Məhkəmə qərarları › İş №2-1(107)-439/2023

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-439/2023

20.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-439/2023 20.09.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və X2 ibarət tərkibdə, Atababayev Faiq Gülağa oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 8 may 2023-cü il tarixli 2-N(NN6)- 459/2023 nömrəli qərarından iş üzrə iddiaçının nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat N. İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı birinci instansiya məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək “müharibə veteranı adının və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçı tələbini aşağıdakı kimi əsaslandırmışdır: - o, xx xxxx N74-cü il tarixdə Oğuz rayonunun Qumlaq kəndində anadan olmuşdur. N iyul N92-ci ildə Oğuz rayon Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılmışdır. N92ci ilin iyun-iyul aylarında N saylı hərbi hissədə, avqust-sentyabr aylarında N saylı hərbi hissədə, fevral N93-cü il tarixdən fevral N94-cü il tarixədək N saylı hərbi hissədə, iyun N96-cı il tarixdən iyul N97-ci ildə N saylı hərbi hissədə hərbi xidmət keçmişdir. N0 fevral N94-cü il tarixdə Kəlbəcər rayonu uğrunda gedən döyüşlərdə qardaşı X3 şəhid olmuşdur. Həmin vaxt xidmət etdiyi hərbi hissədən icazə alaraq qardaşının dəfn mərasimində iştirak etmək üçün yaşadığı Oğuz rayonunun Qumlaq kəndinə gəlmişdir.

3. Lakin hərbi hissəyə qayıtdıqdan sonra həbs olunmuşdur və 2 ay N5 gün həbsdə saxlanılmışdır. Ona məxsus H3 ******* nömrəli hərbi biletin 6-cı səhifəsində N saylı hərbi hissənin qərərgah rəisinin əmrinə əsasən hərbi hissəni özbaşına tərk etdiyi üçün şəxsi heyətin siyahısından çıxarılması qeyd edilmişdir.

4. Həbsdən azad olunduqdan sonra hərbi hissəyə qayıtmış və N iyul N97-ci il tarixədək hərbi xidmətdə olmuşdur.

5. Hərbi xidmətdən qayıtdıqdan sonra dəfələrlə Oğuz rayon Hərbi Komissarlığına müraciət etsə də müharibə veteranı adını ala bilməmişdir. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

6. Cavabdeh orqan iddia tələbinə münasibətində bildirmişdir ki, müdafiə nazirinin Katibliyinin Mərkəzi Arxivin 04 noyabr 2022-ci il tarixli arayışından müəyyən edilir ki, iddiaçı N2 may N94-cü il tarixədək 239, 250, N nömrəli hərbi hissələrdə xidmət keçmişdir. Bununla əlaqədar qeyd etmək zəruridir ki, “Azərbaycan Respublikası Silahlı Qüvvələri yaranan vaxtdan döyüş əməliyyatları aparan hərbi hissələrin siyahısı”na əsasən 239, N və N nömrəli hərbi hissələr döyüş əməliyyatlarında iştirak etməyiblər.

7. Həmçinin, iddiaçıya məxsus hərbi biletin 6-cı səhifəsində iddiaçının hərbi hissəni özbaşına tərk etdiyi üçün N nömrəli hərbi hissə komandirinin N0 fevral N96-cı il tarixli 27 nömrəli əmri ilə şəxsi heyətin siyahısından çıxarıldığına dair qeyd mövcuddur.

8. Beləliklə də, Müdafiə Nazirliyinin Aparatı nəzdində Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə Komissiya əsaslı olaraq iddiaçıya "Müharibə veteranı adı və vəsiqəsinin verilməsindən imtina etmişdir.

9. Azərbaycan Respublikası İPM-in N4.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. N0. Yuxarıda qeyd olunanları nəzərə alaraq və AR İPM-in N4.3, 48.2-ci maddələrini rəhbər tutaraq məhkəmədən iddia tələbinin təmin edilməməsi barədə qərar çıxarılması xahiş edilmişdir. NN. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı və onun vəkili (nümayəndəsi) iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişlər. birinci instansiya məhkəməsinin gəldiyi nəticə: N2. Şəki İnzibati Məhkəməsinin (hakim Vüqar Musayev) 8 may 2023-cü il tarixli 2- N(NN6)-459/2023 nömrəli qərarı ilə iddia tələbi təmin edilməmişdir. N3. İddiaçının nümayəndəsi və vəkili Vəkil həmin qərardan apellyasiya şikayəti vermişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ

N4. İddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçının tərxis olunması barədə hərbi hissə komandirinin əmrinin olub-olmaması məhkəmə tərəfindən müəyyən edilməmişdir. Birinci instansiya məhkəməsi cavabdehin 239, 250, N nömrəli hərbi hissələrin döyüş əməliyyatlarında iştirak etmədiyi barədə qeyd etdiklərinə də hüquqi qiymət verməmişdir. Onun xidmət keçdiyi N25, 424, N nömrəli hərbi hissələr barədə isə qərarda qeyd edilməmişdir. Ona görə də apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 8 may 2023-cü il tarixli 2-N(NN6)- 459/2023 nömrəli qərarının ləğv edilməsini, iddianın təmin edilməsinə dair yeni qərar çıxarılmasını xahiş etmişdir.

