Məhkəmə qərarları › İş №2-1(107)-433/2024

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(107)-433/2024

01.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-433/2024 01.10.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ X2 (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, Əhmədov Fərid Vidadi oğlunun katibliyi ilə, üçüncü şəxs X11 və onun nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı cavabdeh "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı "Təhsil Şöbəsinin "Maarif" bağçılıq yoldaşlığından ayrılmış 59 saylı 500 kv.metr torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum X12 məxsus olması barədə arayışın hazırlanıb verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(116)-5/2024 nömrəli qərarından iş üzrə üçüncü şəxs X11 tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası aşağıdakı qərarı qəbul etdi. İşin halları Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “Mingəçevir İcraiyyə Komitəsinin xx.xx.1989-cu il tarixli 76 nömrəli qərarına əsasən Təhsil Şöbəsinin "Maarif" bağçılıq yoldaşlığından X12 ayrılmış 59 nömrəli 500 kv.m torpaq sahəsinə adına plan və ölçü hazırlanmaqla mülkiyyət hüququnun qeydiyyata alınıb çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Şəki inzibati Məhkəməsi tərəfindən iddiaçıya İPM-nin 13-cü maddəsinə əsasən xx.xx.2021-ci il tarixdə hüquqi yardım edilərək iddia tələbinin mümkünlük şərtlərinə cavab verməməsi izah edilmişdir.

3. İddiaçı xx.xx.2022-ci il tarixdə iddianı dəyişdirmiş və məhkəməyə "İddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə" verərək iddia tələbini "Mingəçevir İcraiyyə Komitəsinin xx.xx.1989-cu il tarixli 76 nömrəli qərarına əsasən Təhsil Şöbəsinin "Maarif" bağçılıq yoldaşlığından X12 ayrılmış 59 nömrəli 500 kv.m torpaq sahəsinə X3 adına verilmiş **********497 reyestr nömrəli "X24 və ölçüsü"nün ləğv edilməsi, X8 adına "X24 və ölçüsü" hazırlanmaqla mülkiyyət hüququnun qeydiyyata alınıb çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" kimi ifadə etmişdir.

4. Şəki inzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(116)-588/2022 nömrəli qərardadı ilə İddiaçı iddianı dəyişdirməsi qəbul edilmiş, cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsi ilə əvəz edilmişdir.

5. Şəki inzibati Məhkəməsi xx.xx.2022-ci il tarixli, 22-1(116)-588/2022 nömrəli qərardadı ilə X11 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına zəruri cəlb edilmişdir.

6. Şəki inzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(116)-44/2023 saylı qərardadı ilə Mingəçevir bələdiyyəsi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına zəruri qaydada cəlb edilmişdir.

7. İddiaçının vəkili xx.xx.2023-cü il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə göndərək, Mingəçevir İcraiyyə Komitəsinin xx.xx.1989-cu il tarixli 76 nömrəli qərarına əsasən Təhsil Şöbəsinin "Maarif" bağçılıq yoldaşlığından ayrılmış 59 saylı 500 kv.metr torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum X12 məxsus olması barədə arayışın (elektron çıxarışın) hazırlanıb verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir

8. Şəki inzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə iddia ərizəsinin dəqiqləşdirilməsi icraata qəbul edilmişdir.

9. İddia tələbi onunla əsaslandırılmışdır ki, X19 onun atasıdır. O, 19 avqust 2008-ci ildə vəfat etmişdir. X29 Mingəçevir şəhər Xaldan şossesinin sol tərəfindən Mingəçevir İcraiyyə Komitəsinin 21 fevral 1989-cu il tarixli 76 saylı Qərarına əsasən Təhsil Şöbəsinin «Maarif» bağçılıq yoldaşlığından 500 kv.metr torpaq sahəsi ayrılmışdır. Torpaq sahəsinin nömrəsi 59-dur. Orada yaşayış evi inşa etdirmişdir. Atası vəfat etdikdən sonra o, mirasın qəbulu ilə bağlı notariat ofisinə müraciət etmiş və vərəsəlik işi açılmışdır. Bu əsaslarla da cavabdeh orqana müraciət edib torpağa mülkiyyət hüquqlarını qeydə aldırmaq istəmişdir. Oradan isə 05 oktyabr 2021-ci il tarixli məktubla imtina verilmişdir. İmtinada göstərilmişdir ki, sənədləşdirmək istədiyi naturada torpaq sahəsi ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Mingəçevir şəhər Şöbəsi tərəfindən verilmiş **********497 reyestr nömrəli X24 və ölçüsündə göstərilən digər şəxsin istifadəsində olan torpaq sahəsində yerləşir ki, bu da bağ sahəsinin dövlət qeydiyyatına alınması ilə ziddiyyət təşkil edir. Qeyd edir ki, torpaq sahəsi onun istifadəsindədir və orada başqa şəxsin hüquqlarının qeydə alınması mümkün deyildir. Buna görə də, hazırki tələblə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

10. Cavabdeh inzibati orqan iddia tələbinə etirazını onunla əsaslandırmışdır ki, iddiaçı Mingəçevir şəhərində yerləşən Mingəçevir şəhər Təhsil şöbəsinin “Maarif bağçılıq təsərrüfatı tərəfindən X12 ayrılmış 0,05 ha torpaq (bağ) sahəsinə dair çıxarışın və texniki pasportun verilməsinə köməklik edilməsi ilə bağlı Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinə müraciət etmişdir. İddiaçı tərəfindən təqdim edilmiş sənədlər araşdırılmışdır. Araşdırma nəticəsində məlum olmuşdur ki, ləğv edilmiş Mingəçevir şəhər Bağlar İdarəsi tərəfindən xx.xx.2007-ci il tarixli Akta əsasən DƏDRX-nin 17 saylı Yevlax Ərazi İdarəsinə təhvil verilmiş Mingəçevir şəhər Təhsil şöbəsinin “Maarif” bağçılıq təsərrüfatının Təhsil işçilərinə bağ sahələrinin verilməsinə dair adlı siyahısında X8 adı qeyd edilmişdir. Əlavə olaraq bildirilmişdir ki, torpaq sahəsində zəruri olan inventarlaşdırma işləri aparılmış, elektron baza məlumatları ilə düzgünlüyü yoxlanılmışdır. Üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınacaq, naturada olan faktiki istifadə olunan torpaq sahəsi ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Mingəçevir şəhər şöbəsi tərəfindən verilmiş **********497 reyestr nömrəli X24 və ölçüsündə göstərilən digər şəxsin istifadəsində olan torpaq sahəsində yerləşir ki, bu da bağ sahəsinin dövlət qeydiyyatına alınması ilə ziddiyyət təşkil edir.

11. Üçüncü şəxs X11 iddia tələbinə etirazını onunla əsaslandırmışdır ki, İddiaçı hazırkı iddia tələbi ilə razılaşmır və hesab edir ki, iddia tələbi əsassızdır, təmin edilməməlidir. Belə ki, İddiaçı onun doğma qardaşıdır və o, iddia ərizəsində göstərir ki, guya o, mübahisələndirdiyi torpaq sahəsinin istifadəçisidir və həmin torpaq sahəsində yaşayış evi inşa etmişdir. Məlumat üçün bildirir ki, Mingəçevir Şəhər XDS İK-nin xx.xx.1989-cu il tarixli 76 №li qərarı ilə Mingəçevir Şəhər Təhsil Şöbəsinin “Maarif" bağçılıq təsərrüfatına bağçılıq üçün torpaq sahəsi ayrılmış və Azərbaycan Təhsil İşçiləri X21 Mingəçevir Şəhər Komitəsi tərəfindən atası X12 Mingəçevir şəhəri 4 saylı orta məktəbin müəllimi kimi həmin torpaq sahəsindən 500 kv.metr bağçılıq üçün torpaq sahəsi istifadəsinə verilmişdir. Ayrılmış torpaq sahəsində 1989-1990-cı illərdə atasının və onun maddi vəsaiti ilə 2 mərtəbəli yaşayış evi və tikililər tikilmişdir. Həmin vaxtdan hal-hazıradək bu torpaq sahəsindən və yaşayış evindən o, ailə üzvləri ilə və anası ilə birgə istifadə edir. İddiaçı isə heç zaman, bir gün də olsa bu torpaq sahəsindən istifadə etməmiş, bu yaşayış evində yaşamamış və hər hansı maliyyə vəsaiti xərcləməmişdir. 2008-ci ilədək olan müddətdə vətəndaşların qanuni istifadəsində olan bağ torpaq sahələrinə yalnız bağçılıq pasportu verilmiş və sonradan Mingəçevir Şəhər İcra Hakimiyyətinin tabeliyində olmuş Bağlar Təsərrüfatının, Fərdi və Bağ Evlərinin Tikintisi, İstismarı və İnkişafı İdarəsi tərəfindən həmin torpaq sahələrinə və üstündəki evlərə və digər tikililərə bağ təsərrüfatının texniki pasportu tərtib edilmişdir. Lakin, vətəndaşların qanuni istifadəsində olan bağ torpaq sahələrinin onların xüsusi mülkiyyətinə verilməsi məqsədilə Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2008-ci il tarixli 20 saylı sərəncamı ilə yaradılmış komissiya ilə mütəxəssislərin və aidiyyəti yerli orqanların iştirakı ilə torpaqların uçot-inventarizasiya və planaalma işləri aparılmış, torpaq istifadəçilərinin siyahısında dürüstləşdirmə aparılaraq ailə başçılarının, ailə üzvlərinin soyadı, adı, ata adı dəqiqləşdirilmiş və yekun siyahı hazırlanaraq təsdiq olunmuş siyahıya və yerquruluşu sənədlərinə əsasən vətəndaşların qanuni istifadəsində olan bağ torpaq sahələrinin özəlləşdirilməsi üçün hüquqi sənədlərin hazırlanıb onlara verilməsi Dövlət Torpaq və Xəritəçəkmə Komitəsindən və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən xahiş olunmuşdur. Həmin siyahılaşdırma və inventarizasiya aparılan müddətdə 2008-ci ilin may-iyun aylarında DT və XK-nin mütəxəssislərindən və digər işçilərdən 4 nəfər nümayəndə onların istifadəsində olan torpaq sahəsində də dəqiqləşdirmə apararkən o və atası Şəmil Zeynalov evdə olmuşlar. Ölçü aparan həmin mütəxəssislər izah elədilər ki, torpaq sahələrinin qanuni ölçüləri müəyyənləşdirilərək nəticəsi üzrə torpaq istifadəçilərinin adına X24 və Ölçüsü tərtib olunacaq və bu hüquqi sənəd torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən ilkin sənəd hesab olunacaq. Atası həmin sənədin onun adına rəsmiləşdirilməsinə razılıq verərək onların tərtib etdiyi sənəddə (siyahıda) onun soyadını, adını və ata adını qeyd elətdirmişdir. Belə ki, həmin vaxt bu evdə valideynləri və onun ailəsi yaşayırdı. Nümayəndələr də, yalnız evdə yaşayanlardan birinin adına hüquqi sənəd tərtib ediləcəyini əvvəlcədən bildirmişdilər. Qeyd etmişdir ki, atası hələ sənədləşmə aparılmamışdan əvvəl də qardaşı, İddiaçı yaşayış evi olduğuna və bu evin tikilməsində onun zəhmətinin olduğuna görə evin və torpaq sahəsinin Mehmana qalacağını anasına və digər ailə üzvlərinə bildirmişdir. Odur ki, hələ atasının sağlığında torpaq sahələrinin və istifadəçilərinin dəqiqləşdirilməsi aparılmış və müəyyən vaxt tələb olunduğuna görə onların torpaq sahəsində aparılmış dəqiqləşdirmədən 4 ay sonra onun adına Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Mingəçevir Şəhər Şöbəsi tərəfindən **********497 nömrəli X24 və Ölçüsü verilmişdir. Yəni, atası sağ ikən bu məsələ həll olunmuş və onun adına sənədləşmə aparılmışdır. Lakin, iddiaçı ilə arasında sonradan ailə münasibətləri zəminində ziddiyyət yarandığına görə o, atasının ölümündən 13 il sonra evdən və torpaq sahəsindən mülk ələ keçirmək niyyətilə mübahisəyə başlamışdır. Hesab edir ki, 1989-1990-cı illərdən hal-hazıradək ailə üzvlərinin də birgə yaşadığı evin və istifadə etdiyi torpaq sahəsinin faktiki və qanuni istifadəçisidir və atasının sağlığında onun razılığı ilə onun adına rəsmiləşdirilmiş mübahisələndirilən X30 və Ölçüsü qanuni və əsaslıdır, iddia mümkün sayılmamalıdır. 12 İddia tələbinə dair aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2021-ci il tarixli imtina məktubundan görünür ki, iddiaçı, hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməzdən əvvəl, analoji tələblə cavabdeh orqana müraciət etmiş, lakin, cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. - Mingəçevir Regional “Asan Xidmət” Mərkəzində Notariat ofisinin cavabdeh orqana ünvanladığı məktubdan görünür ki, ünvan 2a qeydiyyatda olan İddiaçı (tel:***-***-**-**) ünvan 2a yaşamış, xx.xx.1931-ci il təvəllüdlü, xx.xx.2008-ci il tarixdə vəfat etmiş atası X6 qalmış mirasın qəbulu və həmin hüququn rəsmiləşdirilməsinə dair ərizəsinə əsasən vərəsəlik işi açılmışdır. - AZ-İ 362442 nömrəli Ölüm haqqında şəhadətnamədən görünür ki, X19 xx.xx.2008ci il tarixdə vəfat etmişdir. - cavabdehin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, ləğv edilmiş Mingəçevir şəhər Bağlar İdarəsi tərəfindən xx.xx.2007-ci il tarixli Akta əsasən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinə təhvil verilmiş Mingəçevir şəhər Təhsil şöbəsinin "Maarif bağçılıq təsərrüfatının Təhsil işçilərinə bağ sahələrinin verilməsinə dair adlı siyahısında X8 adı qeyd edilmişdir. - A 277731 nömrəli X24 və ölçüsü sənədindən görünür ki, sözügedən sənəd Mingəçevir şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2008-ci il tarixli 161 nömrəli sərəncamına əsasən X3 adına 402,42 kv.metr torpaq sahəsinə münasibətdə tərtib edilmişdir. - "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2022-ci il tarixli **********60 nömrəli məktubdan və ona əlavə olunmuş sənədlərdən görünür ki, aparılmış araşdırma nəticəsində Mərkəzin arxivində mövcud olan əlyazma subyektlərin siyahılarında X3 adı aşkar edilməmişdir. Lakin elektron siyahıda vətəndaşın adı mövcuddur. - Həmin məktuba əlavə olunmuş Mingəçevir şəhəri üzrə bağ sahələrinə dair ilkin subyektlər siyahısından görünür ki, sıra nömrəsi 153 olan X9 adının qarşısında “qanuni istifadəsində olan bağ sahəsi” qrafasında 0,05 ha torpaq sahəsi, Mingəçevir şəhəri üzrə vətəndaşların xüsusi mülkiyyətinə verilən bağ sahələrinə aid subyektlər siyahısında, sıra nömrəsi 1160 olan İddiaçı Şamil oğlunun adının qarşısında “bağların sahəsi” qrafasında 0,05 ha torpaq sahəsi, yekun (dürüstləşdirilmiş) subyektlər siyahısında isə sıra nömrəsi 1158 olan X3 adının qarşısında “həyətyanı torpaq sahəsi” qrafasında 0,0500 ha, “mülkiyyətçiyə verilən torpaq sahəsi” qrafasında 0,0403 ha torpaq sahəsi qeyd edilmişdir. - Mingəçevir Şəhəri İcra Hakimiyyəti Başçısının Sərəncamı xx.xx.2008-ci il tarixli 161 nömrəli sərəncamından görünür ki, Mingəçevir şəhəri İcra Hakimiyyəti başçısının 11 fevral 2008-ci il tarixli 20 saylı sərəncamı ilə yaradılmış komissiyanın yekun aktını nəzərə alaraq qərar alınmışdır:

1. Mingəçevir şəhərində vətəndaşların qanuni istifadəsində olan bağ torpaq sahələrinin onların mülkiyyətinə verilməsi məqsədilə Mingəçevir şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2008-ci il tarixli 20 saylı sərəncamı ilə yaradılmış komissiyanın iştirakı ilə hazırlanmış akt və yekun (dürüstləşdirilmiş) siyahı təsdiq edilsin.

2. Dövlət Yerquruluşu Layihə İnstitutunun mütəxəssisləri tərəfindən aidiyyəti yerli orqanların iştirakı ilə yerində, təsdiq olunmuş siyahıya uyğun, müasir topogeodeziya ölçü alətləri vasitəsilə aparılmış uçot-inventarizasiya işlərinə dair hazırlanmış yerquruluşu planı təsdiq edilsin.

3. Təsdiq olunmuş siyahıya və yerquruluşu sənədlərinə əsasən Mingəçevir şəhərində vətəndaşların qanuni istifadəsində olan bağ torpaq sahələrinin özəlləşdirilməsi ilə bağlı hüquqi sənədlərin hazırlanıb verilməsi Dövlət Torpaq və Xəritəçəkmə Komitəsindən və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən xahiş edilsin. - cavabddehin xx.xx.2023-cü il tarixli 3-21-3-35/2-2188/2023 nömrəli məktubuna əlavə edilmiş mütəxəssis rəyindən görünür ki, iddia olunan torpaq sahəsi naturada 535 kv.metrdir. Elektron məlumat bazasında mövcud olan Mingəçevir bələdiyyəsinin “X5 X14”ndəki xəritəsinə əsasən iddiaçının naturada göstərdiyi və iddia etdiyi 535 kv.metr torpaq sahəsinin mülkiyyətçisi Mingəçevir bələdiyyəsi, təyinatı yaşayış məntəqələrinin torpaqları, uqodiyası tikinti altında olan torpaqlar. İddiaçının naturada göstərdiyi və iddia etdiyi torpaq sahəsinin döngə nöqtələri, koordinatları və yerləşmə vəziyyəti tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. A 277731 nömrəli plan-ölçü sənədində göstərilmiş torpağın sahəsi mövcud olan və iddia etdiyi torpaq sahəsini əks etdirmir. A 277731 nömrəli “X24 və ölçüsü" sənədində qeyd edilmiş koordinatlar daxilində yerləşən 402.42 kv.metr torpaq sahəsinin 223.56 kv metr hissəsi **********24-11301 reyestr nömrəli çıxarışla mülkiyyətə verilmiş toraq sahəsi ilə, 108.48 hissəsi **********91 reyestr nömrəli çıxarışla mülkiyyətə verilmiş torpaq sahəsi ilə, qalan 70.38 kv.metr hissəsi isə Mingəçevir bələdiyyəsinin mülkiyyətinə aid olan torpaq sahəsi ilə üst-üstə düşür. - X31 Təhsil İdarəsinin xx.xx.2024-cü il tarixli 3-29-40/2-18/2024 nömrəli məktubuna əlavə olunmuş “Maarif” bağçılıq yoldaşlığından X12 ayrılmış torpaq sahəsinə dair xx.xx.1999-cu il tarixli çıxarışdan görünür ki, Mingəçevir “Maarif” bağçılıq təsərrüfatının üzvləri siyahısında sıra nömrəsi 59 olan X8 torpaq sahəsinin nömrəsi 59-dur.

13. Şəki İnzibati Məhkəməsinin (hakim Vüqar Musayev) xx.xx.2024-cü il tarixli, 2- 1(116)-5/2024 nömrəli qərarı ilə iddia tələbi təmin edilərək cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X25 17 saylı Yevlax Ərazi İdarəsinin üzərinə “Mingəçevir İcraiyyə Komitəsinin xx.xx.1989-cu il tarixli 76 nömrəli qərarına əsasən Təhsil Şöbəsinin "Maarif" bağçılıq yoldaşlığından ayrılmış 59 saylı 500 kv.metr torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum X12 məxsus olması barədə arayışın iddiaçıya verilməsi öhdəliyinin qoyulması qərara alınmışdır.

14. Məhkəmə qeyd etmişdir ki, iş materiallarından görünür ki, hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə iddiaçının hüquqi marağı Təhsil Şöbəsinin "Maarif" bağçılıq yoldaşlığından ayrılmış 59 saylı 500 kv.metr torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum X12 məxsus olması barədə arayışın cavabdeh orqan tərəfindən verilməsinə nail olmaqdır. Mingəçevir şəhər Bağlar İdarəsi tərəfindən xx.xx.2007-ci il tarixli Akta əsasən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinə təhvil verilmiş Mingəçevir şəhər Təhsil şöbəsinin "Maarif bağçılıq təsərrüfatının Təhsil işçilərinə bağ sahələrinin verilməsinə dair adlı siyahısında X8 adı mövcuddur. Bununla belə "xxxx" MMC tərəfindən təqdim edilmiş Mingəçevir şəhəri üzrə bağ sahələrinə dair ilkin subyektlər siyahısında sıra nömrəsi 153 olan X9, Mingəçevir şəhəri üzrə vətəndaşların xüsusi mülkiyyətinə verilən bağ sahələrinə aid subyektlər siyahısında, sıra nömrəsi 1160 olan İddiaçı Şamil oğlunun və yekun (dürüstləşdirilmiş) subyektlər siyahısında sıra nömrəsi 1158 olan X3 adına 0.05 ha torpaq sahəsinin olması ilə bağlı qeydlər icra edilmişdir. Təqdim edilmiş siyahılardan görünür ki, 0.05 ha torpaq sahəsinin həm iddiaçının, həm X22, həm də üçüncü şəxsin qanuni istifadəsində olması göstərilmişdir. Odur ki, məhkəmə tərəfindən sözügedən siyahılar ayrı-ayrılıqda tədqiq edilərək hüquqi qiymət verilmişdir. - İşin mübahisəsiz halı ondan ibarətdir ki, mərhum X15 şəhər Təhsil şöbəsinin "Maarif bağçılıq təsərrüfatının üzvü olmuşdur. "xxxx" MMC tərəfindən təqdim edilmiş Mingəçevir şəhəri üzrə bağ sahələrinə dair ilkin subyektlər siyahısında da, məhz onun adı mövcuddur. Üçüncü şəxs X3 adı qeyd olunan siyahı isə xx.xx.1997-ci ildə tərtib edilmişdir. Üçüncü şəxsin mövqeyinə görə torpaq sahəsi ilkin olaraq atasına ayrılsa da, sonradan həmin torpaq sahəsi onun adına keçirilmiş, buna görə də həmin siyahıya onun adı daxil edilmişdir. Məhkəmə tərəfindən üçüncü şəxsin həmin dəlili yoxlanılmış və X31 Təhsil İdarəsinin xx.xx.2024-cü il tarixli 3-29-40/2-18/2024 nömrəli məktubuna əlavə olunmuş “Maarif” bağçılıq yoldaşlığından X12 ayrılmış torpaq sahəsinə dair çıxarışla müəyyən edilmişdir ki, xx.xx.1999-cu il tarixdə 59 sıra nömrəsi ilə Mingəçevir “Maarif” bağçılıq təsərrüfatının üzvləri siyahısında X19 qeyd edilmişdir. Yəni, üçüncü şəxsin adının qeyd olunduğu, xx.xx.1997-ci ildə tərtib edilmiş siyahıdan sonrakı dövrə (xx.xx.1999) aid olan sənədlərdə yenə də, Şəmil Zeynalov bağçılığın üzvü olaraq göstərilmişdir. Başqa sözlə, Şəmil Zeynalov tərəfindən torpaq sahəsinin bağçılığa qaytarılması və həmin torpaq sahəsi ilə bağlı bağçılıq üzvlərinin subyekt tərkibinin dəyişdirilməsi baş verməmişdir. - İddiaçının özünün də adının qeyd olunduğu yekun dürüstləşdirilmiş siyahı isə 2008ci ildə tərtib edildiyindən ümumiyyətlə həmin siyahıda iddiaçının adının olması sözügedən torpaq sahəsi üzərində onun mülkiyyət hüququnun qeydiyyata alınmasına səbəb ola bilməz. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.7-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara məhz 2007-ci il mayın 22-dək ayrılmış bağ sahələrinə dair verilmiş yuxarıda sadalanan sənədlər hüquqların dövlət qeydiyyatı üçün əsas hesab olunur. Odur ki, iddiaçının və üçüncü şəxsin adına müvafiq siyahılarda torpaq sahəsi ilə bağlı qeydlərin mövcudluğu həmin torpaq sahəsinə münasibətdə hüquqların dövlət qeydiyyatına əsas yaratmır. X22 adı isə ləğv edilmiş Mingəçevir şəhər Bağlar İdarəsi tərəfindən xx.xx.2007-ci il tarixli Akta əsasən DƏDRX-nin 17 saylı Yevlax Ərazi İdarəsinə təhvil verilmiş Mingəçevir şəhər Təhsil şöbəsinin “Maarif” bağçılıq təsərrüfatının Təhsil işçilərinə bağ sahələrinin verilməsinə dair adlı siyahısında olduğundan sözügedən torpaq sahəsi üzərində mülkiyyət hüququ ona məxsus olmuşdur. - Məhkəmə, A 277731 nömrəli X24 və ölçüsü sənədinin X3 adına tərtib edilməsinə və həmin plan-ölçü sənədində Mingəçevir Şəhəri İcra Hakimiyyəti Başçısının Sərəncamı xx.xx.2008-ci il tarixli 161 nömrəli sərəncamına istinad olunmasına münasibətdə qeyd edir ki, sözügedən torpaq sahəsi ilə bağlı dürüstləşdirilmiş siyahılar hazırlanarkən faktiki olaraq X4 idi (xx.xx.2008-ci il tarixdə vəfat etmişdir). Hətta 2008-ci ildə dürüstləşdirilmiş siyahıda belə üçüncü şəxsin adı yox, hazırkı iş üzrə iddiaçının adı qeyd edilmişdir. Həmçinin Mingəçevir Şəhəri İcra Hakimiyyəti Başçısının xx.xx.2008-ci il tarixli, 161 nömrəli sərəncamı bağ torpaq sahələrinin qanuni istifadəçilərin mülkiyyətinə verilməsini nəzərdə tutduğundan, həmin sərəncamın üçüncü şəxsə münasibətdə tətbiq edilməsi üçün torpaq sahəsinin onun qanuni istifadəsində olması şərti sübuta yetirilməlidir. İşin yuxarıda qeyd olunmuş hallarından göründüyü kimi iddia olunan torpaq sahəsinə münasibətdə qanuni istifadəçi yalnız Maarif” bağçılıq təsərrüfatının üzvü olmuş X19 olmuşdur. A 277731 nömrəli “X24 və ölçüsü” sənədində istinad olunmuş Mingəçevir Şəhəri İcra Hakimiyyəti Başçısının Sərəncamı xx.xx.2008-ci il tarixli, 161 nömrəli sərəncamı torpaq sahəsinin dövlət ehtiyat fondu torpaqlarından fiziki şəxsə fərdi qaydada ayrılmasını müəyyən etməmişdir. Həmin sərəncamın mətnindən göründüyü kimi, sərəncamla tənzimlənən məsələ vətəndaşların qanuni istifadəsində olan bağ torpaq sahələrinin onların mülkiyyətinə verilməsi ilə bağlıdır. Odur ki, istinad olunan sərəncam, onun qəbul edilməsindən əvvəl qanuni istifadəsinə bağ torpaq sahələri verilmiş subyektlərə, mülkiyyət hüququnu təsdiq edən sənədlərin verilməsinin müvafiq orqanlardan xahiş edilməsi ilə bağlıdır. Yəni, müvafiq sərəncam torpaq sahəsinin qanuni istifadəyə verilməsi əsası kimi nəzərdən keçirilə bilməz. Həmçinin qeyd olunmalıdır ki, “X30 və ölçüsü” sənədi torpaq sahəsi üzərində hüququn yaranmasının hüquqi əsasını təşkil etmir, yalnız həmin torpaq sahəsinin sərhədlərinin yerə (naturaya) keçirilməsini və yerquruluşu işlərinin aparılmasını təsdiq edir. Şərh olunanları ümumiləşdirərək məhkəmə hesab edir ki, mərhum Şəmil Zeynalova münasibətdə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.7-ci maddəsinin tələbləri ödənildiyindən iddiaçı, sözügedən torpaq sahəsi üzərində mülkiyyət hüququnun həmin şəxsə məxsus olması barədə arayışın verilməsini cavabdeh orqandan tələb etməkdə haqlı olmuşdur.

15. Üçüncü şəxs X11 həmin qərardan apellyasiya şikayəti verərək Şəki İnzibati Məhkəməsinin 2-1(116)-5/2024 nömrəli, 16 aprel 2024-cü il tarixli qərarının ləğv edilməsini və iddianın mümkün sayılmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin dəlilləri

16. Üçüncü şəxs apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, Məhkəmənin həmin qərarı aşağıdakı səbəblərdən hesab edirəm ki, əsassız və qanunsuzdur, ləğv edilməlidir. Belə ki, məhkəmə tərəfindən işə baxılarkən və qərar qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulmuş, məhkəmə işdə mövcud olan sübutlara düzgün və obyektiv qiymət verməmiş, habelə işin faktiki hallarını tam aydınlaşdırmamış, habelə torpaq sahəsinin mülkiyyət hüququ ilə kimə mənsub olmasını nəzərə almamışdır. İşin faktiki və hüquqi halları ondan ibarətdir ki, Mingəçevir Şəhər XDS İK-nin xx.xx.1989-cu il tarixli 76 №-li qərarı ilə Mingəçevir Şəhər Təhsil Şöbəsinin “Maarif” bağçılıq təsərrüfatına bağçılıq üçün torpaq sahəsi ayrılmış və Azərbaycan Təhsil İşçiləri X21 Mingəçevir Şəhər Komitəsi tərəfindən atası X12 Mingəçevir şəhəri 4 saylı orta məktəbin müəllimi kimi həmin torpaq sahəsindən 500 kv.metr bağçılıq üçün torpaq sahəsi istifadəsinə verilmişdir. Ayrılmış torpaq sahəsində 1989-1990-cı illərdə atasının və onun maddi vəsaiti ilə 2 (iki) mərtəbəli yaşayış evi və tikililər tikilmişdir. Həmin vaxtdan hal-hazıradək bu torpaq sahəsindən və yaşayış evindən o ailə üzvlər ilə və anası ilə birgə istifadə edir. İddiaçı isə heç zaman, bir gün də olsa bu torpaq sahəsindən istifadə etməmiş, bu yaşayış evində yaşamamış və hər hansı maliyyə vəsaiti xərcləməmişdir. Onu da qeyd etmək istəyir ki, 2008-ci ilədək olan müddətdə vətəndaşların qanuni istifadəsində olan bağ torpaq sahələrinə yalnız bağçılıq pasportu verilmiş və sonradan Mingəçevir Şəhər İcra Hakimiyyətinin tabeliyində olmuş Bağlar Təsərrüfatının, Fərdi və Bağ Evlərinin Tikintisi, İstismarı və İnkişafı İdarəsi tərəfindən həmin torpaq sahələrinə və üstündəki evlərə və digər tikililərə bağ təsərrüfatının texniki pasportu tərtib edilmişdir. Lakin, vətəndaşların qanuni istifadəsində olan bağ torpaq sahələrinin onların xüsusi mülkiyyətinə verilməsi məqsədilə Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2008-ci il tarixli 20 saylı sərəncamı ilə yaradılmış komissiya ilə mütəxəssislərin və aidiyyəti yerli orqanların iştirakı ilə torpaqların uçot-inventarizasiya və planaalma işləri aparılmış, torpaq istifadəçilərinin siyahısında dürüstləşdirmə aparılaraq ailə başçılarının, ailə üzvlərinin soyadı, adı, ata adı dəqiqləşdirilmiş və yekun siyahı hazırlanaraq təsdiq olunmuş siyahıya və yerquruluşu sənədlərinə əsasən vətəndaşların qanuni istifadəsində olan bağ torpaq sahələrinin özəlləşdirilməsi üçün hüquqi sənədlərin hazırlanıb onlara verilməsi Dövlət Torpaq və Xəritəçəkmə Komitəsindən və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən xahiş olunmuşdur. Həmin siyahılaşdırma və inventarizasiya aparılan müddətdə 2008-ci ilin mayiyun aylarında DT və XK-nin mütəxəssislərindən və digər işçilərdən 4 nəfər nümayəndə onların istifadəsində olan torpaq sahəsində də dəqiqləşdirmə apararkən o və atası Şəmil Zeynalov evdə olmuşlar. Ölçü aparan həmin mütəxəssislər izah etdilər ki, torpaq sahələrinin qanuni ölçüləri müəyyənləşdirilərək nəticəsi üzrə torpaq istifadəçilərinin adına X24 və Ölçüsü tərtib olunacaq və bu hüquqi sənəd torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən ilkin sənəd hesab olunacaq. Atası həmin sənədin onun adına rəsmiləşdirilməsinə razılıq verərək onların tərtib etdiyi sənəddə {siyahıda) onun soyadını, adını və ata adını qeyd elətdirdi. Belə ki, həmin vaxt bu evdə valideynləri və onun ailəsi yaşayırdı. Nümayəndələr də yalnız evdə yaşayanlardan birinin adına hüquqi sənəd tərtib ediləcəyini əvvəlcədən bildirmişdilər. Qeyd edir ki, atası hələ sənədləşmə aparılmamışdan əvvəl də qardaşı, İddiaçı yaşayış evi olduğuna və bu evin tikilməsində onun zəhmətinin olduğuna görə evin və torpaq sahəsinin ona qalacağını anasına və digər ailə üzvlərinə bildirmişdir. Odur ki, hələ atasının sağlığında torpaq sahələrinin və istifadəçilərinin dəqiqləşdirilməsi aparılmış və müəyyən vaxt tələb olunduğuna görə onların torpaq sahəsində aparılmış dəqiqləşdirmədən 4 ay sonra onun adına Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Mingəçevir Şəhər Şöbəsi tərəfindən **********497 nömrəli X24 və Ölçüsü verilmişdir. Yəni, atası sağ ikən bu məsələ həll olunmuş və onun adına sənədləşmə aparılmışdır. Lakin, iddiaçı ilə aralarında sonradan ailə münasibətləri zəminində ziddiyyət yarandığına görə o, atasının ölümündən 13 il sonra evdən və torpaq sahəsindən mülk ələ keçirmək niyyətilə mübahisəyə başlamışdır. Məhkəmə araşdırması zamanı cavabdeh tərəfindən də təqdim edilmiş sübutlarla müəyyən və təsdiq olunmuşdur ki, iddiaçının iddia tələbini əsaslandıran hər hansı mötəbər sübut yoxdur. - Beləliklə mübahisələndirilən torpaq sahəsi “Maarif” bağçılıq yoldaşlığı tərəfindən atası Şamil Zeynalova ayrılsa da, xx.xx.1997-ci ildə tərtib edilmiş siyahıda onun adı qeyd olunmuşdur. Sözügedən torpaq sahəsinin onun və ailə üzvlərinin qanuni istifadəsində olması mötəbər sübut olan xx.xx.1997-ci il tarixli siyahı ilə, 2008-ci il sentyabr tarixli yekun dürüstləşdirilmiş siyahı ilə tam təsdiq olunur. Həmin torpaq sahəsində onun və atasının maliyyə vəsaiti ilə 1989-1990-cı illərdə 2 mərtəbəli yaşayış evi tikilib və hal-hazıradək onlar bu evdə yaşayır. Bundan başqa, məhkəmə qərarında qeyd edir ki, “A 277731 nömrəli “X24 və ölçüsü” sənədində istinad olunmuş Mingəçevir şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2008-ci il tarixli, 161 nömrəli sərəncamı torpaq sahəsinin dövlət ehtiyat fondu torpaqlarından fiziki şəxsə fərdi qaydada ayrılmasını müəyyən etməmişdir. Həmin sərəncamın mətnindən göründüyü kimi, sərəncamla tənzimlənən məsələ vətəndaşların qanuni istifadəsində olan bağ torpaq sahələrinin onların mülkiyyətinə verilməsi ilə bağlıdır”. Bəli, məhkəmənin diqqətinə çatdırmaq istəyir ki, həmin sərəncam qüvvədədir, ləğv olunmamışdır və bu sərəncamla təkcə onların torpaq sahələri deyil, yüzlərlə vətəndaşların istifadəsində olan torpaq sahələri sənədləşdirilərək X24 və ölçüsü tərtib olunmuş və sonradan qeydiyyat vəsiqələri ilə (Çıxarışlarla) rəsmiləşdirilmişdir. Yəni, Mingəçevir şəhər İcra Hakimiyyətinin sərəncamı verilərkən torpaq sahəsi onun qanuni istifadəsində olmuşdur. Eyni zamanda qeyd etmək istəyir ki, xx.xx.2023-cü il tarixli mütəxəssis rəyinə görə iddia olunan və iddiaçının naturada göstərdiyi torpaq sahəsi naturada 535 kv.metr olmaqla Mingəçevir Bələdiyyəsinin “X5 X14”ndəki xəritəsinə əsasən Mingəçevir Bələdiyyəsinin mülkiyyətindədir, yəni mülkiyyətçi Mingəçevir Bələdiyyəsidir, torpaq bələdiyyə torpağıdır. Belə olan halda hazırkı iddia ilə Şəki İıızbati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(116)-44/2023 saylı qərardadı ilə inzibati məhkəmə icraatında üçüncü şəxs qismində zəruri qaydada cəlb edilmiş mülkiyyətçi Mingəçevir Bələdiyyəsi məhkəməyə müraciət edə bilər və İddiaçı bu iddia ilə məhkəməyə müraciət etməsi üçün subyektiv hüququ yoxdur. Lakin məhkəmə torpaq sahəsinin mülkiyyətçisi kimi öz qərardadı ilə Mingəçevir Bələdiyyəsini üçüncü şəxs kimi məhkəmə icraatına zəruri cəlb etsə də, mütəxəssis rəyi ilə əlaqədar hissədə məsələyə heç bir hüquqi qiymət verməmişdir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

17. İddiaçının İddiaçı nümayəndəsi və vəkili olmuş X10 apellyasiya şikayətinə etiraz verərək qeyd etmişdir ki, o, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Ərazi İdarəsinin üzərinə Mingəçevir İcraiyyə Komitəsinin 21 fevral 1989-cu il tarixli 76 saylı Qərarına əsasən Təhsil Şöbəsinin «Maarif» bağçılıq yoldaşçılığından ayrılmış 59 saylı, 500 kv. metr torpaq sahəsi üzərində mulkiyyət hüququnun mərhum X12 məxsus olması barədə arayışın (elektron çıxarışın) hazırlanıb verilməsi öhdəliyinin qoyulması barədə iddia qaldırmışdır. Şəki İnzibati Məhkəməsinin 16 aprel 2024-cü il tarixli, 2-1(116)-5/2024 saylı qərarı ilə onun iddia tələbi təmin edilmişdir. Qərardan iş üzrə 3-cü şəxs X13 apellyasiya şikayəti vermiş, Mingəçevir Bələdiyyəsi münasibət bildirmişdir. Əvvəla onu qeyd edir ki, o, 31 iyul 2023-cü ildə məhkəməyə müraciət edərək göstərmişdir ki, «Mingəçevir Bələdiyyəsinin iş üzrə zəruri cəlb edilməsi ilə əlaqədar bildirir ki, 3-cü şəxs Mehman Zeynalovun vəkili Vəkil2 həmçinin Mingəcevir Bələdiyyəsinin hüquqşünasıdır. Mingəcevir Baladiyyəsinin nümayəndəsi öz mövqeyini dəqiqləşdirməlidir». Məhz bu səbəbdən Mingəçevir Bələdiyyəsi bu iş üzrə çıxarılmış qərardan şikayət vermədiyi halda 3-cü şəxs Mehman Zeynalovun apellyasiya şikayətinin surətini öz münasibətinə daxil etməklə apellyasiya şikayətini müdafiə edən ərizə ünvanlamışlar. Verilmiş apellyasiya şikayəti ilə əlaqədar bildirir ki, cavabdehin onun atası X22 hüquqlarının olmasına dair arayış verilməsinə dair müraciətinə olan etirazı bundan ibarət olmuşdur ki, «Sənədləşdirmək istədiyiniz naturada torpaq sahəsi ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Mingəçevir şəhər Şöbəsi tərəfindən verilmiş **********497 reyestr nömrəli X24 və ölçüsündə göstərilən digər şəxsin istifadəsində olan torpaq sahəsində yerləşir ki, bu da bağ sahəsinin dövlət qeydiyyatına alınması ilə ziddiyyət təşkil edir». Qeyd olunan **********497 reyestr nömrəli X24 və ölçüsünün Mehman Zeynalova məxsus olması ona məhkəmənin gedişində məlum olmuş və həmin sənəd atası Şəmil Zeynalov 19 avqust 2008-ci idə vəfat etdikdən sonra 29 iyun 2010-cu ildə Mehman Zeynalov hansısa qaydada əldə etmişdir. Cavableh orqanın məhkəməyə ünvanladığı 12 iyun 2023-cü il tarixli mütəxəssis rəyindən görünür ki, **********497 reyestr nömrəli A№277731 saylı Mehman Zeynalovun adına tərtib olunan plan və ölçü sənədi 402.42 kv. metr torpaq sahəsinə aid olmaqla onun iddia etdiyi torpaq sahəsi ilə üst-üstə düşmür. Bu rəydən sonra o, Mehman Zeynalovun işdəki 3-cü şəxs qismində cəlbinə etiraz edib ləğv edilməsi barədə ərizə vermişdir. X16 təqdim etdiyi və özünə məxsus olduğunu bildirdiyi torpaq sahəsinin onun iddia etdiyi torpaq sahəsinə aidiyyatı yoxdur və Mehman Zeynalov subyektiv hüququ olmayan şəxsdir. X7i istifadəsində olan torpaq sahəsinin ona verdiyinə dair dəlilləri ilə bağlı göstərir ki, cavabdeh orqan tərəfindən 26 iyul 2022-ci il tarixdə məhkəməyə təqdim olunmuş sənədlərdən görünür ki, X8 adı adlı siyahıda 59-cu sırada qeyd olunmuş, xx.xx.1993-cü ildə eyni saylı torpaq sahəsi üçün mərhuma bağçılıq təsərrüfatının üzvü kimi pasport verilmiş, Mingəçevir şəhər İcra Hakimiyyətinin nəzdində Bağlar təsərrüfatının, Fərdi və Bağ evlərinin Tikintisi, İstismarı və İnkişafı İdarəsi tərəfindən 01 iyun 1999-cu ildə 03/53 saylı «vətəndaşın istifadəsində olan bağ təsərrüfatının texniki» Pasportu tərtib olunmuş və Şəmil Zeynalovun şəxsi imzası olan bağın inventarlaşdırma vərəqəsində bağ sahəsində olan yaşayış evini X20 öz şəxsi vəsaiti hesabına inşa etdiyi göstərilmişdir. Şəmil Zeynalov həmin həyəti Mehman Zeynalova verdiyinə dair hər hansı sübut mövcud deyildir. Hazırki iddianı qaldırmaq üçün o, Şəmil Zeynalovun vərəsəsi olmağına dair 30 avqust 2021-ci il tarixli məktubun surətini iddia ərizəsinə əlavə etmişdir. Xahiş edir ki, hüququ olmayan şəxs tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərini əsassız hesab etməklə Şəki İnzibati Məhkəməsinin 16 aprel 2024-cü il tarixli 2-1(116)- 5/2024 nömrəli qərarı qanuni qüvvədə saxlanılsın.

18. Üçüncü şəxs Mingəçevir şəhəri Mingəçevir bələdiyyəsi apellyasiya şikayətinə münasibət bildirərək qeyd etmişdir ki, İddiaçı iddia tələbi əsassızdır, onun mübahisələndirilən torpaq sahəsinə münasibətdə həmin iddia ilə subyektiv tələb hüququ yoxdur. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə qərarının təsviri hissəsində qeyd olunan xx.xx.2023-cü il tarixli mütəxəssis rəyindən görünür ki, iddia olunan torpaq sahəsi naturada 535 kv.metrdir. Elektron məlumat bazasında mövcud olan Mingəçevir Bələdiyyəsinin “X5 X14”ndəki xəritəsinə əsasən iddiaçının naturada göstərdiyi və iddia etdiyi 535 kv.metr torpaq sahəsinin mülkiyyətçisi Mingəçevir Bələdiyyəsi, təyinatı yaşayış məntəqələrinin torpaqları, uqodiyası tikinti altında olan torpaqlardır. İddiaçının naturada göstərdiyi və iddia etdiyi torpaq sahəsinin döngə nöqtələri, koordinatları və yerləşmə vəziyyəti tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. A 277731 nömrəli plan-ölçü sənədində göstərilmiş torpağın sahəsi mövcud olan və iddia etdiyi torpaq sahəsini əks etdirmir. A 277731 nömrəli “X24 və ölçüsü” sənədində qeyd edilmiş koordinatlar daxilində yerləşən 402.42 kv.metr torpaq sahəsinin 223.56 kv.metr hissəsi **********24-11301 reyestr nömrəli çıxarışla mülkiyyətə verilmiş torpaq sahəsi ilə, 108.48 hissəsi **********91 reyestr nömrəli çıxarışla mülkiyyətə verilmiş torpaq sahəsi ilə, qalan 70.38 kv.metr hissəsi isə Mingəçevir Bələdiyyəsinin mülkiyyətinə aid olan torpaq sahəsi ilə üst-üstə düşür. Belə olan halda qanunauyğun olaraq hesab edirik ki, birinci instansiya məhkəməsinin qərardadı ilə üçüncü şəxs qismində zəruri qaydada cəlb edilmiş mübahisələndirilən torpaq sahəsinin mülkiyyətçisi kimi Mingəçevir Bələdiyyəsi həmin bələdiyyə torpağının müqəddəratının həllində sərbəst və bilavasitə subyektiv hüquqa və səlahiyyətlərə malikdir, üçüncü şəxs X3 adına verilmiş “X24 və ölçüsünün ləğv edilməsi və torpaq sahəsinin boşaldılması tələbi ilə yalnız Mingəçevir Bələdiyyəsi məhkəməyə müraciət edə bilər və ya bu torpaq sahəsinin açıq hərrac və ya müsabiqə vasitəsilə fərdi yaşayış evinin tikintisi üçün mülkiyyətə verə bilər. Çox təəssüf ki, məhkəmə işə baxarkən işin bu hallarını və qanunun tələblərini nəzərə almamış, Mingəçevir Bələdiyyəsinin mülkiyyət hüququna heç bir hüquqi qiymət verməmişdir. Beləliklə, işin hallarından və qanunun bu tələblərindən göründüyü kimi Mingəçevir Bələdiyyəsinin mülkiyyətində olan bu torpaq sahəsinə münasibətdə İddiaçı belə bir iddia qaldırmağa subyektiv hüququ yoxdur və onun iddiası mümkün sayılmamalıdır.

Tərəflərin izahatları

19. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs X11 və onun nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 16 aprel 2024-cü il tarixli, 2-1(116)-5/2024 nömrəli qərarının ləğv edilməsini, iddianın tələbinin mümkün sayılmaması barədə qərardad qəbul edilməsini xahiş etdilər.

20. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq İddiaçı, onun nümayəndəsi və vəkili olmuş Vəkil1, cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 17 saylı Yevlax Ərazi İdarəsinin nümayəndəsi və Mingəçevir Şəhər Bələdiyyəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi). Tətbiq edilən hüquq

21. İnzibati Prosessual Məcəllə: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 12.3. Məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar. Maddə 12.4. Proses iştirakçıları tərəfindən hər hansı sübutun məhv edilməsi və ya gizlədilməsi yaxud hər hansı başqa üsulla həmin sübutun araşdırılmasına maneçilik törədilməsi qadağandır. Belə halların baş verdiyi təqdirdə, məhkəmə konkret işlə bağlı bütün xüsusiyyətləri nəzərə alaraq sübut etmə vəzifəsinin dönüşü haqqında qərardad qəbul edə bilər. Maddə 13. Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Maddə 32.1. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə 48.1. Sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. Maddə 48.2. İnzibati məhkəmə icraatının iştirakçıları yazılı vəsatətlərini, etirazlarını, izahatlarını və bunlarla əlaqədar sənədləri məhkəmə baxışı başlayana qədər təqdim etməyə borcludurlar. Sədrlik edən hakim bu məqsədlə müddət təyin edə bilər. Məhkəmə xidməti vəzifəsinə görə həmin sənədlərin surətlərini prosesin digər iştirakçılarına göndərir. Maddə 80.1. Barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Maddə 82. Apellyаsiyа instаnsiyаsı məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə bаxır. Apellyаsiyа instаnsiyаsı məhkəməsi həmçinin, bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

22. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarı: 2.1-ci bəndinə əsasən, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.3-cü bəndinə əsasən, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 3.1-ci bəndinə əsasən, inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. 3.2-ci bəndinə əsasən, İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. 3.3-cü bəndinə əsasən, yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 4.2-ci bəndinə əsasən, hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. 5.1-ci bəndinə əsasən, iddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. 6.1-ci bəndinə əsasən, iddianın mümkünlüyü baxımından hüququn pozulubpozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2-ci bəndinə əsasən, iddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun.

7. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. 8.1-ci bəndinə əsasən, iddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. 8.2-ci bəndinə əsasən, bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. 8.3-cü bəndinə əsasən, buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. 8.5-ci bəndinə əsasən, iddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır. 8.6-cı bəndinə əsasən, iddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. 16.1-ci bəndinə əsasən iddianın mümkünlüyünə dair şərtlərə, həmçinin iddianın lazımı qaydada qaldırılması da aiddir. 16.2-ci bəndinə əsasən iddia ərizəsi İPM-in 46.1-ci maddəsində təsbit edilmiş formal tələblərə cavab verməlidir. 16.3-cü bəndinə əsasən həmin normada nəzərdə tutulmuş iddia ərizəsinin məzmununa dair tələblər - ərizənin verildiyi məhkəmənin adı; iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları; iddiaçının (ərizəçinin) tələbi - imperativ xarakter daşıyır və verilmiş ərizələrdə bunlar göstərilməlidir. 16.4-cü bəndinə əsasən İPM-in 46.3-cü maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. 16.6-cı bəndinə əsasən iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər.

23. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 2.0.10. əlverişli inzibati akt maraqlı şəxsə hüquq verən və ya onun hüququnu təsdiq edən, yaxud onun üzərinə qoyulmuş vəzifəni (vəzifələri) götürən akt, 2.0.11-ci maddəsinə əsasən, əlverişsiz (yükləyici) inzibati akt isə maraqlı şəxsi hüquqdan məhrum edən və ya onun hüququnu məhdudlaşdıran, yaxud onun üzərinə müəyyən vəzifə (vəzifələr) qoyan aktdır.

11. qanunçuluq prinsipi müəyyən edilərək göstərilmişdir ki, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. 64.2 inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 68.1 qanuni əlverişsiz inzibati akt, həmin aktın ləğv olunmasının qanunla birbaşa qadağan edildiyi hallar istisna olmaqla, onu qəbul etmiş orqan tərəfindən tam və ya qismən ləğv oluna bilər. 68.2 qanuni əlverişli inzibati akt yalnız aşağıdakı hallarda ləğv edilə bilər: 68.2.1. inzibati aktın ləğvi qanunla birbaşa nəzərdə tutulduğu halda və ya inzibati aktın özündə bu barədə müvafiq qeyd olduğu halda; 68.2.2. maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya lazımi qaydada və müddətdə istifadə etmədiyi halda; 68.2.3. inzibati aktın qəbulundan sonra yaranmış hüquqi və ya faktiki hallara görə həmin aktın qüvvədə qalması dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi halda; 68.2.4. inzibati aktın qəbulu üçün əsas olmuş hüquq normasının dəyişməsi nəticəsində inzibati orqanın həmin aktı qəbul etməməyə haqlı olduğu və maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya ona münasibətdə inzibati aktla təminat verilmiş öhdəliklər yerinə yetirilmədiyi və ya həmin aktın qüvvədə qalmasının dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi hallarda. 68.7. Qanuni inzibati aktın ləğv olunması haqqında maraqlı şəxsə bu Qanunun 62-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir.

24. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş Yerli icra hakimiyyətləri haqqında Əsasnamə 4.17. Rayon bölgüsü olan şəhərlərin icra hakimiyyəti başçılarının əlavə səlahiyyətləri: 4.17.3. şəhər rayonlarının icra hakimiyyəti başçılarının sərəncam və əmrləri Azərbaycan Respublikasının qanunvericiliyinə zidd olduqda onları ləğv etmək.

Apellyasiya şikayətinin mümkünlüyü

25. Apellyasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də şikayət mümkün hesab edilmişdir.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi

26. Üçüncü şəxs X3 apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayəti mümkündür və əsaslıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Şəki İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(116)-5/2024 nömrəli qərarı ləğv edilərək, iddia tələbi mümkün sayılmamalıdır.

27. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddianın mümkünlüyü məsələsini və mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmamışdır.

28. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyət zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər.

29. İşin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Qeyd edilən qayda həmçinin iddianın mümkünlüyü ilə bağlı şərtlərin mövcudluğunun yoxlanılmasına da şamil olunur. Belə ki, obyektiv araşdırma prinsipi yalnız iddianın əsaslığının yoxlanılması zamanı deyil, həmçinin iddianın mümkünlük şərtlərinin yoxlanılması zamanı da tətbiq olunmalıdır. Məhkəmə iddianın mümkünlüyünə dair bütün şərtlərin mövcud olmasını xidməti vəzifəsinə görə yoxlamağa borcludur.

30. Nəzərə almaq lazımdır ki, məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş müəyyən şərtlərə və məhdudiyyətlərə, o cümlədən subyektiv hüquqla bağlı məhdudiyyətlərə tabedir. İnzibati prosessual qanunvericiliyin tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. İddianın mümkünlüyü onun əsaslılığının yoxlanılması üçün ilkin məcburi şərtdir. Məhkəmələr tərəfindən yalnız mümkün sayılmış iddialara mahiyyəti üzrə baxılır. Mümkünlük şərtlərini ödəməyən iddiaya mahiyyəti üzrə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur. İddianın mümkünlük şərtləri inzibati məhkəmə icraatının bütün mərhələlərində məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır.

31. Bu baxımdan həm də nəzərə almaq lazımdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər, o cümlədən mübahisə edilən hüquq münasibətinin inzibati hüquq münasibəti olması, mübahisənin inzibati hüquq münasibətlərindən yaranması, mübahisə tərəflərindən birinin “İnzibati icraat haqqında” Qanun anlamında inzibati orqan olması ilə bağlı şərtlər və habelə inzibati prosessual qanunvericiliklə nəzərdə tutulmuş digər şərtlər mütləq ödənilmiş olmalıdır. İddianın mümkünlük şərtlərindən biri də iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüquqa (iddia qaldırmaq səlahiyyətinə) malik olmasıdır. Odur ki, hazırkı mübahisə üzrə iddiaya münasibətdə digər şərtlərlə yanaşı, həm də iddiaçının irəli sürdüyü tələb üzrə subyektiv hüquqa (iddia qaldırmaq səlahiyyətinə) malik olması şərti də yerinə yetirilmiş olmalıdır.

32. Nəzərə alınmalıdır ki, subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir.

33. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.

34. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı qərarın 23-cü bəndində qeyd olunan maddi hüquq normalarının sistemli təhlilindən göründüyü kimi, inzibati akt qanunla müəyyən olunmuş qaydada ləğv edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. İnzibati akt ancaq birtərəfli qaydada verilən nizamasalma formasıdır. Birtərəflilik onda ifadə olunur ki, inzibati aktla iradə ifadə olunarkən digər tərəfin razılığı tələb olunmur. Həmçinin inzibati aktların «qanuni əlverişsiz inzibati akt» və «qanuni əlverişli inzibati akt» kimi növləri müəyyən olunmuşdur. İnzibati aktların ləğv olunması əsasları da bu növlərdən asılı olaraq fərqləndirilir.

35. «İnzibati icraat haqqında» Qanunun 11-ci maddəsinin tələbləri baxımından inzibati orqanın şəxsin hüquq və azadlıqlarına müdaxilə edən aktı yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada qəbul oluna bilər. Bu cür inzibati akt həm formal-hüquqi baxımdan, həm də maddi-hüquqi baxımdan qanuni olmalıdır. İnzibati aktın formal-hüquqi baxımdan qanuniliyi dedikdə, aktın səlahiyyətli inzibati orqan tərəfindən, lazımi qaydada həyata keçirilmiş icraat nəticəsində qəbul olunmasını və qanunla müəyyən olunmuş formaya riayət olunması nəzərdə tutulur. İnzibati aktın maddi-hüquqi cəhətdən qanuniliyi dedikdə isə, onun qəbulu üçün səlahiyyətverici normanın dispozisiya şərtlərinin mövcudluğu nəzərdə tutulur.

36. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı Təhsil Şöbəsinin "Maarif" bağçılıq yoldaşlığından ayrılmış 59 saylı 500 kv.metr torpaq sahəsi üzərində mülkiyyət hüququnun atası-mərhum X12 məxsus olması barədə arayışın cavabdeh orqan tərəfindən verilməsinə nail olmaqdır.

37. İş materiallarına əlavə edilmiş A 277731 nömrəli X24 və ölçüsü sənədindən görünür ki, sözügedən sənəd Mingəçevir şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2008-ci il tarixli 161 nömrəli sərəncamına əsasən üçüncü şəxs X3 adına 402,42 kv.metr torpaq sahəsinə münasibətdə tərtib edilmişdir.

38. Həmçinin, Mingəçevir Şəhəri İcra Hakimiyyəti Başçısının xx.xx.2008-ci il tarixli 161 nömrəli sərəncamından görünür ki, Mingəçevir şəhəri İcra Hakimiyyəti başçısının 11 fevral 2008-ci il tarixli 20 saylı sərəncamı ilə yaradılmış komissiyanın yekun aktını nəzərə alaraq qərar alınmışdır:

1. Mingəçevir şəhərində vətəndaşların qanuni istifadəsində olan bağ torpaq sahələrinin onların mülkiyyətinə verilməsi məqsədilə Mingəçevir şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2008-ci il tarixli 20 saylı sərəncamı ilə yaradılmış komissiyanın iştirakı ilə hazırlanmış akt və yekun (dürüstləşdirilmiş) siyahı təsdiq edilsin.

2. Dövlət Yerquruluşu Layihə İnstitutunun mütəxəssisləri tərəfindən aidiyyəti yerli orqanların iştirakı ilə yerində, təsdiq olunmuş siyahıya uyğun, müasir topogeodeziya ölçü alətləri vasitəsilə aparılmış uçot-inventarizasiya işlərinə dair hazırlanmış yerquruluşu planı təsdiq edilsin.

3. Təsdiq olunmuş siyahıya və yerquruluşu sənədlərinə əsasən Mingəçevir şəhərində vətəndaşların qanuni istifadəsində olan bağ torpaq sahələrinin özəlləşdirilməsi ilə bağlı hüquqi sənədlərin hazırlanıb verilməsi Dövlət Torpaq və Xəritəçəkmə Komitəsindən və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən xahiş edilsin.

39. Həmin sərəncamın mətnindən göründüyü kimi, sərəncamla tənzimlənən məsələ vətəndaşların qanuni istifadəsində olan bağ torpaq sahələrinin onların mülkiyyətinə verilməsi ilə bağlıdır. Sözügedən sərəncama əsasən, X3 adına 402,42 kv.metr torpaq sahəsinə münasibətdə planı və ölçü sənədi işlənib hazırlanmışdır.

40. Hazırda da mütəxəssis rəyinə əsasən iddiaçının mülkiyyət hüquqlarının müvafiq qeydiyyata alınması üçün iddia edilən torpaq sahəsi üçüncü şəxs X3 adına tərtib edilmiş plan-ölçü sənədi ilə üst-üstə düşməsə də, məhkəmə kollegiyası tərəfindən müəyyən edildi ki, iddiaçı tərəfindən tələb edilən torpaq sahəsi ilə üçüncü şəxsin plan-ölçü sənədində göstərilən torpaq sahəsi eynilik təşkil edir. Sadəcə olaraq plan ölçü sənədində göstərilən torpaq sahəsinin koordinatları başqa şəxslərin torpaq sahələrinin üzərinə işlənilmişdir.

41. Göründüyü kimi, iddaçının tələb etdiyi torpaq sahəsinin koordinatları ilə üçüncü şəxsin adına verilmiş plan ölçü sənədində göstərilən torpaq sahəsinin koordinatları ayrıayrı əraziləri göstərsə də, yəni üst-üstə düşməsə də, iş materiallarında olan mötəbər sübutlarla təsdiq olunur ki, əslində üçüncü şəxsə verilmiş plan ölçü həmin mübahisələndirilən torpaq sahəsinə münasibətdə verilmiş, üçüncü şəxs də plan ölçü sənədinin mübahisələndirilən əraziyə deyil, başqa ərazinin koordinatları qeyd edilməklə tərtib edilməsini bilməmiş, hazırda mübahisələndirilən əraziyə münasibətdə tərtib edilməsini zənn etmiş, həmin torpaq sahəsində ev tikmiş, uzun illərdir ki, həmin evdə ailəsi ilə birlikdə yaşayır. İddiaçı isə mübahisəli torpaq sahəsindən istifadə etməsi və həmin torpaq sahəsinin qanuni istifadəsində olması barədə sübutlar təqdim etməmişdir.

42. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2022-ci il tarixli **********60 nömrəli məktubdan və ona əlavə olunmuş sənədlərdən görünür ki, aparılmış araşdırma nəticəsində Mərkəzin arxivində mövcud olan əlyazma subyektlərin siyahılarında X3 adı aşkar edilməmişdir. Lakin elektron siyahıda vətəndaşın adı mövcuddur.

43. Həmin məktuba əlavə olunmuş Mingəçevir şəhəri üzrə bağ sahələrinə dair ilkin subyektlər siyahısından görünür ki, sıra nömrəsi 153 olan X9 adının qarşısında “qanuni istifadəsində olan bağ sahəsi” qrafasında 0,05 ha torpaq sahəsi, Mingəçevir şəhəri üzrə vətəndaşların xüsusi mülkiyyətinə verilən bağ sahələrinə aid subyektlər siyahısında, sıra nömrəsi 1160 olan İddiaçı Şamil oğlunun adının qarşısında “bağların sahəsi” qrafasında 0,05 ha torpaq sahəsi, yekun (dürüstləşdirilmiş) subyektlər siyahısında isə sıra nömrəsi 1158 olan X3 adının qarşısında “həyətyanı torpaq sahəsi” qrafasında 0,0500 ha, “mülkiyyətçiyə verilən torpaq sahəsi” qrafasında 0,0403 ha torpaq sahəsi qeyd edilmişdir.

44. Bundan başqa, cavabdehin xx.xx.2023-cü il tarixli 3-21-3-35/2-2188/2023 nömrəli məktubuna əlavə edilmiş mütəxəssis rəyindən görünür ki, iddia olunan torpaq sahəsi naturada 535 kv.metrdir. Elektron məlumat bazasında mövcud olan Mingəçevir bələdiyyəsinin “X5 X14”ndəki xəritəsinə əsasən iddiaçının naturada göstərdiyi və iddia etdiyi 535 kv.metr torpaq sahəsinin mülkiyyətçisi Mingəçevir bələdiyyəsi, təyinatı yaşayış məntəqələrinin torpaqları, uqodiyası tikinti altında olan torpaqlar. İddiaçının naturada göstərdiyi və iddia etdiyi torpaq sahəsinin döngə nöqtələri, koordinatları və yerləşmə vəziyyəti tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. A 277731 nömrəli plan-ölçü sənədində göstərilmiş torpağın sahəsi mövcud olan və iddia etdiyi torpaq sahəsini əks etdirmir.

45. Cavabdeh orqan tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilmiş etiraz ərizəsindən isə görünür ki, torpaq sahəsində zəruri olan inventarlaşdırma işləri aparılmış, elektron baza məlumatları ilə düzgünlüyü yoxlanılmışdır. Üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınacaq, naturada olan faktiki istifadə olunan torpaq sahəsi ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Mingəçevir şəhər şöbəsi tərəfindən verilmiş **********497 reyestr nömrəli X24 və ölçüsündə (Mingəçevir şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2008-ci il tarixli 161 nömrəli sərəncamı əsasında verilmiş 277731 nömrəli X24 və ölçüsü sənədi) göstərilən digər şəxsin istifadəsində olan torpaq sahəsində yerləşir ki, bu da bağ sahəsinin dövlət qeydiyyatına alınması ilə ziddiyyət təşkil edir.

46. Göründüyü kimi, cavabdeh orqanın etiraz ərizəsində göstərdikləri ilə mütəxəssis rəyində göstərilənlər və əlavə edilmiş sxem bir-biri ilə ziddiyyət təşkil edir.

47. Azərbaycan Respublikası İPM-nin 32.1-ci maddəsində göstərilmişdir ki, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər.

48. Göründüyü kimi mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, bu zaman, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddianın qaldırılması üçün digər mümkünlük şərtləri ilə yanaşı, iddia qaldırmaq səlahiyyətinə əməl olunmalıdır. Hazırkı iş üzrə iddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının (məhkəmədə iddia qaldırmaq səlahiyyətinin olması) pozulduğunu irəli sürsün.

49. İş materiallarından da göründüyü kimi, üçüncü şəxsə münasibətdə tərtib edilmiş plan ölçü sənədinin verilməsinə əsas olmuş sərəncam üçüncü şəxsə münasibətdə qanuni əlverişli inzibati akt olmuşdur.

50. Lakin birinci instansiya məhkəməsi iddiaçının belə bir tələbi olmadığı halda X3 adına 402,42 kv.metr torpaq sahəsinə münasibətdə tərtib edilmiş A 277731 nömrəli X24 və ölçüsü sənədinin verilməsinə əsas olmuş Mingəçevir şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2008-ci il tarixli 161 nömrəli sərəncamının mötəbərliyinə, həmin torpaq sahəsi barədə qanuna müvafiq qaydada verilmədiyinə qiymət vermiş, nəticədə göstərmişdir ki, Mingəçevir Şəhəri İcra Hakimiyyəti Başçısının xx.xx.2008-ci il tarixli, 161 nömrəli sərəncamı bağ torpaq sahələrinin qanuni istifadəçilərin mülkiyyətinə verilməsini nəzərdə tutduğundan, həmin sərəncamın üçüncü şəxsə münasibətdə tətbiq edilməsi üçün torpaq sahəsinin onun qanuni istifadəsində olması şərti sübuta yetirilməlidir. İşin yuxarıda qeyd olunmuş hallarından göründüyü kimi iddia olunan torpaq sahəsinə münasibətdə qanuni istifadəçi yalnız Maarif” bağçılıq təsərrüfatının üzvü olmuş X19 olmuşdur. A 277731 nömrəli “X24 və ölçüsü” sənədində istinad olunmuş Mingəçevir Şəhəri İcra Hakimiyyəti Başçısının Sərəncamı xx.xx.2008-ci il tarixli, 161 nömrəli sərəncamı torpaq sahəsinin dövlət ehtiyat fondu torpaqlarından fiziki şəxsə fərdi qaydada ayrılmasını müəyyən etməmişdir. Həmin sərəncamın mətnindən göründüyü kimi, sərəncamla tənzimlənən məsələ vətəndaşların qanuni istifadəsində olan bağ torpaq sahələrinin onların mülkiyyətinə verilməsi ilə bağlıdır. Odur ki, istinad olunan sərəncam, onun qəbul edilməsindən əvvəl qanuni istifadəsinə bağ torpaq sahələri verilmiş subyektlərə, mülkiyyət hüququnu təsdiq edən sənədlərin verilməsinin müvafiq orqanlardan xahiş edilməsi ilə bağlıdır. Yəni, müvafiq sərəncam torpaq sahəsinin qanuni istifadəyə verilməsi əsası kimi nəzərdən keçirilə bilməz.

51. Məhkəmə kollegiyası məhkəmənin mövqeyi ilə razılaşmayaraq onu da qeyd edir ki, plan-ölçü sənədi torpaq sahəsinin ölçüsünü və yerləşməsini müəyyən edən sənəd olsa da, həmçinin özü-özlüyündə torpaq sahəsi üzərində hüququn yaranmasını təsdiq edən sənəd hesab olunmasa belə, həmin sənədin verilməsinə əsas olan sərəncam qüvvədə olmuş, gələcəkdə isə üçüncü şəxs tərəfindən həmin sərəncam və onun əsasında verilmiş plan ölçü sənədi dürüstləşdirmə nəticəsində üçüncü şəxsin mülkiyyət hüququnun yaranmasına (çıxarışla rəsmiləşdirilməsinə) əsas ola bilər. Bu isə sərəncamın və plan ölçü sənədinin ləğv olunmadan hazırki iddianın təmin olunacağı halda ayrılmış bir torpaq sahəsinə iki mülkiyyət hüququnun yaranmasına əsas olacaqdır ki, bu da mümkünsüz olmaqla yeni bir mübahisələrin və çəkişmələrin yaranmasına səbəb olacaqdır.

52. Odur ki, məhkəmə kollegiyası qeyd edir ki, 277731 nömrəli X24 və ölçüsü sənədinin verilməsinə əsas olmuş Mingəçevir şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2008-ci il tarixli 161 nömrəli sərəncamı gələcəkdə mübahisələndirilərsə, həmin sərəncamın üçüncü şəxsə və mübahisələndirilən torpaq sahəsinə (birlikdə) münasibətdə tətbiq edilib-edilməməsi mötəbər sübutlarla öz təsdiqini taparsa, onda hazırki tələbə mahiyyəti üzrə baxılıb qərar qəbul edilməsi daha məqsədə müvafiq hesab edilməlidir.

53. Həmçinin işin hallarından görünür ki, Mingəçevir Şəhəri İcra Hakimiyyəti Başçısının xx.xx.2008-ci il tarixli, 161 nömrəli sərəncamında bağ torpaq sahələrinin qanuni istifadəçilərin mülkiyyətinə verilməsi nəzərdə tutulmuş, həmin sərəncamın üçüncü şəxsə münasibətdə tətbiq edilməsi üçün torpaq sahəsinin onun qanuni istifadəsində (sərəncamın və adına plan ölçü sənədinin olması) olması isə işin mübahisəsiz halıdır. X1 adı elektron siyahıda mövcuddur. Yekun (dürüstləşdirilmiş) subyektlər siyahısında isə sıra nömrəsi 1158 olan X3 adının qarşısında “həyətyanı torpaq sahəsi” qrafasında 0,0500 ha, “mülkiyyətçiyə verilən torpaq sahəsi” qrafasında 0,0403 ha torpaq sahəsi qeyd edilmişdir. Həmçinin, Sərəncama əsasən təsdiq olunmuş siyahıya və yerquruluşu sənədlərinə əsasən Mingəçevir şəhərində vətəndaşların qanuni istifadəsində olan bağ torpaq sahələrinin özəlləşdirilməsi ilə bağlı hüquqi sənədlərin hazırlanıb verilməsi Dövlət Torpaq və Xəritəçəkmə Komitəsindən və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən xahiş edilmişdir. İddiaçı isə dəfələrlə məhkəmə kollegiyasının vaxtı və yeri barədə məlumatlandırılsa da, iclasa gəlməmiş, bunun əksini sübut edəcək hər hansı bir sənəd, sübut məhkəmə kollegiyasına təqdim etməmişdir.

54. Birinci instansiya məhkəməsi isə, yuxarda qeyd olunanlara münasibətdə həmin halları tam və hərtərəfli araşdırmamış, iddianı mümkün hesab edərək iddia olunan torpaq sahəsinə münasibətdə qanuni istifadəçinin yalnız Maarif” bağçılıq təsərrüfatının üzvü olmuş X19 olması qənaətinə gəlmişdir.

55. O da qeyd olunmalıdır ki, birinci instansiya məhkəməsinin hazırki mübahisələndirilən qərarının cavabdeh orqan tərəfindən icra edilərək çıxarışın verilməsi hazırki qərarın qəbul edilməsinə maneə ola bilməz. İlk öncə ona görə ki, cavabdeh orqan qərarın qanuni qüvvəyə minməsini gözləmədən (iş materiallarında qərarın icraya yönəldilməsini təsdiq edən sənəd yoxdur) qərarı icra etmiş, həmin torpaq sahəsini iddiaçının adına rəsmiləşdirmişdir. Məhkəmə qərarı qanuni qüvvəyə mindikdən sonra icra olunur. (İPM 79.1). Bu Məcəllənin 85.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. (İPM 75.4).

56. İnzibati İcraat haqqında qanunun 68.2.1 və 68.2.2-ci maddələrinin tələbinə əsasən inzibati aktın ləğvi qanunla birbaşa nəzərdə tutulduğu halda və ya inzibati aktın özündə bu barədə müvafiq qeyd olduğu halda və maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya lazımi qaydada və müddətdə istifadə etmədiyi halda həmin inzibati aktı ləğv etmək səlahiyyəti həmin inzibati aktı qəbul etmiş orqan tərəfindən mümkündür. Bu halda inzibati orqan qanuni inzibati aktın ləğv olunması haqqında maraqlı şəxsə rəsmi məlumat verməyə borcludur.

57. Qanuni əlverişli inzibati aktın ləğv edilməsi maraqlı şəxsin etimad hüququnun qorunması və inzibati orqanların qanunçuluq prinsipi əsasında fəaliyyət göstərməsi prinsipləri nəzərə alınmalıdır. Qanunverici orqan maraqların xüsusi çəkisi arasındakı nisbəti özü müəyyən etmişdir. Qanuni əlverişli akt İnzibati İcraat haqqında qanunun 68.2-ci maddəsinin tələblərinə görə ancaq göstərişlərə əməl olunmaqla qüvvədən düşmüş hesab edilə bilər.

58. Bundan başqa, inzibati orqanın sələhiyyəti vardır ki, maraqlı şəxsin ona verilmiş inzibati aktdan istifadə etmədiyi səbəbindən onu ləğv etsin. Amma bu zaman inzibati orqan bir sıra şərtləri gözləməlidir. Belə ki, bu zaman maraqlı şəxsin onun barəsində müəyyən edilmiş şərtlərə riayət etməməsi qanuni inzibati aktın ləğv edilməsi üçün əsas kimi çıxış edir. Bununla belə Qanunun 68.2.1 və 68.2.2-ci maddələri arasında fərqləndirmə aparılmalıdır. Çünki ola bilər ki, inzibati orqan inzibati aktın qeydlərində inzibati aktın icra edilməsi müddətini və ya hansı qaydada istifadə edilməsi barədə qaydalar nəzərdə tutulsun. Bu zaman artıq qeydlərə riayət edilməməsi halından söhbət gedir və inzibati aktın ləğv edilməsi əsası kimi qanunun 68.2.2 deyil, 68.2.1-ci maddəsi çıxış edir. Qanunun 68.2.2-ci maddəsi tətbiq olunduğu hallarda inzibati akta əlavə edilmiş qeydlərə əsasən deyil, inzibati aktın özü mahiyyətinə görə imtiyazın müddətli olduğunu və ya müəyyən qaydada həyata keçirilməsi tələb edilir.

59. Birinci instansiya məhkəməsi tərəfindən iddiaçının iddia etdiyi torpaq sahəsinə dair üçüncü şəxsin adına müvafiq plan ölçü sənədinin hazırlanması üçün əsas olmuş müvafiq sərəncam mübahisələndirilmədən hazırkı iddia tələbinin mümkünlüyünə qiymət verilmədən iş üzrə gəldiyi nəticə əsaslı və qanuni olmamışdır.

60. Beləliklə, birinci instansiya məhkəməsi qeyd olunan işin faktiki hallarını tam araşdırmamış və nəticə etibarilə prosessual qanunvericiliyin tələblərini pozaraq inzibati iş üzrə kifayət qədər araşdırma aparmadan iddia tələbini mümkün sayaraq işə mahiyyəti üzrə baxmaqda haqlı olmamışdır.

61. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, üçüncü şəxs X11 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Şəki İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(116)-5/2024 nömrəli qərarı ləğv edilməli, iddia tələbi mümkün sayılmamalıdır.

62. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası

qərara aldı

Üçüncü şəxs X11 tərəfindən verilmiş аpellyаsiyа şikаyəti təmin edilsin. Şəki İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(116)-5/2024 nömrəli qərarı ləğv edilsin. İddiaçı cavabdeh "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı "Təhsil Şöbəsinin "Maarif" bağçılıq yoldaşlığından ayrılmış 59 saylı 500 kv.metr torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum X12 məxsus olması barədə arayışın hazırlanıb verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan onun təqdim edildiyi gündən 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar