Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-429/2021 02.12.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Məcidov Ələddin Tofiq oğlundan ibarət tərkibdə, Quluzadə Rahul Teyyuf oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər: X19, X6, X7) “Yevlax rayon Aqrar İslahat Komissiyasının 17.02.2006-cı il tarixli 10 nömrəli qərarı əsasında verilmiş, ünvan 1 ünvanda yerləşən 0,05 ha həyətyanı torpaq sahəsinə dair tərtib olunmuş JN-3758A saylı (kod ********) “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”yə onun, yəni İddiaçı da adının daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dаir inzibаti iş üzrə Şəki İnzibati Məhkəməsinin 23 avqust 2021-ci il tarixli, 2-1(116)-62/2021 nömrəli qərarından üçüncü şəxslər X19, X6, X7 tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə аçıq məhkəmə iclаsındа bаxаrаq, Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Yevlax rayon Aqrar İslahat Komissiyasının 17.02.2006-cı il tarixli 10 nömrəli qərarı əsasında verilmiş, ünvan 1 ünvanda yerləşən 0,05 ha həyətyanı torpaq sahəsinə dair tərtib olunmuş JN-3758A saylı (kod ********) “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”yə onun, yəni İddiaçı da adının daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində iddia tələbi belə əsaslandırmışdır ki, ünvan 2 ünvanında yerləşən yaşayış evi və torpaq sahəsi əvvəllər iddiaçının mərhum atası X14 adına dövlət qeydiyyatına alınmış, Ə.Namazov vəfat etdikdən sonra ev iddiaçının anası X8 adına keçmişdir. İddiaçının anası vəfat etdikdən sonra isə anasından qalmış mirası İddiaçı və qardaşı Firidun Namazov qəbul etmişdir. İddiaçının anasının vəfatından sonra qardaşı Firidun Namazov iddiaçının razılığı olmadan qeyd olunan ünvanda yerləşən torpaq sahəsini qanunsuz olaraq özünün və ailə üzvlərinin adına keçirmişdir. Bu barədə ona JN- 3758A nömrəli “torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” də verilmişdir. Lakin heç bir əsas olmadan iddiaçının adı həmin şəhadətnaməyə daxil edilməmişdir. İddiaçı bununla bağlı cavabdeh orqana müraciət etmiş, lakin onun müraciəti təmin edilməmişdir. Cavabdeh orqan iddiaçıya ünvanladığı 09.01.2020-ci il tarixli imtina məktubunda qeyd etmişdir ki, Əcəmi küçəsi 8 nömrəli ünvanda yerləşən həyətyanı torpaq sahəsi JN-3758A nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən X9, X1 və X2 mülkiyyətinə verilmişdir. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Yevlax rayon şöbəsi tərəfindən tərtib edilmiş JN-3758A saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədən göründüyü kimi, şəhadətnamə Yevlax rayon AİK-nın 17 fevral 2006-cı il tarixli, 10 nömrəli qərarı ilə verilmiş və həmin qərar hal-hazırda qüvvədə olmaqla tələbkara münasibətdə ləğv və ya hər hansı bir düzəlişin aparılmasına yol verilmir. Cavabdeh orqan birinci instansiya məhkəməsinə ünvanladığı 14 dekabr 2020-ci il tarixli etiraz məktubunda qeyd etmişdir ki, ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evi və torpaq sahəsi vahid daşınmaz əmlak kimi “JN-3758A KOD90101002” saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə, 26 iyul 1994-cü il tarixli 2116A qeydiyyat vəsiqəsinə əsasən 13 avqust 2015-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə hüquqların dövlət reyestrində fərdi yaşayış evi tam olaraq X9, torpaq sahəsi isə ailə üzvlərinin adına ümumbirgə mülkiyyət hüququ əsasında qeydiyyata alınmışdır. Hesab edilir ki, iddiaçının iddia tələbi əsassız və qanunsuzdur. Belə ki, iddiaçı bundan əvvəllər də oxşar “X9 və ailə üzvlərinin adına verilmiş çıxarışın ləğvinə dair” iddia tələbi ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. X30 İqtisadi Məhkəməsi 04 oktyabr 2017-ci il tarixli 2-1 (84)-1449/2017 saylı qərardadı ilə İddiaçı iddia tələbini rədd etmişdir. Eyni zamanda İddiaçı eyni məzmunlu tələblə Yevlax Rayon Məhkəməsinə müraciət etmişdir. Yevlax Rayon Məhkəməsi iddia tələbini təmin etmişdir. X23 Məhkəməsinin Mülki Kollegiyası iş üzrə cavabdeh X9 apellyasiya şikayətini qismən təmin edərək, Yevlax Rayon Məhkəməsinin qətnaməsini “13 avqust 2015-ci il tarixli ********** nömrəli qeydin etibarsız hesab edilməsinin təmin edilməsi” hissəsində ləğv edərək həmin hissədə yeni qətnamə çıxarılaraq iddia tələbinin həmin hissədə, yəni çıxarışda qeydin etibarsız hesab edilməsi hissəsində təmin etməmişdir. Yuxarıda qeyd edilənlərə əsasən cavabdeh orqan etiraz məktubunda iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş üzrə üçüncü şəxslər tərəfindən iddia tələbinə münasibətdə qeyd olunur ki, üçüncü şəxslər iddia tələbini qəbul etmir. İddia tələbi qanunsuz və əsassızdır. Belə ki, Yevlax Rayon Aqrar İslahat Komissiyasının 17 fevral 2006-cı il tarixli 10 nömrəli qərarı ilə ünvan 1 ünvanda yerləşən 0.05 ha həyətyanı torpaq sahəsi üçüncü şəxslərin mülkiyyətinə verilmişdir. Onların mülkiyyət hüququ JN 3758A saylı 90101002 kodlu torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən təsbit edilmişdir. Həmin şəhədətnamənin verilməsinə əsas Yevlax Rayon Aqrar İslahat Komissiyasının 17 fevral 2006-cı il tarixli 10 nömrəli qərarıdır. Sonuncu qərarla Respublikada torpaq islahatı gedən zaman subyektlərin, torpaqdan pay almaq hüququ olan şəxslərin siyahısı dəqiqləşdirilmişdir. Yevlax Rayon Aqrar İslahat Komissiyasının 17 fevral 2006-cı il tarixli 10 nömrəli qərarı qəbul edilərkən İddiaçı adı siyahıya salınmamışdır. Qanunvericilikdə nəzərdə tutulmuş müddət ərzində iddiaçı adının islahatın nəticələrinə uyğun olaraq siyahıya alınması üçün müraciət etməmişdir. Bununla da iddiaçı bütün hallarda tələbi iddia müddətini ötürülməklə irəli sürülmüşdür. Üçüncü şəxslər hesab edirlər ki, Respublikada torpaq islahatı gedən zaman Aqrar İslahat Komissiyasının qərarı ilə torpaqdan pay almaq hüququ olmayan şəxsin - İddiaçı adı JN3758A saylı 90101002 kodlu torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə subyektlər sırasına əlavə edilə bilməz. Hərgah, iddiaçı Aqrar İslahat Komissiyasının 17 fevral 2006-cı il tarixli 10 nömrəli qərarını mübahisələndirmək iddiasında olsa belə, həmin halda da iddia müddətini İddiaçı ötürmüşdür. İş materiallarında olan Yevlax Rayon Məhkəməsinin 19.03.2018-ci il tarixli 2(039)214/2018 nömrəli qətnaməsindən görünür ki, həmin iş üzrə iddiaçı X17 cavabdehlər DƏDRX-nin Yevlax Ərazİ İdarəsinə, X10, X3 və X5 qarşı “DƏDRX-nin RX seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi” tələbi təmin edilmiş, ünvan 2 ünvanında yerləşən torpaq sahəsinə dair ümumi sahəsi 104 kv.m, yaşayış sahəsi 80 kv.m olan mənzilin tam olaraq cavabdeh X11, bu ünvanda yerləşən 0.05 ha torpaq sahəsinin X11, X1, X4 birgə mülkiyyət olaraq adlarına qeyd edilməsinə dair 13 avqust 2015-ci il tarixli ********** nömrəli qeyd etibarsız hesab edilmişdir. Yevlax Rayon Məhkəməsinin 19.03.2018-ci il tarixli 2(039)-214/2018 nömrəli qətnaməsindən həmin iş üzrə cavabdehlər X18, X6 və X12 tərəfindən verilən apellyasiya şikayəti Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 21.11.2018-ci il tarixli, 2(107)- 2412/2018 nömrəli qətnaməsi ilə qismən təmin edilmiş, Yevlax Rayon Məhkəməsinin 19.03.2018-ci il tarixli 2(039)-214/2018 nömrəli qətnaməsi qismən, yəni ünvan 2 ünvanında yerləşən 0.05 ha torpaq sahəsinin X11, X1, X4 birgə mülkiyyət olaraq adlarına qeyd edilməsinə dair 13 avqust 2015-ci il tarixli********** nömrəli qeyd etibarsız hesab edilməsinin təmin edilməsi hissədə ləğv edilmiş, həmin hissədə yeni qətnamə çıxarılaraq iddia tələbi həmin hissədə təmin edilməmişdir. Yevlax Rayon Məhkəməsinin 19.03.2018-ci il tarixli 2(039)-214/2018 nömrəli qətnaməsi qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 21.11.2018-ci il tarixli, 2(107)2412/2018 nömrəli qətnaməsindən müəyyən olunur ki, Yevlax Rayon Məhkəməsinin 04.03.2016-cı il tarixli qətnaməsi ilə Yevlax Rayon Dövlət notariat kontoru tərəfindən verilmiş 2-B-125 reyestr nömrəli 25 iyul 1994-cü il tarixli qanun üzrə vərəsəlik haqqında şəhadətnamə etibarsız hesab edilmişdir. Qeyd olunan qətnamədən verilən apellyasiya və kassasiya şikayətləri müvafiq olaraq Şəki Apellyasi Məhkəməsinin 11.08.2016-cı ilə tarixli qətnaməsi və Ali Məhkəmənin 26.12.2016-cı il tarixli qərarı ilə təmin edilməmişdir. Şəki İnzibati Məhkəməsinin 05.02.2020-ci il tarixli 2-1(116)-544/2020 nömrəli qərardadı ilə X19, X6, X7 iş üzrə üçüncü şəxs qismində icraata cəlb edilmişlər. İş materiallarında olan RX seriyalı, ******* nömrəli, 13.08.2015-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın təsdiq edilmiş surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi tam pay olmaqla X9, 0.05 ha həyətyanı torpaq sahəsi isə ümumi birgə olmaqla X9, X1 və X2 mülkiyyətindədir. İş materiallarında olan JN-3785A nömrəli “torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin təsdiq edilmiş surətindən görünür ki, Yevlax rayon AİK-nın 17.02.2006-cı il tarixli 10 nömrəli qərarı ilə 0.05 ha həyətyanı torpaq sahəsi X9, X1 və X2 mülkiyyətinə verilmişdir. İş materiallarında olan 25.07.1994-cü il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”nin təsdiq edilmiş surətindən görünür ki, 04.03.1991-ci ildə ölmüş X13 vərəsəsi oğlu X15r. Miras əmlak ünvan 2 ünvanında yerləşən 1964-cü ildə tikilmiş ümumi sahəsi 104 kv.m, yaşayış sahəsi 80 kv.m olan üç otaqlı yaşayış evindən ibarətdir. Qeyd olunan vərəsəlik işinə əsasən 26.07.1994-cü ildə “Qeydiyyat şəhadətnaməsi” tərtib edilmiş, 2116A nömrəli reyestr kitabına 03 nömrə ilə qeydə alınmışdır. İş materiallarında olan “Yevlax şəhərində vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə aid cədvəl”in təsdiq edilmiş surətindən görünür ki, cədvəldə 3758-ci sırada iş üzrə üçüncü şəxslərin adları qeyd edilmiş, üç nəfər ailə tərkibi olmaqla qanuni istifadələrində 0.0483 ha həyətyanı torpaq sahəsinin olduğu qeyd edilmişdir. İş materiallarında olan Yevlax rayon AİK-nın 17.02.2006-cı il tarixli 10 nömrəli iclasının qərarının təsdiq edilmiş surətindən görünür ki, həmin qərarla Yevlax şəhərində vətəndaşların qanuni istifadəsində olan həyətyanı torpaq sahələrinin onların xüsusi mülkiyyətinə verilməsi qərara alınmışdır. İş materiallarında olan şəxsi hesab nömrəsi 91 olan təsərrüfatbaşına kitabından görünür ki, ünvan 2 ünvanında X19 1968ci ildən, onun arvadı Ziyafət Namazova 1974-cü ildən, oğlu Elsevər Namazov 1976-cı ildən, gəlini Aytən Namazova 2002-ci ildən, bacısı İddiaçı isə 1968-ci ildən yaşayır. Təsərrüfatbaşına kitabında İddiaçı 2016-cı ildə Bakıya getdiyi qeyd edilmişdir. İş materiallarında olan cavabdeh orqanın məhkəməyə ünvanladığı 14.12.2020-ci il tarixli arayışda qeyd edilir ki, ərazi idarəsinin arxiv məlumatlarına, elektron xəritə və məlumat bazasına əsasən araşdırma aparılmış və məlum olmuşdur ki, ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evi və 0.05 ha torpaq sahəsi üzərində vətəndaş X9 və ailə üzvlərinin mülkiyyət hüquqları 13 avqust 2015-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Hüquqların dövlət qeydiyyatı üçün əsas olmuş sənədlər aşağıdakılardır:
1. JN-3758A KOD 90101002 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə;
2. ünvan 5 ünvanda yerləşən fərdi yaşayış evinə dair, mülkiyyətçi X9 adına tərtib edilmiş 26 iyun 1994-cü il tarixli, 2116A qeydiyyat nömrəli qeydiyyat vəsiqəsi. Əlavə olaraq qeyd edilir ki, mübahisə predmeti olan fərdi yaşayış evi üzərində vətəndaş X9 mülkiyyət hüquqları Yevlax şəhər 1 nömrəli notariat kontoru tərəfindən təsdiq edilmiş 2-B-125 reyestr nömrəli 25 iyun 1994-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən qeydiyyata alınmışdır. Fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin ayrılmasına dair ilkin hüquqmüəyyənedici sənədə əsasən idarənin elektron xəritə baza məlumatlarında “x” və “y” koordinatlarını, sahəsini, təyinatını, statusu yerində baxış keçirilərək müəyyən olunmuşdur. Belə ki, fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi X9 və ailə üzvlərinin ümumi birgə mülkiyyətindədir. Yaşayış məntəqələrinə aiddir, xüsusi mülkiyyət hüququ üzrə X9 və ailə üzvlərinin adına 13 avqust 2015-ci il tarixli ********** qeydiyyat nömrəsi ilə dövlət reyestrində qeydiyyata alınmışdır. Şəki İnzibаti Məhkəməsinin (hаkim İlqar Cabbarov) 23 avqust 2021-ci il tarixli, 2- 1(116)-62/2021 saylı qərаrı ilə iddia təmin edilmiş, cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinin üzərinə Yevlax rayon Aqrar İslahat Komissiyasının 17.02.2006-cı il tarixli 10 nömrəli qərarı əsasında verilmiş, ünvan 1 ünvanda yerləşən 0,05 ha həyətyanı torpaq sahəsinə dair tərtib olunmuş JN-3758A saylı (kod ********) “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”yə İddiaçı adının daxil edilməsi qərar аlınmışdır. Üçüncü şəxslər X19, X6, X7 həmin qərardan apellyasiya şikayəti vermişlər.
Apellyasiya şikayətlərinin dəlilləri
Üçüncü şəxslər X19, X6, X7 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qərarı qeyri-qanuni və əsassız hesab edirik. Biz iddia tələbini qəbul etmirik. İddia tələbi qanunsuz və əsassızdır. Eyni zamanda tələbi iddia müddətini ötürülməklə irəli sürülmüşdür. Artıq uzun illərdi ki, iddiaçı ilə onlar arasında torpaq mübahisəsi gedir və iddiaçı A. Namazavo Yevlax rayon Aqrar İslahat Komissiyasının 17 fevral 2006-cı il tirixli 10 nömrəli qərarı barəsində məlumatlı idi. Eyni zamanda iddiaçı həmin qərar barəsində məlumat eldə etdikdən sonra, qərarla razılaşmadığı üçün 10 gün müddətdə Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasına və ya onun hüquqi varisə şikayət verməli idi. Göründüyü kimi, iddiaçı Namazova belə bir şikayət etməmişdir. Və bununla da iddiaçı həmin qərarla bağlı şikayət etmə müddətini ötürmüşdür. ünvan 6 ünvanda yerləşən 0.05 ha həyətyanı torpaq sahəsinə dair tərtib olunmuş JN 3758 A saylı (kod ********) " Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə Yevlax rayon Aqrar İslahat Komissiyasının 17 fevral 2006- cı il tarixli 10 nömrəli qərarı əsasında verilmişdir ki, Aqrar İslahat Komissiyasının qeyd edilən qərarı dəyişdirilməmiş, ləğv edilməmiş və etibarsız hesab edilməmişdir. Hesab edirik ki, Aqrar İslahat Komissiyasının qərarına düzəliş və əlavə edilə bilməz. Ona görə də, Şəki İnzibati Məhkəməsinin 23 avqust 2021-ci il tarixli, 2-1(116)-62/2021 saylı qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
Tərəflərin izahatları
İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq tərəflər və nümayəndələri məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Əsaslandırma hissəsi:
Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 85.1, 85.2 və 85.3-cü maddələrinə uyğun olaraq apellyasiya şikayətləri formal baxımdan lazımi qaydada əsaslandırılmış, əsaslandırma hissəsində cavabdehin və üçüncü şəxslərin tələbləri göstərilmişdir. Üçüncü şəxslərin apellyasiya şikayəti uğurlu sayılr. Belə ki, o, mahiyyət etibarı ilə əsaslıdır. Ona görə də, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, yeni qərar qəbul edilməklə iddia tələbi təmin edilməməlidir. Belə ki, baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İnzibati Prosessual Məcəlləsinin 1.1, 2.1 və 2.2.1-ci maddələri) aid olan mübahisələndirmə haqqında iddia bələdiyyə qərarının ləğv edilməsinə yönələn tələb mümkündür. X16 Məcəlləsinin 32.1-ci maddəsində nəzərdə tutulmuş mənada mübahisələndirilə bilən inzibati aktdan gedir. İddiaçı bu aktın İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etməkdə haqlı olmamışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir. "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Qanunun 10-cu maddəsinə əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. İş üzrə üçüncü şəxslərə şəhadətnamə verilən zaman qüvvədə olmuş Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Vətəndaşların qanuni istifadəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında" Əsasnamənin 1-ci bəndinə görə vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Şəhadətnamə verilən zaman qüvvədə olmuş Azərbaycan Respublikası Prezidentinin 10.01.1997-ci il tarixli, 534 saylı fərmanı ilə təsdiq edilmiş “Torpağa mülkiyyət ilə istifadə hüququna dair sənədlərin hazırlanması, qeydiyyatı və verilməsi haqqında" Əsasnamənin 3-cü maddəsində göstərilir ki, vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin altında olan torpaqlara görə onlara “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” verilir. Həmin Əsasnamənin 5-ci maddəsində göstərilir ki, “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” ailə tərkibi üzrə hər bir şəxsin adı və soyadı göstərilməklə ailə başçısının adına verilir. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 8.0.5-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri əsas hesab olunur. Yevlax Rayon Aqrar İslahat Komissiyasının 17 fevral 2006-cı il tarixli 10 nömrəli qərarı ilə ünvan 1 ünvanda yerləşən 0.05 ha həyətyanı torpaq sahəsi üçüncü şəxslərin mülkiyyətinə verilmişdir. Onların mülkiyyət hüququ JN 3758A saylı 90101002 kodlu torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən təsbit edilmişdir. Həmin şəhədətnamənin verilməsinə əsas Yevlax Rayon Aqrar İslahat Komissiyasının 17 fevral 2006-cı il tarixli 10 nömrəli qərarıdır. Sonuncu qərarla Respublikada torpaq islahatı gedən zaman subyektlərin, torpaqdan pay almaq hüququ olan şəxslərin siyahısı dəqiqləşdirilmişdir. Hal-hazırda da qüvvədə olan Yevlax Rayon Aqrar İslahat Komissiyasının 17 fevral 2006-cı il tarixli 10 nömrəli qərarı qəbul edilərkən İddiaçı adı siyahıya salınmamışdır. Yevlax Rayon Məhkəməsinin 19.03.2018-ci il tarixli 2(039)214/2018 nömrəli qətnaməsindən görünür ki, həmin iş üzrə iddiaçı X17 ünvan 2 ünvanında yerləşən torpaq sahəsinə dair ümumi sahəsi 104 kv.m, yaşayış sahəsi 80 kv.m olan mənzilin tam olaraq cavabdeh X11, bu ünvanda yerləşən 0.05 ha torpaq sahəsinin X11, X1 və X4 birgə mülkiyyət olaraq adlarına qeyd edilməsinə dair 13 avqust 2015-ci il tarixli********** nömrəli qeydin etibarsız hesab edilməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 21.11.2018-ci il tarixli, 2(107)2412/2018 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Yevlax Rayon Məhkəməsinin 19.03.2018-ci il tarixli 2(039)-214/2018 nömrəli qətnaməsi qismən, yəni ünvan 2 ünvanında yerləşən 0.05 ha torpaq sahəsinin X11, X1, X4 birgə mülkiyyət olaraq adlarına qeyd edilməsinə dair 13 avqust 2015-ci il tarixli ********** nömrəli qeydin etibarsız hesab edilməsinin təmin edilməsi hissədə ləğv edilmiş, həmin hissədə yeni qətnamə çıxarılaraq iddia tələbi həmin hissəsində təmin edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, İddiaçı adının JN-3758A saylı (kod ********) “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”yə daxil edilməsindən cavabdeh orqan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinin imtinası əsaslı olmuşdur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının tələbi qanuni və əsaslı deyildir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etməkdə haqlı olmamışdır. Ona görə də, apellyasiya şikayətləri təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən ləğv edilməli, yeni qərar qəbul edilməli, İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı “Yevlax rayon Aqrar İslahat Komissiyasının 17.02.2006-cı il tarixli 10 nömrəli qərarı əsasında verilmiş, ünvan 1 ünvanda yerləşən 0,05 ha həyətyanı torpaq sahəsinə dair tərtib olunmuş JN-3758A saylı (kod ********) “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”yə onun, yəni İddiaçı da adının daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməməlidir. İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
Nəticəvi hissə:
Yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası
Qərara aldı:
Üçüncü şəxslər X19, X6, X7 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Şəki İnzibati Məhkəməsinin 23 avqust 2021-ci il tarixli, 2-1(116)-62/2021 saylı qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı “Yevlax rayon Aqrar İslahat Komissiyasının 17.02.2006-cı il tarixli 10 nömrəli qərarı əsasında verilmiş, ünvan 1 ünvanda yerləşən 0,05 ha həyətyanı torpaq sahəsinə dair tərtib olunmuş JN-3758A saylı (kod ********) “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”yə onun, yəni İddiaçı da adının daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.