Məhkəmə qərarları › İş №2-1(107)-444/2022

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-444/2022

22.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-444/2022 22.12.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu, Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, İddiaçı və cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi filialına qarşı “Zaqatala Tikiş fabrikində işlədiyi xx.xx.1994-cü il tarixdən xx.xx.1999-cu ilədək və X1 Dəstəsində işlədiyi xx.xx.2000-ci il tarixdən xx.xx.2002-ci ilədək müddətin sosial sığorta stajı kimi nəzərə alınmaqla yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibаti iş üzrə Şəki İnzibati Məhkəməsinin 05 oktyabr 2022-ci il tarixli, 2-1(116)-1196/2022 nömrəli qərarından cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə iş üzrə Mərkəzi filialı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Zaqatala Tikiş fabrikində işlədiyi xx.xx.1994-cü il tarixdən xx.xx.1999-cu ilədək və X1 Dəstəsində işlədiyi xx.xx.2000-ci il tarixdən xx.xx.2002-ci ilədək müddətin sosial sığorta stajı kimi nəzərə alınmaqla yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə, iddiaçı xx xxxx 1959-cu il tarixdə anadan olmuşdur. İşlədiyi 18 il 4 ay müddətin cavabdeh orqan tərəfindən sığorta stajına hesablanması qeyd edilir. İddiaçı xx.xx.1975-ci il tarixdən xx.xx.1999-cu ilədək Zaqatala Tikiş fabrikində və xx.xx.2000-ci il tarixdən xx.xx.2002-ci ilədək X1 dəstəsində işləmişdir. Lakin, cavabdeh orqan iddiaçının işlədiyi Zaqatala Tikiş fabrikindəki xx.xx.1994-cü il tarixdən xx.xx.1999-cu ilədək və X1 Dəstəsində xx.xx.2000-ci il tarixdən xx.xx.2002-ci illəri iş stajını nəzərə almamışdır. İddiaçı 20 iyul 2021-ci il tarixdə 62 yaşı tamam olmuş və pensiya hüququ yaranmışdır. İddiaçı cavabdehə müraciət edərək ona yaşa görə əmək pensiyasının təyin olunmasını xahiş etmiş, lakin onun müraciəti təmin olunmamışdır. Cavabdeh xx.xx.2022-ci il tarixli **********9 nömrəli imtina məktubunda qeyd etmişdir ki, təqdim edilən xx.xx.1975-ci il tarixli ******* saylı əmək kitabçasının surətinə əsasən iddiaçını sığorta stajı 18 il 4 ay təşkil edir ki, qanunla tələb olunan sığorta stajından (25 il) azdır. Eyni zamanda xx.xx.2006-cı il tarixinədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 18 il 4 ay sığorta stajına uyğun olaraq 14880,27 manat təşkil edir ki, bu məbləğ qanunvericiliklə tələb olunan 34560 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (240 manat) az olmayan pensiya təminatına imkan vermir. Məlumat üçün bildirilir ki, xx.xx.2006-cı il tarixindən xx.xx.2018ci il tarixinədək iddiaçının fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. Əlavə olaraq bildirilir ki, xx.xx.1975-ci il tarixində adına tərtib olunmuş ******* saylı əmək kitabçasının surətində qeyd olunmuş xx.xx.1992-ci il tarixindən xx.xx.1999-cu il tarixinədək və xx.xx.2000-ci il tarixindən xx.xx.2002-ci il tarixinədək olan dövrlərin araşdırılması zərurəti yaranmışdır. Araşdırma zamanı məlum olub ki, Fondun 3 saylı Şəki-Zaqatala regional filialının xx.xx.2022-ci il tarixli aktına əsasən iddiaçının əmək kitabçasının surətində xx.xx.1992-ci il tarixindən xx.xx.1999-cu il tarixinədək qeyd olunmuş Zaqatala Tikiş fabrikində iddiaçıya xx.xx.1994-cü il tarixindən xx.xx.1999-cu il tarixinədək əmək haqqı ödənilməmişdir. Eyni zamanda Balakən rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli №25 saylı arayışına əsasən əmək kitabçasının surətində xx.xx.2000-ci il tarixindən xx.xx.2002-ci il tarixinədək qeyd olunmuş X1 Dəstəsinin sənədləri Dövlət Arxivinə təhvil verilməmişdir. Qeyd olunanları nəzərə alaraq, əmək kitabçasında göstərilən müvafiq dövrlər əmək stajı kimi təsdiqlənmədiyindən, ümumi sığorta stajı qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Cavabdeh xx.xx.2022-ci il tarixli **********5 nömrəli etiraz məktubunda imtinada göstərilənləri təsdiq edərək, qeyd etmişdir ki, idddiaçı İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi barədə 21 yanvar 2022-ci il tarixli müraciətinə Filialın 16 mart 2022-ci il tarixli **********9 nömrəli məktubu ilə aşağıda qeyd edilənlər əsas göstərilməklə imtina edilmişdir: İddiaçının təqdim etdiyi xx.xx.1975-ci il tarixli ******* saylı əmək kitabçasının surətinə əsasən sığorta stajı 18 il 4 ay təşkil edir ki, bu da qanunla tələb olunan sığorta stajından (25 il) azdır. Eyni zamanda xx.xx.2006-cı il tarixədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 18 il 4 ay sığorta stajına uyğun olaraq 14880,27 manat təşkil edir ki, bu məbləğ qanunvericiliklə tələb olunan 34560 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (240 manat) az olmayan pensiya təminatına imkan vermir. Bundan əlavə xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarix idək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. İddiaçının təqdim etdiyi NT-İ ******* nömrəli əmək kitabçasına əsasən sığorta stajı aşağıdakı kimi müəyyən olunur: -xx.xx.1975-ci il tarixdən xx.xx.1999-cu il tarixədək Zaqatala Tikiş fabrikində işlədiyi dövr (24 il 11 ay 5 gün); -xx.xx.2000-ci il tarixdən xx.xx.2002-ci il tarixədək X1 dəstəsində işlədiyi dövr (2 il 3 ay 12 gün). Yuxarıda qeyd edilənlərə əsasən, iddiaçının ümmumi sosial sığorta stajı 27 il 2 ay 17 gün təşkil edir (işlədiyi dövrlər mübahisələndirilmədikdə). Bununla belə, iddiaçı K.X3 fabrikində işlədiyini iddia etdiyi xx.xx.1994-cü il tarixindən xx.xx.1999-cu il tarixinədək olan dövr (5 il 11 ay 26 gün) iddiaçıya əmək haqqı ödənilmədiyi üçün və X1 dəstəsində işlədiyini iddia etdiyi xx.xx.2000-ci il tarixdən xx.xx.2002-ci il tarixədək olan dövr (2 il 3 ay 12 gün) müəssisənin sənədləri Dövlət arxivinə təhvil verilmədiyi üçün iddiaçının sosial sığorta stajına daxil edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən hesab edilir ki, cavabdehin imtinası qanuni və əsaslı olmuşdur. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. AR ƏƏSMN-nin Kollegiyasının xx.xx.2017-ci il tarixli, 17 saylı Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarını 3.1-ci maddəsinə əsasən, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilən zaman Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı nəzərə alınır. Qeyd edilən normanın məzmunundan göründüyü kimi iddiaçıya yaşa görə pensiya 65 yaşdan təyin edilə bilər. Bunun üçün isə Qanunda göstərilmiş iki şərtdən biri mövcud olmalıdır: 1) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, 2) azı 25 il sığorta stajı olduqda. İddiaçı onun barəsində ikinci halın mövcudluğundan çıxış etməklə, yəni 25 il sığorta stajına malik olduğu nəzərə alınmaqla ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 31.2-1-ci maddəsinə əsasən, sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Yuxarıda qeyd edildiyi kimi, iddiaçının mübahisələndirilən sosial sığorta stajı ümumilikdə 8 il 3 ay 8 gün təşkil edir. İddiaçının işləməsi faktının yoxlanması məqsədilə Fondun 3 saylı Şəki-Zaqatala regional filialı tərəfindən qarşılıqlı yoxlama keçirilərək xx.xx.2022-ci il tarixli akt tərtib edilmişdir. Sözügedən akta əsasən Zaqatala Tikiş fabrikində iddiaçıya xx.xx.1994-cü il tarixindən xx.xx.1999-cu il tarixinədək əmək haqqı ödənilmədiyi və Balakən rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli №25 saylı arayışına əsasən əmək kitabçasının surətində xx.xx.2000-ci il tarixindən xx.xx.2002-ci il tarixinədək qeyd olunmuş X1 dəstəsinin sənədlərinin Dövlət Arxivinə təhvil verilmədiyi məlum olmuşdur. Göstərilənlərə əsasən İddiaçı azı 25 il sığorta stajına malik olmadığına, eləcə də fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermədiyinə görə onun pensiya hüququ yaranmır. Qeyd olunanlardan bir daha aydın olduğu kimi iddia tələbi əsassız və qanunsuzdur, bu səbəbdən də cavabdeh orqanın iddiaçının müraciəti ilə bağlı verdiyi imtina qanuna uyğun olmuşdur. Cavabdeh etiraz məktubunda iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraz məktubunun məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Şəki İnzibati Məhkəməsinin 05 oktyabr 2022-ci il tarixli, 2-1(116)-1196/2022 saylı qərarı ilə (hаkim Fərid İsmayılzadə) iddia təmin edilmiş, İddiaçı Zaqatala Tikiş fabrikində işlədiyi xx.xx.1994-cü il tarixdən xx.xx.1999-cu ilədək və X1 Dəstəsində işlədiyi xx.xx.2000ci il tarixdən xx.xx.2002-ci ilədək müddət sosial sığorta stajı kimi nəzərə alınmaqla ona hüququnun yarandığı xx.xx.2022-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilməsi qərara alınmışdır. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə iş üzrə Mərkəzi filialı Şəki İnzibati Məhkəməsinin 05 oktyabr 2022-ci il tarixli, 2-1(116)-1196/2022 saylı qərarından apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətində qey etmişdir ki, idddiaçı K.N.Rəsulovanın yaşa görə əmək pensiyasının təyin edilməsi barədə 21 yanvar 2022-ci il tarixli müraciətinə Filialın 16 mart 2022-ci il tarixli **********9 nömrəli məktubu ilə aşağıda qeyd edilənlər əsas göstərilməklə imtina edilmişdir. İddiaçının təqdim etdiyi xx.xx.1975-ci il tarixli l/İT-l №2116974 saylı əmək kitabçasının surətinə əsasən sığorta stajı 18 il 4 ay təşkil edir ki, bu da qanunla tələb olunan sığorta stajından (25 il) azdır. Eyni zamanda xx.xx.2006-cı il tarixədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 18 il 4 ay sığorta stajına uyğun olaraq 14880,27 manat təşkil edir ki, bu məbləğ qanunvericiliklə tələb olunan 34560 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (240 manat) az olmayan pensiya təminatına imkan vermir. Bundan əlavə xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixidək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. Həmçinin xx.xx.1975-ci il tarixdə adına tərtib olunmuş T1T-İ №2116974 saylı əmək kitabçasının surətində qeyd olunmuş xx.xx.1992-ci il tarixdən xx.xx.1999-cu il tarixədək və xx.xx.2000-ci il tarixdən xx.xx.2002-ci il tarixədək olan dövrlərin araşdırılması zərurəti yaranmışdır. Araşdırma zamanı Fondun 3 saylı Şəki- Zaqatala regional filialının xx.xx.2022-ci il tarixli aktına əsasən əmək kitabçasının surətində xx.xx.1992-ci il tarixdən xx.xx.1999- cu il tarixədək qeyd olunmuş Zaqatala Tikiş fabrikində iddiaçıya xx.xx.1994-cü il tarixdən xx.xx.1999-cu il tarixədək əmək haqqı ödənilmədiyi və Balakən rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli №25 saylı arayışına əsasən əmək kitabçasının surətində xx.xx.2000-ci il tarixdən xx.xx.2002-ci il tarixidək qeyd olunmuş X1 dəstəsinin sənədlərinin Dövlət Arxivinə təhvil verilmədiyi məlum olmuşdur. Qeyd olunanları nəzərə alaraq, əmək kitabçasında göstərilən müvafiq dövrlər əmək stajı kimi təsdiqlənmədiyindən, iddiaçının ümumi sığorta stajı qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Beləliklə, iddiaçının təqdim etdiyi NT-İ ******* nömrəli əmək kitabçasına əsasən sığorta stajı aşağıdakı kimi müəyyən olunur: xx.xx.1975ci il tarixdən xx.xx.1999-cu il tarixədək Zaqatala Tikiş fabrikində işlədiyi dövr (24 il 11 ay 5 gün); xx.xx.2000-ci ci il tarixdən xx.xx.2002-ci il tarixədək X1 dəstəsində işlədiyi dövr (2 il 3 ay 12 gün) Yuxarıda qeyd edilənlərə əsasən, iddiaçının ümmumi sosial sığorta stajı 27 il 2 ay 17 gün təşkil edir (işlədiyi dövrlər mübahisələndirilmədikdə). Bununla belə, iddiaçı K.X4 fabrikində işlədiyini iddia etdiyi xx.xx.1994-cü il tarixindən xx.xx.1999-cu il tarixinədək olan dövr (5 il 11 ay 26 gün) iddiaçıya əmək haqqı ödənilmədiyi üçün və X1 dəstəsində işlədiyini iddia etdiyi xx.xx.2000-ci il tarixdən xx.xx.2002-ci il tarixədək olan dövr (2 il 3 ay 12 gün) müəssisənin sənədləri Dövlət arxivinə təhvil verilmədiyi üçün onun sosial sığorta stajına daxil edilməmişdir. Qanunvericilik normalarının tələbləri və işin faktiki hallarına əsasən birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş və işin faktiki hallarını dərindən araşdırmamışdır. Odur ki, Şəki İnzibati Məhkəməsinin 05 oktyabr 2022-ci il tarixli, 2-1(116)-1196/2022 saylı qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin təmin edilməsini və Şəki İnzibati Məhkəməsinin 05 oktyabr 2022-ci il tarixli, 2-1(116)-1196/2022 nömrəli iş üzrə qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini və Şəki İnzibati Məhkəməsinin 05 oktyabr 2022-ci il tarixli, 2-1(116)- 1196/2022 nömrəli iş üzrə qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əsaslandırma hissəsi Cavabdehin apellyasiya şikayəti uğurlu sayılmır. Belə ki, o, mahiyyət etibarı ilə əsaslı deyildir. Ona görə də, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İPM-in 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-nin 1.1, 2.1 və 2.2.3-cü maddələri) aiddir. Həmçinin iddia düzgün cavabdeh qarşı yönəlmiş və iddianın qaldırılması üçün iddiaçının subyektiv hüququ mövcud olmuşdur. Belə ki, iddiaçı cavabdeh inzibati orqanın bu hərəkətinin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki mübahisə yaranmışdır. Məhkəmə kollegiyası aşağıdakı hallara görə iddianı əsaslı hesab edir. Birinci instansiya məhkəməsi iş materiallarında olan aşağıda sadalanan sənədlərə istinad etmişdir və həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişdir. İş materiallarında olan: İddiaçıya məxsus AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən müəyyən edilir ki, iddiaçı xx.xx.1959-cu il tarixdə anadan olmuşdur. İddiaçıya münasibətdə pensiya hüququ verən yaş həddi 62 yaş 6 ay (xx.xx.2021xx.xx.2022-ci il tarixlər aralığında qadınlara münasibətdə pensiya yaşı 62 il 6 ay kimi müəyyən edilmişdir) olmuşdur ki, iddiaçının 62 yaşı xx.xx.2022-ci il tarixdə tamam olduğundan onun pensiya hüququ 6 ay sonra xx.xx.2022-ci il tarixdə yaranmışdır. Zaqatala rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli məktubunda qeyd olunur ki, araşdırılma zamanı xx.xx.1992-xx.xx.1999-cu il tarixlərdə X2 adı Zaqatala Tikiş fabrikinin əmr kitablarında və əmək haqqı cədvəllərində aşkar edilmədi. Balakən rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli 63 nömrəli məktubunda qeyd olunr ki, X1 Dəstənin sənədləri Dövlət Arxivinə təhvil verilməmişdir. 2116974 nömrəli əmək kitabçasına əsasən iddiaçının iş illəri aşağıdakı kimidir: xx.xx.1975-ci ildən xx.xx.1999-cu ilədək Zaqatala Tikiş fabrikində (24 il 6 ay 5 gün); xx.xx.2000-ci ildən xx.xx.2002-ci ilədək Balakən SMD-də qablaşdırıcı işləmişdir (2 il 3 ay 12 gün). Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin yuxarıda qeyd olunan faktiki hallarını aşağıdakı qanunvericilik normaları ilə qarşılıqlı təhlil edərək düzgün hesab etmişdir ki, iddia əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının: 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 46.3-cü maddəsinə əsasən maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır. İPM-in 1.2-ci maddəsindən göndərişlə AR Mülki Prosessual Məcəlləsinin 81-ci maddəsinə görə, qanuna və digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının xx.xx.2006-cı il tarixli Qanununun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin qeydinə əsasən bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddənin qeydindən çıxış edərək göstərilməlidir ki, 1 iyul 2020-ci il tarixdən etibarən kişilərə münasibətdə yaşa görə əmək pensiyası hüququ verən yaş həddi 65 yaş olmuşdur. Qanunun 23.2-ci maddəsi ilə isə müəyyən edilmişdir ki, 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir. Normaların təhlili onu deməyə əsas verir ki, yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunverici iki mühüm şərt müəyyən etmişdir: 1) əmək pensiyasının təyin olunması iddiasında olan şəxsin qanunla müəyyən edilmiş yaş həddinə çatması; 2) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi və ya bu pensiya təminatına imkan vermədikdə azı 25 il sığorta stajının olması. xx.xx.1959-ci il təvəllüdlü iddiaçıya münasibətdə pensiya yaşının müəyyən edilməsi üçün qeyd olunmalıdır ki, xx.xx.2022-ci il tarixdə 62 yaşı 6 ayı tamam olmuş iddiaçının yaşa görə əmək pensiyasının təyin edilməsi üçün ilkin şərt ödənilməkdədir. Cavabdeh tərəfindən mübahisələndirilən əmək kitabçasında göstərilən müddətlərin iş stajına daxil ediləcəyi təqdirdə isə ikinci şərt, yəni qanunla müəyyən edilmiş 25 illik sığorta stajı tamamlanacaqdır. Məhkəmə araşdırması ilə və iddiaçıya məxsus əmək kitabçasına əsasən müəyyən edilmişdir ki, iddiaçının ümumi 26 il 9 ay 17 gün iş stajı vardır. Cavabdeh tərəfindən iddiaçının əmək kitabçası ilə öz təsdiqini tapan əmək stajının müddətləri müxtəlif dövrlərə aid olan hissədə mübahisələndirilsə də, iddiaçının həmin illərə dair əmək stajını təkzib edən və ya işləməməsini təsdiq edən mötəbər dəlillər cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir. Odur ki, iddiaçı barəsində tərtib edilmiş əmək kitabçasını məhkəmə iddiaçının əmək stajını təsdiq edən sübut kimi qəbul edir və hesab edir ki, həmin sənədlərin yenidən digər sənədlərlə sübut olunmasına ehtiyac yoxdur (Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(102)-1737/2021 nömrəli qərarında əks olunan hüquqi mövqe, həmçinin bax: Ali Məhkəmənin İnzibati Kollegiyasının 2-1(102)-45/2021 nömrəli qərarı). Beləliklə, birinci instansiya məhkəməsinin araşdırması ilə sabit olunmuşdur ki, iddiaçının hüququnun yarandığı tarixdən ona yaşa görə əmək pensiyasının təyin edilməsindən ibarət tələbinə münasibətdə cavabdehin imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübut olunmur, cavabdeh tərəfindən verilmiş imtinanın əsaslılığını istisna edən faktiki şərtlər iş materialları ilə müəyyən edilir. Belə ki, cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmur, cavabdehin imtinası qanunvericiliyə zidd olmaqla, iddiaçının hüquqlarını pozmuşdur. İddiaçı ona münasibətdə əmək pensiyasının təyin edilməsini zəruri edən qanunvericiliklə müəyyən edilmiş şərtlərə cavab verir. Cavabdehin imtinası əsassızdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Məhkəmə kollegiyası araşdırması zamanı iddiaçının müəyyən edilən əmək stajı ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün yetərli olduğundan, həmin illərin iddiaçının sığorta stajına daxil edilməsi ilə bağlı tələbinin əsaslı olması qənaətinə gəlir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, cavabdeh orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün yetərli deyildir, onа görə də, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya şikayəti təmin edilməməli və qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası Qərаrа аldı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə iş üzrə Mərkəzi filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 05 oktyabr 2022-ci il tarixli, 2-1(116)-1196/2022 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar