Məhkəmə qərarları › İş №2-1(107)-433/2020

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(107)-433/2020

16.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-433/2020 16.10.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, Tağıyev Babək Vaqif oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X2 Nazirliyi tabeliyində Dövlət X4 publik hüquqi şəxsin Zaqatala rayon filialına qarşı “1970-1974, 1976-1996-cı illərdə Zaqatala rayonu keçmiş “Kalinin” adına kolxozda işlədiyi illərin sığorta stajına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2-1(116)-152/2020 nömrəli qərardadından iş üzrə İddiaçı tərəfindən verilmiş аpelyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və X2 Nazirliyi tabeliyində Dövlət X4 publik hüquqi şəxsin Zaqatala rayon filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “1970-1974, 1976-1996-cı illərdə Zaqatala rayonu keçmiş “Kalinin” adına kolxozda işlədiyi illərin sığorta stajına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiasını onunla əsaslandırmışdır ki, qanuna əsasən onun yaşa görə əmək pensiyası almaq hüququ yaranmışdır. Ərizəyə əlavə etdiyi arxiv arayışından görünür ki, onun kifayət qədər əmək (sığorta) stajı vardır. Sənədlərini cavabdeh təşkilata təqdim etmişdir. Lakin cavabdeh təşkilat ona əmək pensiyası təyin etməkdən və koxozda işlədiyi illəri sığorta stajı kimi qəbul etməkdən imtina etmişdir. Səbəbi isə arxivdə saxlanılan sənədlərdə qaralamalar və düzəlişlərin olmasıdır. O, 1970-1974, 1976-1996-cı illərdə keçmiş "Kalinin" adına kolxozda işləmişdir. Qeyd olunan səbəbdən işlədiyi illəri cavabdeh sığorta stajı kimi qəbul etmir. Lakin bu faktlar onun hüquqlarını pozur. Beləki, cavabdehin sığorta stajı kimi qəbul etmədiyi illərdə o, işləyərək əmək haqqı almışdır. Şəki İnzibati Məhkəməsinin (hakim İlqar Cabbarov) xx xxxxxxxx 2020-ci il tarixli, 2- 1(116)-152/2020 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı həmin qərardaddan apelyasiya şikayəti vermişdir. Apelyasiya şikayətinin dəlilləri Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qərardadında qeyd etmişdir ki, iddiaçının mübahisələndirilən sığorta stajı 1971, 1974, 1976, 1989, 1993-cü illər 2 il 4 ay təşkil edir. Məhkəmə öz qərardadında izah etməmişdir ki, qeyd olunan 5 il hansı hesablamalar nəticəsində 2 il 4 ay təşkil edir. Əgər məhkəmə kolxozda işlədiyi günlərin sayına görə hesablamalar aparırsa onda məhkəməyə təqdim etdiyi arxiv arayışında göstərilmiş bütün əmək günləri toplanaraq 220 əmək gününə bölünməli və nəticədə alman rəqəm onun kolxozda işlədiyi sığorta stajını təşkil edən illər hesab olunmalıdır. Ona görə ki, arxiv arayışında elə illər vardır ki, orda işlədiyi günlərin sayı 389 gün göstərilmişdir. Bu isə o deməkdir ki, həmin ili o, kolxozda 2 növbə gündüz və gecə işləmişdir. Ona görə onun işlədiyi əmək günlərinin sayı ilin günlərindən artıq yazılmışdır. Bundan başqa məhkəmə cavabdeh təşkilatın saxta tərtib etdiyi aktın saxta olubolmadığını aydınlaşdırmaq üçün Zaqatala rayon Dövlət Arxivinin onun işlədiyi illərə dair kolxozun staj kitablarına baxış keçirmiş və məhkəmə iclasında müəyyən olunmuşdur ki, cavabdeh təşkilatın tərtib etdiyi aktında göstərilənlər doğru deyildir. Lakin məhkəmə istintaqı zamanı aparılmış bu hərəkətləri barədə məhkəmə qərardadında heç bir şey qeyd olunmamışdır. Məhkəmə sığorta stajını hansı qərara və hansı normativ hüquqi akta əsasən hansı qaydada hesabladığını haqqında heç bir izah verməmişdir və əsaslandırmamışdır. Bundan başqa məhkəmə qərardadında müxtəlif fikirlər yazmışdır. Əvvəlki abzasda onun işlədiyi 5 ilin cəminin 2 il 4 ay təşkil etməsini yazmasına baxmayaraq sonrakı abzasda 1970-1974, 1976-1996-cı illərdə kolxozda işlədiyi sığorta stajına daxil ediləcəyi təqdirdə 25 il staj tamamlanmayacağı yazılmışdır. Lakin yenə də 1970-1974, 1976-1996-cı illər topladıqda hansı səbəbdən 25 il bitməyəcəyini və hansı səbəbə görə həmin illərin üstünə hərbi xidmətdə olduğu 1 il 11 ay 10 günü gəlmədiyini qəraddadında göstərməmişdir. Bundan başqa məhkəmə qərardadını əsaslandırmağa çalışaraq qeyd etmişdir ki, iddiaçının əmək iştirakı normasını tamamladığı və faktiki işlədiyi müddət toplandıqda yaranan staj da onun pensiya yaşma çatdığı zaman tələb olunan minimum kapitalı da formalaşdırmır. Buna görə də qeyd olunan müddətin onun sosial sığorta stajına daxil edilməsinin heç bir əhəmiyyəti olmamaqla pensiya təyin edilməsi ilə nəticələnmir. Məhkəmənin bu qənaətindən görünür ki, məhkəmə onun pensiya yaşına çatdığı zaman mövcud olan və işlədiyi 25 il sığorta stajı ilə eyni vaxtda minimum pensiya kapitalının da olmasını nəzərdə tutur. Lakin hazırki qanunvericiliyə əsasən əmək pensiyasının təyin edilməsi üçün şəxsin 25 il sığorta stajı olduğu zaman onun pensiya kapitalının minimum kapitala uyğun olması tələb olunmur. Beləliklə də məhkəmə əsassız olaraq iddianı mümkün saymamışdır. Buradan görünür ki, məhkəmə onun ərizəsi üzrə işi kifayət qədər araşdırmasına baxmayaraq iş üzrə düzgün olmayan nəticəyə gəlmişdir. Ona görə də hesab edir ki, məhkəmənin qərardadı ləğv edilməli, iş üzrə yeni qərar qəbul olunaraq iddia təmin edilməlidir. Qeyd olunanlara və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 81-87-ci maddələrinə əsasən Şəki İnzibati Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2-1(116)-152/2020 saylı qərardadının ləğv edilməsinə və iddianın təmin edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apelyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2-1(116)-152/2020 nömrəli qərardadının ləğv edilməsini, iddianın mümkün sayılmasına dair yeni qərardad qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən DSMF publik hüquqi şəxsin Zaqatala rayon filialının nümayəndəsi X1 apelyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2-1(116)-152/2020 nömrəli qərardadının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Əsaslandırma hissəsi Azərbаycаn Respublikаsının İnzibati Prosessual Məcəlləsinin 82-ci mаddəsinə əsаsən, аpelyаsiyа instаnsiyаsı məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə bаxır. Apelyаsiyа instаnsiyаsı məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Həmin Məcəllənin 80-ci mаddəsinə görə, barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Kollegiya ilk olaraq bildirir ki, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılılq. Belə ki, cavabdeh inzibati orqan olsa da, mübahisə onun inzibati fəaliyyəti ilə əlaqədar yaranmamışdır. İnzibati fəaliyyət inzibati orqanlar tərəfindən həyata keçirilən vənəticədə ünvanlandığı hüquqi və fiziki şəxslər üçün müəyyən nəticələrin yaranmasına səbəb olan inzibati aktın qəbulu ilə nəticələnən fəaliyyətdir. İnzibati akt isə - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir (İİ haqqında Qanun-2.0.2). İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair Azərbaycan Respublikasının Ali Məhkəməsinin xx.xx.2015-ci il tarixli 4 nömrəli qərarının 8-ci bəndinə əsasən “notariat hərəkətlərindən və ya həmin hərəkətlərin aparılmasından imtinaya dair şikayətlərə” xüsusi icraat qaydasında (maraqlı şəxslər arasında hüquqa dair mübahisə olduqda isə iddia icraatı qaydasında) ümumi məhkəmələr tərəfindən baxılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli 5 nömrəli qərarının: - 1.1-ci bəndində qeyd edilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. - 1.2-ci bəndinə əsasən, iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olubolmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. - 1.3-cü bəndinə əsasən, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. - 1.4-cü bəndinə əsasən, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. - 2.1-ci bəndinə əsasən, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. - 2.3-cü bəndinə əsasən, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. - 8.5-ci bəndinə əsasən, iddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır. - 8.6-cı bəndinə əsasən, iddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. Göründüyü kimi, inzibati məhkəmə icraatı qaydasında qaldırılan iddianın hüquqi cəhətdən yoxlanılması ilk növbədə onun mümkünlüyünün müəyyənləşdirilməsindən, bundan sonra isə iddianın əsaslılığının araşdırılmasından ibarətdir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçının mübahisləndirilməyən sığorta stajı 01 il 11 ay 10 gün hərbi xidmət dövrü ilə birlikdə 21 il 8 ay (həmin sığorta stajı 15643 manat sığorta kapitalına bərabərdir) təşkil edir. İddiaçının mübahisələndirilən sığorta stajı 1970, 1971, 1976, 1989, 1993-ci illər 2 il 4 ay təşkil edir. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq belə qənaətə gəlmişdir ki, iddiaçının1970-1974, 1976-1996-cı illərdə Zaqatala rayonu keçmiş “Kalinin” adına kolxozda işlədiyi illər sosial sığorta stajına daxil ediləcəyi təqdirdə 25 il sığorta stajı tamamlanmayacaqdır. Əlavə olaraq məhkəmə qeyd edir ki, iddiaçının əmək iştirakı normasını tamamladığı və faktiki işlədiyi müddət toplandıqda yaran staj da onun pensiya yaşına çatdığı zaman tələb olunan minimum kapitalı da formalaşdırmayacağı üçün qeyd olunan müddətin onun sosial sığorta stajına daxil edilməsinin heç bir əhəmiyyəti olmamaqla ona pensiya təyin edilməsi ilə nəticələnməyəcəkdir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 5 nömrəli qərarında göstərilmişdir ki, iddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. İddia qaldırmış şəxsin hüquqlarının qorunmasının bilavasitə qanundan irəli gəldiyi hallarda, bir qayda olaraq iddia mümkün sayılmalıdır. Bəzi hallarda qanunvericilik konkret məsələlər üzrə məhz hansı şəxslər dairəsinin müdafiə olunduğunu aydın təsbit edir. Belə tənzimləmənin olmadığı hallarda üçüncü şəxslərin hüquqlarının təminat altına alınıbalınmadığının aydınlaşdırılması üçün hər bir konkret halın xüsusiyyətlərindən çıxış etməklə qanunvericinin güddüyü məqsəd, ictimai və fərdi maraqların ədalətli balanslaşdırılması və s. meyarlar nəzərə alına bilər. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olubolmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edibetmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər (bənd - 5.1, 5.2, 5.3, 5.4, 6.1, 6.2, 7). Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Yuxarıda qeyd olunan inzibati işin hallarını, məhkəmə kollegiyası tərəfindən aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianı mümkün saymamaqla düzgün nəticəyə gəlmişdir. Ona görə də apelyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməlidir. İPM-in 87.6-cı mаddəsinə əsаsən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən hesab edir ki, apelyasiya şikayətinin dəlilləri əsassızdır, birinci instansiya məhkəməsi iddia tələbini mümkün saymamaqla düzgün nəticəyə gəlmişdir. Ona görə də apelyasiya şikayəti təmin edilməməli, iş üzrə Şəki İnzibati Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2-1(116)-152/2020 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş аpelyаsiyа şikаyəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2-1(116)-152/2020 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan onun təqdim edildiyi gündən 10 gün müddətində Şəki Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar