Məhkəmə qərarları › İş №2-1(107)-429/2024

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(107)-429/2024

14.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-429/2024 14.08.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, Əhmədov Fərid Vidadi oğlunun katibliyi ilə, İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 10 saylı Ərazi Vergilər idarəsinin Cavabdeh qarşı “cavabdehin xx.xx.2023 tarixə qeyd olunan borc məbləğindən Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş 971,90 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 4000 manat məbləğində siyahıya alınmış ** BG *** dövlət nömrə nişanlı, 1997-ci il istehsalı “Opel Vectra” markalı avtomobilinin ticarət şəbəkələrində satılması”tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(116)-1436/2024 nömrəli qərarından iş üzrə iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 10 saylı Ərazi Vergilər İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Şəki İnzibati Məhkəməsinin (hakim Vüqar Musayev) 18 aprel 2024-cü il tarixli, 2- 1(116)-1436/2024 nömrəli qərarı ilə iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 10 saylı Ərazi Vergilər idarəsinin Cavabdeh qarşı “xx.xx.2023 tarixə qeyd olunan borc məbləğindən Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş 971,90 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 4000 manat məbləğində siyahıya alınmış ** BG *** dövlət nömrə nişanlı, 1997-ci il istehsalı “Opel Vectra” markalı avtomobilinin ticarət şəbəkələrində satılması” tələbinə dair iddiası təmin edilməmişdir. İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 10 saylı Ərazi Vergilər İdarəsi apellyasiya şikayəti verərək Şəki İnzibati Məhkəməsinin 18 aprel 2024-cü il tarixli, 2-1(116)-1436/2024 nömrəli qərarının ləğv edilməsi və iddia ərizəsinin baxılması üçün təkrar Şəki İnzibati Məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 10 saylı Ərazi Vergilər idarəsi məhkəmə kollegiyasına 13 avqust 2024-cü il tarixli ərizə göndərərək iş üzrə apellyasiya şikayətinin verilməsinə əsas olan hallar aradan qalxdığı üçün şikayətin geri qaytarılmasını və işə xitam verilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq tərəflər iştirak etməmişlər. Məhkəmə kollegiyası tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin (bundan sonra Azərbаycаn Respublikаsının İPM və ya İPM) 62.3-cü mаddəsi). Azərbaycan Respublikasının İnzibаti Prosessuаl Məcəlləsinin 88.1-ci mаddəsinə əsasən, şikаyət аpellyаsiyа instаnsiyаsı məhkəməsinin qərаrı qаnuni qüvvəyə minənədək geri götürülə bilər. Həmin Məcəllənin 88.3-cü mаddəsinə görə, şikayətin geri götürülməsi eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən şikayət vermə imkanını istisna edir. İnzibаti Prosessuаl Məcəlləsinin 1.2-ci maddəsinə görə, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikasının Mülki Prosessuаl Məcəlləsinin 369.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxsin apellyasiya şikayətindən imtina etməsi birinci instansiya məhkəməsi qətnaməsinin tanınmasına səbəb olur. Həmin Məcəllənin 369.4-cü maddəsinə əsasən, şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 10 saylı Ərazi Vergilər idarəsinin Şəki İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(116)- 1436/2024 nömrəli qərarından vermiş olduğu apellyasiya şikayətindən imtinaya dair ərizəsi qəbul edilməli və iş üzrə apellyasiya icraatına xitam verilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 88.1, 88.3 və Azərbaycan Respublikasının Mülki Prosessuаl Məcəlləsinin 369.4-cü maddələrinə əsasən, məhkəmə kollegiyası qərara aldı: İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 10 saylı Ərazi Vergilər idarəsinin Şəki İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2- 1(116)-1436/2024 nömrəli qərarından vеrdiyi apellyasiya şikayətindən imtinaya dаir ərizəsi qəbul еdilsin. İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 10 saylı Ərazi Vergilər idarəsinin Cavabdeh qarşı “cavabdehin xx.xx.2023 tarixə qeyd olunan borc məbləğindən Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş 971,90 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 4000 manat məbləğində siyahıya alınmış ** BG *** dövlət nömrə nişanlı, 1997-ci il istehsalı “Opel Vectra” markalı avtomobilinin ticarət şəbəkələrində satılması”tələbinə dair inzibati iş üzrə apellyasiya icraatına xitam verilsin. Qərardaddan onun təqdim edildiyi gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərardadı ondan şikayətin verilmədiyi halda təqdim olunduğu gündən 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar