Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-43/2024 17.10.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Şükürov İmanverdi Həşimxan oğlu və X5 ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X10 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı “cavabdehin üzərinə Mingəçevir Şəhər İcra Hakimiyyətinin 09 sentyabr 2008-ci il tarixli, 161 saylı Sərəncamına əsasən xx.xx.2009-cu il tarixli, **********1671 reyestr nömrəli Torpaq sahəsinin planı və ölçüsündə göstərilən 499.33 kv.m torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınıb çıxarışın verilməsi öhdəliyinin qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 9 oktyabr 2023-cü il tarixli 2-1(116)-126/2023 nömrəli qərarından iş üzrə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X10 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən verilmiş аpellyаsiyа şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “cavabdehin üzərinə Mingəçevir şəhəri XDS İcraiyyə Komitəsinin 07 mart 1980-ci il tarixli 102 saylı qərarı ilə Mingəçevir şəhər Qum çınqıl zavoduna ayrılmış, «Kür» kollektiv bağçılıq təsərrüfatında olan, Mingəçevir şəhər İcra Hakimiyyətinin 09 sentyabr 2008-ci il tarixli, 161 saylı Sərəncamına əsasən xx.xx.2009-cu il tarixli, **********1671 reyestr nömrəli Torpaq sahəsinin planı və ölçüsündə göstərilən 499.33 kv.metr torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınıb çıxarışın verilməsi öhdəliyinin qoyulması barədə” qərar qəbul edilməsini xahiş etmişdir.
2. Şəki İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(116)-126/2023 nömrəli qərardadı ilə “X11” ASC və Mingəçevir şəhər bələdiyyəsi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına zəruri cəlb edilmişlər.
3. Şəki İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli iclas protokolunun qərardadı ilə cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsi – hüquq varisi: “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X10 17 saylı Yevlax Ərazi İdarəsi ilə əvəz edilmişdir.
4. İddia ərizəsinin əsaslarına görə, iddiaçı uzun illər "xxxx" zavodunda əmək fəaliyyəti ilə məşğul olmuşdur. İşlədiyi müddətdə Mingəçevir şəhər XDS İcraiyyə Komitəsinin 07 mart 1980-ci il tarixli 102 saylı qərarı ilə bağçılıq üçün torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsinin sərhədləri daxilində olan bağçılıq təsərrüfatından iddiaçıya 5 sot torpaq sahəsi verilmişdir. Həmin vaxt iddiaçıya verilmiş sənədlər əsasında 26/40 inventar nömrəli bağ təsərrüfatının texniki pasportu verilmişdir. Mingəçevir şəhər İcra Hakimiyyəti Başçısının 09 sentyabr 2008-ci il tarixli Sərəncamı ilə Mingəçevir şəhərində vətəndaşların qanuni istifadəsində olan bağ torpaq sahələrinin onların mülkiyyətinə verilməsi məqsədilə Mingəçevir şəhər İcra Hakimiyyəti Başçsının 11 fevral 2008-ci il tarixli 20 saylı sərəncamı ilə yaradılmış komissiyanın iştirakı ilə hazırlanmış akt və yekun siyahı təsdiqlənmiş, Dövlət Yerquruluşu Layihə İnstitutunun mütəxəssisi tərəfindən aidiyyatı orqanların iştirakı ilə yerində, təsdiq olunmuş siyahıya uyğun müasir topogeoddeziya ölçü alətləri vasitəsilə aparılmış uçot, inventarizasiya işlərinə dair hazırlanmış yerquruluşu planının təsdiq edilməsi, təsdiq olunmuş siyahıya və yerquruluşu sənədlərinə əsasən Mingəçevir şəhərində vətəndaşların qanuni istifadəsində olan bağ, torpaq sahələrinin özəlləşdirilməsi ilə bağlı hüquqi sənədlərin hazırlanıb verilməsi Dövlət Torpaq və Xəritəçəkmə Komitəsindən və Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətindən xahiş edilmişdir. Məhz həmin Sərəncama əsasən də iddiaçının adı həmin dürüstləşdirilmiş siyahıya daxil edildiyindən ləğv olunmuş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən adına xx.xx.2009-cu il tarixli, **********1671 reyestr nömrəli Torpaq sahəsinin planı və ölçüsü verilmişdir. Buna görə də o, həmin torpaq sahəsi üzərində hüquqlarının qeydə aldırmaq üçün cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir.
5. Cavadeh orqan iddia tələbinə etirazında qeyd etmişdir ki, vətəndaş Yəhyayev X3 şəhəri Qum-Çınqıl zavodunun ’Kür” kollektiv bağçılığından verilmiş 0,06 ha bağ torpaq sahəsinə dair dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi ilə bağlı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinə müraciət etmişdir. Vətəndaş Yəhyayev X3 şəhəri Qum-Çınqıl zavodunun “Kür” kollektiv bağçılığından verilmiş 0,06 ha bağ torpaq sahəsinə dair dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi ilə bağlı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinə müraciət etmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0.7. maddəsinə əsasən 2007-ci il mayın 22dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas hesab edilir. xx.xx.2007-ci il tarixli akta əsasən Mingəçevir şəhəri Qum-Çınqıl zavodunun ”Kür” kollektiv bağçılıq təsərrüfatının adlı siyahısında iddiaçının adı qeyd olunmamışdır.
6. Təqdim olunmuş sənədlərdəndə göründüyü kimi torpaq sahəsinin ilkin hüquq sahibi ilə iddiaçının arasında şifahi razılaşma əsasında qeyri-rəsmi alqı-satqı aparılmışdır. Lakin aralıqda olan şifahi razılaşma hazır ki, vəziyyətə və o cümlədən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun mövcud tələblərinə əsasən iddiaçının torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınmasına dəlalət vermir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin mövcud tələblərinə əsasən yalnız üzərində mülkiyyət hüquqları dövlət reyestrində qeydiyyata alınmış daşınmaz əmlak alqı-satqı predmeti ola bilər.
7. Birinci instansiya məhkəməsinin iclasında iddiaçının vəkili (nümayəndəsi) iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
8. Şəki İnzibati Məhkəməsinin (hakim Vüqar Musayev) 9 oktyabr 2023-cü il tarixli 2- 1(116)-126/2023 nömrəli qərarı ilə iddia tələbinin təmin edilməsi qərara alınmışdır.
9. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X10 17 saylı Yevlax Ərazi İdarəsi həmin qərardan apellyasiya şikayəti vermişdir.
10. Şəki Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə 2-1(107)-43/2023 nömrəli inzibati iş üzrə məhkəmə tikinti-texniki ekspertizаsı təyin edilmiş, ekspertizаnın аpаrılmаsı Azərbаycаn Respublikаsı Ədliyyə Nаzirliyinin Məhkəmə Ekspertizаsı Mərkəzinin ekspertlərinə həvаlə edilmiş, iş üzrə rəy alınanadək inzibati işin icraatı dayandırılmışdır.
11. Məhkəmə kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə Məhkəmə Ekspertizаsı Mərkəzinin rəyi məhkəmə kollegiyasına daxil olduğundan iş üzrə icraat təzələnmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ
12. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X10 17 saylı Yevlax Ərazi İdarəsi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, təqdim olunmuş sənədlərdən də göründüyü kimi torpaq sahəsinin ilkin hüquq sahibi ilə iddiaçının arasında şifahi razılaşma əsasında qeyri-rəsmi alqı-satqı aparılmışdır. Lakin aralıqda olan şifahi razılaşma hazırkı vəziyyətə və o cümlədən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun mövcud tələblərinə əsasən iddiaçının torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınmasına dəlalət vermir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin mövcud tələblərinə əsasən yalnız üzərində mülkiyyət hüquqları dövlət reyestrində qeydiyyata alınmış daşınmaz əmlak alqı-satqı predmeti ola bilər. Birinci instansiya məhkəməsi nəzərə almamışdır ki, xx.xx.2021-ci il tarixli **********2 qeydiyyat nömrəli çıxarış ilə ünvan 1 ünvanında yerləşən əmlak kompleksi kimi müəsissisə üzərində “X11” ASC-nin tam xüsusi mülkiyyət hüququ Dövlət qeydiyyatına alınmışdır. Sözügedən çıxarışda 0,208 ha torpaq sahəsinin mülkiyyət növü dövlət, torpaq sahəsi üzərində hüququn növü istifadə, torpaq sahəsinin kateqoriyası yaşayış məntəqələrinin torpaqları qeyd edilmişdir. Hazır ki inzibati işə dair verilmiş mütəxəssis rəyindən görünür ki, İddiaçı adına tərtib edilmiş A 158041 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü" sənədində qeyd edilmiş koordinatlar daxilində yerləşən 499.33 kv. m torpaq sahəsinin təyinatı yaşayış məntəqələrinin torpaqları, uqodiyası tikinti altında olan torpaqlar. Elektron məlumat bazasında olan Mingəçevir şəhər, Mingəçevir bələdiyyəsinin “X4 X7”ndə mövcud olan xəritəsinə əsasən 499,33 kv, m torpaq sahəsinin 81,98 kv, m hissəsi ümumi istifadədə olan gediş-gəliş yolunun üzərinə, 74.30 kv. m hissəsi başqa şəxsin istifadəsində olan həyətyanı torpaq sahəsinin üzərinə, 343.05 kv m hissəsi **********23-12301 reyestr nömrəli çıxarışla “Mingəçevir Qum çinqıl" ASC-nin istifadəsinə verilmiş torpaq sahəsi ilə ilə üst-üstə düşür. Hesab edirik ki, hazırki halda “X11” ASC-nin adına tərtib edilmiş çıxarış üst-üstə düşən hissədə ləğv edilmədən iddia tələbinin təmin olunması barədə qərar çıxarılması düzgün nəticə olmamışdır. Faktiki vəziyyətə həmin hissədə torpaq sahəsi başqa şəxsin (qurumun) adına yüklülük qeydiyyata alınmışdır. Odur ki, Şəki İnzibati Məhkəməsinin 9 oktyabr 2023-cü il tarixli 2-1(116)-126/2023 nömrəli qərarının ləğv edilməsini, iddia tələbinin təmin olunmaması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.
TƏRƏFLƏRİN İZAHATLARİ
13. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X10 17 saylı Yevlax Ərazi İdarəsinin nümayəndəsi X8 apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 9 oktyabr 2023-cü il tarixli 2-1(116)-126/2023 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmamasına dair qərar qəbul edilməsini xahiş etmişdir.
14. Məhkəmə kollegiyasının hazırkı iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili X6 apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 9 oktyabr 2023-cü il tarixli 2-1(116)-126/2023 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
15. Məhkəmə kollegiyasının hazırkı iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq üçüncü şəxs iştirak etməmiş, səbəbləri barədə məlumat verməmişdir.
16. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi).
17. İş materiallarında olan aşağıda sadalanan sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: - cavabdehin xx.xx.2021-ci il tarixli imtina məktubundan görünür ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməzdən əvvəl, anoloji tələblə cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. - A 158041 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədindən görünür ki, Mingəçevir şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2008-ci il tarixli 161 nömrəli sərəncamına əsasən İddiaçı adına 499,33 kv.metr torpaq sahəsinə plan-ölçü sənədi tərtib edilmişdir. - xx.xx.2021-ci il tarixli **********2 qeydiyyat nömrəli çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən əmlak kompleksi kimi müəsissisə üzərində “X11” ASC-nin tam xüsusi mülkiyyət hüququ Dövlət qeydiyyatına alınmışdır. Sözügedən çıxarışda 0,208 ha torpaq sahəsinin mülkiyyət növü dövlət, torpaq sahəsi üzərində hüququn növü istifadə, torpaq sahəsinin kateqoriyası yaşayış məntəqələrinin torpaqları qeyd edilmişdir. - “Kür” bağçılıq Yoldaşlığının xx.xx.1996-cı il tarixli 55 nömrəli arayışından görünür ki, Yəhyayev X3 Çınqıl beton zavodu “Kür” bağçılıq birliyinin üzvüdür, 0,06 ha torpaq sahəsi var. - Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2008-ci il tarixli 20 saylı sərəncamı ilə yaradılmış komissiyanın 08 sentyabr 2008-ci il tarixli aktından görünür ki, müvafiq aktda - komissiyanın vətəndaşlara, idarə, müəssisə və təşkilatlarda DƏDRX-nin Mingəçevir bölməsində olan sənədlərə istinad edərək ilkin siyahıda dürüstləşdirmə aparmış və ailə başçılarının, ailə üzvlərinin soyadı, adı, atasının adı dəqiləşdirilmişdir. Buna müvafiq olaraq onların istifadəsində olan bağ torpaq sahələrinin qanuni ölçülərini müəyyənləşdirərək yekun siyahı hazırlanmış, Mingəçevir şəhərində vətəndaşların qanuni istifadəsində olan bağ torpaq sahələrinin özəlləşdirilməsi ilə bağlı hazırlanmış siyahının və yeruquruluşu sənədlərinin təsdiq olunması məqsədəuyğun hesab edilmişdir. - Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2008-ci il tarixli 161 nömrəli sərəncamından görünür ki, müvafiq sərəncamla Mingəçevir şəhərində vətəndaşların qanuni istifadəsində olan bağ torpaq sahələrinin onların mülkiyyətinə verilməsi məqsədilə Mingəçevir şəhər İcra Hakimiyyəti başçısının 11.02.08-ci il tarixli 20 saylı sərəncamı ilə yaradılmış komissiyanın iştirakı ilə hazırlanmış akt və yekun (dürüstləşdirilmiş) siyahı təsdiq edilmişdir. - cavabdeh orqanın xx.xx.2023 və xx.xx.2023-cü il tarixli məktubuna əlavə olunmuş mütəxəssis rəylərindən görünür ki, İddiaçı adına tərtib edilmiş A 158041 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü" sənədində qeyd edilmiş koordinatlar daxilində yerləşən 499.33 kv. m torpaq sahəsinin təyinatı yaşayış məntəqələrinin torpaqları, uqodiyası tikinti altında olan torpaqlar. Elektron məlumat bazasında olan Mingəçevir şəhər, Mingəçevir bələdiyyəsinin “X4 X7”ndə mövcud olan xəritəsinə əsasən 499,33 kv, m torpaq sahəsinin 81,98 kv, m hissəsi ümumi istifadədə olan gediş-gəliş yolunun üzərinə, 74.30 kv. m hissəsi başqa şəxsin istifadəsində olan həyətyanı torpaq sahəsinin üzərinə, 343.05 kv m hissəsi **********23-12301 reyestr nömrəli çıxarışla “Mingəçevir Qum çinqıl" ASC-nin istifadəsinə verilmiş torpaq sahəsi ilə ilə üst-üstə düşür. İş materiallarında xx.xx.2006-cı il tarixdə tərtib edilmiş texniki pasport təqdim edilmədiyindən iddia olunan torpaq sahəsi ilə üst-üstə düşüb-düşməməsini müəyyən etmək mümkün olmadı. İddia olunan torpaq sahəsi A 158041 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd edilmiş koordinatlar daxilində yerləşən torpaq sahəsi ilə eyni ərazidə yerləşir, lakin konfiqurasiya və sahə fərqi vardır. Mingəçevir şəhər Bağlar Təsərrüfatı İdarəsi tərəfindən təhvil verilmiş sənədlərdə İddiaçı bağ sahəsinin ayrılmasına dair icarə müqaviləsinin, orderin, o cümlədən kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında iddiaçının adı, həmçinin üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarışı 17 saylı Yevlax Ərazi idarəsinin arxivində mövcud deyil. xx.xx.2006-cı il tarixdə tərtib edilmiş texniki pasportda qeyd edilən torpaq sahəsi müvafiq sənədlərdə İddiaçı adına qeydə alınmışdır. İddia olunan torpaq sahəsi xx.xx.2006-cı il tarixdə tərtib edilmiş texniki pasportda qeyd olunmuş torpaq sahəsi ilə eyni ərazidə yerləşir, lakin konfiqurasiya və sahə fərqi vardır. - cavabdehin xx.xx.2023-cü il tarixli 3-21-3-35/2-1932/2023 nömrəli məktubundan görünür ki, İddiaçı iddia etdiyi və naturada göstərdiyi 0.05 ha torpaq sahəsi və xx.xx.2006cı il tarixli texniki pasportla İddiaçı verilmiş 0.06 ha torpaq sahəsi "xxxx" ASC-nin istifadəsinə **********23-12301 reyestr nömrəli çıxarışla verilmiş, dövlət mülkiyyətinə aid torpaq sahəsinin daxilində yerləşir.
TƏTBİQ EDİLƏN HÜQUQ
18. İnzibati Prosessual Məcəllə: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə İPM-in 110.1.Prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
19. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 1.0.1. Daşınmaz əmlak - üzərində hüquqlar dövlət qeydiyyatına alınmalı olan torpaq sahələri, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlərdir. Maddə 1.0.4. Qeydiyyat orqanı – daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır. Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Maddə 4.1. Qanun qüvvəyə mindiyi günədək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunnan halları müəyyən edilmiş, 15-ci maddəsində isə hüquqların qeydə alınmasından imtina oluna bilən hallar öz təsbitini tapmışdır. 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinın başqasına keçməsinin məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Maddə 15.1 Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Maddə 15.2. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir. Bildirişin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 23.1. Qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Maddə 23.2. Daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər
20. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun: 9-cu maddəsində göstərilmişdir ki, vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. 10-cu maddəsinin 1-ci abzasında göstərilmişdir ki, həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir.
21. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır.
APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ
22. Cavabde inzibati orqanın apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayəti mümkündür, lakin əsaslı deyil, ona görə də apellyasiya şikayəti uğurlu olmayacaqdır.
23. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.
24. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.
25. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
26. Birinci instansiya məhkəməsi iddianı təmin etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
27. Məhkəmə kollegiyası qeyd edir ki, “Yerli İcra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 22 may 2007-ci il tarixli sərəncamı ilə yerli İcra hakimiyyəti orqanlarının, o cümlədən Mingəçevir şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların yalnız arxivlərinin Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır.
28. Həmin sərəncamın 2.2-ci bəndinə əsasən, bu Sərəncamın qüvvəyə mindiyi tarixədək vətəndaşların qanuni mülkiyyətində olan bağ sahələrinin “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə müvafiq olaraq əvəzsiz qaydada onların mülkiyyətinə verilməsinin aidiyyəti dövlət orqanları tərəfindən rəsmiləşdirilməsini təmin edən tədbirlərin görülməsi Nazirlər Kabinetinə tapşırılmışdır.
29. Məhkəmə kollegiyası tərəfindən müəyyən edilmişdir ki, Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2008-ci il tarixli 20 saylı sərəncamı ilə yaradılmış komissiya vətəndaşlara, idarə, müəssisə və təşkilatlarda DƏDRX-nin Mingəçevir bölməsində olan sənədlərə istinad edərək ilkin siyahıda dürüstləşdirmə aparmış, ailə başçılarının, ailə üzvlərinin soyadı, adı, atasının adı dəqiləşdirərək, vətəndaşların istifadələrində olan bağ torpaq sahələrinin qanuni ölçülərini müəyyənləşdirməklə yekun siyahı hazırlamış, Mingəçevir şəhər İcra Hakimiyyəti başçısının 09 sentyabr 2008-ci il tarixli 161 nömrəli sərəncamı ilə komissiyanın iştirakı ilə hazırlanmış akt və yekun (dürüstləşdirilmiş) siyahı təsdiq edilmişdir.
30. İş materiallarında olan (əsli iddiaçı tərəfindən, arxiv nüsxəsi cavabdeh orqan tərəfindən təqdim edilmişdir), “Kür” bağçılıq Yoldaşlığının xx.xx.1996-cı il tarixli 55 nömrəli arayışı ilə müəyyən edilir ki, iddiaçı, Mingəçevir Çınqıl beton zavodu “Kür” bağçılıq birliyinin üzvü olmuşdur. Sözügedən arayışın mötəbərliyinə heç bir şübhə yoxdur (arayışın əsli iddiaçı tərəfindən, arxiv nüsxəsi cavabdeh orqan tərəfindən təqdim edilmişdir). Odur ki, iddia olunan torpaq sahəsi iddiaçının qanuni istifadəsində olduğundan Mingəçevir şəhər İcra Hakimiyyəti başçısının 09 sentyabr 2008-ci il tarixli 161 nömrəli sərəncamı əsasında torpaq sahəsi iddiaçının adına sənədləşdirilərək, A seriyalı 158041 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədi tərtib edilmişdir.
31. A seriyalı 158041 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədində qeyd olunan torpaq sahəsi iddiaçının qanuni istifadəsində olan torpaq sahəsi olduğundan, yuxarıda istinad olunan Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2008-ci il tarixli 20 saylı sərəncamı sözügedən torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün əsasdır.
32. Digər tərəfdən “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsində 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair tələb edilən sənədlərin siyahısından görünür ki, maddi hüquq normasının mahiyyəti - torpaq sahəsinin həqiqətən də bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşa ayrılıb ayrılmamasının, o cümlədən torpaq sahəsi ayrılmış şəxsin kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvü olub-olmamasının müəyyən edilməsindən və yalnız bundan sonra mülkiyyət hüquqlarının qeydiyyatının aparılmasından ibarətdir.
33. Bunun üçün isə torpaq sahəsi ayrılan şəxslər müvafiq ayrılmanı və kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvü olmasını təsdiq edən sübutları (icarə müqaviləsi, sərəncam və order, üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış) təqdim etməlidirlər.
34. Yəni, istinad olunan norma kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvü olan şəxslərə bağ təsərrüfatı idarələri tərəfindən ayrılmış torpaq sahələri üzərində mülkiyyət hüququnun qeydiyyatını nəzərdə tutur.
35. “Kür” bağçılıq Yoldaşlığının xx.xx.1996-cı il tarixli 55 nömrəli arayışında iddiaçının Mingəçevir Çınqıl beton zavodu “Kür” bağçılıq birliyinin üzvü olması, həmçinin 0.06 ha torpaq sahəsi ilə bağlı qeydin göstərilməsi onu deməyə əsas verir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsində nəzərdə tutulmuş şərtlər iddiaçıya münasibətdə yerinə yetirilmişdir. Yəni, faktiki olaraq iddiaçının Mingəçevir Çınqıl beton zavodu “Kür” bağçılıq birliyinin üzvü olması və ona müvafiq torpaq sahəsinin ayrılması sübuta yetirilir.
36. Cavabdeh orqan iddia olunan və naturada göstərilən 0.05 ha torpaq sahəsinin və xx.xx.2006-cı il tarixli texniki pasportla iddiaçıya verilmiş 0.06 ha torpaq sahəsinin "xxxx" ASC-nin istifadəsinə **********23-12301 reyestr nömrəli çıxarışla verilmiş, dövlət mülkiyyətinə aid torpaq sahəsinin daxilində yerləşdiyini bildirir.
37. Nəzərə alınmalıdır ki, cavabdeh orqanın təqdim etdiyi mütəxəssis rəyi ilə iddia olunan torpaq sahəsinin xx.xx.2006-cı il tarixdə tərtib edilmiş texniki pasportda qeyd olunmuş torpaq sahəsi və A 158041 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd edilmiş koordinatlar daxilində yerləşən torpaq sahəsi ilə eyni ərazidə yerləşməsi, lakin konfiqurasiya və sahə fərqinin olması müəyyən edilir.
38. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, iddia olunan torpaq sahəsi "xxxx" ASC-nin istifadəsinə **********23-12301 reyestr nömrəli çıxarışla verilmiş, dövlət mülkiyyətinə aid torpaq sahəsinin daxilində yerləşsə də, hər bir halda sözügedən torpaq sahəsi iddiaçıya Mingəçevir Çınqıl beton zavodu “Kür” bağçılıq birliyi tərəfindən ayrılmış torpaq sahəsidir və sözügedən torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün hüquqi əsaslar mövcuddur.
39. İddia olunan torpaq sahəsinə dair tərtib edilmiş A 158041 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü" sənədində qeyd edilmiş koordinatlar daxilində “X4 X7”ndə mövcud olan xəritəyə əsasən 499.33 kv. m torpaq sahəsinin 81,98 kv, m hissəsinin ümumi istifadədə olan gediş-gəliş yolunun üzərinə, 74.30 kv. m hissəsi başqa şəxsin istifadəsində olan həyətyanı torpaq sahəsinin üzərinə, 343.05 kv m hissəsinin isə **********23-12301 reyestr nömrəli çıxarışla “Mingəçevir Qum çinqıl" ASC-nin istifadəsinə verilmiş torpaq sahəsi ilə ilə üst-üstə düşməsinə münasibətdə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 7 mart 2016-cı il 818№-li Fərmanının 2.3.3-cü bəndində X4 X7nin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi zamanı fiziki ... şəxslərin ... qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin ... yerləşdiyi torpaqlarda ... hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılması zamanı torpaq sahəsinin faktiki ölçüləri hüquq müəyyənedici sənəddə göstərilən ölçülərdən artıq olduqda, X4 X7ndə zəbt olunmuş sahənin mülkiyyət növü və ölçüləri barədə məlumatın göstərilməli olması qeyd edilmişdir.
40. Odur ki, istinad olunan Fərmanın tələbləri baxımından A158041 №-li “Torpaq sahəsinin planı və ölçüsü sənədi”nin cizgisində qeyd edilmiş torpaq sahəsinin məkan göstəriciləri ilə torpaqdan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların yerquruluşu qaydasında aradan qaldırılması cavabdeh orqanın vəzifəsi olduğundan, cavabdeh orqan A158041 №-li “Torpaq sahəsinin planı və ölçüsü sənədi”nin məkan göstəriciləri ilə faktiki istifadə vəziyyəti arasında yaranmış uyğunsuzluğu yeruquruluşu qaydasında aradan qaldıraraq iddia olunan torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnu dövlət qeydiyyatına almalıdır.
41. Bundan əlavə məhkəmə kollegiyası tərəfindən apellyasiya şikayətinə baxılaraq obyektiv qərar qəbul edilməsi baxımından xx.xx.2024-cü il tarixli qərardadla iş üzrə məhkəmə tikinti-texniki ekspertizаsı təyin edilmiş, ekspertizаnın аpаrılmаsı Azərbаycаn Respublikаsı Ədliyyə Nаzirliyinin Məhkəmə Ekspertizаsı Mərkəzinin ekspertlərinə həvаlə edilmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 3-16-16/2-10/1529 nömrəli rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Kadastn və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən tərtib olunmuş mütəxəssis rəyinin məlumatlarına əsasən, "xxxx" ASC-nin istifadəsinə verilmiş torpaq sahəsinin Əvvəlki giriş darvazasının yerini müəyyən etmək Ərazi İdarəsinin səlahiyyətinə aid olmadığı göstərilmişdir. İddiaçı naturada göstərdiyi və iddia etdiyi torpaq sahəsinin yaxınlığında (gediş-gəliş yolunun qarşı tərəfində) bağ sahələrinin mövcud olduğu göstərilmişdir.
42. Yuxarıda qeyd olunan işin hallarını, aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunda imtina üçün nəzərdə tutulan hallardan heç biri hazırkı işdə mövcud deyil və cavabdeh öz imtinasını hər hansı bir maddi hüquq norması ilə əsaslandırmamışdır. Halbuki, “İnzibati icraat haqqında” Qanunun 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar və həmin Qanunun 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur.
43. Odur ki, cavabdeh orqanın apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilməməli, ekspertiza tədqiqatının dəyəri olaraq 100 manat cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X10 17 saylı Yevlax Ərazi İdarəsindən tutularaq dövlət büdcəsi hesabına köçürülməlidir. (AZ34CTRE********************; Az.MEM, VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944 SFİFT BİK CTREAZ22)
44. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.2, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRАRА АLDİ:
Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X10 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 9 oktyabr 2023-cü il tarixli 2-1(116)-126/2023 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Məhkəmə-tikinti-texniki ekspertizasının xərci olan 100 (yüz) manat cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X10 17 saylı Yevlax Ərazi İdarəsindən tutularaq X1nin hesabına, (Kodu: 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ013601**********3944, SFİFT BİK CTREAZ22) köçürülsün. İnzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.