Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-436/2023 10.10.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRARİ Hakimlər Cavadova Günay İsmayıl qızı (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və X2 ibarət tərkibdə, Əhmədli Mətin Əsgər oğlunun katibliyi, İddiaçı və Cavabdehn nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı(bundan sonra- iddiaçı) Cavabdehnə(bundan sonra- cavabdeh) qarşı “xx.xx.2021-ci il tarixli işdən azad edilməsi ilə bağlı əmrin ləğv edilməsi və işə bərpa olunub itirilmiş məvacibin ödənilməsi” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 29 aprel 2022-ci il tarixli, 2-1(116)-302/2022 nömrəli qərarından iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq şifahi məhkəmə baxışı iclasında baxılmışdır. İşin halları Cavabdehin xx.xx.2017-ci il tarixli 21 nömrəli əmrinə, xx.xx.2017-ci il tarixli 191 nömrəli əmrinə və xx.xx.2017-ci il tarixli 227 nömrəli əmrinə əsasən iddiaçı xx.xx.2017-ci il tarixdən “Dövlət qulluğu haqqında Azərbaycan Respublikası Qanununun 28.7-ci maddəsinə əsasən 6 ay müddətinə stajçı kimi Cavabdeh başçısının Yuxarı X9 ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsinə, xx.xx.2017-ci il tarixdən 6 (altı) ay staj müddətinin bitməsi nəzərə alınaraq “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 28.7-ci maddəsinə əsasən 3 ay sınaq müddətinə dövlət qulluğuna, xx.xx.2017-ci il tarixdən “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 28.7-ci maddəsinə əsasən daimi dövlət qulluğuna qəbul edilmiş, kiçik dövlət qulluqçusu ixtisas dərəcəsi verilmişdir. Cavabdehin xx.xx.2019-cu il tarixli, 16 nömrəli əmrinə əsasən iddiaçıya “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 18.0.4, 18.0.12 və 25.2.1-ci maddələrinə əsasən töhmət verilmişdir. Cavabdehin xx.xx.2021-ci il tarixli 34 nömrəli əmrinə əsasən iddiaçıya, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 18.0.1, 18.0.2, 18.0.3-cü maddələrinin tələblərini və əmək intizamını pozmasına görə “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 25.2.1-ci maddəsinə uyğun olaraq töhmət verilmişdir. Cavabdeh tərəfindən Dövlət İdarəsi İşçiləri və Xidmət İşçiləri Həmkarlar İttifaqı Cavabdeh Həmkarlar Təşkilatının sədri Nicat Umudova göndərilən xx.xx.2021-ci il tarixli, 01/464-1 nömrəli məktuba əsasən cavabdeh həmin həmkarlar təşkilatına iddiaçı barəsində dövlət qulluğundan azad olunma barədə məsələ ilə bağlı rəy verilməsi üçün müraciət etmişdir. Dövlət İdarəsi İşçiləri və Xidmət İşçiləri Həmkarlar İttifaqı Cavabdeh Həmkarlar Təşkilatının xx.xx.2021-ci il tarixli iclas protokolunda və Cavabdeh başçısının kənd İƏD-i üzrə nümayəndəliklərinin ilk Həmkarlar Təşkilatının xx.xx.2021-ci il tarixli iclas protokolunda iddiaçı barəsində dövlət qulluğundan azad edilməsi ilə bağlı intizam tənbehinin tətbiq edilməsinə razılıq verilməsi qeyd edilmişdir. Cavabdeh Başçısı Aparatının ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri X3 cavabdehə təqdim etdiyi xx.xx.2021-ci il tarixli təqdimata görə, X11 İƏD üzrə nümayəndəsi İddiaçı “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə’’nin 5-ci bəndi ilə müəyyənləşdirilmiş inzibati ərazi dairələri üzrə yerli icra hakimiyyəti başçısı nümayəndələrinin vəzifə və səlahiyyətlərinin icrasına səhlənkar yanaşır, Rayon icra hakimiyyəti başçısının əmr və sərəncamlarının, rayon İHB yanında Şura qərarlarının yerdə icrası ilə bağlı heç bir fəaliyyət göstərmir, nümayəndəliyin fəaliyyətini təşkil etmək üçün tərtib edilmiş perspektiv iş planı formal xarakter daşıyır, bu plana uyğun ərazidə iş qurulmur. Əhalinin sosial əhəmiyyətli sifarişlərini öyrənərək həlli üçün tədbirlər görmür və ya bununla bağlı rayon icra hakimiyyətinin başçısına təkliflər vermir. Nümayəndəlikdə kargüzarlıq işləri mövcud təlimatların tələblərinə uyğun qurulmamış, “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının 15 sentyabr 2015-ci il tarixli Qanunu ilə müəyyən edilmiş qaydada vətəndaşların qəbulu həyata keçirilmir, onların ərizə, şikayət və təkliflərinə vaxtında baxılmır və icrası üçün lazımi tədbirlər görülmür. Bunun nəticəsidir ki, Yuxarı Seyidlər və Siləyli kəndlərinin sakinləri tərəfindən rayon icra hakimiyyətinə və yuxarı orqanlara çoxsaylı müraciətlər göndərilir. Təsərrüfatbaşına uçot kitabının, habelə təsərrüfat üzvlərinin və müvəqqəti yaşayan şəxslərin siyahısının aparılmasında və onların elektron daşıyıcılara köçürülməsində çox ciddi nöqsanlar vardır. Nümayəndəlikdə əmək intizamına əməl olunmur, nümayəndənin özü və tabeliyində olan işçilər tez-tez əmək intizamını pozur, iş yerində olmurlar. Bununla bağlı onlar haqqında intizam tənbehi tədbirləri görülsə də onlar bundan lazımi nəticələr çıxarmırlar. İddiaçı dövlət qulluqçusuna uyğun olmayan hərəkətlərə yol verir, bunun nəticəsində nümayəndəliyin və rayon icra hakimiyyətinin nüfuzuna xələl gətirir. O, rayon icra hakimiyyəti tərəfindən verilən tapşırıqların inzibati ərazi dairəsində icrası üçün konkret əsaslı heç bir iş görmür. Belə ki, son 4 ildə ərazidə tut bağı salmaq üçün verilmiş minlərlə tut tingləri baxımsızlıq səbəbindən məhv olmuşdur. O, səlahiyyətlərinə aid olmayan işlərlə məşğul olur, bələdiyyə torpaqlarından kənd sakinlərinə qanunsuz olaraq icarəyə torpaq sahələri verir. İddiaçı rayon icra hakimiyyəti başçısı aparatının işçilərinə qarşı dövlət qulluqçusunun etik davranış normalarına uyğun olmayan hərəkətlər edir, bəzi hallarda isə rəsmi iclaslarda özünü düzgün apara bilmir, çıxışlarında əsası olmayan fikirlər səsləndirməklə iclasın gedişinə maneçilik törədir. Rayon icra hakimiyyəti başçısının köməkçisi Səməd Cəfərov xx.xx.2021-ci il tarixdə rayon rəhbərinin tapşırığını İddiaçı çatdırarkən o, təhqiramiz sözlərlə S.Cəfərovu təhqir etmiş, ona edilmiş müraciətə baxmayaraq zor tətbiq etməklə rayon icra hakimiyyətinin binasına daxil olmağa cəhd göstərmişdir. O, belə hərəkətlərə müxtəlif vaxtlarda müxtəlif yerlərdə, o cümlədən polis şöbəsində də yol vermişdir. İddiaçı rayon icra hakimiyyəti başçısının nümayəndəsi kimi öz üzərinə düşən vəzifənin öhdəsindən gəlməməklə vaxtaşırı olaraq dövlət qulluqçusuna yaraşmayan hərəkətlər etməklə rayon icra hakimiyyətinin və yerli nümayəndəliyin nüfuzuna ciddi xələl gətirir. Cavabdehin xx.xx.2021-ci il tarixli 55 nömrəli əmrinə əsasən iddiaçı “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.6-cı maddəsinin və Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən xx.xx.2021-ci il tarixdən tutduğu vəzifədən azad edilmişdir. Həmin vəzifənin müvəqqəti icrası nümayəndənin müavini Şahid1 həvalə edilmişdir. Cavabdehin iddiaçıya ünvanladığı xx.xx.2021-ci il tarixli, 01/566 nömrəli məktubunda xx.xx.2021-ci il tarixli 55 nömrəli işdən azad olunma barədə əmrdə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinin texniki səhv olaraq “c” kimi göstərildiyi, düzəliş edilmiş əmrin surətinin məlumat üçün göndərildiyi qeyd edilmişdir. Zərdab Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(035)-375/2021 nömrəli qətnaməsinə əsasən Cavabdeh başçısı Mərdan Camalzadə tərəfindən iddiaçı barəsində verilmiş töhmətin verilməsinə dair 34 saylı, xx.xx.2021-ci il tarixli əmrin ləğv edilməsi, tutduğu vəzifədən azad edilməsi və onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsinə dair 55 saylı, xx.xx.2021-ci il tarixli əmrin etibarsız hesab edilməsi, onun Cavabdeh başçısının Yuxarı X9 ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsinə bərpa olunması və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(107)- 1667/2021 nömrəli qərardadına əsasən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Zərdab Rayon Məhkəməsinin 20 may 2021-ci il tarixli, 2(035)- 375/2021 nömrəli qətnaməsi ləğv edilmiş və mülki iş üzrə icraata xitam verilmişdir. Tərəflərə (o cümlədən iddiaçıya) hazırki mübahisənin həlli ilə bağlı məhkəmə aidiyyəti üzrə Şəki İnzibati Məhkəməsinə müraciət hüququ izah olunmuşdur. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən barəsində verilmiş xx.xx.2021-ci il tarixli töhmətin, eləcə də 55 saylı, xx.xx.2021-ci il tarixli işdən azad edilməsi ilə bağlı əmrin ləğv edilməsi və işə bərpa olunub, itirilmiş məvacibin ödənilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı xx.xx.2021-ci il tarixdə məhkəməyə vəsatət təqdim edərək, iddia qaldırılması üçün ötürülmüş prosessual müddətin bərpa olunmasını xahiş etmişdir. Şəki İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(116)-1452/2021 nömrəli qərardadı ilə “xx.xx.2021-ci il tarixli, 55 nömrəli işdən azad edilməsi ilə bağlı əmrin ləğv edilməsi və işə bərpa olunub, itirilmiş məvacibin ödənilməsi tələbinə dair” hissədə iddia ərizəsinin verilməsi üçün buraxılmış müddət üzrlü hesab edilərək bərpa edilmiş, iddia tələbinin “xx.xx.2021-ci il tarixli töhmətin ləğv edilməsi” hissəsində prosessual müddət üzrsüz səbəblərdən buraxıldığından bərpa edilməmişdir. İddiaçı, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək xx.xx.2021-ci il tarixli işdən azad edilməsi ilə bağlı əmrin ləğv edilməsi və işə bərpa olunub, itirilmiş məvacibin ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 1979-cu il tarixdən əmək fəaliyyəti ilə məşğuldur, ali təhsillidir. Uzun müddət kənd təsərrüfatında çalışmışdır. xx.xx.2017-ci il tarixdən etibarən Zərdab Rayonu İcra Hakimiyyəti başçısının Yuxarı X9 ərazi dairəsi üzrə nümayəndəsi kimi çalışırmış. İşinə məsuliyyətlə yanaşır, ona verilən tapşırıqları vaxtında icra edir. Rayon Ərazi İdarəetmə sahəsinin müdiri Ramiz Məmmədovun tapşırıq əsasında kənd sakinlərini öz şəxsi avtomobili ilə rayon mərkəzinə vaksinə aparıb gətirirmiş. 9 mart 2021-ci il saat 11 radələrində Ramiz Məmmədovun şəxsən göstərişinə əsasən “Yuxarı Seyidlər” kənd sakinləri Məmmədov Nüsrət, Məmmədova Bahar, Bəkirova Nargilə və Məmmədova Afəti şəxsi maşını ilə Zərdab rayon Mərkəzi xəstəxanasına aparmışdır. Həmin gün Cavabdeh Ərazi İdarətemə şöbəsinin müdir müavini Vahid müəllim saat 12 radəlarında X11inə gələrək əmək intizamlarını yoxlamış, işdə heç kim olmamışdır. Belə ki, müavini Şahid1 Yusif qızı həmin gün saat 11 tamamda cibindən taksi tutub vaksinləşmə üçün kənd sakinlərindən 4 nəfəri rayon mərkəzinə aparıb, mühasibi X4 da maliyyə hesabatı ilə bağlı rayon mərkəzində olmuşdur. Aşkar üzrlü səbəbə baxmayaraq, Vahid müəllim akt tərtib edib rəisi Ramiz Məmmədova təqdim etmiş, həmin akta əsasən ona, müavinə və mühasibə töhmət verilmişdir. X5 Aparatın sənədlər və vətəndaşların müraciətləri ilə iş şöbəsinə çağırmış, töhməti elan etmiş və razı olması barədə imzalamasını demişdir. İmzalamaqdan imtina etdikdə Ramiz Məmmədov işdən çıxarılacağını demiş, bundan sonra məcbur olub yalan əsasa görə verilmiş töhmətlə razılaşması barədə imza etmişdir. xx.xx.2021-ci il tarixdə başçının köməkçisi Səməd Qardaşxan oğlu telefon edərək Sileyli kənd sakinləri Cəlilov Elbrus, Qurbanov Rəcəb, Əhmədov Fehruz və İbişov Məqsədə torpaq verdiyini demişdir. Heç kimə bir metr olsun torpaq vermədiyini, belə səlahiyyəti olmadığını bildirmişdir. Bundan sonra Başçının göstərişi ilə onun, Əli müəllimin, Ramiz Məmmədovun, sahə müvəkkili və iki nəfər polis nəfərinin iştirakı ilə Sileyli kəndinə gəlmişlər. Həmin adları çəkilən 4 nəfəri dəvət edib torpaq sahələrinə baxış keçirmişlər. Sonra onları sorğu sual etmişlər ki, iddiaçı onlara torpaq verib ya yox. Hamısı da iddiaçının bir metr belə torpaq sahəsi vermədiyini demişdir. Ancaq buna baxmayaraq xx.xx.2021-ci il tarixdə İH-nin Hüquq şöbəsinin müdiri Vasif, Ramiz Məmmədov və Əli müəllim iş yerinə gələrək onun Əmək Məcəlləsinin 70 c maddəsi ilə işdən çıxarıldığını deyib əmrin surətini vermişlər. Nə üçün maddə ilə işdən çıxarıldığını soruşduqda ərizə verib işdən xoşluqla çıxmadığını bildirdiyinə görə maddə ilə işdən azad etdiklərini demişlər. Ona ərizə ver işindən get deyən İcra Hakimiyyətinin işçilərinə işindən heç bir şikayət olmadığı, nöqsanı, iradı olmadığı halda nə üçün işdən çıxmağı haqqında başçıya ərizə verməli olduğunu desə də, görünür, başçı hansısa yanlış mülahizəsinə görə ona əsassız yerə töhmət verib, ardınca da hələ də ona məlum olmayan səbəbə görə işdən maddə ilə çıxartmışdır. Bu hal onun üçün qurulmuş aşkar bir oyun idi, hələ də işdən nə üçün çıxarıldığını bilmir və bu haqda ona heç nə demirlər. Cavabdeh tərəfindən iddia tələbinə qarşı yazılı etiraz təqdim edilməmişdir. Şəki İnzibati Məhkəməsinin (bundan sonra - birinci instansiya məhkəməsi) 2-1(116)- 302/2022 nömrəli iş üzrə qəbul etdiyi 29 aprel 2022-ci il tarixli qərarı ilə (hakim V.Musayev) iddia tələbi təmin edilmiş, cavabdehin İddiaçı tutduğu vəzifədən azad edilməsi ilə bağlı xx.xx.2021-ci il tarixli, 55 nömrəli əmri ləğv edilmiş, iddiaçının Zərdab Rayon İHB-nın Yuxarı X9 ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsinə bərpa edilərək məcburi işburaxma müddəti üçün itirilmiş məvacibin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır. Birinci instansiya məhkəməsi iş üzrə təqdim edilmiş sübutlara istinadla belə qənaətə gəlmişdir ki, cavabdeh iddiaçının qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə dair (o cümlədən, vətəndaşların qəbulunun həyata keçirilməməsi, onların ərizə, şikayət və təkliflərinə vaxtında baxılmaması və icrası üçün lazımı tədbirlər görülməməsi və bunun nəticəsində Yuxarı Seyidlər və Siləyli kəndlərinin sakinləri tərəfindən rayon icra hakimiyyətinə və yuxarı orqanlara çoxsaylı müraciətlər göndərilməsi barədə) həmçinin iş yerində işin, əmək və icra intizamının normal ahənginin pozulmasını, hər hansı formada ziyan dəyməsini xx.xx.2021ci il tarixli əmrində əsaslandırmamış, məhkəmənin xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli sorğularında müvafiq əsaslanmanın tələb edilməsinə baxmayaraq, cavabdeh tərəfindən məhkəmə icraatı zamanı bu barədə hər hansı mötəbər sübut təqdim edilməmişdir. Əmrdə istinad edilən təqdimatın məzmunundan da görünür ki, iddiaçı barəsində qeyd edilmiş fikirlər ümumi və subyektiv mülahizə xarakterlidir və iddiaçının rayon İHB-nın əmr və sərəncamlarının icrasına səhlənkar yanaşmasının, icrası ilə bağlı heç bir fəaliyyət göstərməməsinin, nümayəndəliyin fəaliyyətini təşkil etmək üçün tərtib edilmiş perspektiv iş planına uyğun ərazidə işin qurulmamasının və sadalanan digər halların nədə ifadə olunmasını müəyyən etmək mümkün deyildir. xx.xx.2021-ci il tarixli intizam tənbehinin verilməsi barədə əmr verilərkən, xx.xx.2019-cu il tarixli əmrlə verilmiş intizam tənbehindən altı aydan artıq müddət keçdiyindən, artıq xx.xx.2019-cu il tarixli intizam tənbehi qüvvədə deyildi. Buna görə də xx.xx.2021-ci il tarixli əmrə əsasən verilən intizam tənbehi iddiaçı barəsində tətbiq edilmiş yeganə qüvvədə olan intizam tənbehi olduğundan, vəzifələrin icrası zamanı pozuntulara yol verilməsinin mütəmadiliyi şərti də sübuta yetirilmir. Cavabdehin təqdimatda qeyd etdiyi pozuntuların nəinki mütəmadiliyini (davamlı olaraq baş verdiyini), hətta onun təkrarlığını sübut edə bilməmişdir. Məhkəmə, həmçinin hesab etmişdir ki, cavabdeh tərəfindən iddiaçı barəsində xx.xx.2021-ci il tarixli əmr verilərkən qanunvericiliyin tələbləri dəfələrlə və kobud şəkildə pozulmuş, bütövlükdə icraat nöqsanlı aparılmışdır. İddiaçı Zərdab Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etdikdən və iddia ərizəsində Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən əmək müqaviləsinə xitam verilə bilməsi üçün peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqanının qərarının olmasının vacibliyini və belə bir qərarın olmamasını qeyd etdikdən sonra, cavabdeh texniki səhvə yol verdiyini bildirərək əmrin çıxarılmasından 20 gün sonra (həmçinin iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etməsindən sonra) eyni saylı, eyni tarixli yeni əmr verərək iddiaçının əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verildiyini bildirmişdir. Birinci instansiya məhkəməsi bu mövqeyini onunla əsaslandırmışdır ki, cavabdeh tərəfindən Əmək Məcəlləsinin həm də 80-ci maddəsində imperativ qaydada müəyyən edilən normalar pozularaq həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmadan iddiaçı ilə əmək müqaviləsi pozulmuş, lakin sonradan cavabdeh orqan səlahiyyətlərinin ona verdiyi imkanlardan sui-istifadə etməklə məhkəmə araşdırmasının gedişatında öyrəndiyi, ilkin inzibati icraatda yol verdiyi nöqsan və çatışmazlıqları tabeçiliyində olan insan resurslarından və texniki imkanlardan istifadə etməklə, geriyə tarixlə sənədlərin tərtibi yolu ilə aradan qaldırmağa cəhd edərək, qanunvericiliyin tələblərini dəfələrlə və kobud şəkildə pozmuş, bununla da qəbul etdiyi qanunsuz inzibati aktın hüquqi cəhətdən tanınmasına nail olmağa çalışmışdır. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-186/2022 nömrəli iş üzrə qəbul etdiyi 28 oktyabr 2022-ci il tarixli qərarı ilə (hakimlər – R.Rəfiyev (sədrlik edən və məruzəçi), V.Məlikov və M.Əsədli) cavabdehin apellyasiya şikayəti təmin edilmiş, Şəki İnzibati Məhkəməsinin 29 aprel 2022-ci il tarixli qərarı ləğv edilərək, iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd etmişdir ki, Cavabdeh başçısının xx.xx.2021-ci il tarixli, 01/464-1 nömrəli təqdimatına əsasən, Rayon İcra Hakimiyyəti başçısının Yuxarı X9 ərazi dairəsi üzrə nümayəndəsi İddiaçı fəaliyyətində ciddi nöqsanlara yol verdiyini, bu nöqsanlarla bağlı bir neçə dəfə haqqında intizam tənbeh tədbirləri görülməsinə baxmayaraq lazımi nəticə çıxarmadığını nəzərə alaraq onun dövlət qulluğundan azad edilməsi və onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi məsələsinə Dövlət İdarəsi işçiləri və Xidmət İşçiləri Həmkarlar İttifaqı Cavabdeh başçısı X1 yığıncağında müvafiq rəy verilməsi göstərilmiş, xx.xx.2021-ci il tarixdə Cavabdeh başçısının xx.xx.2021-ci il tarixli təqdimatına əsasən Yuxarı X9 ərazi dairəsi üzrə nümayəndəsi İddiaçı barəsində dövlət qulluğundan azad edilməsi intizam tənbehinin tətbiq edilməsi məsələsinin müzakirə edilməsi məqsədilə Adəm Rəhimlinin sədrliyi ilə 86 nəfərin iştirakı ilə iclas keçirilmişdir. Qeyd edilən hal məhkəmə kollegiyasına təqdim edilmiş Dövlət İdarəsi İşçiləri və Xidmət İşçiləri Həmkarlar İttifaqı Cavabdeh başçısının kənd inzibati ərazi dairələri üzrə nümayəndəliklərinin ilk Həmkarlar Təşkilatının iclas kitabları ilə də öz təsdiqini tapmışdır. Bundan əlavə, iddiaçının qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyi, işə vaxtında gəlmədiyi, rayon icra hakimiyyəti tərəfindən keçirilən iclaslarda özünü düzgün apara bilməməsi və s. kimi hallar iş materialları və məhkəmə kollegiyasının iclasında iştirak edən şahidlərin ifadələri ilə öz təsdiqini tapmışdır. Sərt karantin qaydalarının qüvvədə olduğu müddətdə 86 və 34 nəfərin iştirakı ilə iclas keçirilməsi ilə bağlı birinci instansiya məhkəməsinin mövqeyinə münasibət bildirən məhkəmə kollegiyası qeyd etmişdir ki, kollegiyanın iclasında şahid qismində dindirilmiş şəxslər həmin zalın 250 nəfərlik zal olduğunu və yalnız 86 nəfərin iştirak etdiyini bildirmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə Adəm Rəhimlinin sədrliyi ilə xx.xx.2021-ci il tarixdə keçirilən iclas sərt karantin qaydalarının qüvvədə olduğu müddətdə keçirilsə də, qanuni əsaslarla keçirilmişdir. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, məhkəmə kollegiyasının iclasında iştirak edən şahidlərə Cavabdeh tərəfindən təzyiq göstərilməsi ilə bağlı verilən suallara şahidlər tərəfindən cavabdeh orqanın onlara hər hansı təzyiqinin olmaması bildirilmişdir. Həmçinin, həmin şəxslərin cavabdeh inzibati orqandan birbaşa asılı olması onların verdikləri ifadələrin yalan olması və ya cavabdehin təzyiqi ilə verilməsi demək deyildir. Həmkarlar təşkilatının protokollarının cavabdehin yol verdiyi nöqsanları aradan qaldırmaq məqsədilə sonradan tərtib etməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qəbul etməyən apellyasiya instansiyası məhkəməsi göstərmişdir ki, xx.xx.2021-ci il tarixdə iddiaçının dövlət qulluğundan azad edilməsi məsələsinin müzakirəsi ilə bağlı olan iclasın predmeti xx.xx.2021-ci il tarixli Cavabdeh başçısı tərəfindən Dövlət İdarəsi İşçiləri və Xidmət İşçiləri Həmkarlar İttifaqı Cavabdeh Həmkarlar Təşkilatının sədri Nicat Umudova göndərilən 01/464-1 nömrəli təqdimat olmuşdur. xx.xx.2021-ci il tarixdə İddiaçı dövlət qulluğundan azad edilməsi məsələsinin müzakirəsi ilə bağlı olan iclasın Cavabdeh başçısının xx.xx.2021-ci il tarixli təqdimatına əsasən keçirilməsi iş materialları və şahid ifadələri ilə öz təsdiqini tapmışdır. Bundan başqa, iş materialları və məhkəmə kollegiyasının iclasında dindirilmiş şahidlərin ifadələrindən də göründüyü kimi, iddiaçı rayon icra hakimiyyəti başçısının aparatının işçilərinə qarşı dövlət qulluqçusunun etik davranış normalarına uyğun olmayan hərəkətlər edir, bəzi hallarda isə rəsmi iclaslarda özünü düzgün apara bilmir. Bununla bağlı, məhkəmə kollegiyası onu da qeyd etmişdir ki, iddiaçı kollegiyanın iclasında da məhkəmə iclasında göstərilən qaydalara riayət etməmiş, ona məhkəmə iclasındakı davranışına və məhkəmə iclasının keçirilməsinə maneçilik törətdiyinə görə şifahi xəbərdarlıq elan edilmişdir. İddiaçı kassasiya şikayəti verərək həmin qərarın ləğv olunmasını və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya instansiyası məhkəməsindəki icraat Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının 2-1(102)-515/2023 nömrəli iş üzrə qəbul etdiyi 11 aprel 2023-cü il tarixli qərarı ilə (hakimlər – İ.Hüseynov (sədrlik edən və məruzəçi), K.Bədəlov və N.Rəsulbəyova) kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ləğv olunmuş və iş təkrar apellyasiya baxışına göndərilmişdir. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd etmişdir ki, cavabdeh əmrin hüquqi əsası kimi “Dövlət qulluğu haqqında” Qanunun 33.1.6-cı maddəsinə istinad etmişdir. Həmin normaya görə, dövlət qulluqçusu “Dövlət qulluğu haqqında” Qanunun 25.2.6-cı maddəsinə uyğun olaraq dövlət qulluğundan azad edildikdə onun dövlət qulluğuna xitam verilə bilər. Beləliklə, əmrin hüquqi əsası kimi istinad edilən 33.1.6-cı maddənin tətbiqi üçün Qanunun 25.2.6-cı maddəsində nəzərdə tutulan şərt (dövlət qulluğundan azad edilmə) baş verməlidir. 25.2.6cı maddə isə yalnız Qanunun 25.6-cı maddəsində nəzərdə tutulan hallardan (vəzifələrin icrası zamanı kobud və ya mütəmadi olaraq pozuntulara yol verildikdə və ya bu Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş məhdudiyyətlərə əməl edilmədikdə) ən azı biri mövcud olduqda tətbiq oluna bilər. “Dövlət qulluğu haqqında” Qanun “kobud” pozuntunun nədən ibarət olduğunu açıqlamır. Bu səbəbdən, inzibati orqan pozuntunun “adi” deyil, məhz “kobud” pozuntu olduğunu əsaslandırmaq öhdəliyi daşıyır. “Mütəmadi olaraq pozuntulara yol verildikdə” müddəası isə dövlət qulluqçusuna yalnız o halda, tətbiq oluna bilər ki, “Dövlət qulluğu haqqında” Qanunun 18-ci, 20-ci və ya 25.11-ci maddələrində nəzərdə tutulmuş tələblər dövlət qulluqçusu tərəfindən davamlı olaraq pozulmuş olsun. İddiaçıya cavabdehin xx.xx.2019-cu il tarixli, 16 nömrəli əmrinə əsasən “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 18.0.4, 18.0.12 və 25.2.1-ci maddələrinin əsasən töhmət verilmişdir. Bundan sonra, iddiaçıya növbəti töhmət cavabdehin xx.xx.2021-ci il tarixli, 34 nömrəli əmri ilə verilmişdir (“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 18.0.1, 18.0.2, 18.0.3 və 25.2.1-ci maddələrinə əsasən). Göründüyü kimi, iddiaçıya verilən iki töhmət arasında iki ildən çox vaxt olmasına baxmayaraq, cavabdeh iddiaçının əməlində kobud pozuntunun mütəmadiliyini (davamlı olaraq baş verdiyini) sübut edə bilməmişdir. “Dövlət qulluğu haqqında” Qanunun 20-ci maddəsinə gəldikdə, həmin normada dövlət qulluqçusu barəsində məhdudiyyətlərdən bəhs olunur və cavabdehin mübahisələndirilən əmrində “Dövlət qulluğu haqqında” Qanunun 20-ci maddəsinin tələblərinin iddiaçı tərəfindən pozulduğuna istinad yoxdur. Bundan başqa, “Dövlət qulluğu haqqında” Qanunun 25.3-cü maddəsinə əsasən, bu Qanunun 25.2-ci maddəsinə uyğun olaraq intizam tənbehinin tətbiqinə əsaslar olduqda, müvafiq dövlət orqanı rəhbərinin əmri ilə araşdırma aparılır, dövlət qulluqçusundan yazılı izahat alınır. Zərurət olduqda, müvafiq dövlət orqanının rəhbəri xidməti yoxlama təyin edir. Dövlət qulluqçusunun yazılı izahat verməkdən imtina etməsi rəsmiləşdirilir və bu, intizam tənbehinin tətbiqinə mane olmur. Həmin Qanunun 25.4-cü maddəsinə əsasən, xidməti yoxlamanın aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Apellyasiya instansiyası məhkəməsi işin hallarını yuxarıda qeyd edilən normaların tələbləri baxımından tam və hərtərəfli araşdırmamışdır. İddiaçı barəsində inzibati orqan tərəfindən, ümumiyyətlə, araşdırmanın (xidməti yoxlamanın) aparıldığı, müsbət halda, araşdırma aparılmasının qaydalarına riayət olunduğu qərarda əsaslandırılmamışdır. Əmrin faktiki əsası kimi Cavabdeh başçısı Aparatının ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri X3 cavabdehə təqdim etdiyi xx.xx.2021-ci il tarixli təqdimat göstərilmiş, lakin mübahisələndirilən inzibati akt əsaslandırılmamışdır. Əmrdə istinad edilən təqdimatda iddiaçının vəzifə və səlahiyyətlərinin icrasına səhlənkar yanaşması, icra hakimiyyəti başçısının əmr və sərəncamları ilə bağlı heç bir fəaliyyət göstərməməsi, perspektiv iş planın formal xarakter daşıması, ərazidə işin bu plana uyğun qurulmaması, nümayəndəlikdə kargüzarlıq işlərinin mövcud təlimatların tələblərinə uyğun qurulmaması, vətəndaşların qəbulunun həyata keçirilməməsi, əmək intizamına əməl olunmaması və s. kimi ümumi qənaət göstərilmiş, qeyd edilən halların baş verməsi ilə bağlı nə təqdimatda, nə də mübahisələndirilən əmrdə heç bir əsaslandırma aparılmamışdır. Halbuki, Əmək Məcəlləsinin 71-ci maddəsinin tələbinə görə, işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Bundan başqa, cavabdehin məhkəməyə təqdim etdiyi materiallara görə, RİH başçısı Zərdab RİHB X1 sədrinə xx.xx.2021-ci il tarixdə təqdimatla müraciət etmiş, müraciətə 4 vərəqdən ibarət sənədlər - əmr, təqdimat və akt əlavə edildiyi göstərilmişdir. Mübahisələndirilən xx.xx.2021-ci il tarixli əmrin əsası kimi istinad edilən təqdimatın xx.xx.2021-ci il tarixdə tərtib olunduğu nəzərə alındıqda, Həmkarlar Təşkilatının xx.xx.2021-ci il tarixli iclasında cavabdehin hazırkı məzmunda əmrinin qəbul edilməsinə səbəb ola bilən hansı təqdimatın müzakirə olunduğu, başqa sözlə, Həmkarlar Təşkilatının müəyyən və tədqiq edilmiş məhz hansı faktlara əsaslanmaqla iddiaçının işdən azad edilməsi qənaətinə gəldiyi araşdırmanın predmeti olmayıb. Apellyasiya instansiyası məhkəməsi şahidlərin ifadələri əsasında iddiaçının etik davranış normalarına uyğun olmayan hərəkətlər etdiyi qənaətinə gəlmiş, lakin "Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikası Qanununun müddəalarına cavabdehin əmrində istinad olunmadığı halda, həmin Qanunun məhkəmənin özü tərəfindən hazırkı mübahisəyə tətbiqini zəruri edən şərtlər məhkəmə qərarında göstərilməmişdir. İddiaçının əsas dəlillərindən biri cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixli əmr verilərkən qanunvericiliyin tələblərinin dəfələrlə və kobud şəkildə pozulmasından ibarətdir. Məhkəmə kollegiyası, həmin dəlillə bağlı qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi mübahisələndirilən əmr qəbul edilən zaman cavabdeh tərəfindən inzibati icraatın qanunvericiliyin tələblərinə uyğun aparılıb-aparılmadığı tam, hərtərəfli və obyektiv şəkildə tədqiq olunmamış, onlara yuxarıda istinad edilən normaların tələblərinə uyğun qiymət verilməmişdir. Belə ki, iddiaçının əmək müqaviləsinə xitam verilməsi barədə mübahisələndirilən xx.xx.2021-ci il tarixli, 55 nömrəli əmrdə ilk öncə Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə istinad edilməsi (əmək müqaviləsinə həmin norma ilə xitam verilməsi üçün həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı tələb edilmir), iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdikdən sonra eyni tarixli, eyni nömrəli yeni əmrin verilərək iddiaçının əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə (əmək müqaviləsinə həmin norma ilə xitam verilməsi üçün həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı tələb olunur) xitam verildiyinin göstərilməsi ilə bağlı cavabdehin hərəkətləri və onun hüquqi nəticələri “Dövlət qulluğu haqqında” Qanunun, Əmək Məcəlləsinin və “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun olaraq tədqiq olunmamış, cavabdehin sonradan – xx.xx.2021-ci il tarixdə geri tarixlə və eyni nömrə ilə yeni inzibati akt (əmr) tərtib etməsinin (qəbul etməsinin) hüquqi əsaslarını göstərməmişdir. Ona görə də, məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin əsaslandırmasını İPM-in 12.1, 57.8 və 82-ci maddələrinin tələblərinə uyğun hesab etmir. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 96.11 Mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası (bundan sonra- Məhkəmə) prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və Ali Məhkəmənin hazırki iş üzrə hüquqi mövqeyini nəzərə almaqla qeyd edir ki, hazırki inzibati mübahisəyə mahiyyəti üzrə tam həcmdə baxılmışdır. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri İddiaçı xx.xx.2017-ci il tarixdən Cavabdeh başçısının Yuxarı X9 Ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsinə daimi dövlət qulluğuna qəbul edilmişdir. Zərdab RİHB-nın xx.xx.2021-ci il tarixli, 55 nömrəli əmrinə əsasən iddiaçıya "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 18.0.1, 18.0.2, 18.0.3-cü maddələrinin tələblərini və əmək intizamını pozmasına görə "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 25.2.1-ci maddəsinə uyğun olaraq töhmət verilmiş, daha sonra xx.xx.2021-ci il tarixli 55 saylı əmrlə iddiaçı "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 33.1.6-cı maddəsinə və Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsasən xx.xx.2021-ci il tarixdən tutduğu vəzifədən azad edilmişdir. İddiaçı xx.xx.2021-ci il tarixli 55 saylı əmri mübahisələndirdiyindən hazırkı inzibati mübahisə yaranmışdır. Zərdab RİHB-nın X11 İƏD üzrə nümayəndəsi olmuş İddiaçı "Yerli icra hakimiyyətləri haqqında Əsasnamə"nin 5-ci bəndi ilə müəyyənləşdirilmiş inzibati ərazi dairələri üzrə yerli icra hakimiyyəti başçısı nümayəndələrinin vəzifə və səlahiyyətlərinin icrasına səhlənkar yanaşmışdır. Rayon İcra Hakimiyyəti başçısının əmr və sərəncamlarının, rayon İHB yanında Şura qərarlarının yerdə icrası ilə bağlı heç bir fəaliyyət göstərməmiş, nümayəndəliyin fəaliyyətini təşkil etmək üçün tərtib edilmiş perspektiv iş planı formal xarakter daşımış, bu plana uyğun ərazidə iş qurulmamışdır. Əhalinin sosial əhəmiyyətli sifarişlərini öyrənərək həlli üçün tədbirlər görülməmiş və ya bununla bağlı Rayon İcra Hakimiyyətinin başçısına təkliflər verilməmişdir. Nümayəndəlikdə kargüzarlıq işləri mövcud təlimatların tələblərinə uyğun qurulmamış, "Vətəndaşların müraciətləri haqqında Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmiş qaydada vətəndaşların qəbulu həyata keçirilməmiş, onların ərizə, şikayət və təkliflərinə vaxtında baxılmamış və icrası üçün lazımi tədbirlər görülməmişdir. Bunun nəticəsidir ki, Yuxarı Seyidlər və Siləyli kəndlərinin sakinləri tərəfindən Rayon İcra Hakimiyyətinə və yuxarı orqanlara çoxsaylı müraciətlər göndərilmişdir. Təsərrüfatbaşına uçot kitabının, habelə təsərrüfat üzvlərinin və müvəqqəti yaşayan şəxslərin siyahısının aparılmasında və onların elektron daşıyıcılara köçürülməsində çox ciddi nöqsanlar aşkar edilmişdir. Nümayəndəlikdə əmək intizamına əməl olunmamış, nümayəndənin özü və tabeliyində olan işçilər tez-tez əmək intizamını pozmuş, iş yerində olmadıqları müəyyən edilmişdir. Bununla bağlı İddiaçı haqqında xx.xx.2021-ci il tarixli 34 nömrəli əmrlə intizam tənbehi tədbirləri görülsə də o, bundan lazımi nəticə çıxarmamışdır. İddiaçı dövlət qulluqçusuna uyğun olmayan hərəkətlərə yol vermiş, bunun nəticəsində nümayəndəliyin və rayon icra hakimiyyətinin nüfuzuna xələl gətirmiş, rayon icra hakimiyyəti tərəfindən verilən tapşırıqların inzibati ərazi dairəsində icrası üçün konkret əsaslı heç bir iş görməmişdir. Belə ki, son 4 ildə ərazidə tut bağı salmaq üçün verilmiş minlərlə tut tingləri baxımsızlıq səbəbindən məhv olmuşdur. İddiaçının müvafiq hərəkətlərə yol verməklə "Dövlət qulluğu haqqında" və "Dövlət qulluqçularının etik davranış qaydaları haqqında" Qanunların tələblərini pozması məhkəmə tərəfindən nəzərə alınmayaraq qanunsuz qərar çıxarmışdır. Qeyd olunan əsasla ona "Dövlət qulluğundan azad edilmə" intizam tənbehinin tətbiqi "Dövlət qulluğu haqqında" Qanunun 25.2-ci maddəsinin tələbləri baxımından mütənasib addım kimi qiymətləndirilməlidir. Nəzərə alınmalıdır ki, dövlət qulluğuna qəbul edilmiş vətəndaş kimi o, vəzifəsinin icrasına başlamamışdan əvvəl "dövlət qulluğunun ona verdiyi hüquqları və üzərinə qoyduğu vəzifələri qərəzsiz, vicdanla, ancaq qanunauyğun surətdə, var gücü ilə və vətənin mənafeyi naminə həyata keçirəcəyinə" and içmiş və qulluğa qəbul olunduqdan sonra etik davranış qaydalarına riayət etmək dövlət qulluqçusu kimi onun vəzifəsi olmalıdır. Lakin onun yol verdiyi hərəkətlər həmin müddəalarla nəinki uzlaşmır, hətta tam ziddiyyət təşkil edir. Qanunvericiliyə görə İddiaçı barədə İƏDU-ə ilk Həmkarlar Təşkilatının rəyi legitimdir. Məhkəmə bunu nəzərə almamışdır. Qərar qəbul edilərkən şahid ifadələrinə hüquqi qiymət verilməməsi ön plandadır. Belə ki, Həmkarlar Təşkilatının sədri Adəm Rəhimli məhkəməyə dəvət olunmamışdır. Qeyd etmək lazımdır ki, birinci instansiya məhkəməsi iddiaçının 55 saylı, xx.xx.2021-ci il tarixli işdən azad edilmə əmrinin əsassız olduğunu sübuta yetirə bilməmişdir. Qeyd olunur ki, əmr əsassızdır. Amma bunu sübut edə bilmir. Ola bilər ki, məsələyə digər qanunvericilik normalarına nəzərən yanaşılsın. Amma "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə nəzərən məsələyə yanaşılmamış qanunsuz qərar çıxarılmışdır. Birinci instansiya məhkəməsi həm iddiaçı barəsində Cavabdeh başçısı Mərdan Camalzadə tərəfindən verilmiş 34 saylı, xx.xx.2021-ci il tarixli töhmət əmrini nəzərə almamış, həm də iddiaçının tutduğu vəzifədən azad edilməsi və onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsinə dair 55 saylı, xx.xx.2021-ci il tarixli əmrə düzgün hüquqi qiymət verməyərək qərarla əmri ləğv etmişdir. Birinci instansiya məhkəməsi iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsinə dair 55 saylı, xx.xx.2021-ci il tarixli əmrin ləğv edilməsini onunla əsaslandırmağa çalışmışdır ki, “Dövlət qulluğu haqqında” Qanunun müəyyən etdiyi qaydalara əsasən dövlət qulluqçusunun dövlət qulluğundan azad edilməsi zamanı dövlət orqanının rəhbərinin əmri ilə araşdırmanın aparılması, dövlət qulluqçusundan yazılı izahatın alınması, hətta zərurət olduqda müvafiq dövlət orqanının rəhbəri tərəfindən xidməti yoxlama təyin edilməsi mütləq olduğu halda Cavabdeh qanunun həmin tələblərinə əməl etməmiş, iddiaçı barəsində araşdırmanın aparılması barədə müvafiq əmr verməmiş, ondan izahat alınmamış nə də ki barəsində xidməti yoxlama təyin edilməmişdir. Adıçəkilən Qanunun tələblərinə görə dövlət qulluğundan azad edilmə barədə intizam tənbeh tədbirinin tətbiqinə yalnız müstəsna hallarda, yəni dövlət qulluqçusunun vəzifələrin icrası zamanı kobud və ya mütəmədi olaraq pozuntulara yol verdikdə yol verilir. Göstərilənlərlə bağlı bildirilmişdir ki, xx.xx.2021-ci il tarixdə Cavabdeh başçısının göstərişi əsasında Zərdab Rayon Yuxarı X9 Ərazi dairəsi üzrə nümayəndəliyində iddiaçının əmək fəaliyyətinin araşdırılması ilə bağlı yoxlama aparılmış və aşkar edilmiş nöqsanlar barədə xx.xx.2021-ci il tarixli akt tərtib edilmişdir. İddiaçı isə araşdırma zamanı dəvət edilməsinə baxmayaraq icra nümayəndəliyinə gəlməmiş və tələb edilməsinə baxmayaraq izahat verməmişdir. Buna görə də onun izahatını almaq mümkün olmamışdır. Yoxlamada icra nümayəndəsinin müavini Nübar Məsimova isə iştirak etmiş və tərtib olunmuş aktı imzalamışdır. Məhkəmə daha sonra göstərmişdir ki, iddiaçi İddiaçı dövlət qulluğundan azad edilməsi barədə əmrin verilməsinə əsas olmuş Zərdab RİHB Aparatının ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Ramiz Məmmədov tərəfindən Rayon İcra Hakimiyyətinin başçısı Mərdan Camalzadəyə ünvanlanmış xx.xx.2021-ci il tarixli təqdimatda göstərilən çatışmazlıqlar formal sadalanmaqla heç nə ilə əsaslandırılmamışdır. Halbuki həmin təqdimat yetərincə əsaslandırılmış və göstərilmişdir ki, Rayon İHB-nın X11 İƏD üzrə nümayəndəsi İddiaçı "Yerli icra hakimiyyətləri haqqında Əsasnamə"nin 5-ci bəndi ilə müəyyənləşdirilmiş inzibati ərazi dairələri üzrə yerli icra hakimiyyəti başçısı nümayəndələrinin vəzifə və səlahiyyətlərinin icrasına səhlənkar yanaşır. O, səlahiyyətlərinə aid olmayan işlərlə məşğul olur, bələdiyyə torpaqlarından kənd sakinlərinə qanunsuz olaraq icarəyə torpaq sahələri verir. İddiaçı Rayon icra Hakimiyyəti başçısı Aparatının işçilərinə qarşı dövlət qulluqçusunun etik davranış normalarına uyğun olmayan hərəkətlər edir, bəzi hallarda isə rəsmi iclaslarda özünü düzgün apara bilmir, çıxışlarında əsası olmayan fikirlər səsləndirməklə iclasın gedişinə maneçilik törədir. Rayon İcra Hakimiyyəti başçısının köməkçisi Səməd Cəfərov xx.xx.2021-ci il tarixdə rayon rəhbərinin tapşırığını İddiaçı çatdırarkən o, təhqiramiz sözlərlə S.Cəfərovu təhqir etmiş, ona edilmiş müraciətə baxmayaraq zor tətbiq etməklə Rayon İcra Hakimiyyətinin başçısının otağına daxil olmağa cəhd göstərmişdir. O, belə hərəkətlərə müxtəlif vaxtlarda müxtəlif yerlərdə, o cümlədən polis şöbəsində də yol vermişdir. İddiaçı Rayon İcra Hakimiyyəti başçısının nümayəndəsi kimi öz üzərinə düşən vəzifənin öhdəsindən gəlməməklə vaxtaşırı olaraq dövlət qulluqçusuna yaraşmayan hərəkətlər etməklə rayon icra hakimiyyətinin və yerli nümayəndəliyin nüfuzuna ciddi xələl gətirmişdir. Məhkəmə tərəfindən təqdimatda göstərilən faktlara qeyri-obyektiv yanaşılaraq düzgün hüquqi qiymət verilməmişdir. Cavabdeh tərəfindən qanunvericiliyin tələblərinə uyğun oluraq əvvəlcədən həmkarlar təşkilatına təqdimat verilmiş və iddiaçının əmək müqaviləsinə xitam verilməsinə Həmkarlar Təşkilatının qabaqcadan razılığı alınmış, həmin müraciət və razılığa dair sənədlər sonradan arxa tarixə tərtib edilməmişdir. RİHB-nın kənd İƏD üzrə nümayəndəliklərinin ilk həmkarlar təşkilatının iclası keçirilmiş şahid kimi məhkəmədə iştirak edən şəxslər iclasda çıxışlar etmişlər. Lakin məhkəmə şahidlərin çıxışlarını sübut kimi qəbul etməmiş və həmkarlar təşkilatının sədri Adəm Rəhimlini şahid qismində dindirməyərək qanunsuz qərar çıxarmışdır. Lakin RİHB-nın kənd İƏD üzrə nümayəndəliklərinin ilk həmkarlar təşkilatının xx.xx.2021-ci il tarixli iclasının protokolunu məhkəməyə təqdim etmələrinə baxmayaraq, məhkəmə həmin protokoldakı iddiaçının qanunsuz hərəkətlərini göstərən çıxışları nəzərə almamışdır. İddiaçının qanunsuz hərəkətləri xx.xx.2021-ci il tarixdə aşkar edilmiş pozuntulardan da əvvəl mövcud olmuş və İcra Hakimiyyətinin başçısı Həmkarlar Təşkilatına xx.xx.2021-ci il tarixli müraciəti həmin pozuntularla bağlı olmuşdur. Lakin elə həmin protokoldan da görünür ki, iclasda həmkarlar təşkilatının 101 üzvündən 86 nəfəri iştirak etmişdir, çıxış etmək isə üzvlərin hüququdur, vəzifəsi deyildir. Həmçinin, həmkarlar təşkilatının iclasında iştirak etmək üçün iddiaçı telefon vasitəsi ilə dəvət edilsə də o, iclasda iştirak etməkdən imtina etmişdir. Göstərilənlərdən başqa bildirilmişdir ki, Şahid1 birinci instansiya məhkəməsinə ünvanladığı xx.xx.2021-ci il tarixli yazılı izahatında xx.xx.2021-ci il tarixli akta imza etsə də, yoxlamanın Nicat Umudov tərəfindən xx.xx.2021-ci il tarixdə aparıldığını və aktı imzalayan digər şəxslərin (Ramiz Məmmədov, Vasif Məhəmmədov və Əli Əliyevin) orada olmadığını qeyd etmişdir. Lakin Şahid1 notariusda təsdiq edilmiş yeni izahatında yoxlamanın xx.xx.2021-ci il tarixdə keçirildiyini, aktı imzalayan bütün şəxslərin orada olduğunu, xəstə olduğu üçün səhvini düzəltmək üçün məhkəmə iclasına gedə bilmədiyini göstərmişdir. Beləliklə, birinci instansiya məhkəməsi qanunvericiliyin normalarını pozmaqla qanunsuz və əsassız qərar çıxarmışdır. b) Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri İddiaçı tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz Məhkəməyə təqdim olunmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya baxışının məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətinin dəlillərinə uyğun izahat vermişdir. Apellyasiya baxışının məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin məzmununa uyğun izahat vermişdir. Tətbiq edilən hüquq “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 18. Dövlət qulluqçusunun əsas vəzifələri 18.0. Dövlət qulluqçuları vəzifədə olaraq aşağıdakıları etməlidirlər: 18.0.1. qanunvericiliyi və dövlət orqanlarının qəbul etdikləri başqa normativ hüquqi aktları həyata keçirməli; 18.0.2. rəhbərlərin öz səlahiyyəti hüdudunda verdikləri əmrləri, sərəncamları və göstərişləri yerinə yetirməli; 18.0.3. dövlət orqanında müəyyən edilmiş qulluq reqlamentinə riayət etməli; 18.0.4. başqa dövlət qulluqçularının işini çətinləşdirən, yaxud qulluq keçdiyi dövlət orqanının nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verməməli; 18.0.5. vətəndaşların, müəssisə, idarə və təşkilatların müraciətlərinə vaxtında baxmalı və öz səlahiyyətləri hüdudunda onları qərəzsiz həll etməli; 18.0.6. lazım gəldikdə öz ixtisası hüdudunda rəhbərin göstərişi ilə əlavə iş görməli; 18.0.7. dövlət sirrini və qanunla mühafizə edilən digər sirri həmişə, o cümlədən dövlət qulluğuna xitam verildikdən sonra da saxlamalı; 18.0.8. vəzifə borcunun yerinə yetirilməsi vaxtı daxil olan və vətəndaşların şəxsi və ailə həyatı, şərəfi və ləyaqəti ilə bağlı məlumatları gizli saxlamalı və qanunla nəzərdə tutulmuş hallar istisna edilməklə, belə məlumatların verilməsini tələb etməməli; 18.0.9. qulluq keçdiyi orqanın rəhbərinə hər il öz gəlirləri və əmlak vəziyyəti haqqında maliyyə hesabatı verməli, orada əlavə gəlirlərin mənbəyini, növünü və məbləğini göstərməli; 18.0.10. qanunvericilikdə müəyyən edilmiş hallarda və qaydada müvəqqəti olaraq başqa yaşayış yerinə keçməli, başqa yerdə qulluq keçməli və ya başqa vəzifələri icra etməli; 18.0.11. qanunvericilikdə müəyyən edilmiş hallarda və qaydada öz fiziki və əqli qabiliyyətinin və ya tapşırılan funksiyaların icrasına yararlı olmasının müəyyən edilməsi üçün tibbi komissiyalarda müayinə keçməli; 18.0.12. etik davranış qaydalarına əməl etməlidir. Maddə 20. Dövlət qulluğu ilə əlaqədar məhdudiyyətlər 20.1. Dövlət qulluqçusunun aşağıdakılara ixtiyarı yoxdur: 20.1.1. dövlət orqanlarında əlavə ödənişli (əmək qanunvericiliyində nəzərdə tutulmuş qaydada müvəqqəti əvəz edilməsi halları istisna olmaqla), heç bir seçkili və ya təyinatlı vəzifə tutmağa; 20.1.2. elmi və yaradıcılıq fəaliyyəti istisna olmaqla, qulluq keçdiyi dövlət orqanı rəhbərinin icazəsi olmadan pedaqoji və başqa ödənişli fəaliyyətlə məşğul olmağa; 20.1.3. dövlət orqanının və ya yerli özünüidarə orqanının işləri üzrə üçüncü şəxslərin vəkili olmağa; 20.1.4. dövlət qulluğuna xitam verildikdən sonra Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş müddət ərzində öz qulluq fəaliyyətinə aid olan və dövlət sirri və ya qanunla mühafizə edilən digər sirr olan məsələlər barədə informasiyadan üçüncü şəxslərin xeyrinə istifadə etməyə; 20.1.5. qulluq keçdiyi dövlət orqanı rəhbərinə bildirmədən xarici ölkənin vəsaiti hesabına oraya getməyə; 20.1.6. qulluq vəzifələrini icra etdiyi dövrdə siyasi partiyaların fəaliyyətində iştirak etməyə; 20.1.7. tətillərdə və dövlət orqanlarının işini pozan digər hərəkətlərdə iştirak etməyə; 20.1.8. dini təbliğ etmək üçün dövlət qulluqçusunun statusundan istifadə etməyə və dövlət orqanlarının tabeliyindəki obyektlərdə dini mərasimlərin keçirilməsinə rəsmi xarakter verməyə. 20.2. Seçki komissiyasının həlledici səs hüquqlu üzvü dövlət qulluğunda ola bilməz. 20.3. Dövlət qulluqçusu bu maddənin tələblərinə zidd hərəkət etdikdə, əgər qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, xəbərdarlıq aldıqdan sonra otuz gün ərzində o, dövlət qulluğuna, yoxsa başqa fəaliyyətə üstünlük verdiyini özü üçün müəyyən edərək gəldiyi qərar barəsində qulluq keçdiyi dövlət orqanının rəhbərinə məlumat verməlidir. Maddə 25. Dövlət qulluqçusunun məsuliyyəti 25.1. Dövlət qulluqçusuna həvalə olunmuş vəzifələrin yerinə yetirilməməsi və ya lazımi şəkildə yerinə yetirilməməsi, habelə bu Qanunla müəyyən edilmiş məhdudiyyətlərə əməl olunmaması, qanunda başqa qayda nəzərdə tutulmayıbsa, intizam məsuliyyətinə səbəb olur. 25.2. Dövlət qulluqçusu bu Qanunun 18-ci, 20-ci və ya 25.11-ci maddələrində nəzərdə tutulmuş tələbləri pozduqda, onun barəsində aşağıdakı intizam tənbeh tədbirlərindən biri tətbiq edilə bilər: ... 25.2.6. dövlət qulluğundan azad edilməsi. 25.3. Bu Qanunun 25.2-ci maddəsinə uyğun olaraq intizam tənbehinin tətbiqinə əsaslar olduqda, müvafiq dövlət orqanı rəhbərinin əmri ilə araşdırma aparılır, dövlət qulluqçusundan yazılı izahat alınır. Zərurət olduqda, müvafiq dövlət orqanının rəhbəri xidməti yoxlama təyin edir. Dövlət qulluqçusunun yazılı izahat verməkdən imtina etməsi rəsmiləşdirilir və bu, intizam tənbehinin tətbiqinə mane olmur. 25.4. Xidməti yoxlamanın aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 25.5. Dövlət qulluqçularına intizam tənbehi bu Qanunun 25.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. Dövlət qulluqçusunun məzuniyyətdə, ezamiyyətdə olduğu, əmək qabiliyyətini müvəqqəti itirdiyi, habelə barəsində xidməti yoxlama və ya cinayət işinin istintaqı aparıldığı vaxt həmin müddətə daxil edilmir. 25.6. Bu Qanunun 25.2.6-cı maddəsində nəzərdə tutulmuş intizam tənbeh tədbiri vəzifələrin icrası zamanı kobud və ya mütəmadi olaraq pozuntulara yol verildikdə və ya bu Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş məhdudiyyətlərə əməl edilmədikdə tətbiq oluna bilər. 25.7. Bu Qanunun 25.2.1-25.2.6-cı maddələrində nəzərdə tutulmuş intizam tənbeh tədbirləri dövlət qulluqçusunun qulluq keçdiyi dövlət orqanının rəhbəri tərəfindən, 25.2.1-ci maddəsində nəzərdə tutulmuş intizam tənbeh tədbiri isə, habelə dövlət qulluqçusunun qulluq keçdiyi dövlət orqanının rəhbəri tərəfindən səlahiyyət verilmiş vəzifəli şəxs (şəxslər) tərəfindən tətbiq oluna bilər. Maddə 33. Dövlət qulluğuna xitam verilməsi 33.1. Dövlət qulluğuna aşağıdakı əsaslarla xitam verilə bilər: ... 33.1.6. Bu Qanunun 25.2.6-cı maddəsinə uyğun olaraq dövlət qulluğundan azad edildikdə; Maddə 34. Dövlət qulluğu keçmənin digər məsələləri Bu Qanunda və ona uyğun qəbul edilmiş qanunvericilik aktlarında tənzimlənməyən dövlət qulluğu keçmə ilə bağlı digər məsələlər Azərbaycan Respublikasının əmək qanunvericiliyi ilə tənzimlənir. Azərbaycan Respublikasının Əmək Məcəlləsi Maddə 5. Bu Məcəllənin tətbiq edildiyi digər iş yerləri və qulluqçular
1. Azərbaycan Respublikasının xarici dövlətlərlə, beynəlxalq təşkilatlarla bağladığı müqavilələrində başqa hal nəzərdə tutulmayıbsa, bu Məcəllə müvafiq xarici dövlətlərin, onların fiziki və hüquqi şəxslərinin, beynəlxalq təşkilatların, eləcə də vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təsis etdikləri və qanunvericilikdə nəzərdə tutulmuş qaydada dövlət qeydiyyatına alınıb, fəaliyyət göstərən iş yerlərində heç bir şərt qoyulmadan tətbiq edilir.
2. Bu Məcəllə dövlət qulluqçularına, habelə prokurorluq, polis və digər hüquqmühafizə orqanlarının qulluqçularına onların hüquqi statusunu tənzimləyən normativ hüquqi aktlarla müəyyən olunmuş xüsusiyyətlər nəzərə alınmaqla şamil edilir. Bu normativ hüquqi aktlarda həmin qulluqçuların əmək, sosial və iqtisadi hüquqları bütünlüklə əhatə olunmayıbsa, bu Məcəllədə nəzərdə tutulmuş müvafiq normalar onlara tətbiq edilir. Maddə 70. İşəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasları Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: ... ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; Maddə 71. Əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilərkən görülən tədbirlər
1. İşçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür.
2. Bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun.
3. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır.
Maddə 72. Əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilən hallar Aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzrlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; b) alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması; c) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; ç) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması; d) qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi; e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; f) iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi.
Maddə 80. Əmək müqaviləsinin işəgötürən tərəfindən ləğvi zamanı razılaşmalar
1. Bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir.
2. Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir.
3. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş hallar istisna olunmaqla qalan hallarda əmək müqaviləsi işəgötürənin təşəbbüsü ilə ləğv edilərkən həmkarlar ittifaqları təşkilatının qabaqcadan razılığının alınması tələb olunmur.
Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi
Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58. Sübutların araşdırılması qaydası ... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.
Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati kollegiyasına şikayət verilə bilər. Maddə 90.2. Apellyasiya instansiyası məhkəməsində mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
Məhkəmə hesab edir ki, birinci instansiyası məhkəməsi mübahisə ilə bağlı düzgün hüquqi nəticəyə gəlmişdir. Belə ki, mübahisələndirilən əmrin hüquqi əsası kimi “Dövlət qulluğu haqqında” Qanunun 33.1.6-cı maddəsinə istinad etmişdir. Həmin normaya görə, dövlət qulluqçusu “Dövlət qulluğu haqqında” Qanunun 25.2.6-cı maddəsinə uyğun olaraq dövlət qulluğundan azad edildikdə onun dövlət qulluğuna xitam verilə bilər. Beləliklə, əmrin hüquqi əsası kimi istinad edilən 33.1.6-cı maddənin tətbiqi üçün Qanunun 25.2.6-cı maddəsində nəzərdə tutulan şərt (dövlət qulluğundan azad edilmə) baş verməlidir. 25.2.6-cı maddə isə yalnız Qanunun 25.6-cı maddəsində nəzərdə tutulan hallardan (vəzifələrin icrası zamanı kobud və ya mütəmadi olaraq pozuntulara yol verildikdə və ya bu Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş məhdudiyyətlərə əməl edilmədikdə) ən azı biri mövcud olduqda tətbiq oluna bilər. Göründüyü kimi, iddiaçıya verilən iki töhmət arasında iki ildən çox vaxt olmasına baxmayaraq, cavabdeh iddiaçının əməlində kobud pozuntunun mütəmadiliyini (davamlı olaraq baş verdiyini) sübut edə bilməmişdir. “Dövlət qulluğu haqqında” Qanunun 20-ci maddəsinə gəldikdə, həmin normada dövlət qulluqçusu barəsində məhdudiyyətlərdən bəhs olunur və cavabdehin mübahisələndirilən əmrində “Dövlət qulluğu haqqında” Qanunun 20-ci maddəsinin tələblərinin iddiaçı tərəfindən pozulduğuna istinad yoxdur. Bundan başqa, “Dövlət qulluğu haqqında” Qanunun 25.3-cü maddəsinə əsasən, bu Qanunun 25.2-ci maddəsinə uyğun olaraq intizam tənbehinin tətbiqinə əsaslar olduqda, müvafiq dövlət orqanı rəhbərinin əmri ilə araşdırma aparılır, dövlət qulluqçusundan yazılı izahat alınır. Zərurət olduqda, müvafiq dövlət orqanının rəhbəri xidməti yoxlama təyin edir. Dövlət qulluqçusunun yazılı izahat verməkdən imtina etməsi rəsmiləşdirilir və bu, intizam tənbehinin tətbiqinə mane olmur. Həmin Qanunun 25.4-cü maddəsinə əsasən, xidməti yoxlamanın aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İddiaçı barəsində inzibati orqan tərəfindən, ümumiyyətlə, araşdırmanın (xidməti yoxlamanın) aparıldığı məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Əmrin faktiki əsası kimi Cavabdeh başçısı Aparatının ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri X3 cavabdehə təqdim etdiyi xx.xx.2021-ci il tarixli təqdimat göstərilmiş, lakin mübahisələndirilən inzibati akt əsaslandırılmamışdır. Əmrdə istinad edilən təqdimatda iddiaçının vəzifə və səlahiyyətlərinin icrasına səhlənkar yanaşması, icra hakimiyyəti başçısının əmr və sərəncamları ilə bağlı heç bir fəaliyyət göstərməməsi, perspektiv iş planın formal xarakter daşıması, ərazidə işin bu plana uyğun qurulmaması, nümayəndəlikdə kargüzarlıq işlərinin mövcud təlimatların tələblərinə uyğun qurulmaması, vətəndaşların qəbulunun həyata keçirilməməsi, əmək intizamına əməl olunmaması və s. kimi ümumi qənaət göstərilmiş, qeyd edilən halların baş verməsi ilə bağlı nə təqdimatda, nə də mübahisələndirilən əmrdə heç bir əsaslandırma aparılmamışdır. Halbuki, Əmək Məcəlləsinin 71-ci maddəsinin tələbinə görə, işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Göstərilənlərə əsasən Məhkəmə hesab edir ki, iddiaçının tələbinin təmin olunmasını zəruri edən şərtlərin mövcudluğu sübut olunur, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, birinci instansiyası məhkəməsinin 29 aprel 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə
QƏRARA ALDİ:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 2-1(116)-302/2022 nömrəli iş üzrə qəbul etdiyi 29 aprel 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, onun tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14) kassasiya şikayəti verilə bilər.