Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-445/2020 13.11.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, Zəkili Elgiz Eldəniz oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı X15rşı “İddiaçı və X2 adlarına ləğv edilmiş DTXK tərəfindən verilmiş seriya JN-127G kod 40312018 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə qardaşı X2 adının çıxarılaraq X4nın adının qeyd edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibatiiş üzrə Şəki İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2-1(116)-285/2020 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş аpellyаsiyаşikаyətinə dair işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı X15rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “İddiaçı və X2 adlarına ləğv edilmiş DTXK tərəfindən verilmiş seriya JN-127G kod 40312018 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə qardaşı X2 adının çıxarılaraq X4nın adının qeyd edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, özünə və mərhum X4na Qax rayon AİK-nın xx.xx.1997-ci il tarixli qərarına əsasən 0.31 ha torpaq sahəsi verilmişdir. Həmin torpağa dair onlara ləğv edilmiş DT və XK tərəfindən seriya JN-İ27G kod 40312018 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə mərhum X4nın adı olmalı idi, lakin səhvən qardaşı X2 adı qeyd edilmişdir. Belə ki, X5 1979-cu il tarixdən sonra Bakı şəhərində qeydiyyatda olmuş, Qum kəndində AİK zamanı ona pay torpağı verilməmişdir. Ləğv edilmiş DT və XK tərəfindən seriya JN-127G kod 40312018 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə onun adı səhvən qeyd olunmuşdur. X4 xx.xx.1997-ci il tarixdə vəfat etmişdir. Hazırda iddiaçı anasından miras qalmış əmlaka sahiblik edir. Lakin qeyd edilən səhv ona bəzi hüquqlarını həyata keçirməkdə çətinlik yaradır. Belə olan halda iddiaçı Qax rayon Prokurorluğuna müraciət etmiş və Qax rayon Prokurorluğunda iş araşdırılmış və mülki xarakterli olduğundan Məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. Üçüncü şəxs etirazı onunla əsaslandırmışdır ki, İddiaçı iddia ərizəsi tam əsassızdır. Belə ki, X10 onun anasıdır və anası rəhmətə gedənə kimi o, baxmışdır və anası onun yanında rəhmətə getmişdir. Anası ömrünün son illərində ağır xəstə olmuş və onun əmlakını faktiki olaraq özü idarə etmişdir. Anasına baxdığından anası özünə məxsus Qax rayonu Qum kəndində yerləşən iki otaqlı evi xx xxxxxx 1997-ci il tarixli vəsiyyətnamə ilə ona vəsiyyət etmiş və vəsiyyətnamə Qax rayonu Dövlət Notariusu tərəfindən təsdiq edilmişdir. X4 xx xxxxxxxx 1997-ci ildə vəfat etmişdir və ondan miras qalmış əmlaka faktiki olaraq yiyələnərək idarə etmişdir. Anasının vəfatından sonra isə ərizə ilə Qax rayonu İHBnın Qum kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinə müraciət edərək anasının adına olan təsərrüfatı öz adına keçirilməsini xahiş etmiş və Qax rayonu İHB-nın Qum kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi A.Ehsanov tərəfindən ona ünvanlanmış məktubla bildirilmişdir ki, anasının adına olan təsərrüfat onun adına keçirilmişdir. İddiaçı öz iddia ərizəsində də qeyd etmişdir ki, Qax rayon AİK-nın xx.xx.1997-ci il tarixli qərarına əsasən həmin torpaq sahəsi verilmişdir. X4 isə xx.xx.1997-ci il tarixdə vəfat etmişdir. Belə olan halda necə ola bilər ki, anasının adı yazılmalı olduğu halda seriya JN-127G kod 40312018 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə səhvən anasının adı yerinə onun adı yazılmışdır. Yuxarıda qeyd etdiyi kimi anasının vəfatından sonra onun miras əmlakına yiyələnmiş və anasının adına olan təsərrüfat onun adına keçirilmişdir və halhazıradək həmin miras əmlakı özü idarə edir və Qax rayonu Qum kəndində yaşayır. Beləliklə göründüyü kimi İddiaçı iddia ərizəsində heç bir mötəbər sübuta istinad etməmiş sadəcə formal mülahizələrə istinad edilərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Həmçinin bildirmək istəyir ki, İddiaçı iddia ərizəsində Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu maddələrinə, İnsan hüquqlarının və X9” Avropa Konvensiyasına dair 1 saylı Protokolun 1-ci maddəsinə, X16 Məhkəməsinin “Marks Belçikaya qarşı” xx.xx.1979-cu il tarixli qərarına, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66, 57, 68 və 103-cü maddələrinə istinad etmişdir ki, həmin qeyd edilən maddələrin məzmununa nəzər saldıqda görürük ki, həmin maddələr mülkiyyət hüququnun-müdafiəsindən bəhs edir. Lakin iddiaçı iddia tələbində mərhum anasının adının yerinə səhvən onun adının qeyd edildiyini bildirərək bunun düzəldilməsini tələb etmişdir. Belə olan halda iddiaçının hansı mülkiyyət hüququnun pozulmasından söhbət getməsi qeyd edilməmişdir. Belə ki, mərhum X4nın da vəsiyyət üzrə vərəsəsi özüdür. Bundan əlavə qeyd edilməlidir ki, iddiaçı iddia ərizəsində Qax rayon AİK-nın xx.xx.1997-ci il tarixli qərarına əsasən verilmiş JN-127G kod 40312018 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə düzəlişin edilməsini xahiş etmişdir ki, artıq həmin qərarın qəbul edilmə tarixindən 22 il ötmüşdür. Qanunvericiliyin də tələbindən bilindiyi kimi X13 qərarlarından 1 (bir) ay ərzində şikayət verilə bilər. İddiaçı isə iddia ərizəsində nə üçün məhz 22 il sonra hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyini qeyd etməmiş və iddia ərizəsinə ötürülmüş müddətin bərpası barədə ərizə əlavə etməmişdir. Buradan da görünür ki, iddiaçının hazırki iddia ərizəsi ilə müraciət etmək üçün heç subyektiv hüququ belə yoxdur. Cavabdeh etirazında bildirmişdir ki, ləğv edilmiş DTXK-nın Qax rayon şöbəsi tərəfindən təhvil verilmiş Qax rayonu, Qum kəndində həyətyanı torpaq sahəsi alacaq subyektlərin siyahısında X2 və İddiaçı adları 127-ci sırada olmaqla 0.13 ha həyətyanı torpaq sahəsinin olduğu göstərilmişdir. Qax rayonu, Qum kəndinin elektron baza məlumatlarında sözügedən subyektlərə aid 127F-0.10 ha,127G-0.02 ha olmaqla 2 yerdə həyətyanı torpaq sahəsinin olduğu müəyyən olunsa da, kod 40312018, JN-127G və kod 40312018, JN127F saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələr ləğv edilmiş DTXK-nın Qax rayon şöbəsi tərəfindən ərazi idarəsinə təhvil verilməmişdir. İş materiallarında olan Qax rayon prokurorluğun xx.xx.2017-ci il tarixli qərarından görünür ki, qərarın təsviri hissəsində göstərənlərə əsasən Qax rayonu Qum kəndi ərazisində yerləşən və torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə Hacıməmməd Şamxalovanın və şikayətçi İddiaçı mülkiyyətində olan 0,31 ha həyatyanı torpaq sahəsinin rəsmi sənədləşmə prosesində hər hansı vəzifəli şəxsin səhlənkarlığı və ya digər qaydada vəzifəsindən sui-istifadə etmə faktı təstiq olunmadığından, material üzrə cinayət işinin başlanması cinayət hadisəsinin olmaması əsası ilə rədd edilmişdir. Birinci instansiya məhkəməsinin məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi və üçüncü şəxs məhkəmə iclasında iştiraklarını təmin etməmiş və bunun səbəbləri barədə məlumat verməmişdirlər. Məhkəmə cavabdehin nümayəndəsi və üçüncü şəxsin iştirakı olmadan işə baxa və iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, cavabdehin nümayəndəsi və üçüncü şəxslərə təqdim olunmuş bildirişdə iclasa gəlmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur. (İPM-in 62.3-cü maddəsi). İddiaçı birinci instansiya məhkəməsinin məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verib, mübahisəli şəhadətnaməni 2012ci ildə aldığını qeyd edərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şəki İnzibati Məhkəməsinin (hakim İlqar Cabbarov) xx xxxx 2020-ci il tarixli 2-1(116)- 285/2020 nömrəli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı X15rşı (X19Hacıməhəmməd Məmmədtahir oğlu) “İddiaçı və X2 adlarına ləğv edilmiş DTXK tərəfindən verilmiş seriya JN-127G kod 40312018 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə qardaşı X2 adının çıxarılaraq X4nın adının qeyd edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmamışdır. İddiaçı Şəki İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2-1(116)-285/2020 nömrəli qərardadından apellyasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apelyasiya şikayəti verərək qeyd etmişdir ki, Şəki İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(116)-285/2020 saylı qərardadı ona poçt vasitəsi ilə xx.xx.2020-ci il tarixdə təqdim edilsə də o, üzürlü səbəblərə görə vaxtında şikayət edə bilməmişdir. Məlum Epidemiya səbəbindən Azərbаycаn Respublikаsının Nazirlər kabinetinin Operativ Qərargahının müvafiq qərarı ilə Şəki rayonu xx.xx.2020-ci il tarixədək Narıncı zona elan edilərək xüsusi karantin rejimində olmuşdur. Bu səbəbdən o, üzürlü olaraq vaxtında şikayət edə bilməmişdir. Xahiş edir ki şikayət vermək üçün buraxılmış müddəti üzürlü hesab edəsiniz. Qeyd edir ki, o Şəki İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək cavabdeh DƏDRX-nin 12 saylı X17 Qax rayon Şöbəsinə və Üçüncü X1 qarşı İddiaçı və X2 adlarına ləğv edilmiş DT və XK tərəfindən verilmiş Seriya JN-127G Kod 40312018 saylı torpağın mülkiyyətə verilməsinə dair Şəhaqətnamədə qardaşı (üçüncü şəxs) X2 adını çıxararaq X4nın adını qeyd edilməsi öhdəliyini cavabdehin (DƏDRX-nin 12 saylı Şəki Ərazi idarəsi) üzərinə vəzifə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şəki İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(116)-285/2020 saylı qərardadı ilə iddia mümkün sayılmamışdır. Məhkəmə qəradadı müddətin keçməsi ilə əlaqələndirmişdir. Bildirir ki, ona və mərhum X4na Qax rayon AİK-nın xx.xx.1997-ci il tarixli qərarına əsasən 0.31 ha torpaq sahəsi verilmişdir. Həmin torpağa dair DT və XK tərəfindən Seriya JN - 127G Kod 40312018 saylı torpağınn mülkiyyətə verilməsinə dair Şəhaqətnamə verilmişdir. Həmin şəharətnamədə mərhum X4nın adı olmalı idi. Lakin səhfən qardaşı X2 adı qeyd edilmişdir. Belə ki, X3 1979-cu il tarixdən sonra Bakı şəhərində qeydiyyatda olmuş, Qum kəndində Aİ zamanı ona pay torpağı verilməmişdir. Ləğv edilmiş DT və XK tərəfindən Seriya JN -127G Kod 40312018 saylı torpağınn mülkiyyətə verilməsinə dair Şəhaqətnamədə onun adı səhfən qeyd olunmuşdur. X4 xx.xx.1997-ci il tarixdə vəfat etmişdir. Hazırda o, anasından miras qalmış əmlaka sahiblik edir. Lakin qeyd edilən səhf ona bəzi hüquqlarımı həyata keçirməkdə çətinlik yaradır. Belə olan halda o, Qax rayon Prokrorluğuna müraciət etmişdir. Qax rayon Proktorluğunda iş araşdırılmış və mülki xarakterli olduğundan Məhkəməyə Müraciət etmək tövsiyyə olunmuşdur. Bundan sonra o, ərizə ilə cavabdehə müraciət etmişdir. Cavabdeh isə bundan imtina edilmişdir. Ona görə də Şəki İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli,2- 1(116)-285/2020 saylı qərardadını ləğv edilməsi xahiş etdi. İşdə iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apelyasiya şikayətinin məzmununa uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini və Şəki İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2-1(116)-285/2020 saylı qərardadın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı X17 nümayəndəsi məhkəmə iclasına gəlməmişlər . Məhkəmə kollegiyası tərəfin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi). Əsaslandırma hissəsi Azərbаycаn Respublikаsının İnzibati Prosessual Məcəlləsinin 82-ci mаddəsinə əsаsən, аpellyаsiyа instаnsiyаsı məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə bаxır. Apellyаsiyа instаnsiyаsı məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Həmin Məcəllənin 80-ci mаddəsinə görə, barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İş materiallarında olan JN seriyalı 127G nömrəli “torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədən görünür ki, Qax rayon X13 xx.xx.1997-ci il tarixli 20 nömrəli qərarı ilə X5 və İddiaçı mülkiyyətinə Qax rayonu Qum kəndində 0.31 hektar həyətyanı torpaq sahəsi verilmişdir. Hazırkı işdə mübahisə olunan JN seriyalı 127G nömrəli “torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə Qax rayon X13 xx.xx.1997-ci il tarixli 20 nömrəli qərarı əsasında verilmiş və həmin qərar İPM və “İnzibati icraat haqqında” Qanun qüvvəyə minməzdən əvvəl qəbul edilmişdir. Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələr üzrə icraatda iddia müddəti MPM-in xx xxxx 2011-ci ilə qədər qüvvədə olmuş 298-ci maddəsi ilə tənzimlənir. İddiaçının öz hüququnun pozulduğunu bilməli olduğu vaxt qüvvədə olan və ümumi (publik) hüquq münasibətlərindən əmələ gələn işlər üzrə icraatı tənzimləyən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin İİ yarımbölməsinin müddəalarına görə, maraqlı şəxs müvafiq icra hakimiyyəti orqanının və yerli özünüidarə orqanının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarı, hərəkəti (hərəkətsizliyi) ilə əlaqədar mübahisə qaldıra bilər (296.1-ci maddə). Şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən qanunda başqa müddət müəyyən edilməyibsə, 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malikdir (298-ci maddə). Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələr üzrə icraatda iddia müddəti MPM-in xx xxxx 2011-ci ilə qədər qüvvədə olmuş 298-ci maddəsi ilə, x xxxxxx 2011-ci ildən isə mübahisələndirmə haqqında iddialar üzrə iddia müddəti İPM-in 38.1-ci maddəsi ilə tənzimlənir. Məhkəmə kollegiyası həmçinin nəzərə alır ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi qüvvəyə minənədək, yəni x xxxxxx 2011-ci il tarixədək qəbul edilmiş inzibati aktların mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti x xxxxxx 2011-ci ilədək ötürülmüşsə, onlar yeni qanuna görə də mübahisələndirilə bilməz. Belə ki, İPM onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta qarşı yeni hüquqi müdafiə imkanı yaratmır. İddiaçının işdə olan Qax rayon prokurorluğunun cinayət işinin rədd edilməsi barədə xx xxxxxxxx 2017-ci il tarixli qərarındakı izahatından görünür ki, onun 2015-ci il tarixində mübahisəli şəhadətnamədən məlumatı olmuş xx.xx.2017-ci il tarixində Qax rayon Prokurorluğuna müraciət etmiş, Qax rayon prokurorluğun xx.xx.2017-ci il tarixli qərarı ilə cinayət işinin başlanması cinayət hadisəsinin olmaması əsası ilə rədd edilmiş,bu halda da xx.xx.2019-cu il tarixində (poçt vasitəsilə) məhkəməyə müraciət etməklə (iddia ərizəsi xx.xx.2019-cu ildə məhkəməyə daxil olmuşdur) İPM-in 38.1-ci maddəsi ilə nəzərdə tutulmuş 30 günlük müddəti ötürmüşdür. İddia müddəti ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” xx xxxxxx 2001-ci il tarixli qərarında göstərilmişdir ki, “iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir, birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı”. “Miragall Eskolano və digərləri İspaniyaya qarşı” iş üzrə xx xxxxxx 2000-ci il tarixli qərarında isə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır, birinci instansiya məhkəməsi iddianı mümkün saymamaqla düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Şəki İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2-1(116)-285/2020 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş аpelyаsiyа şikаyəti təmin edilməsin. İş üzrə Şəki İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2-1(116)-285/2020 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan onun təqdim edildiyi gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərardadı ondan şikayətin verilmədiyi halda təqdim olunduğu gündən 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-1(107)-445/2020
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(107)-445/2020
13.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver