Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-44/2023 01.03.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən, məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, Atababayev Faiq Gülağa oğlunun katibliyi ilə, İddiaçılar İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X11 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “mülkiyyətində olan 0.06 ha həyətyanı torpaq sahəsinin plan-ölçü sənədində düzəliş edilərək, ilkin torpaqayırma sənədlərində (Qəbələ Şəhər Bələdiyyəsi və Qəbələ rayon DT və XK-si Qəbələ rayon şöbəsi tərəfindən verilmiş) göstərilən qaydada plan-ölçü sənədinin işlənməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 22 sentyabr 2022-ci il tarixli 2-1(116)-61/2022 nömrəli qərarından iş üzrə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X11 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X11 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı birinci instansiya məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək “Qəbələ Şəhər Bələdiyyəsi və Qəbələ rayon Torpaq Komitəsi tərəfindən verilmiş ilkin sənədlər əsasında onun həyətyanı torpaq sahəsinin yerinin dəqiq müəyyən edilərək, həmin torpaq sahəsinin texniki pasportunun sxeminin, xəritəsinin hazırlanmasını və yerin koordinatlarının düzgün təyin edib buna müvafiq olaraq yeni texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Daha sonra iddiaçı tələbini dəqiqləşdirərək mülkiyyətində olan 0.06 ha həyətyanı torpaq sahəsinin plan-ölçü sənədində düzəliş edilərək, ilkin torpaqayırma sənədlərində (Qəbələ Şəhər Bələdiyyəsi və Qəbələ rayon DT və XK-si Qəbələ rayon şöbəsi tərəfindən verilmiş) göstərilən qaydada, faktiki yerləşmə vəziyyətinə uyğun koordinatlarla yeni planölçü sənədinin işlənməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
3. Birinci instansiya məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(116)-783/2021 nömrəli qərardadı ilə iddianın dəyişdirilməsi barədə ərizə icraata qəbul edilmişdir.
4. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı tələbini dəqiqləşdirərək, mülkiyyətində olan 0.06 ha həyətyanı torpaq sahəsinin plan-ölçü sənədində düzəliş edilərək, ilkin torpaqayırma sənədlərində (Qəbələ Şəhər Bələdiyyəsi və Qəbələ rayon DT və XK-si Qəbələ rayon şöbəsi tərəfindən verilmiş) göstərilən qaydada plan-ölçü sənədinin işlənməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
5. Birinci instansiya məhkəməsinin xx.xx.2022-ci il tarixli iclas protokolunun qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir.
6. Birinci instansiya məhkəməsinin xx.xx.2022-ci il tarixli iclas protokolunun qərardadı ilə cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsi – hüquq varisi: “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X11 9 saylı Qəbələ Ərazi İdarəsi ilə əvəz edilmişdir.
7. İşin qısa mahiyyəti ondan ibarətdir ki, seriya MH ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla Qəbələ şəhərində yerləşən 0.06 ha yaşayış məntəqəsi torpaqları təyinatlı həyətyanı torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və xx.xx.2008-ci ildə torpaq sahəsinin planı və ölçüsü sənədi tərtib edilmişdir. Bundan sonra iddiaçı həmin plan-ölçü sənədinin faktiki koordinatlara uyğunlaşdırılması tələbi ilə cavabdeh orqana müraciət etmiş, lakin, cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. Buna görə də hazırkı inzibati mübahisə yaranmışdır.
8. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı iddia tələbi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir.
9. Cavabdeh orqan iddia tələbinə etirazda qeyd etmişdir ki, iddiaçının müraciəti əsasında ərazi idarəsinin mütəxəssisləri tərəfindən ərazidə texniki inventarlaşdırma işləri aparılmış və əldə olunan məlumatlar Ərazi İdarəsində mövcud olan elektron kadastr bazası ilə müqayisə olunmuşdur. Aparılan araşdırma zamanı müəyyən olunmuşdur ki, iddia olunan torpaq sahəsi ərazi idarəsində mövcud olan elektron baza məlumatlarına görə kənd təsərrüfatı təyinatlı əkin torpaq sahəsində yerləşir. Həmin torpaq sahəsinə AİKnın qərarı əsasında başqa vətəndaşların adına Dövlət Aktı hazırlanmışdır. İddiaçının adına dövlət reyestrindən verilmiş çıxarış və plan-ölçü sənədində göstərilən torpaq sahəsi iddiaçının iddia etdiyi torpaq sahəsindən tamamilə kənarda başqa ərazidə yerləşir. Qeyd edilən torpaq sahəsi dövlət qeydiyyatına alınan zaman həmin torpaq sahəsi boş ərazi olmuş, sonradan həmin torpaq sahəsində yüksək gərginlikli elektrik xətləri üçün ötürücü qüllə inşa edilmişdir. Ona görə də iddiaçı sənəd üzrə yerdən imtina edir. Göstərilənlər nəzərə alınaraq iddia tələbinin təmin edilməməsi xahiş edilmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
10. Şəki İnzibati Məhkəməsinin (hakim Vüqar Musayev) 22 sentyabr 2022-ci il tarixli 2-1(116)-61/2022 nömrəli qərarı ilə iddia tələbi təmin edilmişdir.
11. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X11 9 saylı Qəbələ Ərazi İdarəsi həmin qərardan apellyasiya şikayəti vermişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ
12. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddia olunan torpaq sahəsi ərazi idarəsində mövcud olan elektron baza məlumatlarına görə kənd təsərrüfatı təyinatlı əkin torpaq sahəsində yerləşir. Həmin torpaq sahəsinə AİK-nın qərarı əsasında başqa vətəndaşların adına Dövlət Aktı hazırlanmışdır. İddiaçının adına dövlət reyestrindən verilmiş çıxarış və plan-ölçü sənədində göstərilən torpaq sahəsi ilkin torpaqayırma sənədlərinə uyğun yaşayış məntəqələri torpaqları (həyətyanı) kimi dövlət qeydiyyatına alınmış və həmin torpaq sahəsi iddiaçının iddia etdiyi torpaq sahəsindən tamamilə kənarda başqa ərazidə yerləşir. Qeyd edilən torpaq sahəsi dövlət qeydiyyatına alınan zaman həmin torpaq sahəsi boş ərazi olmuş, sonradan həmin torpaq sahəsində yüksək gərginlikli elektrik xətləri üçün ötürücü qüllə inşa edilmişdir. Ona görə də Şəki İnzibati Məhkəməsinin 22 sentyabr 2022-ci il tarixli 2-1(116)-61/2022 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. TƏRƏFLƏRİN İZAHATLARİ
13. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 22 sentyabr 2022-ci il tarixli 2-1(116)- 61/2022 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi.
14. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X9 apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 22 sentyabr 2022-ci il tarixli 2-1(116)-61/2022 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etdi.
15. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq digər üçüncü şəxs Qəbələ Şəhər Bələdiyyəsi nümayəndəsinin iştirakını təmin etməmişdir.
16. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin (bundan sonra Azərbаycаn Respublikаsının İPM və ya İPM) 62.3-cü mаddəsi).
17. İş materiallarında olan aşağıda sadalanan sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: - seriya MH ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan (reyestr nömrəsi **********13) görünür ki, Qəbələ şəhərində yerləşən 0.06 ha yaşayış məntəqəsi torpaqları təyinatlı həyətyanı torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. - xx.xx.2008-ci ildə tərtib edilmiş torpaq sahəsinin planı və ölçüsü sənədindən (reyestr nömrəsi **********13) görünür ki, döngə nöqtələri: X - 234703,17, 234718.01, 234697.72, 234682.89, Y- 4539370.37, 4539356.95, 4539334.85, 4539348.27 qeyd edilməklə 0.06 ha torpaq sahəsinin 1:500 miqyasında cizgisi tərtib edilmişdir. - Qəbələ rayon Qəbələ Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 11 nömrəli qərarından görünür ki, X5 fərdi yaşayış evi tikmək məqsədilə 0.06 ha torpaq sahəsi satılmışdır. - A000556 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədindən görünür ki, Qəbələ bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 11 nömrəli qərarı ilə satılmış 0.06 ha torpaq sahəsinə dair döngə nöqtələri: X – 234450.32, 234485.16, 234444.87, 234430.04, Y- 4539190.08, 4539176.66, 4539154.56, 4539167.98 qeyd edilməklə 0.06 ha torpaq sahəsinin 1:1000 miqyasında planı tərtib edilmişdir. - Seriya MH ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan (reyestr nömrəsi **********13) görünür ki, Qəbələ şəhərində yerləşən 0.06 ha yaşayış məntəqəsi torpaqları təyinatlı həyətyanı torpaq sahəsi üzərində X4 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. - xx.xx.2007-ci ildə tərtib edilmiş Daşınmaz Əmlakın Pasportundan (reyestr nömrəsi **********13) görünür ki, döngə nöqtələri: X - 234703,17, 234718.01, 234697.72, 234682.89, Y- 4539370.37, 4539356.95, 4539334.85, 4539348.27 qeyd edilməklə 0.06 ha torpaq sahəsinin 1:500 miqyasında cizgisi tərtib edilmişdir. - Qəbələ Bələdiyyəsi və DT və XK-nin Qəbələ rayon şöbəsi tərəfindən təsdiq edilmiş torpaq sahəsinin yerquruluşu sənədindən görünür ki, ayrılmış torpaq sahəsinin 311 nömrəli konturda yerləşməsi qeyd edilməklə 1:2000 miqyasda planı tərtib edilmişdir. - xx.xx.2008-ci il tarixli müqavilədən görünür ki, X2 MH ******* saylı çıxarışa əsasən Qəbələ şəhər ərazisində yerləşən 0.06 ha torpaq sahəsini İddiaçı satmışdır. - "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli məktubuna əlavə edilmiş mütəxəssis rəyində aşağıdakılar qeyd edilmişdir:
1. Qəbələ bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 11 saylı qərarı ilə X1 0.06 ha torpaq sahəsinə dair ləğv edilmiş DT və XK Qəbələ rayon şöbəsi tərəfindən A 000556 nömrəli plan-ölçü sənədi tərtib edilmişdir. Həmin plan ölçü sənədində qeyd olunmuş koordinatlara əsasən torpaq sahəsi baza məlumatlarında kənd təsərrüfatı təyinatlı torpaqlar daxilində yerləşir və uqodiyası əkindir. Faktiki olaraq isə digər vətəndaşın istifadəsində olan (daxilində fərdi yaşayış evi vardır və həyətyanı torpaq sahəsi kimi istifadə olunur) torpaq sahəsi ilə üst-üstə düşür.
2. Qəbələ bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 11 saylı qərarı ilə X1, DT və XK Qəbələ rayon şöbəsi tərəfindən tərtib edilmiş A 000556 nömrəli plan-ölçü sənədində göstərilən 0.06 ha torpaq sahəsinin koordinatları ilə X4 adına xx.xx.2007-ci il tarixdə **********13 reyestr nömrəsi ilə tərtib edilmiş “Daşınmaz Əmlakın pasportunda” göstərilən torpaq sahəsinin koordinatları üst-üstə düşmür.
3. X4 adına xx.xx.2007-ci il tarixdə **********13 reyestr nömrəsi ilə tərtib edilmiş “Daşınmaz Əmlakın pasportunda” göstərilən torpaq sahəsinin koordinatları ilə İddiaçı adına xx.xx.2008-ci il tarixdə **********13 reyestr nömrəsi ilə tərtib edilmiş “Torpaq sahəsinin planı və ölçüsü” sənədində göstərilən torpaq sahəsinin koordinatları üst-üstə düşür.
4. iddiaçının iddia etdiyi 0.06 ha torpaq sahəsinin təyinatı kənd təsərrüfatı təyinatlı torpaq, uqodiyası isə əkindir. Faktiki olaraq torpaq sahəsi 0.0673 hektardır. Torpaq sahəsi hər tərəfdən daş hasarla hasarlanmışdır və digər vətəndaş tərəfindən istifadə olunur.
5. iddiaçının iddia etdiyi və naturada ölçülmüş torpaq sahəsinin koordinatları ilə Qəbələ rayon Qəbələ bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 11 saylı qərarı ilə X1 0.06 ha torpaq sahəsinə dair Dilarəm Faykovanın adına xx.xx.2007-ci il tarixdə **********13 reyestr nömrəsi ilə tərtib edilmiş “Daşınmaz Əmlakın pasportunda” və xx.xx.2008-ci ildə İddiaçı adına **********13 reyestr nömrəsi ilə tərtib edilmiş “Torpaq sahəsinin planı və ölçüsü” sənədində göstərilən torpaq sahəsinin koordinatları üst-üstə düşmür. - cavabdehin xx.xx.2020-ci il tarixli imtina məktubundan görünür ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməzdən əvvəl, anoloji tələblə cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. Məhkəmə kollegiyasının xx.xx.2023-cü il tarixli sorğusuna cavab olaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X11 9 saylı Qəbələ Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubuna əlavə edilmiş mütəxəssis rəyi ilə müəyyən edildi ki, Qəbələ Rayon Qəbələ Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 11 saylı qərarı ilə verilmiş, İddiaçı nümayəndəsi tərəfindən göstərilmiş faktiki naturada ölçülmüş 0,0673 ha torpaq sahəsi Qəbələ şəhər inzibati ərazi dairəsinin səthədləri daxilində təyinatı kənd təsərrüfatı təyinatlı torpaq, uqodiyası isə əkindir. Torpaq sahəsi hər tərəfdən daş hasarla hasarlanmışdır və digər vətəndaş tərəfindən istifadə olunur.
TƏTBİQ EDİLƏN HÜQUQ
18. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 14.2. İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
19. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Maddə 6. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı sənədlərin verilməsi, habelə girovun dövlət qeydiyyatına alınması üçün dövlət rüsumu 6.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı sənədlərin verilməsi, habelə girovun dövlət qeydiyyatına alınması sahəsində aşağıdakı xidmətlərə və hüquqi hərəkətlərə görə dövlət rüsumu ödənilir: (-); 6.1.1.2. daşınmaz əmlaka dair texniki sənədlərin (pasport və plan ölçü) verilməsi. Maddə 7.1. Daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması, habelə müvafiq texniki sənədlərin tərtibi qaydası qanunvericiliklə müəyyən edilir; Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar: 8.0.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.3-cü maddəsinə görə, daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 8.0.5-ci maddəsinə əsasən 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Maddə 10 Hüquqların dövlət qeydiyyatı üçün sənədlərin təqdim edilməsi 10.1. Hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 10.2. Qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. (-). Maddə 16. Dövlət reyestrində düzəlişlər (-). 16.6. Dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Müqavilə əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir
20. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli 516 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə: 3. Xidmətin vəzifələri 3.0. Bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Xidmət aşağıdakı vəzifələri yerinə yetirir: (-); 3.0.23. daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahəsinin planının və ölçüsünün tərtib edilməsini və verilməsini təmin etmək; (-). Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi: 3. Xidmətin vəzifələri 3.0. Bu Əsasnamə ilə müəyyən olunmuş fəaliyyət istiqamətlərinə uyğun olaraq, Xidmətin vəzifələri aşağıdakılardır: (-); 3.0.23. daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq; (-); 3.0.27. dövlət və yerli özünüidarəetmə orqanlarının, fiziki və hüquqi şəxslərin müraciətləri əsasında onlara müəyyən edilmiş qaydada daşınmaz əmlakın (torpaqların) elektron kadastr uçotu informasiya sistemindən yerquruluşu planına və kadastr məlumatlarına dair elektron və (və ya) kağız formatlarında çıxarışların verilməsini təmin etmək; (-).
19. X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu 19 noyabr 2021-ci il tarixli qərarında qeyd etmişdir ki, “Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin.
21. İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir
APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ
22. Cavabdehin apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayəti mümkündür, lakin əsaslı deyil, ona görə də apellyasiya şikayəti uğurlu olmayacaqdır.
23. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.
24. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.
25. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
26. Birinci instansiya məhkəməsi iddianı təmin etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
27. Məhkəmə kollegiyası tərəfindən aparılan araşdırma zamanı müəyyən edildi ki, Qəbələ Rayon Qəbələ Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 11 nömrəli qərarı ilə X5 fərdi yaşayış evi tikmək məqsədilə 0.06 ha torpaq sahəsi satılmış və satılmış torpaq sahəsinin ilkin yerquruluşu sənədi və A000556 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədi tərtib edilmişdir. Seriya MH ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla həmin torpaq sahəsi üzərində X4 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və xx.xx.2007-ci ildə Daşınmaz Əmlakın Pasportu tərtib edilmişdir. xx.xx.2008-ci il tarixli müqavilə ilə X3 MH ******* saylı çıxarışa əsasən Qəbələ şəhər ərazisində yerləşən 0.06 ha torpaq sahəsini İddiaçı satmış və seriya MH ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla 0.06 ha yaşayış məntəqəsi torpaqları təyinatlı həyətyanı torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Dilarəm Faykovaya faktiki olaraq ayrılmış, A 000556 nömrəli plan-ölçü sənədində göstərilən 0.06 ha torpaq sahəsinin koordinatlarının xx.xx.2007-ci ildə Daşınmaz Əmlakın Pasportunda qeyd edilmiş torpaq sahəsi ilə üst-üstə düşməməsi, həmçinin, iddiaçının adına xx.xx.2008-ci ildə tərtib edilmiş torpaq sahəsinin planı və ölçüsü sənədinin, xx.xx.2007-ci ildə tərtib edilmiş Daşınmaz Əmlakın Pasportunda qeyd edilmiş torpaq sahəsinin koordinatlarına uyğun tərtib edilməsi müəyyən edilmişdir.
28. Beləliklə, xx.xx.2007-ci ildə Daşınmaz Əmlakın Pasportunda qeyd edilmiş torpaq sahəsində, torpaq sahəsinin koordinatları A 000556 nömrəli plan-ölçü sənədində göstərilən 0.06 ha torpaq sahəsinin koordinatlarına uyğun olmamaqla yanlış tərtib edilmiş, bu isə son nəticədə xx.xx.2008-ci ildə iddiaçının adına tərtib edilmiş plan-ölçü sənədində də, torpaq sahəsinin koordinatlarının düzgün qeyd edilməməsinə səbəb olmuşdur. Cavabdeh orqan Dilarəm Faykovaya satılmış torpaq sahəsinin təyinatının kənd təsərrüfatı təyinatlı olduğu qeyd edilsə də, nəzərə alınmalıdır ki, seriya MH ******* nömrəli və seriya MH ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlarda həmin torpaq sahəsi yaşayış məntəqəsi torpaqları təyinatlı həyətyanı torpaq sahəsi olaraq qeyd edilmişdir.
29. Göründüyü kimi, iddiaçının mülkiyyətində olan torpaq sahəsi cavabdeh inzibati orqanda onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış və həmin qeyd hazırkı vaxta qədər mübahisə predmeti olmamışdır.
30. İddiaçının torpaq sahəsinə hüquqları qeydə alınmışdır, bu barədə mübahisə və iddiaçının müraciəti olmamışdır. Digər tərəfdən, hüquqların qeydiyyatı zamanı belə torpaq sahəsinin planı və ölçüsü sənədi olmadıqda, istinad olunan Əsasnamələrin tələbinə görə belə sənədi tərtib edib vermək cavabdehin vəzifəsidir. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsinin 3.0.23cü bəndinə əsasən, daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək xidmətin vəzifələrinə aid edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi 2-1(102)-84/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarında hazırkı mübahisənin predmeti ilə eynilik təşkil edən başqa bir işdə mübahisənin həllində eyni hüquqi mövqeyi ifadə etmişdir.
31. İddiaçı tərəfindən naturada göstərilən torpaq sahəsi ilə, Dilarəm Faykovaya satılmış və sonradan iddiaçının alqı-satqı qaydasında əldə etdiyi torpaq sahəsinin yerləşmə yeri fərqli olduğundan və iddiaçı Qəbələ Bələdiyyəsi və DT və XK-nin Qəbələ rayon şöbəsi tərəfindən təsdiq edilmiş torpaq sahəsinin yerquruluşu sənədi əsasında həmin torpaq sahəsinin naturada ölçülməsini tələb etdiyindən, işdə olan, ilkin yeruquruluşu sənədinin - Qəbələ Bələdiyyəsi və DT və XK-nin Qəbələ rayon şöbəsi tərəfindən təsdiq edilmiş torpaq sahəsinin yerquruluşu sənədinin coğrafi yerləşmə vəziyyəti nəzərə alınmaqla, uyğun gəldiyi torpaq sahəsi ilə bağlı məlumatın verilməsi və iddia olunan torpaq sahəsinin və A000556 nömrəli plan-ölçü sənədində göstərilən torpaq sahəsinin kənd təsərrüfatına yaralı, yararsız və ya az yararlı olması barədə Əmlak Məsələləri Dövlət Xidmətinə, eyni zamanda Dilarəm Faykovaya yaşayış evi tikmək üçün ayrılmış torpaq sahəsinin hazırda faktiki olaraq hansı subyektin istifadəsində olması və iddiaçı tərəfindən naturada göstərilən torpaq sahəsinin Dilarəm Faykovaya yaşayış evi tikmək üçün ayrılmış torpaq sahəsi ilə eyni ərazi olub-olmamasına aydınlıq gətirilməsi üçün Qəbələ Bələdiyyəsinə sorğu verilmişdir.
32. Birinci instansiya məhkəməsi tərəfindən verilmiş sorğu cavablandırılmamış və Əmlak Məsələləri Dövlət Xidməti, ilkin təqdim edilmiş mütəxəssis rəyini məhkəməyə yenidən göndərmişdir. Qəbələ Bələdiyyəsi isə sorğunu cavablandırmamışdır. Odur ki, müvafiq çöl-ölmə işlərinin aparılması məqsədilə cəlb edilmiş mütəxəssis məhkəmə iclasına dəvət edilmişdir.
33. xx.xx.2022-ci il tarixdə keçirilmiş birinci instansiya məhkəməsinin iclasında mütəxəssis tərəfindən məhkəməyə təqdim edilmiş yerquruluşu planına, ilkin yerquruluşu sənədinə və mütəxəssis rəyinə baxış keçirilmiş və sorğuda qeyd edilmiş suallar cavablandırılaraq bildirilmişdir ki, Qəbələ Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 11 saylı qərarı ilə X1 0.06 ha torpaq sahəsinin naturada yeri – DT və XK Qəbələ rayon şöbəsi tərəfindən tərəfindən tərtib edilmiş A 000556 nömrəli plan-ölçü sənədi əsasında müəyyən edilmişdir. Belə ki, həmin sənəddə torpaq sahəsinin koordinatları və döngə nöqtələri qeyd olunmuşdur. İddiaçının istinad etdiyi ilkin yerquruluşu sənədində isə koordinatlar qeyd olunmamışdır və torpaq sahəsinin ayrılmasından ötən 16 il ərzində sözügedən ərazidə xeyli dəyişikliklər baş vermiş, tikililər inşa edilmiş, yol genişlənmişdir. Odur ki, hazırda faktiki olaraq sözügedən ərazi, təqdim edilən ilkin yeruquruluşu sənədi ilə müqayisədə xeyli dəyişikliklərə məruz qalmışdır. Həmin torpaq sahəsinə dair tərtib edilmiş A 000556 nömrəli plan-ölçü sənədində koordinatlar olduğundan torpaq sahəsinin yerləşdiyi yeri müəyyən etmək mümkündür. Qəbələ Bələdiyyəsi və DT və XK-nin Qəbələ rayon şöbəsi tərəfindən təsdiq edilmiş torpaq sahəsinin ilkin yerquruluşu sənədində koordinatlar olmadığından, qeyd edilmiş torpaq sahəsinin yerləşmə yerini naturada tam dəqiqliklə müəyyən etmək mümkün olmasa da, həmin torpaq sahəsi A 000556 nömrəli plan-ölçü sənədində qeyd edilmiş torpaq sahəsinin yerləşmə yerinə, yəni mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planındakı X - 739407.97, 739389.34, 739373.53, 739392.24, Y – 4538279.05,4538255.62, 4538267.99, 4538291.42 koordinatlarında yerləşən torpaq sahəsinə uyğun gəlir.
34. Birinci instansiya məhkəməsinin iclasında mütəxəssisin verdiyi izahatla ilkin yerquruluşu sənədində qeyd edilmiş torpaq sahəsinin yerləşmə yeri ilə bağlı suallar ətraflı cavablandırıldığından, Əmlak Məsələləri Dövlət Xidmətinə və Qəbələ Bələdiyyəsinə verilmiş sorğuların cavablarının alınması zərurəti aradan qalxmışdır.
35. Beləliklə, cavabdeh orqan tərəfindən iddiaçının mülkiyyətində olan 0.06 ha torpaq sahəsinə dair xx.xx.2008-ci ildə tərtib edilmiş plan-ölçü sənədində koordinatlar düzgün göstərilmədiyindən, yəni, qeyd edilmiş koordinatlar, A 000556 nömrəli plan-ölçü sənədində qeyd edilmiş torpaq sahəsinin yerləşmə yerinə uyğun olmadığından, iddiaçı ilkin yerquruluşu sənədlərinə istinad edərək torpaq sahəsinin plan-ölçü sənədinə düzəliş edilməsini cavabdeh orqandan tələb etməkdə haqlı olmuşdur.
36. Qəbələ Bələdiyyəsi və DT və XK-nin Qəbələ rayon şöbəsi tərəfindən təsdiq edilmiş torpaq sahəsinin ilkin yerquruluşu sənədində qeyd olunmuş 0.06 ha torpaq sahəsinin yerləşmə yeri -A000556 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədində qeyd edilmiş torpaq sahəsinə uyğun olduğundan, cavabdeh orqan A 000556 nömrəli planölçü sənədində qeyd edilmiş torpaq sahəsinin yerləşmə yerinə, yəni mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planındakı X - 739407.97, 739389.34, 739373.53, 739392.24, Y – 4538279.05,4538255.62, 4538267.99, 4538291.42 koordinatlarına uyğun olaraq planölçü sənədinə düzəliş etməklə, yeni plan-ölçü sənədi tərtib etməlidir.
37. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, qаnunvericilikdə etimаd hüququnun yаrаnmаsının iki müxtəlif əsаsı nəzərdə tutulmuşdur ki, onlаrdаn biri inzibаti orqаnlаrın inzibаti prаktikаsı, digəri isə müəyyən inzibаti аktın sonrаdаn qəbul ediləcəyi və yа qəbul edilməyəcəyi bаrədə inzibаti orqаnlаrın vəd və bəyаnаtlаrıdır. İnzibаti prаktikаyа etimаd o hаldа yаrаnır ki, bu prаktikа dаvаmlı və ümumi xаrаkter dаşısın və inzibаti orqаnın hərəkətlərinin gedişi əvvəlcədən bilinsin. Mаrаqlı şəxs inzibаti orqаnın prаktikаsınа əsаslаnаrаq təxminən bilməlidir ki, onun işi həmin prаktikаyа uyğun şəkildə və həll edilmiş oxşаr işlərə аnаloji qаydаdа həll ediləcəkdir. İnzibаti orqаnın bəyаnаt və vədlərinə gəldikdə isə, bu bəyаnаt və vədlər mütləq konkret inzibаti icrааtlа bаğlı olmаlı və mаrаqlı şəxs bilməlidir ki, həmin bəyаnаt və vədlər məhz onun hüquq və qаnunlа qorunаn mаrаqlаrı ilə bаğlıdır. Bəyаnаt və vədin etibаrlı təminаt hesаb olunmаsı üçün onun yаzılı formаdа ifаdə olunmаsı vаcibdir. Eyni zаmаndа, bu dа qeyd edilməlidir ki, şəxs inzibаti аktın qəbul edilməsi üçün konkret bir inzibаti orqаnа mürаciət edərkən etimаd hüququnа istinаd edirsə, bu etimаd digər inzibаti orqаnlаrın deyil, məhz mürаciət etdiyi inzibаti orqаnın inzibаti prаktikаsınа, yаxud dа vəd və bəyаnаtınа əsаslаnmаlıdır.
38. Məhkəmə kollegiyası bununla bağlı olaraq qeyd edir ki, iddiaçının mülkiyyətində olan torpaq sahəsi cavabdeh inzibati orqanda onların adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır və həmin qeyd hazırkı vaxta qədər mübahisə predmeti olmamışdır. Odur ki, cavabdeh tərəfindən iddia tələbinin təmin edilməsindən imtina olunması əsaslı olmamışdır. Digər tərəfdən, hüquqların qeydiyyatı zamanı belə torpaq sahəsinin planı və ölçüsü sənədi olmadıqda, belə sənədi tərtib edib vermək cavabdehin vəzifəsidir.
39. Məhkəmə kollegiyasının qənaətinə görə iddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübut olunur, cavabdehin imtinası əsassız olmuşdur, iddianın təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir. Cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamış, cavabdehin imtinası qanunvericiliyə zidd olmaqla və iddiaçının hüquqlarını pozmuşdur.
40. Beləliklə, məhkəmə kollegiyаsı yuxarıda sadalanan maddi hüquq normalarını müqayisəli təhlil edərək belə nəticəyə gəlir ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri, işin faktiki halları və iş materiallarına əlavə edilən sənədlərlə öz təsdiqini tapmır.
41. Qeyd olunan işin hallarını, aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, iddiaçının mülkiyyətində olan 0.06 ha həyətyanı torpaq sahəsinin plan-ölçü sənədində düzəliş edilərək, ilkin torpaqayırma sənədlərində (Qəbələ Şəhər Bələdiyyəsi və Qəbələ rayon DT və XK-si Qəbələ rayon şöbəsi tərəfindən verilmiş) göstərilən qaydada plan-ölçü sənədinin işlənməməsinə dair cavabdehin hərəkətləri qanunauyğun olmadığından, birinci instansiya məhkəməsi gəldiyi nəticədə haqlı olmuşdur. Odur ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilməməlidir.
42. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRАRА АLDİ:
Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X11 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 22 sentyabr 2022-ci il tarixli 2-1(116)-61/2022 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.