TƏRƏFLƏRİN İZAHATLARİ

N5. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 8 may 2023-cü il tarixli 2-N(NN6)-459/2023 nömrəli qərarının ləğv edilməsini, iddianın təmin edilməsinə dair yeni qərar çıxarılmasını xahiş etdi. N6. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmiş, cavabdeh nümayəndəsinin iştirakını təmin etməmişdir. N7. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin (bundan sonra Azərbаycаn Respublikаsının İPM və ya İPM) 62.3-cü mаddəsi). N8. İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə kollegiyasının araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad olunur: - cavabdehin xx.xx.2022-ci il tarixli 4/3-957N nömrəli məktubundan görünür ki, iddiaçının ilkin müraciətinin təmin edilməsindən imtina edilmişdir. - Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxivinin xx.xx.20N-cu il tarixli 9/2-N7N6 nömrəli məktubundan görünür ki, N73-cü il təvəllüdlü İddiaçı N nömrəli hərbi hissə komandirinin xx.xx.N92-ci il tarixli 05A nömrəli əmrilə hərbi hissəyə daxil edilmişdir. Xidmətini davam etdirmək üçün N nömrəli hərbi hissə komandirinin sərəncamına göndərildiyindən N74-cü il təvəllüdlü Oğuz RHK-dan çağrılmış İddiaçı N nömrəli hərbi hissə komandirinin xx.xx.N93-cü il tarixli N6 nömrəli əmrilə hərbi hissənin şəxsi heyət siyahılarından və bütün növ təminatlardan çıxarılmışdır. - Şəki Şəhər Rayon Polis Şöbəsinin xx.xx.2022-ci il tarixli məktubuna əlavə edilmiş tələbnamədən görünür ki, iddiaçı barəsində DİN BƏSİİ-nin əməliyyat-sorğu kartotekasında aşağıdakı məlumat mövcuddur: Azərbaycan Respublikası Hərbi Prokurorluğu tərəfindən xx.xx.N96-cı il tarixdə CM-nin 242 maddəsinin A bəndinə əsasən fərariliyə görə həbs olunmuş, xx.xx.N96-cı ildə Hərbi Dəniz Qüvvələri Hərbi Tribunal xx.xx.N96-cı il tarixli qərarı ilə Azərbaycan Respublikası CM 46 maddəsinə əsasən cinayət məsuliyyətinə azad edilmişdir. - Azərbaycan Respublikası Müdafiə Nazirliyi müdafiə nazirinin Katibliyi Mərkəzi Arxivinin xx.xx.2022-ci il tarixli 4/2-7608 nömrəli məktubundan görünür ki, N №-li hərbi hissə komandirinin N6 iyun N92-ci il tarixli 05-A №-li əmrilə N73-cü il təvəllüdlü İddiaçı şəxsi heyətin siyahısına daxil edilmişdir. N №-li hərbi hissə komandirinin N iyul N92-ci il tarixli N7-V №-li əmrilə İddiaçı (əsas: sıra N6, səh N03. əmrdə hərbi rütbəsi və vəzifəsi göstərilməyib) hərbi andı qəbul etmişdir. N №-li hərbi hissə komandirinin 3N iyul N92-ci il tarixli 25-B №-li əmrilə İddiaçı (əsas, bənd 2. sıra N70, səh 72. əmrdə hərbi rütbəsi və vəzifəsi göstərilməyib) xx.xx.N92-ci il tarixdən kursu davam etdirmək üçün N25 №-li hərbi hissəyə göndərilərək qazan təminatından çıxarılmışdır. N №-li hərbi hissə komandirinin 0N sentyabr N92-ci il tarixli 5N №-li əmrilə İddiaçı (əsas: bənd N. sıra 60. səh N22. əmrdə hərbi rütbəsi və vəzifəsi göstərilməyib) şəxsi heyətin siyahısından, bütün növ təminatlardan çıxarılaraq sənədləri N25 №-li hərbi hissəyə göndərilmişdir. N №-li hərbi hissə komandirinin 0N sentyabr N92-ci il tarixli 5N №-li əmrinə əsasən xidmətini davam etdirmək üçün N25 №-li hərbi hissəyə göndərilmiş İddiaçı N №-li hərbi hissə komandirinin N sentyabr N92-ci il tarixli 7N №-li əmrilə (əsas, bənd N, sıra 60, sən N39. əmrdə hərbi rütbəsi və vəzifəsi göstərilməyib) şəxsi heyətin siyahısına daxil edilmişdir. Oğuz RHK-nın çağırışçısı, N74-cü il təvəllüdlü siravi İddiaçı N №-li hərbi hissə komandirinin N sentyabr N93-cü il tarixli N6 №-li əmrilə (əsas: § N, sıra 2, əmrdə vəzifəsi göstərilməyib) şəxsi heyətin siyahısından bütün növ təminatlardan çıxarılaraq N №-li hərbi hissəyə göndərilmişdir. N №-li hərbi hissədən xidmətini davam etdirmək üçün göndərilmiş, sıravi İddiaçı N №-li hərbi hissə komandirinin N sentyabr N93-cü il tarixli N56 №-li əmrilə (əsas: § N0. sıra 2) şəxsi heyətin siyahısına daxil edilməklə, bütün növ təminatlarla təmin edilərək traktorçu vəzifəsinə təyin olunmuşdur. N №-lı hərbi hissə komandirinin N3 yanvar N94-cü ii tarixli N0 №-li əmrilə sıravi İddiaçı (əsas: §3, sıra 20, əmrdə vəzifəsi göstərilməyib) şəxsi heyətin siyahısından, bütün növ təminatlardan çıxarılaraq xidmətini davam etdirmək üçün 4NN №-li hərbi hissəyə göndərilmişdir. Azərbaycan Respublikası Müdafiə nazirinin 30.0N N96-cı il tarixli müvafiq əmrinə əsasən siravi İddiaçı N №-li hərbi hissə komandirinin N may N96-cı il tarixli N0N №-li əmrilə (əsas: § 3, sıra 8. əmrdə vəzifəsi göstərilməyib) şəxsi heyətin siyahısından, bütün növ təminatlardan çıxarılmışdır. HDQ Hərbi Tribunalının xx.xx.N97-ci il tarixli 340/96 №-li Qərarına əsasən HDQdən həqiqi hərbi xidmətini davam etdirmək üçün gəlmiş, həqiqi hərbi xidmət hərbi qulluqçusu, sıravi İddiaçı N №-li hərbi hissə komandirinin N4 iyul N97-ci il tarixli N44 №-li əmrilə (əsas: § N2. əmrdə vəzifəsi göstərilməyib) xx.xx.N97-ci il tarixdən şəxsi heyətin siyahısına daxil edilərək bütün növ təminatlarla təmin edilmişdir. Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.N97-ci il tarixli müvafiq əmrinə əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata tərxis olunmuş, sıravi İddiaçı N №-li hərbi hissə komandirinin N iyul N97-ci il tarixli N45 №-li əmrilə (əsas: § N, sıra N. əmrdə vəzifəsi göstərilməyib) xx.xx.N97-ci il tarixdən şəxsi heyətin siyahısından, bütun növ təminatlardan çıxarılaraq qeydiyyata düşmək üçün Oğuz RHK-na göndərilmişdir. Qeyd edilmişdir ki, N25 №-li hərbi hissə komandirinin nizami hissə üzrə əmrləri müdafiə nazirinin Katibliyi Mərkəzi Arxivə daxil olmamışdır. - Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsinin xx.xx.2020ci il tarixli N/C-N6233 nömrəli məktubundan görünür ki, 239, N və N nömrəli hərbi hissələr döyüş əməliyyatlarında iştirak etməmişdir (əsas: xx.xx.N97-ci il tarixdə Silahlı Qüvvələrin Baş Qərargah rəisi tərəfindən təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaranan vaxtdan döyüş əməliyyatları aparan hərbi hissələrin siyahısı”). - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Mərkəzi Arxivinin xx.xx.2023-cü il tarixli N0/44 nömrəli məktuba əlavə olunmuş HDQ Hərbi Tribunalının 340/N96 nömrəli hökmün təsdiq edilmiş surətindən görünür ki, İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 24N-ci maddəsinin “B” bəndi ilə təqsirli bilinmiş və həmin Məcəllənin 46-cı maddəsinin tələblərinə əsasən o, cəza çəkməkdən azad olunmuşdur.

TƏTBİQ EDİLƏN HÜQUQ

N. Veteranlar haqqında” Qanun: Maddə 3. Müharibə veteranları Aşağıdakılar müharibə veteranları sayılırlar: ... Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər; … Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Qeyd: Bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın N-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. ... Maddə 7. Veteran adlarının və vəsiqələrinin verilməsi Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.N95-ci il tarixli 2N6 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri” haqqında Əsasnamənin N-ci bölməsinə əsasən, müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N9N-ci il oktyabrın 9dan N94-cü il mayın N0-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara N0 may N94-cü il tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara- müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. 2N. , “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, qoşun hissəsinin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. (7 oktyabr N97-ci il tarixli 378-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə bu maddədə “qoşun hissəsinin siyahılarından” sözləri “hərbi hissənin siyahılarından” sözləri ilə əvəz edilmişdir).

22. “Hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun N4-cü maddəsinə əsasən, hərbi qulluqçunun həqiqi hərbi xidmətinin sonu hərbi hissə komandirinin əmri ilə şəxsi heyət siyahısından çıxarıldığı gün sayılır.

23. İnzibati Prosessual Məcəllə: Maddə 8.N.3. İnzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Maddə N2.N. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 34.N. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.N. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 85.N. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən N0 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

24. “XN şikayətinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 27 sentyabr 2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 09 iyul 2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, müharibə veteranı adının verilməsi ilə bağlı mübahisələr məhkəmələrdə həll olunarkən hər bir halda şəxsin döyüş zonasında hansısa obyektiv və ya subyektiv səbəbdən olması və bu halda hansı şəxs qismində çıxış etməsi ilə yanaşı, onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakının sübuta yetirilməsi vacibdir. Məhkəmə baxışı zamanı hər hansı bir şəxsin məhz döyüş əməliyyatlarının hərbi terminologiyada qəbul olunmuş anlayışına və məzmununa aid edilə biləcək əməllərdə iştirakı tədqiq olunmalıdır.

25. “İnzibati icraat haqqında” Qanun: Maddə 24.N. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 6N.N. Yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Maddə 6N.2. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. Maddə 62.N. İnzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir.

APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ

26. İddiaçının apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.N-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayəti mümkündür, lakin əsaslı deyil, ona görə də apellyasiya şikayəti uğurlu olmayacaqdır.

27. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.N-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in N.N-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.N, 3.N və 8.N-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.N-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.

28. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in N.N, 2.N, 2.2.3 və 34.N-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.N-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər.

29. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

30. Birinci instansiya məhkəməsi iddianı təmin etməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir. 3N. Məhkəmə kollegiyası tərəfindən aparılan araşdırma zamanı müəyyən edildi ki, iddiaçı HDQ Hərbi Tribunalının 340/N96 nömrəli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 24N-ci maddəsinin “B” bəndi ilə (müharibə dövründə fərarilik) təqsirli bilinmiş və həmin Məcəllənin 46-cı maddəsinin (şəraitin dəyişməsi nəticəsində ictimai təhlükəli şəxs hesab edilməməsi) tələblərinə əsasən cəza çəkməkdən azad olunmuşdur. Hökmün məzmunundan görünür ki, iddiaçı xx.xx.N94-cü il tarixdə ailə vəziyyəti ilə əlaqədar müddətli məzuniyyətə buraxılmış və bir daha qulluq yerinə qayıtmadığına görə N94-cü ilin mart ayından qulluq yerini özbaşına buraxıb getmiş şəxs hesab edilmiş, xx.xx.N96-cı ildə Kürdəmir rayon Polis İdarəsinin əməkdaşları tərəfindən tutulmuşdur.

32. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş şəxslər müharibə veteranı sayılırlar, o şərtlə ki, həmin şəxslər döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməsin, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilməmiş olsun, barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxs olmasın. Bundan başqa, müdafiə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər, əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda müharibə veteranı adının verilməsi üçün əsas hesab edilmişdir.

33. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi cinayətlərə görə məhkum edilmiş şəxs hesab edilməsi iddiaçının tələbinin təmin edilməməsi üçün əsaslardandır.

34. Məhkəmə kollegiyası yuxarıda istinad edilən normaların məzmununu nəzərə alaraq hesab edir ki, cavabdehin iddiaçının müraciətinin təmin edilməsindən imtina etməsi qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Belə ki, iddiaçının nümayəndəsi və vəkilinin apellyasiya şikayətinin dəlilləri, işin faktiki halları və iş materiallarına əlavə edilən sənədlərlə öz təsdiqini tapmır.

35. Beləliklə, məhkəmə kollegiyası göstərilənlərə əsasən hesab edir ki, cavabdeh inzibati orqan hazırkı inzibati iş üzrə qanunauyğun olaraq lazımi qaydada araşdırma aparmış və belə qənaətə gəlmişdir ki, iddiaçıya müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş əsaslar hazırkı işdə mövcud deyildir. Ona görə də kollegiya hesab edir ki, iddiaçıya müharibə veteranı adı və vəsiqəsinin verilməsindən imtina barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərəkəti qanunvericiliyin tələblərinə uyğun olmuşdur.

36. Məhkəmə kollegiyası yuxarıda istinad olunan qanunvericilik normalarını və işin hallarını nəzərə alaraq belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasını təmin etməməkdə düzgün nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir.

37. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 87, 89, 90.N və 94.N-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRАRА АLDİ:

İddiaçının nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 8 may 2023-cü il tarixli 2-N(NN6)-459/2023 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən N ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar