Məhkəmə qərarları › İş №2-1(107)-425/2025

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-425/2025

08.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-425/2025 08.07.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və X4 ibarət tərkibdə, Əhmədov Fərid Vidadi oğlunun katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X24 Şəxsin Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına qarşı “hüququnun yarandığı tarixdən sabiq dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən ödənilməmiş pensiya fərqinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 01 aprel 2025-ci il tarixli 2-1(116)-1465/2025 nömrəli qərarından cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X24 Şəxsin Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası aşağıdakı qərarı qəbul etdi. İşin halları Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X24 şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “əmək kitabçasında qeyd olunmuş işlədiyi illərin dövlət qulluğuna aid staj kimi nəzərə alaraq əmək pensiyası almaq hüququ yarandığı vaxtdan ona sabiq dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən ödənilməmiş pensiyanın fərqinin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Məhkəmə iclasında iddiaçı tələbini dəqiqləşdirərək, cavabdeh qismində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X24 Şəxsin Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialının nəzərə alınmasını və hüququnun yarandığı tarixdən sabiq dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən ödənilməmiş pensiya fərqinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

3. Şəki İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli iclas protokolunun qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir.

4. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı, xx.xx.1959-cu il tarixdə doğulmuşdur. X6 Qanuna əsasən sabiq dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası almaq hüququ yaranmışdır. Cavabdeh orqana müraciət edərək əmək pensiyasının təyin edilməsini xahiş etmiş, lakin ona imtina cavabı verilərək bildirilmişdir ki, onun dövlət qulluğu stajı 15 ildən az təşkil edir. Cavabdeh orqan dövlət qulluğu stajının 15 ildən az olduğunu yazsa da, hansı təşkilatda işlədiyi stajı dövlət qulluğu hesab etdiyini və hansı təşkilatda olan stajın dövlət qulluğu hesab etmədiyini imtina məktubunda qeyd etməmişdir. Əmək kitabçasına və digər sənədlərə əsasən onun dövlət qulluğunda olan stajı 15 ildən çox təşkil edir. 16 dekabr 1981-ci ildə Rayon Kənd Təsərrüfatı idarəsində zootexnik vəzifəsinə qəbul edilmiş, xx.xx.1986-cı ildən baş zootexnik vəzifəsinə keçirilmişdir. xx.xx.1987-ci il tarixdən Zaqatala rayon X18 baş zootexnik işinə qəbul edilmişdir. xx.xx.1998-ci il tarixdə həmin vəzifədən azad edilmişdir (12 il 3 ay 12 gün staj təşkil edir). Onun xx.xx.1987-ci il tarixdən Zaqatala rayon X18 baş zootexnik işində xx.xx.1998-ci il tarixədək işlədiyi vəzifə Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 sentyabr tarixli 290 nömrəli Fərmanı ilə Dövlət qulluğuna aid edilmişdir. xx.xx.2016-cı ildə Zaqatala rayon Kənd Təsərrüfatı İdarəsinə heyvandarlıq sektoruna məsləhətçi vəzifəsinə təyin olunmuşdur. xx.xx.2019-cu ildən həmin vəzifədən azad edilmişdir. xx.xx.2019-cu il tarixdə X21 X2 sektorunun müdiri təyin edilmiş və kiçik Dövlət qulluqçusu ixtisas dərəcəsi verilmişdir. xx.xx.2021-ci ildə İİİ dərəcəli, xx.xx.2023-cü il tarixdə İİ dərəcəli Dövlət qulluqçusu ixtisas dərəcələri verilmişdir. xx.xx.2024-cü il tarixdən pensiya yaşına görə işdən çıxmışdır (5 il 2 ay 12 gün staj təşkil edir). Bununla da onun Dövlət qulluğu stajı 17 il 5 ay 24 gün təşkil edir.

5. Cavabdeh orqan məhkəməyə təqdim olunmuş iddia tələbinə etirazı onunla əsaslandırmışdır ki, İddiaçı ona dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin edilməsi xahişi ilə xx.xx.2024-cü il tarixli ərizə ilə inzibati orqana müraciət etmişdir. Cavabdehin xx.xx.2024-cü il tarixli 3-17-1/2-R-252024/2024 nömrəli məktubu ilə iddiaçıya dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. Həmin imtina məktubuna əsasən iddiaçı tərəfindən təqdim edilmiş sənədlərdə qeyd olunan məlumatlara əsasən onun dövlət qulluğu stajı 15 ildən az təşkil etdiyindən İddiaçı dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün olmamışdır. İş materiallarına əlavə edilmiş iddiaçıya məxsus MT-İ ******* nömrəli əmək kitabçasının surətində İddiaçı xx.xx.1981-ci il tarixdən Azərbaycan SSR Kənd Təsərrüfatı Nazirliyinin Zaqatala rayon kənd təsərrüfatı idarəsinə zootexnik vəzifəsinə təyin edildiyi, xx.xx.1986-cı il tarixdən həmin idarədə böyük zootexnik vəzifəsinə keçirildiyi, xx.xx.1987-ci il tarixdən Zaqatala rayon X18 baş zootexnik təyin edildiyi, xx.xx.1998-ci il tarixdən Zaqatala rayon İcra Hakimiyyəti başçısının sərəncamı ilə Aqrokombinatın fəaliyyəti dayandırıldığından iddiaçının baş zootexnik vəzifəsindən azad edildiyi qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş Zaqatala rayon Dövlət Arxivinin 06 aprel 2024-cü il tarixli 3-48-47RA/2/16/2024 nömrəli məktubuna əsasən Zaqatala rayon X22 xx.xx.1989-cu il tarixdən Zaqatala Aqrokombinatı, xx.xx.1992-ci il tarixdən X7 və Ərzaq İdarəsi, xx.xx.1994-cü il tarixdən Zaqatala rayon X19 adı altında fəaliyyət göstərmişdir. - Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 04 avqust tarixli 911 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nda, həmçinin Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 01 sentyabr tarixli 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş “X6” Qanuna əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında işləmiş dövlət qulluqçularının vəzifələrinin “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı”nda İddiaçı xx.xx.1989-cu il tarixdən xx.xx.1992-ci il tarixədək, xx.xx.1994-cü il tarixdən xx.xx.1999-cu il tarixədək işlədiyi Zaqatala Aqrokombinatı və işlədiyi zootexnik vəzifəsi nəzərdə tutulmamış, uyğunlaşdırılması aparılmamışdır. Belə ki, siyahının 1.18-ci bəndinə əsasən Rayon aqrar-sənaye birliklərinin aparatında birliyin sədri, birliyin sədrinin birinci müavini, müavini, şöbə müdiri, rayon dövlət texniki nəzarəti müfəttişliyinin rəisi - baş mühəndisinspektor, baş mütəxəssis, aparıcı mütəxəssis, böyük mütəxəssis, mütəxəssis vəzifələri mövcud olmuşdur. Qeyd olunanlara əsasən iddiaçının xx.xx.1989-cu il tarixdən xx.xx.1992-ci il tarixədək, xx.xx.1994-cü il tarixdən xx.xx.1999-cu il tarixədək Zaqatala Aqrokombinatında işlədiyi müddət dövlət qulluğu stajı kimi nəzərə alınmamalıdır. - Eyni zamanda iddiaçıya məxsus ИT-l ******* nömrəli əmək kitabçasının surətində qeyd edilənlərə əsasən İddiaçı xx.xx.2016-cı il tarixdən xx.xx.2018-ci il tarixədək Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Zaqatala rayon Kənd Təsərrüfatı İdarəsində əmək qanunvericiliyinin normalarına əsasən məsləhətçi vəzifəsində işləmişdir. Lakin iddiaçı iddia ərizəsinin əsasları kimi qeyd olunan dövrlərin dövlət qulluğu stajı kimi nəzərə alınmadığını qeyd etmişdir. Sözügedən əmək kitabçasında qeyd edilənlərə əsasən iddiaçının xx.xx.2016-cı il tarixdən xx.xx.2018-ci il tarixədək işlədiyi dövrlər dövlət qulluğu stajı kimi nəzərə alınması mümkün deyildir. Yuxarıda qeyd olunan işin faktiki halları və qanunvericilik normaları nəzərə alınmaqla bildiririk ki, iddiaçının Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə qeyd olunan məlumatlara əsasən İddiaçı dövlət qulluğu stajı 15 ildən az - 14 il 6 ay 22 gün təşkil edir: - xx.xx.1981-xx.xx.1989-cu il tarixləri arasındakı dövrlər; xx.xx.1992-xx.xx.1994-cü il tarixləri arasındakı dövrlər; - xx.xx.2018-xx.xx.2024-cü il tarixləri arasındakı dövrlər. Beləliklə, İddiaçı dövlət qulluğu stajı 15 ildən az müddəti əhatə etdiyindən ona dövlət qulluqçusu kimi əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Cavabdeh orqan “Dövlət qulluğu haqqında” Qanunun 7.1, 14.1, 23.1, 23.2, “X6” Qanunun 20.1.7, 20.11-ci maddələrinə, Azərbaycan Respublikası Prezidentinin 7 fevral 2005-ci il tarixli 194 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət qulluqçularına əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibinin hesablanması” Qaydalarının (bundan sonra - Qaydalar) 2, 3 və 6-cı bəndlərinə istinad edərək iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.

6. İddia tələbinə dair aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2024-cü il tarixli imtina cavabı, - X21 İnkişaf Mərkəzinin xx.xx.2024-cü il tarixli Əmək pensiyasına qulluq stajına görə əlavələrin hesablanması üçün arayış, - X21 İnkişaf Mərkəzinin xx.xx.2018-ci il tarixli 29 nömrəli, xx.xx.2019-cu il tarixli 33 nömrəli əmrləri, - Zaqatala Rayon Dövlət Arxivinin xx.xx.2024-cü il tarixli arxiv arayışı, - ИT-İ ******* №-li əmək kitabçası, - İddiaçı aid Dövlət Qulluqçularının reyestrindən çıxarış, - X8 xx.xx.2024-cü il tarixli məktubu, - X8 xx.xx.2025-ci il tarixli məktubu, - Zaqatala Rayon Dövlət Arxivinin xx.xx.2024-cü il tarixli məktubu.

7. Şəki İnzibati Məhkəməsinin (hakim Vüqar Musayev) 01 aprel 2025-ci il tarixli 2- 1(116)-1465/2025 nömrəli qərarı ilə iddia təmin edilərək cavabdeh Dövlət Sosial Müdafiə X24 şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə İddiaçı hüququnun yarandığı tarixdən sabiq dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən ödənilməmiş pensiya fərqinin ödənilməsi öhdəliyinin qoyulması qərara alınmışdır.

8. Məhkəmə qeyd etmişdir ki, iş materialları ilə müəyyən edilir ki, hazırkı tələblə məhkəməyə müraciət etməkdə iddiaçının hüquqi marağı ona sabiq dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin edilməsinə nail olmaqdır. Cavabdeh orqan iddiaçının xx.xx.1989-cu il tarixdən xx.xx.1992-ci il tarixədək, xx.xx.1994-cü il tarixdən xx.xx.1999-cu il tarixədək Zaqatala Aqrokombinatında işlədiyi müddəti dövlət qulluğu stajı kimi nəzərə almır və dövlət qulluğu stajının 15 ildən az - 14 il 6 ay 22 gün (xx.xx.1981-xx.xx.1989, xx.xx.1992-xx.xx.1994, xx.xx.2018-xx.xx.2024) təşkil etdiyini bildirir. İş materiallarında olan, iddiaçı barəsində “Dövlət qulluqçularının Reyestri” informasiya sisteminə dövlət orqanı tərəfindən daxil edilmiş əmək fəaliyyəti barədə məlumatlardan görünür ki, iddiaçının xx.xx.1987-xx.xx.1998-ci illərdə Zaqatala rayon X13 baş zootexnik, xx.xx.2018-xx.xx.2019 və xx.xx.2019-xx.xx.2014-cü illərdə Zaqatala DAİM/Heyvandarlıq sektoru məsləhətçi və sektor müdiri vəzifəsində işlədiyi müddətlər dövlət qulluğunda qulluq stajı olaraq qəbul edilmişdir. Həmin müddətin cəmi 16 il, 11 ay, 13 günə bərabərdir. - Məhkəmə, iddaçının dövlət qulluğunda iş stajının müəyyən edilməsi ilə bağlı “Dövlət qulluqçularının Reyestri” informasiya sisteminin məlumatlarını mötəbər hesab etmişdir. Belə ki, Reyestrdə əks olunan məlumatlar iddiaçının dövlət qulluğu stajının hesablanmasında başlıca hüquqi mənbə olaraq çıxış edir və həmin məlumatların X8 şərhi ilə ziddiyyət təşkil edən hissəsində Reyestr məlumatları üstün hüquqi qüvvəyə malikdir. Məhkəmə, “Dövlət qulluqçularının Reyestri” informasiya sisteminin yaradılması məqsədlərini nəzərə alaraq qeyd etmişdir ki, Reyestr məlumat bazası funksiyasını yerinə yetirir. Cavabdeh orqan reyestrdə olan məlumatlara əsasən iddiaçının dövlət qulluğu stajını müəyyənləşdirmək əvəzinə, bu məlumatları təftiş etmiş, onların hüquqi nəticələrini X8 subyektiv şərhi əsasında qiymətləndirmiş və imtina cavabı vermişdir. Halbuki cavabdeh orqanın funksiyası reyestri yoxlamaq deyil, onu zərurət olduqda məlumat mənbəyi kimi istifadə etməkdir. Şərh olunanlara obyektiv hüquqi qiymət verərək məhkəmə hesab etmişdir ki, iddiaçının dövlət qulluğunda ümumi qulluq stajı tələb olunan 15 il müddətdən artıq olduğundan cavabdeh orqanın imtinası qanunvericiliyin tələblərinə uyğun olmamışdır.

9. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X24 Şəxsin Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialı həmin qərardan apellyasiya şikayəti verərək Şəki İnzibati Məhkəməsinin 01 aprel 2025-ci il tarixli 2-1(116)-1465/2025 nömrəli qərarının ləğv edilərək iddia tələbinin təmin olunmaması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin dəlilləri

10. Cavabdeh orqan apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, hesab edirlər ki, Şəki İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-1(116)-1465/2025 nömrəli qərarı məhkəmənin gəldiyi nəticədə iş üzrə mühüm əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması, qərarda göstərilmiş nəticələrin işin hallarına uyğun gəlməməsi, məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən ləğv edilməli, iddianın təmin edilməməsinə dair yeni qərar qəbul edilməlidir. Qanunun 20.11-ci maddəsinin 1 və 2-ci bəndlərinə və “Dövlət qulluğu haqqında” Qanunun 23.2-ci maddəsinin məzmunundan görünür ki, dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası dövlət qulluğu vəzifəsində 15 il və daha yuxarı qulluq stajı olan şəxsə münasibətdə təyin edilir. - İş materiallarına əlavə edilmiş iddiaçıya məxsus ИТ-İ ******* nömrəli əmək kitabçasının surətində İddiaçı xx.xx.1981-ci il tarixdən Azərbaycan SSR Kənd Təsərrüfatı Nazirliyinin Zaqatala rayon kənd təsərrüfatı idarəsinə zootexnik vəzifəsinə təyin edildiyi, xx.xx.1986-cı il tarixdən həmin idarədə böyük zootexnik vəzifəsinə keçirildiyi, xx.xx.1987-ci il tarixdən Zaqatala rayon X18 baş zootexnik təyin edildiyi, xx.xx.1998-ci il tarixdən Zaqatala rayon İcra Hakimiyyəti başçısının sərəncamı ilə Aqrokombinatın fəaliyyəti dayandırıldığından iddiaçının baş zootexnik vəzifəsindən azad edildiyi qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş Zaqatala rayon Dövlət Arxivinin 06 aprel 2024-cü il tarixli 3-48- 47RA/2/16/2024 nömrəli məktubuna əsasən Zaqatala rayon X22 xx.xx.1989-cu il tarixdən Zaqatala Aqrokombinatı, xx.xx.1992-ci il tarixdən X7 və Ərzaq İdarəsi, xx.xx.1994-cü il tarixdən Zaqatala rayon X19 adı altında fəaliyyət göstərmişdir. İş materiallarına əlavə edilmiş iddiaçı tərəfindən təqdim edilən “Dövlət qulluqçularının Reyestri” elektron informasiya sistemindəki məlumatlara əsasən iddiaçının dövlət qulluğu stajı 16 il 11 ay 13 gün təşkil edir. Belə ki, sözügedən reyestr məlumatlarında iddiaçının Zaqatala rayon Kənd Təsərrüfatı İdarəsində işlədiyi (xx.xx.1981-xx.xx.1987) və X21 İnkişaf Mərkəzində işlədiyi (xx.xx.2016-xx.xx.2018) dövrlər dövlət qulluğu stajı kimi nəzərə alınmadığı qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş tərəflərindən sorğu əsasında əldə olunmuş X8 (bundan sonra – DİM) 14 fevral 2025-ci il tarixli 9-3/2-284/2025 nömrəli məktubunda 1981-1999-cu illərdə Zaqatala rayon X9 zootexnik vəzifəsində iş müddətilə bağlı bildirilmişdir ki, yuxarıda qeyd edilən Siyahıda ancaq rayon aqrar-sənaye birliklərinin aparatında mövcud olmuş vəzifələrin “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması aparılmışdır. Müvafiq uyğunlaşdırılma aparıldığından rayon aqrar-sənaye birliklərində iş müddəti dövlət qulluğunda qulluq stajı hesablanarkən nəzərə alınır. Adıçəkilən Siyahıda rayon aqrar-sənaye kombinatları və həmin kombinatlarda mövcud olmuş vəzifələr nəzərdə tutulmadığından 1981-1999-cu illərdə Zaqatala rayon X9 zootexnik vəzifəsində iş müddəti dövlət qulluğunda qulluq stajı hesablanarkən nəzərə alınmır. - Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 04 avqust tarixli 911 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nda, həmçinin Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 01 sentyabr tarixli 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş “X6” Qanuna əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında işləmiş dövlət qulluqçularının vəzifələrinin “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı”nda İddiaçı xx.xx.1989-cu il tarixdən xx.xx.1992-ci il tarixədək, xx.xx.1994-cü il tarixdən xx.xx.1999-cu il tarixədək işlədiyi Zaqatala Aqrokombinatı və işlədiyi zootexnik vəzifəsi nəzərdə tutulmamış, uyğunlaşdırılması aparılmamışdır. Belə ki, siyahının 1.18-ci bəndinə əsasən Rayon aqrar-sənaye birliklərinin aparatında birliyin sədri, birliyin sədrinin birinci müavini, müavini, şöbə müdiri, rayon dövlət texniki nəzarəti müfəttişliyinin rəisi - baş mühəndisinspektor, baş mütəxəssis, aparıcı mütəxəssis, böyük mütəxəssis, mütəxəssis vəzifələri mövcud olmuşdur. - Qeyd olunanlara əsasən məhkəmənin diqqətinə çatdırılır ki, iddiaçının xx.xx.1989cu il tarixdən xx.xx.1992-ci il tarixədək, xx.xx.1994-cü il tarixdən xx.xx.1999-cu il tarixədək Zaqatala Aqrokombinatında işlədiyi müddət dövlət qulluğu stajı kimi nəzərə alınmamalıdır. Qeyd edilməlidir ki, “Dövlət qulluğu haqqında” Qanunun 7.1-ci maddəsinə əsasən dövlət orqanı - Azərbaycan Respublikasının qanunvericilik aktları ilə müəyyən edilmiş hüdudlarda dövlətin məqsəd və funksiyalarını həyata keçirən, Azərbaycan Respublikasının dövlət büdcəsindən, Naxçıvan Muxtar Respublikasının büdcəsindən maliyyələşdirilən, Azərbaycan Respublikasının Konstitusiyasına və Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq yaradılan dövlət təsisatıdır. Dövlət orqanının anlayışından da göründüyü kimi müəssisə (orqan) dövlətin məqsəd və funksiyalarını həyata keçirməli, Azərbaycan Respublikasının dövlət büdcəsindən maliyyəşməlidir. Müəssisənin hüquqi statusunun dəyişməsi, yeni bir ad altında fəaliyyət göstərməsi əvvəki statusun qüvvədə olmaması ilə onun yaratdığı hüquqların da qüvvədən düşməsi deməkdir. Belə ki, rayon aqrarsənaye “birlik”lərinin müvafiq Siyahı üzrə uyğunlaşdırılması aparılmış, lakin rayon aqrar-sənaye “kombinat”larının uyğunlaşdırılması aparılmamışdır. Bununla da, iddiaçının işlədiyi müəssisənin “kombinat” adı altında fəaliyyət göstərdiyi dövr onun sığorta stajına daxil edilməsi qanunamüvafiq deyildir. Qeyd edilən səbəblərdən məhkəmənin qənaəti ilə razı deyillər. - Bundan başqa, cavabdeh orqanın sözügedən “Dövlət qulluqçularının Reyestri” informasiya sisteminə konkret şəxslərlə bağlı məlumat almaq üçün giriş imkanı məhduddur. Belə ki, reyestrdə əks olunan məlumatlar fərdi məlumatlar olduğundan yalnız şəxsin özü tərəfindən sistemə giriş və məlumatların əldə olunması imkanı vardır. Qeyd edilən səbəbdən müvafiq olaraq cavabdeh orqan tərəfindən işin araşdırılması məqsədi ilə mübahisəli dövrlə bağlı reyestr məlumatlarının əldə olunması üçün X11 sorğu verilərək müvafiq məlumatlar əldə olunmuşdur. Qeyd edilənlərdən belə qənaətə gəlmək olur ki, Reyestrdə əks olunan məlumatlar dövlət orqanlarının təqdim etdikləri məlumatlar əsasında DİM tərəfindən elektron sistemə əlavə edilən məlumatlardır. Bu səbəbdən məhkəmənin subyektiv şərhi ilə razılaşmayaraq hesab edirik ki, Reyestr məlumatları DİM tərəfindən təqdim edilən məlumarlar arasında ziddiyyət təşkil etdiyi halda Reyestr məlumatları üstün hüquqi qüvvəyə malik ola bilməz. Eyni zamanda iddiaçıya məxsus ИТ-İ ******* nömrəli əmək kitabçasının surətində qeyd edilənlərə əsasən İddiaçı xx.xx.2016-cı il tarixdən xx.xx.2018-ci il tarixədək Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Zaqatala rayon Kənd Təsərrüfatı İdarəsində əmək qanunvericiliyinin normalarına əsasən məsləhətçi vəzifəsində işləmişdir. Lakin iddiaçı iddia ərizəsinin əsasları kimi qeyd olunan dövrlərin dövlət qulluğu stajı kimi nəzərə alınmadığını qeyd etmişdir. Sözügedən əmək kitabçasında qeyd edilənlərə əsasən iddiaçının xx.xx.2016-cı il tarixdən xx.xx.2018-ci il tarixədək işlədiyi dövrlər dövlət qulluğu stajı kimi nəzərə alınması mümkün deyildir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.

Tərəflərin izahatları

12. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 01 aprel 2025-ci il tarixli 2-1(116)-1465/2025 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi.

13. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 01 aprel 2025-ci il tarixli 2-1(116)- 1465/2025 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi.

Tətbiq edilən hüquq

14. Azərbaycan Respublikası Konstitusiyasının: 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. 71-ci maddəsinin 1 -ci hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur.

15. İnzibati Prosessual Məcəllə: Maddə 14.3 inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

16. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1.1.1 dövlət qulluğu – Azərbaycan Respublikasının Konstitusiyasına və digər normativ hüquqi aktlarına uyğun olaraq dövlətin məqsəd və funksiyalarının həyata keçirilməsi sahəsində dövlət qulluğu vəzifəsində xidmət; Maddə 1.1.4. dövlət orqanı – Azərbaycan Respublikasının Konstitusiyası və Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş hüdudlarda dövlətin məqsədini və funksiyalarını həyata keçirən, Azərbaycan Respublikasının dövlət büdcəsindən, Naxçıvan Muxtar Respublikasının büdcəsindən və qanunla müəyyən edilən hallarda əlavə olaraq büdcədənkənar vəsaitlər hesabına maliyyələşdirilən, Azərbaycan Respublikasının Konstitusiyasına və Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq yaradılan və bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan struktura malik olan dövlət təsisatı; Maddə 23.1. Dövlət qulluqçusunun və onun ailə üzvlərinin pensiya təminatı “X6” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. Maddə 23.2. Dövlət qulluqçusunun pensiyasının məbləği dövlət qulluğu vəzifəsində qulluq stajından və dövlət məvacibinin məbləğindən asılıdır. Dövlət qulluqçusuna “X6” Azərbaycan Respublikası Qanununa uyğun olaraq qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilməsi üçün dövlət qulluğu vəzifəsində minimum 15 il (bu Qanunun 23.2-1ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) qulluq stajı tələb olunur.

17. “X6” Azərbaycan Respublikasının Qanunu: Maddə 1.0.1. Əmək pensiyası – bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Maddə 1.0.2. Sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Maddə 3.1. Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Maddə 20.1. Qulluq stajına görə əmək pensiyasına əlavələr aşağıdakı əmək pensiyaçılarına təyin edilir: 20.1.7. əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutan, habelə 1991-ci il oktyabrın 18-dən «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi siyahı üzrə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş Azərbaycan Respublikasının vətəndaşları (Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi ilə bağlı dövlət qulluğuna xitam verilmiş dövlət qulluqçuları və dövlət qulluğunda olan şəxslər istisna olmaqla). 20.11. Bu qanunun 20.1.7-ci və 20.1.9-cu maddələrində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr dövlət qulluğunun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki dövlət məvacibinin orta aylıq məbləğindən, pensiya təyinatı tarixinədək dövlət məvacibindəki sonrakı artımlar da nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: 20.11.1. dövlət qulluğu vəzifəsində 15 il (bu Qanunun 20.11-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında; 20.11.2. dövlət qulluğu vəzifəsində 15 ildən yuxarı qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında və 15 ildən yuxarı qulluq stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün dövlət məvacibinin orta aylıq məbləğinin 3 faizi miqdarında əlavə olunmaqla, lakin dövlət məvacibinin orta aylıq məbləğinin 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə təyin edilir.

18. “Azərbaycan Respublikasının Dövlət Qulluqçuları Reyestrinin aparılması Qaydaları”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 21 iyun 2006-cı il tarixli, 420 №-li Fərmanının preambulasında qeyd edilmişdir ki, Azərbaycan Respublikasında son illərdə müasir tələblərə cavab verən dövlət qulluğu sisteminin formalaşdırılması istiqamətində mühüm addımlar atılmışdır. 2000-ci ildən başlayaraq dövlət qulluğunun qanunvericilik bazasının yaradılması, dövlət qulluqçularının pensiya və digər sosial hüquqlarının təmin edilməsi işinin yaxşılaşdırılması məqsədilə bir sıra normativ hüquqi aktlar qəbul edilmişdir. Bu sahədə aparılan islahatların sürətləndirilməsi üçün 2005-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında X10 üzrə Komissiya yaradılmışdır. ... Bu sahədə görülən işlərin genişləndirilməsi və sürətləndirilməsi məqsədilə və Azərbaycan Respublikasının dövlət orqanlarının mövcud kadr potensialının beynəlxalq standartlara uyğun idarə olunması və ondan səmərəli istifadə edilməsi üçün qərara alıram:

1. Azərbaycan Respublikasının Dövlət Qulluqçuları Reyestri yaradılsın.

2. “Azərbaycan Respublikasının Dövlət Qulluqçuları Reyestrinin aparılması Qaydaları” təsdiq edilsin (əlavə olunur). “Azərbaycan Respublikasının Dövlət Qulluqçuları Reyestrinin aparılması” Qaydalarının 2-ci bəndinə əsasən Dövlət Reyestri Azərbaycan Respublikasının dövlət qulluqçuları (o cümlədən, stajçı kimi və sınaq müddətinə qəbul edilmiş və dövlət qulluğuna xitam verilmiş şəxslər də daxil olmaqla) barədə məlumatları əks etdirən və Azərbaycan dilində aparılan dövlət mərkəzləşdirilmiş məlumat bankıdır.

3. Dövlət Reyestrinin yaradılmasında məqsəd dövlət qulluqçuları haqqında məlumatları toplamaq, təzələmək və təhlil etmək, onların qulluqda yüksəliş yolu ilə seçilməsi, yerləşdirilməsi, ixtisas dərəcələrinin artırılması məsələlərinin və dövlət qulluğu ilə bağlı digər məsələlərin həllində bu məlumatlardan istifadə etmək, müvafiq hallarda bu Qaydalarla və digər normativ hüquqi aktlarla müəyyən edilmiş qaydada dövlət orqanlarını həmin məlumatlarla təmin etməkdir.

19. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Maddə 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Maddə 46.3-cü maddəsinə əsasən maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır.

Apellyasiya şikayətinin mümkünlüyü

20. Cavabdehin apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri).

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

21. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərar qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

22. Bununla bağlı, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

23. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

24. Bununla belə, birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşarkən, məhkəmə kollegiyası həmçinin aşağıdakıları nəzərə aldığını qeyd etməyi zəruri sayır.

25. Cavabdehin mübahisələndirdiyi hal və apellyasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, İddiaçı xx.xx.1989-cu il tarixdən xx.xx.1992-ci il tarixədək, xx.xx.1994-cü il tarixdən xx.xx.1999-cu il tarixədək işlədiyi Zaqatala Aqrokombinatı və işlədiyi zootexnik vəzifəsi “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı”nda nəzərdə tutulmamış, uyğunlaşdırılması aparılmamışdır. İddiaçının xx.xx.1989-cu il tarixdən xx.xx.1992-ci il tarixədək, xx.xx.1994cü il tarixdən xx.xx.1999-cu il tarixədək Zaqatala Aqrokombinatında işlədiyi müddət dövlət qulluğu stajı kimi nəzərə alınmamalıdır.

26. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, cavabdeh orqanın apellyasiya şikayətinin dəlilləri etiraz ərizəsi ilə eynilik təşkil etməklə birinci instansiya məhkəməsi tərəfindən bu dəlilə qiymət verilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qiymətləndirməsi ilə razılaşır ki, iş materiallarında olan, iddiaçı barəsində “Dövlət qulluqçularının Reyestri” informasiya sisteminə dövlət orqanı tərəfindən daxil edilmiş əmək fəaliyyəti barədə məlumatlardan görünür ki, iddiaçının xx.xx.1987xx.xx.1998-ci illərdə Zaqatala rayon X13 baş zootexnik, xx.xx.2018-xx.xx.2019 və xx.xx.2019-xx.xx.2024-cü illərdə Zaqatala DAİM/Heyvandarlıq sektoru məsləhətçi və sektor müdiri vəzifəsində işlədiyi müddətlər dövlət qulluğunda qulluq stajı olaraq qəbul edilmişdir. Həmin müddətin cəmi 16 il, 11 ay, 13 günə bərabərdir.

27. Apellyasiya şikayətinin qeyd edilən dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh orqan iddiaçının xx.xx.1989-cu il tarixdən xx.xx.1992-ci il tarixədək, xx.xx.1994-cü il tarixdən xx.xx.1999-cu il tarixədək Zaqatala Aqrokombinatında işlədiyi müddəti dövlət qulluğu stajı kimi nəzərə almasa da, iş materiallarında olan Zaqatala rayon Dövlət Arxivinin 06 aprel 2024-cü il tarixli məktubu ilə müəyyən edilir ki, Zaqatala rayon X22 xx.xx.1989-cu il tarixdən Zaqatala Aqrokombinatı, xx.xx.1992-ci il tarixdən X7 və Ərzaq İdarəsi, xx.xx.1994-cü il tarixdən Zaqatala rayon X19 adı altında fəaliyyət göstərmişdir.

28. Göründüyü kimi Zaqatala rayon X22 - Zaqatala Aqrokombinatı, X7 və Ərzaq İdarəsi və Zaqatala rayon X19 adı altında fəaliyyət göstərdiyindən iddiaçının iş yeri və yerinə yetirdiyi vəzifənin funksiyaları dəyişməmiş, əvvəllər Zaqatala rayon X14 işçisi olaraq yerinə yetirdiyi əmək funksiyasını yeni ad altında fəaliyyət göstərən müəssisələrdə həyata keçirməkdə davam etmişdir. Yəni, formaca müəssisənin adı dəyişsə də, funksional struktur və əmək funksiyaları dəyişmədiyindən, iddiaçının iş yeri və yerinə yetirdiyi fəaliyyətin mahiyyəti əvvəlki kimi qalmışdır. Cavabdeh orqanın xx.xx.1992-xx.xx.1994-cü il tarixləri arasındakı dövrləri dövlət qulluğu stajı kimi qəbul etdiyi halda, eyni müəssisənin digər adlar altında fəaliyyət göstərdiyi müddəti qəbul etməməsi anlaşılan deyil.

29. Həmçinin cavabdeh orqan şikayətində iddiaçının xx.xx.2016-cı il tarixdən xx.xx.2018-ci il tarixədək işlədiyi dövrlərin dövlət qulluğu stajı kimi nəzərə alınmasının mümkün olmadığını qeyd etmişdir.

30. Bununla bağlı kollegiya qeyd edir ki, iş materiallarına əlavə edilmiş iddiaçı tərəfindən təqdim edilən “Dövlət qulluqçularının Reyestri” elektron informasiya sistemindəki məlumatlara əsasən iddiaçının dövlət qulluğu stajı 16 il 11 ay 13 gün təşkil edir. Həmin müddətlər hesablanarkən cavabdehin mübahisələndirdiyi xx.xx.2016-cı il tarixdən xx.xx.2018-ci il tarixədək işlədiyi dövrlər dövlət qulluğu stajı kimi nəzərə alınmamışdır. Odur ki, qeyd edilən dəlil əsassız olmaqla iddianın rədd olunması üçün əsas sayıla bilməz.

31. Daha sonra apellyasiya şikayətində göstərilmişdir ki, cavabdeh orqan tərəfindən əldə olunmuş X8 (bundan sonra – DİM) 14 fevral 2025-ci il tarixli 9-3/2-284/2025 nömrəli məktubunda 1981-1999-cu illərdə Zaqatala rayon X9 zootexnik vəzifəsində iş müddəti ilə bağlı bildirilmişdir ki, yuxarıda qeyd edilən Siyahıda ancaq rayon aqrar-sənaye birliklərinin aparatında mövcud olmuş vəzifələrin “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması aparılmışdır. Müvafiq uyğunlaşdırılma aparıldığından rayon aqrar-sənaye birliklərində iş müddəti dövlət qulluğunda qulluq stajı hesablanarkən nəzərə alınır. Adıçəkilən Siyahıda rayon aqrarsənaye kombinatları və həmin kombinatlarda mövcud olmuş vəzifələr nəzərdə tutulmadığından 1981-1999-cu illərdə Zaqatala rayon X9 zootexnik vəzifəsində iş müddəti dövlət qulluğunda qulluq stajı hesablanarkən nəzərə alınmır.

32. Qeyd olunanlara istinadən cavabdeh orqan qeyd edir ki, Reyestr məlumatları DİM tərəfindən təqdim edilən məlumatlar arasında ziddiyyət təşkil etdiyi halda Reyestr məlumatları üstün hüquqi qüvvəyə malik ola bilməz.

33. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq iddaçının dövlət qulluğunda iş stajının müəyyən edilməsi ilə bağlı “Dövlət qulluqçularının Reyestri” informasiya sisteminin məlumatlarını mötəbər hesab etmişdir. Belə ki, Reyestrdə əks olunan məlumatlar iddiaçının dövlət qulluğu stajının hesablanmasında başlıca hüquqi mənbə olaraq çıxış edir və həmin məlumatların X8 şərhi ilə ziddiyyət təşkil edən hissəsində Reyestr məlumatları üstün hüquqi qüvvəyə malikdir.

34. X15 Mərkəzi tərəfindən cavabdeh orqana ünvanlanmış 26 may 2025-ci il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikasının Dövlət Qulluqçuları Reyestrinə vətəndaş haqqında daxil edilmiş məlumatlarda düzəliş edilməsi mümkün olmamışdır.

35. Bundan əlavə iş materiallarına əlavə edilmiş X8 23 noyabr 2024-cü il tarixli məktubundan görünür ki, cavabdeh orqanın, məlumatlarının daha üstün hüquqi qüvvəyə malik olduğunu iddia etdiyi X20 iddiaçının əmək fəaliyyətinə dair anket tərtib etmiş, onun dövlət qulluğunda qulluq stajını 16 il 11 ay 13 gün müəyyən etmişdir.

36. Göründüyü ki, iddiaçıya aid “Dövlət qulluqçularının Reyestri” elektron informasiya sistemindəki məlumatlar öz həqiqiliyini qoruyur, həmin məlumatların mötəbər hesab edilməməsi barədə hər hansı sübut-sənəd cavabdeh tərəfindən təqdim edilməmiş, məhkəmə araşdırmaları zamanı da belə bir sübut-sənəd aşkar edilməmişdir.

37. Apellyasiya şikayətinin qeyd edilən dəlilləri ilə bağlı məhkəmə kollegiyası onu da qeyd edir ki, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut edə bilməmişdir.

38. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlillərini ümumilikdə əsassız hesab edərək onu da qeyd edir ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının yaşa görə əmək pensiyasının təyin olunması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu isə iş materialları ilə təsdiq olunmur (İPM-14.3), qanunla cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmur, cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının hüquqlarını pozmuşdur (İPM-73.1), imtina mövcud inzibati praktikaya da zidd olmaqla, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri).

39. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin iddiaçının müraciətinin təmin edilməsindən imtina etməsi qanunvericiliyin tələblərinə uyğun olmamış və onun Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulan sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur. Cavabdehin apellyasiya şikayətinin dəlilləri, işin faktiki halları və iş materiallarına əlavə edilən sənədlərlə öz təsdiqini tapmır. Odur ki, iddiaçının tələbinin təmin edilməsini istisna edən hər hansı hal aşkar edilmədiyindən cavabdeh orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmamış, bunun da nəticəsi olaraq birinci instansiya məhkəməsi iddianı təmin etməkdə haqlı olmuşdur. Ümumilikdə Kollegiya, cavabdehin dəlillərinin birinci instansiya məhkəməsinin qərarının ləğvinin və iddianın rədd edilməsinin əsası kimi qəbul etmir.

40. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X24 Şəxsin Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialının İddiaçı hüququnun yarandığı tarixdən sabiq dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin edilməsindən imtinası qanuni və əsaslı olmamışdır. Birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlmişdir. Ona görə də, birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən qüvvədə saxlanılmalı, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir.

41. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 81.2, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası

Qərara aldı Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X24 Şəxsin Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 01 aprel 2025-ci il tarixli 2-1(116)-1465/2025 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. İnzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayətin verilmədiyi halda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar