Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-431/2021 27.10.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Hüseynov Elçin Şirin oğlundan ibarət tərkibdə, Tağıyev Babək Vaqif oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “Cavabdeh rəisi polis polkovniki Nadir Məmmədov tərəfindən verilmiş, onun X2 xaric edilməsi barədə 20 oktyabr 2020-ci il tarixli, Ə117 ş/h- 144-20 nömrəli əmrinin ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 19.08.2021-ci il tarixli, 2-1(116)-384/2021 nömrəli qərarından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Cavabdeh rəisi polis polkovniki Nadir Məmmədov tərəfindən verilmiş, onun X2 xaric edilməsi barədə 20 oktyabr 2020-ci il tarixli, Ə117 ş/h-144-20 nömrəli əmrinin ləğv edilməsi" barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi Şəki İnzibati Məhkəməsinə 16.11.2020-ci il tarixdə daxil olmuş və həmin tarixdən icraata qəbul edilmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, iddiaçı 28.08.2011-ci il tarixdə Cavabdeh post-patrul xidməti bölüyünün polis nəfəri vəzifəsinə işə qəbul edilmişdir. Avqust 2019-cu il tarixdə öz ərizəsi əsasında həmin polis şöbəsinin ictimai təhlükəsizlik bölməsinin sahə polis nəfəri vəzifəsinə keçirilmişdir. İddiaçı hazırkı vəzifəyə keçirildikdən bir müddət sonra tabeliyində olduğu İTB-nin rəisi Hümbətəliyev Nicat tərəfindən təqib olunmağa başlanılmışdır. Son vaxtlar pandemiya dövrü olduğu üçün H.Nicat iddiaçıdan tələb etməyə başlamış ki, hər gün olmaqla tibbi maskadan istifadə etməyən ən azı 5 obyektin şəklini çəkərək ona gətirməlidir. Bir neçə gündən sonra iddiaçı N.Hümbətəliyevə bildirmiş ki, xidmət göstərdiyi ərazidə tibbi maskadan istifadə etməyən obyektlər aşkar etməmişdir. Obyektlərə daxil olan zaman vətəndaşlar lazımi qaydada tibbi maskadan istifadə edirlər. Oktyabr ayının 17-si günü səhər təlimatından sonra rəis Nicat Hümbətəliyev iddiaçını kobud qaydada təhqir edərək “mənə dəxli yoxdur, necə edirsən et, tibbi maskadan istifadə etməyən obyektlər aşkarlamalı və şəklini çəkib mənə gətirməlisən" demişdir (Qeyd: N.Hümbətəliyev tibbi maskadan istifadə etməyən obyektlərin şəklini aldıqdan sonra, həmin obyektlərin sahibi ilə iddiaçıya məlum olmayan söhbətlər aparırdı. İddiaçı güman edir ki, onları qanunda nəzərdə tutulmayan qaydada cəzalandırırdı). Həmin vaxt iddiaçı rəisin İİİ müavini polis mayoru Elvin Rizvanova yaxınlaşaraq bildirmiş ki, N.Hümbətəliyev onu təhdid və təqib edir, tez-tez təhqir edir, xidməti vəzifəsini normal həyata keçirməyə imkan vermir. Daha sonra iddiaçı səhər yeməyi üçün şöbənin kafesinə getmişdir. Yeməyə başlayan zaman Polis baş leytenantı Əmircanov Kazım iddiaçının mobil nömrəsinə zəng vuraraq bildirmiş ki, N.Hümbətəliyev onu yanına çağırır. İddiaçı yeməyini yeyib tez gələcəyini bildirmişdir. 1-2 dəqiqə keçməmiş Ə.Kazım kafeyə gələrək yeməyi buraxıb H.Nicatın yanına getməli olduğunu iddiaçıya bildirmişdir. İddiaçı dərhal N.Hümbətəliyevin yanında getmişdir. N.Hümbətəliyev iddiaçının üstünə qışqıraraq, guya gec gəldiyini bildirərək, iddiaçının üstünə yeriyib onu vurmaq istəmişdir. Bu zaman sahə rəisi polis kapitanı Xalis Kərimov onu tutaraq saxlamışdır. N.Hümbətəliyev nalayiq söyüşlərlə iddiaçını söyməyə, onun şərəf və ləyaqətini alçaltmağa başlamışdır. İddiaçı da öz növbəsində bir cəsur və qorxmaz, öz şərəf və ləqaqətinə lazımı qiymət verən polis əməkdaşı olaraq qarşılığında N.Hümbətəliyevi söymüşdür. Bundan sonra N.Hümbətəliyev dərhal rəisin yanına gedərək baş verənləri təhrif etməklə yalandan iddiaçını günahlandıraraq məruzə etmişdir. Təqribən beş dəqiqə sonra rəis iddiaçını çağıraraq bildirmiş ki, o, təlimat zamanı şəxsi heyətin önündə N.Hümbətəliyevdən üzr istəməli, bildirməlidir ki, çox böyük səhv etmiş, həm də könüllü işdən çıxması barədə ərizə yazmasını istəmişdir. Əks təqdirdə iddiaçını maddə ilə işdən azad edəcəyini İddiaçı bildirmişdir. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, o, özünün polis əməkdaşı qürurunu, şərəf və ləyaqətini alçaltmadığına, bu tələbdən imtina etdiyinə görə işdən azad edilməsi barədə yuxarıda göstərdiyi əmr verilmişdir. İddiaçı hesab edir ki, əmr qanunsuz və əsassız olduğundan məhkəmə qaydasında ləğv edilməli və o, əvvəlki işinə bərpa edilməlidir. Cavabdeh orqanın məhkəməyə ünvanladığı 15.12.2020-ci il tarixli məktubda qeyd edilir ki, İddiaçı X2 xaric edilməsi barədə Qəbələ RPŞ-in 20.10.2020-ci il tarixli Ə117ş/h144-20 nömrəli əmrinin əsassız və qanunsuz olması, həmin əmrin ləğv edilməsi və xidmətə bərpa olması barədə tələbi əsassızdır. Belə ki, Cavabdeh ictimai təhlükəsizlik bölməsinin sabiq sahə polis nəfəri polis serjantı İddiaçı İTB-nin əməkdaşları tərəfindən 07.07.2020-ci il tarixdə rayon ərazisində xüsusi karantin rejimi qaydalarına riayət edilməsinin yoxlanılması məqsədilə keçirilən reydlərdə xidmətdən yayınmış, 08.07.2020-ci il tarixdə bölmə rəisi polis kapitanı Nicat Hümbətalıyev tərəfindən tutulan iradı səmimi qəbul etməmiş və sonuncunu DİN-in rəhbərliyinə şikayət etməklə hədələyərək qapını çırparaq otağı tərk etmiş, faktla bağlı xidməti yoxlama aparılmış və İddiaçı DİN-in “X5”nin 9, 11 və 14-cü maddələrinin tələblərini pozduğu üçün barəsində toplanmış material kollektiv təsir imkanlarından istifadə edilməsi məqsədilə şöbənin sıravi və kiçik rəis heyəti yığıncağına verilmişdir. Yığıncaqda İddiaçı intizam məsuliyyətinə cəlb olunması barədə qərar qəbul olunmuş və qərar şöbə rəhbərliyi tərəfindən qüvvədə saxlanılaraq 11.08.2020ci il tarixli Ə197-144-20 nömrəli əmrlə “Töhmət” intizam tənbehi elan edilmişdir. Sabiq sahə polis nəfəri polis serjantı İddiaçı DİN-in 18.08.2014-cü il tarixli G53-001-14 nömrəli göstərişin tələblərini pozaraq etibarnamə olmadan idarə etdiyi avtomobillə yol nəqliyyat hadisəsi törətdiyi üçün barəsində xidməti yoxlama aparılmış, polis serjantı İddiaçı qüvvədə olan intizam tənbehi nəzərə alınaraq kifayətlənilmişdir. İddiaçı intizamsızlığını davam etdirərək 17.10.2020-ci il tarixdə İTB-nin əməkdaşlarının iştirakı ilə keçirilən təlimata dəvət edilmiş, sonuncuya xidməti ərazidə tibbi maska və gigiyenik qaydalara riayət etməyən obyeklərin və şəxslərin aşkar edilməsi sahəsində fəaliyyətinin zəif olması barədə bölmə rəisi polis kapitanı N.Hümbətalıyev irad tutmuş, lakin polis serjantı İddiaçı iradı səmimi qəbul etməyərək bölmə rəisini şərəf və ləyaqətini alçaldacaq şəkildə təhqir etmiş, İddiaçı daha sonra dəhlizdə intizamsız hərəkətlərini davam etmişdir. Faktla bağlı Qəbələ RPŞ-də xidməti yoxlama aparılmış, təlimatda iştirak edən polis sahə rəisləri və YYÇPİTQ-nin inspektorlarının, polis kapitanı N.Hümbətalıyevin, İddiaçı izahatları alınmış, digər müvafiq sənədlər toplanmış və araşdırmanın nəticələrinə dair rəy tərtib edilmişdir. Polis serjantı İddiaçı xidmətində mənfi xarakterizə olunduğuna, rütbəcə və vəzifəcə özündən böyük olan rəisin iradlarını səmimi qəbul etmədiyinə, ona tutulan iradlara dözümsüzlük göstərərək polis sahə rəislərinin qarşısında bölmə rəisini şərəf və ləyaqətini alçaldacaq şəkildə təhqir etdiyinə, 24.09.2020-ci tarixdə üzürsüz səbəbdən xidmətdən yayındığına, il ərzində xidməti intizamı kobuncasına təkrar pozduğuna, qüvvədə olan “Töhmət intizam tənbehindən nəticə çıxartmadığına və bununla “X5”nin 1,9 və 14 maddələrinin, “İntizam Nizamnaməsi”nin 2.3, 3.8 və 53-cü bəndlərinin tələblərini pozduğuna görə Qəbələ RPŞnin 116ş/h-144-20 nömrəli əmri ilə DİO-da “xidmətkeçmə haqqında Əsasnamə”nin 135-ci maddəsinin 9-cu və 10-cu bəndlərinə əsasən daxili işlər orqanlarında xidmətdən xaric edilmişdir. Qəbələ RPŞ-də aparılan araşdırma zamanı İddiaçı xidmətdə təqib olunması xüsusatları öz təsdiqini tapmamışdır. İddiaçı Qəbələ RPŞ-də xidmətdən əsassız olaraq xaric edilməsi barədə DİN-in rəhbərliyinə ünvanladığı müraciət əsasında DİN-in Daxili Təhqiqatlar İdarəsində xidməti araşdırma aparılmış və Qəbələ RPŞ-in intizam əmri qüvvədə saxlanılmışdır. Yuxarıda qeyd olunanlara əsasən cavabdeh orqan İddiaçı Cavabdehnə qarşı tələbi əsassız olduğu üçün iddianın təmin edilməməsini xahiş etmişdir. Şəki İnzibati Məhkəməsinin 19.08.2021-ci il tarixli, 2-1(116)-384/2021 nömrəli qərarı ilə İddiaçı Cavabdehnə qarşı “Cavabdeh rəisi polis polkovniki Nadir Məmmədov tərəfindən verilmiş, onun X2 xaric edilməsi barədə 20 oktyabr 2020-ci il tarixli, Ə117 ş/h-144-20 nömrəli əmrinin ləğv edilməsi” tələbinə dair iddiası təmin edilməmişdir. İddiaçı apellyasiya şikayəti verərək Şəki İnzibati Məhkəməsinin 19.08.2021-ci il tarixli, 2-1(116)-384/2021 nömrəli qərarının ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətində qeyd etmişdir ki, 28.08.2011-ci il tarixdə Cavabdeh post-patrul xidməti bölüyünün polis nəfəri vəzifəsinə işə qəbul edilmişəm. 2019-cu ilin avqust ayında öz ərizəmə əsasən həmin polis şöbəsinin ictimai təhükəsizlik bölməsinin sahə polis nəfəri vəzifəsinə keçirilmişəm. Həmin vəzifəyə keçirildikdən sonra tabeliyində olduğum İTB -nin rəisi Hümbətəliyev Nicat tərəfindən təqib olunmağa başlamışam. Mövcud pandemiya dövrü olduğu üçün Nicat Hümbətəliyev məndən hər gün tibbi maskadan istifadə etməyən ən azı 5 obyektin şəklini çəkərək ona gətirilməsini bildirmişdir. Əks halda onun bu sahədən işdən azad edilməsində əlində gələni edəcəyini bildirmişdir. Mübahisədən aydın görünür ki, İTB -nin rəisi Hümbətəliyev Nicat qərəzli şəkildə şərait yaradıb ki, məni hər yolla işdən azad etsin. Bu səbəbdən Nicat Hümbətəliyev özü Daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsanaməni kobud şəkildə pozaraq qanunlara uyğun olmayan əmrlər verməklə, vəzifəsindən sui istifadə etməklə barəmdə bir neçə dəfə intizam tənbehinin verilməsinə səbəb olmuşdur. Məhkəmə həmin intizam tənbehlərinə əsaslanaraq Cavabdeh rəisi polis polkovniki Nadir Məmmədov tərəfindən verilmiş , X2 xaric edilməm barədə 20 oktyabr 2020-ci il tarixli, Əl 17 ş/h-144-20 nömrəli əmrin ləğv edilməsi barədə iddiamı təmin etməmişdir. Həmin əmri qanunsuz və ədalətsiz hesab edirəm. İşə baxan məhkəmə həmin töhmətlərə və intizam tənbehlərinə əsaslanaraq iddianı rədd etmişdir. Qanunun tövsiyyəsindən görünür ki, vəzifəli şəxslər (rəislər) öz tabeliyində olan əməkdaşların xidməti intizamının vəziyyətinə görə məsuliyyət daşıyalar. Onlar əməkdaşlara qarşı yüksək tələbkarlıq göstərməklə yanaşı tabeliyində olan əməkdaşların xidməti fəaliyyəti, istirahəti və onların peşə hazırlığının artırılması üçün lazımi şərait yaratmalıdırlar. Lakin Cavabdeh İTB -nin rəisi Hümbətəliyev Nicat qərəzli şəkildə vətəndaşları və sahibkarları incitmək məqsədi ilə polis nəfərinin cinyət törətməsinə və bunu etməyəcəyi təqdirdə işdən azad edilməsi ilə hədələmişdir. Bundan əlavə intizam tədbirlərinin birində qeyd edilir ki, mən 31.08.2020- ci il tarixdə Qəbələ rayonu Nic qəsəbəsində etibarnamə olmadan idarəetdiyim VAZ 2106 markalı **-DO-*** qeydiyyat nömrəli avtomobillə əks istiqamətli hərəkət zolağna çıxmaqla manevr etmə qaydasını pozmuşam. Xidməti yoxlama aparılmış "Töhmət " intizam tənbehi almaqla kifayətlənimşəm. Bu fakta münasibət olaraq bildirirəm ki, hər bir Azərbaycan Respublikasının vətəndaşı kimi məndə hər hansı bir inzibati xəta törədə bilərəm. Azərbaycan Respublikasının Qaııunvcrciliyinə əsasən məsuliyyətimi hiss etmişəm. Lakin bu faktın mənim X2 işdən azad edilməyimlə heç bir əlaqəsi yoxdur. Odur ki, Şəki İnzibati Məhkəməsinin 19.08.2021-ci il tarixli, 2-1(116)-384/2021 nömrəli aylı qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada dəfələrlə xəbərdar edilməsinə baxmayaraq cavabdeh tərəf məhkəmə iclasına üzürlü səbəbdən gəlməmələrinə dair sübut təqdim etmədən məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İnzibati Prosessual Məcəllənin) 2.2.1-ci maddəsinə əsasən, inzibati məhkəmə icraatı qaydasında şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) baxılır. İnzibati Prosessual Məcəllənin 32.1-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldıra bilər. Mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İnzibati Prosessual Məcəllənin 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulub-pozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır.” Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iddia mümkün olsa da, əsassızdır. Ona görə də İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Şəki İnzibati Məhkəməsinin 19.08.2021-ci il tarixli, 2-1(116)-384/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Ə117 ş/h-144-20 nömrəli, 20.10.2020-ci il tarixli əmrdən görünür ki, İddiaçı “Azərbaycan Respublikası daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”nin 135-ci maddəsinin 9-cu və 10-cu bəndlərinə müvafiq olaraq xidmətdən xaric edilmişdir. İş materiallarında olan Qəbələ RPŞ-nin İTB-nin rəisi polis kapitanı X1 RPŞ-nin rəisi polis polkovniki Nadir Məmmədova təqdim etdiyi 08.07.2020-ci il tarixli raportun surətində qeyd edilir ki, “Koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə ölkə ərazisində tətbiq olunmuş karantin rejimi ilə əlaqədar xüsusi karantin rejimi elan olunmuş rayon və şəhərlərdən gələn şəxsləri müəyyən etmək üçün və vətəndaşlara xidmət göstərən obyekt işçilərinin tibbi maskasız işləməsi hallarının müəyyən edilməsi məqsədilə Qəbələ RPŞ-nin İTB-si tərəfindən rayon ərazisində mütəmadi olaraq xüsusi reydlər təşkil olunur. Qəbələ RPŞ-nin İTB-nin sahənin polis nəfəri, polis serjantı İddiaçı Xamməd oğlu təşkil olunan reyddə iştirak etməmiş, buna səbəb kimi içkili olduğunu bildirmişdir. 08.07.2020-ci il tarixdə saat 10:00 radələrində İTB-nin polis sahə rəisləri ilə iclas keçirən zaman polis serjantı İddiaçı Xamməd oğlu ilə dünənki tədbirdə iştirak etməməsi ilə bağlı fərditərbiyəvi söhbət aparan zaman o, iş vaxtının bitdiyini, işdən sonra istədiyini edə biləcəyini və qonağı gəldiyi üçün spirtli içki qbul etdiyini bildirdi. Ondan bu barədə niyə icazə almadığını soruşduqda o, uca səslə atası vasitəsilə Daxili İşlər Nazirliyinə mənim barəmdə işdən sonra onu xidmətə cəlb etdiyim üçün şikayət edəcəyini bildirərək xidməti otağın qapısını möhkəm çırpıb çıxıb getmişdir. Odur ki, Qəbələ RPŞ-nin İTB-nin sahənin polis nəfəri, polis serjantı İddiaçı Xamməd oğlu barəsində tədbir görülməsi üçün aidiyyəti əməkdaşa göstəriş verməyinizi Sizdən xahiş edirəm”. İş materiallarında olan Qəbələ RPŞ-nin ŞHİÜ rəis köməkçisi polis mayoru X3 RPŞnin rəisi polis polkovniki Nadir Məmmədova təqdim etdiyi raportun surətində qeyd edilir ki, “Qəbələ RPŞ-nin 08.07.2020-ci il tarixli 144-16667-1120 nömrəli raport əsasında Qəbələ RPŞ-nin İTB-nin polis sahə rəisi polis serjantı İddiaçı barəsində xidməti yoxlama aparılmış və İddiaçı «DİO əməkdaşlarının X5”nin 9, 11 və 14-cü maddələrinin tələblərini pozması faktı əsasında toplanmış material şöbədə intizamın təmin edilməsində kollektiv müzakirənin əhəmiyyətliyini nəzərə alaraq sıravi və kiçik rəis heyəti yığıncağında müzakirə olunması üçün rəy tərtib olunmuşdur. İş materiallarında olan Cavabdeh ŞHİÜ rəis köməkçisi polis mayoru Elvin Rizvanov tərəfindən 18.10.2020-ci il tarixdə tərtib edilən rəydə qeyd edilir ki, “DİO əməkdaşlarının X5”nin 1, 9, 14-cü maddələrinin və «İntizam Nizamnaməsi»nin 3.2, 3.8 və 53-cü bəndlərinin tələblərini pozaraq rütbəcə və vəzifəcə özündən böyük olan İTB-nin rəisi polis kapitanı N.Hünbətalıyevin xidməti fəaliyyətlə bağlı iradlarını səmimi qəbul etmədiyinə, ona tutulan iradlara dözümsüzlük göstərərək polis sahə rəislərinin qarşısında bölmə rəisi N.Hünbətalıyevin şərəf və ləyaqətini alçaldacaq şəkildə təhqir etdiyinə, habelə 24.09.2020ci il tarixdə xidmətdən yayındığına, xidmətində mənfı xarakterizə olunduğuna, əvvələr də yol verdiyi qəbahətlərə görə barəsində aparılmış xidməti yoxlamalardan və eləcə də RPŞnin rəisinin 11.08.2020-cı il tarixli Ə197-144-20 nömrəli əmri ilə ona elan olunmuş «Töhmət» intizam tənbehindən nəticə çıxarmadığına görə Qəbələ RPŞ-nin İTB-nin sahə polis nəfəri polis serjantı İddiaçı daha ciddi intizam tənbehinə cəlb olunması məqsədə müvafiqdir. İş materiallarında olan 2020-ci ilin oktyabr ayında (dəqiq tarix göstərilməmişdir) tərtib edilən “Xidməti xasiyyətnamə”nin surətində qeyd edilir ki, polis serjantı İddiaçı 2011ci ildən DİO-da, 2019-cu ildən isə Cavabdeh ictimai təhlükəsizlik bölməsində sahənin polis nəfəri vəzifəsində xidmət aparır. İş materiallarında olan Qəbələ RPŞ-nin İTB-nin rəisi polis kapitanı X1 RPŞ-nin rəisi v.m.i.e polis polkovnik-leytenantı Azər Cəfərova təqdim etdiyi 24.09.2020-ci il tarixli raportun surətində qeyd edilir ki, “24 sentyabr 2020-ci il tarixdə saat 16:30 radələrində Qəbələ RPŞ-nin İTB-nin YYÇPİTQ-nin baş inspektoru, polis kapitanı Azər Hüseynovla birlikdə xidməti ərazini yoxladığı zaman Cavabdeh ictimai təhlükəsizlik bölməsinin sahə polis nəfəri polis serjantı İddiaçı 7 saylı inzibati ərazisində olmamış, ona dəfərlərlə zəng etsək də, telefonuna zəng çatmamışdır. İş materiallarında olan Qəbələ RPŞ ŞHİÜ rəis köməkçisi polis mayoru Elvin Rizvanovun arayışının surətində qeyd edilir ki, DİN-in 18.08.2014-cü il tarixli G53-001-14 nömrəli göstərişinin tələblərini pozaraq etibarnamə olmadan idarə etdiyi avtomobillə yol nəqliyyat hadisəsi törətdiyinə görə ciddi intizam tənbehinə layiq olan Qəbələ RPŞ-nin İTBnin polis sahə nəfəri polis baş serjantı İddiaçı qüvvədə olan RPŞ-nin 11.08.2020-ci il tarixli Ə197 nömrəli əmri ilə elan olunmuş Töhmətintizam tənbehi ilə kifayətlənməsi məqsədə müvafiqdir. İş materiallarında olan Qəbələ RPŞ DYPB-nin rəisi polis mayoru X4 RPŞ-nin rəisi polis polkovniki Nadir Məmmədova ünvanladığı raportda qeyd edilir ki, “31.08.2020-ci iİ tarixdə saat təxminən 14:15 radələrində Qəbələ RPŞ İTB-nin polis sahə nəfəri polis baş serjantı İddiaçı etibarnamə olmadan idarə etdiyi Vaz-21060 markalı **-DO-*** d.q.n-lı avtomaşınla Nic qəsəbəsində hərəkətdə olarkən əks istiqamətli hərəkət zolağına çıxmaqla manevr etmə qaydasını pozmuş, nəticədə Vaz-21061 markalı **-BL-*** d.q.n-lı avtomaşınla toqquşmuşdur. Qəbələ RPŞ İTB-nin polis sahə nəfəri polis baş serjantı İddiaçı barəsində AR İXM-nin 332.1 və 327.2 maddəsi ilə İXP ******* saylı inzibati protokol tərtib edilmişdir. Odur ki, raportum barəsində aidiyyəti üzrə göstəriş verməyinizi sizdən xahiş edirəm”. İş materiallarında olan Qəbələ RPŞ-nin İTB-nin rəisi polis kapitanı X1 RPŞ-nin rəisi polis polkovniki Nadir Məmmədova təqdim etdiyi 17.10.2020-ci il tarixli raportun surətində qeyd edilir ki, “koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə ölkə ərazisində tətbiq olunmuş karantin rejimi ilə əlaqədar xüsusi karantin rejimi elan olunmuş rayon və şəhərlərdən gələn şəxsləri müəyyən etmək üçün və vətəndaşlara xidmət göstərən obyekt işçilərinin tibbi maskasız işləməsi hallarının müəyyən edilməsi məqsədilə Qəbələ RPŞ-nin İTB-si tərəfindən rayon ərazisində mütəmadi olaraq xüsusi reydlər təşkil olunur. 16.10.2020-ci il tarixdə səhər təlimatı zamanı Qəbələ RPŞ-nin İTB-nin sahənin polis nəfəri, polis serjantı İddiaçı xidməti ərazisində qanun pozuntularını aşkar edərək raportla məruzə etməsi barədə göstəriş vermişdim. 17.10.2020-ci il tarixdə saat 09:30 radələrində İTB-nin polis sahə rəisləri ilə iclas keçirən zaman polis serjantı İddiaçı 3 dəfə xidməti otağa dəvət etdikdən sonra o, xidməti otağıma gəldi və ondan verdiyim göstərişi niyə icra etmədiyini soruşdum. İTB-nin sahənin polis nəfəri, polis serjantı İddiaçı göstərişi icra etmədiyini bildirdi və xidməti otağımda məni uca səslə nalayiq ifadələrlə təhqir edərək məni vurmaq məqsədilə üzərimə hücum çəkdi. Bu zaman xidməti otağımda olan İTB- nin sahə rəisləri onun qarşısını aldı. Odur ki, Qəbələ RPŞ-nin İTB-nin sahənin polis nəfəri, polis serjantı İddiaçı barəsində tədbir görülməsi üçün aidiyyatı əməkdaşa göstəriş verməyinizi Sizdən xahiş edirəm”. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 14.1-ci maddəsinə əsasən, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə əmrin qanuni və əsaslı olması müəyyən olunmuş, cavabdeh orqan əmrin qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilmişdir. Belə ki, məhkəmə kollegiyası apellyasiya şikayətinə münasibət bildirərək qeyd edir ki, apellyasiya şikayəti əsaslandırılmamış və formal mülahizələrdən ibarət olmuşdur. Belə ki, DİN-in 08.04.2005-ci il tarixli 130 nömrəli əmri ilə təsdiq edilmiş “Daxili işlər orqanları əməkdaşlarının X5”nin; Ümumi müddəalarına əsasən dövlətin ictimai-siyasi həyatının mühüm sahələrindən olan hüquq-mühafizə fəaliyyətinin məqsədyönlü təşkili və həyata keçirilməsi, hüquqmühafizə orqanları əməkdaşlarının şəxsi, mənəvi və işgüzarlıq keyfiyyətlərindən, insanlarla ünsiyyət yaratmaq, onların inam və etibarını qazanmaq bacarığından bilavasitə asılıdır. Yalnız bu kimi keyfiyyətlərə, o cümlədən dəyanətə və saf