Məhkəmə qərarları › İş №2-1(107)-443/2020

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-443/2020

16.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-443/2020 16.11.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən, məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, Məmmədov Emin Nizami oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Balakən rayon filialına qarşı “xx.xx.2017-ci il tarixdən əlilliyə görə pensiya təyin edilməsi və həmin tarixdən ödənilmiş əlilliyə görə müavinətlə pensiya məbləği arasında yaranan fərqin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2-1(116)-870/2020 nömrəli qərarından iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Balakən rayon filialı apelyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İddiaçı xx xxxxxxx 1964-cü il tarixdə Balakən rayonu Talalar kəndində anadanolmuşdur. İddiaçı 1982-ci ildə Talalar kənd orta məktəbini bitirmiş, 1982-ci il noyabr ayının 17-dən 1984-cü il noyabr ayının 30-dək keçmiş sovet ordusunda xidmət etmişdir. Hərbi xidmətini başa vurduqdan sonra bir sıra idarə və təşkilatlarda əmək fəaliyyəti ilə məşğul olmuşdur. 2012-ci ildən İİ-ci qrup əlil olmuşdur. Əlillik təyin edildiyi xx xxxx 2012-ci il tarixdən sosial müavinət alır. Səbəbi də o olub ki, həmin vaxt əlilliyə görə əmək pensiyası təyin edilməsi üçün əmək stajı az olmuşdur. Həmin vaxt yaşı 48 iş stajı isə hərbi xidmət dövrü ilə birlikdə 9 il 7 aya bərabər olmuşdur. 2014-cü ilin yanvar ayından etibarən 2017-ci ilin aprel ayınadək 3 il 4 ay fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq hər ay DSMF-nin Balakən rayon şöbəsinə (40 ay) məcburi sığorta haqlarını ödəmişdir. İddiaçı 2017-ci ildə DSMF-nin Balakən rayon şöbəsinə müraciət edərək əlilliyə görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. İddiaçıya bildirmişdir ki, 2017-ci il iyul ayından etibarən qanunda dəyişiklik edilib, fərdi hesabında yığılan pensiya kapitalın pensiya təyin edilməsi üçün çatışmır. Lakin sonradan 2020-ci ilin əvvəllərindən ona məlum olmuşdur ki, ona əlilliyə görə əmək pensiyasi təyin edilməsi mümkündür. Ona görə də xx xxxxxx 2020-ci il tarixdə rəsmi qaydada DSMF-nin Balakən rayon şöbəsinə ərizə ilə müraciət edərək, 52 yaşından əlilliyə görə əmək pensiyası hüququ yarandığı üçün əmək pensiyası təyin edilməsini xahiş etmiş, lakin DSMF-nin Balakən rayon şöbəsi tərəfindən iddiaçıya ünvanlanan xx xxxxxx 2020-ci il tarixli məktubunda qeyd edir ki, Əmək pensiyalarıddiaçı xx.xx.2020-ci il tarixli məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, “xx.xx.2017-ci il tarixdən əlilliyə görə pensiya təyin edilməsi və həmin tarixdən ödənilmiş əlilliyə görə müavinətlə pensiya məbləği arasında yaranan fərqin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Həmin tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. Cavabdehin iddiaya qarşı münasibətindən görünür ki, xx.xx.2006-cı il tarixdən qüvvəyə minmiş Əmək pensiyaları haqqında Azərbaycan Respublikası Qanununa əsasən əlilliyə görə əmək pensiyası əlil və ya sağlamlıq imkanları məhdud sığorta olunana ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərti ilə əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda müəyyən edilir. İddiaçı əmək pensiyası təyin edilməsi ücün xx.xx.2020-ci ildən müraciət etdiyindən ona əlilliyə görə əmək pensiyası hazırda qüvvədə olan qanuna əsasən tələb olunan staja və kapitalına əsasən nəzərə alınmalıdır. Belə ki, onun hazırda 55 yaşı tamam olduğundan və cəmi 12 il 11 ay sığorta stajına malik olmuşdur. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı iddianın təmin edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında cavabdehin nümayəndəsi iddianın rədd olunmasını xahiş etmişdir. Şəki İnzibati Məhkəməsinin (hakim İlqar Cabarov) xx xxxxxxxx 2020-ci il tarixli, 2- 1(116)-870/2020 nömrəli qərarı ilə iddia təmin edilərək Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Balakən rayon filialının üzərinə İddiaçı xx.xx.2017-ci il tarixdən əlilliyə görə pensiya təyin edilməsi və həmin tarixdən ödənilmiş əlilliyə görə müavinətlə pensiya məbləği arasında yaranan fərqin ödənilməsi öhdəliyinin qoyulması qərara alınmışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Balakən rayon filialı həmin qərardan apelyasiya şikayəti vermişdir. Apelyasiya şikayətinin dəlilləri Cavabdehin apelyasiya şikayəti belə əsaslandırılmışdır ki, Fondun Balakən rayon şöbəsi Şəki inzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2-1(116)-870/2020 №-li qərarının ləğv edilməsim zəruri hesab edir.Belə ki, İddiaçı əmək pensiyası hüququ xx.xx.2017 cı ildən yarandığına baxmayaraq, şöbəyə 2020 ci ildə müraciət etmişdir.xx.xx.2017 ci il tarixdən əlilliyə görə əmək pensiyası təyin edilməsi üçün toplanmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə təyin edilir.Lakin İddiaçı müraciət etdiyi tarixdə topladığı pensiya kapitalı ona əlilliyə görə əmək pensiyası təyin edilməsinə imkan verməmişdir.Ona görə də İddiaçı əlilliyə görə əmək pensiyası təyin edilməsi qanunauyğun olmamışdır.Qeyd olunanların nəzərə alınaraq Fondun Balakən rayon filialı Şəki İnzibati Məhkəməsinin xx.xx.2020-cu il tarixli 2-1(116)- 870 /2020 nömrəli qərarının ləğv edilərək iddiaçının tələbinin təmin olunmaması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Balakən rayon filialının nümayəndəsi X1 Dilbər Qubad qızı apelyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2- 1(116)-870/2020 nömrəli qərarının ləğv edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apelyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2-1(116)-870/2020 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə kollegiyasının araşdırmasının predmetini təşkil etmişdir və həmin sənədlərin məzmununa istinad edilir: Onlara Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Balakən rayon şöbəsinin xx.xx.2020 tarixli 114 nömrəli arayışı, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Balakən rayon şöbəsinin xx.xx.2020-ci il tarixli 584 nömrəli arayışı və xx.xx.2020-ci il tarixli **********1 nömrəli imtina məktubu, ИТ-İ seriyalı ******* nömrəli əmək kitabçasının təsdiqlənmiş surəti, DSMF-nin Balakən rayon şöbəsinin xx.xx.2020-ci il tarixli **********5 nömrəli arayışı, AZE seriyalı 03098062 nömrəli X2 təsdiqlənmiş surəti, Müavinət təyinatı üzrə Əhalinin Sosial Müdafiəsi Mərkəzinin 55 nömrəli xx.xx.2013-cü il tarixli qərarın təsdiqlənmiş surəti, 16 saylı TSEK tərəfindən verilmiş təsdiq olunmuş 018105 nömrəli müayinə aktından çıxarışın surəti,DSMF-nin Balakən rayon şöbəsinin xx.xx.2020-ci il tarixli **********7 nömrəli arayışı, X7 Sistemindən şəxsi hesabın çıxarışın surəti, НЗ seriyalı ******* nömrəli hərbi biletin təsdiqlənmiş surəti, 1615 saylı TSEK-nın 231871 nömrəli müayinə aktından çıxarışının surəti, 16 saylı TSEK-nin 387067 nömrəli müayinə aktından çıxarışın surəti, 16 saylı TSEK-nın 509920 nömrəli müayinə aktından çıxarışının surəti, 16 saylı TSEK-nın 018105 nömrəli müayinə aktından çıxarışının surəti aiddir. Əsaslandırma hissəsi Cavabdehin apelyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Lakin şikayət əsaslı deyil və Şəki İnzibati Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2-1(116)-870/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçılar onların müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onların hüquqlarını pozduğunu iddia edə bilərlər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır. Birinci instansiya məhkəməsi iddianı təmin edərək iddia təmin edilərək cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Balakən rayon filialının üzərinə İddiaçı xx.xx.2017-ci il tarixdən əlilliyə görə pensiya təyin edilməsi və həmin tarixdən ödənilmiş əlilliyə görə müavinətlə pensiya məbləği arasında yaranan fərqin ödənilməsi öhdəliyini qoymuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Balakən rayon şöbəsinin xx.xx.2020 tarixli 114 nömrəli arayışından görünür ki, 1964-cü il təvəllüdlü Balakən rayon Talalar kənd sakini əsgər İddiaçı həqiqiətən xx.xx.1982-ci il tarixdən xx.xx.1984-cü il tarixədək keçmiş sovet ordusunda xidmət etmişdir. İş materiallarında olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Balakən rayon şöbəsinin xx.xx.2020-ci il tarixli 584 nömrəli arayışından görünür ki, İddiaçı 2-ci qrup ümumi xəstəlik səbəbindən xx.xx.2021-ci il tarixədək əlillik təyin olunmuşdur. İş materiallarında olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Balakən rayon şöbəsinin xx.xx.2020-ci il tarixli **********7 nömrəli arayışından görünür ki, iddiaçıya xx.xx.2012-ci il tarixindən 2-ci qrup əllilliyə görə müavinət təyin olunmuşdur. İddiaçıya xx.xx.2017-ci il tarixə əmək pensiyası təyin olunması üçün 12 il 4 ay sığorta stajı tələb olunur. Həmin tarixə iddiaçının əmək kitabçası üzrə mübahisələndirilməyən 9 il 8 ay və xx.xx.2006-cı il tarixdən xx.xx.2017-ci il tarixədək PASda 3 il 5 ay, cəmi 13 il 1 ay sosial sığorta stajı var. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. 149-cu maddəsinin Vİİ hissəsində qeyd edilir ki, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə kollegiyası tərəfindən iş materiallarının araşdırılması zamanı müəyyən edildi ki, cavabdehin İddiaçı əmək pensiyası təyin edilməsi ücün xx.xx.2020-ci ildən müraciət etdiyindən ona əlilliyə görə əmək pensiyası hazırda qüvvədə olan qanuna əsaslanmaqla imtinası əsasszıdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının xx xxxxxx 2017-ci il tarixli, 17 saylı qərarı ilə təsdiq edilmiş, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündə başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 1.3-cü bəndində aşağıdakı kimi müəyyən edilmişdir: 2017-ci ilin iyulun 1-dək pensiya hüququ əldə etmiş, lakin pensiya təyinatı üçün 2017-ci ilin 1 iyulundan sonra müraciət etmiş şəxslərə pensiya Qanunun həmin tarixədək qüvvədə olmuş normaları əsasında təyin edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə xx xxxx 2017-ci il tarixli 543-VQD nömrəli qanunla 12.1-ci maddə yeni redaksiyada - “12.1. Əlilliyə görə əmək pensiyası İ qrup əlillərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İİ və İİİ qrup əlillərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir.” Əvvəlki redaksiyada deyilirdi: 12.1. Əlilliyə görə əmək pensiyası əlil və ya sağlamlıq imkanları məhdud sığortaolunana ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. Belə ki, iddiaçının əlilliyə görə pensiya almaq hüququ xx xxxx 2017-ci il tarixdə yarandığından (həmin tarixə tələb olunan stajı toplandığından) mübahisəyə xx xxx 2017- ci il tarixdə qüvvədə olan Əmək Pensiyaları haqqında Azərbaycan Respublikası Qanununun müddəaları tətbiq edilməlidir. Əmək Pensiyaları haqqında Qanununun 11.1-ci maddəsinə əsasən, əlilliyə görə əmək pensiyası sığortaolunanın xəstəlik və ya xəsarət nəticəsində yaranan əqli və ya fiziki qüsurlara görə əmək qabiliyyətinin məhdudlaşması ilə əlaqədar təyin edilir. 12.1-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyası əlil və ya sağlamlıq imkanları məhdud sığortaolunana ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. Məhkəmə kollegiyası qeyd edir ki, İddiaçının pensiya hüququnun yarandığı vaxt qüvvədə olan "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 31.1 -ci maddəsinin redaksiyasına əsasən, əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Yuxarıda qeyd olunan işin hallarını, məhkəmə kollegiyası tərəfindən aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki,birinçi instansiya haqlı olaraq hesab etmişdir ki, iddia tələbi təmin edilməli, cavabdehin üzərinə iddiaçıya xx.xx.2017-ci il tarixdən əlilliyə görə pensiya təyin edilməsi və həmin tarixdən ödənilmiş əlilliyə görə müavinətlə pensiya məbləği arasında yaranan fərqin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması öhdəliyi qoyulmalıdır.Ona görə də apelyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməlidir. İPM-in 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdehin iddiaçıya xx.xx.2017-ci il tarixdən əlilliyə görə pensiya təyin edilməsi və həmin tarixdən ödənilmiş əlilliyə görə müavinətlə pensiya məbləği arasında yaranan fərqin ödənilməsindən imtinası qanuni və əsaslı olmamışdır. Ona görə də İPM-in 87.6-cı maddəsinə əsasən Şəki İnzibati Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2-1(116)-870/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, cavabdehin apelyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir. Nəticəvi hissə Yuxarıda göstərilənlərə əsasən və İPM-in 68, 69, 87.6, 89, 90.1 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Balakən rayon filialı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2-1(116)-870/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar