Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-444/2023 11.10.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən, məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, Atababayev Faiq Gülağa oğlunun katibliyi ilə, İddiaçı "Avdılar" kəndli (fermer) təsərrüfatının cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı "Torpağa mülkiyyət hüququna dair” xx.xx.1999-cu il tarixli JN-690 kod 90100028 nömrəli Dövlət aktının ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 1 iyun 2023cü il tarixli 2-1(116)-420/2023 nömrəli qərarından iş üzrə iddiaçının nümayəndəsi və vəkili Nümayəndə, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsi, üçüncü şəxs X17 nümayəndəsi və vəkili Vəkil və üçüncü şəxslər X6, X25 və X19 tərəfindən verilmiş аpellyаsiyа şikаyətlərinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı "Avdılar" kəndli (fermer) təsərrüfatının cavabdehlər Yevlax Şəhər İcra Hakimiyyətinə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı "Yevlax Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998ci il tarixli 33 nömrəli qərarının X3, X20, X13, X9, X14 pay torpağı ayrılması hissəsində və JN-690 kod 90100028 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı"nın etibarsız hesab edilməklə ləğv olunması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Daha sonra iddiaçı iddia ərizəsini dəqiqləşdirərək Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı “Torpağa mülkiyyət hüququna dair” JN-690 kod 90100028 nömrəli Dövlət aktının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin xx.xx.2023cü il tarixli iclas protokolunun qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir.
3. Birinci instansiya məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(116)-2255/2022 nömrəli qərardadı ilə X6, X25, X18, X29 və X19 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir.
4. İddianın əsaslarına görə, Azərbaycan Respublikası Yexlax şəhər X15 Rəyasət Heyətinin xx.xx.1995-ci il tarixli, 10 nömrəli Qərarına əsasən "Avdılar" Kəndli (Fermer) Təsərrüfatının (bundan sonra - "Avdılar" KFT) mülkiyyətinə 50 hektar torpaq sahəsi ayrılmış və Qərara uyğun olaraq “Torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna dair" 004761 nömrəli Dövlət Aktı verilmişdir. Qeyd edilən torpaq sahəsinin "Avdılar" KFTnin mülkiyyətində olması Yevlax rayon İcra Hakimiyyəti başçısının xx.xx.1995-ci il tarixli, JN 330 (kod: ********) nömrəli və xx.xx.2005-ci il tarixli, JN 0330 (kod ********) nömrəli Dövlət Aktları ilə də təsdiq edilir. Lakin yaxın günlərdə "Avdılar" KFT-yə məlum olmuşdur ki, mülkiyyətlərində olan torpaq sahəsinin 6,06 hektar hissəsi Yevlax rayon Aqrar İslahat Komissiyasının 04 iyul 1998-ci il tarixli, 33 nömrəli qərarına əsasən X6, X29, X19, X18 və X10 birgə mülkiyyətinə ayrılmış və sonunculara buna dair “Torpağa mülkiyyət hüququna dair" JN 690 (kod ********) nömrəli Dövlət Aktı verilmişdir. Hesab etmişlər ki, Yevlax Rayon Aqrar İslahat Komissiyasının (AİK) qərarı aşağıdakılara görə "Torpağa mülkiyyət hüququna dair" JN 690 (kod ********) nömrəli Dövlət Aktına münasibətdə qanunsuzdur: Əvvəla, AİKin "Avdılar" KFT-nin mülkiyyətində olan torpaq sahəsini heç bir qanuni əsas olmadan və onlara məlumat verilmədən başqa şəxslərin mülkiyyətlərinə verilməsinə dair qərar qəbul etməklə Azərbaycan Respublikasının Konstitusiyası və ölkəmizin tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə təsbit edilmiş mülkiyyət hüquqlarını kobud surətdə pozmuşdur. Qeyd etmişlər ki, mübahisəli torpaq sahəsi adları çəkilən şəxslərə məxsus idisə, onda hansı səbəbdən 20 ildən artıq bir müddətdə ayrılmış torpağa qarşı hər hansı iddia irəli sürülməmişdir. Halbuki, "Avdılar" KFT tərəfindən əksinə 1995-ci ildən indiyədək torpaq sahəsi təyinatına görə istifadə edilmiş və həmin sahədə kənd təsərrüfatı məhsullarının istehsalı üçün əhəmiyyətli miqdarda resurslar sərf edilmişdir.
5. Cavabdeh xx.xx.2022-ci il tarixli **********24 nömrəli “iddiaya qarşı rəsmi münasibət bildirilməsi barədə” məktubunda qeyd etmişdir ki, Yevlax rayonu Qoyunbinəsi kəndində yerləşən Yevlax rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 33 nömrəli qərarı əsasında X6 və onun ailə üzvlərinin mülkiyyətinə verilmiş pay torpaq sahəsinin ayrılması hissəsində ləğv olunmuş DT və XK-nın Yevlax rayon Şöbəsi tərəfindən tərtib olunmuş torpağa mülkiyyət hüququna dair JN-690 (KOD ********) nömrəli Dövlət Aktının etibarsız hesab edilməklə ləğv edilməsi barədə ərizə ilə müraciət etmişdir. Ərazi idarəsinin elektron və kağız üzərində saxlanılan məlumatlarına istinadən bildirilir ki, Yevlax rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 33 nömrəli qərarı ilə Səfərov Saleh Aİİahverdi oğlunun və ailə üzvlərinin ümumi birgə mülkiyyətinə verilmiş 6.06 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi mülkiyyətçilərin ümumi birgə razılığına əsasən 17 yanvar 2006-cı il tarixdə 4Ə-1-18 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən Yevlax rayon Qoyunbinəsi kənd sakini X1.Həmin torpaq sahəsinə dair vətəndaş X11 xx.xx.2019-cu il tarixdə ********** və xx.xx.2019-cu il tarixdə 2019-cu il tarixdə isə ********** qeydiyyat nömrəli çıxarışlarla rəsmiləşdirilməsinə dair qeydiyyat aparılmışdır.
6. Üçüncü şəxslər iddia tələbinə münasibət bildirərək idda ərizəsinin mümkünsüz sayılmasını xahiş etmişdir.
7. Birinci instansiya məhkəməsinin iclasında iddiaçının nümayəndəsi (vəkili) iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişlər.
8. Birinci instansiya məhkəməsinin iclasında cavabdehin nümayəndəsi iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişdir.
9. Birinci instansiya məhkəməsinin iclasında üçüncü şəxsin vəkili izahat verərək məhkəmədən iddianın mümkün sayılmamasını xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
10. Şəki İnzibati Məhkəməsinin (hakim Fəxri Hacızadə) 1 iyun 2023-cü il tarixli 2- 1(116)-420/2023 nömrəli qərarı ilə iddia tələbi təmin edilərək, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinin üzərinə "Torpağa mülkiyyət hüququna dair” JN-690 kod 90100028 nömrəli Dövlət aktının iddiaçı "Avdılar" KFT-nin mülkiyyətinə verilmiş 50 ha torpaq sahəsi ilə üstüstə düşən 4,56 ha hissədə ləğv edilməsi öhdəliyinin qoyulması qərara alınmışdır.
11. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsi, üçüncü şəxs X17 nümayəndəsi və vəkili Vəkil və üçüncü şəxslər X6, X25 və X19 həmin qərardan apellyasiya şikayətləri vermişlər.
APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ
12. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, göründüyü kimi hazırda mübahisələndirilən məhkəmə qərarında iddianın təmin edildiyi qeyd edilsə də faktiki olaraq iddia qismən təmin edilmişdir. Mübahisəli torpaq sahəsi adları çəkilən şəxslərə məxsus idisə, onda hansı səbəbdən 24 ildən artıq bir müddətdə ayrılmış torpağa qarşı hər hansı iddia irəli sürülməmişdir. Halbuki, “Avdılar” KFT tərəfindən əksinə 1995-ci ildən indiyədək torpaq sahəsi təyinatına görə istifadə edilmiş və həmin sahədə kənd təsərrüfatı məhsullarının istehsalı üçün əhəmiyyətli miqdarda resurslar sərf edilmişdir. Üçüncü şəxslərin Şəki İnzibati Məhkəməsində və istintaq orqanında verdikləri izahat və ifadələr də bir daha onların pay torpağı almaq hüquqlarının olmadığını təsdiq edir. Belə ki, X6 və X29 heç bir vaxt K.Marks kolxozunun ərazisində yaşamadıqlarını, orada işləmədiklərini qeyd etmişlər. Göründüyü kimi, Yevlax rayon Aqrar İslahat Komissiyası tərəfindən kolxozun əmlakından pay almaq hüququ olan subyektlər aydınlaşdırılmadan həmin şəxslərə pay torpağı ayrılmışdır. Qanunvericiliyin tələbləri isə yuxarıda göstərildiyi kimi əsasən aqrar islahatlar həyata keçirilərkən islahatın obyekti və əmlakdan pay almaq hüququ olan subyektlərə dair şərtlərə əməl olunmasından, əmlak payının həcminin müəyyənləşdirilməsindən və qiymətləndirilməsindən həmin əmlakın göstərilən subyektlər arasında özəlləşdirilməsindən (sovxoz əmlakı üçün) və ya bölüşdürülməsindən (kolxoz əmlakı üçün) və s. ibarətdir. Məhkəmə qərarının nətivcəvi hissəsinin işin hallarına uyğun gəlməməsidir. Belə ki, JN-690 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” dövlət aktının verilməsinə əsas olan Yevlax rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 33 nömrəli qərarının ümumiyyətlə mövcud olması məhkəmə araşdırması zamanı sübut edilməmişdir. Başqa sözlə üçüncü şəxslərə torpaq sahəsinin məxsus olmasını təsdiq edən torpaq aktının heç bir mənbəyi olmasa da işə baxan məhkəmə yuxarıda istinad edilən aktın yalnız 4,56 ha hissədə ləğbv edilməsi öhdəliyini qoymuşdur. Ona görə də apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 1 iyun 2023-cü il tarixli 2-1(116)- 420/2023 nömrəli qərarının dəyişdirilməsini, "Torpağa mülkiyyət hüququna dair” JN-690 kod 90100028 nömrəli Dövlət aktının ləğv edilməsini xahiş etmişdir.
13. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi qərar qəbul edərkən aydınlaşdırılmasına zəruri olan məsələlərdən biri Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli 17 saylı qərarı ilə ayrılmış 50 ha torpaq sahəsinin üst-üstə düşən hissəsinin müəyyənləşdirilməməsidir. Belə ki, mübahisəli sahənin kompleks yerquruluşu sahəsində ərazinin ümumi baş planına əsasən hansı hissədə üst-üstə düşdüyününün müəyyən edilməməsidir. Nəzərə alınmalı idi ki, torpaq sahəsinin ayrılması, habelə mülkiyyətə veriləcək torpaq sahəsinə dair tərtib olunmuş hüquqi sənədin mənbəyinin nədən ibarət olmasına diqqət yetirilməmişdir. Belə ki, torpaq sahəsi AİK-ın qərarı ilə ayrılmış və həmin torpaq sahəsinə dair tərtib olunmuş dövlət aktı AİK-ın qərarına əsasən tərtib edilmişdir. Belə ki, mübahisəli faktın müəyyənləşdirilməsi tam olaraq məhkəmə tədqiqatı zamanı həyata keçirilməmişdir. Ona görə də Şəki İnzibati Məhkəməsinin 1 iyun 2023-cü il tarixli 2-1(116)-420/2023 nömrəli qərarının ləğv edilərək yeni qərar çıxarılmasını xahiş etmişdir.
14. Üçüncü şəxs X17 nümayəndəsi və vəkili Vəkil, üçüncü şəxslər X6, X25 və X19 apellyasiya şikayətini onunla əsaslandırmışlar ki, əgər onlara məxsus torpaq sahəsi "Avdılar" kəndli (fermer) təsərrüfatına aiddirsə və "Avdılar" kəndli (fermer) təsərrüfatının istifadəsində olubsa "Avdılar" kəndli (fermer) təsərrüfatının rəhbəri Qabil Məmmədov niyə onlara məxsus akta əsasən saxta alqı-satqı müqaviləsi ilə torpağı öz adına özgəninkiləşdirib? Göründüyü kimi iddiaçı və onun rəhbəri Aqrar İslahat Komissiyasının mübahisələndirdiyi xx.xx.1998-ci il tarixli 33 nömrəli qərardan və hətta həmin qərar əsasında verilmiş aktla bağlı xx.xx.1998-ci il tarixdən məlumatı olmuş və bunu gizlətmişdir. O cümlədən əgər akta əsasən onlara məxsus torpaq sahəsini "Avdılar" kəndli (fermer) təsərrüfatı hesab edirsə ki, onlara məxsus olub xx.xx.1998-ci il tarixli 33 nömrəli qərardan və hətta həmin qərar əsasında verilmiş aktı mübahisələndirmək üçün nəzərdə tutulmuş iddia müddətini ötürmüşdür. Mübahisələndirilən qərarın qəbul edildiyi vaxtda qüvvədə olan MPM-in 24-1-ci fəslində və 2000-ci il 1 sentyabr tarixdən qüvvəyə minmiş MPM-in 2011-ci il 30 iyun tarixədək qüvvədə olmuş 27-ci fəslində ümumi publik münasibətlərdən irəli gələn mübahisələr üzrə hüquqi müdafiə imkanları nəzərdə tutulmuşdur. Həm də 2000-ci il 1 sentyabr tarixdən qüvvəyə minmiş MPM-in 298-ci maddəsinə əsasən şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malik olmuşdur. 2011-ci il 1 yanvar tarixədək qəbul edilmiş aktların mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 2011-ci il 1 yanvar tarixədək artıq ötürülmüşdürsə, onlar yeni qanuna görə mübahisələndirilə bilməzlər. Birinci instansiya məhkəməsi qərarında iddia müddətinin keçməsi əsası ilə mümkünsüzlük məsələsinə hüquqi qiymət verməmişdir. Birinci instansiya məhkəməsi iddia ərizəsinin təmin edilməsi barədə qərarını qətiyyən əsaslandırmamış, ümumi sözlərlə kifayətlənərək həmin hissədə tələbi əsassız olaraq təmin etmişdir. Bundan başqa DƏDRX-dən daxil olmuş məktuba əsasən "Avdılar" kəndli (fermer) təsərrüfatının təsisçiləri arasında onların da yəni, onun və ailə üzvlərinin adı olduğu müəyyən edilmiş, məhkəmə həmin hissəyə hər hansı hüquqi qiymət verməmiş və məktubu nəzərə almamışdır. Həmçinin, məhkəmə mübahisələndirilən torpaq sahəsi ilə bağlı qanunsuz olaraq X4 adına ********** və ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestr xidmətində qeydiyyatdan keçmiş çıxarışların olmasına da hüquqi qiymət verməmişdir. 20 aprel 2005-ci il tarixli Azərbaycan Respublikası fərmanına əsasən “Dövlət aqrar İslahat Komissiyasının yaradılması haqqında” 2 mart 1995-ci il fərmanı qüvvədən düşmüş hesab edildiyindən və həmin komissiyanın hüquqi varisi müəyyən edilmədiyindən iddiaçının bu iş üzrə cavabdeh qismində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsini də cəlb etməsində yanlışlığa yol vermişdir. Birinci instansiya məhkəməsi iddia müddəti ilə yanaşı iddianın digər mümkünlük şərtlərini yoxlamamış, iddiaçıların mübahisə açdıqları torpaq sahəsinə subyektiv hüququnun olmalarını, icra hakimiyyəti orqanınının qərarı ilə onlara satılan torpaq sahəsinin üçüncü şəxsin mülkiyyətində olan torpaq sahəsi ilə həqiqətən üstüstə düşməsini müəyyən etməmiş, bununla bağlı mütəxəssis və ya ekspert cəlb edilməsinin zəruriliyini müzakirə etməmişdir. Nəzərə alınmalı idi ki, Yevlax Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 33 saylı qərarı yalnız üçüncü şəxslərə aid olmamış, həmin qərar Azərbaycan Respublikası onlarla vətəndaşlarına dövlət torpaqlarının ayrılmasına əsas olan qərardır və həmin qərarın dövlət arxivində və ya başqa idarədə olmaması vətəndaşın təqsiri deyildir. Əsas olan odur ki, həmin qərara əsasən JN-690 saylı kod 90100028 dövlət aktı mövcuddur. Ona görə də apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 1 iyun 2023-cü il tarixli 2-1(116)- 420/2023 nömrəli qərarının ləğv edilərək iddianın mümkünsüz hesab edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişlər. TƏRƏFLƏRİN İZAHATLARİ
15. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi X7 və iddiaçının nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 1 iyun 2023-cü il tarixli 2-1(116)-420/2023 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair qərar qəbul edilməsini xahiş etdilər.
16. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X26 apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 1 iyun 2023-cü il tarixli 2-1(116)-420/2023 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etdi.
17. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs X29 və nümayəndəsi, həmçinin vəkili Vəkil apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 1 iyun 2023-cü il tarixli 2-1(116)-420/2023 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin mümkün sayılmamasını xahiş etdilər.
18. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən X6 və X19 apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 1 iyun 2023-cü il tarixli 2-1(116)- 420/2023 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin mümkün sayılmamasını xahiş etmişlər.
19. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq üçüncü şəxslər X25 və X18 məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
20. İş materiallarında olan aşağıda sadalanan sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: - Yevlax şəhər XDS-nin xx.xx.1995-ci il tarixli 10 saylı qərarına və torpaq sahəsinin satın alınması barədə notarius qaydasında təsdiq edilmiş müqaviləyə əsasən “Torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna dair” B 004761 nömrəli Dövlət aktı ilə 50 ha torpaq sahəsi iddiaçı “Avdılar" KFT-nin mülkiyyətinə verilmişdir. - Yevlax şəhər icra hakimiyyəti başçısının xx.xx.1995-ci il tarixli Sərəncamından görünür ki, “Avdılar" KFT”-na 50 ha torpaq sahəsi ayrılmasına dair qərar əsasında X2 ərazisində “Avdılar" KFT-nın yaradılmasına icazə verilmişdir. - Kod 90100028, JN-0330 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədən görünür ki, Yevlax rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1995-ci il tarixli, 130 saylı sərəncamı əsasında 50.01 ha torpaq sahəsi “Avdılar" KFT”-nin daimi istifadəsinə verilmişdir. - X28 filialının xx.xx.2022-ci il tarixli məktubunda deyilir ki, Yevlax RİHB-nın Qoyunbinəsi KİƏD üzrə nümayəndəliyinin 1991-2005-ci illərə dair təsərrüfatbaşına kitablarında X6 və qeyrilərinin qeydiyyatda olmasına dair məlumat yoxdur. - Yevlax RİHB-nın Qoyunbinəsi KİƏD üzrə nümayəndəliyinin xx.xx.2022-ci il tarixli məktubunda deyilir ki, X6, X18, X21,X29 və X19 həmin kənddə qeydiyyatda olmamışdırlar. X19 2014-cü ildən həmin ünvanda daimi qeydiyyatda olmamaqla yaşayır.Həmin şəxslərə məxsus pay torpağından “Avdılar" KFT”i istifadə edir. - Yevlax rayon Qoyunbinəsi bələdiyyəsinin xx.xx.2022-ci il tarixli məktubunda deyilir ki, sözügedən 6,6 ha torpaq sahəsindən 1998-2002-ci illər ərzində “Avdılar" KFT”i istifadə edərək, vergi və icarə haqqı ödəmişdir. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsinin "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, “Torpağa mülkiyyət hüququna dair” JN-690 kod 90100028 nömrəli Dövlət aktında göstərilən 6,06 ha torpaq sahəsinin 4,56 ha hissəsi iddiaçı “Avdılar" KFT-yə məxsus 50 ha torpaq sahəsinin ərazisinə düşür. - “Avdılar" KFT-nin Nizamnaməsi Yevlax ŞİHB-nın xx.xx.1995-ci il tarixli,130 nömrəli Sərəncamı ilə təsdiqlənmişdir. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsinin "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, JN-690 kod 90100028 nömrəli Dövlət aktının verilməsinə əsas olan Yevlax rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 33 nömrəli qərarı aşkar olunmamışdır. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsinin "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli məktubuna əlavə edilmiş siyahıda “Avdılar" KFT-nin paylı üzvlərinin və təsisçilərinin siyahısında X6 və qeyriləri göstərilmişdir. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında DVX-nin 11 saylı Ərazi Vegilər Baş idarəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, “Avdılar" KFT-i xx.xx.1999-cu ildə dövlət qeydiyyatına alınmışdır.Həmin məktuba əlavə edilmiş iddiaçının Nizamnaməsindən görünür ki,KFT-nin təsisçiləri X8 və qeyriləri olmuşdur. - Yevlax ŞİHB-nin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, JN-690 kod 90100028 nömrəli Dövlət aktının verilməsinə əsas olan Yevlax rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 33 nömrəli qərarı aşkar olunmamışdır. - X28 filianının xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, JN-690 kod 90100028 nömrəli Dövlət aktının verilməsinə əsas olan Yevlax rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 33 nömrəli qərarı aşkar olunmamışdır. - JN-690 saylı kod 90100028 “Torpağın mülkiyyətə verilməsinə dair” Dövlət Aktından görünür ki, Yevlax rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 33 saylı qərarı əsasında 6.06 ha torpaq sahəsi X6 və qeyrilərinin mülkiyyətinə verilmişdir. - Məhkəmə kollegiyası tərəfindən xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Dövlət X16 və “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə JN-690 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”nın verilməsinə əsas olmuş Yevlax rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 33 nömrəli qərarının, Yevlax rayon Qoyunbinəsi kəndində mülkiyyətinə torpaq payı verilmiş şəxslərin siyahısından X6, X21, X18, X29 və X19 aid hissədən çıxarış və Yevlax rayon Qoyunbinəsi kəndində mülkiyyətinə torpaq payı verilmiş şəxslərin təsərrüfatbaşına kitabında X6, X21, X18, X29 və X12 adlarının qeyd edilməsi barədə məlumatın mövcud olub-olmaması, əgər mövcuddursa həmin sənədlərin təsdiq edilmiş surətlərinin təqdim edilməsi barədə sorğu edilmişdir. - Azərbaycan Respublikası X28 filialının xx.xx.2023-cü il tarixli 3-48-3-70/2023 nömrəli sorğuya cavab məktubundan görünür ki, X6, X21, X18, X29 və X12 adlarına torpaq sahəsinin olması haqqında heç bir sənəd tapılmamışdır. - “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2023-cü il tarixli məktubuna əsasən, Mərkəzin arxivində saxlanılan Yevlax rayonu Qoyunbinəsi kəndi üzrə kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair subyektlərin siyahısında X6 və onun ailə üzvlərinin adları, eləcə də Yevlax rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 33 nömrəli qərarı aşkar edilməmişdir. Həmin məktuba əlavə edilmiş Yevlax rayonu X2 (keçmiş K.Marks adına kolxoz) torpaq islahatı ilə əlaqədar Yevlax Şəhər İcra Hakimiyyətinin Qoyunbinəsi kənd inzibati ərazi vahidinin Qoyunbinəsi kəndi üzrə torpaq payı almaq hüququ olan vətəndaşların siyahısında X6, X21, X18, X29 və X12 adları qeyd edilmişdir. - Məhkəmə kollegiyası tərəfindən xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinə JN-690 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”na əsasən Yevlax Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 33 nömrəli qərarı ilə X3 və ailə üzvlərinə verilmiş 6,06 ha torpaq sahəsinin 4.56 ha hissəsinin "Avdılar" kəndli (fermer) təsərrüfatına məxsus olan 50 ha torpaq sahəsinin hansı hissəsində yerləşməsi barədə mütəxəssis rəyinin təqdim edilməsi barədə sorğu edilmişdir. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubuna əlavə edilmiş mütəxəssis rəyindən görünür ki, JN-690 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”na əsasən Yevlax rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 33 nömrəli qərarı ilə X3 və ailə üzvlərinə verilmiş 6.06. ha torpaq sahəsinin 4.56 ha hissəsi "Avdılar" kəndli (fermer) təsərrüfatına məxsus olan 50.0 ha torpaq sahəsinin daxilində yerləşir. Əlavə olaraq bildirilmişdir ki, torpaq islahatı zamanı "Avdılar" kəndli (fermer) təsərrüfatına məxsus olan 50.0 ha torpaq sahəsi, Yevlax rayonu Qoyunbinəsi kəndi ərazisində aparılmış islahat zamanı əvəzsiz olaraq pay torpaq sahəsi kimi 18 mülkiyyətçiyə verilmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
21. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 14.2. İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
22. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 4.1-ci maddəsində deyilir ki, 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. 8.0.5-ci maddəsinə əsasən, 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur.
24. İddiaçı “Avdılar" KFT-nə torpaq sahəsi ayrılan zaman qüvvədə olmuş “Kəndli (fermer) təsərrüfatı haqqında” Azərbaycan Respublikası Qanununun: Maddə 11. Torpaq sahəsini kəndli təsərrüfatının mülkiyyətinə vermək üçün rayon, şəhər xalq deputatları Soveti qərar qəbul etməli, torpaq sahəsini naturada ayırmalı və dövlət aktı verməlidir. Maddə 13. Kəndli təsərrüfatı yaratmaq üçün torpaq sahələri vətəndaşların mülkiyyətinə rayon, şəhər X15 qərarı ilə yer quruluşu sənədlərinə uyğun olaraq torpaqayırma qaydasında keçirilir. Torpaq sahəsi naturada ayrılıb, yer quruluşu sənədləri və kəndli təsərrüfatı başçısının adına yazılan dövlət aktı verildiyi gündən torpaq sahəsi üzərində mülkiyyət hüququ yaranmış hesab edilir. Maddə 19. Kəndli təsərrüfatının torpaq sahəsinə mülkiyyət hüquqlarına xitam verilməsi Kəndli təsərrüfatının torpaq sahəsinə və ya onun bir hissəsinə mülkiyyət hüquqlarına bu torpağı vermiş rayon, şəhər xalq deputatları Soveti aşağıdakı hallarda xitam verir: a) torpaq sahəsindən könüllü imtina edildikdə və ya torpaq mülkiyyətçisi onu özgəninkiləşdirdikdə; b) kəndli təsərrüfatının fəaliyyətinə xitam verildikdə; v) torpaqdan məqsədli təyinatına görə istifadə edilmədikdə; q) müəyyən edilmiş torpaq vergisi üzürlü səbəb olmadan ardıcıl olaraq iki il ödənilmədikdə; ğ) torpaq sahəsindən bir il ərzində üzürlü səbəb olmadan istifadə edilmədikdə; d) dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün torpaq sahələrinin geri alınması zəruri olduqda; e) tikinti və qurğu üzərində mülkiyyət hüququ başqasına keçdikdə; ə) torpaq mülkiyyətçisi öldükdə; j) torpaq müsadirə edildikdə.
23. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə əsasən Torpaq islahatının obyekti Azərbaycan Respublikasının vahid torpaq fondudur. Torpaq islahatı zamanı vahid torpaq fondunda dövlət mülkiyyətində saxlanılan torpaqlar (dövlət torpaqları); bələdiyyə mülkiyyətinə verilən torpaqlar, xüsusi mülkiyyətə verilən torpaqlar müəyyən edilir. 12-ci maddəsinin 1-ci bəndinə əsasən, sovxoz və kolxozların özəlləşdirilən torpaqlarından pay almaq hüququ olan subyektlər aşağıdakılardır: 1) sovxoz və kolxozlarda daimi işləyən şəxslər; 2) bu Qanun qüvvəyə mindiyi günədək daimi yaşayış yeri sovxozun və kolxozun ərazisində olan şəxslər. 14-cü maddəsinə əsasən, hər bir subyekt yalnız bir dəfə torpaq payı ala bilər. Torpaq payları Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə əvəzsiz verilir. Azərbaycan Respublikasının vətəndaşları olmayan şəxslərə torpaq payları istifadəyə verilir. Sovxoz və kolxozların torpaqlarının özəlləşdirilməsi Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanlarının təsdiq etdiyi əsasnaməyə uyğun həyata keçir. 20-ci maddəsinə əsasən, torpaq islahatını Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası, Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyası, rayon və yerli aqrar islahat komissiyaları aparır. Aqrar islahat komissiyalarının yaradılması və fəaliyyəti “Sovxoz və kolxozların islahatı haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Bu maddələrin tələblərinə əsasən kolxozların özəlləşdirilən torpaqlarından pay almaq hüququ istinad edilən Qanun qüvvəyə mindiyi günədək həmin kolxozun ərazisində daimi yaşayan şəxslərə məxsusdur və hər bir şəxs yalnız bir dəfə torpaq payı almaq hüququna malikdir. Torpaq payı almaq hüququ olanların siyahısı yerli aqrar islahatı komissiyası tərəfindən müəyyən edilməlidir. 21-ci maddəsinin 4-cü abzasına əsasən, qanunvericiliklə nəzərdə tutulan qaydada təsdiq edilmiş yerquruluşu layihələrinə uyğun olaraq yerquruluşu orqanları tərəfindən yerdə (naturada) torpaq sahələrinin sərhədləri ayrılır, torpağa mülkiyyət və ya torpaqdan istifadə hüququna dair müəyyən edilmiş formada sənədlər (nümunələri əlavə olunur) hazırlanır və 10 gün müddətində səlahiyyətli dövlət orqanlarında qeydiyyatdan keçirilir və həmin sənədlər müvafiq şəxslərə verilir.
24. Sovxoz, kolxoz və digər kənd təsərrüfatı müəssisələrinin özəlləşdiriləcək torpaqlarının kompleks yerquruluşu layihələrinin hazırlanması və təsdiq edilməsi haqqında Əsasnamənin 1-ci bəndinə əsasən, sovxoz, kolxoz və digər kənd təsərrüfatı müəssisələrinin özəlləşdiriləcək torpaqlarında kompleks yerquruluşu layihələrinin hazırlanması "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun 5-ci və 21-ci maddələrinin Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında" Azərbaycan Respublikası Qanununun 18-ci və 19-cu maddələrinin müddəaları əsas götürülməklə rayon aqrar islahatı komissiyasının təsdiq etdiyi baş sxemə əsasən Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Yerquruluşu Layihə İnstitutu tərəfindən həyata keçirilir.
2. Torpaq islahatı aparılarkən torpaqların kompleks yerquruluşu layihələri aşağıdakılar nəzərə alınmaqla hazırlanır: ə) torpaq payı alacaq vətəndaşların yerli aqrar islahatı komissiyası tərəfindən müəyyən edilmiş siyahısı;
3. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin qərarına əsasən Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Yerquruluşu Layihə İnstitutunun bu Əsasnamənin 2-ci bəndinə uyğun olaraq 3 ay müddətində tərtib etdiyi kompleks yerquruluşu layihəsini yerli aqrar islahatı komissiyası ilə razılaşdırılmaqla 10 gün müddətində rayon torpaq şöbəsi təsdiq edir.
4. Təsdiq olunmuş kompleks yerquruluşu layihəsi əsasında püşkatma yolu ilə torpaq paylarının mülkiyyətçiləri müəyyən olunur və onlara düşən torpaq payları qanunvericiliklə müəyyən edilmiş qaydada yer üzərində (naturada) mərzlərlə ayrılır , eləcə də həmin torpaq sahəsi üzrə torpaq sahəsinin planı və ölçüsü tərtib olunaraq torpaq mülkiyyətçilərinə verilir.
5. Müəyyən olunmuş qaydada torpağa mülkiyyət hüququna dair dövlət aktı torpaq mülkiyyətçilərinə 10 gün müddətində verilir.
25. Torpağa mülkiyyət və istifadə hüququna dair sənədlərin hazırlanması, qeydiyyatı və verilməsi haqqında Əsasnamənin 1-ci bəndinə əsasən, bu Əsasnamə "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə və digər qanunvericilik aktlarına uyğun olaraq aşağıdakıları müəyyən edir: 1. Sovxoz, kolxoz və digər kənd təsərrüfatı müəssisələrinin (bundan sonra — sovxoz və kolxoz) özəlləşdirilən torpaqlarının mülkiyyətçilərinə torpağa mülkiyyət hüququna dair dövlət aktı (1 nömrəli əlavə) verilir.
26. İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 58.1. İnzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Maddə 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Maddə 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər.
APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ
27. Apellyasiya şikayətləri vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPMin 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayətləri mümkündür və lakin əsassızdır.
28. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.
29. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər.
30. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
31. Birinci instansiya məhkəməsi iddianı təmin etmiş və mövqeyini onunla əsaslandımışdır ki, “Torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna dair” B 004761 nömrəli Dövlət aktına əsasən 50 ha torpaq sahəsi iddiaçı “Avdılar" KFT-nin mülkiyyətinə verilmişdir. Dövlət Aktına əsasən torpağın kənd təsərrüfatı məhsulları istehsal etmək məqsədilə iddiaçının mülkiyyətinə verildiyi təsbit olunmuşdur. Yuxarıda qeyd olunan qərar və Dövlət aktı hazırkı tarixədək mübahisələndirilməmiş və ləğv olunmamışdır. Digər tərəfdən üçüncü şəxslərə torpaq sahəsinin verilməsi əsası olan JN-690 saylı kod 90100028 “Torpağın mülkiyyətə verilməsinə dair” X36 rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 33 saylı qərarı ilə verilmişdir. Lakin həmin qərarın arxiv nüsxəsi nə məhkəmə araşdırması zamanı aşkar olunmamış, nə də üçüncü şəxslər tərəfindən təqdim edilməmişdir.
32. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə qismən razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
33. Yuxarıda istinad olunan normalar kəndli təsərrüfatının bilavasitə mülkiyyətinə verilmiş torpaq sahələrinin dövlət qeydiyyatına dair münasibətləri tənzimləyir. Hazırkı işdən göründüyü kimi, Yevlax şəhər XDS-nin xx.xx.1995-ci il tarixli 10 saylı qərarına və torpaq sahəsinin satın alınması barədə notarius qaydasında təsdiq edilmiş müqaviləyə əsasən “Torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna dair” B 004761 nömrəli Dövlət aktı ilə 50 ha torpaq sahəsi iddiaçı “Avdılar" KFT-nin mülkiyyətinə verilmişdir. JN-690 saylı kod 90100028 “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən isə Yevlax rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 33 saylı qərarı ilə X3, X14, X9, X20 və X13 6.06. ha torpaq sahəsi verilmişdir. Belə olduğu halda, hazırkı mübahisə üzrə işin faktiki halları torpağın mülkiyyətçiyə verilməsini müəyyən edən normativ aktların tələblərinə uyğun olaraq araşdırılmalı və qiymət verilməlidir.
34. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsində nəzərdə tutulmuş obyektiv araşdırma prinsipi tələb edir ki, məhkəmə mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Bu onun xidməti vəzifəsindən irəli gəlir. İPM-in 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPMin 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırmalıdır.
35. Kollegiya tərəfindən xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinə JN-690 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”na əsasən Yevlax Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 33 nömrəli qərarı ilə X3 və ailə üzvlərinə verilmiş 6,06 ha torpaq sahəsinin 4.56 ha hissəsinin "Avdılar" kəndli (fermer) təsərrüfatına məxsus olan 50 ha torpaq sahəsinin hansı hissəsində yerləşməsi barədə mütəxəssis rəyinin təqdim edilməsi barədə sorğu edilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubuna əlavə edilmiş mütəxəssis rəyindən görünür ki, JN-690 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”na əsasən Yevlax rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 33 nömrəli qərarı ilə X3 və ailə üzvlərinə verilmiş 6.06 ha torpaq sahəsinin 4.56 ha hissəsi "Avdılar" kəndli (fermer) təsərrüfatına məxsus olan 50.0 ha torpaq sahəsinin daxilində yerləşir. Əlavə olaraq bildirilmişdir ki, torpaq islahatı zamanı "Avdılar" kəndli (fermer) təsərrüfatına məxsus olan 50.0 ha torpaq sahəsi, Yevlax rayonu Qoyunbinəsi kəndi ərazisində aparılmış islahat zamanı əvəzsiz olaraq pay torpaq sahəsi kimi 18 mülkiyyətçiyə verilmişdir.
36. Məhkəmə kollegiyası tərəfindən aparılan araşdırma zamanı müəyyən edildi ki, Yevlax şəhər XDS-nin xx.xx.1995-ci il tarixli 10 saylı qərarına və torpaq sahəsinin satın alınması barədə notarius qaydasında təsdiq edilmiş müqaviləyə əsasən “Torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna dair” B 004761 nömrəli Dövlət aktı ilə 50 ha torpaq sahəsi iddiaçı “Avdılar" KFT-nin mülkiyyətinə verilmişdir. Yevlax Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1995-ci il tarixli Sərəncamı ilə “Avdılar" KFT”-na 50 ha torpaq sahəsi ayrılmasına dair qərar əsasında X2 ərazisində “Avdılar" KFT-nın yaradılmasına icazə verilmişdir. Kod 90100028, JN-0330 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə əsasən, Yevlax rayon İcra Hakimiyyəti başçısının xx.xx.1995-ci il tarixli, 130 saylı sərəncamı əsasında 50.01 ha torpaq sahəsi “Avdılar" KFT”-nin daimi istifadəsinə verilmişdir
37. Göründüyü kimi, mübahisə predmeti olan torpaq sahəsinin iddiaçı “Avdılar" KFTnin mülkiyyətinə verilməsinə əsas Yevlax şəhər XDS-nin xx.xx.1995-ci il tarixli 10 saylı qərarı olmuşdur. “İnzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.
38. İstinad olunan qanunvericilik normalarına əsasən kollegiya qeyd edir ki, iddiaçıya torpaq sahəsinin verilməsinə əsas olmuş qərar həmin dövrdə mövcud olmuş və müvafiq inzibati funksiyaları yerinə yetirmiş Yevlax şəhər XDS tərəfindən verilmişdir. Həmin qərar ləğv edilməmiş və ya etibarsız hesab olunmamış, onun həqiqətə uyğun olmadığı sübuta yetirilməmişdir. Yəni həmin qərarın mötəbərliyi şübhə doğurmur.
39. Bundan başqa üçüncü şəxslərə JN-690 kod 90100028 nömrəli Dövlət aktının verilməsinə əsas göründüyü kimi Yevlax rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 33 nömrəli qərarı olmuşdur.
40. Bununla bağlı məhkəmə kollegiyası tərəfindən xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Dövlət X16 və “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə JN-690 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”nın verilməsinə əsas olmuş Yevlax rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 33 nömrəli qərarının, Yevlax rayon Qoyunbinəsi kəndində mülkiyyətinə torpaq payı verilmiş şəxslərin siyahısından X6, X21, X18, X29 və X19 aid hissədən çıxarış və Yevlax rayon Qoyunbinəsi kəndində mülkiyyətinə torpaq payı verilmiş şəxslərin təsərrüfatbaşına kitabında X6, X21, X18, X29 və X12 adlarının qeyd edilməsi barədə məlumatın mövcud olub-olmaması, əgər mövcuddursa həmin sənədlərin təsdiq edilmiş surətlərinin təqdim edilməsi barədə sorğu edilmişdir.
41. Azərbaycan Respublikası X28 filialının xx.xx.2023-cü il tarixli 3-48-3-70/2023 nömrəli sorğuya cavab məktubuna əsasən, X6, X21, X18, X29 və X12 adlarına torpaq sahəsinin olması haqqında heç bir sənəd tapılmamışdır. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2023-cü il tarixli məktubuna əsasən, Mərkəzin arxivində saxlanılan Yevlax rayonu Qoyunbinəsi kəndi üzrə kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair subyektlərin siyahısında X6 və onun ailə üzvlərinin adları, eləcə də Yevlax rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 33 nömrəli qərarı aşkar edilməmişdir.
42. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.5-ci maddəsinə əsasən də 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur.
43. Daşınmaz əmlak üzərində hüququn qeydə alınması barədə ərizəyə hüquqların dövlət qeydiyyatı üçün Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri əlavə edilməlidir. Həmin maddi hüquq normalarının tələblərinə görə dövlət aktı şəxsin torpaq sahəsinə olan hüququnun qeydə alınması üçün əsasdır.
44. “Torpaq islahatı haqqında” Qanuna əsasən, torpaq islahatını Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası, Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyası, rayon və yerli aqrar islahat komissiyaları aparır və torpaq payı almaq hüququ olanların siyahısı yerli aqrar islahatı komissiyası tərəfindən müəyyən edilir.
45. Buna baxmayaraq Yevlax rayonu Qoyunbinəsi kəndi üzrə kənd təsərrüfatı təyinatlı torpaqlara dair subyektlərin siyahısında X6 və onun ailə üzvlərinin adları, eləcə də Yevlax rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 33 nömrəli qərarı aşkar edilməmişdir.
46. Beləliklə, məhkəmə kollegiyası tərəfindən tam aparılan araşdırma zamanı müəyyən edilmişdir ki, JN-690 kod 90100028 nömrəli Dövlət aktının verilməsinə əsas olan Yevlax rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 33 nömrəli qərarı mövcud deyildir. Bu da JN-690 kod 90100028 nömrəli Dövlət aktının mötəbərliyini (həqiqi olmasını) şübhə altına alır.
47. Belə olan halda, inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş akt qanunsuz sayılır.
48. Belə olan halda Kollegiyanın qənaətinə görə JN-690 kod 90100028 nömrəli Dövlət aktının verilməsinə əsas olan Yevlax rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 33 nömrəli qərarı mövcud olmadığından həmin dövlət aktı qanunsuz hesab edilməlidir.
49. Məhkəmə kollegiyası mübahisəli torpaq sahələrinin üst-üstə düşmələri ilə bağlı cavabdehin apellyasiya şikayətinin dəlillərinə münasibət bildirərək qeyd edir ki, bununla bağlı məhkəmə kollegiyası tərəfindən araşdırma aparılmış və müəyyən edilmişdir ki, JN- 690 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”na əsasən Yevlax rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 33 nömrəli qərarı ilə X3 və ailə üzvlərinə verilmiş 6.06 ha torpaq sahəsinin 4.56 ha hissəsi "Avdılar" kəndli (fermer) təsərrüfatına məxsus olan 50.0 ha torpaq sahəsinin daxilində yerləşir.
50. İddiaçının hazırda mübahisələndirilən məhkəmə qərarında iddianın təmin edildiyi qeyd edilsə də faktiki olaraq iddianın qismən təmin edilməsi ilə bağlı apellyasiya şikayətinin dəlillərinə münasibət bildirərək məhkəmə kollegiyası qeyd edir ki, mütəxəssis rəyi ilə də JN-690 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”na əsasən Yevlax rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 33 nömrəli qərarı ilə X3 və ailə üzvlərinə verilmiş 6.06 ha torpaq sahəsinin 4.56 ha hissəsinin "Avdılar" kəndli (fermer) təsərrüfatına məxsus olan 50.0 ha torpaq sahəsinin daxilində yerləşməsi müəyyən edildiyindən, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddia tələbinin yanlışlıqla tam təmin edildiyini göstərmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qərarı həmin hissədə dəyişdirilməlidir.
51. Məhkəmə kollegiyası üçüncü şəxslərin apellyasiya şikayətinin mübahisə predmeti olan dövlət aktının mübahisələndirilməsi ilə bağlı iddia müddətinin ötürülməsinə dair dəlillərinə münasibət bildirərək qeyd edir ki, hazırkı iddia tələbi öhdəliyin icrası haqqında iddia tələbinə aid olduğundan iddia müddəti şamil olunmur.
52. Yuxarıda qeyd olunan rəyi, işin hallarını və aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya şikayətləri təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı iddia tələbinin təmin edilməsi hissədə dəyişdirilərək, iddia qismən təmin edilməli, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinin üzərinə "Torpağa mülkiyyət hüququna dair” JN-690 kod 90100028 nömrəli Dövlət aktının iddiaçı "Avdılar" KFT-nin mülkiyyətinə verilmiş 50 ha torpaq sahəsi ilə üst-üstə düşən 4,56 ha hissədə ləğv edilməsi öhdəliyi qoyulmalıdır.
53. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRАRА АLDİ:
İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsi, üçüncü şəxs X17 nümayəndəsi və vəkili Vəkil və üçüncü şəxslər X6, X25 və X19 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 1 iyun 2023-cü il tarixli 2-1(116)-420/2023 nömrəli qərarı iddia tələbinin təmin edilməsi hissədə dəyişdirilərək, iddia tələbi qismən təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinin üzərinə "Torpağa mülkiyyət hüququna dair” JN-690 kod 90100028 nömrəli Dövlət aktının iddiaçı "Avdılar" KFT-nın mülkiyyətinə verilmiş 50 ha torpaq sahəsi ilə üst-üstə düşən 4,56 ha hissədə ləğv edilməsi öhdəliyi qoyulsun. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.