mənəviyyata, öz həmkarları və əhali arasında hörmətə və nüfuza malik, dövlətə, xalqa və xidməti borca sədaqətli olan daxili işlər orqanlarının əməkdaşları insanların etibarını qazanıb onların dəstəyinə arxalana bilər. Daxili işlər orqanları əməkdaşlarının X5 (bundan sonra Davranış kodeksi) - əməkdaşların göstərilən meyarlara cavab verməsinin, cəmiyyətdə qəbul olunmuş mənəvi-əxlaqi və mədəni davranış qaydalarına əməl etməsinin ifadəsi olan norma və müddəaları müəyyən edir. Hər bir əməkdaş xidmətdə və gündəlik həyatda qanunçuluq, insan hüquq və azadlıqlarının, cəmiyyətdə qəbul olunmuş mənəvi dəyərlərin aliliyi, yüksək peşəkarlıq və səmimiyyət prinsiplərini və Davranış kodeksi ilə müəyyən edilmiş norma və qaydaları rəhbər tutmalıdır. Azərbaycan Respublikası daxili işlər orqanlarının əməkdaşları Davranış kodeksini dərindən öyrənməli və onun tələblərinə sözsüz əməl edəcəkləri barədə üzərlərinə öhdəlik götürməlidirlər. Öhdəlik əməkdaşın şəxsi işinə əlavə olunur. Daxili işlər orqanlarında xidmətə qəbula namizədin yoxlanılması prosesində, Davranış kodeksində müəyyən olunmuş prinsip və qaydalara zidd hərəkətləri barədə təsdiqləyici məlumatların daxil olması, onun xidmətə qəbulunun rədd edilməsi üçün əsas sayıla bilər. 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyinə, cəmiyyətdə qəbul olunmuş norma və qaydalara tam şəkildə əməl etməli, bu işdə digər şəxslərə nümunə olmalıdır. 9-cu maddəsinə əsasən çalışqanlığı, intizamlığı və təşəbbüskarlılığı xidmətin əsas meyarları kimi qəbul etməli, rəislərin (komandirlərin), yaşda və rütbədə özündən böyük həmkarlarının, habelə vətəndaşların irad və tənqidini səmimi qəbul etməli, onlardan düzgün nəticə çıxarmalı, riyakarlıqla özünü doğrultmağa yox, səhvlərini düzəltməyə çalışmalıdır. Xidməti geyim formasını şərəf və ləyaqətlə daşımalı, öz xarici görkəminə diqqətlə yanaşmalı, hər zaman səliqəli olmalı, davranışı ilə başqalarına yüksək mədəniyyət nümunəsi göstərməlidir. 11-ci maddəsinə əsasən sağlam həyat tərzi keçirməli, həkim təyinatı istisna olmaqla, sərbəst dövriyyəsi qadağan edilmiş və ya məhdudlaşdırılmış narkotik vasitələr və psixotrop maddələr qəbul etməməli, xidmət vaxtı, habelə xidmətdə olmadığı hallarda belə, xidməti geyim formasında olarkən spirtli içkilər içməməli, onları xidmət yerinə gətirməməlidir. Xidmətdən kənar vaxtlarda spirtli içkilər qəbul edərkən özünü idarə etməyi bacarmalı, həddini bilməli, şərəf və ləyaqəti alçaldan, eləcə də ertəsi gün xidməti vəzifələrin layiqincə yerinə yetirilməsinə mane ola biləcək dərəcədə spirtli içkilər qəbul etməməli, xidmətə gələrkən alkoqolun təsirindən tam azad olmalıdır. 14-cü maddəsinə əsasən iş qrafikinə və zərurət yarandıqda tətbiq olunan xüsusi xidmət rejiminə ciddi riayət etməli, xidmət yerinə vaxtında gəlib vaxtında getməli, üzürsüz səbəbdən xidmətdən yayınma hallarına yol verməməli, fövqəladə hallar istisna olmaqla, birbaşa rəislərin icazəsi olmadan xidmət yerini tərk etməməlidir. Birbaşa rəislərinin ilk çağırışı ilə, eləcə də, təbii fəlakətlər, geniş miqyaslı texnogen qəzalar, yanğınlar, iğtişaşlar və sair fövqəladə hadisələr baş verdikdə çağırışsız xidmət yerinə gəlməlidir. Xidmətdə olarkən vaxtını xidməti vəzifələrindən kənar işlərə sərf etməməlidir. 22-ci maddəsinə əsasən davranış kodeksində təsbit olunmuş prinsip və qaydaların əməkdaş tərəfindən yerinə yetirilməməsi xidməti və icra intizamının pozulması, daxili işlər orqanları əməkdaşının adına ləkə gətirən hərəkət kimi qiymətləndirilir və "Azərbaycan Respublikası daxili işlər orqanlarının intizam nizamnaməsi"ndə müəyyən olunmuş qaydada intizam məsuliyyəti doğurur. Etik davranış qaydalarının pozulması daxili işlər orqanları əməkdaşlarının intizam məsuliyyətinə cəlb edilməsi üçün əsasdır. Daxili işlər orqanları əməkdaşlarının intizam məsuliyyətinə cəlb edilməsi qanunvericiliklə nəzərdə tutulmuş qaydada və müddətdə həyata keçirilir. İntizam məsuliyyətinin dərəcəsi və tənbehin növü yol verilmiş intizam pozuntusu faktı üzrə keçirilən xidməti təhqiqatın və ya araşdırmanın nəticələrinə əsasən, buna səlahiyyəti olan vəzifəli şəxs tərəfindən müəyyən edilir. Beləliklə məhkəmə araşdırması zamanı iddiaçının istinad etdiyi hallar təsdiqini tapmamış, əksinə cavabdeh tərəfindən məhkəməyə təqdim olunan xidməti araşdırma materialı ilə iddiaçının “Daxili işlər orqanları əməkdaşlarının X5”nin 1, 9, 11 və 14-cü maddələrinin tələblərini pozması müəyyən olunmuş, bununla da “Azərbaycan Respublikası daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”nin 135-ci bəndinin 9 və 10-cu hissələrinə əsasən xidmətdən xaric edilməsi barədə cavabdeh tərəfindən qanuni əmr verilmişdir. Ona görə də apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsas ola bilməz. “Azərbaycan Respublikası daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”nin 108-ci bəndinə əsasən daxili işlər orqanlarında xidməti intizam əməkdaşlar tərəfindən onlara həvalə olunmuş vəzifələrin icrasından və öz səlahiyyətlərini həyata keçirən zaman Azərbaycan Respublikasının qanunvericiliyinə, vəzifə təlimatlarına, habelə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının və bilavasitə rəislərin əmr və göstərişlərinə əməl etməkdən ibarətdir. Əsasnamənin 114-cü bəndinə əsasən xidməti intizam qaydalarını pozmağa görə daxili işlər orqanlarının əməkdaşlarına aşağıdakı intizam tənbehləri tətbiq edilə bilər: 1) məzəmmət; 2) töhmət; 3) şiddətli töhmət; 4) xidməti vəzifəyə tam uyğun olmaması barədə xəbərdarlıq; 5) tutduğu vəzifədən aşağı vəzifəyə keçirmə; 6) xüsusi rütbənin bir pillə aşağı salınması; 7) xidmətdən xaric edilmə. Əsasnamənin 123-cü bəndinə əsasən daxili işlər orqanlarının əməkdaşına verilmiş intizam tənbehi, bir il müddətində qüvvədə olur və əməkdaşa il ərzində yeni intizam tənbehinə tətbiq edilmədikdə o, qüvvədən düşmüş hesab olunur. Əsasnamənin 135-ci bəndinə əsasən daxili işlər orqanlarının əməkdaşı aşağıdakı hallarda xidmətdən xaric edilə bilər: 9) daxili işlər orqanları əməkdaşı adına ləkə gətirən hərəkət etdikdə; 10) intizam məsuliyyətinə cəlb edildikdən sonra xidmət və icra intizamını il ərzində yenidən kobudcasına pozduqda; Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.2-ci maddəsinin tələbinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının tələbi qanuni və əsaslıdır. Apellyasiya şikayətinin dəlilləri isə birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün yetərli deyildir, onа görə də, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya şikayəti təmin edilməməli və qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası qərаrа аldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 19.08.2021-ci il tarixli, 2-1(116)-384/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-1(107)-431/2021
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-431/2021
27.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver