Azərbaycan Respublikası adından Qərar Şəki şəhəri İş № 2-1(107)-431/2025 30.04.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Musayev Vüqar Ələkbər oğlu (məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Həsənov Tural Həsən oğlundan ibarət tərkibdə, Məmmədli Aqil Bəxtiyar oğlunun katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Şəki Inzibati Məhkəməsinin ## ##### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: işin halları:
1. Iddiaçı ##.##.1958-ci ildə doğulmuş, H3 № ******* nömrəli hərbi biletə əsasən ##.##.1976-cı il tarixindən ##.##.1978-ci il tarixinədək hərbi xidmətdə olmuşdur.
2. ##.##.1981-ci ildə doldurulmuş əmək kitabçasına əsasən iddiaçının əmək fəaliyyəti dövrləri aşağıdakı kimi olmuşdur: ##.##.1981-##.##.1991, ##.##.1992-##.##.1993, ##.##.2000-##.##.2005 ##.##.1991-##.##.1992, ##.##.1993-##.##.1994, ##.##.1992-##.##.1992, ##.##.1994-##.##.1999
3. Iddiaçı yaşa görə əmək pensiyasına çıxmaq hüququnun olduğuna istinad edərək, bu barədə cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən ##.##.2023-cü il tarixli, məktubla tələbin təmin olunmasından imtina edilmişdir.
4. Imtina onunla əsaslandırılmışdır ki, iddiaçının sosial sığorta stajı (##.##.1976-cı il tarixdən ##.##.1978-ci il tarixədək hərbi xidmətdə olduğu müddət nəzərə alınmaqla) 20 il 7 ay 25 gün təşkil edir. ##.##.2006-cı il tarixdən ##.##.2018-ci il tarixinədək iddiaçının fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Eyni zamanda iddiaçının ##.##.1994-cü il tarixdən ##.##.1999-cu il tarixədək “xxxx” trestində işlədiyi dövrlər əmək kitabçasının doldurulma qaydaları pozulduğundan sosial sığorta stajına daxil edilməmişdir.
birinci instansiya məhkəməsində iş üzrə qəbul edilmiş məhkəmə aktı:
5. Iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “##.##.1994-cü il tarixdən ##.##.1999- cu il tarixədək * nömrəli Təmir-Tikinti Trestində və “Azərsənayexüsusitikinti quraşdırma” Trestində 5-ci dərəcəli bənna vəzifəsində işlədiyi dövrlərin pensiya təyin edilməsi üçün sığorta stajı kimi nəzərə alınması və ona əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
6. Iddia ərizəsinə əsasən iddiaçı ## ### 1958-ci il tarixində Qəbələ rayonu Ovcullu kəndində anadan olmuş, orta təhsillidir. ## ###### 1976-cı il tarixindən ## ###### 1978-ci il tarixinədək sovet ordusunda müddətli hərbi xidmətdə olmuşdur. Hərbi xidmətdən qayıtdıqdan sonra əmək fəaliyyətinə ##.##.1981-ci il tarixində Bakı şəhərində * №-li Təmir Tikinti Trestinə işə qəbul olunmuş, ##.##.1991-ci il tarixində öz xahişi ilə işdən azad olunmuşdur. ##.##.1991-ci il tarixində Bakı şəhərində 7№-li fəmir Tikinti Idarəsinə tolçu vəzifəsinə işə qəbul olunmuş, ##.##.1992-ci il tarixində öz xahişi ilə işdən azad olunmuşdur. ##.##.1992-ci il tarixindən “Zamin" Kooperativinə fəhlə işinə qəbul edilmiş. ##.##.1992-ci il tarixində öz xahişi ilə işdən azad edilmişdir. ##.##.1992-ci il tarixində Ixtisaslaşdırılmış Təmir-Tikinti Idarəsinə işə qəbul olunmuş, ##.##.1993-cü il tarixində həmin Idarədə anbardar vəzifəsinə, ##.##.1994-cü il tarixində 5-ci dərəcəli bənna vəzifəsinə keçirilmiş və ##.##.1994-cü il tarixində başqa işə keçdiyinə görə işdən azad olunmuşdur. ##.##.1994-cü il tarixində * №-li Təmir Tikinti Trestinə və “xxxx” Trestində 5-ci dərəcəli bənna işinə qəbul edilmiş, ##.##.1999-cu il tarixində ərizəyə əsasən vəzifəsindən azad edilmişdir. ##.##.2000-ci il tarixində “xxxx” Səhmdar Cəmiyyətinin * saylı müəssisəsində 5-ci dərəcəli bənna vəzifəsinə işə qəbul edilmiş və ##.##.2005-ci il tarixində öz xahişi ilə işdən azad olunmuşdur. 2006-cı il tarixindən 2014cü il tarixinədək Bakı şəhərində Ədliyyə Nazirliyinin Təmir-Tikinti Idarəsində işləməyinə baxmayaraq ,əmək kitabçasında qeydiyyatı aprılmamışdır. Iddiaçıya ##.##.2023-cü il tarixindən yaşa görə sosial müavinət təyin edilmişdir. Iddiaçı yaşa görə əmək pensiyası təyin edilməsi və pensiyanın verilməsi üçün sənədlərini ƏƏSMN tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına təqdim etmişdir. Lakin cavabdeh tərəfindən imtina məktubu gəlmişdir.
7. Cavabdeh orqan iddia tələbinə etirazını aşağıdakı kimi əsaslandırmışdır: - Iddiaçının sosial sığorta stajı (##.##.1976-cı il tarixdən ##.##.1978-ci il tarixədək hərbi xidmətdə olduğu müddət nəzərə alınmaqla) 20 il 7 ay 25 gün təşkil edir. ##.##.1994-cü il tarixdən ##.##.1999-cu il tarixədək “xxxx” trestində işlədiyi dövrlər əmək kitabçasının doldurulma qaydaları pozulduğundan mübahisələndirilərək sosial sığorta stajına daxil edilməmişdir. Iddiaçının təqdim etdiyi əmək kitabçasının surətində qeyd edilmiş ##.##.1994-cü il tarixdən ##.##.1999-cu il tarixədək “xxxx” trestində işlədiyi dövrün doldurulma qaydasının pozulduğu müəyyən edilmişdir. Belə ki, iddiaçının sözügedən müəssisədə işdən azad olma əmrinə vurulan möhürdə kiril qrafikalı əlifbadan istifadə edilməsi həmin qeydlərin mötəbərliyinə əsaslı şübhə yaratmışdır. Qeyd olunanlardan məlum olduğu kimi, sözügedən qeydin mötəbərliyinə əsaslı şübhələr olduğundan iddiaçının ##.##.1994-cü il tarixdən ##.##.1999-cu il tarixədək “Azərsənayexüsusitikintiquraşdırma” trestində işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi və həmin dövrlər nəzərə alınmaqla yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələblərinə ziddir. Iddiaçının əmək kitabçasında ##.##.2012-ci il tarixdən ##.##.2012-ci il tarixədək “xxxx” kiçik müəssisəsində işlədiyi qeyd olunsa da, həmin dövr ərzində iddiaçının xeyrinə məcburi dövlət sosial sığorta haqqı ödənilməmişdir. Istinad olunan qanunvericilik normalarının tələbləri və işin faktiki hallarına əsasən, iddiaçının ümumi iş stajı 25 ildən az olduğundan ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələblərinə əsasən mümkün hesab edilmir.
8. Şəki Inzibati Məhkəməsinin ## ##### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə (hakim Fəxri Hacızadə) iddia tələbi təmin edilmişdir.
9. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iş materiallarından göründüyü kimi hazırkı iddianı qaldırmaqda iddiaçının hüquqi marağı ona hüququnun yarandığı vaxtdan yaşa görə əmək pensiyasının təyin edilməsindən ibarətdir. Iddiaçının 65 yaşı ##.##.2023-cü il tarixində tamam olmuş, ona həmin tarixdən yaşa görə sosial müavinət təyin edilmişdir. Cavabdeh inzibati orqan tərəfindən iddiaçıya təqdim edilən imtina məktubunda və məhkəmə icraatı gedişində təqdim edilən etiraza əsasən iddiaçının mübahisələndirilməyən sosial sığorta stajı 20 il 7 ay 25 gün təşkil edir. Məhkəmə tərəfindən iddiaçının əmək kitabçası əsasında bütövlükdə sosial sığorta stajı, o cümlədən mübahisələndilən ##.##.1994-cü il tarixdən ##.##.1999-cu il tarixədək * nömrəli Təmir-Tikinti Trestində və “Azərsənayexüsusitikinti quraşdırma” Trestində 5-ci dərəcəli bənna vəzifəsində işləyi dövr və ##.##.2006-ci ildən ##.##.2018- il tarixinədək olan dövr araşdırılmışdır. Iddiaçıya məxsus ИT-İ № ******* saylı Əmək kitabçasının 13-cü səhifəsində aparılmış qeyddən görünür ki, o, ##.##.1994-cü il tarixli əmrə əsasən “xxxx” Trestində bənna işinə qəbul edilmiş, ##.##.1999-cu il **K nömrəli Əmrlə işdən azad edilmişdir. Cavabdehin imtinasının dəlilini iddiaçının sözügedən müəssisədə işdən azadolma əmrinə vurulan möhürdə kiril qrafikalı əlifbadan istifadə edilməsi ilə bağlıdır. Məhkəmə cavabdehin dəlilinə və iş materiallarına qiymət verərək hesab edir ki, cavabdehin imtinası əsassızdır. Belə ki, iddiaçı ##.##.1999-cu il **K nömrəli Əmrlə işdən azad edildikdən sonra da əmək fəaliyyətini davam etdirmişdir. Həmin Əmək kitabçası iddiaçının digər işlədiyi müəssisəyə təqdim edilmişdir. Digər tərəfdən 1999-cu ildə Əmək kitabçalarının kiril qrafikası ilə doldurulması və ya həmin möhürlərdən istifadə edilmiş olması iddiaçının orada əmək fəaliyyətini davam etdirməsini istisna etmir. Mövcud məhkəmə praktikasına əsasən də həmin dövrlərə aid sənədlərdə oxşar halların mövcudluğu iddiaçının ziyanına şərh edilməməlidir. Yuxarıda göstərilən dövr 5 il 7 ay 7 gün təşkil edir ki, həmin müddət mötəbərliyi təsdiq olunan 20 il 7 ay 25 günlə toplandıqda iddiaçının cəmi 26 il 3 ay 2 gün sosial sığorta stajının olduğu müəyyən edilir, bu da tələb olunan minimum dövrdən artıqdır. Oxşar inzibati mübahisə üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin ##.##.2021-ci il tarixli *-*(***)-****/**** nömrəli qərarında əks olunan hüquqi mövqedə qeyd edilmişdir ki, “iddiaçının əmək stajı işdə olan əmək kitabçası ilə müəyyən edildiyindən və həmin əmək kitabçalarında icra edilmiş qeydlərin həqiqətə uyğun olmaması cavabdeh tərəfindən müəyyən edilmədiyindən müvafiq qeydlərin mötəbərliyini şübhə altına almaq üçün heç bir əsas yoxdur. Odur ki, iddiaçı barəsində tərtib edilmiş əmək kitabçasını məhkəmə iddiaçının əmək stajını təsdiq edən sübut kimi qəbul edir və hesab edir ki, həmin sənədlərin yenidən digər sənədlərlə sübut olunmasına ehtiyac yoxdur. Iddiaçının, məhkəmə araşdırması zamanı müəyyən edilən sosial sığorta stajı ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün yetərli olduğundan, məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmamışdur. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, arxiv sənədlərinə və iddiaçının əmək kitabçasına əsasən iddiaçının 25 ildən artıq sığorta stajı olduğu təsdiq olunduğundan iddia tələbi təmin edilməlidir.
10. Cavabdeh orqanın nümayəndəsi apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir.
apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
a) apellyasiya şikayətinin dəlilləri
11. Cavabdeh orqanın nümayəndəsi apellyasiya şikayətinin dəlillərini iddia ərizəsinə etirazın dəlilləri ilə əsaslandırmış, əlavə olaraq qeyd etmişdir ki, məhkəmənin gəldiyi bu nəticə ilə razılaşmayaraq bildiririk ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra-Qanun) 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il ####un #-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. ##.##.2020-ci il tarixindən pensiya yaş həddi kişilər üçün 65 yaş müəyyən edilib. Həmin Qanunun 1.0.2ci maddəsinə uyğun olaraq, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Iddiaçının təqdim etdiyi əmək kitabçasının surətində qeyd edilmiş ##.##.1994-cü il tarixdən ##.##.1999-cu il tarixədək “Azərsənayexüsusitikintiquraşdırma” trestində işlədiyi dövrün doldurulma qaydasının pozulduğu müəyyən edilmişdir. Sözügedən dövrlər üzrə əmək haqqı cədvəlləri və əmrlərdən çıxarışların əldə edilməsi məqsədilə arxivə sorğu verilmiş, Qəbələ rayon Dövlət Arxivinin ##.##.2024-cü il tarixli ** nömrəli məktubuna əsasən “xxxx” trestinin sənədlərinin arxivdə olmadığı qeyd edilmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:
12. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.
tərəflərin izahatları
13. Məhkəmə kollegiyasının hazırkı iclasında iştirak edən cavabdehin nümayəndəsi Şəki Inzibati Məhkəməsinin ## ##### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, iddiaçının mübahisələndirilməyən iş stajı 20 il 7 ay 25 gün təşkil edir. Iddiaçının ##.##.1994-cü il tarixdən ##.##.1999-cu il tarixədək “xxxx” trestində işlədiyi dövrlər əmək kitabçasının doldurulma qaydaları pozulduğundan sosial sığorta stajına daxil edilməmişdir. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının Inzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi).
tətbiq edilən hüquq
14. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. ... III. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. ...
15. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 7. Yaşa görə əmək pensiyasının təyin edilməsi şərtləri 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il ####un #-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il ####un #-dən başlayaraq 2021-ci il ####un #-dək, qadınların yaş həddi 2017-ci il ####un #- dən başlayaraq 2027-ci il ####un #-dək hər il 6 ay artırılır.
16. Qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 69. Iş stajının təsdiq edilməsi qaydası Iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. Iş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir.
17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 1992-ci il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə”:
3. Iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Göstərilən sənədlər olmadıqda əmək stajını sübutedici kimi həmkarlar ittifaqı üzvlük bileti və hesablaşma kitabçası qəbul edilə bilər. Bu halda hesablaşma kitabçası əmək haqqı verilməsi qeydi aparılan dövrü, həmkarlar ittifaqı bileti ilə orada əmək haqqından və ya təqaüddən üzvlük haqqı verilməsi barədə qeydlər olan müddəti təsdiq edə bilər. Həmkarlar ittifaqı bileti olmadıqda staj həmkarlar ittifaqı üzvünün uçot kartı üzrə orada üzvlük haqqı verilməsi qeyd olunan müddət üzrə qəbul edilə bilər.
18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 1996-cı il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Işçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydaları”:
1. Ümumi müddəalar 1.1. Əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. ...
19. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları” (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının ## ### 2022-ci il tarixli Qərarı ilə ləğv edilmişdir): 3.2. 2006-cı il ######ın #-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; ...
20. “Inzibati icraat haqqında” Qanun: Maddə 19.1. Inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.
21. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi: Maddə 12. Işin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. ... Maddə 58. Sübutların araşdırılması qaydası ... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 85. Şikayətin verilməsinə dair tələblər 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir.
Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat ... 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər:[82] ... 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir.
apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri.
22. Apellyasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
23. Cavabdeh orqan onun üçün əlverişsiz olan məhkəmə aktından bütövlükdə şikayət verdiyindən verilmiş apellyasiya şikayəti üzrə hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyinə və əsaslılığına qiymət veriləcəkdir.
Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi
24. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
21. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri iddia tələbinə etirazın dəlillərini təkrarlamaqla onlarla eynilik təşkil edir. Birinci instansiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də iddia ərizəsinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir.
22. Bununla yanaşı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
23. Hazırkı işin birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçının hüquqi marağı ona ##.##.2023-cü il tarixindən yaşa görə əmək pensiyasının təyin edilməsinə yönəlmişdir. Iddiaçı, ##.##.1958-ci ildə doğulmuşdur.
24. Iş materiallarından görünür ki, iddiaçıya verilmiş ilkin imtina cavabında və birinci instansiya məhkəməsinə təqdim edilmiş iddia tələbinə etirazda iddiaçının ümumi iş stajının 20 il 7 ay 25 gün olması qeyd edilmişdir. Eyni zamanda apellyasiya şikayətində də, iddiaçının ümumi sosial sığorta stajının 20 il 7 ay 25 gün olması qeyd edilmiş və iddiaçının ##.##.1994-##.##.1999-cu il tarixlərdə “Azərsənayexüsusitikinti quraşdırma” trestində işlədiyi dövrün əmək kitabçasında doldurulma qaydası pozulduğuna görə sığorta stajına daxil edilmədiyi vurğulanmışdır. Belə ki, cavabdeh orqanın mövqeyinə görə sözügedən müəssisədə işdən azad olma əmrinə vurulan möhürdə kiril qrafikalı əlifbadan istifadə edilməsi həmin qeydlərin mötəbərliyinə əsaslı şübhə yaratmışdır.
25. Cavabdeh orqan iddiaçının əmək kitabçasına əsasən işlədiyi ##.##.1994- ##.##.1999-cu il tarixləri mübahisələndirsə də, məhkəməyə iddiaçıya məxsus əmək kitabçasının qeydlərininmötəbərliyini şübhə altına alan və həmin məlumatları təkzib edən hər hansı mötəbər sübut təqdim etməmişdir.
26. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının iş illəri onun əmək kitabçası ilə təsdiq olunduğu və əmək kitabçasının mötəbərliyini şübhə altına alan hallar müəyyən edilmədiyi üçün digər sənədlərlə yenidən sübut olunması zərurəti mövcud deyildir. Belə ki, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların inzibati orqan tərəfindən tələb olunması qadağandır. Bu mənada “Inzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 19.1-ci maddəsində təsbit edilmiş mötəbərlik prezumpsiyası prinsipinin tələbləri nəzərə alınmalı, əmək kitabçası və onda əks olunmuş məlumatlar mötəbər hesab olunmalı və qəbul edilməlidir.
27. Əmək pensiyasının təyinatında iddiaçının ##.##.2006-cı il tarixədək əmək fəaliyyətinin qarşılıqlı yoxlamasının hər hansı səbəbdən, məsələn şəxsin işlədiyi müəssisədə əmək haqq cədvəllərinin aşkar edilməməsinə görə baş tutmaması, habelə müəssisənin müvafiq sənədlərinin arxivə (Dövlət Arxivinə) təhvil verilməməsi onun təqsiri ilə bağlı olmayan haldır və hətta mövcudluğu təsdiq olunsa belə, bu hal özlüyündə qanunvericiliklə pensiya hüquqlarının həyata keçirilməsindən imtinaya əsas verən xüsusat kimi təsbit edilməmişdir. Bundan başqa, əmək kitabçasında əks olunmuş iş stajının yoxlanılmasının bu və ya digər səbəblərdən mümkün olmaması həmin əmək kitabçasının məxsus olduğu şəxs kimi iddiaçının iradəsi ilə bağlı hallarla əlaqədar olmadığından, onun üçün hüquqlarının məhdudlaşdırılması nəticəsini doğurmamalıdır.
28. Hazırkı iş üzrə cavabdeh lazımi sübutlara əsaslanmaqla əmək kitabçasındakı qeydlərin mötəbərliyini mübahisələndirə bilər. Bu halda əmək kitabçasındakı qeydlər üzrə məlumatların həqiqiliyi ilə bağlı mübahisə yaranır və belə mübahisə cavabdeh tərəfindən qaldırıldığından, həmin məlumatların həqiqəti əks etdirmədiyinə dair sübutları təqdim etmək vəzifəsi də onun üzərinə düşür (IPM-in 14.3-cü maddəsi).
29. Iddiaçıya məxsus əmək kitabçasında mübahisələndirilən illəri ehtiva edən qeyd müəssisənin dairəvi möhürü və məsul şəxsin imzası ilə təsdiq olunmuşdur. Möhürün kiril qrafikası ilə yazılmasına gəldikdə isə oxşar mübahisələr üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının bir sıra qərarlarında vurğulanmışdır ki, əmək kitabçasının kiril əlifbası ilə yazılması həmin dövrlərin iş stajına daxil edilməsini istisna edən hal kimi qanunvericilikdə nəzərdə tutulmamışdır.
30. Belə ki, latın əlifbası 1991-ci il ######ın ##-də Azərbaycan parlamenti tərəfindən təsdiq olunsa da, 2001-ci ilədək müxtəlif obyektiv və subyektiv səbəblər üzündən hələ Respublika səviyyəsində məcburi latın qrafikasına keçilməmişdi. Yalnız Azərbaycan Respublikası X2 2001-ci il ## #### tarixli Fərmanından sonra, bütün Azərbaycan ərazisində latın əlifbasına keçilmişdir. Odur ki, 1999-cu ildə kiril qrafikasından latın qrafikasına keçid dövrü olduğundan sənədləşmədə qarışıq qrafikalarda yazılara rast gəlmək mümkündür. Belə olan halda, cavabdeh tərəfindən həmin dövrlərin sığorta stajı kimi nəzərə alınmasından imtina edilməsi qanunsuz hesab edilməli və bu hal iddiaçının əleyhinə şərh edilməməlidir.
31. Oxşar inzibati mübahisə üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin ##.##.2021-ci il tarixli *-*(***)-****/**** nömrəli qərarında əks olunan hüquqi mövqedə qeyd edilmişdir ki, “iddiaçının əmək stajı işdə olan əmək kitabçası ilə müəyyən edildiyindən və həmin əmək kitabçalarında icra edilmiş qeydlərin həqiqətə uyğun olmaması cavabdeh tərəfindən müəyyən edilmədiyindən müvafiq qeydlərin mötəbərliyini şübhə altına almaq üçün heç bir əsas yoxdur. Odur ki, iddiaçı barəsində tərtib edilmiş əmək kitabçasını məhkəmə iddiaçının əmək stajını təsdiq edən sübut kimi qəbul edir və hesab edir ki, həmin sənədlərin yenidən digər sənədlərlə sübut olunmasına ehtiyac yoxdur.
32. Belə olan halda kollegiya hesab edir ki, iddiaçının mübahisələndirilən (5 il 7 ay 25 gün) və mübahisələndiriləməyən (20 il 7 ay 25 gün) sosial sığorta stajının cəmi 25 ildən artıq olduğundan birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə düzgün nəticəyə gəlmişdir.
33. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh orqanın apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
34. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası
QƏRARA ALDI:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmir. Şəki Inzibati Məhkəməsinin ## ##### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılır. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.