Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-440/2020 20.11.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, Zəkili Elgiz Eldəniz oğlunun katibliyi, cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeleyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdehnə qarşı “veteranlıq statusunun təsdiq olunduğu gündən, yəni veteran vəsiqəsini aldığı gündən arxada qalan üç illik müavinətin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibatiiş üzrə Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2-1(116)-909/2020 nömrəli qərarından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “veteranlıq statusunun təsdiq olunduğu gündən, yəni veteran vəsiqəsini aldığı gündən arxada qalan üç illik müavinətin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbin belə əsaslandırılmışdır ki, iddiaçıya Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən xx xxxxxx 1996-cı il tarixdə 001708 nömrəli müharibə veteranı adı və vəsiqəsi verilmişdir. İddiaçı xx.xx.1996-cı il tarixdən xx.xx.2017-ci il tarixədək müharibə veteranı üçün nəzərdə tutulmuş, lakin ödənilməmiş müavinətin ona birdəfəlik ödənilməsi üçün DSMF-nin Mingəçevir şəhər şöbəsinə ərizə ilə müraciət etmişdir. Lakin cavabdeh orqan iddiaçının müharibə veteranı adını və vəsiqəsini xx.xx.1996-cı ildə aldığını əsas gətirərək müavinətin ödənilməsindən imtina etmişdir. Cavabdeh etirazını belə əsaslandırmışdır ki, “Sosial Müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyası hüququ olmayan Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərə kommunal,nəqliyyat və digər xidmətlərə görə sosial müavinət təyin edilir.Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş əsasnaməyə uyğun olaraq Azərbaycan Respublikası Müdafiə Nazirliyində yaradılmış müvafiq komissiyanın rəyinə əsasən müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi verilir.Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsi tərəfindən İddiaçı xx.xx.1996-cı il tarixdə 001708 nömrəli müharibə veteranı vəsiqəsi verilmiş və qanunvericiliyin tələblərinə uyğun olaraq xx.xx.2019-cu il tarixdən müharibə veteranlarına Prezident təqaüdü təyin edilmiş və hal hazırda 80 manat ödənilir. “Veteranlar haqqında “Azərbaycan Respublikası Qanununun 7- ci maddəsin əəsasən müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və sənədləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir.Vetaranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Müharibə veteranları üçün qanunla müəyyən olunmuş sosial müavinət almaq hüququnun yaranması üçün şəxs müharibə veteranı olduğunu təsdiq edən sənədləri, yəni müharibə veteranı vəsiqəsini təqdim etməlidir. Cavabdeh orqan məlumat üçün bildirir ki, İddiaçı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdehndən heç bir növ üzrə əmək pensiyası almır. İddiaçının tələbinə dair sənədlər birinci instansiya məhkəməsinə təqdim olunmuşdur. Onlara AA seriyalı ******* nömrəli vətəndaşın şəxsiyyət vəsiqəsinin surəti, xx.xx.1996-cı il tarixli 001708 nömrəli müharibə veteranı vəsiqəsinin təsdiq edilmiş surəti, DSMF-nin Mingəçevir şəhər şöbəsinin xx.xx.2020-ci il tarixli **********0 nömrəli imtina məktubu, DİN-nin ******* nömrəli arayışı, AR DİN Şəxsi X3 xx.xx.2020-ci il tarixli 0242594- 1220 nömrəli məktubu, DSMF-nin Mingəçevir şəhər şöbəsinin xx.xx.2020-ci il tarixli **********6 nömrəli etiraz məktubu aiddir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Şəki İnzibati Məhkəməsinin (hakim İlqar Cabbarov) xx xxxxxx 2020-ci il tarixli 2- 1(116)-909/2020 nömrəli qərarı ilə İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdehnə qarşı “veteranlıq statusunun təsdiq olunduğu gündən, yəni veteran vəsiqəsini aldığı gündən arxada qalan üç illik müavinətin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasının təmin edilməməsi qərara alınmışdır. İddiaçı apellyasiya şikayəti verərək Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2-1(116)-909/2020 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətində qeyd etmişdir ki, Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(116)- 909/2020 saylı qərarına əsasən mənim cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin sosial Müdafiəsi Nazirliyi yanında Cavabdehnə qarşı «veteranlıq statusunun təsdiq olunduğu gündən, yəni veteran vəsiqəsini aldığı gündən arxada qalan üç illik müavinətin ödənilməsi öhdəliyinin cavabdehin üzərərinə qoyulması» barədə iddia tələbim təmin edilməmişdir.Aşağıda göstərilənlərə əsasən Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(116)- 909/2020 saylı qərarını əsassız və qanunsuz hesab edirəm. Belə ki, Məhkəmə işə baxarkən qərəzli mövqe tutmuş, yalnız cavabdehin nümayəndəsinin izahatı əsasında əsassız nəticəyə gəlmişdir. Qeyd olunanlara əsasən Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020- ci il tarixli qərarı ləğv olunmalıdır. Ona görə də Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(1 16)-909/2020 saylı qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi haqqında qərar çıxarılmasını xahiş etdi. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X2 apellyasiya şikayətinin təmin edilməmsini və Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2-1(116)-909/2020 nömrəli iş üzrə qərarını dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq İddiaçı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin (bundan sonra Azərbаycаn Respublikаsının İPM və ya İPM) 62.3-cü mаddəsi). Əsaslandırma hissəsi İddiaçının apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Lakin şikayət əsaslı deyil və Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2-1(116)-909/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İddia mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırkı tələblə əvvəlcədən cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu iddiaçının müraciətinin təmin olunmasından imtina etmiş və tərəflər arasında hazırkı mübahisə yaranmışdır. İddia mahiyyət etibarı ilə əsassızdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Şəxsi X3 xx.xx.2020-ci il tarixli 024-2594-1220 nömrəli məktubundan müəyyən olunur ki, iddiaçıya veteran adı və vəsiqəsi xx xxx 1997-ci il tarixdə verilmişdir. İş materiallarında olan DSMF-nin Mingəçevir şəhər şöbəsinin xx.xx.2020-ci il tarixli **********6 nömrəli məktubundan müəyyən olunur ki, iddiaçıya xx.xx.2019-cu il tarixdən Prezident təqaüdü təyin edilmiş və hər ay 80 manat təqaüd ödənilir. İddiaçı birinci instansiya məhkəməsinə təqdim etdiyi iddia ərizəsində “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə istinad edərək ən çoxu müraciət etməzdən əvvəlki üç il üçün ödənilməmiş müaviənətin ödənilməsi üçün cavabdeh orqana müraciət etdiyini qeyd etmişdir. Ancaq iddiaçının istinad etdiyi Qanun xx xxxxxx 2006-cı il tarixdən qüvvədə olduğu üçün xx xxx 1997-ci il tarixdə ona verilən “Müharibə veteranı” adı və vəsiqəsinə əsasən tələbin icrası mümkün deyildir. Belə ki, “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun müddəaları qanunun qüvvəyə mindiyi xx xxxxxx 2006-cı il tarixdən sonra “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli Fərmanı qüvvəyə minənədək “müharibə veteranı” adı və vəsiqəsi almış şəxslərə şamil oluna bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Məhkəmə kollegiyası istinad olunan qanunvericilik normalarını və işin hallarını nəzərə alaraq belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdehnə qarşı “veteranlıq statusunun təsdiq olunduğu gündən, yəni veteran vəsiqəsini aldığı gündən arxada qalan üç illik müavinətin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasını təmin etməməklə düzgün nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İddiaçının apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir. Nəticəvi hissə Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2-1(116)-909/2020saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-1(107)-440/2020
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-440/2020
20.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver