Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-433/2021 26.10.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu; Hakimlər - Rəfiyev Rövşən Rafiq oğlundan və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi - Əhmədli Mətin Əsgər oğlunun katibliyi, İddiaçı - İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “24 sentyabr 1976-cı ildə Füzuli rayonunun Seyidəhmədli kəndində anadan olmuş, 17 iyul 1993-cü ildə mülki şəxs kimi Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda Füzuli rayonu ərazisində gedən döyüşlərdə həlak olmuş oğlu X2 “Şəhid” statusu verilməsi üçün arayışın verilməsi öhdəliyinin cavabdeh Yevlax rayon İcra Hakimiyyətinin üzərinə qoyulması” tələbinə dair Şəki İnzibati Məhkəməsinin 10 sentyabr 2021-ci il tarixli, 2-1(116)-1104/2021 saylı qərardadından iş üzrə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi: Təsviri hissə: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “24 sentyabr 1976-cı ildə Füzuli rayonunun Seyidəhmədli kəndində anadan olmuş, 17 iyul 1993-cü ildə mülki şəxs kimi Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda Füzuli rayonu ərazisində gedən döyüşlərdə həlak olmuş oğlu X2 “Şəhid” statusu verilməsi üçün arayışın verilməsi öhdəliyinin cavabdeh Yevlax rayon İcra Hakimiyyətinin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin qısa mahiyyəti ondan ibarətdir ki, iddiaçı, mərhum oğlu X1 17 iyul 1993-cü ildə mülki şəxs kimi Füzuli rayonu və ətraf ərazilərin müdafiəsində iştirak etdiyi zaman düşmən gülləsi ilə qətlə yetirildiyini bildirərək, ona mülki şəxs kimi şəhid statusunun verilməsi üçün Yevlax rayonu üzrə şəhidlərin siyahısına salınması və müvafiq arayışın verilməsi məqsədilə cavabdeh inzibati orqana müraciət etmiş, cavabdeh inzibati orqan müraciətin təmin edilməsindən imtina etmişdir. Bundan sonra iddiaçı Cavabdehnə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək mərhum oğlu X2 “Şəhid adının” və statusunun verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, iş məhkəmənin icraatında olduğu dövrdə - 04.06.2020-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək “mərhum oğlu X1 şəhid olmasına dair arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə” qərar qəbul edilməsini xahiş etmişdir. Şəki İnzibati Məhkəməsinin 04.06.2020-ci il tarixli, 2-1(116)-618/2020 saylı qərarı (birinci instansiya məhkəməsinin qərardadında həmin qərarın tarixi 04.06.2021-ci il kimi göstərilmişdir. Məhkəmə kollegiyası bunu mexaniki səhv kimi qəbul edir) ilə iddia təmin edilməmiş, qərar iddiaçı tərəfindən mübahisələndirilməmişdir. Şəki İnzibаti Məhkəməsinin (hakim Vüqar Musayev) 10 sentyabr 2021-ci il tarixli, 2- 1(116)-1104/2021 saylı qərardadı ilə İddiaçı Cavabdehnə qarşı “24 sentyabr 1976-cı ildə Füzuli rayonunun Seyidəhmədli kəndində anadan olmuş, 17 iyul 1993-cü ildə mülki şəxs kimi Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda Füzuli rayonu ərazisində gedən döyüşlərdə həlak olmuş oğlu X2 “Şəhid” statusu verilməsi üçün arayışın verilməsi öhdəliyinin cavabdeh Yevlax rayon İcra Hakimiyyətinin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi mümkün sayılmamışdır. Şəki İnzibati Məhkəməsinin 10 sentyabr 2021-ci il tarixli, 2-1(116)-1104/2021 saylı qərardadından İddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətində hər bir faktın ətraflı araşdırılaraq apellyasiya şikayətinin təmin edilməsini və iş üzrə Şəki İnzibati Məhkəməsinin 10 sentyabr 2021-ci il tarixli, 2-1(116)-1104/2021 saylı qərardadının ləğv edilməsini xahiş etmişdir. Proses iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini və Şəki İnzibati Məhkəməsinin 10 sentyabr 2021-ci il tarixli, 2-1(116)-1104/2021 saylı qərardadının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Cavabdeh nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməyin üzrlü səbəbdən olması haqqında məlumat verməmişdir. Məhkəmə kollegiyası onların cavabdehin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etdi. Əsaslandırma hissəsi: Azərbаycаn Respublikаsının İnzibati Prosessual Məcəlləsinin 82-ci mаddəsinə əsаsən, аpellyаsiyа instаnsiyаsı məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə bаxır. Apellyаsiyа instаnsiyаsı məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Həmin Məcəllənin 80-ci mаddəsinə əsasən, barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə tədqiq edib qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Şəki İnzibati Məhkəməsinin 10 sentyabr 2021-ci il tarixli, 2-1(116)-1104/2021 saylı qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş, Şəki İnzibati Məhkəməsinin 04.06.2020-ci il tarixli, 2-1(116)-618/2020 saylı qərarının surətindən görünür ki, İddiaçı Cavabdehnə qarşı “mərhum oğlu X1 şəhid olmasına dair arayışın verilməsi öhdəliyin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməmişdir. Müvafiq qərar İddiaçı tərəfindən 24.06.2020-ci il tarixdə xəbərnaməyə imza edilməklə qəbul edilmiş və qərardan apellyasiya şikayəti verilməmişdir. Odur ki, Şəki İnzibati Məhkəməsinin həmin qərarı qanuni qüvvəyə minmişdir. İddiaçı 25.06.2021-ci il tarixdə Cavabdehnə qarşı təkrarən iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək “24 sentyabr 1976-cı ildə Füzuli rayonunun Seyidəhmədli kəndində anadan olmuş, 17 iyul 1993-cü ildə mülki şəxs kimi Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda Füzuli rayonu ərazisində gedən döyüşlərdə həlak olmuş oğlu X2 “Şəhid” statusu verilməsi üçün arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı sonuncu ərizəsinin texniki tərtibatını dəyişsə də, iddia ərizəsinin məzmunundan və ona əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçının hazırki iddianı qaldırmaqda olan hüquqi marağı əvvəlki iddia tələbini qaldırmaqda olan hüquqi marağı ilə eynidir. İş materiallarından göründüyü kimi, iddiaçının müvafiq iddia ərizələri ilə məhkəməyə müraciət etməkdə hüquqi marağı mərhum oğlu X2 “Şəhid” statusu verilməsi üçün arayışın cavabdeh inzibati orqan tərəfindən ona verilməsinə nail olmaqdır. Qeyd edilən mübahisəyə mahiyyəti üzrə baxıldığından və artıq iş üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı qəbul edildiyindən, hazırki hüquqi mübahisənin yenidən inzibati məhkəmə icraatı çərçivəsində araşdırılması mümkün deyildir. Belə ki, iddia tələbi ilə bağlı qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburi olduğundan inzibati məhkəmə icraatı çərçivəsində həmin qərar ilə müəyyən edilmiş hallara yenidən baxıla bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Bundan başqa, birinci instansiya məhkəməsi öz qərardadında qeyd etmişdir ki, İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 15.5-ci və 15.6-cı bəndlərində qeyd olunmuşdur ki, İPM-in 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Qeyd olunan maddələrdə təsbit olunmuş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar. Qanunvericiliyin tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəldilməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin həmin qənaətini əsaslı sayır və gəlmiş olduğu nəticə ilə razılaşır. İPM-nin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in sözügedən normasının mahiyyətindən də belə anlaşılır ki, inzibati icraat qaydasında baxılan iddia - inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən, müvafiq cavabdehlik daşıyan və qanunla üzərinə məsuliyyət qoyulan inzibati orqana qarşı verilməli və iddiaçı iddia ərizəsində qanunla qorunan hüquq və azadlıqlarının pozulmasını əsaslandırmalı, müvafiq sübutlarını əlavə etməlidir ki, iddianın məhkəmə icraatı mümkün sayılsın. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi üçün yetərli deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası bu qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikаyəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 10 sentyabr 2021-ci il tarixli, 2-1(116)-1104/2021 saylı qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərаrdаddаn rəsmi qaydada təqdim edildiyi gündən 10 gün müddətində Şəki Apellyаsiyа Məhkəməsi (AZ-5500, Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vаsitəsilə Azərbаycаn Respublikаsı Ali Məhkəməsinə (AZ-1025, Bаkı şəhəri Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikаyəti verilə bilər. Sədrlik edən: Elçin Hüseynov
Məhkəmə qərarları › İş №2-1(107)-433/2021
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(107)-433/2021
26.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver