Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-438/2020 30.11.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik еdən və məruzəçi),Məlikov Vəzirxan İsgəndər oglu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, Tağıyev Babək Vaqif oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı X32rşı "Mingəçevir Bələdiyyəsinin xx.xx.2003-cü il tarixli 43/2 nömrəli qərarı ilə ona ayrılmış 0,07 ha torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq plan-ölçü sənədinin və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin xx xxxxxxxx 2020ci il tarixli 2-1(116)-986/2020 nömrəli qərarından İddiaçı oglu tərəfindən verilmiş аpelyаsiyа şikаyətinə аçıq şifahi məhkəmə iclаsındа baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı xx.xx.2003-cü il tarixli ərizə ilə Mingəçevir Bələdiyyəsinə müraciət edərək, atası X2 yaşadığı və istifadəsində olan 30 ha həyətyanı sahədən 1950-ci ildən istifadə etdiyini, özünün ailəli olduğunu və bir övladının olduğunu, yaşadığı mənzilin onlar üçün darısqallıq etdiyini bildirmiş və atasının razılığına əsasən mənzil şəraitini yaxşılaşdırmaq üçün istifadələrində olan həmin həyətyanı sahənin bir hissəsinin, yəni 700 kv.m-ninona fərdi mənzil tikintisi üçün sənədləşdirilməsini xahiş etmişdir.İddiaçının atası Mingəçevir şəhəri R.Məmmədov küçəsi 8 nömrəli evdəyaşayan X9 xx.xx.2003-cü il tarixli ərizə iləMingəçevir Bələdiyyəsinə müraciət edərək, 1950-ci illərdən Mingəçevir şəhərində məskunlaşdığını, həmin illərdən hal-hazırda yaşadığı və istifadəetdiyi 30 ha torpaq sahəsindən istifadə etdiyini, övladlarının böyüyüb, ailəqurmalarını, mənzil şəraitinin hamısının bir yerdə yaşamasına imkan vermədiyini, odur ki, hal-hazırda ailəsinin istifadəsində olan 30 ha torpaqsahəsindən oğlu İddiaçı fərdi mənzil tikintisi üçün həminsahədən 700 kv.m torpaq sahəsi ayrılmasına etiraz etmədiyini bildirmişdir.X8 iqtisadi inkişaf məsələləri daimi komissiyası Bələdiyyə sədrinin adına xx.xx.2003-cü il tarixli rəy verərək bildirmişdir ki, ərizələrdə qeyd olunan sahəyə baxış keçirildi və müəyyən olundu ki, İddiaçı atası X9 uzun illərdir ki, həmin ərazidən həyətyanı sahə kimi istifadə edir, 1 nömrəli MİS-dən alınan arayışa əsasən, həmin ünvanda 20 nəfər qeydiyyatdadır, mənzil şəraitini yaxşılaşdırmaq üçün İddiaçı atasının uzun illərdən bəri istifadə etdiyi həyətyanı sahəsindən mənzil tikintisi üçün 700 kv.m torpaq sahəsi ayrılmasına şərait olduğu müəyyənləşdirildi, komissiya göstərilən torpaq sahəsinin ayrılmasını məqsədə uyğun hesab edir.Mingəçevir Şəhər İcra Hakimiyyətinin Memarlıq və tikinti şöbəsiMingəçevir Bələdiyyəsinə xx.xx.2003-cü il tarixli 57 nömrəli məktub verərək bildirmişdir ki, R.Məmmədov küçəsi 8 nömrəli evdə yaşayan İddiaçı fərdi mənzil tikintisi üçün atası X2 razılıq ərizəsinə əsasən, uzun illər istifadəsində olan həyətyanı ərazisindən (R.Məmmədov küçəsi 8-dən) 700 kv.m torpaq sahəsi ayrılmasına həmin şöbə etiraz etmir.Eyni zamanda, Mingəçevir şəhərinin baş memarı tərəfindən"İddiaçı fərdi yaşayış evi və həyətyanı sahə üçünayrılmış torpaq sahəsinin cizgisi" tərtib edilmişdir.Bundan sonra Mingəçevir Bələdiyyəsinin xx.xx.2003-cü il tarixli qərarına əsasən, R.Məmmədov küçəsi 8-də yaşayan X2 həyətyanı torpaq sahəsi kimi istifadəsində olan 0,30 ha torpaq sahəsindən onun razılığına əsasən, fərdi mənzil tikintisi üçün oğlu İddiaçı istifadəsinə 0,07 ha (700 kv.m) torpaq sahəsi ayrılması qərara alınmış, İddiaçı bildirilmişdir ki, torpağın mülkiyyətə verilməsi barədə şəhadətnamə aldıqdan və müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçdikdən sonra onun ayrılmış torpaq sahəsi üzərində mülkiyyət hüququ yaranır. İddiaçı cavabdehə ərizə ilə müraciətedərək, Mİngəçevir şəhəri R.Məmmədov küçəsində yerləşən 0,07 ha torpaqsahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışınverilməsini xahiş etmiş, lakin sonuncu xx.xx.2020-ci il tarixli məktubla bundan imtina edərək bildirmişdir ki, qanunvericiliklə müəyyən olunmuş qaydada və sənədlər əlavə edilməklə ərizə ilə müraciət edəcəyi təqdirdə torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi məsələsinə baxıla bilər. Bundan sonra iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. O, iddianı belə əsaslandırmışdır ki, Mingəçevir Bələdiyyəsininxx.xx.2003-cü il tarixli qərarına əsasən, X1 həyətyanı torpaq sahəsi kimi istifadəsində olan 0,30 ha torpaqsahəsindən onun razılığına əsasən, fərdi mənzil tikintisi üçün 0,07 ha torpaqsahəsi ayrılması qərara alınmışdır. Həmin vaxtdan 0,07 ha torpaq sahəsi onun istifadəsindədir. Həmin torpaq sahəsinin 4 tərəfi hasardır. Cavabdeh məhkəməyə göndərdiyi xx.xx.2020-ci il tarixli məktubunda bildirmişdir ki, iddiaçının istifadəsinə verilmiş 0,07 ha torpaq sahəsi (faktiki 0,0820 ha) JN-1395A nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"də bələdiyyə mülkiyyətinə aid olan zəbt torpaq sahəsi kimi əks olunmuş, eyni zamanda, 22888 inventar nömrəli fərdi yaşayış evinin texniki pasportunda bələdiyyə mülkiyyəti kimi göstərilmişdir. Həmin torpaq sahəsi üzərində heç bir subyektin hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. Üçüncü şəxs Mingəçevir Bələdiyyəsi xx.xx.2020-ci il tarixli məktubunda bildirmişdir ki, iddiaçının istifadəsinə ayrılmış 0,07 ha torpaq sahəsi Mingəçevir Bələdiyyəsinin mülkiyyətindədir. İddiaçı həmin torpaq sahəsinə mülkiyyət sənədi almaq istəyirsə, o, bələdiyyəyə ərizə ilə müraciət edərək alqı-satqı yolu ilə torpağa mülkiyyət sənədi ala bilər.Üçüncü şəxs Mingəçevir Bələdiyyəsi xx.xx.2020-ci il tarixli digər məktubunda bildirmişdir ki, iddiaçı istifadəsində olan 0,07 ha torpaq sahəsinə mülkiyyət sənədi almaq üçün Mingəçevir Bələdiyyəsinə torpağın miqdarınadair nəzərdə tutulmuş ödəniş etməlidir. Həmin 0,07 ha torpaq sahəsinin dəyər iiddiaçı tərəfindən Bələdiyyəyə ödənilməmişdir. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur: Şəki İnzibati xx xxxxxxxx 2020-ci il tarixli 2-1(116)-986 /2020 nömrəli qərarı ilə (hakim Vidadi Qasımov) İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı X32rşı "Mingəçevir Bələdiyyəsinin xx.xx.2003-cü il tarixli 43/2 nömrəli qərarı ilə onaayrılmış 0,07 ha torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq plan-ölçü sənədinin və çıxarışın verilməsi öhdəliyinincavabdehin üzərinə qoyulması" tələbinə dair iddiası təmin edilməmişdir. İddiaçı həmin qərardan apelyasiya şikayəti vermişdir. Apellyаsiyа şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Mingəçevir Bələdiyyəsinin xx xxxxxxxx 2003-cü il tarixli, 43/2 saylı qərarına əsasən mənə ayrılmış 0,07 ha torpaq sahəsi işin mübahisələndirilməyən