Məhkəmə qərarları › İş №2-1(107)-435/2024

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-435/2024

16.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-435/2024 16.11.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən, məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və X21 ibarət tərkibdə, Atababayev Faiq Gülağa oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı “hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”ın fərdi yaşayış evinə dair hissədə ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 22 aprel 2022-ci il tarixli 2-1(116)-483/2022 nömrəli qərarından iş üzrə üçüncü şəxsin nümayəndəsi Nümayəndə tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdeh DƏDRX-nin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı birinci instansiya məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək “Zaqatala rayon Gözbarax kəndində yerləşən daşınmaz əmlakla bağlı X25 adına 13 dekabr 2016-cı il tarixdə, ********** qeydiyyat nömrəsi ilə 24 nömrəli reyestr kitabının 34 nömrəli vərəqində aparılmış qeydiyyatın və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair RX seriyalı ******* nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”ın fərdi yaşayış evinə dair hissədə ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Birinci instansiya məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(116)-483/2022 nömrəli qərardadı ilə X40 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına zəruri cəlb edilmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli iclas protokolunun qərardadı ilə cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsi – hüquq varisi: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsi ilə əvəz edilmişdir.

3. İşin qısa mahiyyəti ondan ibarətdir ki, xx.xx.1995-ci ildə vəfat etmiş, mərhum X18 istifadəsində ünvan 4ində 0.06 ha torpaq sahəsi və onun üzərində 1895-ci ildə inşa edilmiş fərdi yaşayış evi olmuş, 2012-ci ildə Zaqatala rayonunda baş vermiş zəlzələ nəticəsində fərdi yaşayış evi qəzalı vəziyyətə düşmüş və həmin yaşayış sahəsinin yerində Fövqaladə Hallar Nazirliyi tərəfindən yeni fərdi yaşayış evi tikilmişdir. Fərdi yaşayış evi tikildikdən sonra Gözbarax kəndində yerləşən, Fövqaladə Hallar Nazirliyi tərəfindən yeni inşa edilmiş fərdi yaşayış evlərinin sənədləşdirilməsi üçün Zaqatala Rayon İcra Hakimiyyəti tərəfindən fərdi yaşayış evləri adlarına rəsmiləşdiriləcək şəxslərin siyahısı DƏDRX-nin 18 saylı Zaqatala Ərazi İdarəsinə göndərilmiş, müvafiq siyahıda həmin fərdi yaşayış evinə heç bir aidiyyəti olmayan Lətif İsayevin adı 253-cü sırada qeyd edilmişdir.

4. Eyni zamanda Zaqatala Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(033)- 944/2017 nömrəli, qanuni qüvvəyə minmiş qətnaməsi ilə İddiaçı mərhum anası X14 miras qalmış ünvan 4ində yerləşən 0,06 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsi üzərində 1895-ci ildə inşa edilmiş, bir mərtəbəli, bir otaqlı fərdi yaşayış evini miras əmlak qismində qəbul etməsi və digər məsələlər müəyyən edilmişdir. Bundan sonra Zaqatala Rayon İcra Hakimiyyəti tərəfindən DƏDRX-nin 18 saylı Zaqatala Ərazi İdarəsinə xx.xx.2019-cu il tarixdə məktub ünvanlanaraq Fövqaladə Hallar Nazirliyi tərəfindən tikilmiş yeni fərdi yaşayış evilə bağlı RİH tərəfindən DƏDRX-nin 18 saylı Ərazi İdarəsinə təqdim olunmuş müvafiq siyahıda və aktda texniki səhv olaraq İddiaçı əvəzində X25 adının qeyd olunmasını bildirmişdir.

5. İddiaçı müvafiq siyahıda və aktda texniki səhv olaraq Lətif İsayevin adının qeyd olunması barədə Zaqatala Rayon İcra Hakimiyyətinin xx.xx.2019-cu il tarixli məktubuna və Zaqatala Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(033)-944/2017 nömrəli, qanuni qüvvəyə minmiş qətnaməsinə istinad edərək RX seriyalı ******* nömrəli çıxarışda fərdi yaşayış evinə münasibətdə üçüncü şəxsin adına aparılmış qeydiyyatın ləğv edilməsi üçün cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. Odur ki, hazırkı inzibati mübahisə yaranmışdır.

6. Cavabdeh iddia tələbinə etirazında qeyd etmişdir ki, iddia ərizəsi ilə bağlı aparılan araşdırma zamanı məlum olmuşdur ki, ünvan 4ində yerləşən fərdi yaşayış evi tam X25 və həmin evin yerləşdiyi 0,2014 ha torpaq sahəsi paylı mülkiyyət hüququ ilə digərlərinin adlarına vahid daşınmaz əmlak kimi xx.xx.2016-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışla rəsmiləşdirilmişdir. Həmin çıxarışın verilməsi üçün əsas Zaqatala rayon Aqrar İslahatı Komissiyasının xx.xx.2003-cü il tarixli, 110 saylı qərarı ilə hazırlanmış AN 276950 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi, Zaqatala Rayon İcra Hakimiyyəti başçısının məktubu ilə təqdim olunmuş FHN tərəfindən tikilmiş evlərin siyahısı (X25 adı 253 sırada göstərilmişdir) və digər sənədlər olmuşdur.

7. Birinci instansiya məhkəməsinin iclasında iddiaçının nümayəndəsi (vəkili) iddia ərizəsi ilə eyni mzəmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir.

8. Birinci instansiya məhkəməsinin iclasında cavabdehin nümayəndəsi iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən qanunamüvafiq qərar qəbul olunması xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

9. Şəki İnzibati Məhkəməsinin (hakim Vüqar Musayev) 22 aprel 2022-ci il tarixli 2- 1(116)-483/2022 nömrəli qərarı ilə iddia tələbi təmin edilmişdir.

10. Üçüncü şəxsin nümayəndəsi Nümayəndə həmin qərardan apellyasiya şikayəti vermişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ

11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Belə ki, həmin qərarın əsasını təşkil edən Zaqatala Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(033)-944/2017 nömrəli qətnaməsidir. Həmin qətnamədən də onun məlumatı olmadığına görə, halhazırda ona məlum olduğuna görə qətnaməni alaraq apellyasiya şikayətini elektron qaydada aidiyyəti üzrə göndərmişdir. Zaqatala Rayon Məhkəməsinin qətnaməsi ilə Lətif İsayevin mülkiyyətində olmuş torpaq sahəsi və fərdi ev qanunsuz olaraq ərizəçi İddiaçı mülkiyyətində olması faktı müəyyən edilmişdir. Həmin qətnamə də əsas götürülmüş və qanunsuz qərar qəbul edilərək qardaşı X29 mülkiyyətindən məhrum etmişdir. Buradan belə başa düşülür ki, İcra Hakimiyyəti 2016-cı ildə siyahı tərtib edərkən bilməli idi ki, 1 il sonra məhkəmə olacaq və məhkəmədə hər hansı bir qərar qəbul olunacaq. Bu formada əsassız fikirlərlə qardaşı Lətif İsayevin mülkiyyətində olan torpaq sahəsində dövlət tərəfindən tikilmiş yaşayış evi həmin həyətə və evə ümumiyyətlə aidiyyatı olmayan İddiaçı adına qeydiyyata alınması üçün qərarlar verilmişdir. Ona görə də Şəki İnzibati Məhkəməsinin 22 aprel 2022-ci il tarixli 2-1(116)-483/2022 nömrəli qərarının ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

TƏRƏFLƏRİN İZAHATLARİ

12. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 22 aprel 2022-ci il tarixli 2-1(116)-483/2022 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmamasına dair qərar qəbul edilməsini xahiş etdi.

13. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili Vəkil apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 22 aprel 2022-ci il tarixli 2- 1(116)-483/2022 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

14. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi Səmədov lyas Səməd oğlu qanunamüvafiq qərar qəbul edilməsini xahiş etdi.

15. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı və üçüncü şəxs məhkəmə iclasına gəlməmişdir.

16. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin (bundan sonra Azərbаycаn Respublikаsının İPM və ya İPM) 62.3-cü mаddəsi).

17. İş materiallarında olan aşağıda sadalanan sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: - ********** qeydiyyat nömrəli, xx.xx.2016-cı il tarixli çıxarışdan görünür ki, 107.10 kv.m torpaq sahəsi 3/8 hissədə X5, 3/8 hissədə X10, 2/8 hissədə X6 adına, ünvan 4ində 0.2014 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi X25 adına tam mülkiyyət hüququ ilə dövlət reyestrində qeydiyyata alınmışdır. - Zaqatala Rayon İcra Hakimiyyətinin cavabdehə ünvanladığı xx.xx.2014-cü il tarixli məktubdan və ona əlavə edilmiş siyahıdan görünür ki, Zaqatala rayonunda baş vermiş zəlzələ nəticəsində zərər çəkmiş fərdi yaşayış evlərinin yerinə yeni inşa edilmiş evlər barədə məlumat cavabdehə təqdim edilmiş, Gözbarax kəndində FHN tərəfindən tikilmiş yaşayış evlərinin siyahısında 253 nömrəsinin qarşısında X25 adı qeyd edilmişdir. - Zaqatala Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(033)-944/2017 nömrəli qətnaməsindən, xx.xx.2022-ci il tarixli SDS-719 №-li məktubundan və Zaqatala Rayon İcra Hakimiyyətinin xx.xx.2019-cu il tarixdə cavabdehə ünvanladığı məktubdan görünür ki, məhkəmənin qanuni qüvvəsini almış, müvafiq qətnaməsinə əsasən İddiaçı 26 iyul 1995-ci il tarixdə vəfat etmiş anası X14 miras qalmış ünvan 4ində yerləşən 0,06 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsi üzərində 1895-ci ildə inşa edilmiş, bir mərtəbəli, bir otaqlı fərdi yaşayış evin miras əmlak qismində qəbul edilməsi, qanun üzrə birinci növbə vərəsə kimi mülkiyyət hüququ üzrə həmin daşınmaz əmlaklara sahiblik, onlardan istifadə etmə və onların barəsində sərəncam verməsi ilə bağlı hüquqi əhəmiyyəti olan faktlar müəyyən edilmişdir. - Zaqatala Rayon İcra Hakimiyyəti cavabdehə məlumat verərək, mərhum X22 məxsus ünvan 4ində yerləşən həyətyanı torpaq sahəsindəki fərdi yaşayış evinin rayonda baş vermiş məlum zəlzələ zamanı qəzalı vəziyyətə düşdüyü üçün yerində Fövqaladə Hallar Nazirliyi tərəfindən tikilmiş yeni fərdi yaşayış evilə bağlı RİH tərəfindən DƏDRX-nin 18 saylı Ərazi İdarəsinə təqdim olunmuş müvafiq siyahıda və aktda texniki səhv olaraq İddiaçı əvəzində X25 adının qeyd olunmasını bildirmişdir. - Zaqatala RİHB-nın Gözbarax kənd İƏD üzrə nümayəndəliyinin xx.xx.2022-ci il tarixli 11 №-li və xx.xx.2022-ci il tarixli 28 №-li məktublarından görünür ki, xx.xx.1995-ci il tarixdə vəfat etmiş X18 istifadəsində olmuş 0.06 ha torpaq sahəsi ilə Zaqatala rayon AİKnın xx.xx.2003-cü il tarixli 110 saylı qərarı əsasında X8 ayrılmış 2142,37 kv.m torpaq sahəsi eyni ərazilərdir. 2012-ci ildə yenidən inşa edilmiş yaşayış evi yuxarıda qeyd olunan torpaq sahəsində yerləşir. Yaşayış evi 2012-ci ildə X25 adına tikilmişdir. X18 fərdi yaşayış evində onun yaşadığı müddət ərzində və vəfatından sonra oğlu X13 və oğlunun arvadı X19 yaşamışdır. Ailənin uşaqları olmamışdır. X13 xx.xx.2005-ci ildə, arvadı X19 isə xx.xx.2011-ci ildə vəfat etmişdir. X4 Fatma Məhəmməd qızının bacısı oğludur. Onun həmin evdə yaşaması barədə nümayəndəlikdə məlumat yoxdur. 2012-ci ildə ərazidə baş vermiş zəlzələ nəticəsində yaşayış evlərinə dəymiş ziyanın qiymətləndirilməsi FHN-nin komissiyaları tərəfindən aparılmışdır. X18 fərdi yaşayış evi qəzalı hesab edilmiş və yerində sahəsi 131 kv.m olan 3 otaqlı, 1 mərtəbəli ev tikilmişdir. Yaşayış evini tikilməsindən (2012-ci ildən) indiyədək evdə heç kim yaşamır. - Zaqatala rayon Qeydiyyat şöbəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Ədliyyə Nazirliyi “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı” informasiya sistemində yoxlama aparılaraq vətəndaşlar X15 ilə X13 arasında nikahın bağlanmasına dair akt qeydi aşkar olunmamışdır. - cavabdehin xx.xx.2022-ci il tarixli məktubundan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Zaqatala Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(033)-944/2017 nömrəli qətnaməsində qeyd olunan ünvan 4ində yerləşən 0,06 ha torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evinə dair arxiv qovluğunda hər hansı sənədlər və qeyd olunan qətnamənin icrası ilə bağlı hər hansı məlumat aşkar edilməmişdir. Məktuba əlavə edilmiş siyahıda torpaq payı almış subyektlər siyahısından çıxarışda X13, X19, X30, X2 adları qeyd edilmişdir. - A 276950 №-li “Torpaq sahəsinin planı və ölçüsü” sənədindən görünür ki, Zaqatala RAİK-nın xx.xx.2003-cü il tarixli 110 saylı qərarı ilə ünvan 4ində yerləşən 2142.37 kv.m torpaq sahəsinin plan-ölçü sənədi X5 adına tərtib edilmiş və X42 kitabında xx.xx.2010-cu il tarixdə 295 nömrə ilə uçota alınmışdır. - Zaqatala rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli, 11 №-li məktubuna əlavə edilmiş, 1985-2000-ci illərə aid təsərrüfatbaşına kitablardan X13 və X22 aid hissədən çıxarışlardan görünür ki, təsərrüfatda 1986-1990-cı illərdə, 1991-1995-ci illərdə və 1996- 2000-ci illərdə X16 və X11 adları qarşısında 0.20 ha torpaq sahəsinin və fərdi yaşayış evinin olması qeyd edilmişdir. X18 adına 1986-1990-cı illərin, 1991-1995-ci illərin təsərrüfatbaşına kitabında ayrıca təsərrüfat qeyd edilmiş, lakin adının qarşısında torpaq sahəsinin və fərdi yaşayış evinin olması qeyd edilməmişdir. - cavabdehin xx.xx.2021-ci il tarixli imtina məktubundan görünür ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməzdən əvvəl, analoji tələblə cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. - AZ-İ 836307 №-li ölüm haqqında şəhadətnamədən görünür ki, X31 xx.xx.1995-ci il tarixdə vəfat etmişdir. - Zaqatala Rayon 2 saylı Notariat Ofisinin xx.xx.2022-ci il tarixli 473 nömrəli məktubuna əlavə edilmiş xx.xx.2016-cı il tarixli qanun üzrə vərəsəlik haqqında şəhadətnaməyə əsasən, X5 vərəsəsi arvadı xx.xx.2011-ci il tarixdə ölmüş X10 bacısı oğlu X40 və o miras əmlakdan tam hissədə pay almalıdır. Həmin miras əmlak ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 4i ünvanında yerləşən ümumi sahəsi 0.2014 ha olan torpaq sahəsinin 3/8 hissəsindən ibarətdir. - xx.xx.2016-cı il tarixli qanun üzrə vərəsəlik haqqında şəhadətnaməyə əsasən xx.xx.2011-ci il tarixdə ölmüş X12 vərəsəsi bacısı oğlu X32r və o miras əmlakdan tam hissədə pay almalıdır. Həmin miras əmlak ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 4i ünvanında yerləşən ümumi sahəsi 0.2014 ha olan torpaq sahəsinin 3/8 hissəsindən ibarətdir. - xx.xx.2016-cı il tarixli qanun üzrə vərəsəlik haqqında şəhadətnaməyə əsasən xx.xx.2005-ci il tarixdə ölmüş X5 vərəsəsi bacısı oğlu X32r və o miras əmlakdan tam hissədə pay almalıdır. Həmin miras əmlak ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 4i ünvanında yerləşən ümumi sahəsi 0.2014 ha olan torpaq sahəsinin 3/8 hissəsindən ibarətdir. - Gözbarax kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin sentyabr 2016-cı il tarixli 661 nömrəli arayışına əsasən, X5 varisləri X19 və X32r. - Gözbarax kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2016-cı il tarixli 668 nömrəli arayışına əsasən X40 mərhum X13 və X10 əmlakından özü istifadə edir. - Gözbarax kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin sentyabr 2016-cı il tarixli arayışına əsasən, X10 varisi X32r. - Zaqatala rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arxiv arayışına əsasən, 2001-2005-ci illərdə Gözbarax kənd İƏVN-nin təsərrüfatbaşına kitablarında ailə tərkibi aşağıdakı kimi olmuşdur: X40- ailə başçısı, X17-arvadı, X41-qızı, X43-oğlu. - Zaqatala rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arxiv arayışına əsasən, 2006-2010-cu illərdə Gözbarax kənd İƏVN-nin təsərrüfatbaşına kitablarında ailə tərkibi aşağıdakı kimi olmuşdur: X40- ailə başçısı. - Zaqatala rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arxiv arayışına əsasən, 2011-2015-ci illərdə Gözbarax kənd İƏVN-nin təsərrüfatbaşına kitablarında ailə tərkibi aşağıdakı kimi olmuşdur: X40- ailə başçısı. - Gözbarax bələdiyyəsinin sədri tərəfindən təsdiq edilmiş 9 nömrəli vəsiyyətnamənin surətindən görünür ki, X13 və X1 rayonu Gözbarax kəndində yerləşən onla4ra məxsus yaşayış evi, həyətyanı torpaq sahəsi, əmlakı və pay torpağını X33 vəsiyyət etmişlər. - Zaqatala Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadına əsasən, Zaqatala Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ləğv edilmiş, X40 iş üzrə hüquq və vəzifələrinə toxunulan şəxs qismində cəlb edilmiş, prosessual müddətin bərpasına dair ərizə təmin edilməmiş, ərizəçi İddiaçı maraqlı şəxs Zaqatala rayon 2 saylı Dövlət Notariat Kontoruna qarşı miras daşınmaz əmlakların qəbul edilmə, vərəsə kimi mülkiyyət hüququ üzrə daşınmaz əmlaklara sahiblik, onlardan istifadə etmə və onların barəsində sərəncam vermə ilə bağlı hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi tələbinə dair mülki iş üzrə Zaqatala Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsindən qəbul edilən qətnamə hüquq və vəzifələrinə toxunulan şəxs X25 nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti işlə birlikdə baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. - Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadına əsasən, maraqlarına toxunan şəxs X40 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Zaqatala Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(033)-944/2017 nömrəli qətnaməsi ləğv edilmiş, ərizəçi İddiaçı maraqlı şəxs Zaqatala rayon 2 saylı Dövlət Notariat Kontoruna qarşı miras daşınmaz əmlakların qəbul edilmə, vərəsə kimi mülkiyyət hüququ üzrə daşınmaz əmlaklara sahiblik, onlardan istifadə etmə və onların barəsində sərəncam vermə ilə bağlı hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi tələbinə fair ərizəsi baxılmamış saxlanılmışdır. - Fərdi yaşayış evinin məhv olması (yenidən təşkil edilməsi) haqqında yazının təsdiq edilmiş surətindən görünür ki, fərdi yaşayış evi tam mülkiyyət hüuqu əsasında X25 adına qeydiyyata alınmışdır.

TƏTBİQ EDİLƏN HÜQUQ

18. İnzibati Prosessual Məcəllə: Maddə 12. İşin hallarının araşdırılması prinsipi: 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 12.3. Məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar. 12.4. Proses iştirakçıları tərəfindən hər hansı sübutun məhv edilməsi və ya gizlədilməsi yaxud hər hansı başqa üsulla həmin sübutun araşdırılmasına maneçilik törədilməsi qadağandır. Belə halların baş verdiyi təqdirdə, məhkəmə konkret işlə bağlı bütün xüsusiyyətləri nəzərə alaraq sübut etmə vəzifəsinin dönüşü haqqında qərardad qəbul edə bilər. Maddə 14.2. İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 48. Məhkəmənin və proses iştirakçılarının işin hallarının obyektiv araşdırılması ilə bağlı vəzifələri 48.1. Sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyrimüəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. 48.2. İnzibati məhkəmə icraatının iştirakçıları yazılı vəsatətlərini, etirazlarını, izahatlarını və bunlarla əlaqədar sənədləri məhkəmə baxışı başlayana qədər təqdim etməyə borcludurlar. Sədrlik edən hakim bu məqsədlə müddət təyin edə bilər. Məhkəmə xidməti vəzifəsinə görə həmin sənədlərin surətlərini prosesin digər iştirakçılarına göndərir. 48.3. Yazılı vəsatətlərə, etirazlara, izahatlara onlarda istinad olunan sənədlərin əsli və ya surəti tam və ya çıxarışlar şəklində əlavə edilməlidir. Həmin sənədlər qarşı tərəfə məlum olduğu və ya həcmcə çox böyük olduğu hallarda, onların əlamətlərini dəqiq göstərməklə, qarşı tərəfin həmin sənədlərlə məhkəmədə tanış olmasının mümkünlüyünü qeyd etmək kifayətdir. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

19. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanının 2.3-cü bəndinə əsasən kənd və qəsəbə yaşayış məntəqələrində (o cümlədən statusu dəyişdirilərək şəhərə (qəsəbəyə) çevrilmiş, habelə ləğv edilərək ərazisi şəhər və ya qəsəbələrin ərazisinə verilmiş kəndlərdə) 2001-ci il yanvarın 1-dək inşa edilmiş yaşayış evlərinə və (və ya) onların yerləşdiyi torpaq sahələrinə, eləcə də yaşayış evlərinin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair təsərrüfatbaşına kitablardan çıxarış hüquqların dövlət qeydiyyatına alınması üçün zəruri sənəddir.

20. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar: 8.0.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. 15.1-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6.bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.

21. İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır.

APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ

22. Apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPMin 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayəti mümkündür və əsaslıdır, ona görə də apellyasiya şikayəti uğurlu olacaqdır.

23. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavadehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.

24. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər.

25. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

26. Birinci instansiya məhkəməsi iddia tələbini təmin edərək mövqeyini onunla əsaslandırmışdır ki, üçüncü şəxsin həmin fərdi yaşayış evinə heç bir aidiyyəti olmamışdır. Belə ki, o, həmin fərdi yaşayış evinə heç bir aidiyyəti olmayan mərhum X9 bacısı oğludur. Gözbarax kəndi üzrə qeyd olunan təsərrüfatın 1985-2000-ci illərə aid təsərrüfatbaşına kitablarında üçüncü şəxsin adı ümumiyyətlə yoxdur. Mübahisəli fərdi yaşayış evinin isə təsərrüfat başçısı olmuş mərhum Mominət Həsənovanın istifadəsində olması işin mübahisəsiz halıdır.2012-ci ildə yenidən inşa edilmiş yeni yaşayış evi və Zaqatala rayon AİK-nın xx.xx.2003-cü il tarixli 110 saylı qərarı əsasında X5 adına tərtib edilmiş plan-ölçü sənədində qeyd olunan 2142,37 kv.m torpaq sahəsi, mərhum X18 istifadəsində olmuş 0.06 ha torpaq sahəsi ilə eyni ərazidə yerləşdiyindən, cavabdeh orqan müvafiq torpaq sahəsində yerləşən fərdi yaşayış evinə münasibətdə Zaqatala Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş, xx.xx.2017-ci il tarixli 2(033)-944/2017 nömrəli qətnaməsinin tələblərini yəni, İddiaçı mərhum anası X14 miras qalmış, ünvan 4ində yerləşən 0,06 ha torpaq sahəsi üzərində yerləşən 1895-ci ildə inşa edilmiş, bir mərtəbəli, bir otaqlı fərdi yaşayış evini miras əmlak qismində qəbul etməsini, qanun üzrə birinci növbə vərəsə kimi mülkiyyət hüququ üzrə həmin daşınmaz əmlaklara sahiblik, ondan istifadə etmə və sərəncam verməsi ilə bağlı hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsini nəzərə almalı idi. İstinad olunan qətnamədən görünür ki, Gözbarax kənd XDS İK-nin 1966-1968-ci illərin təsərrüfatbaşına kitabda ailə tərkibi X14, X26, X3, İddiaçı və X7 ibarət olmuşdur. Həmin təsərrüfatda 0.06 ha həyətyanı torpaq sahəsində yerləşən 1895-ci ildə tikilmiş 1 otaqlı yaşayış evi, 1 göz dam tikilmişdir.

27. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

28. Belə ki, iş materiallarının və məhkəmə kollegiyasına təqdim edilmiş sənədlərin tədqiqi zamanı müəyyən edildi ki, xx.xx.1995-ci il tarixdə vəfat etmiş X18 istifadəsində olmuş 0.06 ha torpaq sahəsi ilə Zaqatala rayon AİK-nın xx.xx.2003-cü il tarixli 110 saylı qərarı əsasında X8 ayrılmış 2142,37 kv.m torpaq sahəsi eyni ərazilərdir. 1895-ci il tarixdə tikilmiş fərdi yaşayış evi 2012-ci ildə Zaqatala rayonunda baş vermiş zəlzələ nəticəsində məhv olmuş və yerinə yenidən inşa edilmiş yaşayış evi yuxarıda qeyd olunan torpaq sahəsində yerləşir. Yaşayış evi 2012-ci ildə X25 adına tikilmişdir. X18 fərdi yaşayış evində onun yaşadığı müddət ərzində və vəfatından sonra oğlu X13 və arvadı X19 yaşamışdır. Ailənin uşaqları olmamışdır. X13 xx.xx.2005-ci ildə, arvadı X19 isə xx.xx.2011-ci ildə vəfat etmişdir. Zaqatala rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arxiv arayışlarına əsasən, 2001-2005-ci illərdə, 2006-2010-cu illərdə və 2011-2015-ci illərdə Gözbarax kənd İƏVN-nin təsərrüfatbaşına kitablarında ailə başçısı X40 olmuşdur. ********** qeydiyyat nömrəli, xx.xx.2016-cı il tarixli çıxarışda - fərdi yaşayış evi üzərində X25 tam xüsusi mülkiyyət hüququnun qeydə alınmasına əsas Zaqatala rayon Aqrar İslahatı Komissiyasının xx.xx.2003-cü il tarixli, 110 saylı qərarı ilə hazırlanmış AN 276950 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi və Zaqatala Rayon İcra Hakimiyyəti başçısının məktubu ilə təqdim olunmuş FHN tərəfindən tikilmiş evlərin siyahısı olmuşdur. Cavabdehin xx.xx.2022-ci il tarixli məktubuna əlavə edilmiş siyahıda torpaq payı almış subyektlər siyahısından çıxarışda X13, X19, X30, X2 adları qeyd edilmişdir.

29. Göründüyü kimi 2005-ci ildə X13, 2011-ci ildə isə X19 vəfat etdikdən sonra 2006cı ildən 2015-ci ilə qədər Gözbarax kənd İƏVN-nin təsərrüfatbaşına kitablarında ailə başçısı kimi X25 adı, ailə tərkibi kimi isə X17-arvadı, X41-qızı, X37 adı qeyd edilmişdir.

30. Birinci instansiya məhkəməsi isə qərarında Lətif İsayevin adının torpaq payı almaq hüququ olan subyektər siyahısında olduğunu göstərmiş, lakin qeyd etmişdir ki, fərdi yaşayış evinin yerləşdiyi 2147.37 kv.m torpaq sahəsinə münasibətdə Lətif İsayevin adı torpaq payı almaq hüququ olan subyektər siyahısında olsa da, nəzərə alınmalıdır ki, 2012ci ildə Gözbarax kəndində baş vermiş zəlzələ nəticəsində X18 təsərrüfatında olmuş fərdi yaşayış evi qəzalı hesab edilmiş və yerində sahəsi 131 kv.m olan 3 otaqlı, 1 mərtəbəli yeni fərdi yaşayış evi tikilmişdir.

31. Bununla bağlı kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanının 2.3-cü bəndinə əsasən kənd və qəsəbə yaşayış məntəqələrində (o cümlədən statusu dəyişdirilərək şəhərə (qəsəbəyə) çevrilmiş, habelə ləğv edilərək ərazisi şəhər və ya qəsəbələrin ərazisinə verilmiş kəndlərdə) 2001-ci il yanvarın 1-dək inşa edilmiş yaşayış evlərinə və (və ya) onların yerləşdiyi torpaq sahələrinə, eləcə də yaşayış evlərinin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair təsərrüfatbaşına kitablardan çıxarış hüquqların dövlət qeydiyyatına alınması üçün zəruri sənəddir.

32. Bununla yanaşı təsərrüfatın ailə başçısı onun öz tərkibindəki başqa şəxs ilə əvəz edilərsə (məsələn, ailə başçısının vəfatı, yaxud başqa səbəblərlə əlaqədar olaraq) şəxsi hesabın nömrəsi dəyişmir. Belə hallarda, təsərrüfatın köhnə şəxsi hesabını bağlamadan və yazılanları yeni hesaba köçürmədən əvvəlki hesaba aşağıdakı dəyişiklikləri qeyd etmək lazımdır: Şəxsi hesabın yuxarı hissəsində sabiq ailə başçısının soyadı, adı və atasının adının üzərindən xətt çəkilir, əvəzində yeni ailə başçısının soyadı, adı və atasının adı yazılır. 1-ci “təsərrüfat üzvləri” adlı bölmənin 1-3-cü sətirlərində təsərrüfat üzvlərinin soyadı, adı və atasının adı, 4-cü sətirdə isə ailə üzvünə münasibəti “ailə başçısının”, digər ailə üzvlərinin isə ailə başçısına olan qohumluq münasibətləri “arvadı”, “oğlu”, “qızı”, “atası”, “anası”, “qardaşı”, “bacısı”, “gəlini”, “kürəkəni”, “qayınatası”, “qayınanası”, “babası”, “nənəsi”, “nəvəsi”, ”nəticəsi”, digər qohumu və s. yazılır. Sabiq təsərrüfat (ailə) başçısına aid əvvəl yazılmış olan qohumluq münasibətləri sözlərinin üzərindən mütləq xətt çəkilməlidir.

33. Həmçinin, Zaqatala Rayon İcra Hakimiyyəti tərəfindən DƏDRX-nin 18 saylı Zaqatala Ərazi İdarəsinə xx.xx.2019-cu il tarixdə məktub ünvanlanaraq Fövqaladə Hallar Nazirliyi tərəfindən tikilmiş yeni fərdi yaşayış evilə bağlı RİH tərəfindən DƏDRX-nin 18 saylı Ərazi İdarəsinə təqdim olunmuş müvafiq siyahıda və aktda texniki səhv olaraq İddiaçı əvəzində X25 adının qeyd olunduğu bildirilmişdir. Eyni zamanda da birinci instansiya məhkəməsi öz qərarında X18 adına 1991-1995-ci illərin təsərrüfatbaşına kitabında ayrıca təsərrüfatın olduğunu qeyd etsə də Zaqatala rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli, 11 №-li məktubuna əlavə edilmiş, 1985-2000-ci illərə aid təsərrüfatbaşına kitablardan çıxarışlara əsasən, X18 adına 1986-1990-cı illərin, 1991- 1995-ci illərin təsərrüfatbaşına kitabında ayrıca təsərrüfat olduğu qeyd edilsə də həmin təsərrüfatbaşına kitabda adının qarşısında torpaq sahəsinin və fərdi yaşayış evinin olması qeyd edilməmişdir.

34. Eyni zamanda birinci instansiya məhkəməsi iddia tələbini təmin edərkən Zaqatala Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2017-ci il tarixli 2(033)- 944/2017 nömrəli qətnaməsini əsas götürərək göstərmişdir ki, Zaqatala Rayon İcra Hakimiyyəti başçısının məktubu ilə təqdim olunmuş FHN tərəfindən tikilmiş evlərin siyahısında səhvə yol verilməsi (iddiaçının adının qeyd edilməli olması ilə bağlı) Zaqatala Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş, xx.xx.2017-ci il tarixli 2(033)-944/2017 nömrəli qətnaməsi ilə sübuta yetirildiyindən, cavabdeh orqanın ********** qeydiyyat nömrəli, xx.xx.2016-cı il tarixli çıxarışda fərdi yaşayış evi üzərində X25 tam mülkiyyət hüququnu dövlət qeydiyyatına alması əsassız olmuşdur.

35. Bununla bağlı kollegiya qeyd edir ki, X40 həmin mülki iş üzrə maraqlı tərəf kimi cəlb edilməmişdir.

36. Sonradan həmin iş üzrə Zaqatala Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə, Zaqatala Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ləğv edilmiş, X40 iş üzrə hüquq və vəzifələrinə toxunulan şəxs qismində cəlb edilmiş, prosessual müddətin bərpasına dair ərizə təmin edilməmiş, ərizəçi İddiaçı maraqlı şəxs Zaqatala rayon 2 saylı Dövlət Notariat Kontoruna qarşı miras daşınmaz əmlakların qəbul edilmə, vərəsə kimi mülkiyyət hüququ üzrə daşınmaz əmlaklara sahiblik, onlardan istifadə etmə və onların barəsində sərəncam vermə ilə bağlı hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi tələbinə dair mülki iş üzrə Zaqatala Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsindən qəbul edilən qətnamə hüquq və vəzifələrinə toxunulan şəxs X25 nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti işlə birlikdə baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə, maraqlarına toxunan şəxs X40 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Zaqatala Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(033)-944/2017 nömrəli qətnaməsi ləğv edilmiş, ərizəçi İddiaçı maraqlı şəxs Zaqatala rayon 2 saylı Dövlət Notariat Kontoruna qarşı miras daşınmaz əmlakların qəbul edilmə, vərəsə kimi mülkiyyət hüququ üzrə daşınmaz əmlaklara sahiblik, onlardan istifadə etmə və onların barəsində sərəncam vermə ilə bağlı hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi tələbinə fair ərizəsi baxılmamış saxlanılmışdır.

37. Belə olan halda məhkəmə kollegiyası yuxarıda qeyd edilən işin faktiki hallarını və istinad olunan qanunvericiliyin maddi və prosessual normalarının tələblərini hazırkı iddia tələbi üzrə işin hallarına tətbiq edərək və üçüncü şəxsin apellyasiya şikayətinin dəlillərini əsaslı hesab edərək belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını tam araşdırmamış, işə əlavə edilmiş hüquqmüəyyənedici sənədləri tam tədqiq etməmiş, eyni zamanda Zaqatala Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(033)-944/2017 nömrəli qətnaməsini əsas götürməklə fərdi yaşayış evinə münasibətdə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışı ləğv etməklə maddi və prosessual hüquq normalarını pozmaqla düzgün nəticəyə gəlməmişdir.

38. Göründüyü kimi iddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübut olunmur, cavabdehin imtinasını əsaslı, iddianın təmin olunmasını isə istisna edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir, cavabdehin imtinası qanunvericiliyə zidd olmamış və iddiaçının hüquqlarını pozmamış, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur.

39. Məhkəmə kollegiyası yuxarıda qeyd edilənləri nəzərə alaraq hesab edir ki, apellyasiya şikayəti əsaslıdır. Birinci instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12 və 48-ci maddələrində müəyyən edilmiş “İşin hallarının araşdırılması prinsipi”, “Məhkəmənin və proses iştirakçılarının işin hallarının obyektiv araşdırılması ilə bağlı vəzifələri”nin tələbləri pozulmuş, məhkəmə inzibati işin faktiki hallarını tam araşdırmadan, sübutları maddi və prossesual normalara uyğun qiymətləndirmədən iddia tələbini təmin etməkdə səhv nəticəyə gəlmişdir.

40. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi baxılan mübahisə üzrə düzgün nəticəyə gəlməmişdir. Buna görə də apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən ləğv edilməli, iddia təmin edilməməlidir.

41. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.2, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRАRА АLDİ:

Üçüncü şəxs X25 nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Şəki İnzibati Məhkəməsinin 22 aprel 2022-ci il tarixli 2-1(116)-483/2022 nömrəli qərarı ləğv edilsin. İnzibati iş üzrə yeni qərar çıxarılsın. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı “hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”ın fərdi yaşayış evinə dair hissədə ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməsin. İnzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar