Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-441/2024 10.09.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), X5 və Hüseynov Elçin Şirin oğlundan ibarət tərkibdə, Əhmədov Fərid Vidadi oğlunun katibliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “cavabdehin ünvanlı dövlət sosial yardım təyinatından imtina edilməsi barədə qanunsuz qərarının ləğv edilməsi və “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikası qanununun 3-cü və 8-ci maddələrinə əsasən “Ərizə bəyannamə” ilə müraciət edilən xx.xx.2022-ci il tarixdən hər ay üçün 295 manat olmaqla ünvanlı dövlət sosial yardım məbləğinin təyin olunaraq xx.xx.2022-ci il tarixdən aztəminatlı ailəyə birdəfəlik verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibаti iş üzrə Şəki İnzibati Məhkəməsinin 29 mart 2023-cü il tarixli, 2-1(116)-1314/2023 nömrəli qərarından İddiaçı və cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən apellyasiya şikаyətlərinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası aşağıdakı qərarı qəbul etdi. İşin halları Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin ünvanlı dövlət sosial yardım təyinatından imtina edilməsi barədə qanunsuz qərarının ləğv edilməsi və “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikası qanununun 3-cü və 8ci maddələrinə əsasən “Ərizə bəyannamə” ilə müraciət edilən xx.xx.2022-ci il tarixdən hər ay üçün 295 manat olmaqla ünvanlı dövlət sosial yardım məbləğinin təyin olunaraq xx.xx.2022-ci il tarixdən aztəminatlı ailəyə birdəfəlik verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının ailəsi orta aylıq gəlirləri onlardan asılı olmayan səbəblərdən hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan sosial yardım almaq hüququna malik olan aztəminatlı ailədir. İddiaçı ünvanlı sosial yardım almaq üçün cavabdeh inzibati orqana qanunvericiliyin tələbinə uyğun olaraq ilkin olaraq 23 aprel 2022-ci il tarixdə VEMTAS elektron sistemi vasitəsilə müraciət etmiş, VEMTAS tərəfindən təmsilçinin (İddiaçı) xx.xx.2015-ci il tarixdən vergi ödəyicisi kimi uçota alınsa da, gəliri barədə məlumatın təqdim edilməməsi səbəbi ilə sosial yardımın təyin olunmasından imtina cavabı edilmişdir. İddiaçı tərəfindən ünvanlı sosial yardımın təyin olunması üçün 19 may 2022-ci il, 26 may 2022-ci il, 27 iyun 2022-ci il və 04 oktyabr 2022-ci il tarixli müraciətləri VEMTAS elektron sistemi tərəfindən iddiaçı tərəfindən zəruri məlumatların qurumlarla yoxlanılmasından sonra tələbin təmin olunmasından imtina edilmişdir. Qeyd olunan imtina səbəbləri kimi iddiaçının müvafiq məlumatları öz təsdiqini tapmaması olmuşdur.
3. Cavabdeh məhkəməyə təqdim etdiyi 28 mart 2023-cü il tarixli etiraz məktubunda göstərmişdir ki, İddiaçı ünvanlı dövlət sosial yardımının təyin edilməsi üçün ilk dəfə xx.xx.2022-ci il tarixli **********73001 nömrəli ərizə ilə müraciət etmişdir. Həmin müraciətə qanunla nəzərdə tutulmuş müddət ərzində baxılmış və xx.xx.2022-ci il tarixdə qurumlarla yoxlama əsasında VEMTAS tərəfindən təmsilçi (İddiaçı) xx.xx.2015-ci il tarixdən vergi ödəyicisi kimi uçota alınsa da, gəliri barədə məlumatın təqdim edilməməsi səbəbi ilə ÜDSY təyin edilməsindən imtina edildiyini bildirmişdir. İddiaçı tərəfindən VEMTAS elektron sistemi vasitəsilə ÜDSY-i almaq üçün 10 dəfə fərqli tarixlərdə müraciət edilmişdir. Həmçinin qeyd edək ki, təmsilçinin sonuncu xx.xx.2023-cü il tarixli **********927 nömrəli müraciəti cavabdeh tərəfindən araşdırılır və hazırki tarixə qədər imtina verilməmişdir, yəni təmsilçinin müraciəti ilkin mərhələdən keçmişdir. Qeyd olunmalıdır ki, iddiaçının xx.xx.2022-ci il tarixli müraciətinə cavabdeh tərəfindən ərizə-bəyannamədə qeyd olunan məlumatlarda uyğunsuzluq aşkar edilməsi (VÖEN-lə bağlı məlumatların öz təsdiqini tapmaması) səbəbilə (Qaydaların 3.7.1-ci bəndinə müvafiq olaraq) imtina verilməsi qanunauyğun olmuşdur. Qeyd etmək istəyirik ki, təmsilçinin sonrakı müraciətlərinə ilkin mərhələdə VEMTAS tərəfindən imtina verilməmişdir, həmin müraciətlərdə artıq VÖEN-lə bağlı məlumat ərizə-bəyannamədə təmsilçi tərəfindən doğru daxil edildiyindən, imtinalar fəqli əsaslarla xüsusilə maddi-məişət şəraitinin keçirilməsi ilə bağlı olmuşdur. Cavabdeh məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişdir.
4. İddia tələbinə dair aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - İddiaçı xx.xx.2022-ci il tarixdə VEMTAS elektron sistemi vasitəsilə cavabdehə müraciət etmiş, VEMTAS tərəfindən təmsilçinin (İddiaçı) xx.xx.2015-ci il tarixdən vergi ödəyicisi kimi uçota alınsa da, gəliri barədə məlumatın təqdim edilməməsi səbəbi ilə sosial yardımın təyin olunmasından imtina edilmişdir. - İddiaçı xx.xx.2022-ci il tarixdə VEMTAS elektron sistemi vasitəsilə cavabdehə müraciət etmiş, Vergilər Nazirliyi tərəfindən təqdim edilən məlumata əsasən ərizəbəyannamədə ailə üzvü İddiaçı üçün qeyd olunmuş VÖEN-lə bağlı məlumatların öz təsdiqini tapmaması və "xxxx" ASC tərəfindən təqdim edilən məlumata əsasən **********0140 abonent kodu ilə bağlı uyğunsuzluğun aşkar edilməsi səbəbilə imtina edilmişdir. - İddiaçı xx.xx.2022-ci il tarixdə VEMTAS elektron sistemi vasitəsilə cavabdehə müraciət etmiş, Vergilər Nazirliyi tərəfindən təqdim edilən məlumata əsasən ərizəbəyannamədə ailə üzvü İddiaçı üçün qeyd olunmuş VÖEN-lə bağlı məlumatların öz təsdiqini tapmaması səbəbilə imtina edilmişdir. - İddiaçı xx.xx.2022-ci il tarixdə VEMTAS elektron sistemi vasitəsilə cavabdehə müraciət etmiş, Vergilər Nazirliyi tərəfindən təqdim edilən məlumata əsasən ərizəbəyannamədə ailə üzvü İddiaçı üçün qeyd olunmuş VÖEN-lə bağlı məlumatların öz təsdiqini tapmaması səbəbilə imtina edilmişdir. - İddiaçı xx.xx.2022-ci il tarixdə VEMTAS elektron sistemi vasitəsilə cavabdehə müraciət etmiş, Vergilər Nazirliyi tərəfindən təqdim edilən məlumata əsasən ərizəbəyannamədə ailə üzvü İddiaçı üçün qeyd olunmuş VÖEN-lə bağlı məlumatların öz təsdiqini tapmaması səbəbilə imtina edilmişdir. - İddiaçı xx.xx.2022-ci il tarixdə VEMTAS elektron sistemi vasitəsilə cavabdehə müraciət etmiş, sosial yardımın təyin olunmasından telefon nömrəsinin yanlış qeyd edilməsi səbəbindən imtina edilmişdir.
5. Şəki İnzibati Məhkəməsinin (hakim Fəxri Hacızadə) 29 mart 2023-cü il tarixli, 2- 1(116)-1314/2023 nömrəli qərarı ilə iddia tələbi qismən təmin edilərək 01 oktyabr 2022-ci il tarixdən ünvanlı dövlət sosial yardım məbləğinin təyin edilərək birdəfəlik ödənilməsi öhdəliyinin cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin üzərinə qoyulması qərara alınmışdır.
6. Məhkəmə qeyd etmişdir ki, iş materiallarından müəyyən edilir ki, cavabdeh orqan tərəfindən iddiaçının müraciətlərindən iki əsas üzrə imtina edilmişdir: 1.VEMTAS elektron sistemi tərəfindən iddiaçının müraciətində sistemə daxil edilən məlumatların qurumlarla yoxlanılması əsasında; 2.Cavabdeh inzibati orqanın əməkdaşlarının yerində yoxlaması nəticəsində-maddi-məişət əsasında. İlk əvvəl qeyd etmək lazımdır ki, ünvanlı sosial yardımın təyin olunması üçün təmsilçi tərəfindən VEMTAS-a daxil olaraq tələb olunan məlumatları elektron formada doldurmaq və sonunda təsdiq etmək lazımdır. VEMTAS tərəfindən “Ərizə-bəyannamə”də qeyd edilmiş məlumatların “Elektron hökumət” portalı üzərindən müvafiq qurumların informasiya sistemləri və ehtiyatları ilə xüsusi proqram təminatı vasitəsilə uzlaşdırılaraq yoxlanılması həyata keçirilir. - Məhkəmə birinci kateqoriyadan olan imtinalara münasibətdə qeyd edir ki, iddiaçı tərəfindən ilkin olaraq 23 aprel 2022-ci il tarixdə VEMTAS elektron sistemi vasitəsilə müraciət etmiş, VEMTAS tərəfindən təmsilçinin (İddiaçı) xx.xx.2015-ci il tarixdən vergi ödəyicisi kimi uçota alınsa da, gəliri barədə məlumatın təqdim edilməməsi səbəbi ilə sosial yardımın təyin olunmasından imtina cavabı verilmişdir. İddiaçının 19 may 2022-ci il tarixli müraciəti onun vergi ödəyicisi kimi uçota alınsa da gəliri barədə məlumatın təqdim edilməməsinə, "xxxx" ASC tərəfindən təqdim edilən məlumata əsasən abonent kodu ilə bağlı uyğunsuzluğun aşkar edilməsinə əsasən təmin olunmamışdır. İddiaçının 26 may 2022-ci il, 27 iyun 2022-ci il və 04 oktyabr 2022-ci il tarixli müraciətləri onun VÖEN-lə bağlı məlumatların öz təsdiqini tapmamasına əsasən təmin olunmamışdır. İddiaçının ikinci kateqoriyadan olan 14 oktyabr 2022-ci il tarixli müraciəti iddiaçının telefon nömrəsinin yanlış qeyd edildiyi əsasında təmin edilməmişdir. - İddiaçı tərəfindən “Ərizə-bəyannamə”də göstərilən məlumatlardan ailənin adambaşına düşən kommunal və rabitə xərclərinin cəminin orta aylıq məbləğinin ölkə üzrə təsdiq olunmuş yaşayış minimumunun 15 faizindən az olduğu (ailənin ümumi telefon xərci 30 manat, adambaşına telefon xərci 10 manat və s) ailə üzvünün orta aylıq gəlirinin 116,85 manat olduğu müəyyən edilmişdir. İddiaçı məcburi köçün statusuna malik olmaqla, ailə başçının itirilməsinə görə sosial müavinət almaqla 8 yaşına çatmamış uşağa qulluq edən şəxs kateqoriyasına daxildir. - İddiaçının müxtəlif tarixli müraciətlərinə və cavabdehin imtina bildirişlərinə hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən VEMTAS-a məlumatların natamam və ya doğru daxil edilməməsi öz təsdiqini tapır. Görünən əsaslarla tələbin təmin edilməsindən insan müdaxiləsi olmadan imtina olunmuşdur. Bu zaman müvafiq sistem vasitəsi ilə məlumatlar yoxlanılmış, daxil edilən məlumatlarla əldə olunan məlumatlar arasında uyğunsuzluq olduğundan növbəti mərhələyə keçmədən tələb təmin olunmamışdır. Lakin, iddiaçının 14 oktyabr 2022-ci il tarixli müraciəti iddiaçının telefon nömrəsini yanlış olaraq qeyd edildiyi əsasında təmin edilməmişdir. Bu zaman ilkin olaraq VEMTAS-a daxil olunan məlumat yoxlanılmış, yerində maddi-məişət şəraitinin yoxlanılması zərurəti yaranmışdır. Göstərilən “telefon nömrəsinin yanlış daxil edilməsi” əsasında iddiaçıya ünvanlı sosial yardımın təyin olunmasından imtina edilmişdir. Həmin imtina əsasına münasibətdə məhkəmə qeyd edir ki, yuxarıda qeyd olunan “Qaydalar”ın 3.7-ci bəndinə uyğun olaraq cavabdehin imtinası əsaslı olmamışdır. Müvafiq sistem vasitəsilə yoxlanılmış məlumatlarda yanlışlıq aşkar olunmadığı halda yerində müayinə nəticəsində elektron məlumatlara aid yanlışlıq təsbit olunmuşdur. Beləliklə yuxarıda şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, 01 oktyabr 2022ci il tarixindən etibarən iddiaçıya ünvanlı sosial yardımın təyin olunması Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin üzərinə qoyulmalıdır.
7. İddiaçı və cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həmin qərardan apellyasiya şikayəti vermişlər.
8. Apellyasiya instansiya məhkəməsindəki birinci icraat Şəki Apellyasiya Məhkəməsinin 07 sentyabr 2023-cü il tarixli, 2-1(107)-374/2023 nömrəli qərarı ilə İddiaçı və cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Şəki İnzibati Məhkəməsinin 29 mart 2023-cü il tarixli, 2-1(116)-1314/2023 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır.
9. Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həmin qərardan kassasiya şikayəti vermişdir.
10. Kassasiya instansiya məhkəməsindəki icraat Azərbaycan Respublikası Ali Məhkəməsinin 26 aprel 2024-cü il tarixli, 2-1(102)- 308/2024 nömrəli qərarı ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli 2-1(107)-374/2023 nömrəli qərarı ləğv edilərək işin təkrar baxılması üçün həmin məhkəməyə göndərilməsi, şikayətin qalan hissədə təmin edilməməsi qərara alınmışdır.
Apellyasiya şikayətlərinin dəlilləri
11. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, o, sosial yardım almaq məqsədi ilə xx.xx.2022-ci il tarixli **********730 nömrəli "Ərizə bəyannamə" ilə müraciət edən zaman son 12 ayda ailəsi tərəfindən alınmış sosial müavinətin məbləğini elektron müraciəti qəbul edən sistemə cavabdeh özü daxil etdi. Cavabdah, guya onun son 12 ayda sahibkarlıq fəaliyyətindən əldə etdiyi gəlir barədə məlumat vermədiyini bəhanə edib imtina cavabı verdi. Təkrar müraciət etdikdə sahibkarlıq fəaliyyətindən gəlirinin son 12 ayda 0-a bərabər olduğunu göstərdikdə cavabdeh imtina cavabı verdi ki, o, sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxs deyil. Qanunsuz imtinalar verən cavabdehin bu ikili standartını necə başa düşmək lazımdır? Sosial yardım almaq məqsədi ilə 03 oktyabr 2022-ci il tarixli **********958 nömrəli "Ərizə bəyannamə" ilə 2-ci dəfə müraciət edən zaman cavabdeh 90 gün ərzində cürbəcür fəndlərdən sui-istifadə etdi, aztəminatlı ailəsini dövlət tərəfindən göstərilən pul yardımı almaq hüququndan qanunsuz məhrum etdi, aztəminatlı ailəsinin qanuni hüquqlarına qəsdən və qərəzli olaraq mühüm maddi və mənəvi ziyanlar vurdu. Göründüyü kimi, cavabdeh 10 ay ərzində sosial yardımın təyinatından qanunsuz imtina cavabları verdi, aztəminatlı ailəsinin qanuni hüquqlarına qəsdən və qərəzli olaraq mühüm maddi və mənəvi ziyanlar vurdu. Sosial yardım almaq məqsədi ilə 08.fevral 2023-cü il tarixli **********927 nömrəli "Ərizə bəyannamə" ilə 3-cü dəfə müraciət edən zaman cavabdeh ailəsinə 372,99 manat sosial yardım təyin etdi. Sual olunur? Əgər onun ailəsinə sosial yardım düşmürdüsə, 10 ay ərzində cavabdeh imtina cavabı veribdirsə, niyə 3-cü dəfə "Ərizə bəyannamə" ilə müraciət edən zaman cavabdeh ailəsinə 372,99 manat sosial yardım təyin etdi. Cavabdeh məhkəmə prosesində məhkəməni inandırdı ki, guya VEMTAS qərarı "insan müdaxiləsi olmadan" özü qəbul edir və VEMTAS tərəfindən qəbul edilmiş qərarı heç bir məhkəmə ləğv edə bilməz. Cavabdehin bu yalanına inanan möhtərəm hakim xx.xx.2022-ci il tarixli **********730 nömrəli "Ərizə bəyannamə" ilə 1-ci müraciətinə görə cavabdehin sosial yardımın təyinatından imtina edilməsi barədə qəbul etdiyi qanunsuz qərarını ləğv etmədi. Möhtərəm hakim 03 oktyabr 2022-ci il tarixli **********958 nömrəli "Ərizə bəyannamə" ilə 2-ci müraciətinə görə cavabdehin sosial yardımın təyinatından imtina edilməsi barədə qəbul etdiyi qanunsuz qərarının ləğv edilməsi və 10 ay ərzində deyil, 4 ay ərzində qanunsuz verilməyən məbləğin aztəminatlı ailəsinə birdəfəlik verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul etdi. Bununla belə, cavabdehin ağ yalanına inanan möhtərəm hakim xx.xx.2022-ci il tarixli **********730 nömrəli "Ərizə bəyannamə" ilə 1-ci müraciəti əsasında cavabdehin sosial yardımın təyinatından imtina edilməsi barədə qəbul etdiyi qanunsuz qərarını ləğv etmədiyinə görə yumşaq apellyasiya şikayəti vermək məcburiyyətində qalmışdır. Ona görə də, sosial yardım almaq məqsədi ilə xx.xx.2022-ci il tarixli **********730 nömrəli "Ərizə bəyannamə" ilə 1-ci müraciəti əsasında cavabdehin sosial yardımın təyinatından imtina edilməsi barədə qəbul etdiyi qanunsuz qərarın ləğv edilməsi və müraciət etdiyi 01 aprel 2022-ci il tarixdən sosial yardımın təyin olunaraq aztəminatlı ailəsinə birdəfəlik verilməsi öhdəliyini cavabdeh qismində göstərdiyi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsi üçün, bu işin Şəki İnzibati Məhkəməsinə geri qaytarılmasını xahiş etmişdir.
12. Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçı xx.xx.2022-ci tarixli müraciətində ailə üzvləri barədə məlumat bölməsində ********* nömrəli telefon nömrəsini qeyd etmiş, faktiki yaşayış ünvanı barədə məlumatlarda isə telefon nömrəsinin olmadığını bildirmişdir. Lakin, maddi-məişət şəraitinin yoxlanılması zamanı yaşayış ünvanında telefon xətti aşkarlanmışdır. Göründüyü kimi təmsilçinin ərizə-bəyannamədə qeyd etdiyi məlumatlarla maddi-məişət şəraitinin yoxlanılması zamanı müəyyən edilmiş hallar üst-üstə düşmür. Bu da onu deməyə əsas verir ki, cavabdeh orqan haqlı olaraq “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”nın 3.7.1-ci yarımbəndinə əsasən, təmsilçiyə ünvanlı dövlət sosial yardımının təyin edilməsindən imtina etmişdir. Növbəti dəfə təmsilçi xx.xx.2022-ci il tarixli **********958 nömrəli ərizə ilə müraciət etmişdir. Təmsilçiyə xx.xx.2022-ci il tarixdə maddi-məişət şəraitinin müayinəsi üçün baxış keçirilməsinə şərait yaradılmaması əsası ilə imtina edilmişdir. Təmsilçi xx.xx.2022-ci il tarixli **********958 nömrəli ərizə ilə yenidən müraciət etmişdir. Təmsilçiyə xx.xx.2022-ci il tarixdə başqa şəxsə aid olan telefon nömrəsi qeyd edildiyi üçün Qaydaların 3.7.1-ci yarımbəndinə müvafiq olaraq ÜDSY təyin edilməsindən imtina edilmişdir. Təmsilçi xx.xx.2022-ci il tarixli **********95805 nömrəli ərizə ilə yenidən müraciət etmişdir. Təmsilçiyə xx.xx.2023-cü il tarixdə maddi-məişət şəraitinin müayinəsi üçün baxış keçirilməsinə şərait yaradılmamasına görə imtina verilmişdir. Nəhayət təmsilçi sonuncu dəfə xx.xx.2023-cü il tarixli **********927 nömrəli ərizə ilə müraciət etmişdir. Belə ki, sözügedən müraciətə müvafiq qaydada baxılmış, VEMTAS tərəfindən imtina verilməmiş və təmsilçi növbəti mərhələyə, yəni maddi-məişət şəraitinin müayinəsi mərhələsinə keçə bilmişdir. Xüsusilə vurğulamağı zəruri hesab edir ki, iddiaçının təyinata namizəd olması birinci instansiya məhkəməsinin diqqətinə çatdırılmışdır (Yazılı və şifahi). Nəticədə iddiaçı maddi-məişət şəraitinin müayinəsi mərhələsini də keçmiş və İddiaçı xx.xx.2023-cü il tarixdə ünvanlı dövlət sosial yardımı təyin olunmuşdur. İddiaçıya verilmiş xx.xx.2022-ci il tarixli imtinanın əsasını iddiaçı ərizə-bəyannaməni doldurarkən faktiki yaşayış ünvanı ilə bağlı məlumatlarda yaşayış ünvanı kimi qeyd etdiyi mənzilin telefon nömrəsini qeyd etməməsi, maddi-məişət şəraitinin yoxlanılması zamanı evdə telefon xəttinin aşkar olunması təşkil edir. Həmçinin, iddiaçı şifahi izahatında (müayinə aktı ilə təsdiq olunur) evdə telefon xəttinin olduğunu, ancaq istifadə etmədiyini söyləməklə ərizə-bəyannaməni natamam doldurduğunu qəbul etmiş olur. Qeyd edir ki, iddiaçının müayinə aktına qeyd etdirdiyi nömrə başqa bir nömrədir. Həmçinin, iddiaçı müayinə aktı ilə tanış olub, müayinəni keçirən əməkdaşlara şifahi şəkildə bildirdiyi məlumatları öz imzası ilə də təsdiq etmişdir. İddiaçı təyinat aldığı (xx.xx.2023-cü il tarixli) müraciətində faktiki yaşayış ünvanı ilə bağlı məlumatlarda telefon nömrəsini (tel: 2********) qeyd etmiş və məlumatlar maddi-məişət şəraitinin yoxlanılması zamanı təsdiq olunmuşdur. Şəki İnzibati Məhkəməsinin 29 mart 2023-cü il tarixli, 2-1(116)-1314/2023 nömrəli qərarının ləğv edilərək iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Apellyasiya şikayətlərinə qarşı etiraz təqdim edilməmişdir.
Tərəflərin izahatları
14. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı verdiyi apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsi qərarının ləğv edilərək iddia tələbinin tam təmin edilməsinə dair qərar qəbul edilməsini, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin isə əsassız olduğundan təmin edilməməsini xahiş etdi.
15. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 verdikləri apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsi qərarının ləğv edilərək iddia tələbinin rədd edilməsinə dair qərar qəbul edilməsini, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin isə təmin edilməməsini xahiş etdi.
Tətbiq edilən hüquq
16. İnzibati Prosessual Məcəllə: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 12.3. Məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə 48.1. Sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. Maddə 48.2. İnzibati məhkəmə icraatının iştirakçıları yazılı vəsatətlərini, etirazlarını, izahatlarını və bunlarla əlaqədar sənədləri məhkəmə baxışı başlayana qədər təqdim etməyə borcludurlar. Sədrlik edən hakim bu məqsədlə müddət təyin edə bilər. Məhkəmə xidməti vəzifəsinə görə həmin sənədlərin surətlərini prosesin digər iştirakçılarına göndərir. Maddə 80.1. Barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Maddə 82. Apellyаsiyа instаnsiyаsı məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə bаxır. Apellyаsiyа instаnsiyаsı məhkəməsi həmçinin, bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
17. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarı:
18. “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikası Qanunun: 3-cü maddəsinə əsasən, sosial yardım hüququna orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən (ailə üzvlərinin əmək qabiliyyətsiz olması, ailənin əmək qabiliyyətli üzvünün müvafiq icra hakimiyyəti orqanında işsiz kimi qeydə alınması, vəfat etməsi, məhkəmə tərəfindən itkin düşmüş və yaxud ölmüş hesab edilməsi, azadlıqdan məhrum edilməsi, ailə üzvünün olduğu yerin məlum olmaması və s.) hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr malikdirlər. 3.5-ci maddəsində deyilir ki, Sosial yardım onu almaq üçün müraciət edilən ayın 1dən etibarən 1 (bir) il müddətinə təyin olunur. 6.1-ci maddəsinə əsasən, sosial yardım aztəminatlı ailələrə yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən təyin olunur. 6.2-ci maddəsinə əsasən, sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi qaydaları bu Qanuna əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
Apellyasiya şikayətlərinin mümkünlüyü
19. Apellyasiya şikayətləri vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçilərinin tələbləri göstərilmişdir. Ona görə də şikayətlər mümkün hesab edilmişdir.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi
20. İddiaçı və cavabdeh inzibati orqanın apellyasiya şikayətləri vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçilərin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayətləri mümkündür, həm iddiaçı, həm də cavabdeh inzibati orqanın hüquqi marağı mübahisələndirilən qərarın ləğvi ilə bağlıdır. Odur ki, apellyasiya şikayətləri qərarın ləğv olunması hissəsində əsaslıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayətləri qismən təmin edilməli, Şəki İnzibati Məhkəməsinin 29 mart 2023-cü il tarixli, 2- 1(116)-1314/2023 nömrəli qərarı ləğv edilərək, iddia tələbi mümkün sayılmamalıdır.
21. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətlərinin dəlillərini nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddianın mümkünlüyü məsələsini və mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmamışdır.
22. Belə ki, iş materiallarından görünür ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 26 aprel 2024-cü il tarixli, 2-1(102)-308/2024 nömrəli qərarı ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli 2-1(107)- 374/2023 nömrəli qərarı ləğv edilərək işin təkrar baxılması üçün həmin məhkəməyə göndərilməsi, şikayətin qalan hissədə təmin edilməməsi qərara alınmışdır.
23. İnzibati-Prosessual Məcəlləsinin 96.11-ci maddəsinə əsasən, mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir.
24. Ali Məhkəmə hazırki iş üzrə 26 aprel 2024-cü il tarixli, 2-1(102)-308/2024 nömrəli qərarda qeyd etmişdir ki, “Cavabdeh haqlı olaraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətini rədd edərkən “...yuxarıda qeyd olunan "Qaydalar”ın 3.7ci bəndinə uyğun olaraq cavabdehin imtinası əsaslı olmamışdır. Müvafiq sistem vasitəsilə yoxlanılmış məlumatlarda yanlışlıq aşkar olunmadığı halda, yerində müayinə nəticəsində elektron məlumatlara aid yanlışlıq təsbit olunmuşdur.” qeyd etməklə kifayətlənmiş, gəldiyi nəticəni əsaslandırmamışdır.
25. Məhkəmə kollegiyası cavabdehin şikayətinin həmin dəlili ilə razılaşır. Belə ki, apellyasiya instansiyası məhkəməsi cavabdehin imtinasında göstərilən əsasın "Qaydalar”ın 3.7-ci bəndinə məhz hansı səbəbdən uyğun olmadığını göstərməmiş, buradan, məhkəmə imtinanın əsassızlığı ilə bağlı gəldiyi nəticəni əsaslandırmamışdır.
26. Digər tərəfdən, “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”ının 3.1-ci bəndinə əsasən, sosial yardımın alınması üçün müraciətlər VEMTAS tərəfindən 15 (on beş) iş günü müddətində araşdırılır və sosial yardımın təyin olunması və ya təyin olunmasından imtina edilməsi barədə müvafiq qərar çıxarılır.
27. Qaydalarda, həmçinin müəyyən edilmişdir ki, sözügedən qərarlardan biri qəbul edilməmişdən əvvəl inzibati orqan başlanılmış inzibati icraat çərçivəsində müvafiq araşdırmalar aparılmalıdır. Belə araşdırmalara həm VEMTAS tərəfindən “Ərizəbəyannamə”də qeyd edilmiş məlumatların “Elektron hökumət” portalı üzərindən bu Qaydaların 1.3-cü bəndində göstərilən qurumların informasiya sistemləri və ehtiyatları ilə xüsusi proqram təminatı vasitəsilə uzlaşdırılaraq yoxlanılması, həm də ailənin maddiməişət şəraitinin müayinəsinin aparılması daxildir. Yekun qərar da hər iki araşdırmanın nəticələri əldə edildikdən və qiymətləndirildikdən sonra verilməlidir. Beləliklə, cavabdeh hər iki araşdırmanı birgə və eyni andan aparmaq öhdəliyi daşıyır. Müvafiq olaraq imtina qərarı da hər iki araşdırmanın nəticələrinə əsaslanmalıdır. Ona görə ki, hər iki araşdırma vahid icraatın tərkib hissəsidir və cavabdeh müxtəlif vaxtlarda, müxtəlif imtina səbəblərinə əsaslanmaqla eyni müraciət üzrə müxtəlif imtina qərarları verməkdə haqlı deyildir (Bax: Ali Məhkəmənin İnzibati Kollegiyasının 2-1(102)1139/2023 nömrəli Qərarı).
28. Beləliklə, apellyasiya instansiyası məhkəməsinin qərarındakı “Müvafiq sistem vasitəsilə yoxlanılmış məlumatlarda yanlışlıq aşkar olunmadığı halda, yerində müayinə nəticəsində elektron məlumatlara aid yanlışlıq təsbit olunmuşdur.” məzmunda ifadə də İPM-in 68.1 və 68.2-ci maddələrinin tələblərinə uyğun olmamışdır.
29. İPM-in 92.0, 92.0.6-cı maddələrinin tələbindən göründüyü kimi, bu Məcəlləyə uyğun olaraq əsaslandırılması zəruri olan qərar əsaslandırılmadıqda məhkəmə qərarı (qərardadı) kassasiya qaydasında mütləq ləğv olunmalıdır.
30. Bundan başqa, İPM-in 52-ci maddəsinin tələbinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
31. Hazırkı halda, iddiaçı cavabdehin ünvanlı dövlət sosial yardım təyinatından imtina edilməsi barədə qanunsuz qərarının ləğv edilməsi və “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü və 8-ci maddələrinə əsasən “Ərizə bəyannamə” ilə müraciət edilən xx.xx.2022-ci il tarixdən hər ay üçün 295 manat olmaqla ünvanlı dövlət sosial yardım məbləğinin təyin olunaraq xx.xx.2022-ci il tarixdən aztəminatlı ailəyə birdəfəlik verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Başqa sözlə, iddiaçı məhz xx.xx.2022-ci il tarixli müraciətin təmin olunmasından imtina barədə qərarın ləğv edilməsini və cavabdehin üzərinə sosial yardımın xx.xx.2022-ci il tarixdən təyin edilərək ödənilməsini tələb etmişdir. İddiaçının məhkəmə tərəfindən təmin olunan məzmunda tələbi olmamışdır. Bu səbəbdəndir ki, iddiaçı birinci instansiya məhkəməsinin qərarından apellyasiya şikayəti verərək irəli sürdüyü iddianın təmin olunmasını xahiş etmişdir.
32. Məhkəmə kollegiyası nəzərə alır ki, məhkəmə predmeti bölünən iddianı, bunun üçün əsaslar olduqda qismən təmin edə bilər. Hazırkı halda bu, yalnız iddiaçının göstərdiyi xx.xx.2022-ci il tarixli birinci müraciətlə bağlı baş verə bilərdi. Əks halda, məhkəmə İPM-in 13-cü maddəsində nəzərdə tutulmuş imkanları nəzərdən keçirməli idi.
33. İddiaçı apellyasiya instansiyası məhkəməsinin qərarından kassasiya şikayəti verməsə də, cavabdehin kassasiya şikayəti ilə bağlı iddiaçının məhkəmə kollegiyasına yazılı müraciətinin məzmunundan göründüyü kimi, o, sosial yardımın təyin edilməsi və ödənilməsi tələbinin məhz xx.xx.2022-ci il tarixli müraciətinə əsasən (həm də sosial yardımın ödənilmədiyi 10 aylıq müddət üçün) təmin olunmasında israrlıdır.
34. Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarında qeyd edilən halları və qanunvericiliyin tələblərini nəzərə alan məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyət zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər.
35. Belə ki, iş materiallarından görünür ki, iddiaçının hüquqi marağı xx.xx.2022-ci il tarixdən hər ay üçün 295 manat olmaqla ünvanlı dövlət sosial yardım məbləğinin təyin olunaraq xx.xx.2022-ci il tarixdən aztəminatlı ailəyə birdəfəlik verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
36. Birinci instansiya məhkəməsi də iddia ərizəsinə münasibətdə iddiaçının iddiasını qismən təmin edərək 01 oktyabr 2022-ci il tarixdən ünvanlı dövlət sosial yardım məbləğinin təyin edilərək birdəfəlik ödənilməsi öhdəliyinin cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin üzərinə qoyulması qərarına gəlmişdir.
37. Birinci instansiya məhkəməsi iş üzrə həmin nəticəyə gələrkən qərarında bunu onunla əsaslandırmışdır ki, iddiaçının ikinci kateqoriyadan olan 14 oktyabr 2022-ci il tarixli müraciəti iddiaçının telefon nömrəsinin yanlış qeyd edildiyi əsasında təmin edilməmişdir. İddiaçı tərəfindən “Ərizə-bəyannamə”də göstərilən məlumatlardan ailənin adambaşına düşən kommunal və rabitə xərclərinin cəminin orta aylıq məbləğinin ölkə üzrə təsdiq olunmuş yaşayış minimumunun 15 faizindən az olduğu (ailənin ümumi telefon xərci 30 manat,adambaşına telefon xərci 10 manat və s) ailə üzvünün orta aylıq gəlirinin 116,85 manat olduğu müəyyən edilmişdir. İddiaçı məcburi köçün statusuna malik olmaqla, ailə başçının itirilməsinə görə sosial müavinət almaqla 8 yaşına çatmamış uşağa qulluq edən şəxs kateqoriyasına daxildir. İddiaçının müxtəlif tarixli müraciətlərinə və cavabdehin imtina bildirişlərinə hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən VEMTAS-a məlumatların natamam və ya doğru daxil edilməməsi öz təsdiqini tapır. Görünən əsaslarla tələbin təmin edilməsindən insan müdaxiləsi olmadan imtina olunmuşdur. Bu zaman müvafiq sistem vasitəsi ilə məlumatlar yoxlanılmış, daxil edilən məlumatlarla əldə olunan məlumatlar arasında uyğunsuzluq olduğundan növbəti mərhələyə keçmədən tələb təmin olunmamışdır. Lakin, iddiaçının 14 oktyabr 2022-ci il tarixli müraciəti iddiaçının telefon nömrəsini yanlış olaraq qeyd edildiyi əsasında təmin edilməmişdir. Bu zaman ilkin olaraq VEMTAS-a daxil olunan məlumat yoxlanılmış, yerində maddi-məişət şəraitinin yoxlanılması zərurəti yaranmışdır. Göstərilən “telefon nömrəsinin yanlış daxil edilməsi” əsasında iddiaçıya ünvanlı sosial yardımın təyin olunmasından imtina edilmişdir. Həmin imtina əsasına münasibətdə məhkəmə qeyd edir ki, yuxarıda qeyd olunan “Qaydalar”ın 3.7-ci bəndinə uyğun olaraq cavabdehin imtinası əsaslı olmamışdır. Müvafiq sistem vasitəsilə yoxlanılmış məlumatlarda yanlışlıq aşkar olunmadığı halda yerində müayinə nəticəsində elektron məlumatlara aid yanlışlıq təsbit olunmuşdur. Beləliklə yuxarıda şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, 01 oktyabr 2022ci il tarixindən etibarən iddiaçıya ünvanlı sosial yardımın təyin olunması Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin üzərinə qoyulmalıdır.
38. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı məhz xx.xx.2022-ci il tarixli müraciətin təmin olunmasından imtina barədə qərarın ləğv edilməsini və cavabdehin üzərinə sosial yardımın xx.xx.2022-ci il tarixdən təyin edilərək ödənilməsini tələb etmişdir. İddiaçının məhkəmə tərəfindən təmin olunan məzmunda tələbi olmamışdır. Apellyasiya məhkəməsinin araşdırması zamanı da müəyyən olundu ki, iddiaçı, sosial yardımın təyin edilməsi və ödənilməsi tələbinin məhz xx.xx.2022-ci il tarixli müraciətinə əsasən (həm də sosial yardımın ödənilmədiyi 10 aylıq müddət üçün) təmin olunmasında israrlıdır.
39. Apellyasiya məhkəməsi araşdırması zamanı iş materiallarına əlavə edilmiş iddiaçıya ünvanlı dövlət sosial yardım təyin edilməsinə dair portaldan çıxarışdan görünür ki, iddiaçının sonrakı müraciəti əsasında VEMTAS sisteminə daxil edilmiş düzgün məlumatlar əsasında iddiaçıya ailə üzvlərinin sayı nəzərə alınmaqla xx.xx.2023-cü il tarixdən hesablanmaqla bir il müddətinə 372,99 AZN məbləğində yardım edilməsi qərara alınmışdır.
40. Göründüyü kimi, iddiaçı 01 aprel 2022-ci il tarixdən ünvanlı dövlət sosial yardım məbləğinin təyin edilərək birdəfəlik ödənilməsini tələb etmiş, məhkəmə tərəfindən 01 oktyabr 2022-ci il tarixdə ona yardım təyin edilmiş, daha sonra isə iddiaçının cavabdeh orqana müraciəti əsasında xx.xx.2023-cü il tarixdən iddiaçıya ünvanlı dövlət sosial yardım təyin edilmişdir.
41. Birinci instansiya məhkəməsinin qənaətinə görə, iddiaçıya 2022-ci ilin oktyabr ayından 01 il müddətinə yardım məbləği ödənilməlidir. Halbuki cavabdeh inzibati orqan tərəfindən məhkəmənin yardım məbləğini hesabladığı tarixdən 4 ay sonra 01 il müddətinə ünvanlı sosial yardımın ödənilməsi təmin edilmiş, daha sonra iddiaçının uşağı 8 yaşına çatdığından 01 avqust 2023-cü il tarixdə ünvanlı dövlət sosial yardımın təyinatı bitmişdir.
42. Yəni birinci instansiya məhkəməsi nəticə etibarı ilə iddiaçıya 1 (bir) il 4 (dörd) ay müddətinə ünvanlı sosial yardımın ödənilməsini cavabdehin üzərinə qoymuşdur.
43. Bununla əlaqədar olaraq məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının ünvanlı sosial yardımın 16 (on altı) ay (məhkəmənin təmin etdiyi müddət və cavabdeh orqanın təyin etdiyi müddət) ərzində, həmçinin 22 (iyirmi iki) ay (iddiaçının tələb etdiyi müddət və cavabdeh orqanın təyin etdiyi müddət) ərzində ona ödənilməsini tələb etməklə bağlı subyektiv hüququ yoxdur, belə ki, bu subyektiv hüquq qanunla 12 (on iki) ayla, yəni bir illə məhdudlaşdırılmışdır.
44. Belə ki, Ünvanlı dövlət sosial yardımı haqqında Azərbaycan Respublikasının qanununun 8-ci maddəsinə əsasən, sosial yardım onu almaq üçün müraciət edilən ayın 1dən etibarən 1 il müddətinə təyin olunur. Qanunvericiliyin sözügedən tələbindən də göründüyü kimi sosial yardım bir müraciət əsasında yalnız bir il müddətinə təyin oluna bilər. Hazırkı mübahisə üzrə iddiaçının tələbi isə yardımın təyinatdan əvvəlki on ay üzrə ödənilməsidir. Halbuki iddiaçıya xx.xx.2023-cü il tarixli, **********92701 nömrəli müraciəti əsasında xx.xx.2023-cü ildən (bir il müddətinə) artıq ünvanlı dövlət sosial yardımı təyin edilmişdir.
45. Beləliklə, birinci instansiya məhkəməsi qeyd olunan işin faktiki hallarını tam araşdırmamış və nəticə etibarilə prosessual qanunvericiliyin tələblərini pozaraq inzibati iş üzrə kifayət qədər araşdırma aparmadan iddia tələbini mümkün sayaraq işə mahiyyəti üzrə baxmaqda haqlı olmamışdır.
46. Məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri hesab edir ki, cavabdeh inzibati orqan apellyasiya şikayətində iddia tələbinin rədd edilməsinə, iddiaçı isə iddiasının tam təmin edilməsinə dair qərar çıxarılmasını xahiş edir.
47. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, nəzərə almaq lazımdır ki, məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş müəyyən şərtlərə və məhdudiyyətlərə tabedir.
48. Məhkəmə kollegiyasının qənaətinə görə, hazırkı mübahisəyə münasibətdə yuxarıda qeyd olunmuş səbəblərdən iddiaçının belə bir hüququnun mövcudluğu işin birinci instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuş halları ilə təsdiq olunmur.
49. Eyni zamanda qeyd olunmalıdır ki, qanunvericiliyin tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. Həmçinin, nəzərə almaq lazımdır ki, iddianın mümkün sayılmaması barədə qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. Ona görə də, məhkəmə tərkibi apellyasiya şikayətlərinin təmin edilərək iddia tələbinin təmin edilməməsi və ya iddia tələbinin tam təmin edilməsi barədə dəlillərinə münasibət bildirməyi zəruri hesab etmir.
50. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı və cavabdeh inzibati orqan tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilməli, Şəki İnzibati Məhkəməsinin 29 mart 2023-cü il tarixli, 2-1(116)-1314/2023 nömrəli qərarı ləğv edilərək, iddia tələbi mümkün sayılmamalıdır.
51. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası qərara aldı
İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikаyəti qismən təmin edilsin. Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Şəki İnzibati Məhkəməsinin 29 mart 2023-cü il tarixli, 2-1(116)-1314/2023 nömrəli qərarı ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “cavabdehin ünvanlı dövlət sosial yardım təyinatından imtina edilməsi barədə qanunsuz qərarının ləğv edilməsi və “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikası qanununun 3-cü və 8-ci maddələrinə əsasən “Ərizə bəyannamə” ilə müraciət edilən xx.xx.2022-ci il tarixdən hər ay üçün 295 manat olmaqla ünvanlı dövlət sosial yardım məbləğinin təyin olunaraq xx.xx.2022-ci il tarixdən aztəminatlı ailəyə birdəfəlik verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmasın. Apellyasiya şikayətləri qalan hissədə təmin edilməsin. Qərardaddan onun təqdim edildiyi gündən 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.