Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-428/2022 21.12.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, Atababayev Faiq Gülağa oğlunun katibliyi ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X9 12 saylı Şəki Ərazi İdarəsinə qarşı “Qax rayonu Xələftala kəndi ərazisindəki 0.29 ha torpaq sahəsinə üçüncü şəxslər X6 və X4 adına verilmiş JN026F nömrəli şəhadətnamənin ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 28 oktyabr 2022-ci il tarixli 2-1(116)-1764/2022 nömrəli qərarından iş üzrə iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat
1. İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı birinci instansiya məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək “Qax rayonu Xarabtala kəndi ərazisindəki özlərinə məxsus ərazidə yerləşən 0.29 ha torpaq X6 və X4 adına verilmiş JN-026F saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktının ləğv edilməsi və həmin torpağa dair mülkiyyət hüququ tanınmaqla və torpağa mülkiyyət hüququna dair Dövlət aktının verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişlər.
2. Daha sonra iddiaçılar iddia ərizəsini dəqiqləşdirərək JN-026F kod 40309088 nömrəli şəhadətnamənin sahibliklərində və istifadələrində olan torpaq sahəsinə düşən hissədə ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər.
3. Birinci instansiya məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(116)-91/2022 nömrəli qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir.
4. Birinci instansiya məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(116)-91/2022 nömrəli qərardadı ilə iddia tələbi mümkün sayılmamışdır.
5. Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(107)-208/2022 nömrəli qərardadı ilə Şəki İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(116)-91/2022 nömrəli qərardadı ləğv edilmiş, inzibati iş baxılması üçün Şəki İnzibati Məhkəməsinə qaytarılmışdır.
6. Birinci instansiya məhkəməsinin xx.xx.2022-ci il tarixli iclas protokolunun qərardadı ilə cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsi – hüquq varisi: “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X9 12 saylı Şəki Ərazi İdarəsi ilə əvəz edilmişdir.
7. İnzibati işin şifahi məhkəmə baxışı iclasında iddiaçılar növbəti dəfə tələblərini dəqiqləşdirərək “Qax rayonu Xarabtala kəndi ərazisindəki 0.29 ha torpaq sahəsinə üçüncü şəxslər X6 və X4 adına verilmiş JN026F nömrəli şəhadətnamənin ləğv edilməsi və həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişlər.
8. Birinci instansiya məhkəməsinin xx.xx.2022-ci il tarixli iclas protokolunun qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir.
9. Birinci instansiya məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(116)-1764/2022 nömrəli qərardadı ilə iddia ərizəsinin “X6 və X4 adına verilmiş JN-026F nömrəli şəhadətnamədə qeyd edilmiş 0.29 ha torpaq sahəsi üzərində iddiaçıların mülkiyyət hüquqlarının qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” hissəsi mümkün sayılmamışdır.
10. İddianın əsaslarına görə, iddiaçıların Qax rayonu Xarabtala kəndində 0,29 ha pay torpağı vardır. Həmin torpaq sahəsi iddiaçılara 1996-cı ildə bələdiyyə qərarı ilə verilmişdir. Torpaq sahəsinə dair iddiaçılarda yalnız bələdiyyə tərəfindən verilən sənədlər vardır və iddiaçılar həmin torpaq sahəsini uzun müddətdir ki, istifadə edirlər. İddiaçılar hesab edir ki, onlara məxsus torpaq sahəsinə dair X6 və X4 adına tərtib olunmuş JN-026F nömrəli şəhadətnamə əsassızdır və ləğv edilməlidir. JN-026F KOD 40309088 saylı şəhadətnamə onların sahibliyində və istifadəsində olan torpaq sahəsinə tərtib edilmişdir. İş üzrə üçüncü şəxslər şəhadətnaməni kökü olmayan saxta sənədlər əsasında almış bu səbəbdən də həmin şəhadətnamədə koordinatlar düzgün qeyd edilməmişdir. Belə ki, DƏDRX-nin 12 saylı Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli **********25 saylı məktubunda da İdarənin arxiv məlumatlarında onların adları qeyd olunan və 0,29 ha torpaq sahəsinə verilən JN-026F KOD 40309088 şəhadətnamənin mövcudluğu göstərilsə də, həmin şəhadətnamənin hansı əsasla verilməsi haqqında sənədlərin mövcud olmadığı bildirilir.
11. Cavabdeh xx.xx.2021-ci il tarixli **********25 nömrəli “iddiaya qarşı rəsmi münasibət bildirilməsi barədə” məktubunda qeyd etmişdir ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinin arxiv materiallarında X6 və X4 adları qeyd olunan JN-026F, KOD 40309088 (0.29 ha) nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə mövcuddur. Sözügedən şəhadətnamənin hansı əsasla verilməsi haqqında sənədlər mövcud deyildir. İddiaçı1 JN-026F KOD 40309088 saylı torpağın mülkiyyətə verilməsi barədə şəhadətnamənin öz adına işlənməsi məqsədilə xx.xx.2021-ci il tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinə ərizə ilə müraciət etmişdir.
12. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.4-cü maddəsinə əsasən qeydiyyat orqanı - daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır.
13. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 4-cü maddəsinə əsasən 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxladığından sözügedən torpağın mülkiyyətə verilməsi barədə şəhadətnamənin İddiaçı1 və İddiaçı2 adına qeydiyyata alınması mümkün olmamışdır.
14. X6 və X7 iddia tələbinə dair vəsatətində qeyd etmişlər ki, iddiaçılar sözügedən torpaq sahəsinin onlara Qax Rayon Aqrar İslahat Komissiyasının qərarı ilə verildiyini nəzərə almamışlar. Onlar hesab edirlər ki, AİK-in müvafiq qərarı ləğv edilmədiyi halda onların adına verilmiş hüquqmüəyyənedici sənəd ləvğ edilə bilməz.
15. Üçüncü şəxslər iddia tələbinə münasibət bildirərək idda ərizəsinin mümkünsüz sayılmasını xahiş etmişlər.
16. Birinci instansiya məhkəməsinin iclasında iddiaçılar iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişlər.
17. Birinci instansiya məhkəməsinin iclasında cavabdehin nümayəndəsi iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişdir.
18. Birinci instansiya məhkəməsinin iclasında üçüncü şəxs iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın mümkünsüz sayılmasını xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
19. Şəki İnzibati Məhkəməsinin (hakim Vüqar Musayev) 28 oktyabr 2022-ci il tarixli 2- 1(116)-1764/2022 nömrəli qərarı ilə Qax rayonu Xələftala kəndi ərazisindəki 0.29 ha torpaq sahəsinə üçüncü şəxslər X6 və X4 adına verilmiş JN-026F nömrəli şəhadətnamənin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinin təmin edilməməsi qərara alınmışdır.
20. İddiaçılar İddiaçı1 və İddiaçı2 həmin qərardan apellyasiya şikayəti vermişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ
21. İddiaçılar apellyasiya şikayətini iddia ərizəsinin dəlilləri ilə əsaslandırmış və Şəki İnzibati Məhkəməsinin 28 oktyabr 2022-ci il tarixli 2-1(116)-1764/2022 nömrəli qərarının ləğv edilməsini, iddia tələbinin təmin olunması barədə yeni qərar çıxarılmasını xahiş etmişlər.
TƏRƏFLƏRİN İZAHATLARİ
22. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçılar İddiaçı1 və İddiaçı2 apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 28 oktyabr 2022-ci il tarixli 2-1(116)-1764/2022 nömrəli qərarının ləğv edilməsini, iddia tələbinin təmin olunması barədə yeni qərar çıxarılmasını xahiş etdilər.
23. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 oğlu apellyasiya şikayətinin təmin edilməməsini və Şəki İnzibati Məhkəməsinin 28 oktyabr 2022-ci il tarixli 2-1(116)-1764/2022 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi.
24. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq üçüncü şəxslər məhkəmə iclasına gəlməmiş, üçüncü şəxs X7 məhkəmə kollegiyasına teleqram göndərərək məhkəmə iclasına gələ bilmədiyini bildirmişdir.
25. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin (bundan sonra Azərbаycаn Respublikаsının İPM və ya İPM) 62.3-cü mаddəsi).
26. İş materiallarında olan aşağıda sadalanan sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: - Ş.Rustaveli adına kolxozun AİK-nın xx.xx.2000-ci il tarixli 3 saylı protokolundan görünür ki, Ş.Rustaveli adına kolxoz üzrə torpaq payı almaq hüququ olan subyektlərin ümumi siyahısı təsdiq edilmiş, 5 №-li püşk üzrə baş sxem üzrə П hissədə Qımırlı kəndinə bitişik olan Xələftala kəndi ərazisindən 72, 84, 69, 65a və 67 №-li konturlar üzrə şimaldan cənuba doğru olmaqla bölgünün aparılması qərara alınmışdır. - Qax Rayon Aqrar İslahat Komissiyasının xx.xx.2000-ci il tarixli, 07 saylı qərarından görünür ki, Ş.Rustaveli adına kolxozun AİK-nın xx.xx.2000-ci il tarixli 3 saylı protokolu və Qaxingiloy kəndində kompleks yerquruluşu işlərinin aparılmasına dair tərtib olunmuş layihə təsdiq edilmişdir. - kod 40309088, JN-026F saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədən görünür ki, Qax Rayon Aqrar İslahat Komissiyasının xx.xx.2000-ci il tarixli, 07 saylı qərarı əsasında 0.29 ha torpaq sahəsi X6 və X4 mülkiyyətinə verilmişdir. - cavabdeh tərəfindən təqdim edilmiş İddiaçı1 və İddiaçı2 barəsində tərtib edilmiş subyektlər siyahısından (DBF) görünür ki, ayrılmış torpaq sahəsi olaraq 0.30 ha qeyd edilmişdir. - kod 40309088, JN-016F saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədən görünür ki, Qax Rayon Aqrar İslahat Komissiyasının xx.xx.2000-ci il tarixli, 07 saylı qərarı əsasında 0.12 ha torpaq sahəsi İddiaçı1 və İddiaçı2 mülkiyyətinə verilmişdir. - cavabdeh tərəfindən təqdim edilmiş iddiaçılar barəsində tərtib edilmiş subyektlər siyahısından (DBF) görünür ki, ayrılmış torpaq sahəsi olaraq 0.12 ha qeyd edilmişdir. - cavabdehin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, ərazi idarəsinin arxiv materiallarında Qax rayonu Xələftala kəndində yerləşən əkin torpaq sahələrinə aid İddiaçı1, İddiaçı2, X1, X2 subyektlər siyahısından çıxarış aşkar edilməmişdir. - Qax Rayon Dövlət Arxivinin xx.xx.2020-ci il tarixli, 2041 nömrəli Qax rayonu Qaxingiloy kənd ƏİN-nin Xələftala kəndi üzrə təsərrüfatbaşına kitabdan 1996-2000-ci illər üzrə çıxarışdan görünür ki, İddiaçı1 və İddiaçı2 təsərrüfatının xüsusi mülkiyyətində olan torpaq sahəsi 0.12 ha qeyd edilmişdir. - DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli imtina məktubundan görünür ki, cavabdeh orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
27. İnzibati Prosessual Məcəllə: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
28. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır; 139.3-cü maddəsinə görə daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir; 146.1-ci maddəsinə müvafiq olaraq, daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). 146.2-ci maddəsinə əsasən, daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. 152.1-ci maddəsinə görə mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
29. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun: 4.1-ci maddəsinə müvafiq olaraq, 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. 8.0.5-ci maddəsinə əsasən, 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur.
30. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununun: 12-ci maddəsinin 1-ci bəndinə əsasən, sovxoz və kolxozların özəlləşdirilən torpaqlarından pay almaq hüququ olan subyektlər aşağıdakılardır: 1) sovxoz və kolxozlarda daimi işləyən şəxslər; 2) bu Qanun qüvvəyə mindiyi günədək daimi yaşayış yeri sovxozun və kolxozun ərazisində olan şəxslər. 14-cü maddəsinə əsasən, hər bir subyekt yalnız bir dəfə torpaq payı ala bilər. Torpaq payları Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə əvəzsiz verilir. Azərbaycan Respublikasının vətəndaşları olmayan şəxslərə torpaq payları istifadəyə verilir. Sovxoz və kolxozların torpaqlarının özəlləşdirilməsi Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanlarının təsdiq etdiyi əsasnaməyə uyğun həyata keçir. Bu maddələrin tələblərinə əsasən kolxozların özəlləşdirilən torpaqlarından pay almaq hüququ istinad edilən Qanun qüvvəyə mindiyi günədək həmin kolxozun ərazisində daimi yaşayan şəxslərə məxsusdur və hər bir şəxs yalnız bir dəfə torpaq payı almaq hüququna malikdir. Torpaq payı almaq hüququ olanların siyahısı yerli aqrar islahatı komissiyası tərəfindən müəyyən edilməlidir. 21-ci maddəsinin 4-cü abzasına əsasən, qanunvericiliklə nəzərdə tutulan qaydada təsdiq edilmiş yerquruluşu layihələrinə uyğun olaraq yerquruluşu orqanları tərəfindən yerdə (naturada) torpaq sahələrinin sərhədləri ayrılır, torpağa mülkiyyət və ya torpaqdan istifadə hüququna dair müəyyən edilmiş formada sənədlər (nümunələri əlavə olunur) hazırlanır və 10 gün müddətində səlahiyyətli dövlət orqanlarında qeydiyyatdan keçirilir və həmin sənədlər müvafiq şəxslərə verilir. 21 aprel 2006-cı il tarixli 100-İİİQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 6, maddə 478) ilə 12-ci maddədə, beşinci hissədə "torpaq üzərində mülkiyyət və torpaqdan daimi istifadə hüququna dair dövlət aktlarının ... sözləri "torpaq üzərində hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların ...” sözləri ilə əvəz edilmişdir.
31. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır.
APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ
32. İddiaçıların apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayəti mümkündür, lakin əsaslı deyil, ona görə də apellyasiya şikayəti uğurlu olmayacaqdır.
33. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.
34. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.
35. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
36. Birinci instansiya məhkəməsi iddianı təmin etməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
37. Məhkəmə kollegiyası tərəfindən aparılan araşdırma zamanı müəyyən edildi ki, Ş.Rustaveli adına kolxozun AİK-nın xx.xx.2000-ci il tarixli 3 saylı protokoluna əsasən, Ş.Rustaveli adına kolxoz üzrə torpaq payı almaq hüququ olan subyektlərin ümumi siyahısı təsdiq edilmiş, 5 №-li püşk üzrə baş sxem üzrə П hissədə Qımırlı kəndinə bitişik olan Xələftala kəndi ərazisindən 72, 84, 69, 65a və 67 №-li konturlar üzrə şimaldan cənuba doğru olmaqla bölgünün aparılması qərara alınmışdır. Qax Rayon Aqrar İslahat Komissiyasının xx.xx.2000-ci il tarixli, 07 saylı qərarından görünür ki, Ş.Rustaveli adına kolxozun AİK-nın xx.xx.2000-ci il tarixli 3 saylı protokolu və Qaxingiloy kəndində kompleks yerquruluşu işlərinin aparılmasına dair tərtib olunmuş layihə təsdiq edilmişdir. Kod 40309088, JN-026F saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə əsasən, Qax Rayon Aqrar İslahat Komissiyasının xx.xx.2000-ci il tarixli, 07 saylı qərarı əsasında 0.29 ha torpaq sahəsi X6 və X4 mülkiyyətinə verilmişdir. Cavabdeh tərəfindən təqdim edilmiş İddiaçı1 və İddiaçı2 barəsində tərtib edilmiş subyektlər siyahısından (DBF) görünür ki, ayrılmış torpaq sahəsi olaraq 0.30 ha qeyd edilmişdir. Kod 40309088, JN-016F saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə əsasən, Qax Rayon Aqrar İslahat Komissiyasının xx.xx.2000-ci il tarixli, 07 saylı qərarı əsasında 0.12 ha torpaq sahəsi İddiaçı1 və İddiaçı2 mülkiyyətinə verilmişdir. Cavabdeh tərəfindən təqdim edilmiş iddiaçılar barəsində tərtib edilmiş subyektlər siyahısından (DBF) görünür ki, ayrılmış torpaq sahəsi olaraq 0.12 ha qeyd edilmişdir. Qax Rayon Dövlət Arxivinin xx.xx.2020-ci il tarixli, 2041 nömrəli Qax rayonu Qaxingiloy kənd ƏİN-nin Xələftala kəndi üzrə təsərrüfatbaşına kitabdan 1996-2000-ci illər üzrə çıxarışa əsasən, İddiaçı1 və İddiaçı2 təsərrüfatının xüsusi mülkiyyətində olan torpaq sahəsi 0.12 ha qeyd edilmişdir.
38. İddiaçıların apellyasiya şikayətinin mübahisələndirilən və istifadələrində olan pay torpaq sahəsi ilə üçüncü şəxslərə məxsus 0,29 ha həyətyanı torpaq sahəsinə verilən JN- 026F saylı şəhadətnaməinin koordinatlarının onlara məxsus pay torpaq sahəsinin hansı hissəsinə düşdüyünü müəyyən etmək üçün ekspertiza təyin etmək barədə dəlillərinə münasibət bildirən məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarından göründüyü kimi, JN-016F saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədən başqa iddiaçıların mülkiyyətinə hər hansı torpaq sahəsi verilməmişdir. Sözügedən şəhadətnamədə isə iddiaçıların adına Qax Rayon Aqrar İslahat Komissiyasının xx.xx.2000-ci il tarixli, 07 saylı qərarı əsasında 0.12 ha torpaq sahəsi ayrılması öz əksini tapmışdır. İddiaçıların faktiki istifadələrində olan torpaq sahəsinə dair hər hansı sənədləri olmadığından, mübahisələndirilən JN-026F kod 40309088 nömrəli şəhadətnamənin iddiaçılara məxsus, JN-016F saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə ilə üst-üstə düşübdüşməməsinin öyrənilməsi məqsədilə birinci instansiya məhkəməsi tərəfindən cavabdeh orqana sorğu verilmişdir. Cavabdeh orqan tərəfindən mütəxəssis rəyinin verilməsi üçün smeta xərci tərtib edilərək məhkəməyə təqdim edilmiş və məhkəmə tərəfindən mütəxəssis rəyinin əldə edilməsi üçün smeta xərcinin ödənilməsi iddiaçılara təklif edilmişdir. İddiaçılar həmin xərcin ödənilməsindən imtina edərək bildirmişlər ki, JN-026F kod 40309088 nömrəli şəhadətnamə ilə JN-016F saylı şəhadətnamə üst-üstə düşə bilməz. JN-016F saylı şəhadətnamə qeyd olunmuş torpaq sahəsi tamamilə başqa ərazidə yerləşir. JN-026F kod 40309088 nömrəli şəhadətnamə pay torpaqları kateqoriyasına aid sahədən tərtib edilib və həmin torpaq sahəsi onların sahibliyində və istifadələrində olan torpaq sahələri ilə üst-üstə düşür. Odur ki, JN-026F kod 40309088 nömrəli şəhadətnamənin özlərinin sahibliyində və istifadələrində olan torpaq sahəsi ilə üst-üstə düşməsi ilə bağlı mütəxəssis qarşısında suaların qoyulmasını xahiş etmişlər.
39. İddiaçıların sahibliyində və istifadələrində olan torpaq sahəsinə dair hər hansı hüquqmüəyyənedici sənədləri olmadığından və cavabdeh orqanın təqdim etdiyi məlumatlara əsasən Qax rayonu Xələftala kəndində yerləşən əkin torpaq sahələrinə aid subyektlər siyahısı ilə iddiaçılara torpaq sahəsinin ayrılması müəyyən edilmədiyindən, JN- 026F kod 40309088 nömrəli şəhadətnamənin iddiaçıların faktiki sahibliyində və istifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşüb-düşməməsi yoxlanılmamışdır. Belə ki, hər hansı hüquqmüəyyənedici sənəd olmadan JN-026F kod 40309088 nömrəli şəhadətnamə ilə üçüncü şəxslərin mülkiyyətinə verilmiş torpaq sahəsindən iddiaçıların faktiki istifadə və sahiblik etməsi onlar tərəfindən həmin torpaq sahəsinin zəbt olunması deməkdir və bu zaman hər hansı üst-üstə düşmədən söhbət gedə bilməz. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, sözügedən torpaq sahəsinin iddiaçılara məxsus olmasına dair yuxarıda qeyd edildiyi kimi hər hansı hüquqmüəyyənedici sənəd mövcud deyil, mövcud olan JN-016F saylı şəhadətnamədə qeyd edilmiş torpaq sahəsinin isə tamamilə başqa ərazidə yerləşməklə JN-026F kod 40309088 nömrəli şəhadətnamə ilə üstüstə düşməməsini iddiaçılar özləri də etiraf edirlər.
40. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçılar izahatlarında bildirdilər ki, birinci instansiya məhkəməsinin iclasında verdikləri izahatı müdafiə edirlər. Belə ki, onlar JN-026F kod 40309088 nömrəli şəhadətnamə ilə JN-016F saylı şəhadətnamənin üst-üstə düşüb-düşməməsini mübahisələndirmirlər. Belə ki, 0.29 ha torpaq sahəsi iddiaçıların istifadəsində olduğundan, həmin torpaq sahəsinin onlara verilməsi barədə hər hansı hüquqmüəyyənedici sənədlərinin olmamasına baxmayaraq, onların mülkiyyətinə verilməsini xahiş edirlər.
41. Birinci instansiya məhkməsi haqlı olaraq qeyd etmişdir ki, hazırkı iş üzrə iddia tələbi “öhdəliyin icrası haqqında” iddia növünə aid olduğundan iddiaçı tələbində qeyd etdiyi öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi daşıyır. Belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür. Hazırkı işdə cavabdeh, mübahisələndirilən şəhadətnamənin ləğv edilməsindən imtinanı zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etsə də, iddiaçılar həmin şəhadətnamənin ləğvi üçün zəruri olan şərtləri sübut edə bilməmişlər.
42. Yuxarıda qeyd olunan işin hallarını, aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, JN-026F kod 40309088 nömrəli şəhadətnamənin ləğvi üçün əsaslar olmadığından, cavabdehin iddiaçının müraciətini təmin etməkdən imtinası qanunvericiliyin tələblərinə uyğun olduğundan, birinci instansiya məhkəməsi gəldiyi nəticədə haqlı olmuşdur. Odur ki, iddiaçıların apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilməməlidir.
43. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRАRА АLDİ:
İddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 28 oktyabr 2022-ci il tarixli 2-1(116)-1764/2022 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.