Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-432/2024 30.07.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ X3 (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, Əhmədov Fərid Vidadi oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X11 iştirakları ilə, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 12 saylı Şəki ərazi idarəsinə qarşı “Şəki rayon Aqrar İslahat Komissiyasının 07 may 1998-ci il tarixli 49 saylı qərarı ilə iddiaçı və ailə üzvlərinin mülkiyyətinə verilmiş 0,12 ha torpaq sahəsi üzərində ümumibirgə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması, çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(116)-150/2024 nömrəli qərarından iş üzrə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası aşağıdakı qərarı qəbul etdi. İşin halları Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 12 saylı Şəki ərazi idarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “Şəki rayon Aqrar İslahat Komissiyasının 07 may 1998-ci il tarixli 49 saylı qərarı ilə iddiaçı və ailə üzvlərinin mülkiyyətinə verilmiş 0,12 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və iddiaçı və ailə üzvlərinin adına dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Məhkəmənin xx.xx.2023-cü il tarixli 2-1(116)-1578/2023 saylı qərardadı ilə Şəki rayonu Orta Zəyzid bələdiyyəsi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına zəruri cəlb edilmişdir.
3. İddiaçı, məhkəmə iclasında tələbini dəqiqləşdirərək “Şəki rayon Aqrar İslahat Komissiyasının 07 may 1998-ci il tarixli 49 saylı qərarı ilə onun və ailə üzvlərinin mülkiyyətinə verilmiş 0,12 ha torpaq sahəsi üzərində ümumibirgə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması, çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
4. Məhkəmənin xx.xx.2024-cü il tarixli iclas protokolunun qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, Şəki rayon Aqrar İslahat Komissiyasının 07 may 1998-ci il tarixli 49 saylı qərarı ilə iddiaçının və ailə üzvlərinin mülkiyyətinə 0,12 ha torpaq sahəsi verilmiş, həmin torpaq sahəsi ilə bağlı Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şəki rayon şöbəsi tərəfindən JN-494 C, kod 40407018 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə verilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 8.0.5-ci maddəsinə əsasən 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır. Qeyd edilən maddi normanın tələbini rəhbər tutaraq, Şəki rayon Aqrar İslahat Komissiyasının 07 may 1998-ci il tarixli 49 saylı qərarı ilə iddiaçının və ailə üzvlərinin mülkiyyətinə verilmiş 0,12 ha torpaq sahəsi ilə bağlı hüquqların dövlət qeydiyyatına alınması və çıxarışın verilməsi üçün cavabdehə müraciət etmiş, lakin həmin torpaq sahəsinin xx.xx.2013-cü il tarixli 4Ə-1/77 reyestr nömrəli müqavilə əsasında özgəninkiləşdirildiyi bildirilərək müraciətin təmin edilməsindən imtina olunmuşdur. xx.xx.2013-cü il tarixli 4Ə-1/77 reyestr nömrəli müqavilə əsasında özgəninkiləşdirilən torpaq sahəsi tamamilə başqa ərazidə yerləşən və Dövlət Aktı ilə onun mülkiyyətinə verilən çöl pay torpağı olmuşdur. Həmin çöl pay torpaq sahəsinin JN 494 C, kod 40407018 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə ilə onun və ailə üzvlərinin mülkiyyətinə verilmiş həyətyanı torpaq sahəsi ilə heç bir əlaqəsi yoxdur. Əgər JN-494C, kod 40407018 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə qeyd edilən 0,12 ha həyətyanı torpaq sahəsinin planı və sərhədlərinin ölçüsü ilə Dövlət Aktı ilə iddiaçının mülkiyyətinə verilən və xx.xx.2013-cü il tarixli 4Ə-1/77 reyestr nömrəli müqavilə əsasında özgəninkiləşdirilən çöl pay torpağının planı və sərhədlərinin ölçüsündə hər hansı bir texniki səhv ucbatından üst-üstə düşmə olmuşdursa, bu texniki səhvi aradan qaldırmaq cavabdeh idarənin vəzifəsi idi. Belə ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Nizamnaməsinin 3.1.12-ci bəndinə əsasən hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvləri qanunla müəyyən edilmiş qaydada aradan qaldırmaq və hüquqların dövlət qeydiyyatı zamanı yaranan münasibətlərin maraqlı iştirakçılarına səhvlərin aradan qaldırılması barədə yazılı məlumat vermək Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin vəzifəsidir. Yuxarıda qeyd edilənlərə əsasən Şəki rayon Aqrar İslahat Komissiyasının 07 may 1998ci il tarixli 49 saylı qərarı ilə onun və ailə üzvlərinin mülkiyyətinə verilmiş 0,12 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və iddiaçının və ailə üzvlərinin adına dövlət reyestrindən çıxarışın verilməsi ilə bağlı xx.xx.2023-cü ildə bir daha cavabdeh orqana rəsmi ərizə ilə müraciət etmiş, cavabdeh orqanın 01 mart 2023cü il tarixli 321-3-39/2- H-0002-8/2023 saylı məktubu ilə onun müraciətinə cavab olaraq bildirilmişdir ki, “araşdırma zamanı elektron baza məlumatlarında 0,12 ha və 0,30 ha torpaq sahələrinə verilmiş şəhadətnamələrin üst-üstə düşdüyü, faktiki 0,12 ha torpaq sahəsinin sənəd üzrə sahədən kənarda yerləşdiyi müəyyən olunduğundan ərizənin icrası mümkün olmamışdır." Cavabdehin bu mövqeyini qanunsuz və əsassız hesab etdiyi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
6. Cavadeh orqan iddia tələbinə etirazında qeyd etmişdir ki, vətəndaş İddiaçı 06 yanvar 2023-cü il tarixdə ərizə ilə DƏDKR PHŞ-nin 12 saylı Şəki Ərazi idarəsinə müraciət edərək, Şəki rayon Aqrar islahatı komissiyasının 07 may 1998-ci il tarixli 49 saylı qərarı ilə ona və ailə üzvlərinə verilmiş 0,12 ha torpaq sahəsinə dövlət reyestrindən çıxarış verilməsini xahiş etmişdir. Lakin, aparılmış araşdırma zamanı Şəki rayonu Baş Zəyzid kənd sakini İddiaçı və ailə üzvlərinin adına ləğv olunmuş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şəki rayon şöbəsi və Şəki rayonlararası Yerquruluşu idarəsi tərəfindən 26 may 2006-cı il tarixdə tərtib edilmiş JN-494C KOD 40407018 nömrəli torpağın mülkiyyətə verilməsinə dair 2 (iki) şəhadətnamənin olduğu, şəhadətnamələrin birində 0,12 ha, digərində isə 0.30 ha torpaq sahəsinin İddiaçı və ailə üzvlərinin mülkiyyətinə verildiyi qeyd olunsa da, həm 0,12 ha, həm də 0,30 ha torpaq sahəsinin yerləşmə yerinin eyni ərazidə olduğu, 494C nömrəli 0.12 ha torpaq sahəsinin 2737BB nömrəli 0.18 ha bələdiyyə torpağı ilə birləşdirilərək 494C mülk nömrəsi ilə 0,30 ha ölçüdə Şəki rayonu Baş Zəyzid kənd sakini İddiaçı və ailə üzvlərinin mülkiyyətinə verildiyi və sonuncuların da həmin torpaq sahəsini xx.xx.2013-cü il tarixdə notarial qaydada təsdiq olunmuş 4Ə-İ/77 reyestr nömrəli müqavilə əsasında satdığı müəyyən edildiyindən vətəndaşa xx.xx.2023cü il tarixli 321-3-39/2-H0002-8/2023 №-li imtina məktubu verilmişdir. 01 mart 2023-cü il tarixli 4Ə-İ/77 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin bağlanmasına əsas olmuş Şəki rayonu Baş Zəyzid kənd sakini İddiaçı və ailə üzvlərinin adına ləğv olunmuş DTXK-nin Şəki rayon şöbəsi və Şəki rayonlararası Yerquruluşu idarəsi tərəfindən 26 may 2006-cı il tarixdə tərtib edilmiş JN-494C nömrəli 40407018 kodlu torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə öz hüquqi qüvvəsini saxladığından, nə 0,12 hektar, nə də 0,30 hektar torpaq sahəsinə dair eyni nömrəli şəhadətnamələrdən hər hansı birinin ləğv edilməsi və ya düzəliş edilməsi daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 12 saylı Şəki Ərazi idarəsinin qanunda nəzərdə tutulmuş səlahiyyətlərinə aid deyil. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanununun 1.0.4-cü maddəsinə əsasən qeydiyyat orqanı - daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır. Bundan başqa, "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Qanunun 4.1-ci maddəsində 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatının öz hüquqi qüvvəsini saxladığı nəzərdə tutulduğundan 26 may 2006-cı il tarixli JN-494C nömrəli 40407018 kodlu torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə əvvəllər yaranmış hüquq öz hüquqi qüvvəsini saxlayır. Yuxanda qeyd olunanlara əsasən, Şəki rayonu Baş Zəyzid kənd sakini İddiaçı iddia etdiyi 0,12 ha həyətyanı torpaq sahəsi faktiki İddiaçı istifadəsində olmuş olsa belə mülkiyyət hüququna dair heç bir sənədi olmayan həmin torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi mümkün olmamışdır.
7. İddia tələbinə dair aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2023-cü il və xx.xx.2022-ci il tarixli imtina məktublarından görünür ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməzdən əvvəl, anoloji tələblə cavabdeh orqana müraciət etmiş, lakin, cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. - X22 filialının xx.xx.2022-ci il tarixli 869 nömrəli arxiv çıxarışından görünür ki, Şəki rayonu Baş Zəyzid kənd “Şəfəq” kolxozunun xx.xx.1987-ci il 01 №-li idarə heyəti iclas protokolundan çıxarışa əsasən İddiaçı 0,12 ha həyətyanı torpaq sahəsi verilmişdir. - JN-494C kod 40407018 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədən görünür ki, Şəki RAİK-nın xx.xx.1998-ci il tarixli 49 nömrəli qərarı ilə Şəki rayonu Baş Zəyzid kəndindən İddiaçı 4 nəfər ailə üzvü ilə birlikdə 0,30 ha torpaq sahəsi ayrılmışdır. - JN-494C kod 40407018 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədən görünür ki, Şəki RAİK-nın xx.xx.1998-ci il tarixli 49 nömrəli qərarı ilə Şəki rayonu Baş Zəyzid kəndindən İddiaçı 4 nəfər ailə üzvü ilə birlikdə 0,12 ha torpaq sahəsi ayrılmışdır. - Şəki şəhəri 1 saylı dövlət kontorunda təsdiq edilmiş, xx.xx.2013-cü il tarixli reystrdə 4Ə-İ/77 nömrə ilə qeydə alınmış müqavilədən görünür ki, İddiaçı, X7, X9, X8 və X5 şəhər Ərazi İdarəsinin xx.xx.2012-ci il tarixli 5147 nömrəli arayışı və dövlət aktına əsasən ona məxsus Şəki rayonu Baş Zəyzid kəndində yerləşən 0,30 ha torpaq sahəsini X1. - Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2023-cü il tarixli 3-21-3-60/2-1763/2023 nömrəli məktubuna əlavə olunmuş, Şəki rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 49 nömrəli protokolu ilə təsdiq edilmiş Şəki rayonunun Baş Zəyzid kəndi üzrə torpaq sahəsinə dair subyektlər siyahısından görünür ki, İddiaçı və ailə üzvlərinin (X13, X7, X8, X9) adlarının qarşısında “həyətyanı torpaq sahəsi”- 0,12 ha, “faktiki torpaq sahəsi”- 0,3048 ha, “ümumi torpaq sahəsi”- 0,3048 ha, “bələdiyyənin ehtiyat fondu”- 0,1848 ha, “mülkiyyətçiyə verilən torpaq sahəsi” qrafasının qarşısında- 0,1200 ha qeyd olunmuşdur. - Cavabdehin xx.xx.2023-cü il tarixli məktubuna əlavə edilmiş mütəxəssis rəyindən görünür ki, X2 Şəki rayon Aqrar islahat Komissiyasının 07 may 1998-ci il tarixli, 49 saylı qərarı ilə iddiaçıya və ailə üzvlərinin mülkiyyətinə verilmiş 0.12 ha torpaq sahəsi faktiki olaraq 2181 kv.m olub döngə nöqtələri, koordinatları və sahəsi tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. Həmin torpaq sahəsi Kənd təsərrüfatı təyinatlı torpaqları kateqoriyasına aid, uqodiyası kolluq olmaqla, Orta Zəyzid bələdiyyəsinin mülkiyyətində olan və X2 istifadəsində olan ərazidir. Torpaq sahəsi başqa şəxslərin mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşmür. - xx.xx.2023-cü il tarixdə keçirilmiş tədqiqat obyektinə və elektron baza məlumatlarına yerli baxışın nəticələrinə dair protokoldan görünür ki, iddiaçı tərəfindən faktiki istifadə edilən və JN-494C nömrəli şəhadətnaməyə istinad olunmaqla iddia olunan torpaq sahəsi naturada 2181 kv.m olmaqla heç bir yaşayış sahəsi olmayan, bütövlükdə çöllük ərazidə yerləşən torpaq sahəsinin tərkib hissəsidir və kənarları kollarla çəpərlənmişdir. Torpaq sahəsi boş ərazidir. Həmin torpaq sahəsinin heç bir tərəfində yaşayış sahəsinin olması müəyyən edilmir. İddiaçı, iddia etdiyi torpaq sahəsinin məhz həmin torpaq sahəsi olmasını uzun illər həmin torpaq sahəsində yonca əkməsi ilə əsaslandırır. Torpaq islahatı aparıldıqdan sonra sözügedən ərazinin iddiaçı tərəfindən istifadəsini sübut edən hər hansı sübut (fərdi yaşayış evi, kəndli təsərrüfatı və s.) mövcud deyil. Elektron baza məlumatlarına baxış keçirilərkən müəyyən edildi ki, JN-494C KOD 40407018 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” 2 (iki) şəhadətnamə mövcud olsa da, həm 0,12 ha, həm də 0,30 ha torpaq sahəsinin yerləşmə yeri eyni ərazidir. 494C nömrəli 0,12 ha torpaq sahəsi 2737BB nömrəli 0,18 ha bələdiyyə torpağı ilə birləşdirilərək 494C mülk nömrəsi ilə 0,30 ha ölçüdə Şəki rayonu Baş Zəyzid kənd sakini İddiaçı və ailə üzvlərinin mülkiyyətinə verilmişdir. Elektron baza məlumatları qonşu torpaq sahələri ilə müqayisəli yoxlanıldı. Müəyyən edilir ki, X4 və ailə üzvlərinə verilmiş 0,24 ha torpaq sahəsinə dair JN-464E nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin cizgisində qonşu torpaq sahəsi olaraq JN-494C nömrəli Şəhadətnamə 0,30 ha ölçüyə uyğun qeyd edilmişdir. Həm 0,12 ha torpaq sahəsinə dair JN-494C nömrəli Şəhadətnamənin, həm də JN-464E nömrəli Şəhadətnamənin elektron baza məlumatlarında 2739BB olaraq qeyd edilmiş qonşu torpaq sahəsinin olması müəyyən edilir. İddiaçı tərəfindən naturada göstərilən torpaq sahəsi Zəyzid çayının kənarında yerləşən, bütövlükdə kənd təsərrüfatı təyinatlı, “kollu örüş” olaraq qeyd edilən torpaq sahəsinin daxilində, su fondu torpaqları ilə sərhəddə yerləşir. Ərazinin ortofotosuna baxılarkən ətrafında heç bir yaşayış sahəsinin olmaması aşkar görünür. Bununla belə iddia olunan ərazi “yaşayış məntəqələri torpaqları”, “tikinti altında olan torpaqlar” kimi yeni elektron uçot məlumatlarına daxil edilmişdir.
8. Şəki İnzibati Məhkəməsinin (hakim Vüqar Musayev) 29 fevral 2024-cü il tarixli 2- 1(116)-150/2024 nömrəli qərarı ilə İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 12 saylı Şəki ərazi idarəsinə qarşı “Şəki rayon Aqrar İslahat Komissiyasının 07 may 1998-ci il tarixli 49 saylı qərarı ilə iddiaçı və ailə üzvlərinin mülkiyyətinə verilmiş 0,12 ha torpaq sahəsi üzərində ümumibirgə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması, çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasının təmin edilməməsi qərara alınmışdır.
9. Məhkəmə qeyd etmişdir ki, iddia əsassızdır. Belə ki, iddiaçı, sözügedən torpaq sahəsinin Şəki rayon Aqrar islahat Komissiyasının 07 may 1998-ci il tarixli, 49 saylı qərarı ilə ayrılmış, JN-494C KOD 40407018 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədə qeyd edilmiş torpaq sahəsi olduğunu bildirir. İşdə olan sənədlərlə müəyyən edilir ki, iddiaçı və ailə üzvlərinin adına eyni nömrəli (JN-494C) iki Şəhadətnamə tərtib edilsə də, faktiki olaraq 0,12 ha torpaq sahəsi sonradan 0,18 ha torpaq sahəsi ilə tamamlanaraq 0,30 ha torpaq sahəsinə münasibətdə JN-494C KOD 40407018 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə tərtib edilmişdir. Yəni, 0,12 ha və 0,30 ha torpaq sahələrini özündə əks etdirən JN-494C nömrəli Şəhadətnamələr müxtəlif ərazilərdə yerləşən torpaq sahələrini yox, eyni ərazidə yerləşən torpaq sahələrini ehtiva edir. Belə ki, iddiaçıya Şəki rayonu Baş Zəyzid kənd “Şəfəq” kolxozunun xx.xx.1987-ci il 01 №-li idarə heyəti iclas protokolundan çıxarışa əsasən 0,12 ha həyətyanı torpaq sahəsi verilmişdir. Şəki rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 49 nömrəli protokolu ilə təsdiq edilmiş Şəki rayonunun Baş Zəyzid kəndi üzrə torpaq sahəsinə dair subyektlər siyahısında da, iddiaçıya ailə üzvləri ilə birlikdə verilməsi nəzərdə tutulan həyətyanı torpaq sahəsinin ölçüsü 0,12 ha, faktiki (ümumi) torpaq sahəsinin ölçüsü isə 0,3048 ha qeyd edilmişdir. Yəni, 0,12 ha və 0,30 ha torpaq sahələri iddiaçının ayrı-ayrılıqda istifadəsində olmamışdır. İddiaçıya məxsus 0,12 ha torpaq sahəsindən əlavə, faktiki istifadəsində olan 0,1848 ha torpaq sahəsi “bələdiyyənin ehtiyat fondu” olaraq qeyd edilmişdir ki, işdə olan, iddiaçının istinad etdiyi 0,12 ha torpaq sahəsinə dair JN-494C nömrəli Şəhadətnamədə də, qonşu torpaq sahəsi olaraq 2737BB nömrəli bələdiyyəyə məxsus ərazi göstərilmişdir. Eyni nömrə ilə tərtib edilmiş JN-494C nömrəli Şəhadətnamədə bələdiyyənin ehtiyat fondu olaraq qeyd edilmiş 0,1848 ha torpaq sahəsi 0,12 ha torpaq sahəsinə birləşdirilməklə ümumi torpaq sahəsinin ölçüsü 0,30 ha qeyd edilmişdir. Şəhadətnamənin qaiməsində göstərilən 3047.5 kv.m ölçü də, məhz həmin torpaq sahələrinin cəmini ifadə edir (0,1848+0,12=0,3048). Qonşu torpaq sahəsinə aid X4 və ailə üzvlərinə verilmiş 0.24 ha torpaq sahəsinə dair JN-464E nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin cizgisində qonşu ərazi olaraq JN-494C nömrəli Şəhadətnamə 0,30 ha ölçüyə uyğun qeyd edilmişdir. Həm 0,12 ha torpaq sahəsinə dair JN-494C nömrəli Şəhadətnamənin, həm də JN-464E nömrəli Şəhadətnamənin elektron bazadakı cizgisində növbəti torpaq sahəsi 2739BB qeyd edilmişdir. Məhkəmə tərəfindən iddia olunan torpaq sahəsinə və elektron baza məlumatlarına yerli baxış keçirilmiş və müəyyən edilmişdir ki, sözügedən torpaq sahəsi Zəyzid çayının kənarında yerləşməklə, bütövlükdə kənd təsərrüfatı təyinatlı, “kollu örüş” olaraq qeyd edilən torpaq sahəsinin daxilində, su fondu torpaqları ilə sərhəddə yerləşir. Ətrafında heç bir yaşayış sahəsi yoxdur, torpaq sahəsinin kənarları kollarla çəpərlənmişdir. İddiaçı, iddia etdiyi torpaq sahəsinin məhz həmin torpaq sahəsi olmasını uzun illər həmin torpaq sahəsində yonca əkməsi ilə əsaslandırır. Torpaq islahatı aparıldıqdan sonra sözügedən ərazinin iddiaçı tərəfindən istifadəsini sübut edən hər hansı sübut (fərdi yaşayış evi, kəndli təsərrüfatı və s.) mövcud deyil. Hətta iddiaçının istinad etdiyi 0.12 ha torpaq sahəsinə dair JN-494C nömrəli Şəhadətnamənin fərqli torpaq sahəsinə aid olması ehtimal olunsa belə, sözügedən torpaq sahəsinin məhz iddia olunan torpaq sahəsi olmasını təsdiq edən hər hansı mötəbər sübut mövcud deyil. Həmin kənd təsərrüfatı təyinatlı torpaq sahəsi və su fondu torpaqları ilə əhatə olunmuş, ətrafında heç bir yaşayış sahəsi olmayan torpaq sahəsinin yeni elektron uçot məlumatlarına “yaşayış məntəqələri torpaqları”, “tikinti altında olan torpaqlar” kimi daxil edilməsinə münasibətdə məhkəmə qeyd edir ki, ərazidə hər hansı tikinti yoxdur. Oxşar işlər üzrə baxılmış məhkəmə mübahisələrindən bəllidir ki, yeni elektron uçot məlumatlarına məlumatlar daxil edilərkən bir çox hallarda hüquqmüəyyənedici və texniki sənədlərə istinad olunmadan, faktiki istifadəçilərin subyektiv fikirlərinə, ərazinin çəpərlənməsinə (hasarlanmasına) istinad etməklə torpaq sahəsinin kadastr məlumatları düzgün olmayaraq bazaya daxil edilmişdir. Hazırkı işdə də, bütövlükdə kənd təsərrüfatı təyinatlı, örüş uqodiyalı torpaq sahəsinin daxilində, su fondu torpaqları ilə sərhəddə yerləşən və iddiaçının şifahi mülahizələrindən başqa hər hansı sübutla təsdiqlənməyən sözügedən torpaq sahəsinin yeni elektron uçot məlumatlarına “yaşayış məntəqələri torpaqları” olaraq daxil edilməsi vəziyyəti iddiaçının xeyrinə dəyişmir. Yəni, iddiaçı sözügedən ərazidə istənilən torpaq sahəsinin kənarlarını bağlayaraq özünə məxsusluğunu iddia edə bilər. Lakin, həmin torpaq sahəsinin həqiqətən iddiaçıya ayrılması işin yuxarıda qeyd edilmiş halları ilə təkzib olunur. Bundan başqa nəzərə alınmalıdır ki, işin yuxarıda qeyd edilmiş hallarından göründüyü kimi iddia olunan torpaq sahəsində iddaçıya məxsus fərdi yaşayış evi, kəndli təsərrüfatı və s. mövcud olmadığından, həmçinin sözügedən torpaq sahəsi kənd təsərrüfatı təyinatlı torpaq sahəsi və su fondu torpaqları ilə əhatə olunmuş ərazi olduğundan “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanunun 9-cu maddəsinin tələbləri baxımından da, ümumiyyətlə həyətyanı məqsədilə ayrılması mümkün ola bilməzdi. Məhkəmə qeyd edir ki, torpaq sahəsi üzərində hüquq həmin torpaq sahəsinin ayrılması barədə hüquqmüəyyənedici sənəd əsasında yaranır. Hüquqmüəyyənedici sənəd qanunla müəyyən olunmuş qaydada ləğv edilənə, geri çağırılana, dəyişdirilənə və ya etibarsız sayılana qədər qüvvədə sayılır və etibarlı hesab olunur. Şərh olunanları ümumiləşdirərək məhkəmə hesab edir ki, 0,12 ha torpaq sahəsinə dair tərtib edilmiş JN-494C nömrəli Şəhadətnamə iddia olunan torpaq sahəsinə aid olmadığından və sözügedən torpaq sahəsi üzərində ümumibirgə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün hüquqmüəyyənedici sənəd təqdim edilmədiyindən cavabdeh orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmuşdur.
10. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək Şəki İnzibati Məhkəməsinin 29 fevral 2024-cü il tarixli 2-1(116)-150/2024 nömrəli qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin dəlilləri
11. İddiaçı apellyasiya şikayətinin dəlillərini iddia ərizəsinin məzmunu ilə əsaslandırmışdır. Əlavə olaraq qeyd etmişdir ki, məhkəmənin qərarını qanunsuz və ədalətsiz hesab edir. Ona görə də, qeyd edilən qərar ləğv edilməli, yeni qərar çıxarılaraq iddia tələbi təmin edilməlidir. Bundan başqa, qeyd edir ki, sözügedən mübahisələndirdiyi torpaq sahəsinin yeni elektron uçot məlumatlarına “yaşayış məntəqələri torpaqları” olaraq daxil edilməsi də onun iddia tələbinin əsaslı olduğunu bir daha sübut edir. Çox təəssüflə qeyd edir ki, Şəki İnzibati Məhkəməsi yuxarıda qeyd edilənləri nəzərə almayaraq qanunsuz və ədalətsiz qərar qəbul etmişdir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.
Tərəflərin izahatları
13. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərinə və məhkəmə kollegiyasına göndərdiyi yazılı izahatına uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 29 fevral 2024-cü il tarixli 2-1(116)-150/2024 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Əlavə olaraq onu da qeyd etdi ki, o, hazırda istifadə etdiyi torpaq sahəsinə dair çıxarış və plan ölçü verilməsini tələb edir. Düzdür o, sənədlə ona məxsus olan torpaq sahəsini başqa bir şəxsə satıb, lakin satdığı torpaq sahəsinin Şəki RAİK-nın xx.xx.1998-ci il tarixli 49 nömrəli qərarı ilə ona ayrılmış 0,12 ha torpaq sahəsinə dair tərtib edilmiş JN-494C kod 40407018 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə ilə eyni ərazi olduğunu bilməmişdir. O, zənn etmişdir ki, JN-494C kod 40407018 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə onun hazırda istifadə etdiyi torpaq sahəsinə tərtib edilmişdir. Hazırda istifadə etdiyi torpaq sahəsinə dair isə başqa hər hansı hüquqmüəyyənedici sənədi yoxdur.
14. Məhkəmə kollegiyası iclasında cavabdehin nümayəndəsi X17 apellyasiya şikayətinin təmin edilməməsini və iş üzrə birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
15. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq üçüncü şəxs Şəki rayonu Orta Zəyzid bələdiyyəsi nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi). Tətbiq edilən hüquq
16. İnzibati Prosessual Məcəllə: Maddə 14.2. İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
17. Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 139.3 Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Maddə 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: ...... Maddə 152.1 Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
18. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanun 7.2-ci bəndində əsasən ümumi istifadədə olan küçələrin, meydanların, bələdiyyə yollarının və təsərrüfatdaxili yolların, parkların, meşə parkların, bulvarların, çimərliklərin, sahillərin, keçidlərin, sututarların, stadionların, idman meydançalarının və qəbiristanlıqların altındakı torpaqlar, tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, ümumi istifadədə olan yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar, əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları, habelə hüquqi və fiziki şəxslərin istifadəsində və icarəsində olan bələdiyyələrin kənd təsərrüfatı təyinatlı, eləcə də meşə və su fondu torpaqları xüsusi mülkiyyətə verilə bilməz.
19. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanunu: 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinə əsasən isə həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. … Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. 21-ci maddəsinin 4-cü abzasına əsasən, qanunvericiliklə nəzərdə tutulan qaydada təsdiq edilmiş yerquruluşu layihələrinə uyğun olaraq yerquruluşu orqanları tərəfindən yerdə (naturada) torpaq sahələrinin sərhədləri ayrılır, torpağa mülkiyyət və ya torpaqdan istifadə hüququna dair müəyyən edilmiş formada sənədlər (nümunələri əlavə olunur) hazırlanır və 10 gün müddətində səlahiyyətli dövlət orqanlarında qeydiyyatdan keçirilir və həmin sənədlər müvafiq şəxslərə verilir. 21 aprel 2006-cı il tarixli 100-İİİQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 6, maddə 478) ilə 12ci maddədə, beşinci hissədə "torpaq üzərində mülkiyyət və torpaqdan daimi istifadə hüququna dair dövlət aktlarının ... sözləri "torpaq üzərində hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların ...” sözləri ilə əvəz edilmişdir.
20. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanunu Maddə 2.1 Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 4.1. 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: ..... 10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 10.2-ci maddəsinə əsasən qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; torpaq sahəsinin planı və ölçüsü; torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; dövlət rüsumunun ödənilməsi barədə sənəd. 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.
21. İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Maddə 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Maddə 46.3-cü maddəsinə əsasən maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır.
22. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli, 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”
2. Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: 2.1. şəhər və rayon xalq deputatları sovetləri tərəfindən 1992-ci il yanvarın 24-dən 1995-ci il dekabrın 19-dək verilmiş torpağa mülkiyyət, sahiblik, daimi istifadə hüququna dair dövlət aktı və torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə; 2.2. rayon, şəhər, qəsəbə və kənd xalq deputatları sovetləri tərəfindən torpaq sahələrinin ayrılması barədə 1991-ci il noyabrın 9-dan 1995-ci il dekabrın 19-dək qəbul edilmiş qərar; 2.3. kənd və qəsəbə yaşayış məntəqələrində (o cümlədən statusu dəyişdirilərək şəhərə (qəsəbəyə) çevrilmiş, habelə ləğv edilərək ərazisi şəhər və ya qəsəbələrin ərazisinə verilmiş kəndlərdə) 2001-ci il yanvarın 1-dək inşa edilmiş yaşayış evlərinə və (və ya) onların yerləşdiyi torpaq sahələrinə, eləcə də yaşayış evlərinin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair təsərrüfatbaşına kitablardan çıxarış; 2.4. üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1-dək tərtib olunmuş texniki pasport (texniki pasportda hüququ müəyyən edən sənədlərə istinadın olduğu və həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda); 2.5. yaşayış evlərinin və bağ evlərinin tikintisi üçün həyətyanı torpaq sahələrinin verilməsi barədə kolxoz üzvlərinin ümumi yığıncağının və ya müvəkkillərinin yığıncağının qərarı, yaxud sovxoz (həmçinin həmin sovxozun yenidən təşkili qaydasında onun bazasında yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi) rəhbərinin (direktor və s.) əmri, yaxud həyətyanı torpaq sahəsi barədə qaytanlanmış torpaq kitablarından (o cümlədən kolxoz və sovxoz torpaqlarına dair qaytanlanmış kitablardan) çıxarış; 2.6. fərdi mənzil, habelə kooperativ evlərin və bağların tikilməsi üçün mənzil-tikinti və bağ-tikinti kooperativlərinə, çoxmənzilli yaşayış evlərinin tikintisi üçün fərdi evtikdirənlərin mənzil-tikinti kollektivlərinə torpaq sahələrinin ayrılması barədə müvafiq olaraq şəhər, qəsəbə və kənd xalq deputatları sovetlərinin icraiyyə komitələri tərəfindən 1991-ci il noyabrın 9-dək qəbul edilmiş qərarlar; 2.7. yerli icra hakimiyyəti başçısının qərarı əsasında yaşayış evinin tikintisi məqsədilə torpaq sahələrinin ayrılması barədə, yaxud müvafiq torpaq sahəsinin yerli icra hakimiyyəti başçısının qərarında nəzərdə tutulan şəxslər arasında bölüşdürülməsi barədə aidiyyəti inzibati ərazi dairəsi üzrə nümayəndə tərəfindən 2001-ci il yanvarın 1-dək verilmiş qərar.
Apellyasiya şikayətinin mümkünlüyü
23. İddiaçının apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının onun özünə şəxsən təqdim olunduğu gündən 30 gün müddətində (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
24. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərar qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
25. Bununla bağlı, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
26. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
27. Bununla belə, birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşarkən, məhkəmə kollegiyası həmçinin aşağıdakıları nəzərə aldığını qeyd etməyi zəruri sayır.
28. Belə ki, iddiaçının dəlillərindən birincisi ondan ibarətdir ki, sözügedən mübahisələndirdiyi torpaq sahəsinin yeni elektron uçot məlumatlarına “yaşayış məntəqələri torpaqları” olaraq daxil edilməsi də onun iddia tələbinin əsaslı olduğunu bir daha sübut edir.
29. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, işdə olan sübutlardan görünür ki, iddiaçı tərəfindən naturada göstərilən torpaq sahəsi Zəyzid çayının kənarında yerləşən, bütövlükdə kənd təsərrüfatı təyinatlı torpaqları kateqoriyasına aid, uqodiyası kolluq olmaqla, Orta Zəyzid bələdiyyəsinin mülkiyyətində olan, su fondu torpaqları ilə sərhəddə yerləşir. Ərazinin ortofotosuna baxılarkən ətrafında heç bir yaşayış sahəsinin olmaması aşkar görünür. Bununla belə iddia olunan ərazinin “yaşayış məntəqələri torpaqları”, “tikinti altında olan torpaqlar” kimi yeni elektron uçot məlumatlarına daxil edilməsi iddiaçının hazırda istifadəsində olan və hər hansı hüquqmüəyyənedici sənədi olmayan həmin torpaq sahəsinə çıxarışın verilməsi və bu əsasla iddianın təmin olunması üçün əsas hesab edilə bilməz.
30. Yuxarıda göstərilənlərdən əlavə məhkəmə kollegiyası qeyd edir ki, "Bələdiyyə torpaqlarının idarə edilməsi” haqqında Qanunun 7-ci maddəsinin tələbinə əsasən bələdiyyələrin kənd təsərrüfatı təyinatlı, ... torpaqları xüsusi mülkiyyətə verilə bilməz.
31. İşdə olan mütəxəssis rəyindən də görünür ki, X2 istifadəsində olan torpaq sahəsi Kənd təsərrüfatı təyinatlı torpaqları kateqoriyasına aid, uqodiyası kolluq olmaqla, Orta Zəyzid bələdiyyəsinin mülkiyyətində olan ərazidir.
32. İddiaçının dəlillərindən digərləri ondan ibarətdir ki, ona və ailə üzvlərinə verilmiş pay torpaq sahəsini o satmışdır. Lakin yuxarıda göstərdiyi 0,12 ha həyətyanı torpaq sahəsini də satdığı həmin əkinə yararlı torpaq sahəsinin içinə daxil etmişlər. Onun 0,12 ha həyətyanı torpaq sahəsinin əkinə yararlı torpaq sahəsinə daxil edilməsini bilməmişdir və bu haqda heç kim ona məlumat verməyib. Odur ki, o, bu hərəkətləri Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 12 Saylı Şəki Ərazi idarəsi tərəfindən qanun pozuntusu kimi qiymətləndirir. Ona görə ki, onda JN-494C kod 40407018 olan “Şəhadətnamə” var. Bu Şəhadətnamədə təkcə onun yox, ailə üzvlərinin adı var. Bu xx.xx.2013-cü il tarixli 4Ə-1/77 reyestr nömrəli müqavilədə göstərilməli idi. Əgər o, torpaq sahəsini satanda bilsəydi ki, ona və ailə üzvlərinə verilmiş həyətyanı torpaq sahəsi satılır, heç vaxt bu müqaviləyə razılaşıb sahəni satmazdı. Ona görə ki, həyətyanı torpaq sahəsi pay torpaq sahəsindən çox baha satılır.
33. İddiaçının qeyd edilən dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə hüquqi marağı faktiki istifadəsində olan 0,12 ha torpaq sahəsi üzərində ümumibirgə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması, çıxarışın və plan-ölçü sənədinin verilməsinə nail olmaq olmaqdır. Lakin, iddiaçı tərəfindən təqdim edilmiş, o cümlədən birinci instansiya məhkəməsi araşdırması zamanı iş materiallarına əlavə edilmiş sübutların məcmusu ilə şəxsin hazırkı iddia tələbi ilə bağlı cavabdeh orqan tərəfindən verilmiş imtinanın əsassız və qanunsuz olması müəyyən edilməmişdir. Hansı ki, iddiaçının istifadəsində olan torpaq sahəsi ilə ona şəhadətnamə əsasında verilmiş torpaq sahəsi (alqı-satqı müqaviləsinə əsasən satılıb) başqa-başqa ərazilərdə yerləşir.
34. Bundan əlavə olaraq iddiaçının Şəki şəhəri 1 saylı dövlət notariat kontorunda təsdiq edilmiş, xx.xx.2013-cü il tarixli reyestrdə 4Ə-İ/77 nömrə ilə qeydə alınmış müqaviləsində konkret olaraq hansı torpaq sahəsinin satılmasının qeyd edilməsindən məlumatsız olması, Şəki rayon Aqrar İslahat Komissiyasının 07 may 1998-ci il tarixli 49 saylı qərarı ilə iddiaçı və ailə üzvlərinin mülkiyyətinə verilmiş 0,12 ha torpaq sahəsini satmaq niyyətinin olmaması, həmin torpaq sahəsinin real qiymətinin baha olması ilə bağlı gətirdiyi dəlillər hazırkı iddia tələbinin baxılma predmeti deyil və bu hallar da iddianın təmin olunması üçün əsas sayıla bilməz.
35. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin müqavilə azadlığının əsaslarından bəhs edən 390-cı maddəsinin birinci bəndində qeyd edilir ki, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Göründüyü kimi, iddiaçı hazırkı mərhələdə xx.xx.2013-cü il tarixli alqı-satqı müqaviləsindən irəli gələn öhdəlikləri mülki qaydada mübahisələndirmək hüququ vardır. Ona görə də, məhkəmə kollegiyası iddiaçının qeyd etdiyi xüsusatların hazırkı iddia predmetindən kənar olması qənaətindədir.
36. İddiaçı həmçinin məhkəmə kollegiyasının iclasında qeyd etmişdir ki, düzdür o, sənədlə ona məxsus olan torpaq sahəsini başqa bir şəxsə satıb, lakin satdığı torpaq sahəsinin Şəki RAİK-nın xx.xx.1998-ci il tarixli 49 nömrəli qərarı ilə ona ayrılmış 0,12 ha torpaq sahəsinə dair tərtib edilmiş JN-494C kod 40407018 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə ilə eyni ərazi olduğunu bilməmişdir. O, zənn etmişdir ki, JN-494C kod 40407018 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə onun hazırda istifadə etdiyi torpaq sahəsinə tərtib edilmişdir. Hazırda istifadə etdiyi torpaq sahəsinə dair isə başqa hər hansı hüquqmüəyyənedici sənədi yoxdur.
37. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, torpaq islahatı aparıldıqdan sonra sözügedən ərazinin iddiaçı tərəfindən istifadəsini sübut edən hər hansı sübut (fərdi yaşayış evi, kəndli təsərrüfatı və s.) mövcud deyil. Hətta iddiaçının istinad etdiyi 0.12 ha torpaq sahəsinə dair JN-494C nömrəli Şəhadətnamənin fərqli torpaq sahəsinə aid olması ehtimal olunsa belə, sözügedən torpaq sahəsinin məhz iddia olunan torpaq sahəsi olmasını təsdiq edən hər hansı mötəbər sübut mövcud deyil. İddiaçının hazırda istifadəsində olan və çıxarış verilməsini tələb etdiyi həmin torpaq sahəsinin həqiqətən iddiaçıya ayrılması işin yuxarıda qeyd edilmiş halları ilə təkzib olunur.
38. Bundan başqa, qeyd edilməlidir ki, torpaq sahəsi üzərində hüquq həmin torpaq sahəsinin ayrılması barədə hüquqmüəyyənedici sənəd əsasında yaranır. Hüquqmüəyyənedici sənəd qanunla müəyyən olunmuş qaydada ləğv edilənə, geri çağırılana, dəyişdirilənə və ya etibarsız sayılana qədər qüvvədə sayılır və etibarlı hesab olunur. Bu mənada hüquqmüəyyənedici sənədlərin qüvvədə olduğu müddətdə, qeyd edilən sənədlərin aid olduğu konkret şəxsin həmin sənədə əsaslanan hüququ şəxsin müraciəti əsasında qeydiyyata alınmalıdır.
39. Müvafiq hüquqmüəyyənedici sənəd yalnız onu qəbul edən inzibati orqanın deyil, həm də suveren hakimiyyət daşıyıcısı olan digər inzibati orqanların da davranışını müəyyən edir. Başqa sözlə, inzibati orqanlar hüquqmüəyyənedici sənədin qüvvədə olduğu müddətdə onun məzmununa bağlıdırlar və ona uyğun davranmağa borcludurlar. Bu icra hakimiyyətinin vahidliyi prinsipindən və həmin orqanların səlahiyyət bölgüsündən irəli gəlir. Hazırkı mübahisəyə münasibətdə də qeyd olunan tələblər tətbiq edilməli, mübahisəyə dair qərar qəbul olunarkən həmin tələblər nəzərə alınmalıdır.
40. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun giriş hissəsinin və 2.1ci maddəsinin mənasına görə, qeydiyyat orqanı daşınmaz əmlaka hüquq vermə məsələsini həll etmir, hüququn yaranmasına əsas verən hüquqi faktlar Qanunun 8-ci maddəsində sadalanan sənədlərdə əksini tapmış məlumatlar əsasında şəxsin hüquqlarını qeydiyyata alır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair xx.xx.2014-cü il tarixli qərarında da göstərildiyi kimi, DƏDRX inzibati orqan hesab edilsə də, onun tərəfindən əmlaka mülkiyyət hüququnu tanıyan qeydiyyatın aparılması və müvafiq çıxarışın verilməsi “passiv legitimləşdirmə” fəaliyyətini nəzərdə tutur.
41. Məhkəmə kollegiyası qeyd edir ki, daşınmaz əmlak üzərində hüququn qeydiyyata alınması üçün şəxsin etibarlı hüquqmüəyyənedici sənədə malik olması zəruridir. Belə olan halda iddia olunan torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün hüquqi əsaslar mövcud olmadığından cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etməkdə haqlı olmuşdur.
42. Beləliklə, mübahisə üzrə iddiaçının hüquqlarının dövlət qeydiyyatına alınmaması ilə bağlı cavabdehin hərəkətləri qanunauyğun olduğundan, habelə mübahisə predmeti olan torpaq sahəsinin iddiaçının mülkiyyəti kimi dövlət qeydiyyatına alınması üçün "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8 və 10-cu maddələrində nəzərdə tutulmuş qanuni əsas olmadığından iddiaçının apellyasiya şikayətinin dəlilləri əsassızdır. Belə ki, iddiaçının öz tələbini əsaslandırmaq üçün gətirdiyi dəlillər, işin faktiki halları və iş materiallarına əlavə edilən sənədlərlə öz təsdiqini tapmır.
43. Məhkəmə kollegiyası yuxarıda qeyd edilən normaların tələblərini hazırkı iddia tələbi üzrə işin hallarına tətbiq edərək apellyasiya şikayətinin dəlillərini birinci instansiya məhkəməsinin qərarının ləğvinin və iddianın təmin edilməsinin əsası kimi qəbul etmir və əsassız hesab edərək belə qənaətə gəlir ki, iddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübut olunmur, cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, cavabdehin imtinası qanunvericiliyə zidd olmamış və iddiaçının hüquqlarını pozmamış, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur.
44. Yuxarıda qeyd olunan işin hallarını, aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, “Şəki rayon Aqrar İslahat Komissiyasının 07 may 1998-ci il tarixli 49 saylı qərarı ilə iddiaçı və ailə üzvlərinin mülkiyyətinə verilmiş 0,12 ha torpaq sahəsi üzərində ümumibirgə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması, çıxarışın və plan-ölçü sənədinin verilməsindən imtina ilə bağlı cavabdehin hərəkətləri qanunauyğun olduğundan, birinci instansiya məhkəməsi gəldiyi nəticədə haqlı olmuşdur. Odur ki, iddiaçının apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən qüvvədə saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.
45. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.2, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası
qərara aldı
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 29 fevral 2024-cü il tarixli 2-1(116)-150/2024 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. İnzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.