəsinin iddiaçıların istifadəsində olması həmin kitablarda göstərilməmişdir. Birinci instansiya məhkəməsi tərəfindən Şəki Şəhər İcra Hakimiyyəti başçısının Şorsu kənd İƏD üzrə nümayəndəliyinə sorğu edilərək alınmış 24.05.2021-ci il tarixli 21 nömrəli arayışda göstərilmişdir ki, İddiaçı1 və X16 arasında olan torpaq mübahisəsi 2013cü ildən başlayaraq hələ də öz həllini tapmamışdır. Şorsu Bələdiyyəsinə məxsus olan qeyd edilən 0,11 ha torpaq sahəsi adları göstərilən hər iki şəxsin həyətyanı torpaq sahələrinə bərabər hissədə bitişik ərazidir və həmin ərazini İddiaçı1 2000-ci ildə sonrakı illər ərzində hissə-hissə genişləndirərək istifadə etmişdir. Birinci instansiya məhkəməsinin 04.05.2021-ci il tarixli məktubu ilə iddiaçılara bildirilmişdir ki, iddiada bəhs olunan 0,11 ha torpaq sahəsinin 0,02 ha hissəsi ilə bağlı qanuni qüvvəyə minmiş məhkəmə qərarı mövcuddur və həmin qərarla 0,02 ha torpaq sahəsinin "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Qanunun qüvvəyə minməsinədək onların qeyri-qanuni istifadəsində olması müəyyən edilmişdir. Göstərilən 0,11 ha torpaq sahəsinin qalan 0,09 ha hissəsi ilə bağlı isə məhkəməyə sübut təqdim edilməmişdir. İddiaçılara təklif edilmişdir ki, tələb etdikləri 0,11 ha torpaq sahəsinin 0,09 ha hissəsinin onların qeyri-qanuni istifadəsində məhz "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Qanunun qüvvəyə minməsinədək olmasını təsdiq edən sübutları məhkəməyə təqdim etsinlər. İddiaçılar həmin məktuba cavab olaraq məhkəməyə yazdıqları 31.05.2021-ci il tarixli ərizədə bildirmişlər ki, tələb etdikləri 0,11 ha torpaq sahəsinin 0,09 ha hissəsinin zəbtlərində və istifadələrində olması daşınmaz əmlakın dövlət reyestrindən verilmiş texniki pasportda öz əksini tapmışdır. Müəyyən edilmişdir ki, DƏDRX-in 12 saylı Ərazi İdarəsi tərəfindən X9 adına tərtib edilmiş 14.03.2014-cü il tarixli **********37-10301 nömrəli Texniki pasportda fərdi yaşayış evinin həyətyanı torpaq sahəsi sənəd üzrə 0,16 ha, faktiki isə 0,27 ha qeyd olunmuşdur. Həyətdə olan tikililərdən birinin (altıaçıq) bir hissəsi zəbt olunmuş torpaq sahəsində yerləşir. Göründüyü kimi, iddiaçıların 0,11 ha torpaq sahəsini "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Qanunun qüvvəyə minməsinədək zəbt etdiklərini təsdiq edən heç bir sübut yoxdur. Göstərilən torpaq sahəsinin iddiaçıların faktiki istifadəsində olmasını təsdiq edən ilk sənəd yuxarıda göstərilən Texniki pasportdur, həmin sənədin tarixi isə 14.03.2014-cü il olmaqla "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsindən sonraya aiddir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Şəki Rayonu Şorsu Bələdiyyəsinin 24.10.2016-cı il tarixli 10 nömrəli qərarı ilə bələdiyyəyə məxsus 0,02 ha torpaq sahəsinin fərdi yaşayış evinin tikintisi üçün X2 qərara alınmışdır. İddiaçı2, İddiaçı3, İddiaçı1, X8, İddiaçı5, X5 İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, həmin qərarın ləğv olunmasını xahiş etmişlər. Şəki İnzibati-İqtisadi Məhkəməsinin 13.11.2017-ci il tarixli 2-1(84)-877/2017 nömrəli qərarı ilə iddia təmin edilərək, Şəki Rayonu Şorsu Bələdiyyəsinin 24.10.2016-cı il tarixli 10 nömrəli qərarı ləğv edilmişdir. Üçüncü şəxs X16 həmin qərardan apellyasiya şikayəti vermişdir. Şəki Apellyasiya Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 29.08.2018-ci il tarixli 21(107)-373/2018 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş və Şəki İnzibati-İqtisadi Məhkəməsinin 13.11.2017-ci il tarixli 2-1(84)-877/2017 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanmışdır. Həmin qərarlarla müəyyən edilmişdir ki, Bələdiyyənin qərarı ilə X3 0,02 ha torpaq sahəsi iddiaçıların zəbtində olmuşdur. Həmin 0,02 ha torpaq sahəsinin koordinatları DƏDRX-nin 12 saylı Ərazi İdarəsi tərəfindən X11 adına verilmiş 01.12.2016-cı il tarixli 086061 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü"ndə göstərilmişdir və aşağıdakı kimidir: № X Y Döngə nöqtələri arasındakı məsafə Nöqtələr Məsafə (metrlə) 1 667788,74 4557673,22 1-2 10,09 2 667795,93 4557680,29 2-3 15,60 3 667808,23 4557670,69 3-4 3,83 4 667805,57 4557667,94 4-5 4,08 Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 78-ci maddəsində deyilir ki, mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Ona görə də birinci instansiya məhkəməsi hesab etmişdir ki, hazırkı iddiada bəhs edilən 0,11 ha torpaq sahəsinin 0,02 ha hissəsi ilə bağlı mövcud olan qanuni qüvvəyə minmiş məhkəmə qərarı hazırkı iş üzrə proses iştirakçıları üçün məcburidir. Göstərilən məhkəmə qərarı ilə 0,02 ha torpaq sahəsinin iddiaçıların zəbtində olması müəyyən olunduğuna və 0,02 ha torpaq sahəsinin üçüncü şəxsə satılması barədə cavabdehin qərarı məhz iddiaçıların iddiası əsasında ləğv olunduğuna görə hazırkı iddianın həmin 0,02 ha torpaq sahəsi ilə bağlı hissəsinin yenidən araşdırılmasına zərurət yoxdur və iddianın həmin hissəsi əsaslıdır. Torpaq sahəsinin qalan 0,09 ha hissəsinin isə "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Qanunun qüvvəyə minməsinədək iddiaçıların zəbtində olması barədə sübut olmadığına görə həmin hissə sözügedən Qanunun 16.3-cü və 16.4cü maddələrinin təsiri altına düşmür və belə olan halda, iddianın həmin hissəsi əsaslı deyil. "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 67.1-ci maddəsində deyilir ki, inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə görə, qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanunun 67.4-cü maddəsinə görə, qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. Həmin Qanunun 67.8-ci maddəsinə görə, başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vuran qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. Məhkəmə kollegiyası inzibati mübahisə üzrə birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır. Habelə iddiaçılar apellyasiya məhkəməsinin iclasında apellyasiya şikayətində irəli sürdüyü dəlillərini təsdiq edəcək heç bir sübut təqdim edə bilmədi. İPM-in 87.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslıdır. Apellyasiya şikayətinin dəlilləri isə birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün yetərli deyildir, onа görə də, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya şikayəti təmin edilməməli və qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası qərara aldı: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, X8, İddiaçı5 və X12 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 17 avqust 2021-ci il tarixli, 2-1(116)-802/2021 saylı qərarı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-1(107)-420/2021
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-420/2021
18.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver