Məhkəmə qərarları › İş №2-1(107)-423/2020

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(107)-423/2020

16.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-423/2020 16.10.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, Zəkili Elgiz Eldəniz oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı X9rşı “Şəki rayonu Sarıca kəndində yerləşən 21 ha torpaq sahəsi üzərində X10, X6, X8, İddiaçı, X11, X7 və X2 mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibatiiş üzrə Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2-1(116)-841/2020 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş аpelyаsiyаşikаyətinə dair işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı X9rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Şəki rayonu Sarıca kəndində yerləşən 21 ha torpaq sahəsi üzərində X10, X6, X8, İddiaçı, X11, X7 və X2 mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının iddia ərizəsi onunla əsaslandırılmışdır ki, Şəki rayon X3 xx xxxx 1998-ci il tarixli, 54 saylı qərarı ilə X10, X6, X8, İddiaçı, X11, X7 və X1 təsərrüfatı məhsulları istehsalı məqsədi ilə 18,09 ha torpaq sahəsi verilmiş və bununla bağlı JN 105, kod: 40402037 nömrəli torpağa mülkiyyət hüququna dair akt tərtib edilmişdir. Şəki rayonu "Sarıca" X5 Yerli AİK-in xx.xx.1998-ci il tarixli 4 nömrəli protokol qərarı ilə kənd yaşayış məntəqəsini əhatə edən "Sarıca" X5nin istifadəsində olan 5438 ha xüsusi mülkiyyətə veriləcək əkin sahəsindən hər bir subyekt üzrə 3 ha nəzərdə tutulmaqla, 2841 ha xüsusi mülkiyyətə ayrılmışdır. Şəki rayon AİK-in xx.xx.1998-ci il tarixli 61 nömrəli qərarı ilə Şəki rayonu "Sarıca" X5 Yerli AİK-in xx.xx.1998-ci il tarixli 4 nömrəli protokol qərarı təsdiq edilmişdir. Sarıca sovxozu Yerli AİK-in xx.xx.2001-ci il tarixli 02 nömrəli protokol qərarı ilə Sarıca bələdiyyəsi tərəfindən Yerli AİK-ə qaytarılan 2292 ha əkinə yararlı torpaq sahələrinin torpaq payı almaq hüququ olan hər bir subyektin torpaq payı müəyyən edildikdən sonra onların arasında bərabər bölünməsi qərara alınmışdır. Şəki rayon AİK-in xx.xx.2002-ci il tarixli 2 nömrli qərarı ilə "Sarıca" X5ndə torpaq islahatının aparılması haqqında Yerli AİK-nin xx.xx.1998-ci il tarixli 4 saylı qərarı ilə Respublika AİK-nin xx.xx.1999-cu il tarixli razılıq məktubu əsasında hər bir subyektə 3 ha pay torpağı verilməsi qərara alınmışdır. Şəki rayon AİK-nin xx.xx.2002ci il tarixli 4 nömrəli qərarı ilə dövlət ehtiyat fondu torpaqlarının pay torpağı kimi yenidən əhaliyə bölünməsinin qeyri-müm-künlüyü, Şəki rayonu üzrə adambaşına düşən pay torpaqlarının həcminin cəmisi 0,61 ha olduğu halda, Sarıca, Bolludərə və Qaratorpaq kəndlərində 3 ha torpaq sahəsinin düşdüyü həmin ərazidə yaşayan əhaliyə ətraflı izah edilməsi qərara alınmışdır. Tərəfindən 21 ha torpaq sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarış verilməsi üçün DƏDRX-nin 12 saylı X18 müraciət edilmişdir. Cavabdeh orqan isə xx.xx.2020-ci il tarixli məktubla bildirmişdir ki, Şəki rayonu Sarıca kəndində torpağa mülkiyyət hüququna dair dövlət aktlarında adambaşına düşən pay norması torpağın kateqoriyasından asılı olaraq 2,58 ha, 2,70 ha və 2,91 ha kimi hesablanmışdır. "Sarıca" X5 Yerli X3 xx xxxx 1998-ci il tarixli 4 saylı, xx.xx.2001- ci il tarixli (say göstərilməyib) qərarı, xx.xx.2001ci il tarixli 02 saylı, xx.xx.2002-ci il tarixli 02 saylı qərarları, Şəki rayon X3 xx.xx.1998-ci il tarixli 61 saylı, xx.xx.2002-ci il tarixli 02 saylı və xx.xx.2002-ci il tarixli qərarları ilə adambaşına düşən pay norması artırılaraq 3,0 ha-ya çatdırılsa da, elektron baza məlumatlarında düzəliş aparılmadığından, müraciətə əlavə etdiyiniz bələdiyə tərəfindən təsdiqlənmiş sxemdə göstərilən torpaq sahəsi Qayabaşı kəndinin iznbati ərazisinin BEF-də yerləşdiyindən və sadalanan qərarlarla uyğunsuzluq təşkil etdiyindən, həmçinin "Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 4.1-ci maddəsinin tələblərinə əsasən 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxladığından ərizənizin icrası mümkün olmamışdır. Eyni zamanda onu da qeyd etmişdir ki, xidmət haqqının ödənilməsi zəruridir. Şəki İnzibati Məhkəməsinin (hakim İlqar Cabbarov) xx xxxxxx 2020-ci il tarixli 2- 1(116)-841/2020 nömrəli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı X9rşı “Şəki rayonu Sarıca kəndində yerləşən 21 hatorpaqsahəsi üzərində X10, X6, X8, İddiaçı, X11, X7 və X2 mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmamışdır. İddiaçı Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2-1(116)-841/2020 nömrəli qərardadından apelyasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsini xahiş etmişdir. Apelyasiya şikayətinin dəlilləri İddiaçı apelyasiya şikayəti verərək qeyd etmişdir ki, Şəki İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(116)-841/2020 saylı qərardadı ilə onun və cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 sayı X9rşı "Şəki rayonu Sarıca kəndində yerləşən 21 ha torpaq sahəsi üzərində X10, X6, X8, İddiaçı, X11, X7 və X2 mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair iddiası mümkün sayılmamışdır. Həmin qərardadı aşağıdakılara görə qanunsuz və əsassız hesab edir. Şəki rayon X3 xx xxxx 1998-ci il tarixli 54 saylı qərarı ilə X10, X6, X8, ona, X11, X7 və X1 təsərrüfatı məhsulları istehsalı məqsədi ilə torpaq sahəsi verilmiş və bununla bağlı JN 105, kod: 40402037 nömrəli torpağa mülkiyyət hüququna dair akt verilmişdir. Göründüyü kimi həmin torpaq sahəsi onların ümumi mülkiyyətindədir və hər biri həmin torpaq sahəsinin mülkiyyətçisidirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.6-cı maddəsinə əsasən ümumi mülkiyyətin hər bir mülkiyyətçisi ümumi mülkiyyətdə olan əşya barəsində 3cü şəxslərə qarşı tələblər irəli sürə bilər. Ümumi külkiyyətin hər bir mülkiyyətçisi əmlakı yalnız bütün mülkiyyətçilərin xeyrinə tələb edə bilər. Göründüyü kimi qanunverici əmlakın mühafizəsi üçün və yaxud əmlakın başqasının qanunsuz sahibliyinən geri tələb edilməsi üçün ümumi mülkiyyətdə olan əmlakın mülkiyyətçilərinin birgə tələb irəli sürməsini şərtləndirmir. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi bu qəbildən olan tələb irəli sürmək hüququna malikdirlər.İsdən görünür ki, iddianın mümkün sayılmamasma səbəb olan hallan aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onları müzakirə etməmiş, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməmiş, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratması və bunun üçün ağlabatan vaxt təyin etməmişdir. Odur ki, apelyasiya şikayətinin təmin edilməsini və Şəki İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-l(116)-841/2020 saylı qərardadının ləğv edilməsi və inzibati işin baxılması üçün Şəki İnzibati Məhkəməsinə qaytarılması barədə qərardad çıxarasınız. İşdə iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq İddiaçı və cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı X16 nümayəndəsi məhkəmə iclasına gəlməmişlər . Məhkəmə kollegiyası tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi). Əsaslandırma hissəsi Azərbаycаn Respublikаsının İnzibati Prosessual Məcəlləsinin 82-ci mаddəsinə əsаsən, аpelyаsiyа instаnsiyаsı məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə bаxır. Apelyаsiyа instаnsiyаsı məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Həmin Məcəllənin 80-ci mаddəsinə görə, barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İşdən görünür ki, iddiaçı tərəfindən imzalanmış xx.xx.2020-ci il tarixində birinci instansiya məhkəməsinə daxil olmuş iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə “2.91 ha kəsirlə onlara verilmiş Şəki rayonu Sarıca kəndində yerləşən 21 ha torpaq sahəsi üzərində X10, X6, X8, X11, X7 və X2 mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qətnamə çıxarılması xahiş edilmişdir. İddiaçı ərizəsi düzgün tərtib olunmadığından, birinci instansiya məhkəməsi tərəfindən ona xx.xx.2020-ci tarixli nömrəli yardım məktubu ünvanlanaraq, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən qeyd edilmişdir ki, cavabdehin sizə göndərdiyi xx.xx.2020-ci il tarixli **********74 nömrəli imtina məktubundan məlum olmuşdur ki, tələbinizdə qeyd etdiyiniz kimi 21 ha torpaq sahəsinin deyil, 2.91 ha torpaq sahəsinin dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi üçün müraciət etmisiniz. Odur ki, Sizə iddia tələbinizdə dövlət reyestrində qeydiyyata alınmasını xahiş etdiyiniz torpaq sahəsinin 2.91 ha olaraq qeyd etməyiniz, həmçinin iddia tələbinizdə qeyd etdiyiniz şəxslərin (X10, X6, X8, X11, X7 və X2) mülkiyyət hüququnun qeydə alınması üçün iddia ərizəsində iddiaçılar olaraq qeyd olunması və iddia ərizəsinin həmin şəxslər tərəfindən və ya etibarnamə əsasında səlahiyyətli şəxs tərəfindən imzalanması təklif olunmuşdur. Bundan əlavə iddiaçı cavabdeh orqanına ərizə ilə müraciət edərkən dövlət rüsumunu ödəməmişdir. Hazırkı tələblə bağlı göstərilən nöqsanların aradan qaldırılması üçün 20 (iyirmi) gün müddət təyin edilmişdir. Yardım məktubu iddiaçının ünvanına xx.xx.2020-ci il tarixində göndərilmiş və xəbərnaməyə imza edilməklə alınmışdır. İddiaçı tərəfindən yardıma münasibət bildirilməmişdir. Birinci instansiya məhkəməsi iddianı mümkün saymamışdır. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq müəyyən etdi ki, İddiaçı ona və ailəsinə məxsus torpaq sahəsinin qeydiyyata alınması üçün müraciət edərkən qanunla müəyyən olunmuş dövlət rüsumunu ödəməmiş, məhkəməyə özünün adından iddia ərizəsi verərək torpaq sahəsini onun və ailə üzvlərinin adına torpaq sahəsinin qeydiyyata alnıması və çıxarış verilməsi üçün öhdəliyini cavabdehin üzərinə qəyulmasını tələb etsə də həmin iddia ərizəsi onlar tərəfindən imzalanmamış və ya onların adından bu və ya digər hərəkətlərinin yerinə yetirilməsi üçün ehtibarnamə almamışdır. İddiaçı hüquqi yardımın göstərilməsi, mövcüd nöqsanların aradan qaldırıması üçün müddət müəyyən edilmişdir. Lakin o həmin nöqsanları aradan qaldırmamışdır. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli 5 nömrəli Qərarının: 3.1-ci bəndinə əsasən inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. 3.2-ci bəndinə əsasən İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. 3.3-ci bəndinə əsasən yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 3.4-cü bəndinə əsasən birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. 16.1-ci bəndinə əsasən iddianın mümkünlüyünə dair şərtlərə, həmçinin iddianın lazımı qaydada qaldırılması da aiddir. 16.2-ci bəndinə əsasən iddia ərizəsi İPM-in 46.1-ci maddəsində təsbit edilmiş formal tələblərə cavab verməlidir. 16.3-cü bəndinə əsasən həmin normada nəzərdə tutulmuş iddia ərizəsinin məzmununa dair tələblər - ərizənin verildiyi məhkəmənin adı; iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları; iddiaçının (ərizəçinin) tələbi - imperativ xarakter daşıyır və verilmiş ərizələrdə bunlar göstərilməlidir. 16.4-cü bəndinə əsasən İPM-in 46.3-cü maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. 16.6-cı bəndinə əsasən iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. "İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli 05 nömrəli Qərarında deyilir ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 16.3-cü maddəsinə əsasən mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər. 46.3-cü maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən hakim yaxud məhkəmə tərkibinə sədrlik edən hakim tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən hesab edir ki, apelyasiya şikayətinin dəlilləri əsassızdır, birinci instansiya məhkəməsi iddianı mümkün saymamaqla düzgün nəticəyə gəlmişdir. Ona görə də apelyasiya şikayəti təmin edilməməli, iş üzrə Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2-1(116)-841/2020 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş аpelyаsiyа şikаyəti təmin edilməsin. İş üzrə Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2-1(116)-841/2020 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan onun təqdim edildiyi gündən 10 gün müddətində Şəki Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərardadı ondan şikayətin verilmədiyi halda təqdim olunduğu gündən 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar