Məhkəmə qərarları › İş №2-1(107)-422/2020

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(107)-422/2020

06.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-422/2020 06.10.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Tağıyev Babək Vaqif oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı X25rşı “Şəki rayonu Sarıca kəndində yerləşən 27 ha torpaq sahəsi üzərində X17, X11, X12, X20, X7, İddiaçı, X6, X21 və X8 mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(116)-843/2020 nömrəli qərardadından iş üzrə İddiaçıtərəfindən verilmiş şikаyətə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı X25rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Şəki rayonu Sarıca kəndində yerləşən 27 ha torpaq sahəsi üzərində X17, X11, X12, X20, X7, İddiaçı, X6, X21 və X8 mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Şəki rayon X10 xx xxxx 1998-ci il tarixli, 54 saylı qərarı ilə X17, X11, X12, X20, X7, İddiaçı, X6, X21 və X1 təsərrüfatı məhsulları istehsalı məqsədi ilə 24,35 ha torpaq sahəsi verilmiş və bununla bağlı JN 106, kod: 40402037 nömrəli torpağa mülkiyyət hüququna dair akt tərtib edimişdir. Şəki rayonu "Sarıca" X16 Yerli AİK-in xx.xx.1998-ci il tarixli 4 nömrəli protokol qərarı ilə kənd yaşayış məntəqəsini əhatə edən "Sarıca" X16nin istifadəsində olan 5438 ha xüsusi mülkiyyətə veriləcək əkin sahəsindən hər bir subyekt üzrə 3 ha nəzərdə tutulmaqla, 2841 ha xüsusi mülkiyyətə ayrılmışdır. Şəki rayon AİK-in xx.xx.1998-ci il tarixli 61 nömrəli qərarı ilə Şəki rayonu "Sarıca" X16 Yerli AİK-in xx.xx.1998-ci il tarixli 4 nömrəli protokol qərarı təsdiq edilmişdir. Sarıca sovxozu Yerli AİK-in xx.xx.2001-ci il tarixli 02 nömrəli protokol qərarı ilə Sarıca bələdiyyəsi tərəfindən Yerli AİK-ə qaytarılan 2292 ha əkinə yararlı torpaq sahələrinin torpaq payı almaq hüququ olan hər bir subyektin torpaq payı müəyyən edildikdən sonra onların arasında bərabər bölünməsi qərara alınmışdır. Şəki rayon AİK-in xx.xx.2002-ci il tarixli 2 nömrli qərarı ilə "Sarıca" X16ndə torpaq islahatının aparılması haqqında Yerli AİK-nin xx.xx.1998-ci il tarixli 4 saylı qərarı ilə Respublika AİK xx.xx.1999-cu il tarixli razılıq məktubu əsasında hər bir subyektə 3 ha pay torpağı verilməsi qərara alınmışdır. Şəki rayon AİK xx.xx.2002-ci il tarixli 4 nömrəli qərarı ilə dövlət ehtiyat fondu torpaqlarının pay torpağı kimi yenidən əhaliyə bölünməsinin qeyrimümkünlüyü, Şəki rayonu üzrə adambaşına düşən pay torpaqlarının həcminin cəmisi 0,61 ha olduğu halda, Sarıca, Bolludərə və Qaratorpaq kəndlərində 3 ha torpaq sahəsinin düşdüyü həmin ərazidə yaşayan əhaliyə ətraflı izah edilməsi qərara alınmışdır. Tərəfindən 27 ha torpaq sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarış verilməsi üçün DƏDRX-nin 12 saylı X31 müraciət etmişlər. Cavabdeh orqan isə xx.xx.2020-ci il tarixli məktubla bildirmişdir ki, Şəki rayonu Sarıca kəndində torpağa mülkiyyət hüququna dair dövlət aktlarında adambaşına düşən pay norması torpağın kateqoriyasından asılı olaraq 2,58 ha, 2,70 ha və 2,91 ha kimi hesablanmışdır. "Sarıca" X16 Yerli X10 xx xxxx 1998-ci il tarixli 4 saylı, xx.xx.2001- ci il tarixli (say göstərilməyib) qərarı, xx.xx.2001- ci il tarixli 02 saylı, xx.xx.2002-ci il tarixli 02 saylı qərarları, Şəki rayon X10 xx.xx.1998-ci il tarixli 61 saylı, xx.xx.2002-ci il tarixli 02 saylı və xx.xx.2002-ci il tarixli qərarları ilə adambaşına düşən pay norması artırılaraq 3,0 ha-ya çatdırılsa da, elektron baza məlumatlarında düzəliş aparılmadığından, müraciətə əlavə etdiyiniz bələdiyyə tərəfindən təsdiqlənmiş sxemdə göstərilən torpaq sahəsi Qayabaşı kəndinin inzibati ərazisinin BEF-də yerləşdiyindən və sadalanan qərarlarla uyğunsuzluq təşkil etməklə X18 məxsus 2,91 ha torpaq sahəsinə verilmiş sxemlə eyni olduğundan həmçinin "Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 4.1-ci maddəsinin tələblərinə əsasən 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxladığından ərizənizin icrası mümkün olmamışdır. Eyni zamanda onu da qeyd etmişdir ki, xidmət haqqının ödənilməsi zəruridir. Şəki İnzibati Məhkəməsinin (hakim İlqar Cabbarov) xx xxxxxx 2020-ci il tarixli, 2- 1(116)-843/2020 nömrəli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı X25rşı “Şəki rayonu Sarıca kəndində yerləşən 27 ha torpaq sahəsi üzərində X17, X11, X12, X20, X7, İddiaçı, X6, X21 və X8 mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmamışdır. İddiaçı həmin qərardaddan apelyasiya şikayəti vermişdir. Apelyasiya şikayətinin dəlilləri Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Şəki rayon X10 xx xxxx 1998-ci il tarixli 54 saylı qərarı ilə X17, X11, X12, X20, X7, İddiaçı, X6, X21 və X1 təsərrüfatı məhsulları istehsalı məqsədi ilə torpaq sahəsi verilmiş və bununla bağlı JN 106, kod: 40402037 nömrəli torpağa mülkiyyət hüququna dair akt verilmişdir Göründüyü kimi həmin torpaq sahəsi onların ümumi mülkiyyətindədir və hər biri həmin torpaq sahəsinin mülkiyyətçisidirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213-6-cı maddəsinə asasan ümumi mülkiyyətin hər bir mülkiyyətçisi ümuçni mülkiyyətdə olan aşya barəsində 3-cü şəxslərə qarşı tələblər irəli sürə bilər. Ümumi külkiyyətin hait bir mülkiyyətçisi əmlakı yalnız bütün mülkiyyətçilərin xeyrinə tələb edə bilər. Göründüyü kimi qanunverici əmlakın mühafizəsi üçiin və yaxud əmlakın başqasının qanunsuz sahibliyinən geri tələb edilməsi üciın ümumi mülkiyyətdə olan əmlakın mülkiyyətçilərinin birgə tələb irəli sürməsini şərtləndirmir. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi bu qəbildən olan tələb irəli sürmək hüququna malikdirlər.Bundan başqa AR İPM-nin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam, faktiki məlumatların formalaşmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasmda proses iştirakçılarına yardım etməyə borcludur. Həmin Məcəllənin 48.1-ci maddəsinə görə sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydmlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasma, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxxx 2015-ci il tarixli 8 nömrəli qərarının 3.1-ci bəndində qeyd edilir ki, inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. İPM-nin 13 və 48-ci maddələrində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərilməsini tələb edir (3.2-ci bənd). Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasma səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir (3.3-cü bənd). İşdən görünür ki, iddianın mümkün sayılmamasma səbəb olan hallan aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaq onunla müzakirə etməmiş zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməmiş, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratması və bunun üçün ağlabatan vaxt təyin etməmişdir. Qeyd edilənlərə əsasən apellyasiya şikayətinin təmin edilməsi, Şəki İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-l(116)-843/2020 saylı qərardadının ləğv edilməsi və inzibati işin baxılması üçün Şəki İnzibati Məhkəməsinə qaytarılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apelyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(116)-843/2020 nömrəli qərardadının ləğv edilməsini və iddianın mümkün sayılaraq baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 2aylı X34 nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin (bundan sonra Azərbаycаn Respublikаsının İPM və ya İPM) 62.3-cü mаddəsi). Əsaslandırma hissəsi Azərbаycаn Respublikаsının İnzibati Prosessual Məcəlləsinin 82-ci mаddəsinə əsаsən, аpelyаsiyа instаnsiyаsı məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə bаxır. Apelyаsiyа instаnsiyаsı məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Həmin Məcəllənin 80-ci mаddəsinə görə, barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Kollegiya ilk olaraq bildirir ki, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılılq. İş materiallarından görünür ki, birinci instansiya Məhkəməsininnin xx.xx.2020-ci il tarixli iclasında iddiaçıya iddia ərizəsində olan nöqsanları aradan qaldıraraq, yeni iddia ərizəsinin verilməsi təklif olunmuşdur. Bundan sonra iddiaçı tərəfindən imzalanmış xx.xx.2020-ci il tarixində məhkəməyə daxil olmuş iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə “2.65 ha kərislə onlara verilmiş Şəki rayonu Sarıca kəndində yerləşən 27 ha torpaq sahəsi üzərində X17, X11, X12, X20, X7, İddiaçı, X6, X21 və X8 mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qətnamə çıxarılmasıxahiş edilmişdir. İddiaçı Ddadaş oğlunun ərizəsi düzgün tərtib olunmadığından, məhkəmə tərəfindən ona xx.xx.2020-ci tarixli nömrəli yardım məktubu ünvanlanaraq Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən qeyd edilmişdir ki, cavabdehin sizə göndərdiyi xx.xx.2020-ci il tarixli **********73 nömrəli imtina məktubundan məlum olmuşdur ki, tələbinizdə qeyd etdiyiniz kimi 27 ha torpaq sahəsinin deyil, 2.65 ha torpaq sahəsinin dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi üçün müraciət etmisiniz. Odur ki, Sizə iddia tələbinizdə dövlət reyestrində qeydiyyata alınmasını xahiş etdiyiniz torpaq sahəsinin 2.65 ha olaraq qeyd etməyiniz, həmçinin iddia tələbinizdə qeyd etdiyiniz şəxslərin (X9, X4, X5, X14, X3, İddiaçı, X2, X15 və X8) mülkiyyət hüququnun qeydə alınması üçün iddia ərizəsində iddiaçılar olaraq qeyd olunması və iddia ərizəsinin həmin şəxslər tərəfindən və ya etibarnamə əsasında səlahiyyətli şəxs tərəfindən imzalanması təklif olunmuşdur.Hazırkı tələblə bağlı göstərilən nöqsanların aradan qaldırılması üçün 20 (iyirmi) gün müddət təyin edilmişdir. Yardım məktubu iddiaçının ünvanına xx.xx.2020-ci il tarixində göndərilmiş və xəbərnaməyə imza edilməklə alınmışdır. İddiaçı tərəfindən yardıma münasibət bildirilməmişdir. Bununla bağlı birinci instansiya məhkəməsi haqlı olaraq belə qənaətə gəlmişdir ki, , iddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etsin, inzibati orqan onun müraciətinin təmin edilməsindən imtina etsin və ya qanunvericiliklə müəyyən edilmiş müddət ərzində onun müraciətini cavablandırmasın. İş üzrə iddiaçı hazırki tələblə cavabdeh inzibati orqana müraciət etməmişdir, belə ki, iddiaçı tələbində “Şəki rayonu Sarıca kəndində yerləşən 27 ha torpaq sahəsi üzərində X17, X11, X12, X20, X7, İddiaçı, X6, X21 və X8 mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etdiyi halda cavabdeh orqana 2.65 ha torpaq sahəsinə çıxarış verilməsi üçün müraciət etmişdir. Bundan başqa iddiada Şəki rayonu Sanca kəndində yerləşən 27 ha torpaq sahəsi üzərində X17, X11, X12, X20, X7, İddiaçı, X6, X21 və X8 mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi tələb olunduğu halda mülkiyyət hüquqlarının qeydə alınması tələb olunan X17, X11, X12, X20, X7, X6, X21 və X8 cavabdehə müraciət etmədiyi və iddia ərizəsinin onlar tərəfindən imzalanmadığı məlum olmuşdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli 5 nömrəli Qərarının: 3.1-ci bəndinə əsasən inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. 3.2-ci bəndinə əsasən İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. 3.3-ci bəndinə əsasən yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 3.4-cü bəndinə əsasən birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. 16.1-ci bəndinə əsasən iddianın mümkünlüyünə dair şərtlərə, həmçinin iddianın lazımı qaydada qaldırılması da aiddir. 16.2-ci bəndinə əsasən iddia ərizəsi İPM-in 46.1-ci maddəsində təsbit edilmiş formal tələblərə cavab verməlidir. 16.3-cü bəndinə əsasən həmin normada nəzərdə tutulmuş iddia ərizəsinin məzmununa dair tələblər - ərizənin verildiyi məhkəmənin adı; iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları; iddiaçının (ərizəçinin) tələbi imperativ xarakter daşıyır və verilmiş ərizələrdə bunlar göstərilməlidir. 16.4-cü bəndinə əsasən İPM-in 46.3-cü maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. 16.6-cı bəndinə əsasən iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. Məhkəmə kollegiyası hazırkı işlə bağlı qeyd edir ki, iddiaçı tələbində “Şəki rayonu Sarıca kəndində yerləşən 27 ha torpaq sahəsi üzərində X17, X11, X12, X20, X7, İddiaçı, X6, X21 və X8 mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etdiyi halda cavabdeh orqana 2.65 ha torpaq sahəsinə çıxarış verilməsi üçün müraciət etmişdir. Bundan başqa iddiada Şəki rayonu Sanca kəndində yerləşən 27 ha torpaq sahəsi üzərində X17, X11, X12, X20, X7, İddiaçı, X6, X21 və X8 mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi tələb olunduğu halda mülkiyyət hüquqlarının qeydə alınması tələb olunan X17, X11, X12, X20, X7, X6, X21 və X8 cavabdehə müraciət etmədiyi və iddia ərizəsinin onlar tərəfindən imzalanmadığı məlum olmuşdur. Göründüyü kimi, inzibati məhkəmə icraatı qaydasında qaldırılan iddianın hüquqi cəhətdən yoxlanılması ilk növbədə onun mümkünlüyünün müəyyənləşdirilməsindən, bundan sonra isə iddianın əsaslılığının araşdırılmasından ibarətdir. Belə ki,hazırkı mübahisənin məhkəmə qaydasında baxılmalı olmaması iddianın əsaslılığının araşdırılmasına imkan vermir. Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Yuxarıda qeyd olunan inzibati işin hallarını, məhkəmə kollegiyası tərəfindən aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianı mümkün saymamaqla düzgün nəticəyə gəlmişdir. Ona görə də apelyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməlidir. İPM-nin 87.6-cı mаddəsinə əsаsən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən hesab edir ki, apelyasiya şikayətinin dəlilləri əsassızdır, birinci instansiya məhkəməsi iddia tələbini mümkün saymamaqla düzgün nəticəyə gəlmişdir. Ona görə də apelyasiya şikayəti təmin edilməməli, iş üzrə Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(116)-843/2020 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş аpelyаsiyа şikаyəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(116)-843/2020 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan onun təqdim edildiyi gündən 10 gün müddətində Şəki Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar