Məhkəmə qərarları › İş №2-1(107)-430/2021

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-430/2021

26.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-430/2021 26.10.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu; Hakimlər - Rəfiyev Rövşən Rafiq oğlundan və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi - Əhmədli Mətin Əsgər oğlunun katibliyi; Üçüncü şəxs Mаbudovа Aytən Arzu qızının iştirakı ilə, İddiaçı Şərifov Sürəyyа Vəhbi qızının (prosessuаl hüquqi vаrisi Hаcıyev Şаhmаr Səlim oğlunun) cаvаbdeh Cavabdehnə, üçüncü şəxslər Mаbudzаdə Elvin Turаl oğlu, Mаbudzаdə Emin Turаl oğlu və Mаbudovа Aytən Arzu qızınа qаrşı mülkiyyətində olаn Mingəçevir şəhəri, Aydın Məmmədov küçəsi, ev 9, mənzil 3 ünvаnındаn üçüncü şəxslər Mаbudzаdə Elvin Turаl oğlu, Mаbudzаdə Emin Turаl oğlu və Mаbudovа Aytən Arzu qızının qeydiyyаtdаn çıxаrılmаsı öhdəliyinin cаvаbdehin üzərinə qoyulmаsı tələbinə dаir inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 01 sentyаbr 2021-ci il tаrixli, 2-1(116)- 1040/2021 saylı qərarından üçüncü şəxs Mаbudovа Aytən Arzu qızı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı Cavabdehnə qarşı (üçüncü şəxslər: X7, X8, X10) iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə məhkəməyə müraciət edərək, “üçüncü şəxslər X7, X8, X4 ünvan 1 ünvanından qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması”barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən mənzil iddiaçının mülkiyyətindədir. İddiaçı mənzili alqı-satqı yolu ilə almışdır. Üçüncü şəxslər iddiaçıya söz vermişlər ki, ona məxsus mənzildən qeydiyyatdan çıxacaqlar. Ancaq bugünədək üçüncü şəxslər iddiaçının mənzilindən qeydiyyatdan çıxmamışlar. İddiaçı üçüncü şəxslərin ona məxsus mənzildən qeydiyyatdan çıxmaları üçün cavabdeh orqana müraciət etmiş, lakin onun müraciəti təmin edilməmiş və ona məhkəməyə müraciət etməsi bildirilmişdir. Şəki İnzibati Məhkəməsinin (hаkim İlqar Cabbarov) 01 sentyаbr 2021-ci il tаrixli, 2- 1(116)-1040/2021 saylı qərarı ilə iddia tələbi təmin edilmiş, Cavabdeh üzərinə üçüncü şəxslər X7, X8 və X4 ünvan 1 ünvanından yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyinin qoyulması qərara alınmışdır. Birinci instansiya məhkəməsi işə inzibati proses iştirakçılarının iştirakı olmadan baxmışdır. Şəki İnzibati Məhkəməsinin 01 sentyаbr 2021-ci il tаrixli, 2-1(116)-1040/2021 saylı qərarından üçüncü şəxs Mаbudovа Aytən Arzu qızı tərəfindən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikаyəti onunlа əsаslаndırılmışdır ki, birinci instansiya məhkəməsinin qərarını əsassız və ədalətsiz hesab edir. Məhkəmə tərəfindən sözügedən qərar çıxarılarkən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmiş, qanunvericiliyin onun xeyrinə olan mühüm tələbləri nəzərə alınmamışdır. Belə ki, o, mərhum İddiaçı qardaşı oğlu X11 ilə 21 yanvar 2016-cı ildə rəsmi nikaha daxil olmaqla ailə qurmuşlar. Ailə qurduqdan sonra ərinin ailə üzvlərinin yaşadığı ünvan 1 ünvanında yerləşən mənzilə gəlin köçmüşdür. Hazırkı iş üzrə digər üçüncü şəxslər X8 2016-cı ilin oktyabr ayının 4-də, X7 isə 2018-ci ilin avqust ayının 11-də qeyd olunan mənzildə doğulmuşlar. İş materiallarında olan inventar nömrəsi 4918 olan 25.05.1999-cu il tarixli “Qeydiyyat vəsiqəsi”nin təsdiq edilmiş surətindən görünür ki, 1 saylı notariat kontorunun 14.05.1999-cu il tarixli, 3M1-115 reyestr nömrəli müqaviləsinə əsasən Mingəçevir şəhəri, A.Məmmədov küçəsi ünvanında yerləşən 9 nömrəli evin 3 saylı mənzili İddiaçı mülkiyyətindədir. O, 2018-ci ildə ikinci övladı dünyaya gəldikdən sonra hazırkı iş üzrə mərhum İddiaçı razılığı ilə ünvan 1 ünvanında yerləşən mənzilə qeydiyyata düşmüşdür. O, X11 ilə 2020-ci ilin sentyabr ayından faktiki olaraq ayrılmışdır. Onlar faktiki olaraq ayrıldıqdan sonra birgə nikahlarından doğulmuş hazırkı iş üzrə üçüncü şəxs X8 atası X5, X7 isə onun yanında qalmışdır. O, ünvan 2 ünvanında yerləşən mənzildən qeydiyyatdan çıxmaq istəmir, onun həmin mənzildə qeydiyyatı formal xarakter daşımır. Hesab edir ki, mərhum İddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməsi qurma bir iş olmaqla X11 ilə onun arasında olan nikah münasibətləri rəsmi qaydada pozulduqdan sonra onun həmin mənzilə dair hər-hansı bir iddia irəli sürməyinin qarşısının alınmasına yönəlmişdir. Ona görə də, Şəki İnzibati Məhkəməsinin 01 sentyаbr 2021-ci il tаrixli, 2-1(116)-1040/2021 saylı qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında üçüncü şəxs Mаbudovа Aytən Arzu qızı apellyasiya şikayətinin məzmununa uyğuni izahat verərək onun təmin edilməsini və iş üzrə Şəki İnzibati Məhkəməsinin 01 sentyаbr 2021-ci il tаrixli, 2-1(116)-1040/2021 saylı qərarının ləğv edilməsi xahiş etmişdir. İddiaçı Şərifov Sürəyyа Vəhbi qızının prosessuаl hüquqi vаrisi Hаcıyev Şаhmаr Səlim oğlu teleqramla məhkəməyə müraciət edərək üçüncü şəxs Mаbudovа Aytən Arzu qızının sözügedən mənzilə heç bir hüququnun olmamasını, ona görə də apellyasiya şikayətinin təmin edilməməsini və iş üzrə Şəki İnzibati Məhkəməsinin 01 sentyаbr 2021-ci il tаrixli, 2-1(116)-1040/2021 saylı qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, iddiaçı Şərifov Sürəyyа Vəhbi qızının prosessuаl hüquqi vаrisi Hаcıyev Şаhmаr Səlim oğlu, cаvаbdeh Cavabdeh səlahiyyətli nümayəndəsi məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İPM-nin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apelyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Apellyasiya şikayəti vaxtında, birinci instansiya məhkəməsinin qərarı üçüncü şəxslərə təqdim olundugu gündən İPM-in 85.1-ci maddəsində müəyyən edilmiş 30 gün müddətində verilmiş, İPM-in 85.1-ci, 85.2-ci və 85.3-cü maddələrinə uyğun olaraq şikayət formal baxımından lazımi qaydada əsaslandırılmış, əsaslandırma hissəsində üçüncü şəxslərin tələbi göstərilmişdir. Üçüncü şəxsin apellyasiya şikayəti uğurlu sayılmır. Belə ki, o, mahiyyət etibarı ilə əsaslı deyildir. Ona görə də, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1 və 2.2.3-cü maddələri) aid olan öhdəliyin icrası haqqında iddia mümkündür. Belə ki, iddiaçı cavabdehin bu hərəkətinin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırkı tələblə əvvəlcədən cavabdehə müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı mübahisə yaranmış və iddiaçı məhkəməyə müraciət etmişdir. Birinci instansitya məhkəməsi mübahisəni iddiaçının xeyrinə həll etmişdir. Üçüncü şəxs birinci instansiya məhkəməsinin qərarından apellyasiya şikayəti vermişdir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu madddəsinin 5-ci hissəsinə əsasən yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. İş materiallarında olan portaldan çıxarışa əsasən müəyyən edilir ki, iddiaçı 14.06.2021-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan portaldan çıxarışa əsasən müəyyən edilir ki, X1 Sürəyya Vəhbi qızının əridir. Birinci instansiya məhkəməsinin protokol qərardadı ilə İddiaçı prosessual hüquq varisi X9 ilə əvəz edilmişdir. İş materiallarında olan 18.05.2021-ci il tarixli ******* nömrəli arayışdan görünür ki, üçüncü şəxslər ünvan 3 ünvanında qeydiyyatdadırlar. İş materiallarında olan inventar nömrəsi 4918 olan 25.05.1999-cu il tarixli “Qeydiyyat vəsiqəsi”nin təsdiq edilmiş surətindən görünür ki, 1 saylı notariat kontorunun 14.05.1999cu il tarixli, 3M1-115 reyestr nömrəli müqaviləsinə əsasən Mingəçevir şəhəri, A.Məmmədov küçəsi ünvanında yerləşən 9 nömrəli evin 3 saylı mənzili İddiaçı mülkiyyətindədir. İş materiallarında olan RX seriyalı, ******* nömrəli, 26.12.2013-cü il tarixli çıxarışın təsdiq edilmiş surətindən görünür ki, Mingəçevir şəhəri, A.Məmmədov küçəsi ünvanında yerləşən 9 nömrəli evin 3 saylı mənzili İddiaçı mülkiyyətindədir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi müikiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci maddəsinə əsasən fıziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Həmin Qanunun 5-ci maddəsinə əsasən yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. Həmin Qanunun 9-cu madddəsinin 1-ci bəndinə əsasən müvafiq dövlət orqanı tərəfindən şəxs yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq dövlət orqanının məlumatına əsasən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Yuxarıda şərh olunan qanunvericilik normalarının tələblərinə əsasən yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməli, habelə müvafiq dövlət orqanı tərəfindən şəxs yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq dövlət orqanının məlumatına əsasən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmalıdır. Hazırkı mübahisədə, həqiqətən, şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində göstərilən əsaslar mövcud deyil. Lakin “həmin Qanunun “Şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması” adlı 9-cu maddəsində mülkiyyətçinin və ya əmlak hüququnun sahibinin tələbi əsasında evə münasibətdə hər hansı qanunla qorunan hüquqların sahibi olmayan şəxslərin qeydiyyatdan çıxarılması imkanının nəzərdə tutulmaması məhkəmə qaydasında onların qeydiyyatdan çıxarılmalarına əngəl təşkil etməməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi müəyyənlik prinsipinin mahiyyəti və əhəmiyyəti barədə formalaşdırdığı hüquqi mövqeyinə görə hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas xüsusiyyətlərindən birini təşkil edir. Hər bir qanun və ya onun hər hansı müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Bunun təmin edilməsi üçün hüquq normaları birmənalı və aydın olmalıdır. Qanunun aydın olması isə yalnız onun özünün mətni ilə deyil, eləcə də məhkəmə təcrübəsində formalaşan təfsiri ilə şərtləndirilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair 24 sentyabr 2020-ci il tarixli Qərarında qeyd etmişdir ki, şəxsin yaşayış yerindən qeydiyyatdan çıxarılması onun üçün hər hansı əlverişsiz hüquqi nəticələr yaratmamaqla yanaşı, yaşayış sahəsi üzrə, ümumiyyətlə qeydiyyatsız qalmalarına da səbəb olmur. Belə ki, həmin şəxslər özlərinin yeni yaşayış yerləri üzrə və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 aprel 2003-cü il tarixli, 55s nömrəli Sərəncamına uyğun olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən müvafiq orqanının ünvanı üzrə qeydiyyata alına bilərlər. Mükiyyətçiyə məxsus yaşayış sahəsinə qeydiyata alınmış, lakin həmin yaşayış sahəsindən istifadə hüququ olmayan və orada faktiki yaşamayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, bu hallarda qeydiyyatda olan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarılması məsələsi qanunvericilikdə birmənalı qaydada tənzimlənməsə də, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndinin mənasına görə bu mümkün hesab edilməlidir. Belə ki, qeyd edilən norma məhz şəxsin yaşayış yerini dəyişdiyi halda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında onun əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını müəyyən edir. Qanunun bu normasında nəzərdə tutulmuş “şəxsin yaşayış yerini dəyişməsi” ifadəsi “şəxsin həmin yaşayış sahəsində yaşamaması” mənasını da ehtiva edir. Qeyd olunan Qərarla müəyyən olunmuşdur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə, mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Məhkəmə kollegiyası işin faktiki hallarını nəzərə alaraq və maddi hüquq normalarını rəhbər tutaraq qeyd edir ki, fiziki şəxslərin mülkiyyət hüququnun müdafiəsi qüvvədə olan qanunvericiliklə tam təfərrüatı ilə tənzimlənir. Mülkiyyətçiyə hüquq verilir ki, özünə mənsub olan əmlak barəsində öz mülahizəsinə əsasən istənilən hərəkəti edə bilsin. Məhkəmə belə hesab edir ki, şəxsin mülkiyyətçiyə məxsus evdə qeydiyyatdan çıxarılması tələbi mülkiyyətçinin bu kimi hüquqlarından irəli gəlir. Azərbаycаn Respublikаsı Konstitusiyаsının 13-cü mаddəsində göstərilir: Azərbаycаn Respublikаsındа mülkiyyət toxunulmаzdır və dövlət tərəfindən müdаfiə olunur. Аzərbаycаn Respublikаsı Mülki Məcəlləsinin 6.1.4-cü mаddəsinə əsаsən, mülki qanunvericiliyin prinsiplərindən biri də, məhz mülkiyyətin toxunulmazlığıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Marks Belçikaya qarşı” iş üzrə qəbul etdiyi qərarında qeyd etmişdir ki, öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektidir və əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarilə mülkiyyət hüququna təminat verir. “Sporronq və Lonnpot İsveçə” qarşı işdə isə Avropa Məhkəməsi öz qərarında göstərmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının məhdudlaşdırılması ilə mülkiyyət hüququ “şərti və qeyri-sabit” xarakter almış olur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin faktiki olaraq ayrıldıqdan sonra birgə nikahdan doğulmuş X3 atası X5, X2 isə üçüncü şəxs X4 yanında qalması barədə dəlili bağlı qeyd edir ki, əvvala bu barədə rəsmi sənəd təqdim olunmamış, ikincisi isə, Aytən Mabudovanın əri Tural Mabudov mübahisəli mənzildə qeydiyyatda yoxdur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının tələbi qanuni və əsaslıdır. Apellyasiya şikayətinin dəlilləri isə birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün yetərli deyildir, onа görə də, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya şikayəti təmin edilməməli dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə: Yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası Qərara aldı: Üçüncü şəxs Mаbudovа Aytən Arzu qızı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 01 sentyаbr 2021-ci il tаrixli, 2-1(116)-1040/2021 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsi (AZ-5500, Şəki Şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Elçin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar