Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-44/2024 26.01.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Hüseynov Elçin Şirin oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirak ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı “Ağsu rayonu Rəhimağalı bələdiyyəsinin ərazisində olan, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Ağsu rayon şöbəsinin JN-0141 saylı, xx.xx.2004-cü il tarixli Dövlət Aktı ilə İddiaçı mülkiyyətinə verilmiş 113 ha torpaq sahəsinə hüquqların dövlət qeydiyyatı haqqında dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 27 sentyabr 2023-cü il tarixli 2-1(116)-1562/2023 nömrəli qərarından iş üzrə İddiaçı və nümayəndəsi, həmçinin vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat
1. İddiaçının nümayəndəsi və vəkili cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, Ağsu rayonu Rəhimağalı bələdiyyəsinin ərazisində olan, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Ağsu rayon şöbəsinin JN-0141 saylı, xx.xx.2004-cü il tarixli Dövlət Aktı ilə İddiaçı mülkiyyətinə verilmiş 113 ha torpaq sahəsinə mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyatı haqqında dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
2. İddia ərizəsinin əsaslarına görə, İddiaçı 01 oktyabr 2004-cü il tarixdə Ağsu rayonu Rəhimağalı Bələdiyyəsi ilə aralarında bağlanan torpağın alqı-satqı müqaviləsinə əsasən cizgiləri əvvəldən müəyyən olunan kənd təsərrüfatı təyinatlı 113 ha torpaq sahəsi Ağsu rayonu Rəhimağalı Bələdiyyəsinin qərarı ilə ona satılmışdır. Eyni zamanda toplanmış materiallar içərisində Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş 8120 saylı arayışdan görünür ki, Ağsu rayonu Rəhimağalı Bələdiyyəsinə aid olan 113 ha torpaq sahəsi satılmamışdan öncə onun təyinatı, yararlı və ya yararsız topaq sahəsinə aid olub-olmaması yoxlanmış və nəticədə həmin torpaq sahəsinin yararsız olduğu təsdiq edilmişdir. Bundan sonra iddiaçı qeyd olunan qərara əsasən torpağın onun mülkiyyətinə verilməsi məqsədi ilə hüquqverici sənədləri ilə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Ağsu rayon şöbəsinə müraciət edərək, qeyd olunan torpaq sahəsinə dövlət aktının verilməsini xahiş etmiş və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Ağsu rayon şöbəsi torpağın mülkiyyətə verilməsinə dair JN-0141 saylı xx.xx.2004-cü il tarixli Dövlət aktı ilə Ağsu rayonu Rəhimağalı Bələdiyyəsinin ərazisində olan cizgidə göstərilən sərhəd daxilində 113 ha kənd təsərrüfatlı torpaq sahəsinin İddiaçı mülkiyyətinə vermişdir. Həmin tarixdən başlayaraq, qeyd olunan torpaq sahəsi iddiaçının istifadəsində olmuş və həmin torpaq sahəsinin münbitləşdirilməsi məqsədi ilə iddiaçı küllü miqdarda vəsait xərcləmişdir. İddiaçı bu torpaq sahəsi üzərində bütün zəruri hərəkətləri gördükdən sonra kənd təsərrüfatının inkişaf etdirilməsi məqsədi ilə həmin torpaq sahəsində əkin işləri aparılması üçün aqrar sahədə subsidiyalar almaq üçün lazımi sənədləri təqdim etməklə dövlətin kənd təsərrüfatı sahəsində çalışan sahibkarlara yaratdığı imtiyazlardan istifadə etmişdir.
3. İddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş, lakin onun müraciəti təmin olunmamışdır. Cavabdeh xx.xx.2022-ci il tarixli **********79 nömrəli imtina məktubunda qeyd etmişdir ki, ərizəyə əlavə olunmuş sənədlər araşdırılan zaman müəyyən olunmuşdur ki, Ağsu rayonunun Rəhimağalı bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 06 saylı qərarı ilə İddiaçı mülkiyyətinə satılmış 113,0 ha torpaq sahəsi bələdiyyənin ehtiyat fonduna daxil olan kənd təsərrüfatı təyinatlı torpaqlara aiddir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 56.3-cü maddəsinə əsasən bələdiyyələrin ehtiyat fondunun kənd təsərrüfatı təyinatlı torpaqları yalnız kənd təsərrüfatı istehsalı üçün icarəyə verilə bilər. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 6.3-cü maddəsinə əsasən bələdiyyələrin ehtiyat fondunun kənd təsərrüfatı təyinatlı torpaqları yalnız məqsədli təyinatı üzrə qanunvericilikdə nəzərdə tutulmuş qaydalara əməl edilməklə icarəyə verilir. Göründüyü kimi bələdiyyələrin ehtiyat fondunun kənd təsərrüfatı təyinatlı torpaqlarının xüsusi mülkiyyətə verilməsi qanunvericilikdə nəzərdə tutulmamışdı.
4. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-1(118)-1712/2023 nömrəli qərardadı ilə inzibati iş aidiyyəti üzrə baxılması üçün Şəki İnzibati Məhkəməsinə göndərilmiş və xx.xx.2023-cü il tarixdə Məhkəməyə daxil olmuşdur.
5. Cavabdeh xx.xx.2023-cü il tarixli **********27 nömrəli etiraz məktubunda iddiaçıya ünvanladığı imtina məktubunda göstərilənləri qeyd etmiş və iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
6. Birinci instansiya məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-1(116)-1562/2023 nömrəli qərardadı ilə Ağsu rayonu Rəhimli bələdiyyəsi hazırkı iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində adi qaydada cəlb edilmişdir.
7. Birinci instansiya məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-1(116)-1562/2023 nömrəli qərardadı ilə Şəki İnzibati Məhkəməsinin xx.xx.2023-ci il tarixli e-2-1(116)- 1562/2022 nömrəli qərardadı ləğv edilmiş, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 14 saylı Şamaxı ərazi idarəsinə qarşı “Ağsu rayonu Rəhimağalı bələdiyyəsinin ərazisində olan, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Ağsu rayon şöbəsinin JN-0141 saylı, xx.xx.2004-cü il tarixli Dövlət Aktı ilə İddiaçı mülkiyyətinə verilmiş 113 ha torpaq sahəsinə mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyatı haqqında dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Ağsu rayonu Rəhimli bələdiyyəsinin üçüncü şəxs qismində iştirakına xitam verilmiş, iş üzrə Ağsu rayonu Çaparlı bələdiyyəsi üçüncü şəxs qismində adi qaydada məhkəmə icraatına cəlb edilmişd.
8. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin olunmasını xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
9. Şəki İnzibati Məhkəməsinin (hakim Fərid İsmayılzadə) 27 sentyabr 2023-cü il tarixli 2-1(116)-1562/2023 nömrəli qərarı ilə iddia tələbinin təmin edilməməsi qərara alınmışdır.
10. İddiaçı və nümayəndəsi, həmçinin vəkili Vəkil həmin qərardan apellyasiya şikayəti vermişlər.
APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ
11. İddiaçı tərəf apellyasiya şikayətini iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırmış. apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 27 sentyabr 2023-cü il tarixli 2-1(116)-1562/2023 nömrəli qərarının ləğv edilməsi, iddia tələbinin təmin edilməsinə dair yeni qərar çıxarılmasını xahiş etmişdir.
TƏRƏFLƏRİN İZAHATLARİ
12. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 27 sentyabr 2023-cü il tarixli 2-1(116)-1562/2023 nömrəli qərarının ləğv edilməsi, iddia tələbinin təmin edilməsinə dair yeni qərar çıxarılmasını xahiş etdilər.
13. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə xəbərdar edilsə də cavabdeh və üçüncü şəxs məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmişlər.
14. Məhkəmə kollegiyası onların iştirakı olmadan hazırkı işə baxılmasını Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 62.3-cü maddəsinə əsasən mümkün hesab etmişdir.
15. İş materiallarında olan aşağıda sadalanan sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: - Ağsu rayon Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli 3-48-5RA/2-2-20/2023 nömrəli məktubunda qeyd olunmuşdur ki, Ağsu rayonu Rəhimağalı bələdiyyəsinə aid heç bir sənəd Ağsu rayon Dövlət Arxivinə təhvil verilməmiş və Arxivdə saxlanılmır. - Cavabdehin xx.xx.2023-cü il tarixli **********49 nömrəli məktubuna əlavə olunmuş JN-0141 kod 40917038 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktının surətindən görünür ki, Ağsu rayonu Rəhimağalı bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 06 saylı qərarı ilə 113,00 hektar torpaq sahəsi kənd təsərrüfatı məhsullarını istehsalı məqsədilə İddiaçı satılmışdır. - Cavabdehin xx.xx.2023-cü il tarixli **********00 nömrəli məktubunda qeyd olunmuşdur ki, müraciətdə tələb olunan məlumatların araşdırılması məqsədi ilə 14 saylı Şamaxı Ərazi idarəsinin mütəxəssisi Ağsu rayonunun Rəhimağalı kəndi ərazisində sözügedən torpaq sahəsində olmuş və iddiaçının nümayəndəsinin iştirakı ilə çöl ölçmə işləri aparmışdır. Çöl ölçmə işlərinin nəticəsi kameral şəraitdə elektron baza məlumatlarına əsasən araşdırılaraq müəyyən olunmuşdur ki, İddiaçı JN-0141 saylı Dövlət Aktı ilə xüsusi mülkiyyətinə verilmiş 113 ha torpaq sahəsi naturada 112,11 hektardır. Döngə nöqtələrinin koordinatları yerquruluşu planında qeyd olunmuşdur. Torpaq sahəsi kənd təsərrüfatı təyinatlı əkin torpaqlarına düşür. Torpaq sahəsi iddiaçının faktiki istifadəsində olmaqla başqa şəxslərin mülkiyyətində olan torpaq sahələri ilə üst-üstə düşmür. Sənəd üzrə verilmiş torpaq sahəsi ilə faktiki istifadə etdiyi torpaq sahəsi eynidir və həmin torpaq sahəsi kənd təsərrüfatı ehtiyacları üçün yararlıdır. - X1 filialı xx.xx.2023-cü il tarixli 3-48-DA-11F/2-155-8-23 nömrəli məktubunda qeyd etmişdir ki, Ağsu rayonu Rəhimağalı bələdiyyəsinin X1 filialında saxlanılan 2000-2009-cu illərin protokol kitabında xx.xx.2004- cü il tarixə 06 saylı protokol aşkar olunmamışdır. Rəhimağalı bələdiyyəsinin 2004-cü ildə son 02 saylı protokolu xx.xx.2004-cü il tarixədir. - Cavabdehin xx.xx.2023-cü il tarixli **********79 nömrəli məktubunda qeyd olunmuşdur ki, JN-0141 nömrəli Dövlət Aktında qeyd olunan 113,0 ha torpaq sahəsinin koordinatlar, daxilində yerləşən torpaq sahəsi keçmiş Rəhimağalı bələdiyyəsinə məxsus ehtiyat fondu, əkin torpaq sahələri olmuşdur. Dövlət aktlarının qeydiyyatı kitabında 97 nömrə ilə qeydiyyatın aparılması barədə Ərazi İdarəsində heç bir məlumat aşkar olunmadı. X4 ikinci nüsxəsi Ərazi İdarəsinin arxivinə təhvil verilməmişdir. - “Torpaqların alqı-satqısına dair” Aktın notariat qaydada təsdiq olunmuş surətindən görünür ki, Ağsu rayonu Rəhimağalı bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 06 nömrəli qərarı ilə Rəhimağalı bələdiyyəsinin ərazisindən 113,00 ha torpaq sahəsi İddiaçı satılmışdır. Akt Ağsu rayon Torpaq şöbəsində xx.xx.2004-cü il tarixdə 41 nömrə ilə qeydiyyata alınmışdır. - xx.xx.2004-cü il tarixli ödəniş tapşırığından görünür ki, İddiaçı Ağsu rayon Rəhimağalı bələdiyyəsinin hesabına 85.846.100,00 (səksən beş milyon səkkiz qırx altı min yüz) manat pul köçürmüşdür. - 8120 nömrəli arayışın notariat qaydada təsdiq olunmuş surətində qeyd olunmuşdur ki, Rəhimağalı bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 06 saylı qərarı ilə İddiaçı kənd təsərrüfatı məqsədilə 113,0 ha torpaq sahəsi satılması nəzərdə tutulmuşdur. X3 Fondunun verdiyi qəiməyə əsasən satılacaq torpaq sahəsi AranŞirvan rayonuna aiddir. Həmin torpaq sahəsi 19 ballı, V keyfiyyət qrupu, yararsıza aid olmaqla 113,00 hektardır və normativ qiyməti 85846,100 manatdır. Satılacaq torpaq sahəsi bələdiyyə mülkiyyətinə aid olmaqla ilk dəfə satılır. Arayışda tarix göstərilməmiş, torpaq sahəsinin keyfiyyətinin və qqiymətin hansı meyarlar əsasında müəyyən edildiyi öz əksini tapmamışdır.
TƏTBİQ EDİLƏN HÜQUQ
16. İnzibati Prosessual Məcəllə: Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 12.3. Məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar. 12.4. Proses iştirakçıları tərəfindən hər hansı sübutun məhv edilməsi və ya gizlədilməsi yaxud hər hansı başqa üsulla həmin sübutun araşdırılmasına maneçilik törədilməsi qadağandır. Belə halların baş verdiyi təqdirdə, məhkəmə konkret işlə bağlı bütün xüsusiyyətləri nəzərə alaraq sübut etmə vəzifəsinin dönüşü haqqında qərardad qəbul edə bilər. Maddə 13. Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Maddə 14.2. İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 48. Məhkəmənin və proses iştirakçılarının işin hallarının obyektiv araşdırılması ilə bağlı vəzifələri 48.1. Sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyrimüəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. 48.2. İnzibati məhkəmə icraatının iştirakçıları yazılı vəsatətlərini, etirazlarını, izahatlarını və bunlarla əlaqədar sənədləri məhkəmə baxışı başlayana qədər təqdim etməyə borcludurlar. Sədrlik edən hakim bu məqsədlə müddət təyin edə bilər. Məhkəmə xidməti vəzifəsinə görə həmin sənədlərin surətlərini prosesin digər iştirakçılarına göndərir. 48.3. Yazılı vəsatətlərə, etirazlara, izahatlara onlarda istinad olunan sənədlərin əsli və ya surəti tam və ya çıxarışlar şəklində əlavə edilməlidir. Həmin sənədlər qarşı tərəfə məlum olduğu və ya həcmcə çox böyük olduğu hallarda, onların əlamətlərini dəqiq göstərməklə, qarşı tərəfin həmin sənədlərlə məhkəmədə tanış olmasının mümkünlüyünü qeyd etmək kifayətdir. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
17. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 1.0.4. qeydiyyat orqanı – daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır. Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. 8.0-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunnan halları müəyyən edilmiş, 15-ci maddəsində isə hüquqların qeydə alınmasından imtina oluna bilən hallar öz təsbitini tapmışdır. 8.0.5-ci maddəsinə əsasən 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. 10.2-ci maddəsinə görə, hüquqların dövlət qeydiyyatı üçün qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 11.1-ci maddəsinə görə hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır; 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər; 23.2-ci maddəsinə görə isə daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. 23.3-cü maddəsinə görə isə dövlət qeydiyyatına alınmış daşınmaz əmlaka hüquqlar və daşınmaz əmlak barəsində bağlanan əqdlər haqqında məlumatın qəsdən və ya ehtiyatsızlıq üzündən təhrif edilməsində və itirilməsində təqsirli olan şəxslər bunun nəticəsində vurulmuş zərərə görə qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar.
18. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi 9-cu maddəsinə əsasən Azərbaycan Respublikasının hüdudları daxilində yerləşən bütün torpaqlar onun vahid torpaq fondunu təşkil edir. Məqsədli təyinatına və hüquqi rejiminə uyğun olaraq Azərbaycan Respublikasının torpaqları aşağıdakı kateqoriyalara bölünür: kənd təsərrüfatı təyinatlı torpaqlar, yaşayış məntəqələrinin (şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin) torpaqları, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar, xüsusi qorunan ərazilərin torpaqları, meşə fondu torpaqları, su fondu torpaqları, ehtiyat fondu torpaqları. 66.1-ci maddəsinə əsasən, dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur. 67.1-ci maddəsinə görə torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır; 111.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur; 111.2-ci maddəsinə görə özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır.
19. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır; 139.3-cü maddəsinə görə daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir; 139-1.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur.
20. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur.
APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ
21. İddiaçının tərəfin apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayəti mümkündür və əsaslıdır, ona görə də apellyasiya şikayəti uğurlu olacaqdır.
22. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.
23. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər.
24. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
25. Birinci instansiya məhkəməsi iddianı təmin etməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
26. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının tələbinin təmin olunmasını istisna edən hallar iş materialları ilə öz təsdiqini tapır. Belə ki, məhkəmə araşdırması nəticəsində və müvafiq mütəxəssis rəyinə istinadən müəyyən edilmişdir ki, iddiaçının üzərində mülkiyyət hüququnu qeydə alınmasını tələb etdiyi torpaq sahəsi kənd təsərrüfatına yararlı torpaq sahəsidir. İddiaçı torpaq sahəsinin özgəninkiləşdirilməsi zamanı müvafiq arayış və akt əsasında kənd təsərrüfatına yararsız olduğunun müəyyən edildiyini bildirsə də, bunun hansı meyarlar əsasında müəyyən edilməsi iş materialları ilə müəyyən olunmamış və müvafiq aktda öz əksini tapmamışdır. Həmçinin iddiaçının hüquqlarının qeydə alınması üçün hüquqmüəyyənedici sənəd qismində istinad etdiyi JN-0141 nömrəli Dövlət Aktın ikinci nüsxəsi və Dövlət aktlarının qeydiyyatı kitabında 97 nömrə ilə qeydiyyatın aparılması barədə məlumat Ərazi İdarəsində aşkar olunmamışdır. Bununla yanaşı iddiaçıya münasibətdə özgəninkiləşdirilmiş 113 ha torpaq sahəsi qanunvericiliklə xüsusi mülkiyyətə verilən torpaq sahələrinin normalarından artıq olmaqla, hərrac və ya müsabiqə yolu ilə mülkiyyətə verilməli olduğu halda qanunvericiliyin göstərilən tələblərinə əməl edilməmişdir.
27. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, iş materiallarında olan Ağsu rayonu Rəhimağalı bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 06 saylı protokolundan çıxarışdan görünür ki, Yuxarı Şirvan kanalının Ağsu qolundan şimal və cənub tərəfə Çaparlı kəndinin torpaq sahələri ilə həmsərhəd zonada Rəhimağalı bələdiyyəsinin mülkiyyətinə verilmiş şərti yararsız torpaqlardan 113,0 hektar torpaq sahəsinin kənd təsərrüfatı məhsullarını istehsal etmək məqsədilə Bakı şəhəri, Nəsimi rayonu Mərdanov qardaşları küçəsi 15 saylı evin 7 saylı mənzilində qeydiyyatda olan İddiaçı torpaqların alqı-satqı qaydasında satılması qərara alınmışdır.
28. DTXK-nın Ağsu rayon şöbəsinin xx.xx.2004-cü il tarixli 329 nömrəli rəyindən görünür ki, Ağsu rayonu Rəhimağalı bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 06 saylı qərarına əsasən Yuxarı Şirvan kanalının Ağsu qolundan şimal və cənub tərəfə Çaparlı kəndinin torpaq sahələri ilə həmsərhəd zonada Rəhimağalı bələdiyyəsinin mülkiyyətinə verilmiş şərti yararsız torpaqlardan 113,0 hektar torpaq sahəsinin Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov qardaşları küçəsi 15 saylı evin 7 saylı mənzilində qeydiyyatda olan İddiaçı torpaqların alqı-satqı qaydasında satılmasına Şöbə etiraz etməmişdir.
29. Göründüyü kimi, İddiaçı Ağsu rayonu Rəhimağalı bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 06 saylı qərarına əsasən 113,0 hektar torpaq sahəsi satılmışdır. Həmin dövrdə dövlət mülkiyyətində olan topaqların qorunmasına dövlət nəzarətini həyata keçirən orqan olan DTXK Ağsu rayon şöbəsi rəy verərək, sözügedən torpaq sahəsinin kənd təsərrüfatına yararsız olduğunu bildirmişdir. Hazırkı iş üzrə cavabdeh orqan verdiyi mütəxəssis rəyində isə torpaq sahəsinin yararlı olduğunu qeyd etmişdir. Məhkəmə kollegiyası həmin mütəxəssis rəyini mötəbər hesab etmir. Belə ki, İddiaçı satılan zaman yararsız olan torpaq sahəsi sonradan yararlı hala salınması mümkündür.
30. Habelə iş materiallarında olan JN-0141 kod 40917038 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktının surətindən görünür ki, Ağsu rayonu Rəhimağalı bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 06 saylı qərarı ilə 113,00 hektar torpaq sahəsi kənd təsərrüfatı məhsullarını istehsalı məqsədilə İddiaçı satılmışdır.
31. xx.xx.2004-cü il tarixli ödəniş tapşırığından görünür ki, İddiaçı Ağsu rayon Rəhimağalı bələdiyyəsinin hesabına 85.846.100,00 (səksən beş milyon səkkiz qırx altı min yüz) manat pul köçürmüşdür.
32. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8.0.5-ci maddəsinə əsasən 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Göründüyü kimi JN-0141 kod 40917038 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı məhz hüquqi akt olmaqla daşınmaz əmlakın qeydiyyata alınması üçün əsasdır. Qeyd edilən həmin dövlət akt hazırda qüvvədədir.
33. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh orqan tərəfindən iddiaçıya münasibətdə onun tələbini təmin etməkdən imtinası onun mülkiyyət hüququnun pozuntusudur. Ona görə iddiaçının müraciətinin təmin edilməsindən imtina edən inzibati orqanın hərəkətləri əsassız olmuş, işə baxan birinci instansiya məhkəməsi tam araşdırma aparmamış, maddi hüquq normalarının tətbiqində səhvə yol vermiş və bu səbəbdən də iddia tələbini təmin etməməklə düzgün nəticəyə gəlməmişdir.
34. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən ləğv edilməli, iddia təmin edilərək cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 14 saylı Şamaxı Ərazi İdarəsinin üzərinə Ağsu rayonu Rəhimağalı bələdiyyəsinin ərazisində olan, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Ağsu rayon şöbəsinin JN-0141 saylı, xx.xx.2004-cü il tarixli Dövlət Aktı ilə İddiaçı verilmiş 113 ha torpaq sahəsinə İddiaçı mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması öhdəliyi qoyulmalı, apellyasiya şikayəti təmin edilməlidir.
35. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRАRА АLDİ:
İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Şəki İnzibati Məhkəməsinin 27 sentyabr 2023-cü il tarixli 2-1(116)-1562/2023 nömrəli qərarı ləğv edilsin. İnzibati iş üzrə yeni qərar çıxarılaraq iddia təmin edilsin. Ağsu rayonu Rəhimağalı bələdiyyəsinin ərazisində olan, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Ağsu rayon şöbəsinin JN-0141 saylı, xx.xx.2004-cü il tarixli Dövlət Aktı ilə İddiaçı verilmiş 113 ha torpaq sahəsinə İddiaçı mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 14 saylı Şamaxı Ərazi İdarəsinin üzərinə qoyulsun. İnzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.