halıdır. İşin mübahisələndirilən halı həmin torpaq sahəsinin dəyərinin bələdiyyəyə ödənilibödənilməməsidir. İkinci halda sual yaranır ki, əgər həmin torpaq sahəsi ilə bağlı hər hansı ödəniş edilməmişdirsə bələdiyyə hansı maraqları güdürdü ki, 0,07 ha torpaq sahəsinin mənə ayrılması barədə qərar qəbul edirdi. Bundan əlavə sözügedən torpaq sahəsi atamın istifadəsində olan 0,30 ha torpaq sahəsinin daxilində olan torpaq sahəsi olmuşdur. Həmin torpaq sahəsi X26 İcraiyyə Komitəsinin qərarı əsasında atama ayrılmışdır. Məhkəmə bir halı araşdırmalı idi ki, həmin torpaq sahəsi bələdiyyələr yaranmazdan əvvəl mərhum atama ayrılıb verilmişdir. “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşması qaydaları haqqında” Əsasnamənin 17-18-ci bəndlərinə əsasən bələdiyyə hüquqi və fiziki şəxsin müraciətində göstərilmiş yerdə torpaq sahəsinin ayrılmasını məqsədəuyğun hesab etdiyi halda 5 gün müddətində müraciətdən çıxarışı torpaq sahəsinin planını (cizgisini) hazırlamaq üçün müvafiq icra hakimiyyəti orqanına göndərir. Müvafiq icra hakimiyyəti orqanı 10 gün müddətində bələdiyyənin və ərizəçinin iştirakı ilə ayrılması nəzərdə tutulan torpaq sahəsinin yerini, habelə torpaq sahəsinin yerləşdiyi zonanı (torpaq sahəsinin normativ qiymətini müəyyən etmək üçün) dəqiqləşdirir. Həmin Əsasnamənin 22-ci bəndinə əsasən, bələdiyyə müvafiq icra hakimiyyəti orqanından daxil olmuş sənədlərə baxaraq 5 gün müddətində torpaq sahəsinin mülkiyyətə, istifadəyə və ya icarəyə ayrılması barədə (torpaq sahəsi mülkiyyətə verildiyi halda dəyəri ödənildikdən sonra) qərar qəbul edir. Əsasnamədən görünür ki, torpaq sahəsinin dəyəri ödənildikdən sonra bələdiyyə qərar qəbul edir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən,məhkəmənin həqiqətə nail olması üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi və bununla da qəbul edilən məhkəmə aktlarının qanunilik və əsaslılıq meyarlarına cavab vermədiyindən ədalətli olmasını şübhə altına alır. (Konstitusiya Məhkəməsi Plenumunun F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar 2008-ci il 30 dekabr tarixli, X.Xəlilovun şikayəti üzrə 2009-cu il 16 yanvar tarixli, N.Manafovun şikayəti üzrə 2009-cu il 13 iyul tarixli Qərarları). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun“N.Manafovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxxxxx 2008-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx xxxx 2009-cu il tarixli Qərarında bildirilir ki, məhkəməməsələnin zahiri mənzərəsini adlayaraq dərinə nəzər salmalı və şikayət edilənvəziyyətin reallıqlarını araşdırmalıdır. Hazırki mübahisədən görünür ki, işə baxan birinci instansiya məhkəməsi işin şikayət edilən vəziyyətin reallıqlarını araşdırmamış qərar qəbul etmişdir. xx.xx.1999-cu il tarixli 695-İQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 55-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslərin torpaq üzərində hüquqlarının yaranma əsasları: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər, məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü, vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollardır. Təkrar olaraq qeyd etmişdir ki, Mingəçevir Bələdiyəsinin xx xxxxxxxx 2003-cü il tarixli, 43/2 saylı qərarı qüvvədədir. Müvafiq orqanlardan alınmış sübutlara əsasən bildirirəm ki, mənə məxus 0,07 ha torpaq sahəsi heç bir torpaq sahəsi ilə üst-üstə düşmür. Mingəçevir Şəhər İcra Hakimiyyətinin Memarlıq və tikinti şöbəsi, Mingəçevir Bələdiyyəsinə məktub göndərərək 700m2 torpaq sahəsinin mənə ayrılmasına etiraz etmədiyini bildirmişdir. Bundan əlavə 700 m2 torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdeh orqan imtinasında qəbzin olmamasını əsas gətirməmiş və ümumiyyətlə imtina pul qəbzinə görə verilməmişdir. İşə baxan məhkəmə işin əslini kənara qoyaraq, mübahisəyə aid olmayan məsələləri araşdırmış, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş və qanunun tələblərinə zidd qərar qəbul etmişdir. Qeyd edilənlərə əsasən Şəki İnzibati Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2-1(116)-986/2020 nömrəli qərarının ləğv edilməsini, iddia tələblərinin tam təmin olunmasına dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apelyasiya şikayətinə uyğun izahat verərək apelyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak edən cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı X47 nümayəndəsi X16 apelyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı X47 və 3-cü şəxs Mingəcevir şəhər Bələdiyyəsi öz nümayəndələrinin ştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 62.3-cü maddəsinə əsas tutaraq digər tərəflərin iştirakı olmadan hazırkı işə baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi İddiaçının apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayəti mümkündür, əsaslıdır, ona görə də apellyasiya şikayəti uğurlu olacaqdır. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir. Hazırkı işdə iddianın mümkünlüyünə dair digər şərtlər də mövcuddur. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmazdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş, yazılı formada imtina cavabı aldıqdan sonra vaxtında məhkəməyə iddia vermişdir (İPM-in 38.2-ci maddəsi). Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə sorğular əsasında toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İddiaçının tələbi 0,07 ha torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq plan-ölçü sənədinin və reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir. İddiaçı həmin tələbini göstərilən torpaq sahəsinin Mingəçevir Bələdiyyəsi tərəfindən ona satılması ilə əsaslandırır. Cavabdeh xx.xx.2020-ci il tarixli məktubla imtina edərək bildirmişdir ki,“ Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanununun 10-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı üçün sənədlərin təqdim edildikdən sonra torpaq sahəsinə dair dövlət reyestrindən çıxarışın və plan ölcünün verilməsinə baxıla bilər. İşə əlavə edilmiş və kollegiyanın iclasında tədqiq edilmiş: - Mingəçevir Bələdiyyəsinin xx.xx.2003-cü il tarixli qərarı ilə X2 həyətyanı torpaq sahəsi kimi istifadəsində olan 0,30 ha torpaq sahəsindən onun razılığına əsasən, fərdi mənzil tikintisi üçün 0,07 ha torpaq sahəsi İddiaçı istifadəsinə ayrılmışdır. - JN-1395D kod 90200002 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"dən görünür ki, Mingəçevir Şəhər İcra Hakimiyyətinin xx.xx.2004-cü il tarixli 293 nömrəli qərarına əsasən, Mingəçevir şəhərində yerləşən 0,25 ha torpaq sahəsi X9, X22, X11, X5, X6, X4, X7, X3, İddiaçı,X17, X23, Məmmədov Rövşən Yusif oğlu, X29, X36, X37, X10, X12, X42, X48, X13 mülkiyyətinə verilmişdir. - xx.xx.2020-ci il tarixli məktubundan görünür ki,iddiaçının istifadəsinə verilmiş 0,07 ha torpaq sahəsi həm JN-1395A nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"də, həm də 22888 inventar nömrəli fərdi yaşayış evinin texniki pasportunda bələdiyyə mülkiyyəti kimi göstərilmiş və həmin torpaq sahəsi üzərində heç bir subyektin hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. Bundan başqa, sözügedən 0,07 ha torpaq sahəsi X9 və onun ailə üzvlərinin (19 nəfər) adlarına tərtib olunmuş JN-1395A nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"də göstərilən mülkiyyətə verilmiş 0,25 ha həyətyanı torpaq sahəsinə aid deyildir və şəhadətnamədə bələdiyyəyə mülkiyyətinə aid olan zəbt torpaq sahəsi kimi əks olunmuşdur. Məhkəmə kollegiyasının iclasında müəyyən olundu ki, Mingəçevir Şəhər İcra Hakimiyyətinin xx.xx.2004-cü iltarixli 293 nömrəli qərarına əsasən, Mingəçevir şəhərində yerləşən 0,25 ha həyətyanı torpaq sahəsi X9, X22, X11, X5, X6, X4, X7, X3, İddiaçı, X17, X23, Məmmədov Rövşən Yusif oğlu, X29, X36, X37, X10, X12, X42, X48, X13 mülkiyyətinə verilmiş və onların adına JN-1395D kod 90200002 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə" verilmişdir. Bundan sonra Şəki İnzibati- İqtisadi Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2014-cü il tarixli qərarına əsasən, JN-1395D kod 90200002 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə" X22, X11, X5, X6, X4, X7, X3, İddiaçı, X17, X23, Məmmədov Rövşən Yusif oğlu, X29, X36, X37, X10, X12, X42, X24, X43 münasibətdə ləğv edilmişdir. Həmin qərarla müəyyən edilmişdir ki, qeyd olunan 0,25 ha həyətyanı torpaq sahəsi Mingəçevir Şəhər İcra Hakimiyyətinin xx.xx.2004-cü il tarixli 293 nömrəli sərəncamı ilə yalnız X2 adına rəsmiləşdirildiyinə görə sadalanan digər şəxslərin adlarının şəhadətnaməyə daxil edilməsinin hüquqi əsası olmamışdır. İnzibati iş üzrə 3-cü şəxs Mingəçevir Bələdiyyəsinin xx.xx.2003-cü il tarixli qərarı ilə X2 həyətyanı torpaq sahəsi kimi istifadəsində olan 0,30 ha torpaq sahəsindən onun razılığına əsasən, fərdi mənzil tikintisi üçün 0,07 ha torpaq sahəsi İddiaçı istifadəsinə ayrılmışdır. Cavabdehə sorğu edilərək alınmış xx.xx.2020-ci il tarixli arayışdan,eləcə də ona əlavə edilmiş sxemdən, həmçinin X2 adına olan **********03-10301 nömrəli "Fərdi yaşayış evinin texniki pasport"undan müəyyən edildi ki, İddiaçı iddia ərizəsində göstərilən 0,07 ha torpaq sahəsi JN-1395D kod 90200002 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə" ilə X2 mülkiyyətinə verilmiş 0,25 ha torpaq sahəsi ilə qonşu olsa da, üst-üstə düşmür və Mingəçevir Bələdiyyəsinin mülkiyyətindədir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etməməklə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, Mingəçevir Bələdiyyəsi 0,07 ha torpaq sahəsinin İddiaçı ayrılması barədə qərar versə də, iddiaçı həmin torpaq sahəsinin dəyərini Bələdiyyəyə ödəmədiyinə görə, faktiki olaraq alqı-satqı başa çatdırılmamış və torpaq sahəsinə iddiaçının mülkiyyət hüququ yaranmamışdır. Belə olan halda isə, iddiaçı həmin torpaq sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınmasını tələb etməkdə haqlı deyildir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən gəldiyi nəticə ilə razılaşmır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, kollegiyanın iclasında İddiaçı izahatında bildirmişdir ki,həmin zaman bələdiyyə sədrinin göstərişi ilə torpaq sahəsinin dəyərini 12000 dollar ona verdiyini,iddiaçının istifadəsində olan 0,07 ha torpaq sahəsi Mingəçevir Bələdiyyəsinin xx.xx.2003-cü il tarixli qərarı ilə ona ayrılmışdır. Bələdiyyənin sədri tərəfindən dövlət qeydiyyatından keçdikdən sonra ayrılmış torpaq sahəsi üzərində mülkiyyət hüququ yaranması barədə ona izah etmişdir. Bundan başqa, torpaq sahəsini dövlət qeydiyyatına alınması üçün torpaq sahəsinə aid olan sənədlər cavabdeh orqana təqdim etmişdir, lakin cavabdeh tərəfindən sənədlərin təqdim etmədiyimə görə torpaq sahəsini qeydiyyata alınması ilə baglı məsələsinə baxmaq dan imtina etmişdir. Məhkəmə kollegiyası öncə torpaq sahəsinin dəyərini ödənilməsi ilə baglı qeyd edir ki, həm Mingəçevir Bələdiyyəsinin xx xxxxxxxx 2003-cü il tarixli qərarında, həm də Mingəçevir şəhər Bələdiyyəsinin xx xxxxxx 2020-ci il tarixli məktubunda qeyd edilmişdir ki, X18 bildirilsin ki, torpağın mülkiyyətə verilməsi barədə şəhadətnamə aldıqdan və müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçdikdən sonra onun ayrılmaş torpaq sahəsi üzərində hüququ yaranır. Göründüyü kimi, Mingəçevir Bələdiyyəsinin torpaq sahəsinin ayrılması barədə xx xxxxxxxx 2003-cü il tarixli qərarında torpaq sahəsinin naturada müəyyən edilərək nişanlanması, aktla sifarişçiyə verilməsini təmin etmək, torpaq sahəsinin dövlət qeydiyyatında keçməsini qeyd etsədə, torpaq sahəsinin dəyərinin ödənilməsi barədə hər hansı bir göstəriş yoxdur. Bundan başqa mübahisələndirilən torpaq sahəsi Mingəçevir Bələdiyyəsinin xx xxxxxxxx 2003-cü il tarixli qərarına əsasən İddiaçı istifadəsində olmasına baxmayaraq Bələdiyyə tərəfindən həmin torpaq sahəsinin dəyərinin ödənilməsi barəsində hər hansı bir tələb etməmişdir. “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşması qaydaları haqqında” Əsasnamənin: - 18 –ci bəndinıə görə Müvafiq icra hakimiyyəti orqanı 10 gün müddətində bələdiyyənin və ərizəçinin iştirakı ilə ayrılması nəzərdə tutulan torpaq sahəsinin yerini, habelə torpaq sahəsinin yerləşdiyi zonanı (torpaq sahəsinin normativ qiymətini müəyyən etmək üçün) dəqiqləşdirir. [11] - 19-cu bəndinə əsasən Ayrılması nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatı yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olduğu halda müvafiq icra hakimiyyəti orqanı yerquruluşu işlərini (planalma) aparır və həmin yerin planı və ölçüsünü sahənin ölçüsündən asılı olaraq tələb olunan miqyasda (1:500, 1:2000, 1:5000 və ya 1:10000 miqyasında) hazırlayır. - 23 cü bəndində göstərilmişdir ki, Bu Əsasnamənin 10-cu bəndində nəzərdə tutulmuş hallarda bələdiyyə müvafiq icra hakimiyyəti orqanından daxil olmuş sənədlər əsasında 15 gündən gec olmamaqla, bələdiyyənin növbəti iclasında torpağın mülkiyyətə ayrılması haqqında qərar qəbul edir və bu barədə 3 gün müddətində ərizəçiyə bildiriş göndərir. Qərarda torpağın təyinatına uyğun olaraq bazar qiyməti nəzərə alınmaqla, torpağın qiyməti və 60 gündən gec olmamaqla, torpağın dəyərinin ödənilməsi müddəti müəyyən edilir. Qərarla müəyyən edilən müddətdə ərizəçi ilə bələdiyyə arasında alğı-satqı müqaviləsi bağlanılmalı və torpağın dəyəri ödənilməlidir. Əgər bu müddətdə müqavilə bağlanılmazsa və torpağın dəyəri ödənilməzsə, bələdiyyə tərəfindən torpağın mülkiyyətə ayrılması barədə qərar ləğv edilir. Göründüyü kimi bələdiyyə müvafiq icra hakimiyyəti orqanından daxil olmuş sənədlər əsasında 15 gündən gec olmamaqla, bələdiyyənin növbəti iclasında torpağın mülkiyyətə ayrılması haqqında qərar qəbul etməklə bu barədə 3 gün müddətində ərizəçiyə bildiriş göndərir. Qərarda torpağın qiyməti və 60 gündən gec olmamaqla, torpağın dəyərinin ödənilməsi müddəti müəyyən edilir. Qərarla müəyyən edilən müddətdə ərizəçi ilə bələdiyyə arasında alğı-satqı müqaviləsi bağlanılmaqla torpağın dəyəri ödənilməlidir.Qeyd olunan müddətdə müqavilə bağlanılmazsa və torpağın dəyəri ödənilməzsə, bələdiyyə tərəfindən torpağın mülkiyyətə ayrılması barədə qərar ləğv edilir. Mingəcever şəhər Bələdiyyəsi tərəfindən Mingəçevir Bələdiyyəsinin xx.xx.2003-cü il tarixli qərarı ilə fərdi mənzil tikintisi üçün 0,07 ha torpaq sahəsi İddiaçı ayrılmış torpaq sahəsinin dəyərinin ödənilməməsi barədə həmin qərarın ləgvi ilə baglı hər hansı bir sənəd məhkəməhə təqdim etməmişdir. İnzibati İcraat haqqında Qanunun: -19.1-ci maddəsinə əsasən İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. -19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Qeyd olunanlara əsasən kollegiyanın qənaətinə görə, iddiaçı tərəfindən torpaq sahəsinin dəyərini bələdiyyə sədrinə verilməsi barədə verdiyi izahatı inandırıcı hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, fiziki və ya hüquqi şəxslərin etimadı iki halda qorunur ki, bunlardan birincisi, inzibati orqanların inzibati praktikası, ikincisi isə, müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədləri və bəyanatlarıdır. Belə olan halda, iddiaçıya ayrılmış torpaq sahəsinin dəyərin ödənilməsi barədə qəbzin olmaması sonuncunun təqsirindən baş verməmiş və bələdiyyə tərəfindən iddiaçıya torpaq sahəsinin ayrılması qərar verilmişdir ki, həmin qərar iddiaçının hüquqlarının dövlət qeydiyyatı üçün əsasdır. Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında Azərbaycan Respublikasının Qanununun: - 6.1-ci maddəsinə görə bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. - 6.2-ci maddəsinə görə bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. Göründüyü kimi iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatından məhz bu əsasla cavabdehin imtinası qanunsuz olmuşdur. Məhkəmə qeyd edir ki, qanunvericiliyin tələbi baxımından mübahisə predmeti olan torpaq sahəsi iddiaçıya qanunla müəyyən edilmiş qaydada ayrıldığından və torpaq sahəsinə dair qərar hüquqların dövlət qeydiyyatı üçün əsas hesab edildiyindən iddiaçının həmin torpaq sahəsi üzərində hüquqları dövlət qeydiyyatına alınmalıdır. Belə ki, yuxarıda şərh olunan qanunvericiliyin tələbi baxımından mübahisə predmeti olan torpaq sahəsi iddiaçının qanuni istifadəsində olmuşdur. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasından cavabdehin imtinası əsassız olduğundan və iddiaçı tərəfindən torpaq sahəsi ilə bağlı təqdim edilmiş sənədlər onun hüquqlarının dövlət qeydiyyatı üçün əsas olduğundan iddia təmin edilərək cavabdehin üzərinə iddiaçının tələbi üzrə öhdəlik qoyulmalıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: -24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. -24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. -24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq bir daha cavabdeh inzibati orqanın diqqətinə çatdırır ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Beləliklə, məhkəmə kollegiyаsı yuxarıda sadalanan maddi hüquq normalarını müqayisəli təhlil edərək belə nəticəyə gəlir ki, cavabdeh orqan tərəfindən iddiaçıya münasibətdə onun tələbini təmin etməkdən imtinası, iddiaçıya münasibətdə onun mülkiyyət hüququnun pozuntusudur. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslar sadalanmışdır. Həmin əsaslardan biri də 8.0.5-ci maddədə qeyd edilən “2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri”dir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Məhkəmə kollegiyası yuxarıda qeyd edilən normaların tələblərini hazırkı iddia tələbi üzrə işin hallarına tətbiq edərək belə hesab edir ki, iddiaçının müraciətinin təmin edilməsindən imtina edən orqanın hərəkətləri əsassız olmuş, işə baxan birinci instansiya məhkəməsi iddia tələbini rədd edərkən tam araşdırma aparmamış, maddi hüquq normalarının tətbiqində səhvə yol vermiş və bu səbəbdən də düzgün nəticəyə gəlməmişdir. Belə olan halda məhkəmə kollegiyasının qənaətinə görə, cavabdeh İddiaçı Mingəçevir Bələdiyyəsinin xx.xx.2003-cü il tarixli 43/2 nömrəli qərarı ilə ona ayrılmış 0,07 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınıb, çıxarış verilməsindən imtina etməklə düzgün nəticəyə gəlməmişdir. Məhkəmə kollegiyаsı hesаb edir ki, Azərbаycаn Respublikаsı İnzibаti Prosessuаl Məcəlləsinin 87.6-cı mаddəsinə əsаsən iddiaçının apellyasiya şikayəti təmin edilərək, birinci instаnsiyа məhkəməsinin qərаrı ləğv edilməli,yeni qərar qəbul edilərək iddia təmin edilməlidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamış, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş və mübahisənin maddi hüquqi əsasları düzgün müəyyən edilməmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməli, Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2- 1(116)-986/2020 nömrəli qərаrı ləğv edilsin və iş üzrə yeni qərar qəbul edilərək,İddiaçı Mingəçevir Bələdiyyəsinin xx.xx.2003-cü il tarixli 43/2 nömrəli qərarı ilə ona ayrılmış 0,07 ha torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq plan-ölçü sənədinin və çıxarışın verilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı X35 üzərinə qoyulmalıdır. Nəticəvi hissə Göstərilənlərə əsаsən və Azərbаycаn Respublikаsı İnzibаti Prosessuаl Məcəlləsinin 87, 89, 90, 94-cü mаddələrini rəhbər tutаrаq, məhkəmə kollegiyаsı Qərara aldı: İddiaçı tərəfindən verilmiş аpelyаsiyа şikаyəti təmin edilsin. Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2-1(116)-986/2020 nömrəli qərаrı ləğv edilsin və iş üzrə yeni qərar qəbul edilsin. İddiaçı Mingəçevir Bələdiyyəsinin xx.xx.2003-cü il tarixli 43/2 nömrəli qərarı ilə ona ayrılmış 0,07 ha torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq plan-ölçü sənədinin və çıxarışın verilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı X35 üzərinə qoyulsun. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 (bir )ay müddətində Şəki Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-1(107)-438/2020
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-438/2020
30.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver