Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-439/2021 02.12.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Rəfiyev Rövşən Rafiq oğlundan ibarət tərkibdə, Quluzadə Rahul Teyyuf oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı (üçüncü şəxs: X11) “Mingəçevir şəhərində “RMZ”-nin şimalında yerləşən 1986-cı ildən istifadəsində və sahibliyində olan “Şəfa” bağçılığında onun adına ayrılmış 6 sot torpaq sahəsinə mülkiyyət hüquqlarının Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydə alınaraq çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 23 avqust 2021-ci il tarixli, 2-1(116)-709/2021 nömrəli qərarından iş üzrə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Mingəçevir şəhərində “RMZ”-nin şimalında yerləşən 1986-cı ildən istifadəsində və sahibliyində olan “Şəfa” bağçılığında onun adına ayrılmış 6 sot torpaq sahəsinə mülkiyyət hüquqlarının Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydə alınaraq çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi Şəki İnzibati Məhkəməsinə 16.03.2021-ci il tarixdə daxil olmuş və həmin vaxtdan icraata qəbul edilmişdir. İddiaçı iddia ərizəsində iddia tələbini belə əsaslandırmışdır ki, X12 İcraiyyə Komitəsinin 14 avqust 1986-cı il tarixli, 241 saylı qərarı ilə "Şəfa" bağçılığından iddiaçıya 6 ha torpaq sahəsi ayrılmışdır. Bu barədə "Şəfa" kollektiv bağçılıq təsərrüfatının pasportu iddiaçının adına tərtib olunmuşdur. Bundan sonra iddiaçı qeyd olunan torpaq sahəsindən hazırkı vaxtadək istifadə etmişdir. Həmin torpaq sahəsində iddiaçı fərdi yaşayış evi tikərək ailə üzvləri ilə birlikdə orada yaşayır. İddiaçı torpaq sahəsini özəlləşdirmək məqsədilə cavabdeh orqana müraciət etmiş, lakin onun müraciəti təmin edilməmişdir. Cavabdeh orqan iddiaçıya ünvanladığı 05.02.2021-ci il tarixli imtina məktubunda qeyd etmişdir ki, “RMZ-nin şimalında yerləşən Şəfa bağçılıq torpaq sahəsinin hüquqların dövlət reyestrində qeydiyyata alınaraq dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi” ilə bağlı iddiaçının ərizə ilə müraciətinə DƏDRX-nin 17 saylı Yevlax Ərazi İdarəsində baxılmışdır. Ləğv edilmiş Mingəçevir şəhər Bağlar İdarəsi tərəfindən 15.08.2007-ci il tarixli Akta əsasən DƏDRX-nin 17 saylı Yevlax Ərazi İdarəsinə təhvil verilmiş arxiv sənədlərində mövcud olan “Şəfa” kollektiv bağçılığının adlı siyahısında İddiaçı adı qeyd edilməmişdir və torpaq sahəsinin yerini və ölçülərini əks etdirən yerquruluşu planı ərizəyə əlavə edilməmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas hesab edilir. İddiaçının nəzərinə çatdırılmışdır ki, hüquqların dövlət reyestrində qeydiyyata alınmalı olan torpaq sahəsi DƏDRX-nin 17 saylı Ərazi İdarəsinin Mingəçevir şəhər şöbəsinin mühəndisləri tərəfindən yerində müayinə olunarkən, istifadəsində olan torpaq sahəsinin üzərindən 330 kilovoltluq yüksək gərginlikli elektrik xəttinin keçməsi aşkar olunmuşdur. Belə olan halda, Azərbaycan Respublikasının “Torpaq məcəlləsi"nin 62-ci maddəsində qeyd olunduğu (Elektrik, rabitə, nəqliyyat xətləri və sənaye müəssisələrinin sanitariva-mühafizə zonaları altındakı torpaq sahələri onların mülkiyyətçilərinin və istifadəçilərinin razılığı ilə yalnız bostan və tərəvəz becərilməsi, habelə örüş və ot çalımı məqsədləri üçün qısamüddətli istifadəyə və icarəyə verilə bilər) kimi həmin torpaq sahəsi qanunvericiliyin tələbinə əsasən qısamüddətli istifadə və ya icarəyə verilə bilər. Cavabdeh orqan məhkəməyə ünvanladığı 19 aprel 2021-ci il tarixli etiraz məktubunda qeyd etmişdir ki, Mingəçevir şəhər “Şəfa" bağçılıq təsərrüfatından İddiaçı ayrılmış torpaq sahəsinin üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması ilə barədə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinə ərizə ilə müraciət etmişdir. Müraciətə baxılmış, Ərazi idarəsinin arxiv məlumatlarına, elektron məlumat bazasına əsasən araşdırma aparılmışdır. Aparılan araşdırma zamanı məlum olmuşdur ki, Mingəçevir şəhər Bağlar İdarəsi tərəfindən DƏDRX-nin 17 saylı Ərazi İdarəsinə təhvil verilmiş “Şəfa” bağçılıq təsərrüfatının adlı siyahısında İddiaçı adı qeyd olunmamışdır. Həmin torpaq sahəsi 48 sıra nömrəsi ilə vətəndaş Minayə Abbasovanın adına qeyd olunmuş və onun adına torpaq sahəsinə dair bağçılıq pasportu verilmişdir. Sonradan həmin daşınmaz əmlak ərizə ilə İddiaçı istifadəsinə verilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0.7. maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas hesab edilir. İddiaçı rəsmi qaydada bildirildi ki, hüquqların dövlət reyestrində qeydiyyata alınmalı olan torpaq sahəsi DƏDRX-nin 17 saylı Ərazi İdarəsinin Mingəçevir şəhər şöbəsinin mühəndisləri tərəfindən yerində müayinə olunarkən, onun istifadəsində olan torpaq sahəsinin üzərindən 330 kilovoltluq yüksək gərginlikli elektrik xətti keçir. Belə olan halda, Azərbaycan Respublikasının “Torpaq məcəlləsi”nin 62ci maddəsində qeyd olunduğu (Elektrik, rabitə, nəqliyyat xətləri və sənaye müəssisələrinin sanitariya-mühafizə zonaları altındakı torpaq sahələri onların mülkiyyətçilərinin və istifadəçilərinin razılıq» ilə yalnız bostan və tərəvəz becərilməsi, habelə örüş və ot çalımı məqsədləri üçün qısamüddətli istifadəyə və icarəyə verilə bilər) kimi həmin torpaq sahəsi qanunvericiliyin tələbinə əsasən qısamüddətli istifadə və ya icarəyə verilə bilər. Təqdim olunmuş sənədlərdən də göründüyü kimi ilkin hüquq sahibi Minayə Abbasova ilə İddiaçı arasında şifahi razılaşma əsasında qeyri-rəsmi alqı-satqı aparılmışdır. Lakin aralıqda olan şifahi razılaşma hazırkı vəziyyətə və o cümlədən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun mövcud tələblərinə əsasən iddiaçının torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınmasına dəlalət vermir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin mövcud tələblərinə əsasən yalnız üzərində mülkiyyət hüquqları dövlət reyestrində qeydiyyata alınmış daşınmaz əmlak alqı-satqı predmeti ola bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 144.1-ci maddəsində qeyd olunur ki, Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Həmin məcəllənin 144.3-cü maddəsində qeyd olunur ki, Notarius daşınmaz əmlak üzərində sərəncam verilməsinə dair müqaviləni təsdiqlədikdən dərhal sonra onu elektron formada informasiya sistemləri vasitəsilə və təsdiqlənmiş yazılı formada sifarişli poçt göndərişi vasitəsilə daşınmaz əmlakın dövlət reyestrinə göndərməlidir. Belə müqavilə ondan irəli gələn mülkiyyət və digər əşya hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatının aparılmasına dair ərizə hesab olunur və həmin müqavilə əsasında müvafiq hüquqlar dövlət qeydiyyatına alınır. Həmin məcəllənin 144.5-ci maddəsində qeyd olunur ki, Daşınmaz əmlaka mülkiyyət hüququ əmlakın fiziki cəhətdən bölünməsini nəzərdə tutmayan, lakin yaranacaq ümumi paylı mülkiyyətdə payların nisbətini faizlə müəyyənləşdirən bölünmə planı əsasında bölünə bilər. Mülkiyyətçi tərəfindən tərtib edilən belə bölünmə planı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada təsdiq edildikdən sonra mülkiyyətçinin bölünmə nəticəsində yaranan payların hər birinə mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınır. Həmin məcəllənin 146.1-ci maddəsində qeyd olunur ki, Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Həmin məcəllənin 146.3-cü maddəsində qeyd olunur ki, Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış daşınmaz əmlak barəsində müqavilələrin notariat qaydasında təsdiqlənməsinə yol verilmir və bu cür əmlak barəsində bağlanmış müqavilələr etibarsız sayılır. Daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1-ci və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddələri, həmçinin Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 nömrəli Fərmanı ilə əsas kimi müəyyən edilmiş sənədlər əsasında həyata keçirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 10-cu maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin ərizəsi əsasında aparılır, həmçinin hüquqların dövlət qeydiyyatı ücün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri təqdim olunmalıdır. Birinci instansiya məhkəməsinin 02.06.2021-ci il tarixli, 2-1(116)-709/2021 nömrəli qərardadı ilə X11 iş üzrə üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. İddiaçı cavabdehin etiraz məktubunda qeyd olunanlarla münasibət bildirərkən 03.06.2021-ci il tarixli məktubunda qeyd etmişdir ki, cavabdeh DƏDRX-nin 17 saylı Yevlax Ərazi İdarəsi məhkəməyə iddia tələbinə etiraz edərək bildirmişdir ki, 1-iddiaçının adı torpaq verilən siyahıda yoxdur; 2-qeyd edilən torpaq sahəsinin üzərində 330 kl.v yüksək gərginlikli xətt keçir. İddiaçı qeyd etmişdir ki, mübahisə predmeti olan torpaq sahəsi ona XDS-nin 14.08.1986-cı il tarixli 241 nömrəli qərarı ilə X2 dülgər işlədiyi vaxt xəstəxananın ərazisindən "Şəfa" kollektiv bağçılıq təsərrüfatının pasportu işlənərək verilmişdir və həmin vaxtdan onun istifadəsində və sahibliyindədir, ora heç kimin iddiası yoxdur. Torpaq sahəsi bağçılıq təsərrüfatına ayrıldığı zaman həmin xətt orada mövcud idi və elektrik şəbəkələrinin mühafizə zonalarına daxil olan torpaq sahələrinin istifadə qaydalarında bəzi məhdudiyyətlər olsa da, onların xüsusi mülkiyyətdə olmasına heç bir qadağa yoxdur. Sözügedən torpaq sahəsi ona ayrıldığı zaman da həmin xətt orada vardı və bu torpağın ayrılmasına heç bir mane deyildi. Həmin torpaq sahələri torpaq mülkiyyətçilərinin və ya istifadəçilərinin istifadəsində qalmaqla onlar tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10.06.2005-ci il tarixli 103 nömrəli qərarı ilə təsdiq edilmiş "Gərginliyi 1000 voltadək olan elektrik şəbəkələrinin mühafizəsi" Qaydalarının 7-ci bəndinə əsasən, gərginliyi 1000 voltadək olan elektrik ötürücü xətlərinin mühafizə zonalarının torpaq sahələri torpaq istifadəçiləri və ya mülkiyyətçiləri tərəfindən ancaq bu Qaydaların tələbinə riayət etməklə istifadə oluna bilər. Bundan əlavə iddiaçı qeyd edir ki, istifadəsində və sahibliyində olan bu torpaq sahəsi 1986-cı ildə ayrılan zaman Qaydalar mövcud deyildi, torpaq sahələrinin mülkiyyətə keçməsi qaydaları sonradan qəbul edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə əsasən də fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquqi məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1.1.7-ci maddəsinə və "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsinə əsasən, 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. İddiaçı əlavə olaraq qeyd etmişdir ki, 1986-cı ildən ayrılmış və istifadəsində olan bu torpaq sahəsində fərdi yaşayış evi inşa etmiş, həmin torpaq sahəsinə kənar şəxslərin iddiası yoxdur. Birinci instansiy məhkəməsinin məhkəmə iclasında iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. İş materiallarında olan X8 filialının 25.01.2021-ci il tarixli arxiv arayışının təsdiq edilmiş surətində qeyd edilir ki, filialda mühafizə olunan Mingəçevir şəhər XDS İcraiyyə Komitəsinin arxiv fondunun sənədlərinə əsasən 14 avqust 1986-cı il tarixli 241 saylı qərarı ilə şəhər xəstəxanasına bağçılıq üçün torpaq sahəsinin verilməsi qeyd edilmişdir. İş materiallarında olan Mingəçevir şəhər X4 İttifaqı Şurasının 29.05.1997-ci il tarixli 44 nömrəli protokolundan çıxarışının təsdiq edilmiş surətindən görünür ki, Şuranın iclasında Mərkəzi Xəstəxananın travma şöbəsində tibb bacısı işləyən X1 xəstəxana ərazisində ona verilmiş siyahı üzrə 48 nömrəli 6 sot bağ sahəsinin Mərkəzi Xəstəxanada dülgər işləyən İddiaçı bağ sahəsi ilə dəyişdirilməsi qərara alınmışdır. İş materiallarında olan “Şəfa” kollektiv bağçılıq təsərrüfatının pasportunun təsdiq edilmiş surətindən görünür ki, Mərkəzi Xəstəxanada dülgər işləyən İddiaçı XDS-in 14.08.1986-cı il tarixli 241 nömrəli qərarı ilə 6 sot torpaq sahəsi verilmişdir. Pasportun qeyd hissəsində torpaq sahəsinin köhnə xəstəxana ərazisindən verildiyi qeyd edilmişdir. İş materiallarında olan 25.01.2021-ci il tarixli “daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktı”nın surətindən görünür ki, sənəd üzrə torpaq sahəsi 0.06 ha, faktiki 0.0499 ha-dır. Torpaq sahəsinin cənub tərəfindən hasardan içəri 1.5-2.5 metr, şimal tərəfindən hasardan 5 metr çöl tərəfdən 330 kv yüksək gərginlikli hava elektrik xətti keçir. İş materiallarında olan X8 filialının 18.06.2021-ci il tarixli T61 nömrəli məktubunda qeyd edilir ki, Mingəçevir şəhər X9 işçiləri X6 arxiv sənədləri filiala təhvil verilməmişdir. İş materiallarında olan cavabdehin 30.06.2021-ci il tarixli məktubunda qeyd edilir ki, 15.08.2007-ci il tarixli Akta əsasən Mingəçevir şəhər Bağlar İdarəsi tərəfindən DƏDRX-nin 17 saylı Ərazi İdarəsinə təhvil verilmiş “Şəfa” kollektiv bağçılığa aid texniki pasportlarda X5 adına tərtib edilən texniki pasport mövcud deyildir. Cavabdehin 30.06.2021-ci il tarixli məktubuna əlavə edilən “Şəfa” kollektiv bağçılıq təsərrüfatının adlı siyahısının təsdiq edilmiş surətindən görünür ki, siyahıda 48-ci sırada Minayə Abbasovanın adı qeyd edilmişdir. İş materiallarında olan Mingəçevir şəhər Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin məhkəməyə ünvanladığı 01.07.2021-ci il tarixli 556 nömrəli məktubda qeyd edilir ki, Mingəçevir şəhəri, M.ünvan 4 ünvanında yaşayan xx.xx.1971-ci il təvəllüdlü Cabbarov X3 şəhər Mərkəzi Xəstəxanası publik hüquqi şəxsdə işləməyib. Şəki İnzibati Məhkəməsinin (hakim İlqar Cabbarov) 23 avqust 2021-ci il tarixli, 2- 1(116)-709/2021 nömrəli qərarı ilə İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı (üçüncü şəxs: X11) “Mingəçevir şəhərində “RMZ”-nin şimalında yerləşən 1986-cı ildən istifadəsində və sahibliyində olan “Şəfa” bağçılığında onun adına ayrılmış 6 sot torpaq sahəsinə mülkiyyət hüquqlarının Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydə alınaraq çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasının təmin edilməməsi qərara alınmışdır. İddiaçı apellyasiya şikayəti verərək Şəki İnzibati Məhkəməsinin 23 avqust 2021-ci il tarixli, 2- 1(116)-709/2021 nömrəli qərarının ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayəti verərək qeyd etmilər ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulduğundan və düzgün tətbiq edilməmişdir. Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasında işləmədiyi və alqı-satqı olmadığını əsas tutaraq iddia tələbini rədd etmişdir. Bu da qanunsuzdur. Əvvəla o, heç kimlə alqı-satqı etməmiş, torpaq sahəsi X2 dülgər işlədiyi vaxt iş üzrə üçüncü şəxs X7 verilən torpaqdan Minayə Abbasova istifadə etmədiyi üçün ona verilmişdir. Bu fakt Mingəçevir Mərkəzi Şəhər X4 İttifaqı Şurasında verilən onun orda işləməyini və siyahı üzrə 48 nömrəsi ilə qeyd edilən sahədən 6 sot torpaq verilməsini təsdiq edən arayışda öz əksini tapmışdır. Məhkəmə işi hərtərəfli araşdırmadan qərar qəbul etmişdir. Bundan əlavə cavabdeh DƏDRX-nin 17 saylı Yevlax Ərazi İdarəsi məhkəməyə iddia tələbinə etiraz edərək onun adının torpaq verilən siyahıda olmadığını və qeyd edilən torpaq sahəsinin üzərində 330 kl.v yüksək gərginlikli xətt keçdiyini bildirmişdir. Bir daha qeyd etmək istəyirə ki, mübahisə predmeti olan torpaq sahəsi mənə XDS-nin 14.08.1986-cı il tarixli 241 nömrəli qərarı ilə X2 dülgər işlədiyi vaxt xəstəxananın ərazisindən "Şəfa" kollektiv bağçılıq təsərrüfatının pasportu işlənərək verilmişdir və həmin vaxtdan onun istifadəsində və sahibliyindədir, ora heç kimin iddiası yoxdur. İkincisi torpaq sahəsi bağçılıq təsərrüfatına ayrıldığı zaman həmin xətt orada mövcud idi və elektrik şəbəkələrinin mühafizə zonalarına daxil olan torpaq sahələrinin istifadə qaydalarında bəzi məhdudiyyətlər olsa da, onların xüsusi mülkiyyətdə olmasına heç bir qadağa yoxdur. Sözügedən torpaq sahəsi ona ayrıldığı zaman da həmin xətt orada vardı və bu torpağın ayrılmasına heç bir mane deyildi. Bundan əlavə qeyd etmək istərdim ki, istifadəsində və sahibliyində olan bu torpaq sahəsi 1986-cı ildə ayrılan zaman qaydalar mövcud deyildi, torpaq sahələrinin mülkiyyətə keçməsi qaydaları sonradan qəbul edilmişdir. Odur ki, Şəki İnzibati Məhkəməsinin 23 avqust 2021-ci il tarixli, 2-1(116)-709/2021 qərarının ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Proses iştirakçılarının izahatları: İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq İddiaçı və cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinin nümayəndəsi məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: İddiaçıların iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. İddia tələbi əsassızdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır (maddə 139.1). Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur (maddə 152.1). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən qeydiyyat orqanı – daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır (maddə 1.0.4.). Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (maddə 2.1). Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir (maddə 15). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0-cı maddəsi ilə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslar müəyyən olunmuşdur ki, qeyd olunan qanunvericilik normasının tələbinə görə yalnız həmin maddədə sadalanan əsaslar mövcud olduğu halda, hüquqlar dövlət qeydiyyatına alınmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 11.1-ci maddəsinə əsasən, hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. İddiaçı ona “Şəfa” bağçılıq təsərrüfatının ərazisindən 0.06 ha torpaq sahəsinin verildiyini bildirsə də, məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, “Şəfa” bağçılıq təsərrüfatının adlı siyahısında iş üzrə üçüncü şəxs X5 adı qeyd edilmiş, iddiaçının adı qeyd edilməmişdir. İddiaçının təqdim etdiyi “Şəfa” kollektiv bağçılıq təsərrüfatının pasportunun təsdiq edilmiş surətindən Mərkəzi Xəstəxanada dülgər işləyən İddiaçı XDS-in 14.08.1986-cı il tarixli 241 nömrəli qərarı ilə 6 sot torpaq sahəsinin verildiyi yazılsa da, XDS-in 14.08.1986-cı il tarixli 241 nömrəli qərarı ilə şəhər xəstəxanasına bağçılıq üçün torpaq sahəsinin verilməsi qeyd edilmişdir. İddiaçının təqdim etdiyi 29.05.2000-ci il tarixində 44 nömrə ilə təsdiqlənmiş 29.05.1997-ci il tarixli Mingəçevir şəhər X9 X10 Şurasının 44 nömrəli protokolundan çıxarışda Mərkəzi Xəstəxananın travma şöbəsində tibb bacısı işləyən X1 xəstəxana ərazisində ona verilmiş siyahı üzrə 48 nömrəli 6 sot bağ sahəsinin Mərkəzi Xəstəxanada dülgər işləyən İddiaçı bağ sahəsi ilə dəyişdirilməsinin qərara alındığı yazılmışdır. Qeyd olunan qərar isə arxivdə mövcud deyil, həmçinin iddiaçı da Mingəçevir şəhər Mərkəzi Xəstəxanasında işləməyib. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas hesab edilir. Kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında iddiaçının adının olmaması yuxarıda qeyd olunan normaya əsasən onun iddiasının təmin olunmasını istisna edir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanunun: 23.1-ci maddəsinə əsasən, qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə vəvaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. 23.2-ci maddəsinə əsasən, daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır.. Məhkəmə kollegiyası inzibati mübahisə üzrə birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır. Habelə iddiaçı apellyasiya məhkəməsinin iclasında apellyasiya şikayətində irəli sürdüyü dəlillərini təsdiq edəcək heç bir sübut təqdim edə bilmədi. İPM-in 87.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslıdır. Apellyasiya şikayətinin dəlilləri isə birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün yetərli deyildir, onа görə də, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya şikayəti təmin edilməməli və qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 23 avqust 2021-ci il tarixli, 2-1(116)-709/2021 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-1(107)-439/2021
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-439/2021
02.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver