Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-422/2023 16.08.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakim Eyvazov Akif Məhərləm oğlunun sədrliyi və məruzəsində, hakimlər Şükürov İmanverdi Həşimxan oğlu və X3 ibarət tərkibdə, Aydəmirov Elməddin Şabəddin oğlunun katibliyi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin nümayəndəsi X4 iştirakı ilə, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli 2-1(102)-1058/2022 nömrəli qərarı artıq icra edildiyinə görə borclu Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə cərimənin tətbiq edilməsindən imtina olunmasına dair inzibati X9 Məhkəməsinin 15 noyabr 2022-ci il tarixli 2-1(116)- 75/2021 nömrəli qərardadından İddiaçı2 nümayəndəsi Vəkil tərəfindən verilmiş apellyasiya şikаyətinə dair işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. təsviri hissə: Şəki İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(116)-75/2021 nömrəli qərarına əsasən, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı "cavabdehin xx.xx.2020-ci il tarixli qərarının ləğv edilməsi və xx.xx.2008-ci il tarixdə doğulmuş Ramazanzadə Elvin Sabir oğluna sağlamlıq imkanlarının məhdudluğunun müəyyən edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair iddiaları təmin edilmiş, cavabdehin Ramazanzadə Elvin Sabir oğlunun sağlamlıq imkanının məhdudluğunun təyin edilməsindən imtina olunması barədə xx.xx.2020-ci il tarixli qərarı ləğv edilərək cavabdehin üzərinə xx.xx.2008-ci il tarixdə doğulmuş Ramazanzadə Elvin Sabir oğlunun sağlamlıq imkanının məhdudluğunun müəyyən edilməsi öhdəliyi qoyulmuşdur. Cavabdeh həmin qərardan apellyasiya şikayəti vermişdir. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli 2- 1(107)-284/2021 nömrəli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmamış və şikayətin icraata qəbulundan imtina edilmişdir. Cavabdeh həmin qərardaddan kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli 2-1(102)-1921/2021 nömrəli qərarı ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli 2-1(107)-284/2021 nömrəli qərardadı ləğv edilmiş və iş yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilmişdir. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli 2- 1(107)-95/2022 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş və Şəki İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(116)-75/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanmışdır. Cavabdeh həmin qərardan kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli 2-1(102)-1058/2022 nömrəli qərarına əsasən, Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli 21(107)-95/2022 nömrəli qərarı ləğv edilmiş, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinin xx.xx.2020-ci il tarixli imtina qərarı ləğv edilməklə onun üzərinə xx.xx.2008-ci il tarixdə doğulmuş Ramazanzadə Elvin Sabir oğluna aid 0256003AAJ7T nömrəli göndərişə məhkəmənin həmin qərarda ifadə olunan hüquqi mövqeyini nəzərə almaqla yenidən baxmaq öhdəliyi qoyulmuş, iddia qalan hissədə təmin edilməmişdir. X9 Məhkəməsinə qaytarıldıqdan sonra xx.xx.2022-ci ildə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli 2-1(102)-1058/2022 nömrəli qərarından çıxarış icra edilməsi üçün borclu Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə göndərilmiş, qərarın icra edilməsi və qərarın icrasını təsdiq edən sənədlərin məhkəməyə təqdim edilməsi üçün bir ay müddət müəyyən olunmuş, eyni zamanda, əks təqdirdə, borclu orqana cərimə tətbiq olunacağı barədə xəbərdarlıq edilmişdir. Lakin müəyyən olunmuş müddət ərzində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının qərarının icrasını təsdiq edən sənədlər Şəki İnzibati Məhkəməsinə təqdim olunmamışdır. Ona görə də borclu Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə cərimənin tətbiqi məsələsinə baxılması üçün birinci instansiya məhkəməsinin iclası xx.xx.2022-ci il saat 10:30-a təyin edilmiş və məhkəmənin xx.xx.2022-ci il tarixli məktubu ilə tərəflərə bu barədə məlumat verilmişdir. Bundan sonra borclu Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsi xx.xx.2022-ci il tarixli məktubla Şəki İnzibati Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli 2- 1(102)-1058/2022 nömrəli qərarının icrası ilə bağlı Ramazanzadə Elvin Sabir oğluna aid sonuncu Forma 88 yenidən qiymətləndirildiyini və məhkəmə qərarının icra olunduğunu bildirmişdir. Borclunun göstərilən məktubuna xx.xx.2022-ci il tarixli "Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X1-sosial ekspert komissiyasının qərarı"nın surəti əlavə edilmişdir. Həmin qərardan görünür ki, Ramazanzadə Elvin Sabir oğlunun dövlət tibb müəssisəsinin 0256003AAJ7T nömrəli göndərişi əsasında əlillik vəziyyəti şəxsin iştirakı olmadan qiymətləndirilmiş, nəticədə onun əlavə müalicəyə ehtiyacının olması barədə qərar verilmişdir. Qərar belə əsaslandırılmışdır ki, xəstəlik xx.xx.2008-ci ildə başlamışdır. Əsas diaqnoz kimi "Generalizə olunmuş idiopatik epilepsiya və epileptık sindromlar, Ensefalopatiya serebral hipertenziya qıcolma tutmaları (ayda 9-12 dəfə)" xəstəliyi, ağırlaşma kimi isə "Miopiya, İnkişaf mərhələlərinin ləngiməsi, inkişafdan gerilik" xəstəlikləri qeyd edilmişdir. Göndərişdə əsas diaqnozu təsdiq edən köməkçi diaqnostik müayinə, yəni EEQ müayinəsinin nəticələri qeyd edilməyib, bu müayinə olmadan epilepsiya diaqnozunun müəyyənləşdirilməsi və müalicə sxeminin təyin edilməsi mümkün deyil. Xəstəliyinə görə stasionar müalicə günləri 0 (sıfır) gün göstərilib ki, bu da qıcolmaların tezliyini və xarakterini müəyyən etməyə imkan vermir. Həmçinin, göndərişin "Funksional pozğunluğu" və "xəstəliyin ekspertiza üçün əhəmiyyətli xüsusiyyətləri" bölməsində də qıcolmaların tezliyi və xarakteri barədə ətraflı məlumat qeyd edilməmişdir. 0256003AAJ7T nömrəli göndərişin rəsmiləşdirildiyi vaxt qüvvədə olan Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş "Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə"nin 3.1.5-ci bəndinə görə, "epilepsiya və davamlı, terapevtik rezistent epilepsiyaya oxşar hallar (ayda 1 və ya daha çox böyük tutmalarla) və ya tez-tez təkrarlanan (həftədə 2-3 dəfə) kiçik və ya qıcolmasız tutmalar" olduğu halda sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması nəzərdə tutulub. Göndərişdə qeyd edilmiş məlumatlar əsasında xəstədə Əsasnamənin göstərilən bəndinə müvafiq halların olmasını müəyyən etmək mümkün olmur. Eləcə də hazırda qüvvədə olan Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş "Əlilliyin müəyyən olunması meyarları"nın 6.7.1-ci bəndinə görə "gündə 2-3 yüngül tutma, yaxud 2 ayda 1 dəfə ağır tutmalarla təzahür edən, həyat fəaliyyətinin əsas sferalarında adaptasiyanı pozmayan və şəxsiyyət dəyişmələri olmayan, yüngül dərəcəli psixopatoloji simptomatika" olduğu hallarda orqanizmin funksiyalarının 40% pozulmasının təyini nəzərdə tutulub. Göndərişdə qeyd edilmiş məlumatlar şəxsdə hazırda qüvvədə olan meyarlara müvafiq halın olmasını əsaslandırmır. Qeyd edilənləri nəzərə alaraq 0256003AAJ7T nömrəli göndərişin əsasında sağlamlıq imkanları məhdudluğunun və ya orqanizmin funksiyalarının pozulma faizinin təyinatının aparılması mümkün deyil və xəstənin hazırkı vəziyyətinin, qıcolmaların tezliyi və xarakterinin dəqiqləşdirilməsi, eləcə də ətraflı köməkçi diaqnostik müayinələrin aparılması üçün əlavə müalicəyə ehtiyacın olması barədə qərar verilmişdir. İddiaçı2 nümayəndəsi Vəkil birinci instansiya məhkəməsinə etiraz göndərərək, borclunun cərimə olunmasını xahiş etmiş və bildirmişdir ki, borclu müxtəlif bəhanələrlə Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarını icra etməkdən qəsdən boyun qaçırır. Belə ki, cavabdehin hazırkı mübahisə ilə bağlı verdiyi imtina qərarı məhkəmə qərarı ilə ləğv olunduğuna görə cavabdeh xəstənin əlilliyini qiymətləndirməli, yəni uşağın sağlamlıq imkanlarının məhdud olmasına dair qərar qəbul etməli idi. Şəki İnzibаti Məhkəməsinin (hakim Vidadi Qasımov) 15 noyabr 2022-ci il tarixli 2- 1(116)-75/2021 nömrəli qərardadı ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli 2-1(102)-1058/2022 nömrəli qərarı artıq icra edildiyinə görə borclu Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə cərimənin tətbiq edilməsindən imtina olunması qərara alınmışdır. İddiaçı2 nümayəndəsi Vəkil аpеllyаsiyа şikаyəti verərək Şəki İnzibati Məhkəməsinin 15 noyabr 2022-ci il tarixli 2-1(116)-75/2021 nömrəli qərardadının ləğv edilməsini xahiş etmişdir. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15 dekabr 2022-ci il tarixli, 2- 1(107)-452/2022 nömrəli qərardadı ilə İddiaçı2 nümayəndəsi Vəkil tərəfindən verilmiş аpellyаsiyа şikаyəti təmin edilməmiş, Şəki İnzibati Məhkəməsinin 15 noyabr 2022-ci il tarixli 2-1(116)-75/2021 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 11 may 2023-cü il tarixli, 2-1(102)-623/2023 nömrəli qərarı ilə tələbkar X2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmiş və Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15 dekabr 2022-ci il tarixli, 2-1(107)-452/2022 nömrəli qərardadı ləğv edilmiş və iş təkrar baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilmişdir. apellyasiya şikayətinin dəlilləri: İddiaçı2 nümayəndəsi Vəkil аpеllyаsiyа şikаyəti verərək bildirmişdir ki, Şəki İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(116)-75/2021 saylı qərardadı ilə cavabdeh təşkilat barəsində cərimənin tətbiq edilməsindən imtina olunmuşdur. Bunun səbəbi cavabdeh tərəfindən Ali Məhkəmənin qərarının icrası olaraq göndərişə yenidən baxılmasıdır. Məhkəmənin qərardadında Ali Məhkəmənin göstərişini əməl etdiyi göstərilsə də, işə mahiyyəti üzrə hüquqi qiymət verilməmişdir. Ali Məhkəmənin qərarı ilə cavabdehin xx.xx.2020-ci il tarixli imtina qərarı ləğv edilmişdir. Hansı ki, həmin imtina qərarında imtinanın səbəbi əlavə müalicəyə ehtiyacın olması qeyd edilmişdir. Bu qərar qanunsuz olduğuna görə Ali Məhkəmə həmin qərarı ləğv etmiş və cavabdehin üzərində öhdəlik qoymuşdur ki, uşağın xəstəliyinə dair göndərişə məhkəmənin qərarda ifadə olunan hüquqi mövqeyini nəzərə almaqla yenidən baxsın. Məhkəmənin mövqeyi isə ondan ibarətdir ki, cavabdeh lazımi araşdırmalar aparsın. Göndərişdə yazılanların natamam olması barədə cavabdeh tərəfindən heç bir fikir bildirilməmişdir. Göndəriş tam doldurulmuş, xəstənin sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnaməyə əsasən epilepsiya və davamlı terapevtik rezistent epilepsiyaya oxşar hallar (ayda 1 və ya daha çox böyük tutmalarla) və ya tez-tez təkrarlanan (həftədə 2-7 dəfə), kiçik və ya qıcolması tutmalar olduğu halda sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması nəzərdə tutulmuşdur. Nazirlər Kabinetinin həmin Əsasnaməsinə əsaslanaraq göndərişdə xəstənin diaqnozu generalizə olunmuş idiopatik epilepsiya vəepileptik sindromlar ensefalopatiya serebral hipertenziya qıcolma tutmaları (ayda 8-12 dəfə) xəstəliyi, ağırlaşma kimi isə miopatiya, inkişaf mərhələlərinin ləngiməsi, inkişafdan gerilik xəstəlikləri qeyd olunmuşdur. Lakin göndərişdə qeyd edilmiş məlumatlar Əsasnamədə göstərilən bənddə müvafiq halların olması ilə üst-üstə düşür. Cavabdeh isə göndərişə yenidən baxaraq eyni qərarı qəbul etmişdir. Bu isə onun tərəfindən Ali Məhkəmənin qərarını məhkəmənin qərarda qeyd etdiyi hüquqi mövqeyini nəzərə alaraq icra etmək kimi qiymətləndirilə bilməz. Buna görə də hesab edir ki, qərardad əsaslandırılmamış və ləğv edilərək cavabdeh barəsində cərimə tətbiq edilməlidir ki, cavabdeh Ali Məhkəmənin qərarını düzgün icra etsin. Qərardadın surəti rəsmi qaydada hələlik təqdim edilməmişdir. Odur ki, Şəki İnzibati Məhkəməsinin 15 noyabr 2022-ci il tarixli 2-1(116)-75/2021 nömrəli qərardadının ləğv edilməsini xahiş etmişdir. işdə iştirak edən şəxslərin izahatları: Apellyasiya məhkəməsi iclasında iştirak edən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin nümayəndəsi X5 apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsi qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq digər tərəflər iştirak etməmişlər. Məhkəmə kollegiyası digər tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin (bundan sonra Azərbаycаn Respublikаsının İPM və ya İPM) 62.3-cü mаddəsi). əsaslandırma hissəsi: Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, borcluya cərimə tətbiq edilməməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 120.1-ci maddəsində deyilir ki, bu Məcəllənin 33.4-cü, 40-cı, 70-ci, 71-ci və 73-cü maddələrində nəzərdə tutulmuş hallarda inzibati orqan tərəfindən məhkəmə qərardadı və ya qərarı ilə onun üzərinə qoyulmuş öhdəliklər (müvəqqəti xarakterli müdafiə ilə bağlı, inzibati aktın qəbul edilməsi və ya qanuna zidd inzibati aktın nəticələrinin aradan qaldırılması ilə bağlı öhdəlikləri) icra edilmədikdə, birinci instansiya məhkəməsi proses iştirakçısının ərizəsinə əsasən və ya xidməti vəzifəsinə görə, inzibati orqana icra üçün müddət müəyyən edir və cərimə tətbiq olunacağı barədə həmin orqana xəbərdarlıq edir. Həmin Məcəllənin 120.2-ci maddəsinə görə, bu Məcəllənin 120.1-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddətdə inzibati orqan tərəfindən onun üzərinə qoyulmuş öhdəliklər icra olunmadıqda, məhkəmə cərimənin məbləğini müəyyən edə və inzibati orqanı həmin məbləğdə cərimə edə bilər. Məhkəmə bu barədə qərardad qəbul edir. Həmin Məcəllənin 120.3-cü maddəsinə görə, cərimə 50.000 manatadək məbləğdə müəyyən oluna bilər. Həmin Məcəllənin 120.4-cü maddəsinə əsasən, cərimə təkrar təyin oluna və məcburi qaydada tutula bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 11 may 2023-cü il tarixli, 2-1(102)-623/2023 nömrəli qərarı ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15 dekabr 2022-ci il tarixli, 2-1(107)-452/2022 nömrəli qərardadını ləğv edib işi yeni apellyasiya baxışına qaytararkən, işə yenidən baxan məhkəmə üçün göstərişlər müəyyən etmişdir. İnzibati-Prosessual Məcəlləsinin 96.11-ci maddəsinə əsasən, mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Ali Məhkəmə hazırkı iş üzrə Kollegiyası 11 may 2023-cü il tarixli, 2- 1(102)-623/2023 nömrəli nömrəli qərarında qeyd edir ki, cavabdehin 10 noyabr 2022-ci il tarixli qərarının məzmunundan görünür ki, orada yalnız iki halda məhkəmə aktına əhəmiyyətsiz istinad var. Cavabdeh həmin qərarı Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 21 iyun 2022-ci il tarixli, 21(102)-1058/2022 nömrəli qərarının icrası qaydasında qəbul etsə də, hətta məhkəmə aktının formasına da yanlış istinad edib-qərar əvəzinə qərardad, qərarın zəruri rekvizitləri ümumiyyətlə göstərilməyib. Ali Məhkəmənin həmin qərarındakı hüquqi mövqelərindən irəli gələn qaydada araşdırma və qiymətləndirmə nəinki aparılmayıb, ümumiyyətlə, belə mövqelərin mövcudluğu belə xatırlanmayıb. Digər tərəfdən isə cavabdehin əvvəlki xx.xx.2020-ci il tarixli qərarındakı əsaslandırma ilə məhkəmə qərarından sonra çıxarılmış 10 noyabr 2022-ci il tarixli qərarındakı əsaslandırma da demək olar ki, eynilik təşkil etmişdir (bax - i.v.42-44 və 235- 236-cı səhifələr). Halbuki sonrakı qərar məhkəmə qərarının icrası qaydasında qəbul edildiyi üçün mütləq məhkəmənin hüquqi mövqelərinə münasibət əks olunmalı, onlardan irəli gələn araşdırma və qiymətləndirmə aparılmalı idi. Apellyasiya məhkəməsi qeyd edilən göstərişləri nəzərə alaraq hesab edir ki, iddia tələbi "cavabdehin xx.xx.2020-ci il tarixli qərarının ləğv edilməsi və xx.xx.2008-ci il tarixdə doğulmuş Ramazanzadə Elvin Sabir oğluna sağlamlıq imkanlarının məhdudluğunun müəyyən edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması"ndan ibarət olmuş və birinci instansiya məhkəməsinin qərarı ilə həmin tələb təmin edilməklə, mübahisələndirilən xx.xx.2020-ci il tarixli qərar ləğv edilmiş, eləcə də Ramazanzadə Elvin Sabir oğlunun sağlamlıq imkanının məhdudluğunun müəyyən edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Birinci instansiya məhkəməsinin həmin qərarı apellyasiya instansiyası məhkəməsi tərəfindən dəyişdirilmədən saxlanılsa da, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası bununla razılaşmamış və iş üzrə yeni qərar qəbul edərək, mübahisələndirilən xx.xx.2020-ci il tarixli imtina qərarını ləğv etməklə cavabdehin üzərinə Ramazanzadə Elvin Sabir oğluna aid 0256003AAJ7T nömrəli göndərişə məhkəmənin həmin qərarda ifadə olunan hüquqi mövqeyini nəzərə almaqla yenidən baxmaq öhdəliyini qoymuş, iddianın qalan hissəsini isə təmin etməmişdir. Göründüyü kimi, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası cavabdehin üzərinə Ramazanzadə Elvin Sabir oğlunun əlilliyinin müəyyən edilməsi öhdəliyini deyil, həmin şəxsə aid olan 0256003AAJ7T nömrəli göndərişə yenidən baxmaq öhdəliyini qoymuşdur. Kassasiya instansiyası məhkəməsinin bu mövqeyi belə əsaslandırılmışdır ki, diskresion səlahiyyətin həyata keçirilməsi inzibati orqanların icra hakimiyyəti orqanları qismində fəaliyyəti çərçivəsində ilkin vəzifəsi və hüququ sayılır. Əgər məhkəmə inzibati orqanın qərarını qanunsuz hesab edirsə, onda o, elə hakimiyyətlərin bölünməsi prinsipinin mövcudluğuna görə doğru hesab etdiyi diskresion qərarı özü qəbul edə bilməz. Məhkəmə inzibati orqanın diskresion səlahiyyətini özünün diskresion səlahiyyəti ilə əvəz edə bilməz. Başqa sözlə, məhkəmə yalnız inzibati orqanın öz diskresion səlahiyyətini necə həyata keçirdiyini yoxlaya bilər. Çünki məhkəmə hakimiyyətinin fəaliyyəti ədalət mühakiməsinin və hüquqi nəzarətin həyata keçirilməsi ilə məhdudlaşır. Məhkəmə, bir qayda olaraq, inzibati orqanın hərəkətinin qanuni əsasının şərtlərini dəqiqliklə yoxlayır. Başqa sözlə, qanun inzibati orqana inzibati məhkəmə icraatının gedişində məhkəmə tərəfindən yoxlanılmasını mümkünsüz edən heç bir qiymətləndirmə azadlığı vermir. Lakin göstərilən qaydadan müəyyən istisnalar da mövcuddur. İPM-in 73.3.2-ci maddəsində təsbit olunan qiymətləndirmə azadlığı inzibati orqana yalnız məhdud hallarda ağlabatanlıq və qəbul edilə bilmə baxımından məhkəmə qaydasında yoxlanılması mümkün olan qiymətləndirmə azadlığı təklif edir. Burada, söhbət məhkəmə qaydasında təkrarlanması mümkün olmayan və ya inzibati orqanın işin mahiyyəti ilə bağlı məhkəmədən daha çox xüsusi bilik və təcrübəyə malik olduğu hallardan gedir. Hazırkı işdə də söhbət, məhz inzibati orqanın işin mahiyyəti ilə bağlı xüsusi biliyə və təcrübəyə malik olduğu haldan gedir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Tibbi-sosial ekspert komissiyasının 01 avqust 2023-cü il tarixli qərarında qeyd edilmişdir ki, Zaqatala rayon sakini xx.xx.2008-ci il təvəllüdlü Ramazanzadə Elvin Sabir oğlunun (FİN: 7WZHK74) əlillik vəziyyəti Zaqtala Rayon Mərkəzi Xəstəxanasının 0256003AAJ7T saylı göndərişi əsasında xx.xx.2020-ci il tarixində şəxsin iştirakı olmadan qiymətləndirilmiş və göndərişdə xəstənin vəziyyəti, aparılan müalicələr və ekspertiza üçün əhəmiyyətli olan müayinə nəticələri ətraflı qeyd edilmədiyindən əlilliyin təyin edilməsi mümkün olmamış və xəstənin vəziyyətinin stasionar şəraitdə dəqiqləşdirilməsi üçün əlavə müalicəyə ehtiyacın olması barədə düzgün qərar verilmişdir. Məhkəmənin qərarı əsasında aparılan araşdırma zamanı müəyyən olundu ki, Ramazanzadə Elvin Sabir oğlu tibbi-sosial ekspert komissiyasında ilkin olaraq xx.xx.2012ci il tarixində müayinə edilmiş və “Perinatal ensefalopatiya serebral hipertenziya qıcolma tutmaları ilə,psixi inkişaf geriliyi” diaqnozu əsasında həmin vaxt qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 aprel 2009-cu il tarixli 67 nömrəli qərarı ilə təsdiq edilmiş “Uşaqların sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarları”nın 2.1.-ci bəndinə (sinir sisteminin xəstəlikləri və ruhi pozulmalar) müvafiq olaraq iki il müddətinə sağlamlıq imkanları məhdudluğu təyini barədə qərar verilmişdir. xx.xx.2014-cü il tarixində təkrar müayinə zamanı həmin qərar yenidən iki il müddətinə qüvvədə saxlanılmış, xx.xx.2016-cı il tarixində Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 6.3. bəndinə uyğun olaraq şəxsin sağlamlıq imkanları məhdudluğu müddəti onun iştirakı olmadan Əlillik altsistemi tərəfindən avtomatlaşdırılmış qaydada üç il müddətinə - xx.xx.2019-cu il tarixə kimi uzadılmışdır. Sağlamlıq imkanları məhdudluğunun müddəti başa çatdıqdan sonra Elvin Ramazanzadənin sağlamlıq imkanları məhdudluğu həmin dövrdə qüvvədə olan Nazirlər Kabinetinin 05 fevral 2016-cı il tarixli 36 nömrəli qərarı ilə təsdiq edilmiş “Tibbi-Sosial Ekspert Komissiyaları haqqında Əsasnamə”yə müvfiq olaraq səhiyyə müəssisəsinin xx.xx.2020-ci il tarixli 0256003AAJ7T saylı göndərişi əsasında xx.xx.2020-ci il tarixdə şəxsin iştirakı olmadan qiymətləndirilmiş və əlavə müalicəyə ehtiyacın olması barədə qərar verilmişdir. Bildiririk ki, 2012 və 2014-cü illərdə şəxsə sağlamlıq imkanları məhdudluğu, həmin vaxt qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 aprel 2009-cu il tarixli 67 nömrəli qərarı ilə təsdiq edilmiş “Uşaqların sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarları”nın 2.1.-ci bəndinə (sinir sisteminin xəstəlikləri və ruhi pozulmalar) müvafiq olaraq təyin edilmişdir. Qeyd edilən meyarların 2.1-ci bəndi sinir sisteminin xəstəlikləri və ruhi pozulmalara görə iki il müddətinə sağlamlıq imkanları məhdudluğunun təyininə əsas verirdi. Həmin vaxt şəxsdə olan “Perinatal ensefalopatiya serebral hipertenziya qıcolma tutmaları ilə,psixi inkişaf geriliyi” diaqnozu bu bəndə müvafiq sağlamlıq imkanları məhdudluğunun təyininə əsas verirdi. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının qərarının icrası məqsədilə Zaqtala Rayon Mərkəzi Xəstəxanasının 0256003AAJ7T saylı göndərişi əsasında E.Ramazanzadənin əlillik(sağlamlıq imkanları məhdudluğu) vəziyyətinin yenidən qiymətləndirilməsi şəxsin iştirakı olmadan aparıldı. 0256003AAJ7T saylı göndərişin təhlili göstərdi ki, xəstəlik xx.xx.2008-ci il tarixdə başlamışdır. Əsas diaqnoz kimi “Generalizə olunmuş idiopatik epilepsiya və epileptik sindromlar, Ensefalopatiya serebral hipertenziya, qicolma tutmalari (ayda 9-12 dəfə)” xəstəliyi, ağırlaşma kimi isə “Miopiya,İnkişaf mərhələlərinin ləngiməsi, inkişafdan gerilik” xəstəlikləri qeyd edilmişdir. Göndərişdə əsas diaqnozu təsdiq edən köməkçi diaqnostik müayinə, yəni EEQ müayinəsinin nəticələri qeyd edilməyib, bu müayinə olmadan epilepsiya diaqnozunun müəyyənləşdirilməsi və müalicə sxeminin təyin edilməsi mümkün deyil. Xəstəliyinə görə stasionar müalicə günləri 0(sıfır) gün göstəriıb ki, bu da qıcolmaların tezliyini və xarakterini müəyyən etməyə imkan vermir. Həmçinin göndərişin “Funksional pozğunlugu” və “xəstəliyin ekspertiza üçün əhəmiyyətli xüsusiyyətləri” bölməsində də qıcolmaların tezliyi və xarakteri barədə ətraflı məlumat qeyd edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-1(102)-1058/2022 saylı qərarının 35 və 37-ci bəndinə münasibətdə qeyd edilmişdir ki, göndərişin rəsmiləşdirildiyi vaxt qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05 fevral 2016-cı il tarixli 36 nömrəli qərarı ilə təsdiq edilmiş “Tibbi- Sosial Ekspert Komissiyaları haqqında Əsasnamə”nin 4.2.bəndinə görə “Göndərişdə şəxsin səhhətini əks etdirən bütün funksional diaqnostik, laborator, rentgen müayinələrinin nəticələri, mütəxəssislərin ətraflı obyektiv məlumatları, aparılmış müalicə tədbirləri və onların səmərəliliyi, klinik proqnoz göstərilməklə, onun əmək fəaliyyətinin məhdudlaşdırılması və ya itirilməsi əsaslandırılır.” Lakin aparılan araşdırma göstərdi ki, 0256003AAJ7T saylı göndərişdə Əsasnamənin 4.2.bəndinə müvafiq olaraq şəxsin səhhətini əks etdirən bütün funksional diaqnostik, laborator, rentgen müayinələrinin nəticələri, mütəxəssislərin ətraflı obyektiv məlumatları, aparılmış müalicə tədbirləri və onların səmərəliliyi, klinik proqnoz göstərilməmişdir. Belə ki, göndərişdə qeyd edilən “Generalizə olunmuş idiopatik epilepsiya və epileptik sindromlar” diaqnozunu təsdiq edən EEQ(elektroensefaloqrama) müayinəsinin nəticəsi, “Ensefalopatiya serebral hipertenziya” diaqnozunu təsdiq edən baş beynin MRT və ya KT( maqnit-rezonans tomoqrafiya və ya kompüter tomoqrafiyası) müayinələrinin nəticələri qeyd edilməyib. “Funksional pozğunlugu” və “xəstəliyin ekspertiza üçün əhəmiyyətli xüsusiyyətləri” bölmələrində xəstənin depokin və karbmazepin preparatlarını qəbul etdiyi göstərilsə də həmin preparatların qanda miqdarını göstərən laborator müayinə nəticəsi qeyd edilməyib. Mütəxəssis rəyi kimi yalnız nevropatoloqun rəyi yerində diaqnoz təkrar qeyd edilib, göndərişin “TSEK-ə göndərilən zaman xəstənin vəziyyəti:” bölməsi isə ümumiyyətlə doldurulmayıb, xəstənin vəziyyəti haqqında göndərişdə heç bir məlumat qeyd edilməyib. Ağırlaşma olaraq “Miopiya” diaqnozu qeyd edilsə də oftolmoloqun rəyi qeyd edilməyib, göndərişin “Funksional pozğunlugu” və “xəstəliyin ekspertiza üçün əhəmiyyətli xüsusiyyətləri” bölmələrində ümumi olaraq “xəstənin gorməsində guclu zəifləmə musahidə olunur.” qeyd edilsə də ekspertiza üçün əhəmiyyətli olan görmə itiliyi qeyd edilməyib. Belə ki, göndərişin rəsmiləşdirildiyi vaxt qüvvədə olan Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 3.1.8. bəndinə müvafiq olaraq “hər iki gözün görmə itiliyinin zəifləməsi, yaxşı görən gözdə görmə itiliyinin korreksiya ilə 0.2-dən aşağı olması və ya görmə sahəsinin 25 dərəcəyədək konsentrik daralması” hallarında iki il müddətinə sağlamlıq imkanları məhdudluğunun təyini nəzərdə tutulur. Aparılmış müalicə tədbirləri haqda göndərişdə ətraflı məlumat qeyd edilməyib, xəstəliyin başladığı 2008-ci ildən göndərişin rəsmiləşdirildiyi vaxta kimi stasionar müalicə günlərinin sayı 0(sıfır) qeyd edilib, göndərişin “Funksional pozğunlugu” və “xəstəliyin ekspertiza üçün əhəmiyyətli xüsusiyyətləri” bölmələrində xəstənin depokin və karbmazepin preparatlarını qəbul etdiyi göstərilsə də, dərmanalrın dozası və qəbul sxemi, eləcə də dərman qəbulu fonunda qıcolmaların xarakteri və tezliyində hər hansı dəyişikliyin olub-olmaması, yəni müalicənin səmərəliliyi barədə məlumat qeyd edilməyib. Eləcə də xəstəliyin klinik proqnozu haqda məlumat qeyd edilməyib, xəstənin həyat fəaliyyətinin hansı kriteriyalarının məhdudlaşması və ya itirilməsi əsaslandırılmayıb. Ali Məhkəmənin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-1(102)-1058/2022 saylı qərarının 38-ci bəndinə münasibətdə qeyd edilmişdir ki, göndərişin rəsmiləşdirildiyi vaxt qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 mart 2016-cı il tarixli 140 nömrəli qərarı ilə təsdiq edilmiş “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydaları”nın 2.3-cü bəndinə müvafiq olaraq “Göndərişdə şəxsin fərdi identifikasiya nömrəsi qeyd edilməklə, onun sağlamlıq vəziyyətini əks etdirən müayinələrin nəticələri, mütəxəssislərin ətraflı obyektiv məlumatları, aparılmış müalicə tədbirləri və onların səmərəliliyi, xəstəliyin inkişaf proqnozu, xəstəliklərin beynəlxalq təsnifatına uyğun olaraq əsas diaqnoz, yanaşı xəstəliklər və ağırlaşmalar göstərilməlidir” Yuxarıda qeyd olunanlardan göründüyü kimi, göndəriş rəsmiləşdirilərkən qanunvericiliyin qeyd edilən tələbləri tam şəkildə icra olunmayıb, xəstənin sağlamlıq vəziyyətini əks etdirən müayinələrin nəticələri, mütəxəssislərin ətraflı obyektiv məlumatları, aparılmış müalicə tədbirləri və onların səmərəliliyi, xəstəliyin inkişaf proqnozu göndərişdə qeyd edilməmişdir. Ali Məhkəmənin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-1(102)-1058/2022 saylı qərarının 39-ci bəndinə münasibətdə qeyd edilmişdir ki, Zaqatala Rayon Mərkəzi Xəstəxanasının 0256003AAJ7T saylı göndərişini Nazirlər Kabinetinin 05 fevral 2016-cı il tarixli 36 nömrəli qərarı ilə təsdiq edilmiş “Tibbi-Sosial Ekspert Komissiyaları haqqında Əsasnamə”nin 4.22-ci bəndinə müvafiq olaraq natamam doldurulma səbəbindən geri qaytarılması düzgün olmazdı. Əsasnamənin 4.22-ci bəndinə görə “Göndəriş keyfiyyətsiz doldurulduqda, iradlar TSEK tərəfindən TSERAS-da xüsusi bölmədə qeyd olunur və göndəriş sistem tərəfindən geri qaytarılır“ Gündəlik təcrübədə göndərişdə hər hansı müayinə nəticələri ilə diaqnoz arasında, və ya müxtəlif müayinə nəticələri arasında uyğunsuzluq olduğu halda, bu uyğunsuzluqların dəqiqləşdirilməsi və aradan qaldırılması üçün göndəriş müvafiq iradlar qeyd edilməklə tibb müəssisəsinə geri qaytarılır. E.Ramazanzadəyə aid 0256003AAJ7T saylı göndərişdə isə təsdiqedici müayinələr, həkim mütəxəssislərin rəyi, xəstənin obyektiv vəziyyəti haqqında məlumatlar ümumiyyətlə qeyd edilməyib. Bildiririk ki, xəstəyə müəyyən edilmiş “Generalizə olunmuş idiopatik epilepsiya və epileptik sindromlar, Ensefalopatiya serebral hipertenziya, qicolma tutmalari (ayda 9-12 dəfə)” diaqnoz yalnız EEQ müayinəsi əsasında müəyyən edilə bilər. Belə ki, şəxsdə hər hansı qıcolma tutmalarının olması epilepsiya diaqnozunun müəyyən olunmasına əsas verə bilməz. Qıcolmalar funksional, isterik, febril və epileptik mənşəli ola bilər. Qıcolmanın epileptik mənşəli olmasını, əgər epileptik mənşəlidirsə hansı forma epilepsiya olmasını( generalizə olunmuş, fokal və ya absans formalı) yalnız EEQ müayinəsi ilə dəqiqləşdirmək və diaqnozu müəyyən etmək olar. Qıcolmaların tezliyi( həftəlik və ya aylıq sayı) isə xəstənin subyektiv şikayətləri əsasında deyil, yalnız stasionar müalicə dövründə tibbi personalın aktlaşdırması ilə əsaslandırılmaqla müəyyən edilir. Tibb müəssisəsinin göndərişində nə EEQ müayinəsinin nəticəsi qeyd edilib, nə də qıcolma tezliyini müəyyən edəcək stasionar müalicə haqda məlumat var. Bildiririk ki, EEQ müayinəsi beyində olan impulsları qeydə alır, impulsların və elektrodalğaların xarakterindən asılı olaraq beyində gedən neyrofizioloji proseslər haqqında mülahizə yürüdülür, tam ətraflı və dəqiq EEQ müayinəsinin aparılması üçün bu aparatlar xüsusi şərait yaradılmış otaqlarda (səs və işıq izolyasiyası olan otaqlarda) quraşdırılır. Buna görə də xəstənin stasionar şəraitdə ətraflı müayinə və müalicə olunması və diaqnozun və ağırlaşmaların müəyyən olunması üçün düzgün olaraq əlavə müalicəyə ehtiyacın olması barədə qərar verilmişdir. 0256003AAJ7T saylı göndərişin rəsmiləşdirildiyi vaxt qüvvədə olan Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 3.1.5. bəndinə görə “epilepsiya və davamlı, terapevtik rezistent epilepsiyaya oxşar hallar (ayda 1 və ya daha çox böyük tutmalarla) və ya tez-tez təkrarlanan (həftədə 2-3 dəfə) kiçik və ya qıcolmasız tutmalar” olduğu halda sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması nəzərdə tutulub. Göndərişdə qeyd edilmiş məlumatlar əsasında xəstədə Əsasnamənin göstərilən bəndinə müvafiq halların olmasını müəyyən etmək mümkün olmur. Eləcə də hazırda qüvvədə olan Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 6.7.1. bəndinə görə “gündə 2-3 yüngül tutma, yaxud 2 ayda 1 dəfə ağır tutmalarla təzahür edən, həyat fəaliyyətinin əsas sferalarında adaptasiyanı pozmayan və şəxsiyyət dəyişmələri olmayan, yüngül dərəcəli psixopatoloji simptomatika” olduğu hallarda orqanizmin funksiyalarının 40% pozulmasının təyini nəzərədə tutulub. Göndərişdə qeyd edilmiş məlumatlar şəxsdə hazırda qüvvədə olan meyarlara müvafiq halın olmasını əsaslandırmır. Eyni zamanda Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 11 may 2023-cü il tarixli, 2-1(102)-623/2023 nömrəli qərarında qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi təkrar baxışda ilk növbədə borclu inzibati orqan tərəfindən məhkəmə qərarının icrasını təmin etmək üçün qəbul edilmiş 10 noyabr 2022-ci il tarixli qərarın “formal icra” olub-olmadığına qiymət verməlidir. Məhkəmə, həmçinin müəyyən edilmiş müddət ərzində icra ilə bağlı qərarın qəbul edilməməsinin səbəblərini də araşdırmalı, icranın həyata keçirilməsi ilə bağlı hər iki tərəfin davranışlarına işin hallarını və yerinə yetirilməli olan icra hərəkətlərini məzmununu nəzərə almaqla qiymət verməlidir. Sözügedən məsələlər aydınlaşdırıldıqdan sonra icra ilə bağlı hərəkətlərin davam etdirilməsinə ehtiyacın olub-olmaması və cərimənin tətbiqi müzakirə olunmalıdır. Qeyd edilən xüsusat ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarına əlavə edilmiş 26 iyul 2023-cü il tarixli telefonoqramlardan görünür ki, Ali Məhkəmənin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-1(102)-1058/2022 saylı qərarının icrası barədə əyani müayinə baxışının aparılması üçün xx.xx.2008-ci il təvəllüdlü Ramazanzadə Elvin Sabir oğluna (iddiaçıların nümayəndəsi və vəkili Vəkil) məlumat verilməsinə baxmayaraq şəxsin iştirakı təmin edilməmişdir. Bununla yanaşı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Tibbisosial ekspert komissiyasının 01 avqust 2023-cü il tarixli qərarından görünür ki, Ali Məhkəmənin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-1(102)-1058/2022 saylı qərarının 41-ci və 43-cü bəndində göstərilən qaydaya riayət etmək üçün, “İnzibati İcraat haqqında” Qanunun 24-cü maddəsi ilə müəyyən edilmiş tələblərə uyğun(işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halların hərtərəfli, tam və obyektiv araşdırılması, əlavə sübutların toplanması məqsədilə E.Ramazanzadə tibbi sənədlərlə birlikdə əyani müayinəyə dəvət edilsə də, müayinəyə gəlməkdən imtina etmişdir. Buna görə də inzibati icraatın ətraflı aparılması üçün yaşayış yeri üzrə xidmət göstərən 16 saylı TSEK-in ekspert həkimləri şəxsi yaşadığı ünvanda müayinə etdilər. Ətraflı müayinənin aparılması üçün ekspertlərə heç bir tibbi sənəd və müayinə nəticələri təqdim edilmədi. Bidiririk ki, tibb müəssisəsinin göndərişində qeyd edilən diaqnozun spesifik xüsusiyyəti ondadır ki, qıcolma tutmalarından kənar vaxtda xəstədə praktik olaraq bu xəstəliyə aid heç bir siptom və əlamət müşahidə olunmur. Ona görə də tibb müəssisəsinin göndərişində qeyd edilən diaqnozu təsdiq etmək üçün EEQ müayinə nəticələri, qıcolmaların xarakteri və tezliyini əsaslandıran stasionar müalicə haqqında epikriz və ya qıcolmanın olması barədə tibb müəssisəsi tərəfindən tərtib edilmiş akt mütləq şəkildə vacibdir.Xəstə ətraflı müayinə üçün dəfələrlə Agentliyə dəvət edilsə də müayinədən imtina etmişdir. Xəstənin evdə müayinəsi zamanı da qeyd edilən sənədlər olmadığından yalnız anamnestik məlumatlar və vizual obyektiv müayinə nəticələri əldə edildi. Xəstə əsas şikayəti kimi epilepsiya xəstəliyindən əziyyət çəkdiyini qeyd edir, lakin qıcolmaların xarakteri və tezliyi (həftəlik və ya aylıq sayı) barədə məlumat verə bilmir, içdiyi dərmanların adını bilmir. Anası son illər tutmaların azaldığını bildirir, lakin hansı müalicələrin aparıldığı haqqında ətraflı məlumat vermir. Obyektiv müayinə zamanı xəstədə patoloji simtom və əlamətlər aşkar edilmədi. Beləliklə də anamnestik məlumatlar da diaqnozu əsaslandırmır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli 2-1(102)-623/2023 saylı qərarının 34, 36 və 37 bəndləri nəzərə alınmaqla qeyd edilmişdir ki, göndərişdə şəxsin səhhətini əks etdirən bütün funksional diaqnostik, laborator, rentgen müayinələrinin nəticələri, mütəxəssislərin ətraflı obyektiv məlumatları, aparılmış müalicə tədbirləri və onların səmərəliliyi, klinik proqnoz göstərilmədiyindən, diaqnoz və ağırlaşmalar müayinələrlə təsdiqlənmədiyindən 0256003AAJ7T saylı göndərişin əsasında sağlamlıq imkanları məhdudluğunun və ya orqanizmin funksiyalarının pozulma faizinin təyinatının aparılması mümkün deyil, belə ki, göndərişdə qeyd edilən diaqnoz və ağırlaşmaları həm köməkçi diaqnostik müayinələrlə, həm də həkim mütəxəssislərin obyektiv müayinələri ilə təsdiqlənmədiyindən diaqnoz öz təsdiqini tapmaması barədə qərar verilir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, borclu Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli 2-1(102)-1058/2022 nömrəli qərarının icrasından yayınmamış, bu səbəbdən onun qanunvericiliklə nəzərdə tutulmuş qaydada cərimə edilməsi barədə İddiaçı2 nümayəndəsi Vəkil şikayəti əsassızdır. Ona görə də birinci instansiya məhkəməsi düzgün qənaətə gəlmişdir ki, borcluya cərimənin tətbiq edilməsinə zərurət qalmamışdır. Kollegiya həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli 2-1(102)-623/2023 nömrəli qərarının 38-ci bəndində göstərilmiş, məhkəmə, həmçinin müəyyən edilmiş müddət ərzində icra ilə bağlı hər iki tərəfin davranışlarına işin hallarını və yerinə yetirilməli olan icra hərəkətlərinin məzmununu nəzərə almaqla qiymət verməli olduğu barədə göstərişini nəzərə almış və E.Ramazanzadənin tibbi sənədlərlə birlikdə dəfələrlə əyani müayinəyə dəvət edilsə də, müayinəyə gəlməkdən imtina etməsini diqqətə alaraq, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli 2-1(102)-1058/2022 nömrəli qərarının icrasını həyata keçirtmək üçün E.Ramazanzadənin yaşayış yeri üzrə xidmət göstərən 16 saylı TSEK-in ekspert həkimləri şəxsi yaşadığı ünvanda müayinə etmələrini nəzrə almış və cavabdehin məhkəmə qərarını icra etməmək niyyətinin olmadığı qənaətinə gəlmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qısa,) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır, birinci instansiya məhkəməsi cərimənin tətbiq edilməsi barədə ərizədən imtina olunmasına dair qərardad qəbul etməklə düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Şəki İnzibati Məhkəməsinin 15 noyabr 2022ci il tarixli 2-1(116)-75/2021 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası qərara aldı: İddiaçı2 nümayəndəsi Vəkil tərəfindən verilmiş аpellyаsiyа şikаyəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 15 noyabr 2022-ci il tarixli 2-1(116)-75/2021 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan onun təqdim edildiyi gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərardadı ondan şikayətin verilmədiyi halda təqdim olunduğu gündən 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-1(107)-422/2023
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(107)-422/2023
16.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver