Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-445/2023 19.07.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, Atababayev Faiq Gülağa oğlunun katibliyi ilə, İddiaçı "xxxx" Kiçik Firmasının cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı “Yevlax Bakı Şossesinin mərkəzi yolunun cənub tərəfindən ayrılmış 0,2 ha torpaq sahəsinə və onun üzərində olan qeyri-yaşayış binası üzərində hüququnun birlikdə qeydiyyata alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 8 may 2023-cü il tarixli 2-1(116)-812/2023 nömrəli qərardadından iş üzrə iddiaçı "xxxx" Kiçik Firması tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı "xxxx" Kiçik Firması cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “Yevlax Bakı Şossesinin mərkəzi yolunun cənub tərəfindən ayrılmış 0,2 ha torpaq sahəsinə və onun üzərində olan qeyri yaşayış binasına hüququnun birlikdə qeydiyyata alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir..
2. Birinci instansiya məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(116)-812/2023 nömrəli qərardadı ilə iş üzrə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və X4 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına zəruri cəlb edilmişlər.
3. İddia ərizəsinin əsaslarına görə, Yevlax şəhərində Yevlax-Bakı şössesinin cənub tərəfində maye-qaz satışı məntəqəsi “Əli kiçik firması”-nın adına 10 sentyabr 1989-cu ildə 01 nömrəli Reyestr kitabının 04-cü səhifəsində 13 Reyestr nömrəsi ilə qeydə alınmışdır. Qeyd olunan əmlak yəni “Əli Kiçik firması”na aid olan maye-qaz satışı məntəqəsinin binası texniki İnventanlaşdırma bürosunun qeydiyyat vəsiqəsi ilə X5 tam mülkiyyətində olmuşdur. Bu barədə Yevlax şəhər İcra Hakimiyyətinin başçısının 64 №- li xx.xx.1998-ci i tarixli sərəncamı vardır ki, həmin sərəncama əsasən X5 maye-qaz satışı və digər işlərlə məşğul olması üçün “Əli Kiçik firması”nın ehtiyacı nəzərə alaraq Yevlax-Bakı şosessində mərkəzi yolun cənub tərəfindən 0,2 ha torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsində qeyd olunan məntəqə tikilmişdir. Bu barədə Yevlax şəhərinin baş memarının çıxarışı vardır. Bundan başqa həmin torpaq sahəsində maye-qaz satışı üçün 23 kub.m həcmində çən yerləşdirilməsi və həmin ərazidə zəruri işlərin aparılması qeyd edilmişdir. Bundan başqa “Əli kiçik firması”na torpaq sahəsinin ayrılması ilə bağlı qərar qəbul edilmiş akt tərtib edilmiş, maye qaz doldurma məntəqəsinin istismarını həyata keçirmək üçün 5 illik lisenziya verilmişdir. Eynilə Yevlax şəhəri Əli firmasının əmlakını qiymətləndirilməsi haqqında AT 5131№-li ekspert rəyi hazırlanmış və məntəqənin istismarına razılıq verilmişdir. İddiaçı, “Əli kiçik firması” üçün nəzərdə tutulmuş Yevlax Bakı Şossesinin mərkəzi yolun cənub tərəfindən ayrılmış 0,2 ha olan torpaq sahəsinə maye qaz satışı məntəqəsinin bina hissəsi ilə birlikdə mülkiyyət hüququnun Dövlət Qeydiyyatına alınması və reyestrdən çıxarışın verilməsi ilə bağlı cavabdeh orqana müraciət etmiş, lakin müraciəti təmin olunmamışdır.
4. Cavabdeh orqan iddia tələbinə etirazında bildirmişdir ki, iddaçı Yevlax şəhəri, YevlaxBakı şossesinin cənub tərəfində yerləşən qeyri-yaşayış binasına dair əvvəllər tanınmış hüquqların qeydiyyata alınması ilə bağlı xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli ərizə ilə “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsinə müraciət etmişdir. Müraciət müəllifinə bildirilmişdir ki, qeyriyaşayış binası üzərində iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatı üçün zəruri olan araşdırma aparılmış, elektron baza məlumatları ilə düzgünlüyü yoxlanılmış və təqdim olunmuş sənədlər qanunvericiliyin tələblərinə uyğun ekspertiza edilən zaman məlum olmuşdur ki, sənədləşdirilməsi nəzərdə tutulan qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsinin döngə nöqtələrinin koordinatları digər şəxsin mülkiyyətində olan torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarının üzərinə düşür. Bu da iddiaçının yuxarıda qeyd olunan ünvanda yerləşən qeyri-yaşayış binası üzərində hüquqlarının qeydiyyata alınması ilə ziddiyyət təşkil edir.
5. İddia tələbinin mahiyyətindən görünür ki, tələb qeyri-müəyyəndir və uğursuzdur. Belə ki, imtinada qeyd olunduğu kimi iddiaçının tələb etdiyi daşınmaz əmlakın digər şəxsin mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşməsi iddianın motivinə ziddir. İddiaçı tələbində daşınmaz əmlak üzərində digər hüququn eyni zamanda qeydiyyata alınmasını tələb edir, lakin burada digər hüquq sahibinin mülkiyyət hüquqlarının mənsubiyyətini nəzərə almadan məhdudlaşdırılması deməkdir. Azərbaycan Respublikasının 29-cu maddəsinin 3-cü bəndində qeyd olunur ki, mülkiyyət hüquqları qanunla qorunur. Tələbdə digər şəxsin mülkiyyət hüquqlarının qeydiyyata alınmasının mübahisələndirilməməsi hazırkı tələbin təmin olunmasına dəlalət vermir. Ona görə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanunun 4-cü və 8-ci maddələrində, eləcə də Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli 439 nömrəli fərmanı ilə təsdiq edilmiş qaydalara uyğun olaraq həyata keçirilir.
6. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsində qeyd olunur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır..
7. Belə olan halda, iddia tələbinin əsaslandırıldığı məqam mövcud deyil və tələbin qeyrimüəyyən olması açıq-aydın ortadadır. Yuxarıda qeyd olunanlara əsasən iddia tələbinin mümkün sayılmaması barədə qərar qəbul edilməsi xahiş edilmişdir.
8. Üçüncü şəxsin iddia tələbinə etirazında qeyd etmişdir ki, iddia olunan torpaq sahəsinə dair ayrıc aktı yoxdur, yalnız 2 mücərrəd texniki akt var ki, bu aktlarla da torpaq sahəsinin ayrılması məqbul sayılır. Ümumiyyətlə, iddiaçıya ayrılan torpaq sahəsinin dəqiq harada yerləşməsi rəsmi sənədlərdə öz əksini tapmır. Nəzərə almaq lazımdır ki, sərəncamın tarixi 1998-ci ilə təsadüf edir. Sərəncamın verilməsindən 25 il ötmüş, sərəncamda adı qeyd olunan X8 vəfat etmiş, iddia ərizəsinin mətnindən isə aydın olur ki, ərizə onun həyat yoldaşının adından tərtib olunsa da Əli” kiçik firmasının direktoru Ağayev tərəfindən imzalanmışdır. Bu 25 il müddət ərzində "xxxx" kiçik firması tərəfindən halhazırda onun şəxsi mülkiyyətində olan torpaq sahəsi ilə bağlı nəinki heç bir rəsmi mübahisə predmeti olmamış, hətta heç bir mübahisə təşəbbüsü olmamışdır. O, həmin torpaq sahəsinin birinci mülkiyyətçisi deyildir.
9. ’’Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-in 17 saylı Yevlax ərazi idarəsinin verdiyi mütəxəssis rəyi tərtib edilərkən idarənin əməkdaşları onun şəxsi mülkiyyətində olan torpaq sahəsinə iddiaçının nümayəndəsi ilə birgə aralıdan baxış keçirmiş və iddiaçının nümayəndəsinin sözlə deməsi, şifahi mülahizələri, az qala əl işarəsi əsasında rəy bildirmişlər. Hesab edir ki, belə bir formada mütəxəssis rəyinin verilməsi idarənin əməkdaşlarının səriştəliliyini şübhə altına salır. Belə məntiqlə, sənədləri qaydasında olmayan hər bir şəxs şifahi mülahizələr yürütməklə şəxsi mülkiyyəti mübahisə altına alar.
10. Maye-qaz satışı və digər işlərlə məşğul olması üçün torpağın ayrılması barədə 29 aprel 1998-ci il tarixli 64 saylı sərəncamda qeyd olunmuşdur ki, torpaq sahəsi boş və istifadəsizdir. Məhkəmə bildirişinə əlavə olunan 14 oktyabr 1998-ci il tarixli lisenziyaya əsasən "xxxx" firmasına maye qaz doldurma məntəqəsinin istismarına icazə verilmişdir. İddia ərizəsində qeyd olunur ki, torpaq sahəsinin üzərində tikililər vardır. Əgər torpağın üzərində tikili-maye qaz doldurma məntəqəsi var idisə, bu tikilinin sənədi də olmalı idi. Maye qaz doldurma məntəqəsi sənədsiz tikilib-qurula bilməzdi. O, həmin torpaq sahəsini 2021-ci ildə qanunvericiliklə müəyyən olunmuş qaydada aldığı zaman da orada heç bir tikili yox idi. Həmin torpaq sahəsi ona satılmazdan əvvəl "İpək Yolu-2009” MMC-nin xüsusi mülkiyyətində olmuş, 2021-ci ildə notariat kontorunda alqı-satqı müqaviləsi əsasında "İpək Yolu - 2009” MMC-dən alınmışdır. Həmin torpaq sahəsi ilə bağlı hər hansı mübahisə mövcud olmamış, qanuni əsaslarla alqı-satqı müqaviləsi bağlanılmışdır. ünvan 1 ünvanda yerləşən 0,8877 ha ibarət torpaq sahəsinin özünə məxsus olması barədə xx.xx.2021-ci il tarixli çıxarışı, planı və ölçüsü mövcuddur.
11. Üçüncü şəxs “S.N.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 oktyabr 2004-cü il tarixli Qərarına istina edərək vicdanlı alıcı olmasını qeyd etmiş, əlavə olaraq bildirmişdir ki, iddia olunan torpaq sahəsinin Yevlax-Bakı şosse yolunun cənubunda boş sahə olması göstərilsə də, həmin sahənin koordinatlarını müəyyənləşdirməyi mümkün edən müddəalar, istinad nöqtələri mövcud deyildir. Bununla da iddiaçıya ayrılmış torpaq sahəsinin yerləşmə yeri qeyri-müəyyəndir.
12. Sözügedən torpaq sahəsinə dair iddiaçının hər hansı hüququ mövcud deyildir, torpaq sahəsi iddiaçı tərəfindən özəlləşdirilməmiş, torpaq sahəsinə dair iddiaçının olmayan istifadə və ya icarə hüququ dövlət qeydiyyatına alınmamışdır. İddiaçı "xxxx" Kiçik Firmasının hazırkı iddia tələbini qaldırmağa subyektiv hüququ yoxdur.
13. Üçüncü şəxs həmçinin Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “inzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair" 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarına istinad edərək iddianın mümkün sayılmamasını, həmçinin hazırkı inzibati mübahisəyə aidiyyəti olmayan digər maddi hüquq normalarını sadalayaraq iddianın təmin edilməməsini xahiş etmişdir.
14. Digər üçüncü şəxs İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti iddia tələbinə münasibət bildirməmişdir.
15. İddiaçı nümayəndəsi və iddiaçının vəkili birinci instansiya məhkəməsinin iclasında iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişlər.
16. Cavabdehin nümayəndəsi birinci instansiya məhkəməsinin iclasında iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
17. Şəki İnzibati Məhkəməsinin (hakim Vüqar Musayev) 8 may 2023-cü il tarixli 2- 1(116)-812/2023 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır.
18. İddiaçı "xxxx" Kiçik Firması həmin qərardaddan apellyasiya şikayəti vermişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ
19. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, cavabdeh orqan bildirir ki, iddia olunan torpaq sahəsinin 0,1664 ha hissəsi X1 mülkiyyətinə verilmiş torpaq sahəsi ilə qalan 0,0336 ha hissəsi isə dövlət mülkiyyətinə aid torpaq sahəsi ilə üst-üstə düşür. Məhkəmə tərəfindən qeyd olunan halların aydınlaşdırılması onlara aid torpaq sahəsinin hansı əsaslarla bələdiyyə torpağı kimi müəyyənləşdirilməsi, həmçinin ilkindi olaraq bu torpaq sahəsi Əli Kiçik firmasına aid olduğu halda kürsü və imtiyazdan istifadə edilərək torpaqlarının ələ keçirilməsi bunun sayəsində əsassız varlanma əldə edilməsi halına heç bir şəxs qiymət və dəyər verməmişdir. Üçüncü şəxs Ehtibar Kərimov bizə aid torpaq sahəsini kimdən və necə alması, bu torpaq sahəsi üzərində mülkiyyət sənədlərini əldə etməsi onlara aid 0,2 ha torpaq sahəsinin onların mülkiyyətinə aid olan torpaq sahəsi ilə necə üst-üstə düşməsi tamlığı ilə araşdırılmamışdır. Məhkəmə tələbi mümkünsüz hesab etməklə iddianı tamlığı ilə baxmadan mümkünsüz hesab etmişdir. Ona görə də apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 8 may 2023-cü il tarixli 2-1(116)- 812/2023 nömrəli qərardadının ləğv edilməsini və iddia ərizəsinin mümkün sayılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
TƏRƏFLƏRİN İZAHATLARİ
20. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili Vəkil apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 8 may 2023-cü il tarixli 2-1(116)- 812/2023 nömrəli qərardadının ləğv edilməsini və iddia ərizəsinin mümkün sayılması barədə qərardad qəbul edilməsini xahiş etdi.
21. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X9 apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 8 may 2023-cü il tarixli 2-1(116)-812/2023 nömrəli qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
22. İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə kollegiyasının araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilir. - cavabdehin xx.xx.2022-ci il tarixli imtina məktubundan görünür ki, iddiaçının ilkin müraciətinin təmin edilməsindən imtina edilmişdir. - Yevlax şəhər İcra Hakimiyyətinin başçısının xx.xx.1998-ci il tarixli 64 nömrəli sərəncamdan görünür ki, X5 maye-qaz satışı və digər işlərlə məşğul olması üçün “Əli kiçik” firmasının ehtiyacını nəzərə alaraq Yevlax-Bakı şossesində mərkəzi yolun cənub tərəfindən 0,2 ha torpaq sahəsi ayrılmışdır. - "xxxx" firmasının Nizamnaməsindən və ******* nömrəli Dövlət qeydiyyatı haqqında şəhadətnamədən görünür ki, Yevlax şəhəri 31-ci məhəllədə yerləşən "xxxx" firması xx.xx.1998-ci il tarixli 10/61 nömrəli şəhadətnamə ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı üzrə X11 dövlət qeydiyyatına alınmışdır. - xx.xx.1999-cu il tarixli 122 inventar nömrəli qeydiyyat vəsiqəsindən görünür ki, Yevlax şəhəri Yevlax-Bakı şossesinin cənub tərəfdə maye-qaz satışı məntəqəsi "xxxx" kiçik firması adına mülkiyyət hüququ əsasında X5 payı müəyyən edilməklə Dövlət qeydiyyatına alınmışdır. - cavabdehin xx.xx.2023-cü il tarixli 3-21-3-35/2-1081/2023 nömrəli məktubuna əlavə edilmiş mütəxəssis rəyində qeyd edilmişdir ki, 122 inventar nömrəli (xx.xx.1999) texniki pasportda göstərilmiş cizgi əsasında "xxxx" Kiçik Firmasına ayrılmış 0.20 ha torpaq sahəsi ilə "xxxx" Kiçik firmasının nümayəndəsinin naturada göstərdiyi və iddia etdiyi torpaq sahəsi eyni ərazidə yerləşir, lakin konfiqurasiya fərqi vardır. Elektron məlumat bazasında mövcud olan Yevlax rayonu, Yevlax bələdiyyəsinin “X3 X6"ndə mövcud olan xəritəsinə əsasən iddiaçının nümayəndəsinin naturada göstərdiyi 0.20 ha torpaq sahəsinin təyinatı yaşayış məntəqələrinin torpaqları, uqodiyası tikinti altında olan torpaqlar, 0.1664 ha hissəsi **********34 reyestr nömrəli çıxarışla X2 mülkiyyətinə verilmiş torpaq sahəsi ilə qalan 0.0336 ha hissəsi dövlət mülkiyyətinə aid torpaq sahəsi ilə üst-üstə düşür. İddiaçının naturada göstərdiyi 0.20 ha torpaq sahəsinin döngə nöqtələri, koordinatları, sahəsi və yerləşmə vəziyyəti tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. - xx.xx.2021-ci il **********34 reyestr nömrəli çıxarışdan görünür ki, Yevlax şəhəri Bakı prospekti 21B ünvanında yerləşən 0,8877 ha torpaq sahəsi üzərində X2 mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmışdır.
TƏTBİQ EDİLƏN HÜQUQ
23. İnzibati Prosessual Məcəllə: Maddə 1.1. Bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin (bundan sonra - inzibati mübahisələr) məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Maddə 2.1. Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Maddə 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) Maddə 3.1. Bu Məcəllənin 3.2-ci maddəsində müəyyən edilmiş hallar istisna olmaqla, inzibati mübahisələrə birinci instansiya məhkəməsi qismində inzibati məhkəmələr tərəfindən baxılır. Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 12.3. Məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar. Maddə 12.4. Proses iştirakçıları tərəfindən hər hansı sübutun məhv edilməsi və ya gizlədilməsi yaxud hər hansı başqa üsulla həmin sübutun araşdırılmasına maneçilik törədilməsi qadağandır. Belə halların baş verdiyi təqdirdə, məhkəmə konkret işlə bağlı bütün xüsusiyyətləri nəzərə alaraq sübut etmə vəzifəsinin dönüşü haqqında qərardad qəbul edə bilər. Maddə 13. Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 48.1. Sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyrimüəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. Maddə 80.1. Barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Maddə 82. Apellyаsiyа instаnsiyаsı məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə bаxır. Apellyаsiyа instаnsiyаsı məhkəməsi həmçinin, bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər. 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda. Maddə 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir.
24. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarı: 2.3-cü bəndinə əsasən, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 3.1-ci bəndinə əsasən, inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. 3.2-ci bəndinə əsasən, İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. 3.3-cü bəndinə əsasən, yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 3.4-cü bəndinə əsasən, birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. 4.2-ci bəndinə əsasən, hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar.
APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ
25. Apellyasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
26. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, iddiaçının apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərardadının təqdim olunduğu gündən 10 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayəti mümkündür və qismən əsaslıdır. Ona görə də apellyasiya şikayəti qismən təmin ediləcəkdir. Birinci instansiya məhkəməsi iddianı əsassız olaraq mümkün hesab etməmişdir. Bu aşağıdakı mülahizələrdən irəli gəlir.
27. Birinci instansiya məhkəməsi iddianı mümkün saymayaraq göstərmişdir ki, iddiaçı tələbdə qeyd edilən 0.20 ha torpaq sahəsi və qeyri-yaşayış binası üzərində vahid daşınmaz əmlak kimi mülkiyyət hüququnun qeydə alınmasına nail olmaq üçün ilk növbədə həmin torpaq sahəsinin üst-üstə düşdüyü üçüncü şəxs Etibar Kərimovun mülkiyyətində olan 0.8877 ha torpaq sahəsinə dair tərtib edilmiş xx.xx.2021-ci il **********34 reyestr nömrəli çıxarışı və onun verilməsinə əsas olmuş xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsini mülki icraat qaydasında üst-üstə düşən hissədə mübahisələndirməli, müsbət həll olunduğu halda hazırkı tələblə cavabdeh orqana müraciət etməli, müraciəti təmin olunmadığı (və ya cavabsız saxlandığı) halda isə anoloji iddia ilə məhkəməyə müraciət etməlidir. Yəni, iddia olunan torpaq sahəsinin 0.1664 ha hissəsi üzərində üçüncü şəxsin mülkiyyət hüququ Dövlət qeydiyyatına alındığından, həmin qeydiyyat ləğv edilmədən digər subyektlərin sözügedən daşınmaz əmlak üzərində (torpaq sahəsi və qeyri-yaşayış binası üzərində vahid daşınmaz əmlak olaraq) mülkiyyət hüququnun qeydə alınması və çıxarışın verilməsi ilə bağlı tələbə mahiyyəti üzrə baxılması mümkün deyildir.
28. Kollegiya ilk olaraq bildirir ki, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılılq.
29. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olub-olmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddi-hüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır.
30. Məhkəmə kollegiyası iş materiallarını tədqiq edərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı qismən ləğv edilərək, inzibati iş baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir.
31. Belə ki, iş materiallarında olan cavabdehin xx.xx.2023-cü il tarixli 3-21-3-35/2- 1081/2023 nömrəli məktubuna əlavə edilmiş mütəxəssis rəyində qeyd edilmişdir ki, 122 inventar nömrəli (xx.xx.1999) texniki pasportda göstərilmiş cizgi əsasında "xxxx" Kiçik Firmasına ayrılmış 0.20 ha torpaq sahəsi ilə "xxxx" Kiçik firmasının nümayəndəsinin naturada göstərdiyi və iddia etdiyi torpaq sahəsi eyni ərazidə yerləşir, lakin konfiqurasiya fərqi vardır. Elektron məlumat bazasında mövcud olan Yevlax rayonu, Yevlax bələdiyyəsinin “X3 X6"ndə mövcud olan xəritəsinə əsasən iddiaçının nümayəndəsinin naturada göstərdiyi 0.20 ha torpaq sahəsinin təyinatı yaşayış məntəqələrinin torpaqları, uqodiyası tikinti altında olan torpaqlar, 0.1664 ha hissəsi **********34 reyestr nömrəli çıxarışla X2 mülkiyyətinə verilmiş torpaq sahəsi ilə qalan 0.0336 ha hissəsi dövlət mülkiyyətinə aid torpaq sahəsi ilə üst-üstə düşür.
32. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iddia olunan torpaq sahəsinin üçüncü şəxs Etibar Kərimovun mülkiyyətində olan torpaq sahəsi ilə üstüstə düşən 0.1664 ha hissəsində iddia tələbini mümkün hesab etməməkdə düzgün nəticəyə gəlsə də, iddia olunan torpaq sahəsinin dövlət mülkiyyətinə aid torpaq sahəsi ilə üst-üstə düşən 0.0336 ha hissəsinə münasibətdə qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı həmin hissədə əsassız olaraq mümkün hesab etməmişdir. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən torpaq sahəsinin 0.0336 ha aid hissədə işin halları tam araşdırılmamış, iddiaçının iddia tələbi irəli sürmək və tələb etmə hüququnun olubolmaması, iddiaçı tərəfindən təqdim edilmiş sənədlərin mötəbərliyi yoxlanılmamış, mütəxəsis rəyi ilə müəyyən edilən mübahisəli torpaq sahəsinin qeyd olunan sənədlərdə göstərilən torpaq sahəsinin bir hissəsi olub-olmaması, olduğu təqdirdə həmin sərəncam verilən zaman torpaq sahəsinin hansı mülkiyyət növündə olması, iddiaçı tərəfindən təqdim edilmiş plan-ölçü sənədinin həqiqiliyi və mötəbərliyi, həmçinin, həmin sənəddə əks olunan koordinatların mübahisəli torpaq sahəsi ilə üst-üstə düşüb-düşməməsinin dəqiqliyi aydınlaşdırılmamışdır.
33. Kollegiya hesab edir ki, İnzibati Prosessual Məcəllənin 12-ci və 48-ci maddələrinə əsasən, birinci instansiya məhkəməsi bu hala diqqət yetirmədən, inzibati iş üzrə mümkünlük məsələsi ilə bağlı kifayət qədər araşdırma aparmadan iddia tələbini mümkünsüz saymışdır.
34. Beləliklə, məhkəmə kollegiyаsı bu qənаətə gəldi ki, birinci instаnsiyа məhkəməsi yuxаrıdа sаdаlаnаn hаllаrı аrаşdırmаdаn və işin faktiki hallarına düzgün hüquqi qiymət vermədən iddiаnı mümkün saymamaqda səhv nəticəyə gəlmişdir. Оnа görə də Аzərbаycаn Respublikаsı İnzibаti Prоsessuаl Məcəlləsinin 87.6-cı mаddəsinə əsаsən, şikаyət qismən təmin edilməli və birinci instаnsiyа məhkəməsinin qərаrdаdı qismən ləğv edilərək torpaq sahəsinin 0.0336 ha aid hissədə baxılması üçün Şəki İnzibаti Məhkəməsinə göndərilməsi bаrədə qərаrdаd qəbul edilməlidir.
35. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ:
İddiaçı "xxxx" Kiçik Firması tərəfindən verilmiş аpellyаsiyа şikаyəti qismən təmin edilsin. Şəki İnzibati Məhkəməsinin 8 may 2023-cü il tarixli 2-1(116)-812/2023 nömrəli qərardadı qismən ləğv edilsin. İnzibati iş torpaq sahəsinin 0.0336 ha aid hissədə baxılması üçün Şəki İnzibati Məhkəməsinə qaytarılsın. Qərardaddan onun təqdim edildiyi gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.