Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-428/2023 18.09.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və X2 ibarət tərkibdə, Atababayev Faiq Gülağa oğlunun katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı “Şəki rayonu Baş Göynük kəndində yerləşən, əvvəllər mərhum atası X3 istifadəsində olmuş, hazırda isə özünün istifadəsində olan 30 ha yay otlaq sahəsinin uzunmüddətli icarəsinə verilməsi barədə qərar qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 26 aprel 2023-cü il tarixli 2-1(116)-462/2023 nömrəli qərarından iş üzrə İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı Cavabdehnə qarşı birinci instansiya məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək “inzibati orqanın üzərinə onun xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi öhdəliyinin qoyulması barədə qərar qəbul edilməsi”ni xahiş etmişdir.
2. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı tələbini dəqiqləşdirərək “Şəki rayonu Baş Göynük kəndində yerləşən əvvəllər mərhum atası X3 istifadəsində olmuş, hazırda isə özünün istifadəsində olan 300 ha yay otlaq sahəsinin uzunmüddətli icarəsinə verilməsi barədə qərar qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
3. Birinci instansiya məhkəməsinin xx.xx.2023-cü il tarixli iclas protokolunun qərardadı ilə iddianın dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir.
4. İddia ərizəsinin əsaslarına görə, iddiaçının mərhum atası X4 Cavabdeh başçısının xx.xx.2003-cü tarixli 1/08 saylı sərəncamına əsasən rayonun 6 saylı “Dal qozlu” otlaq sahəsinin 300 ha hissəsi icarəyə verilmişdir. Atası vəfat etdikdən sonra həmin təsərrüfatı iddiaçı idarə etmiş, sözügedən torpaq sahəsinin icarəsinə verilməsi üçün cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. Buna görə də hazırkı inzibati mübahisə yaranmışdır.
5. Cavabdeh iddia tələbinə münasibətində qeyd etmişdir ki, iddiaçının atası Fərrux Rəsulova heyvandarlığın inkişafı məqsədilə Cavabdeh başçısının xx.xx.2003-cü il tarixli, 1/08 saylı sərəncamı ilə Şəki rayonunun inzibati ərazisində yerləşən 6 saylı “Dal Qozlu” adlı qış otlağından 300 hektar və “Böyük Gorlu” adlı yay otlağından 300 hektar otlaq sahəsi 15 il müddətinə icarəyə verilmişdir. Fərrux Rəsulovun ölümündən sonra onun heyvandarlıq təsərrüfatını oğlu İddiaçı idarə edir və həmin qış və yay otlaqları da hazırda da onun istifadəsindədir.
6. İddiaçı xx.xx.2020-ci il tarixli ərizə ilə Cavabdehnə müraciət edərək istifadəsində olan qış və yay otlaqlarının icarə müddəti bitdiyi üçün icarə müddətinin uzadılmasını və icarə müqaviləsinin onunla bağlanılmasını xahiş etmişdir.
7. İddiaçı ərizəsi əsasında şəhər icra hakimiyyətinə dəvət edilmiş və ona bildirilmişdir ki, müraciətinə baxılması üçün “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun 10-1-ci maddəsinə əsasən tələb olunan sənədlərin ərizəyə əlavə edilməsi zəruridir.
8. İddiaçı tərəfindən həmin sənədlər təqdim edildikdən sonra onun müraciətinə baxılmış və ona “Dal Qozlu” adlı qış otlağından 300 hektar qış otlağı, “Böyük Gorlu” adlı yay otlağından 300 hektar yay otlağı verilməsinə rəy verilməsi və həmin sahələrin yerquruluşu planının hazırlanılması üçün Cavabdeh başçısının xx.xx.2021-ci il tarixli, 1/132 saylı və xx.xx.2021-ci il tarixli, 1/474 saylı məktubları ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi cənab Mətin Eynullayevə müraciət edilmişdir. Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən sözügedən sənədlərin indiyədək Cavabdehnə təqdim edilməməsi səbəbli İddiaçı istifadəsində olan otlaq sahələrinin icarə müddətinin uzadılmasına dair icarə müqaviləsi bağlanılmamışdır. Həmin torpaqlardan hazırda da İddiaçı istifadə edir və ona şəhər icra hakimiyyəti tərəfindən heç bir maneçilik yaradılmır.
9. Əmlak Məsələləri Dövlət Xidmətinin Şəki Ərazi Şöbəsinin mütəxəssisləri tərəfindən yerlərdə icarədarların torpaqlardan istifadə vəziyyətinə nəzarət məqsədilə keçirdikləri baxış zamanı, İddiaçı istifadəsində olan qış otlağının 3%-dən çox hissəsində əkin apardığı müəyyən edilmiş, onun barəsində inzibati xəta haqqında protokol tərtib edilərək Əmlak Məsələləri Dövlət Xidmətinə göndərilmişdir. Əmlak Məsələləri Dövlət Xidməti Cavabdehnə ünvanladığı xx.xx.2022-ci il tarixli, **********18 nömrəli məktubunda İddiaçı istifadəsində olan qış otlağından təyinatından kənar istifadə olunmasının qarşısının alınması xahiş edilmişdir. Cavabdeh xx.xx.2022-ci il tarixli 4/849 saylı məktubla İddiaçı yol verdiyi inzibati xətaya görə xəbərdarlıq edilməklə istifadəsində olan dövlət fondu torpaqlarından ancaq təyinatı üzrə səmərəli istifadə etməyini, münbitliyinin qorunmasını və mühafizəsinin təmin edilməsini tövsiyə etmişdir.
10. Odur ki, İddiaçı iddiasını əsasız hesab edir, onun istifadəsində olan yay və qış otlaq sahələrinin icarə müddətinin uzadılması məsələsinə Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən rəy və yerquruluşu planı daxil olduqdan sonra baxılacağı bildirilmişdir.
11. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir.
12. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən cavabdehin nümayəndələri iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişlər. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
13. Şəki İnzibati Məhkəməsinin (hakim Vüqar Musayev) 26 aprel 2023-cü il tarixli 2- 1(116)-462/2023 nömrəli qərarı ilə iddia tələbi təmin edilməmişdir.
14. İddiaçı həmin qərardan apellyasiya şikayəti vermişdir.
15. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli iclasında iddiaçı iddia tələbinin dəyişdirilməsi barədə ərizə təqdim edərək İddiaçı Cavabdehnə qarşı “Şəki rayonu Baş Göynük kəndində yerləşən, əvvəllər mərhum atası X3 istifadəsində olmuş, hazırda isə özünün istifadəsində olan 30 ha yay otlaq sahəsinin uzunmüddətli icarəsinə verilməsi barədə qərar qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etdi.
16. Məhkəmə kollegiyasının həmin tarixli qərardadı ilə ərizə icraata qəbul edilmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ
17. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iş materiallarından göründüyü kimi hazırkı tələblə məhkəməyə müraciət etməkdə iddiaçının hüquqi marağı cavabdeh tərəfindən Şəki rayonu Baş Göynük kəndində yerləşən, istifadəsində olan 300 ha yay otlaq sahəsinin uzunmüddətli icarəsinə verilməsi barədə qərar qəbul edilməsinə nail olmaqdır. Qərardadın əsaslandırma hissəsində qeyd edilmişdir ki, "Torpaq icarəsi haqqında“ Qanunun 10-1.2-ci maddəsi ərizəçinin təqdim etməli olduğu sənədlərin siyahısı və 10-1.3.1-ci maddəsində ərizəyə əlavə edilmiş sənədlərdə icarə müqaviləsinin bağlanmasından imtinaya səbəb olan çatışmazlıqlar aşkar etdikdə inzibati orqanın torpaq sahəsinin icarəyə verilməsindən imtina edilməsi barədə inzibati akt qəbul etməli olduğu imperaliv qaydada müəyyən edilmişdir. Odur ki, torpaq sahəsindən istifadənin iqtisadi əsaslandırılmanın təqdim edilmədiyi halda cavabdeh orqanın həmin çatışmazlığı aradan qaldırmadan iddiaçı barəsində müsbət rəy verərək icarə müqaviləsinin bağlanmasına razılıq alınması üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə göndərməsi mahiyyət etibarilə əsassız olmuşdur. Yəni, müvafiq iqtisadi əsaslandırılmanın təqdim edilməməsi torpaq sahəsinin icarəyə verilməsindən imtina edilməsi üçün birbaşa əsas yaradır. Məhkəmənin sorğusu ilə müəyyən edilmişdir ki Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti iddia olunan 300 ha yay otlaq sahəsinə dair iddiaçı ilə uzunmüddətli icarə müqaviləsinin bağlanmasına razılıq verməmişdir. Odıır ki, məhkəmə hesab edir ki, iddiaçı ilə uzunmüddətli icarə müqaviləsinin bağlanmasından imtina üçün hüquqi əsaslar mövcud olmuşdur. Qeyd etmişdir ki, onun tələbi yay otlaq sahəsi ilə bağlı deyil, iddia tələbi yay və qış otlaq sahələri ilə bağlı olmuşdur. Məhkəmə proses iştirakçısı olaraq ona yardım etməyə borclu olduğu halda əksinə onun hüquqi marağını nəzərə almadan yay və qış otlaq sahəsi əvəzinə yay otlaq sahəsi barədə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəyə imza etdirməklə onun hüquqi marağını nəzərə almadan marağının xaricində sorğular vermiş və ziyanına qərar qəbul etmişdir. Onu da qeyd etmişdir ki, qərardan da göründüyü kimi cavabdeh iddia tələbinə münasibətində qeyd etmişdir ki, iddiaçının atası Fərrux Rəsulova heyvandarlığın inkişafı məqsədilə Cavabdeh başçısının xx.xx.2003-cü il tarixli 1/08 saylı sərəncamı ilə Şəki rayonunun inzibati ərazisində yerləşən 6 saylı “Dal Qozlu” adlı qız otlağından 300 ha və “Böyük Gorlu” adlı yay otlağından 300 ha otlaq sahəsi 15 il müddətinə icarəyə verilmişdir. Fərrux Rəsulovun ölümündən sonra onun heyvandarlıq təsərrüfatını oğlu İddiaçı idarə edir və həmin qız və yay otlaqları da hazırda onun istifadəsindədir. İddiaçı xx.xx.2020-ci il tarixli ərizə ilə Cavabdehnə müraciət edərək istifadəsində olan qız və yay otlaqlarının icarə müddəti bitdiyi üçün icarə müddətinin uzadılmasını və icarə müqaviləsinin onun bağlanılmasını xahiş etmişdir. O da bildirilmişdir ki, İddiaçı tərəfindən həmin sənədlər təqdim edildikdən sonra onun müraciətinə baxılmış və ona "Dal Qozlu” adlı qış otlağından 300 hektar qış otlağı, “Böyük Gorlu” adlı yay otlağından 300 hektar yay otlağı verilməsinə rəy verilməsi və həmin sahələrin yerquruluşu planının hazırlanması üçün Cavabdeh başçısının xx.xx.2021ci il tarixli, 1/132 saylı və xx.xx.2021-ci il tarixli 1/474 saylı məktubları ilə Əmlak Məsələləri Dövlət Xidmətinin rəisinə müraciət edilmişdir. Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən sözügedən sənədlərin indiyədək Cavabdehnə təqdim edilməməsi səbəbli İddiaçı istifadəsində olan otlaq sahələrinin icarə müddətinin uzadılmasına dair icarə müqaviləsi bağlanılmamışdır. Həmin torpaqlardan hazırda da İddiaçı istifadə edir və ona şəhər icra hakimiyyəti tərəfindən heç bir maneçilik yaradılmır. Əmlak Məsələləri Dövlət Xidmətinin Şəki Ərazi Şöbəsinin mütəxəssisləri tərəfində yerlərdə icarədarların torpaqlardan istifadə vəziyyətinə nəzarət məqsədilə keçirdikləri baxış zamanı İddiaçı istifadəsində olan qız otlağının 3%-dən çox hissəsində əkin apardığı müəyyən edilmiş, onun barəsində inzibati xəta haqqında protokol tərtib edilərək Əmlak Məsələləri Dövlət Xidmətinə göndərilmişdir. Əmlak Məsələləri Dövlət Xidməti Cavabdehnə ünvanladığı xx.xx.2022-ci il tarixli **********18 nömrəli məktubunda İddiaçı istifadəsində olan qış otlağından təyinatından kənar istifadə olunmasının qarşısının alınması xahiş edilmişdir. Cavabdeh xx.xx.2022-ci il tarixli 4/849 saylı məktubla İddiaçı yol verdiyi inzibati xətaya görə xəbərdarlıq edilməklə istifadəsində olan dövlət fondu torpaqlarından ancaq təyinatı üzrə səmərəli istifadə etməyini, münbitliyinin qorunmasını və mühafizəsinin təmin edilməsini tövsiyə etmişdir. Qərarda qeyd olunmuş Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2022-ci il tarixli **********18 nömrəli məktubundan məlum olur ki, Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 28 noyabr tarixli 421 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Torpaqlardan istifadəyə və onların mühafizəsinə Dövlət nəzarəti haqqında Əsasnamə”nin tələblərinə əsasən Əmlak Məsələləri Dövlət Xidmətinin Şəki Ərazi Şöbəsinin işçiləri tərəfindən Şəki rayonu Baş Göynük kəndi ərazisində növbəti monitorinq keçirilən zaman İddiaçı tərəfindən 6 saylı “Dal Qozlu” qış otlaq sahəsindən heyvandarlığın inkişafı üçün icarəsinə verilmiş kənd təsərrüfatı təyinatlı 300 ha qış otlaq sahəsinin 3 faizdən artıq hissəsində əkin işlərinin aparılması halı müəyyən edilmişdir. İş materiallarında olan sənədlərdən də göründüyü kimi hazırkı tələblə məhkəməyə müraciət etməkdə iddiaçının hüquqi marağı cavabdeh tərəfindən Şəki rayonu Baş Göynük kəndində yerləşən, istifadəsində olan 300 ha yay otlaq sahəsinin uzunmüddətli icarəsinə verilməsi barədə olmamış, iddiaçının tələbi “Şəki rayonu Baş Göynük kəndində yerləşən əvvəllər mərhum atası X3 istifadəsində olmuş, atası rəhmətə getdiyi 2005-ci il tarixindən bu günə kimi özünün istifadəsində olan 300 ha qış və yay otlaq sahələrinin uzunmüddətli icarəsinə verilməsi barədə qərar qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə olmuşdur. Məhkəmənin qərarında atası Fərrux Rəsulova heyvandarlığın inkişafı məqsədilə Cavabdeh başçısının xx.xx.2003-cü il tarixli 1/08 saylı sərəncamı ilə Şəki rayonunun inzibati ərazisində yerləşən 6 saylı “Dal Qozlu” adlı qız otlağından 300 ha və “Böyük Gorlu” adlı yay otlağından 300 ha otlaq sahəsi 15 il müddətinə icarəyə verilməsi qeyd edilsə də Fərrux Rəsulovun neçənci ildə ölməsi belə araşdırılmamışdır. İddia olunan torpaq sahəsinin dövlət mülkiyyətində olması mübahisələndirilmir. Ona görə də apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 26 aprel 2023-cü il tarixli 2-1(116)-462/2023 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin araşdırılması üçün yenidən Şəki İnzibati Məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
TƏRƏFLƏRİN İZAHATLARİ
18. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı izahatında bildirdi ki, o, birinci instansiya məhkəməsinə 30 ha qış otlaq sahəsinə dair müraciət etmişdir. Həmin 30 ha torpaq sahəsi Cavabdeh sərəncamı ilə Asim Əsədova icarəyə verilmişdir. Hazırda da onun istifadəsindədir. Ona görə də apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 26 aprel 2023-cü il tarixli 2-1(116)-462/2023 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin araşdırılması üçün yenidən Şəki İnzibati Məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etdi.
19. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən Nümayəndə2 izahatında bildirdi ki, 2003-cü ildə 15 il müddətinə iddiaçının mərhum atası X4 300 ha “Dal Qozlu” adlı qış otlağından və 300 ha “Böyük Gorlu” adlı yay otlağından torpaq sahəsi icarəyə verilmişdir. İcarə müddəti bitmiş və həmin müddətdə də iddiaçının atası vəfat etmişdir. Varisi kimi İddiaçı 2022-ci il tarixdə müraciət etmişdir. İddiaçının tələb etdiyi 30 ha torpaq sahəsi xx.xx.2023-cü il tarixli X1 icarəyə verilmişdir. Ona görə də apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 26 aprel 2023-cü il tarixli 2-1(116)- 462/2023 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
20. İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə kollegiyasının araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilir. - cavabdehin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, hazırkı iddia tələbi ilə məhkəməyə müraciət edilməzdən əvvəl iddiaçı tərəfindən analoji tələblə cavabdeh orqana müraciət edilmiş, lakin cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. - JN-4509 nömrəli “Torpaqdan müvəqqəti istifadə hüququna dair” Şəhadətnamədən görünür ki, Şəki rayon İcra Hakimiyyəti başçısının xx.xx.2003-cü il tarixli 1/08 saylı sərəncamı və xx.xx.2003-cü il tarixli 27 saylı icarə müqaviləsi ilə X4 Şəki rayon 6 saylı “Dal qozlu” qış otlaq sahəsindən heyvandarlığın inkişafı üçün 15 il müddətinə 300 ha kənd təsərrüfatında istifadə edilməyən torpaq sahəsi müvəqqəti istifadə üçün verilmişdir. - cavabdehin xx.xx.2021-ci il tarixli 1/133 nömrəli məktubdan görünür ki, Şəki rayonu Baş Göynük kənd sakini İddiaçı Cavabdeh başçısının xx.xx.2003-cü il tarixli 1/08 nömrəli sərəncamı ilə rayonun inzibati sərhəddi daxilində yerləşən “Qabaq Qozlu” adlı qış otlağından ona icarəyə verilmiş 300 hektar otlaq sahəsi icarə müddətinin uzadılması ilə bağlı müraciəti baxılaraq və onunla bağlanılmış icarə müqaviləsinin müddətinin uzadılması məqsədəmüvafiq hesab edilmiş və Əmlak Məsələləri Dövlət Xidmətinə həmin torpaq sahələri üçün uzun müddətli icarə müqaviləsi bağlanılmasına razılıq bildirməsi xahiş olunmuşdur. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2022-ci il tarixli **********18 nömrəli məktubundan görünür ki, Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 28 noyabr tarixli 421 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Torpaqlardan istifadəyə və onların mühafizəsinə Dövlət nəzarəti haqqında Əsasnamə”nin tələblərinə əsasən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Şəki ərazi şöbəsinin işçiləri tərəfindən Şəki rayonunun Baş Göynük kəndi ərazisində növbəti monitorinq keçirilən zaman vətəndaş İddiaçı tərəfindən 6 saylı “Dal qozlu” qış otlaq sahəsindən heyvandarlığın inkişafı üçün icarəsinə verilmiş kənd təsərrüfatı təyinatlı 300,0 hektar qış otlaq sahəsinin 3 faizdən artıq hissəsində əkin işlərinin aparılması halı müəyyən edilmişdir. Bununla da həmin halın baş verməsi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsində göstərilən inzibati xətaya yol verilməsi ilə nəticələndiyindən İddiaçı barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Göstərilənləri və mövcud qanunvericiliyin tələblərini nəzərə alaraq, sözügedən torpaq sahəsinin təyinatı üzrə istifadə olunmasına nəzarətin həyata keçirilməsi ilə bağlı səlahiyyətlərinizə aid müvafiq tədbirlərin görülməsini və nəticəsi barədə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmİak Məsələləri Dövlət Xidmətinə məlumat verilməsi xahiş edilmişdir. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2023-cü il tarixli 3-21-3/2-1919/2023 nömrəli məktubundan görünür ki, iddia olunan 300 ha yay otlaq sahəsinin istifadəsi barədə vətəndaş İddiaçı ilə uzunmüddətli icarə müqaviləsinin bağlanmasına Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən razılıq verilməmişdir. - “AZEMİS” və internet vergi idarəsi məlumatlarından çıxarışdan görünür ki, iddiaçı əsas fəaliyyət növü “heyvandarlıqla əlaqəli bitkiçilik” olmaqla xx.xx.2005-ci il tarixdən, hüquqi və faktiki ünvanı Şəki rayonu Baş Göynük kəndi olmaqla, vergi ödəyicisi kimi (VÖEN **********) 11 saylı Ərazi Vergilər Baş İdarəsində qeydiyyatdadır. - 11 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, iddiaçının dövlət torpaq sahələrinin icarəsi üzrə vərəqəsində xx.xx.2022-ci il tarixə borcu yoxdur. - Cavabdeh başçısının xx.xx.2022-ci il tarixli 62 nömrəli Sərəncamı ilə Şəki rayonu Çeşməli kənd sakini X6 Şəki rayonunun inzibati ərazisində yerləşən, “Quru Dərə” adlanan dövlət fondu qış otlağının Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2012-ci il tarixli 164s nömrəli sərəncamı ilə əkin dövriyyəsinə cəlb edilmiş hissəsindən 30 ha əkin torpaq sahəsi 5 (beş) il müddətinə icarəyə verilmişdir. - xx.xx.2022-ci il tarixli 04 nömrəli icarə müqaviləsinə əsasən, Cavabdeh başçısının xx.xx.2022-ci il tarixli 62 nömrəli Sərəncamı əsasında 30 ha torpaq sahəsi 5 (beş) il müddətinə X6 istifadəyə verilmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
21. İnzibati Prosessual Məcəllə: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 12.3. Məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar. Maddə 12.4. Proses iştirakçıları tərəfindən hər hansı sübutun məhv edilməsi və ya gizlədilməsi yaxud hər hansı başqa üsulla həmin sübutun araşdırılmasına maneçilik törədilməsi qadağandır. Belə halların baş verdiyi təqdirdə, məhkəmə konkret işlə bağlı bütün xüsusiyyətləri nəzərə alaraq sübut etmə vəzifəsinin dönüşü haqqında qərardad qəbul edə bilər. Maddə 13. Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Maddə 48.1. Sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. Maddə 48.2. İnzibati məhkəmə icraatının iştirakçıları yazılı vəsatətlərini, etirazlarını, izahatlarını və bunlarla əlaqədar sənədləri məhkəmə baxışı başlayana qədər təqdim etməyə borcludurlar. Sədrlik edən hakim bu məqsədlə müddət təyin edə bilər. Məhkəmə xidməti vəzifəsinə görə həmin sənədlərin surətlərini prosesin digər iştirakçılarına göndərir. Maddə 48.3. Yazılı vəsatətlərə, etirazlara, izahatlara onlarda istinad olunan sənədlərin əsli və ya surəti tam və ya çıxarışlar şəklində əlavə edilməlidir. Həmin sənədlər qarşı tərəfə məlum olduğu və ya həcmcə çox böyük olduğu hallarda, onların əlamətlərini dəqiq göstərməklə, qarşı tərəfin həmin sənədlərlə məhkəmədə tanış olmasının mümkünlüyünü qeyd etmək kifayətdir. Maddə 80.1. Barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Maddə 82. Apellyаsiyа instаnsiyаsı məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə bаxır. Apellyаsiyа instаnsiyаsı məhkəməsi həmçinin, bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
22. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarı: 2.3-cü bəndinə əsasən, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 3.1-ci bəndinə əsasən, inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. 3.2-ci bəndinə əsasən, İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. 3.3-cü bəndinə əsasən, yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 3.4-cü bəndinə əsasən, birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. 4.2-ci bəndinə əsasən, hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. 5.1-ci bəndinə əsasən, iddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. 6.1-ci bəndinə əsasən, iddianın mümkünlüyü baxımından hüququn pozulubpozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2-ci bəndinə əsasən, iddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. 8.1-ci bəndinə əsasən, iddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. 8.2-ci bəndinə əsasən, bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. 8.3-cü bəndinə əsasən, buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. 8.5-ci bəndinə əsasən, iddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır. 16.1-ci bəndinə əsasən iddianın mümkünlüyünə dair şərtlərə, həmçinin iddianın lazımı qaydada qaldırılması da aiddir. 16.2-ci bəndinə əsasən iddia ərizəsi İPM-in 46.1-ci maddəsində təsbit edilmiş formal tələblərə cavab verməlidir. 16.3-cü bəndinə əsasən həmin normada nəzərdə tutulmuş iddia ərizəsinin məzmununa dair tələblər - ərizənin verildiyi məhkəmənin adı; iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları; iddiaçının (ərizəçinin) tələbi - imperativ xarakter daşıyır və verilmiş ərizələrdə bunlar göstərilməlidir. 16.4-cü bəndinə əsasən İPM-in 46.3-cü maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. 16.6-cı bəndinə əsasən iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ
23. Apellyasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də şikayət mümkün hesab edilmişdir. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
24. İddiaçının apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayəti mümkündür və qismən əsaslıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Şəki İnzibati Məhkəməsinin 26 aprel 2023-cü il tarixli 2-1(116)-462/2023 nömrəli qərarı ləğv edilərək, iddia tələbi mümkün sayılmamalıdır.
25. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi İPM-in 13-cü maddəsinə əsasən iddiaçının hüquqi marağının nədən ibarət olması barədə ona yardım göstərməmiş, iddianın mümkünlüyü məsələsini və mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmamışdır.
26. Belə ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməyərək mövqeyini onunla əsaslandırmışdır ki, torpaq sahəsindən istifadənin iqtisadi əsaslandırılmanın təqdim edilmədiyi halda cavabdeh orqanın həmin çatışmazlığı aradan qaldırmadan iddiaçı barəsində müsbət rəy verərək icarə müqaviləsinin bağlanmasına razılıq alınması üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə göndərməsi mahiyyət etibarilə əsassız olmuşdur. Yəni, müvafiq iqtisadi əsaslandırılmanın təqdim edilməməsi torpaq sahəsinin icarəyə verilməsindən imtina edilməsi üçün birbaşa əsas yaradır. Məhkəmənin sorğusu ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti iddia olunan 300 ha yay otlaq sahəsinə dair iddiaçı ilə uzunmüddətli icarə müqaviləsinin bağlanmasına razılıq verməmişdir. Odur ki, məhkəmə hesab edir ki, iddiaçı ilə uzunmüddətli icarə müqaviləsinin bağlanmasından imtina üçün hüquqi əsaslar mövcud olmuşdur.
27. Lakin məhkəmə kollegiyası tərəfindən aparılan araşdırma zamanı, eyni zamanda tərəflərin məhkəmə kollegiyasının iclasında verdikləri izahatlarla müəyyən edildi ki, Cavabdeh başçısının xx.xx.2022-ci il tarixli 62 nömrəli Sərəncamı ilə Şəki rayonu Çeşməli kənd sakini X6 Şəki rayonunun inzibati ərazisində yerləşən, “Quru Dərə” adlanan dövlət fondu qış otlağının Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2012-ci il tarixli 164s nömrəli sərəncamı ilə əkin dövriyyəsinə cəlb edilmiş hissəsindən 30 ha əkin torpaq sahəsi 5 (beş) il müddətinə icarəyə verilmişdir. xx.xx.2022-ci il tarixli 04 nömrəli icarə müqaviləsinə əsasən, Cavabdeh başçısının xx.xx.2022-ci il tarixli 62 nömrəli Sərəncamı əsasında 30 ha torpaq sahəsi 5 (beş) il müddətinə X6 istifadəyə verilmişdir. Hazırda da torpaq sahəsi X5 istifadəsindədir.
28. Bundan başqa iddiaçı izahatında bildirdi ki, o, birinci instansiya məhkəməsinə 30 ha qış otlaq sahəsinə dair müraciət etmişdir. Lakin birinci instansiya məhkəməsi tərəfindən Şəki rayonu Baş Göynük kəndində yerləşən, əvvəllər mərhum atası X3 istifadəsində olmuş, hazırda isə özünün istifadəsində olan 300 ha yay otlaq sahəsinin uzunmüddətli icarəsinə verilməsi barədə qərar qəbul edilməsi tələbinə baxılmışdır. Ona görə də iddiaçı iddia tələbini dəyişdirərək “Şəki rayonu Baş Göynük kəndində yerləşən, əvvəllər mərhum atası X3 istifadəsində olmuş, hazırda isə özünün istifadəsində olan 30 ha yay otlaq sahəsinin uzunmüddətli icarəsinə verilməsi barədə qərar qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
29. Göründüyü kimi, iddiaçının tələb etdiyi 30 ha torpaq sahəsi Cavabdeh başçısının xx.xx.2022-ci il tarixli 62 nömrəli Sərəncamı ilə Şəki rayonu Çeşməli kənd sakini X6 5 (beş) il müddətinə icarəyə verilmişdir. Torpağın icarəyə verilməsinə dair həmin sərəncam iddiaçı tərəfindən mübahisələndirilmədiyindən və hazırda da qüvvədə olduğundan hazırkı iddia tələbi mümkün sayılmamalıdır.
30. Belə ki, birinci instansiya məhkəməsi qeyd olunan işin faktiki hallarını tam araşdırmamış, iddiaçının hüquqi marağının nədən ibarət olması barədə yardım göstərməmiş və nəticə etibarilə İPM-in 12-ci, 13-cü və 48-ci maddələrinin tələblərini pozaraq inzibati iş üzrə kifayət qədər araşdırma aparmadan qərar qəbul etməkdə haqlı olmamışdır.
31. Belə ki, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılılq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olubolmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddihüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır.
32. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyət zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər.
33. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən tələb edilən 30 ha torpaq sahəsi hazırda X5 istifadəsində olduğundan və həmin torpaq sahəsinin onun istifadəsinə verilmləsinə dair Cavabdeh başçısının xx.xx.2022-ci il tarixli 62 nömrəli Sərəncamı hazırda qüvvədə olduğundan apellyasiya şikayəti qismən təmin edilməli, Şəki İnzibati Məhkəməsinin 26 aprel 2023-cü il tarixli 2-1(116)-462/2023 nömrəli qərarı ləğv edilməli, iddia tələbi mümkün sayılmamalıdır.
34. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ:
İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikаyəti qismən təmin edilsin. Şəki İnzibati Məhkəməsinin 26 aprel 2023-cü il tarixli 2-1(116)-462/2023 nömrəli qərarı ləğv edilsin. İddiaçı Cavabdehnə qarşı “Şəki rayonu Baş Göynük kəndində yerləşən, əvvəllər mərhum atası X3 istifadəsində olmuş, hazırda isə özünün istifadəsində olan 30 ha yay otlaq sahəsinin uzunmüddətli icarəsinə verilməsi barədə qərar qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan onun təqdim edildiyi gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.