Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-442/2023 26.07.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, İslamova Türkay Abdurəhim qızının katibliyi ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmək və Əhalinin Müdafiəsi Nazirliyi və “Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi” publik hüquqi şəxsinə qarşı “X1 xx.xx.2022-ci il tarixli qərarının dəyişdirilərək vəzifə uyğundur qeydinin icra edilməsi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkil etdiyi Apellyasiya Şurasının 21 iyun 2022-ci il tarixli 021 nömrəli qərarının ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 30 may 2023-cü il tarixli 2-1(116)-1205/2023 nömrəli qərardadından iş üzrə İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Müdafiəsi Nazirliyi və “Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi” publik hüquqi şəxsinə qarşı birinci instansiya məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək “X1 təşkil etdiyi müsahibə komissiyasının 31 mart tarixli qərarının nəticəsinin və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkil etdiyi Apellyasiya Şurasının 21 iyun 21 saylı qərarının nəticəsinin ləğv edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(112)-11221/2022 nömrəli qərardadı ilə inzibati işin aidiyyəti üzrə baxılması üçün Şəki İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmış, qərardaddan verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası xx.xx.2022-ci il tarixli 2-1(103)-3387/2022 nömrəli qərardadı ilə təmin edilməmişdir.
3. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı tələbini dəqiqləşdirərək “X1 xx.xx.2022-ci il tarixli qərarının dəyişdirilərək vəzifə uyğundur qeydinin icra edilməsi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkil etdiyi Apellyasiya Şurasının 21 iyun 2022-ci il tarixli 021 nömrəli qərarının ləğv edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
4. Birinci instansiya məhkəməsinin xx.xx.2023-cü il tarixli iclas protokolunun qərardadı ilə “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizə icraata qəbul edilmişdir.
5. İşin qısa mahiyyəti ondan ibarətdir ki, iddiaçı DİM-nin keçirdiyi imtahanlarda BB və BA kateqoriyası üzrə müvafiq dövlət qulluqçusu sertfikatı almış, həmin sertfikatlara əsasən, dövlət orqanlarının müsahibəsində iştirak etmək hüququ qazanmışdır. xx.xx.2022ci il tarixində İqtisadiyyat şöbəsi təminat sektoru vakansiyasına görə iştirak etdiyi müsahibədə iştirak etmiş, yekun qiymətləndirmə balı 13,7 olmaqla vəzifəyə uyğun hesab edilməmişdir. İddiaçı həmin qərardan Apellyasiya Şurasına şikayət vermiş, sonuncunun 21 iyun 2022-ci il tarixli 021 nömrəli qərarı ilə şikayət təmin edilməmişdir.
6. İddiaçı X1 xx.xx.2022-ci il tarixli qərarını və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkil etdiyi Apellyasiya Şurasının 21 iyun 2022-ci il tarixli 021 nömrəli qərarını mübahisələndirməklə hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
7. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi iddia tələbinə etirazını aşağıdakı kimi əsaslandırmışdır: - İddia ərizəsində göstərilən tələb əsassızdır və məhkəmə tərəfindən iddia təmin edilməməlidir. Belə ki, iddiaçı “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq X1 xx.xx.2021-ci il tarixdə elan etdiyi müsabiqədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparatının İqtisadiyyat şöbəsinin Təminat sektorunun vakant aparıcı məsləhətçi vəzifəsinə iddia etmişdir.
8. Onunla Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli 1480 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət qulluğu vəzifəsinin tutulması məqsədi ilə müsahibə keçirilməsi Qaydası’nın tələblərinə uyğun müsahibə keçirilmiş, namizədin iddia etdiyi vəzifəyə uyğunluğunun qiymətləndirilməsi zamanı müvafiq balı toplamadığı (topladığı bal 13.7) üçün vəzifəyə uyğun olmadığı barədə rəy verilmişdir (rəylər əlavə edilir). Daha sonra iddiaçı müsahibənin nəticəsi ilə bağlı verilmiş qərardan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Apellyasiya Şurasına şikayət etmiş, Şuranın xx.xx.2022-ci il tarixli 021 nömrəli Qərarı ilə şikayəti təmin edilməmiş və Müsahibə Komissiyasının qəbul etdiyi qərar dəyişdirilmədən qüvvədə saxlanılmışdır (qərar əlavə edilir).
9. İddiaçı iddia ərizəsinin 3-cü səhifəsinin birinci abzasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Apellyasiya Şurasının qərarının ona rəsmi elan edildiyini etiraf etmişdir. Qeyd edilən məsələ Apellyasiya Şurasının xx.xx.2022-ci il tarixli iclasının video çəkilişində öz əksini tapmışdır (CD əlavə olunur).
10. Həmçinin, sözügedən qərar iddiaçıya təqdim edilməsi üçün bir neçə dəfə Nazirlikdən əlaqə saxlanılmış lakin Nazirliyə gələ bilmədiyini qeyd etmişdir, qərar 7 iyul 2023-cü il tarixdə onun “WhatsApp” proqramı vasitəsi ilə telefon nömrəsinə göndərilmiş, iddiaçı qərarı xx.xx.2023-cü il tarixdə qol çəkərək götürmüşdür (surəti əlavə olunur).
11. Cavabdeh orqan “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 62.1, 64.1, 73.1, İPM-nin 22.1, 38, 35-ci maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 dekabr 2001-ci il tarixli qərarına istinad edərək iddia müddətinin ötürülməsi səbəbi ilə iddianın mümkünsüz sayılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
12. Cavabdeh Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsinin iddia tələbinə etirazını aşağıdakı kimi əsaslandırmışdır: - İddiaçıla iddia ərizəsində nəticəsini mübahisələndirdiyi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində vakant olan İqtisadiyyat şöbəsinin Təminat sektorunun aparıcı məsləhətçisi vəzifəsinin tutulması üçün 27 dekabr 2021-ci il tarixində elan edilmiş müsabiqənin müsahibə mərhələsi 31 mart 2022-ci il tarixində keçirilmişdir.
13. İddiaçıla müsahibənin keçirilməsi məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən üç nəfərdən ibarət tərkibdə (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bir nümayəndəsi, Mərkəzin bir nümayəndəsi və bir müstəqil ekspert daxil edilməklə) müsahibə komissiyası yaradılmış, həmçinin şəffaflıq və aşkarlığın təmin edilməsi məqsədilə müsahibənin keçirilməsi zamanı namizədin razılığı ilə videoçəkiliş aparılmışdır.
14. İddiaçıla müsahibə vəzifənin qulluq funksiyalarına dair, eyni zamanda, vəzifə üzrə tərtib edilmiş və Mərkəzin internet portalında yerləşdirilmiş müsahibə proqramları çərçivəsində suallar verilməklə aparılmışdır. Lakin iddiaçı müsahibədə bilik səviyyəsini (müsahibə proqramı üzrə bilikləri) və peşə hazırlığını (nəzəri və qanunvericilik biliklərini tətbiqetmə bacarığını) lazımi formada nümayiş etdirə bilməmişdir.
15. Müsahibə zamanı İddiaçı cavabları iddia etdiyi vakant vəzifənin tutulması üçün zəruri olan və adıçəkilən Qaydanın 5.2-ci bəndində müəyyən edilmiş meyarlar üzrə (namizədin bilik səviyyəsi, peşə hazırlığı, ümumi dünyagörüşü və vakant vəzifə üçün zəruri olan keyfiyyətləri) Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Mərkəzin nümayəndələri və müstəqil ekspert tərəfindən qiymətləndirilmişdir.
16. Dövlət orqanının nümayəndəsi iddiaçını 13, Mərkəzin nümayəndəsi və müstəqil ekspert isə 14 balla qiymətləndirərək onun vakant vəzifəyə uyğun olmadığı qənaətinə gəlmişdir. Müsahibə komissiyası üzvlərinin verdiyi ümumi balların toplanılaraq komissiya üzvlərinin sayına bölünməsi nəticəsində iddiaçı 13,7 balla qiymətləndirilmişdir. Beləliklə, iddiaçı qanunvericiliyə uyğun olaraq müsahibədən müvəffəqiyyətlə keçmək üçün tələb edilən minimum baldan - 16 baldan 13,7 bal toplayaraq iddia etdiyi vəzifəyə uyğun hesab edilməmişdir (“Namizədin iddia etdiyi inzibati vəzifəyə uyğunluğunun qiymətləndirilməsinə dair bal cədvəli” və “Namizədin inzibati vəzifəyə uyğunluğunun qiymətləndirilməsinə dair yekun protokol” əlavə olunur).
17. Qeyd edilənlərə əsasən İddiaçı “X1 təşkil etdiyi müsahibə komissiyasının 31 mart 2022-ci il tarixli qərarının nəticəsinin və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkil etdiyi Apellyasiya Şurasının 21 iyun 2022-ci il tarixli 21 saylı qərarının nəticəsinin ləğv edilməsi”nə dair iddia tələbinin əsassız hesab edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş olunmuşdur.
18. İddiaçı birinci instansiya məhkəməsinin iclasında iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir.
19. Cavabdehlərin nümayəndəsi birinci instansiya məhkəməsinin iclasında iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın mümkün sayılmamasını xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
20. Şəki İnzibati Məhkəməsinin (hakim Vüqar Musayev) 30 may 2023-cü il tarixli 2- 1(116)-1205/2023 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır.
21. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti vermişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ
22. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkil etdiyi Apellyasiya Şurasının xx.xx.2022-ci il tarixli 021 nömrəli qərarını xx.xx.2022-ci il tarixli 021 saylı qərarının qərara aldım hissəsində “Qərardan təqdim olunduğu gündən 30 gün müddətində məhkəməyə müraciət edə bilər” qeyd etmişdir. Adı gedən qərardan isə Bakı İnzibati Məhkəməsinə xx.xx.2022-ci il tarixdə rəsmi şikayət etmiş və üstünə ştamp vurularaq qeydiyyata alınmışdır. Bu da onu göstərir ki, iddia ərizəsi vermək üçün nəzərdə tutulan prosessual müddəti buraxmamışdır. Ona görə də apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 30 may 2023-cü il tarixli 2-1(116)-1205/2023 nömrəli qərardadının ləğv edilməsini və işə mahiyyəti üzrə baxılması üçün qərar qəbul edilməsini xahiş etmişdir.
TƏRƏFLƏRİN İZAHATLARİ
23. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən İddiaçın apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 30 may 2023-cü il tarixli 2-1(116)- 1205/2023 nömrəli qərardadının ləğv edilməsini və işə mahiyyəti üzrə baxılması üçün qərar qəbul edilməsini xahiş etdi.
24. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndəsi və vəkili X2 apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 30 may 2023-cü il tarixli 2-1(116)-1205/2023 nömrəli qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
25. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq digər cavabdeh “Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzi” publik hüquqi şəxsi nümayəndəsinin iştirakını təmin etməmişdir.
26. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi).
TƏTBİQ EDİLƏN HÜQUQ
27. İnzibati Prosessual Məcəllə: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 12.3. Məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar. Maddə 12.4. Proses iştirakçıları tərəfindən hər hansı sübutun məhv edilməsi və ya gizlədilməsi yaxud hər hansı başqa üsulla həmin sübutun araşdırılmasına maneçilik törədilməsi qadağandır. Belə halların baş verdiyi təqdirdə, məhkəmə konkret işlə bağlı bütün xüsusiyyətləri nəzərə alaraq sübut etmə vəzifəsinin dönüşü haqqında qərardad qəbul edə bilər. Maddə 13. Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Maddə 22.1. Bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır. 22.2. Müddətlərlə bağlı bu fəslin müddəaları nəzərə alınmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi ilə müəyyən olunmuş qaydalar tətbiq olunur. Maddə 32.1. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Maddə 32.2.2. Barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt) mübahisələndirmə haqqında iddianın predmeti ola bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 38.1. Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Maddə 48.1. Sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyrimüəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. Maddə 80.1. Barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Maddə 82. Apellyаsiyа instаnsiyаsı məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə bаxır. Apellyаsiyа instаnsiyаsı məhkəməsi həmçinin, bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər. 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda. Maddə 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir.
28. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 29-1-ci maddəsinə əsasən namizədlər müsahibənin nəticələrindən inzibati qaydada müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma, Şuraya və məhkəməyə şikayət verə bilərlər.
29. Azərbaycan Respublikası Prezidentinin “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 29 dekabr 2000-ci il tarixli 435 nömrəli Fərmanının 3.23-1-ci bəndinə əsasən Qanunun 29-1-ci maddəsində nəzərdə tutulmuş qurum dedikdə mərkəzi icra hakimiyyəti orqanlarında, onların yanında yaradılan dövlət agentliklərində və dövlət xidmətlərində, habelə mərkəzi icra hakimiyyəti orqanlarının yanında, tabeliyində olan orqanlarda dövlət qulluğuna qəbulla bağlı keçirilən müsahibənin nəticələrindən verilən şikayətlərə münasibətdə - həmin mərkəzi icra hakimiyyəti orqanlarında yaradılmış apelyasiya şuraları nəzərdə tutulur.
30. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarının 6 və 7-ci bəndləri ilə məhkəmələrə izah olunmuşdur ki, iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olubolmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edibetmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. Həmin Qərarın 2.3, 4.2, 5.1, 6.1, 6.2 və 8.5-ci bəndləri ilə məhkəmələrin diqqətinə çatdırılmışdır ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3). Hüququn həqiqətən pozulubpozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar (4.2). İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır (5.1). İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır (6.1). İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.2). İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır (8.5).
31. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: Madd 72.1. İnzibati aktdan şikayət inzibati qaydada və ya məhkəmə qaydasında verilə bilər. Maddə 78.1. Qanunda başqa müddət nəzərdə tutulmamışdırsa, şikayət instansiyası daxil olduğu gündən 1 ay müddətində inzibati şikayətə baxmağa və mahiyyəti üzrə qərar qəbul etməyə borcludur. Maddə 78.2. Şikayət instansiyası tərəfindən bu Qanunun 78.1-ci maddəsində nəzərdə tutulmuş müddət ərzində qərar qəbul edilmədikdə və ya şikayət instansiyası tərəfindən qəbul edilmiş qərarla razılaşmadıqda, şikayətçi məhkəməyə şikayət verə bilər.
APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ
32. Apellyasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də şikayət mümkün hesab edilmişdir.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
33. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, iddiaçının apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərardadının təqdim olunduğu gündən 10 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayəti mümkündür və əsaslıdır. Ona görə də apellyasiya şikayəti təmin ediləcəkdir. Birinci instansiya məhkəməsi iddianı əsassız olaraq mümkün hesab etməmişdir. Bu aşağıdakı mülahizələrdən irəli gəlir.
34. Birinci instansiya məhkəməsi iddianı mümkün saymayaraq göstərmişdir ki, cavabdeh orqan tərəfindən təqdim edilmiş Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkil etdiyi Apellyasiya Şurasının xx.xx.2022-ci il tarixli müsahibəsinin videogörüntülərindən görünür ki, müsahibənin sonunda iddiaçıya şikayətinin təmin olunmaması və X1 xx.xx.2022-ci il tarixli qərarının dəyişdirilmədən qüvvədə saxlanılması elan edilir. Odur ki, mübahisələndirilən inzibati aktın iddiaçıya xx.xx.2022-ci il tarixdə elan edilməsini məhkəmə işin mübahisəsiz halı kimi qəbul edir. Belə olan halda iddiaçı mübahisələndirilən inzibati aktın ona elan olunduğu (məlumatlı olduğu) xx.xx.2022-ci il tarixdən 30 gün müddətində (xx.xx.2022-ci il tarixədək) iddia ərizəsi ilə məhkəməyə müraciət etməli idi. İddiaçı isə müvafiq iddia ərizəsini xx.xx.2022-ci il tarixdə Bakı İnzibati Məhkəməsinə təqdim etmiş, bununla da İPM-nin 38.1-ci maddəsində nəzərdə tutulmuş müddəti ötürmüşdür.
35. Kollegiya ilk olaraq bildirir ki, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılılq.
36. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olub-olmamasının yoxlanılması çərçivəsində iddiaçının iddia tələbi üzrə subyektiv hüququnun olub-olmaması da yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır.
37. Məhkəmə kollegiyası iş materiallarını tədqiq edərək hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən iddianın mümkünlük şərtləri tam yoxlanılmadığından birinci instansiya məhkəməsinin qərardadı ləğv edilərək, inzibati iş baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir.
38. Belə ki, İPM-in 38.1-ci maddəsinin tələblərindən də göründüyü kimi, şikayət instansiyasına şikayət verildiyi hallarda şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində iddia qaldırıla bilər.
39. İşin faktiki hallarından da müəyyən olunur ki, iddiaçı X1 təşkil etdiyi müsahibə komissiyasının xx.xx.2022-ci il tarixli qərarını Apellyasiya Şurasında mübahisələndirmiş və xx.xx.2022-ci il tarixdə iddiaçının şikayətinə baxılaraq, şikayət təmin edilməmişdir. İddiaçı tərəfindən məhkəmə kollegiyasına təqdim edilmiş “Whatsapp” proqramından çıxarışlardan müəyyən olunur ki, iddiaçı Apellyasiya Şurasının xx.xx.2022-ci il tarixli qərarını xx.xx.2022ci il tarixdə almış və xx.xx.2022-ci il tarixdə iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir.
40. Göründüyü kimi, iddiaçı tərəfindən X1 xx.xx.2022-ci il tarixli qərarından şikayət instansiyasına şikayət verildiyinə və şikayətə dair qəbul olunan inzibati aktı aldıqdan sonra məhkəməyə müraciət etdiyinə görə X1 xx.xx.2022-ci il tarixli qərarını mübahisələndirmək üçün qanunla müəyyən edilmiş müddət ötürülməmişdir.
41. Bununla belə, birinci instansiya məhkəməsi tərəfindən iddianın mümkünlüyü baxımından onun hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı İPM-in 13-cü maddəsinə əsasən, iddiaçının hüquqi marağı, iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmamış iddia tələbi üzrə iddiaçının istədiyi məqsədə nail olmaq üçün hansı qərarın mübahisələndirilməsi ilə bağlı yəni X1 təşkil etdiyi müsahibə komissiyasının xx.xx.2022-ci il tarixli qərarının mahiyyəti iddiaçı ilə müzakirə və tam izah edilməmişdir, nəticədə iddiaçıya bununla bağlı qanunvericiliyin tələblərinə görə yardım göstərilməmişdir. Belə ki, işin faktiki halları ilə də müəyyən olunur ki, iddiaçı şikayət instansiyası tərəfindən şikayətə baxılıb yekun qərar qəbul edildikdən və qərar iddiaçıya təqdim edildikdən sonra iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının məhkəmə kollegiyasının iclasında verdiyi izahatından, işə əlavə edilmiş sənədlərdən və apellyasiya şikayətinin dəlillərindən də aydın olduğu kimi iddiaçı imtahanın nəticələrindən narazı olduğu üçün X1 təşkil etdiyi müsahibə komissiyasının xx.xx.2022-ci il tarixli qərarını mübahisələndirməkdə israrlıdır.
42. Beləliklə, məhkəmə kollegiyası tərəfindən iş materialları araşdırılarkən müəyyən edilmişdir ki, birinci instansiya məhkəməsi İPM-in 12-ci, 13-cü və 48-ci maddələrinə əsasən, inzibati iş üzrə kifayət qədər araşdırma aparmamış və əsassız olaraq iddia tələbini mümkün saymamışdır.
43. Beləliklə, məhkəmə kollegiyаsı bu qənаətə gəldi ki, birinci instаnsiyа məhkəməsi yuxarıda qeyd olunan hаllаrı аrаşdırmаdаn və işin faktiki hallarına düzgün hüquqi qiymət vermədən iddiаnı mümkün saymamaqla səhv nəticəyə gəlmişdir. Оnа görə də Аzərbаycаn Respublikаsı İnzibаti Prоsessuаl Məcəlləsinin 87.6-cı mаddəsinə əsаsən, şikаyət təmin edilməli və birinci instаnsiyа məhkəməsinin qərаrdаdı ləğv edilərək inzibati işin baxılması üçün Şəki İnzibаti Məhkəməsinə göndərilməsi bаrədə qərаrdаd qəbul edilməlidir.
44. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ:
İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikаyəti təmin edilsin. Şəki İnzibati Məhkəməsinin 30 may 2023-cü il tarixli 2-1(116)-1205/2023 nömrəli qərardadı ləğv edilsin. İnzibati iş baxılması üçün Şəki İnzibati Məhkəməsinə qaytarılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.