Məhkəmə qərarları › İş №2-1(107)-424/2020

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(107)-424/2020

06.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-424/2020 06.10.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Tağıyev Babək Vaqif oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Şəki Bələdiyyəsinə qarşı (üçüncü şəxs: X4) “X6 şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1994-cü il tarixli 1/426 nömrəli Sərəncamı ilə ayrılmış Şəki şəhəri 99-cu kvartalda 600 kv m torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma proseduruna başlanması barədə qərarın etibarsız hesab edilməsi” tələbinə dair iş üzrə iddiaçının iddianın təmin tədbiri haqqında ərizəsinə dair Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(116)-14/2020 nömrəli qərardadından iş üzrə İddiaçı tərəfindən verilmiş аpelyаsiyа şikаyətinə аçıq məhkəmə iclаsındа baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İddiaçı cavabdeh Şəki rayon Şəki Bələdiyyəsinə (üçüncü şəxs: X4) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək,“X6 şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1994-cü il tarixli 1/426 nömrəli Sərəncamı ilə ayrılmış Şəki şəhəri 99-cu kvartalda 600 kv m torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma proseduruna başlanması barədə qərarın etibarsız hesab edilməsi” barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddiaçı xx.xx.2020-ci il tarixində iddianın təmini tədbirinə dair ərizə verərək, hazırkı işə mahiyyəti üzrə baxılıb qurtaranadək iş üzrə iddia predmeti olan, Şəki şəhərinin 99-cu kvartalında yerləşən 600 kv. metrdən ibarət torpaq sahəsində (həmin torpaq sahəsinin üzərində) hər hansı tikinti-quruculuq işlərinin aparılmasının iş üzrə tərərflərə, üçüncü şəxs X3 və digər şəxslərə qadağan edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, iş üzrə iddia predmeti olan, Şəki şəhərinin 99-cu kvartalında yerləşən, 600 kv. metrdən ibarət torpaq sahəsində hal-hazırda X4 tərəfindən tikinti işləri aparılmaqda, həmin ərazi daş hasarla hasarlanmaqdadır. X2 bu hərəkəti davam etdirməsi hazırkı işin obyektiv araşdırılmasına və ədalətli sonlanmasına əks təsir etməklə iş üzrə qəbul ediləcək məhkəmə aktının icrasına da maneə yaradacaqdır. Bu səbəbdən ərizənin təmin olunması iş üzrə gələcəkdə qəbul ediləcək məhkəmə aktının maneəsiz icrasını təmin etməklə yanaşı qanunvericiliyin tələblərinə də müvafiq olardı. Şəki İnzibati Məhkəməsinin (hakim İlqar Cabbarov) xx xxxxxx 2020-ci il tarixli, 2- 1(116)-14/2020 nömrəli qərardadı ilə ərizə təmin edilməmişdir. İddiaçı həmin qərardaddan apelyasiya şikayəti vermişdir. Apelyasiya şikayətinin dəlilləri Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Şəki bələdiyyəsinə qarşı iddia ərizəsi ilə müraciət edərək "X6 şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1994-cü il tarixli 1/426 nömrli Sərəncamı ilə ayrılmış Şəki şəhəri 99-cu kvartalda 600 kv m torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma proseduruna başlanması barədə qərarın etibrasız hesab edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Bundan sonra üçüncü şəxs X4 tərəfindən həmin torpaq sahəsində məhkəmə prosesləri gedə-gedə tikinti quraşdırılma işləri aparıldığı üçün xx.xx.2020-ci il tarixdə iddianın təmini tədbirinə dair ərizə verərək hazırkı işə mahiyyəti üzrə baxılıb qurtaranadək iş üzrə iddia predmeti olan Şəki şəhərinin 99-cu kvartalında yerləşən 600 kv metrdən ibarət torpaq sahəsinin üzərində hər hansı tikinti-quruculuq işlərinin aparılmasının iş üzrə tərəflərə , 3cü şəxs X5ma və digər şəxslərə qadağan edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Şəki İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-l(116)-14/2020 saylı qərardadı ilə İddiaçı "hazırkı işə mahiyyəti üzrə baxılıb qurtaranadək, iş üzrə iddia predmeti olan Şəki şəhərinin 99-cu kvartalında yerləşən 600 kv metrdən ibarət torpaq sahəsinin üzərindən hər hansı tikinti-quruculuq işlərinin aparılmasının iş üzrə tərəflərə, 3-cü şəxs X5ma və digər şəxslərə qadağan edilməsi" barədə ərizəsi təmin edilməmişdir. Məhkəmə öz qərardadını belə əsaslandırmışdır ki, məhkəmə müvəqqəti xarakterli müdafiə tədbirinin işin faktiki və hüquqi hallarının ilkin araşdırılması nəticəsində iddianın böyük ehtimalla uğurlu olacağı qənaətinə gəldiyi zaman seçir. Müvəqqəti xarakterli müdafiə tədbiri o halda seçilir ki, mövcud vəziyyətin dəyişəcəyi təqdirdə iddiaçının hüuqularının təmini və ya bərpası mümkün olmasın. Baxılan iş üzrə bu kimi ehtimallar müşahidə olunmur. Məhkəmə araşdırması zamanı mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin (iddiaçının) hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi səbəbindən ilkin təcili tənzimləmənin zəruri olmasına dair səbəblər aşkar edilməmişdir. Şəki şəhər İcra Hakimiyyəti Başçısmn xx.xx.1994-cü il tarixli 1/426 nömrəli Sərəncamı ilə mənə şəhərin 99-cu kvartalmdan 600 kv m torpaq sahəsi ayrılmaqla 3 otaqlı ev tikintisinə icazə verilmişdir. Buna baxmayaraq cavabdeh qanunsuz olaraq torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma proseduruna başlanması barədə qərar qəbul etmiş, həmin torpaq sahəsi üzərində hüquqlarını qeydiyyata aldırmış və həmin torpaq sahəsinin üçüncü şəxs X1 barədə qərar qəbul etmişdir. Qeyd etmək istətyir ki, Bələdiyyələr 1999-cu ildə yaradılsa da 2001-ci ildə formalaşmışdır. Göründüyü kimi həmin torpaq sahəsi ona ayrılarkən hələ bələdiyyələr yaranmamış və formalaşmamışdır. Belə olan halda Şəki Bələdiyyəsinin həmin torpaq sahəsi üzərində mülkiyyət hüququ yaranmamış, mübahisəli torpaq sahəsi bələdiyyənin olmamış və o, həmin torpaq sahəsi üzərində hüquqlarını qeydiyyata aldıraraq torpaq sahəsini sata bilməzdi. Əvvəla həmin torpaq sahəsi Şəki şəhər İcra hakimiyyəti Başçısının xx.xx.1994- cü il tarixli, 1/426 nömrəli Sərəncamı ilə ona ayrıldığından və 3 otaqlı evin tikintisinə icazə verildiyindən onun qanuni istifadəsində və sahibliyində olmuş və o, bu günədək həmin torpaq sahəsinin vergisini Şəki bələdiyyəsinə ödəyir. Bundan başqa Azərbaycan Respublikasının torpaq islahatlarının aparılmasının hüquqi əsaslarım və qaydalarını müəyyən edən "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində vətəndaşlarm qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqların qanunvericiliklə müəyyən qaydada onların mülkiyyətinə verilməsi müəyyənləşdirilmişdir. Həmin Qanunun 10-cu maddəsində isə vətəndaşlar qanuni istifadəsindəki torpaqların özəlləşdirilməsi qaydası nəzərdə tutulmuş və göstərilmişdir ki, fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşlar mülkiyyət hüququ yerqurluşu işlərinin tətbiqi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 7-ci maddəsinin İ bəndinə görə müvafiq ərazi vahidi daxilində dövlət mülkiyyətində saxlanılan və xüsusi mülkiyyətə verilən torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə mülkiyyətinə verilir. Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 1997-ci il tarixli 534 saylı Fərmanı ilə təsdiq edilmiş "Vətəndaşlarm qanuni istifadəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların ) torpaqların onların mülkiyyətinə verilməsi haqqında" Əsasnamənin 1-ci bəndinə əsasən torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həyətyanı sahələrin altında olan torpaqlar vətəndaşlarm mülkiyyətinə onların qanuni istifadəyə və icarəyə götürdükləri ölçüdə verilir. Göründüyü kimi torpaq islahatı aparılan zaman 1994-cü ildən qanuni istifadəmdə və sahibliyimdə olan Şəki şəhərinin 99-cu kvartalında mənə ayrılmış 600 kv m torpaq sahəsi əvəzsiz olaraq mənim mülkiyyətimə verilmiş və mən həmin torpaq sahəsinin vergisini Şəki Bələdiyyəsinə ödəyirəm. Üçüncü şəxs və digər şəxslər tərəfindən məhkəmə proseslərinin gedişatı zamanı həmin torpaq sahəsində hər hansı tikinti islərinin apnlmast mövcud vəziyyətin dəyişəcəyi təqdirdə mənim hüquqlarımın qorunmasının mümkün olmay cağına və xeyli dərəcədə çətinləşəcəyinə səbəh olacaqdır. Eyni zamanda onu da qeyd etmək istəyir ki, məhkəmənin çıxardığı qərardaddan da görünür ki, işin axarı və sonluğu məhkəməyə məlumdur. Şəki İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-l(116)- 14/2020 saylı qərardadının ləğv edilməsini xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasın çıxış edən İddiaçı apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(116)- 14/2020 nömrəli qərardadının ləğv edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq digər tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin (bundan sonra Azərbаycаn Respublikаsının İPM və ya İPM) 62.3-cü mаddəsi). Əsaslandırma hissəsi Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə görə, аpelyаsiyа instаnsiyаsı məhkəməsi mübаhisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (fаktiki hаllаr) əsasında mаhiyyəti üzrə tаm həcmdə baxır. Apelyаsiyа instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci mаddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və fаktlаrı (fаktiki hаllаrı) dа nəzərə alır. Həmin Məcəllənin 87.6-cı maddəsinə görə, аpelyаsiyа instаnsiyаsı məhkəməsi birinci instаnsiyа məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instаnsiyа məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(116)-14/2020 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin: - 40.1-ci maddəsinə əsasən, maraqlı şəxs inzibati aktın icrasının dayandırılması barədə və ya iddianın təmin edilməsinə (iddiaçının hüquqlarının qorunmasına) yönəlmiş digər təminat tədbirlərinin görülməsi barədə məhkəməyə ərizə ilə müraciət edə bilər. - 40.2-ci maddəsinə əsasən, ərizə məhkəmədə iddia qaldırılanadək və ya iddia ilə eyni vaxtda, yaxud məhkəmə icraatının gedişində verilə bilər. - 40.3-cü maddəsinə əsasən, məhkəmə müvəqqəti xarakterli müdafiə tədbiri qismində cavabdehin üzərinə müəyyən hərəkətləri etmək və ya müəyyən hərəkətləri etməkdən çəkinmək, yaxud müəyyən hərəkətlərə dözmək barədə vəzifə qoya bilər. Qanuni əsaslar olduğu hallarda məhkəmə üçüncü şəxslərin də üzərinə belə vəzifələr qoya bilər. - 43.1-ci maddəsinə əsasən, məhkəmə tərəfindən müvəqqəti xarakterli müdafiə barədə qərardadın qəbul edilməsi üçün aşağıdakılar əsas sayılır: - 43.1.1. mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin (iddiaçının) hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi səbəbindən ilkin təcili tənzimləmənin zəruri olması; - 43.1.2. ilkin məhkəmə araşdırması zamanı ərizəçinin maddi tələbinin mövcud olması ehtimalının müəyyən edilməsi. - 43.2-ci maddəsinə əsasən, ərizəçi məhkəməyə bu Məcəllənin 43.1-ci maddəsində nəzərdə tutulmuş əsasları yazılı formada, aydın və əsaslandırılmış şəkildə təqdim etməlidir. Sadalanan normaların məzmunundan göründüyü kimi, qanunverici müvəqqəti xarakterli müdafiə tədbiri anlayışı ilə inzibati aktın icrasının dayandırılmasını və iddianın təmin edilməsinə yönəlmiş digər təminat tədbirlərini nəzərdə tutmuşdur. Müvəqqəti xarakterli müdafiə tədbirinin seçilməsində məqsəd gələcəkdə iddianın təmin ediləcəyi təqdirdə çıxarılmış qərarın icrasını çətinləşdirə biləcək və bərpası mümkün olmayan və ya əhəmiyyətli ziyan hesabına mümkün olan nəticələrin qarşısını əvvəlcədən almaqdır. Mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin (iddiaçının) hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi səbəbindən ilkin təcili tənzimləmənin zəruri olması müvəqqəti xarakterli müdafiənin tətbiqi üçün əsasdır. Buna görə məhkəmə haqlı olaraq qeyd etmişdir ki,məhkəmə araşdırması zamanı mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin (iddiaçının) hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi səbəbindən ilkin təcili tənzimləmənin zəruri olmasına dair səbəblər aşkar edilməmişdir.. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 41.2-ci maddəsinə əsasən, işin faktiki və hüquqi hallarının ilkin araşdırılması nəticəsində iddianın böyük ehtimalla uğurlu olacağı qənaətinə gəldiyi hallarda məhkəmə, iddiaçının vəsatəti əsasında inzibati aktın icrasının dayandırılması barədə qərardad qəbul edə bilər. İddianın uğurluluq ehtimalının aydın olmadığı hallarda, məhkəmə ziddiyyətli maraqların hərtərəfli qiymətləndirilməsindən sonra qərardad qəbul etməlidir. - 41.5-ci maddəsinə əsasən, inzibati aktın icrasının dayandırılması barədə ərizənin təmin edilməməsi haqqında məhkəmə qərardadından şikayət verilə bilər. - 80.2-ci maddəsinə əsasən, inzibati aktın icrasının dayandırılması haqqında və digər müvəqqəti xarakterli müdafiə ilə bağlı məhkəmə qərardadları, habelə maraqlı şəxslər tərəfindən hüquqi mübahisənin mahiyyəti üzrə nizama salınmasından sonra qəbul edilən qərardadlar hər bir halda əsaslandırılmalıdır. Bununla baglı kollegiya qeyd edir ki, qanunverici müvəqqəti xarakterli müdafiə tədbiri anlayışı ilə inzibati aktın icrasının dayandırılmasını və iddianın təmin edilməsinə yönəlmiş digər təminat tədbirlərini nəzərdə tutmuşdur. Müvəqqəti xarakterli müdafiə tədbirinin seçilməsində məqsəd gələcəkdə iddianın təmin ediləcəyi təqdirdə çıxarılmış qərarın icrasını çətinləşdirə biləcək və bərpası mümkün olmayan və ya əhəmiyyətli ziyan hesabına mümkün olan nəticələrin qarşısını əvvəlcədən almaqdır. Mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin (iddiaçının) hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi səbəbindən ilkin təcili tənzimləmənin zəruri olması müvəqqəti xarakterli müdafiənin tətbiqi üçün əsasdır. Apelyasiya şikayətində göstərilən dəlillərlə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə araşdırması zamanı mövcud vəziyyətin dəyişəcəyi təqdirdə iddiaçının hüquqlarının qorunmasının mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi səbəbindən ilkin təcili tənzimləmənin zəruri olmasına dair səbəblər aşkar edilməmişdir. Birinci instansiya məhkəməsi də İddiaçı verdiyi müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizəsini təmin etməməklə düzgün nəticəyə gəlmişdir. Azərbаycаn Respublikаsının İPM-in 87.6-cı mаddəsinə görə, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərardadı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayətinin dəlilləri əsassız olduğuna görə təmin edilməməli, iş üzrə Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(116)-14/2020 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 82, 87, 89, 90 və 94-cü mаddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş аpelyаsiyа şikаyəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(116)-14/2020 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan onun təqdim edildiyi gündən 10 gün müddətində Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar