Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-422/2022 21.12.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən, məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, Atababayev Faiq Gülağa oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına qarşı "xx.xx.2018-ci ildən xx.xx.2021-ci ilədək ödənilməmiş Qarabağ Müharibəsi veteranı müavinəti (Prezident təqaüdü) ödənilməsinin cavabdehin üzərinə qoyulması" tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 19 iyul 2022-ci il tarixli 2-1(116)-1495/2022 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikаyəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizəyə аçıq məhkəmə iclаsındа baxaraq müəyyən etdi: Şəki İnzibati Məhkəməsinin (hakim Vidadi Qasımov) 19 iyul 2022-ci il tarixli 2- 1(116)-1495/2022 nömrəli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına qarşı "xx.xx.2018-ci ildən xx.xx.2021-ci ilədək ödənilməmiş Qarabağ Müharibəsi veteranı müavinəti (Prezident təqaüdü) ödənilməsinin cavabdehin üzərinə qoyulması" barədə iddiası mümkün sayılmamışdır. İddiaçı həmin qərardaddan аpеllyаsiyа şikаyəti və аpellyаsiyа şikаyəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə vermişdir. İddiaçı ərizəsində qeyd etmişdir ki, qərardaddan şikayət verilməsi ilə bağlı müəyyən edilmiş müddətin buraxılmasının səbəbi onun daimi pasport qeydiyyatının Zaqatala rayonunda olması, özünün isə Bakı şəhərində yaşaması ilə əlaqədar məhkəmənin qərardadının ona zamanında verilməməsi və həmin qərardaddan şikayət verə bilməməsi olmuşdur. Ona görə də Şəki İnzibati Məhkəməsinin 19 iyul 2022-ci il tarixli 2-1(116)- 1495/2022 nömrəli qərardadından apellyasiya şikayəti verilməsi üçün müəyyən edilmiş müddətin buraxılmasının səbəbinin üzrlü hesab edilərək buraxılmış prosessual müddətin bərpa edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası tərəfindən аpellyаsiyа şikаyəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizəyə baxılması 7 dekabr 2022-ci il tarixə, saat 12:45-ə təyin edilmiş, iddiaçıya bu barədə rəsmi məlumat verilmişdir. İş materiallarından görünür ki, Şəki İnzibati Məhkəməsinin 19 iyul 2022-ci il tarixli 2- 1(116)-1495/2022 nömrəli qərardadı xx.xx.2022-ci il tarixdə iddiaçıya göndərilmiş, iddiaçı tərəfindən qərardadın surəti xx.xx.2022-ci il tarixdə poçt göndərişi barədə xəbərnaməyə imza edilərək qəbul edilmişdir. Göründüyü kimi, İddiaçı Şəki İnzibati Məhkəməsinin 19 iyul 2022-ci il tarixli 2-1(116)- 1495/2022 nömrəli qərardadını xx.xx.2022-ci il tarixdə aldıqdan sonra apellyasiya şikayətini verməmiş, xx.xx.2022-ci il tarixdə apellyasiya şikayəti verərək, apellyasiya şikayəti vermək üçün qanunvericiliklə müəyyən edilmiş prosessual müddəti 3 aydan çox ötürmüşdür. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı Şəki İnzibati Məhkəməsinin 19 iyul 2022-ci il tarixli 2-1(116)-1495/2022 nömrəli qərardadından аpellyаsiyа şikаyəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizənin təmin edilməsini xahiş etdi. Göründüyü kim, İddiaçı tərəfindən Şəki İnzibati Məhkəməsinin 19 iyul 2022-ci il tarixli 2-1(116)-1495/2022 nömrəli qərardadından аpеllyаsiyа şikаyəti vermək üçün qanunla müəyyən edilmiş prosessual müddət ötürülmüş və bu müddətin üzürlü səbəbdən buraxılması barədə müvafiq sübutlar təqdim edilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 85.1-ci maddəsinə əsasən, şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. - 22.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır. - 24.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. - 24.2-ci maddəsinə əsasən, buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. - 24.3-cü maddəsinə əsasən, ərizənin verilməsi ilə eyni vaxtda müddəti buraxılmış prosessual hərəkət də edilməlidir. - 24.5-ci maddəsinə əsasən, ərizə prosessual hərəkətin edilməli olduğu məhkəməyə verilir. Həmin ərizəyə məhkəmə iclasında baxılır. Ərizəçiyə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilir. - 24.7-ci maddəsinə əsasən, buraxılmış prosessual müddətin bərpa edilməsi haqqında məhkəmə qərardadından şikayət verilə bilməz. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, İddiaçı Şəki İnzibati Məhkəməsinin 19 iyul 2022-ci il tarixli 2-1(116)-1495/2022 nömrəli qərardadından apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizəsi təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 85 - 94.-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı Şəki İnzibati Məhkəməsinin 19 iyul 2022-ci il tarixli 2-1(116)-1495/2022 nömrəli qərardadından apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizəsi təmin edilməsin . Qərаrdаddаn rəsmi qаydаdа verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyаsına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(107)-422/2022
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(107)-422/2022
21.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver