Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-436/2020 21.10.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, Məmmədov Emin Nizami oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdehnə qarşı “xx.xx.1974-cü il tarixdən xx.xx.1975-ci il tarixədək Bakı şəhəri, Əli Bayramov adına tikiş fabrikində, xx.xx.1976-cı il tarixdən xx.xx.1978-ci il tarixədək Bakı şəhəri, X1, xx.xx.1978-ci il tarixdən xx.xx.1981-ci il tarixədək Bakı Elektrik Ştamplama Zavodunda, xx.xx.1982-ci il tarixdən xx.xx.1986-cı il tarixədək Azər Baş Enerjinin Yevlax Təsərrüfat hesabı elektrik montaj idarəsində, xx.xx.1986-cı il tarixdən xx.xx.1999-cu il tarixədək X2 Birliyinin Həmkarlar Komitəsində xx.xx.2000-ci il tarixdən xx.xx.2004-cü il tarixədək X6 Avtonəqliyyat işçiləri X3 işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(116)-762/2020 nömrəli qərarından iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “xx.xx.1974-cü il tarixdən xx.xx.1975-ci il tarixədək Bakı şəhəri, Əli Bayramov adına tikiş fabrikində, xx.xx.1976-cı il tarixdən xx.xx.1978-ci il tarixədək Bakı şəhəri, X1, xx.xx.1978-ci il tarixdən xx.xx.1981-ci il tarixədək Bakı Elektrik Ştamplama Zavodunda, xx.xx.1982-ci il tarixdən xx.xx.1986-cı il tarixədək Azər Baş Enerjinin Yevlax Təsərrüfat hesablı elektrik montaj idarəsində, xx.xx.1986-cı il tarixdən xx.xx.1999-cu il tarixədək X2 Birliyinin Həmkarlar Komitəsində, xx.xx.2000-ci il tarixdən xx.xx.2004-cü il tarixədək X6 Avtonəqliyyat işçiləri X3 işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia belə əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1958-ci il tarixdə Yevlax rayonu, Dəlləklər kəndində anadan olmuşdur. Əmək pensiyası almaq hüququ yaranan tarixədək müxtəlif müəssisələrdə əmək fəaliyyəti ilə məşğul olmuşdur. İddiaçı pensiya təyin edilməsi üçün müvafiq sənədləri DSMF-nin Yevlax rayon şöbəsinə təqdim edərək rəsmi müraciət etmiş, lakin cavabdeh orqan iddiaçının işlədiyi müəssisələrin hüquqi ünvanlarının olmamasını, sənədlərin Dövlət Arxivində saxlanılmamasını və bu səbəblə də əmr kitabları, əməkhaqqı cadvəllərinin əldə edilə bilməməsini əsas gətirərək müraciəti rədd etmişdir. Cavabdehin münasibəti: İddiaçı iddia tələbində qeyd etdiyi müəssisələrdə işləmişdir, lakin hazırda həmin müəssisələrin hüquqi ünvanı məlum olmadığına, sənədlərin Dövlət Arxivində saxlanılmadığına görə ona əmək pensiyasının təyin edilməsi mümkün olmamışdır. Vətəndaşın mübahisələndirilməyən iş stajı olmamışdır. Məhkəmə iclasında iddiaçı iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Şəki İnzibati Məhkəməsinin (hakim İlqar Cabbarov) xx xxxxxx 2020-ci il tarixli, 2- 1(116)-762/2020 nömrəli qərarı ilə iddia təmin edilərək, Cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh üzərinə İddiaçı xx.xx.1974-cü il tarixdən xx.xx.1975-ci il tarixədək Bakı şəhəri, Əli Bayramov adına tikiş fabrikində, xx.xx.1976-cı il tarixdən xx.xx.1978-ci il tarixədək Bakı şəhəri, X1, xx.xx.1978-ci il tarixdən xx.xx.1981-ci il tarixədək Bakı Elektrik Ştamplama Zavodunda, xx.xx.1982-ci il tarixdən xx.xx.1986-cı il tarixədək Azər Baş Enerjinin Yevlax Təsərrüfat hesablı elektrik montaj idarəsində, xx.xx.1986-cı il tarixdən xx.xx.1999-cu il tarixədək X2 Birliyinin Həmkarlar Komitəsində, xx.xx.2000-ci il tarixdən xx.xx.2004-cü il tarixədək X6 Avtonəqliyyat işçiləri X3 işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi öhdəliyininqoyulması qərara alınmışdır. DSMF-in Yevlax rayon şöbəsi həmin qərardan apelyasiya şikayəti vermişdir. Apelyasiya şikayətinin dəlilləri Cavabdehin apelyasiya şikayəti belə əsaslandırılmışdır ki, İddiaçı iddia tələbində qeyd etdiyi müəssisələrdə işləmişdir, lakin hazırda həmin müəssisələrin hüquqi ünvanı məlum olmadığına sənədlərin Dövlət Arxivində saxlanılmadığına görə ona əmək pensiyasının təyin edilməsi mümkün olmamışdır. Vətəndaşın mübahisələndirilməyən iş stajı olmamışdır.Müəssisə əmək pensiyasını təyin edərkən bu önəmli hallara diqqət yetirir. Şəxsin nə arxiv sənədi, nədəki həmin illərdə işləməsini alternativ qaydada müəyyən edin heç bir sənəd mövcud deyildir. Bu səbəbədəndə pensiyanın müəyyən olunması mümkün deyildir. Şəki İnzibati Məhkəməsi qərarı qəbul edərkən əsassız olmuşdur. Bu səbəbdəndə hesab edirik ki, qərar düzgün tərtib edilməmişdir. Qərarı apellyasiya qaydasında ləğv edilməsində israrlıdırlar.Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 1992-ci il tarixli 638 nömrəli qərar ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndində əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasından lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə üzvlərin üzvlük kitabçaları nəzərə alınır.Bu səbəbdən də bizə aydın deyildir ki, məhkəmə hansı sənəd çərçivəsində iddiam təmin etmiş, real həqiqəti əks etdirməyən qərar qəbul etmişdir. Qeyd edilənlərə əsasən Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(116)- 762/2020 nömrəli qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 apelyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(116)-762/2020 nömrəli qərarının ləğv edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apelyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(116)-762/2020 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə kollegiyasının araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilir. Onlara AZE seriyalı 0******* nömrəli vətəndaşın şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surəti, DSMFnin Yevlax şəhər şöbəsinin xx.xx.2020-ci il tarixli **********9 nömrəli imtina məktubu, əmək kitabçasının təsdiq edilmiş surəti, Dövlət Arxivinin Yevlax filialının xx.xx.2020-ci il tarixli 06/11 nömrəli və xx.xx.2020-ci il tarixli 85 nömrəli məktubları, Milli Arxiv İdarəsinin xx.xx.2020-ci il tarixli 5/599 nömrəli məktubu, 11 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2020-ci il tarixli **********880300 nömrəli məktubu, Dövlət Arxivinin Bakı filialının xx.xx.2020-ci il tarixli 216 nömrəli məktubu, DSMF-nin Yevlax şəhər şöbəsinin xx.xx.2020-ci il tarixli **********4 və xx.xx.2020-ci il tarixli **********4 nömrəli məktubu, Dövlət Arxivinin xx.xx.2020-ci il tarixli arxiv arayışı aiddir. Əsaslandırma hissəsi Cavabdehin apelyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının İPM və ya İPM) 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Lakin şikayət əsaslı deyil və Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(116)-762/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İş materiallarında olan və kollegiyanın iclasında tədqiq edilən: - Azərbaycan Respublikası Dövlət Arxivinin Yevlax filialının xx.xx.2020-ci il tarixli 06/11 nömrəli məktubundan görünür ki, iddiaçının işlədiyi müəssisələrin əmr kitabları və əməkhaqqı cədvəlləri arxivə təhvil verilməmişdir. - Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialının xx.xx.2020-ci il tarixli 216 nömrəli arxiv arayışından iddiaçının xx.xx.1976-cı il tarixli, 78 nömrəli əmrlə xx.xx.1976-ci il tarixdən TBO-ya 1-ci dərəcəli parçatəmizləyici vəzifəsinə işə qəbul olunması və xx.xx.1978-ci il tarixdən öz ərizəsi ilə işdən azad olunması, 1976-cı ilin may, iyun, iyul, avqust, sentyabr, oktyabr, noyabr, dekabr ayları, 1977-ci il və 1978-ci ilin yanvar, fevral, mart aylarına dair əməkhaqqı cədvəllərində əməkhaqqı hesablanması barədə məlumatların olması müəyyən edilmişdir. - Azərbaycan Respublikası Dövlət Arxivinin xx.xx.2020-ci il tarixli Ə-16 nömrəli arxiv arayışından “Azərbaycan respublikası Əli Bayramov adına tikiş istehsalat birliyi”nin arxiv fondunda mühafizə edilən şəxsi heyət üzrə əmr kitablarında və işdən azad olunanların şəxsi kartoçkalarında İddiaçı (əmr 422 ş/h, xx xxxxxxx 1974-cü il) tikişçi-şagird vəzifəsinə işə qəbul edildiyi, ( əmr 540 ş/h, xx xxxxxx 1974-cü il) 1-ci dərəcəli tikişçi vəzifəsinə keçirildiyi, (əmr 437, xx xxxxxxx 1974-ci il) işdən azad olunduğu müəyyən edilmişdir. - İddiaçının əmək kitabçasının təsdiq edilmiş surətində onun iddia tələbində qeyd etdiyi müəssisələrdə işlədiyi və əmək kitabçasında iş dövrü barədə qeydlərin düzgün və dəqiq aparıldığı müəyyən edilmişdir. - DSMF-nin Yevlax şəhər şöbəsinin xx.xx.2020-ci il tarixli **********4 nömrəli məktubundan iddiaçının həmin müəssisələrdə işləməsi, xx.xx.2020-ci il tarixdən əmək pensiyası hüququnun yaranması qeyd edilmiş, həmin müəssisələrdə iş stajının 28 il 4 ay 8 gün təşkil etdiyi, ümumilikdə isə iş stajının əmək kitabçasında 28 il 10 ay 8 gün olduğu müəyyən olunmuşdur. Birinci instansiya məhkəməsi iddianı təmin edərək, Cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh üzərinə İddiaçı xx.xx.1974-cü il tarixdən xx.xx.1975-ci il tarixədək Bakı şəhəri, Əli Bayramov adına tikiş fabrikində, xx.xx.1976-cı il tarixdən xx.xx.1978-ci il tarixədək Bakı şəhəri, X1, xx.xx.1978-ci il tarixdən xx.xx.1981-ci il tarixədək Bakı Elektrik Ştamplama Zavodunda, xx.xx.1982-ci il tarixdən xx.xx.1986-cı il tarixədək Azər Baş Enerjinin Yevlax Təsərrüfat hesablı elektrik montaj idarəsində, xx.xx.1986-cı il tarixdən xx.xx.1999-cu il tarixədək X2 Birliyinin Həmkarlar Komitəsində, xx.xx.2000-ci il tarixdən xx.xx.2004-cü il tarixədək X6 Avtonəqliyyat işçiləri X3 işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi öhdəliyini qoymuşdur. Azərbaycan Respublikasının Konstitusiyasının: - 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir - 149.7-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Göründüyü kimi, əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar nəzərə alınır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının xx xxxxxx 2017-ci il tarixli, 17 saylı qərarı ilə təsdiq edilmiş, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündə başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 1.3-cü bəndində aşağıdakı kimi müəyyən edilmişdir: 2017-ci ilin iyulun 1-dək pensiya hüququ əldə etmiş, lakin pensiya təyinatı üçün 2017-ci ilin 1 iyulundan sonra müraciət etmiş şəxslərə pensiya Qanunun həmin tarixədək qüvvədə olmuş normaları əsasında təyin edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin və 62 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 24-cü maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. İstinad olunan qanunvericilik normalarının məzmunundan göründüyü kimi, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması yoverilməzdir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının xx.xx.1974-cü il tarixdən xx.xx.1975- ci il tarixədək Bakı şəhəri, Əli Bayramov adına tikiş fabrikində, xx.xx.1976-cı il tarixdən xx.xx.1978-ci il tarixədək Bakı şəhəri, X1, xx.xx.1978-ci il tarixdən xx.xx.1981-ci il tarixədək Bakı Elektrik Ştamplama Zavodunda, xx.xx.1982-ci il tarixdən xx.xx.1986-cı il tarixədək Azər Baş Enerjinin Yevlax Təsərrüfat hesablı elektrik montaj idarəsində, xx.xx.1986-cı il tarixdən xx.xx.1999-cu il tarixədək X2 Birliyinin Həmkarlar Komitəsində, xx.xx.2000-ci il tarixdən xx.xx.2004-cü il tarixədək X6 Avtonəqliyyat işçiləri X3 işləməsi iş materialları ilə öz təsdiqini tapır. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, iddiaçının müraciətinin təmin edilməsindən cavabdehin imtinası əsassızdır. Yuxarıda qeyd olunan inzibati işin hallarını, məhkəmə kollegiyası tərəfindən aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlmişdir. Ona görə də apelyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməlidir. İPM-in 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən qüvvədə saxlanılmalı, cavabdehin apelyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir. Nəticəvi hissə Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası qərаrа аldı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Yevlax rayon şöbəsinin apelyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(116)-762/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(107)-436/2020
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-436/2020
21.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver