Azərbaycan Respublikası adından Qərar Şəki şəhəri İş № 2-1(107)-445/2025 04.06.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Musayev Vüqar Ələkbər oğlu (məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və X2 ibarət tərkibdə, Məhərrəmli Hafiz Əfqan oğlunun katibliyi, iddiaçı İddiaçı və cavabdehin nümayəndəsi X3 iştirakları ilə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “ hüququ yarandığı tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair üzrə Şəki Inzibati Məhkəməsinin ## ##### 2025-ci il tarixli *- *(***)-***/**** nömrəli qərarından cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: işin halları:
1. Iddiaçı, ##.##.1961-ci ildə doğulmuşdur.
2. Iddiaçı, ##.##.1980-##.##.1982-ci illərdə Sovet Ordu sıralarında hərbi xidmət keçmiş, ##.##.1995-ci ildən ##.##.2002-cı ilədək Nijnevartovsk Quraşdırma Idarəsinin “xxxx” ASC-də, ##.##.2003-##.##.2003-ci illərdə Sibirdə enerji avadanlıqların quraşdırması üzrə “xxxx” ASC-də, ##.##.2006-##.##.2006-ci illərdə “xxxx” MMC-də, ##.##.2006-##.##.2009-ci illərdə “xxxx” MMC”-də, ##.##.2009-##.##.2019-ci illərdə “xxxx” MMC-də, ##.##.2019-##.##.2020-ci illərdə ”xxxx” MMC-də və ##.##.2020-ci ildən “xxxx” MMC-də əmək fəaliyyəti ilə məşğul olmuşdur.
3. Güzəştli arayışdan görünür ki, iddiaçı, “xxxx” trestinin Mingəçevir quraşdırma idarəsində ##.##.1982-ci il tarixdə (əmr №**k, ##.##.1982-ci il) 2-ci dərəcəli əl ilə qazla kəsici quraşdırıcı-çilingəri kimi işə qəbul olmuş, ##.##.1985-ci il tarixdə əl ilə boru çilingəri peşəsinə keçirilmişdir (əmr №**k, ##.##.1985-ci il), ##.##.1995-ci il tarixdə isə (əmr №**k, ##.##.1995-ci il) öz xahişi ilə işdən azad olmuşdur. Işlədiyi 8 saatlıq iş günü ərzində həmin trestin Mingəçevir Quraşdırma sahəsində hündür mərtəbəli binaların və yüksəkliklərlə əlaqədar qurğuların, qapalı çənlərin, rezervuarların, aşağılegirli polad boruların, buxar qazanlarının daxilində legirli polad borularının quraşdırılmasında bilavasitə iştirak etmişdir. Işlədiyi müddətdə iş qrafikinə uyğun olaraq növbəli iş rejimi ilə xüsusi zərəri iş şəraitində məşğul olmuş, südlə və xüsusi geyimlə təmin olunmuşdur. “xxxx” Tresti əsasən enerji müəssisələrinin tikilməsi, inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri sahəsində fəaliyyət göstərmişdir. Trest sənaye obyektlərində polad və dəmir konstruksiyalarının quraşdırılması, əl ilə qazla metalların kəsilməsində və doğranmasında, metal boruların və konstruksiyaların quraşdırılması və təmiri və sair işləri aparmışdır. X1 tam iş günü ərzində icra etdiyi əl ilə qazla kəsici, metal konstruksiyaların və boru kəmərlərinin quraşdırılması üzrə boru-çilingəri vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.1993-cü il tarixli *** saylı və ##.##.2007-ci il tarixli ** nömrəli qərarlarına uyğun olaraq (kodlar: 1030400a-1753a – təmirçi çilingərlər, elektrik qaz qaynaqçıları, əl ilə elektrik qaynaqçıları, elektrik avadanlığının təmiri və xidməti üzrə elektrik montyorları; 2290000a-14612 – polad və dəmir-beton konstruksiyaların quraşdırılması üzrə quraşdırıcılar; 1030300a-11618 – isti halda yaymada ucların kəsilməsi ilə məşğul olan qaz kəsiciləri uyğun olmaqla) güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısının 29-cu bölməsində – bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsində, həmçinin boruların quraşdırılması üzrə əl ilə qazla kəsici quraşdırıcılar kimi nəzərdə tutulmuşdur.
4. Iddiaçı, cavabdeh orqana güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı müraciət etmiş, lakin cavabdehin ##.##.2024-cü il tarixli imtina məktubu ilə müraciəti təmin edilməmişdir.
5. Cavabdeh orqan imtinasını onunla əsaslandırmışdır ki, iddiaçının işlədiyi vəzifələr yuxarıda qeyd olunan polad və dəmir-beton konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcılar vəzifəsinə uyğun deyil. Odur ki, güzəştli iş stajı yoxdur.
birinci instansiya məhkəməsində iş üzrə qəbul edilmiş məhkəmə aktı:
6. Iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “##.##.1985-##.##.2000-ci il tarixədək işlədiyi rezin yığıcı, presləyici, ##.##.2007- ##.##.2012-ci il tarixədək işlədiyi presləyici-vulkanlaşdırıcı vəzifəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2007-ci il tarixli ** saylı qərarı ilə təsdiq edilmiş siyahıya əsasən güzəştli şərtlərlə iş stajına daxil edilməklə hüququ yarandığı tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
7. Iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ##.##.1964-cü ildə anadan olmuşdur. Əmək fəaliyyətinə ##.##.1980-ci il tarixdə Mingəçevir şəhər rabitə qovşağında poçtalyon kimi başlamış və ##.##.1982-ci il tarixə kimi qeyd edilən vəzifədə işləmişdir. ##.##.1983-cü il tarixdə Mingəçevir şəhəri Şüşə zavodunda eleklirik çilingəri kimi işə başlamış və hərbi xidmətə getdiyinə görə işdən azad edilmişdir. ##.##.1983-ci il tarixdən ##.##.1985-ci il tarixədək keçmiş SSRI silahlı qüvvələrində hərbi xidmət keçmişdir. Hərbi xidmətdən qayıtdıqdan sonra ##.##.1985-ci il tarixdən X7 zavodunda əmək fəaliyyətini daxam etdirmiş və ##.##.2000-ci il tarixədək qeyd edilən müəssisədə * saylı pazvari qayışlar istehsalı sexində rezin yığıcı presləyici peşələrində işləmişdir. ##.##.2000-cı il tarixdən ##.##.2001-ci il tarixə kimi “xxxx" QT Səhmdar Cəmiyyətində 5-ci dərəcəli çilingər vəzifəsində, ##.##.2002-ci il tarixdən 24.01,2003-cü il tarixə kimi "Xüsusienerji işıqlandırma idarəsində 5-ci dərəcəli çilingər vəzifəsində, ##.##.2005-ci il tarixdən ##.##.2012-ci il tarixə kimi Mingəçevir "xxxx" ASC -də gözətçi, anbar müdiri, sahə ustası və presləyici-vulkanlaşdırıcı briqadir kimi işləmişdir. Mingəçevir "xxxx" ASC tərəfindən verilmiş Güzəştli arayışa əsasən İddiaçı zərərli iş stajı 12 il 4 ay 12 gündür. Şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə çalışmasına dair arayışa əsasən İddiaçı işlədiyi vəzifənin güzəştli əmək pensiyası hüququna əsas olan xüsusiyyətləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01,2007-ci il tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş siyahının 8.3.1 a) bəndinə uyğundur. X6 filialı tərəfindən verilmiş arayışa əsasən "xxxx" ASC-nin şəxsi heyət əmr kitablarında İddiaçı qeyd edilmişdir. "xxxx" ASC-nin ## ##### 2005-ci il tarixli * saylı əmrinə əsasən İddiaçı gözətçi işinə qəbul edilmişdir. xxxx" ASC-nin 01 oktyabr ** saylı əmrinə əsasən zərərli iş şəraitində işləməklə 6-cı dərəcəli presləyici-vulkanlaşdırıcı işinə keçirilmişdir və ## #### 2012-ci il tarixli ** saylı əmrinə əsasən işdən azad edilmişdir.
8. Cavabdeh orqan müraciəti ilkin olaraq təmin etməkdən imtina edərkən əsaslandığı eyni dəlillərə istinadla iddianın təmin edilməməsini xahiş etmiş və bildirmişdir ki, iddiaçı İddiaçı ##.##.2024-cü il tarixdə Mərkəzi filiala müraciət etmişdir. Iddiaçı öz ərizəsində ##.##.1985-##.##.2000-ci il və ##.##.2007-##.##.2012-ci il tarixləri arasındakı dövrü sığorta stajına daxil etməklə 60 yaşı tamam olduğu gündən qanunvericiliklə nəzərdə tutulmuş qaydada güzəştli şərtlətlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Iddiaçı öz iddia ərizəsində onun barəsində güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. Hesab edirik ki, cavabdeh inzibati orqanın iddiaçı İddiaçı barədə qəbul etdiyi inzibati akt əsaslıdır və sözügedən iddia tələbi üzrə iddia rədd olunmalıdır. Iddiaçı İddiaçı təqdim etdiyi şəxsiyyət vəsiqəsindən müəyyən olunur ki, iddiaçı ##.##.1964-cü il tarixdə anadan olmuşdur. Iş üzrə icraat materiallarına əlavə edilmiş № ******* nömrəli hərbi biletə əsasən iddiaçı ##.##.1983-cü il tarixdən ##.##.1985-ci il tarixədək hərbi xidmətdə olmuşdur. Mərkəzi Filiala təqdim edilən '‘X4" ASC-nin ##.##.2024-cü il tarixli arayışında iddiaçının ##.##.1996-cı il, ##.##.1996-cı il, ##.##.1996-##.##.1997-ci il tarixləri arasındakı dövrlər ərzində minimum əməkhaqqı ödənilməklə və ##.##.1997- ##.##.1997-ci il, ##.##.1997-##.##.1997-ci il və ##.##.1998-##.##.1998-ci il tarixləri arasındakı dövrlər ərzində əməkhaqqı saxlanılmamaqla məzuniyyətdə olduğu qeyd olunmuşdur. Həmçinin, İ/1T-İ ******* nömrəli əmək kitabçasının 6-9-cu səhifələrində ##.##.2000 -##.##.2001-ci il tarixləri arasındakı dövr ərzində "xxxx” QTSC-də işlədiyi qeyd olunub. Sözügedən əmək kitabçası araşdırılarkən həmin səhifələrdəki qeydlərdə göstərilən məlumatların həqiqiliyinə əsaslı şübhələr yaranmışdır. Belə ki, sözügedən səhifələrdəki 12-ci qeyddə işdən çıxma əmri möhürlə təsdiq olunmamışdır. Buna görə də həmin dövrü və yuxarıda qeyd olunan əməkhaqqı saxlanılmamaqla iddiaçının məzuniyyətdə olduğu və işləmədiyi dövrləri iş stajına daxil etmək mümkün deyil. Eyni zamanda iddiaçının məzuniyyətdə olduğu, işləmədiyi ##.##.1996- ##.##.1996-cı il, ##.##.1996-##.##.1996, ##.##.1996-##.##.1997-ci il, ##.##.1997- ##.##.1997-ci il, ##.##.1997-##.##.1997-ci il və ##.##.1998-##.##.1998-ci il tarixləri arasındakı dövrləri də iddiaçının güzəştli iş stajına daxil etmək mümkün deyil. Bundan başqa iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alənmalə olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq 40320,00 manat hesablandığı halda, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 20925,73 manat təşkil edir. Yuxarıda sadalanan qanunvericilik normalarından göründüyü kimi, iddiaçı İddiaçı mübahisələndirilməyən iş stajı cəmi 24 il 2 ay, güzəştli iş stajı isə 12 il 5 ay 29 gün təşkil edir və bunun əsasında “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 9.8- ci madəsinin tələblərinə əsasən ona yaşa görə əmək pensiyasının təyin edilməsi qeyri-mümkündür.
9. Şəki Inzibati Məhkəməsinin ## ##### 2025-ci il tarixli *-*(***)-***/**** saylı qərarı ilə (hakim Fəxri Hacızadə) iddia tələbi təmin edilmişdir.
10. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, hazırkı iddianı qaldırmaqda iddiaçının hüquqi marağı hüququnun yarandığı tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən ibarətdir. Belə ki, iddiaçıya 60 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yarandığı vaxt qüvvədə olan ƏPHQ-nun 9.1-ci maddəsinin tələbləri baxımından 3 element mövcud olmalıdır: 1) 25 ildən az olmayan ümumi iş stajı; 2) 12 il 6 ay güzəştli iş stajı. 3) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi. Iş materialları ilə müəyyən edilir ki, iddiaçının ümumilikdə iş stajı 25 ildən çoxdur. Cavabdeh tərəfindən iddiaçının mübahisələndilməyən ümumi sosial sığorta stajı 24 il 2 ay təşkil edir. Məhkəmə həmin dövrün mötəbərliyinin qəbul etməklə bərabər mübahisələndirilən dövrü də araşdırmışdır. Iş materiallarına əsasən iddiaçının ##.##.2000-ci il tarixdən ##.##.2001-ci il tarixə kimi “xxxx" Qapalı Səhmdar Cəmiyyətində 5-ci dərəcəli çilingər işlədiyi müəyyən edilir. Bu barədə iddiaçıya məxsus ИТ seriyalı ******* nömrəli Əmək kitabçasının yeddinci səhifəsində qeydiyyat aparılmışdır. Həmin qeydin mötəbərliyini istisna edən sübut cavabdeh tərəfindən təqdim edilməmiş, məhkəmə araşdırması zamanı da belə hal müəyyən edilməmişdir. Iddiaçı həmin tarixdən sonra da uzun müddət əmək fəaliyyətini davam etdirmişdir. Cavabdeh tərəfindən iddiaçının yuxarıda qeyd olunan əmək fəaliyyəti üzrə çalışdığı peşələrdən 12 il 5 ay 29 gün müddət güzəştli iş stajı kimi qəbul edilir. Məhkəmə yuxarıda qeyd olunan ##.##.2000-ci il tarixdən ##.##.2001-ci ilə qədər olan dövrü də nəzərə almaqla iddiaçının tələb olunan 12 il 6 aydan artıq güzəştli stajının olduğu qənaətinə gəlir. Beləliklə, iddiaçının 12 il 6 aydan artıq xüsusi iş stajına, 25 ildən artıq ümumi iş stajına malik olması, həmçinin, tələb olunan yaş həddinə çatması müəyyən edilir. Buna görə də məhkəmə hesab edir ki, iddiaçının hüququnun yarandığı dövrdə (##.##.2024-cü ildən) “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə görə güzəştli şərtlərlə əmək pensiyası hüququ yaranmışdır (iddiaçı ##.##.1964-ci ildə doğulub). Həmçinin, iddiaçı ##.##.2024-cü il tarixindən güzəştli şərtlərlə pensiya yaşa görə əmək pensiyasının təyin olunmasını tələb etdiyindən həmin dövr üçün pensiya kapitalı tələbi yoxdur. Yuxarıda qeyd olunan dövrlər üzrə iddiaçının güzəştli şərtlərlə iş stajı tələb olunan minumum dövrdən artıq olduğundan iddia tələbi əsaslıdır.
11. Cavabdeh orqanın nümayəndəsi apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir.
apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
a) apellyasiya şikayətinin dəlilləri
12. Cavabdeh inzibati orqan tərəfindən verilmiş apellyasiya şikayəti iddia tələbinə etirazla eynilik təşkil etmiş, əlavə olaraq bildirilmişdir ki, təqdim olunan məktubda bildirilmişdir ki, əmək pensiyası qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara ödənilən aylıq pul ödənişidir. Başqa sözlə, sığortaolunanın əmək pensiyası ona pensiya təyin olunduqdan əvvəl aldığı əməkhaqqı və digər gəlirlərin kompensasiyası məqsədilə verilən pul ödənişidir (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ## ### 2020-ci il tarixli “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair plenum qərarı). Pensiya təminatı sisteminin məhz sosial sığorta prinsipləri və qazanılan pensiya hüquqları ilə şəxsin fərdi hesabında qeydə alınan vəsaitlər arasında tarazlaşdırma mexanizmləri əsasında qurulması baxımından “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2 və 1.0.5-ci maddələrinin tələblərinə görə, sığortaolunanlara pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və (və ya) qulluq keçdiyi dövrdə almadıqları və ya məcburi dövlət sosial sığortasına cəlb edilməyən əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin və ya onlara edilən əlavələrin əsas götürülməsi qanunun tələblərinə uyğun deyildir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2025-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Işçilərin əmək kitabçasının forması və onun doldurulması” Qaydalarının 3.10-cu bəndinə əsasən əmək kitabçası işəgötürən və ya işəgötürənin müəyyən etdiyi məsul şəxs tərəfindən imzalanır. Əmək kitabçası ilk dəfə hansı işəgötürən tərəfindən doldurulursa, onun da möhürü ilə təsdiq edilir. Göründüyü kimi iddiaçının əmək kitabçasında qeyd olunmuş ##.##.2000-##.##.2001-ci il tarixləri üzrə “xxxx” QT SC-də işlədiyi dövrün onun sığorta stajına daxil edilməməsinə əsas sözügedən Qaydaların tələblərindən irəli gəlmişdir. Belə ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2022-ci il ## ##### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydalarının 4.1.1-ci maddəsinə əsasən 2006-cı il ######ın #-dək olan dövr üzrə sosial sığorta stajına əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı - həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən daxiledilir. Birinci instansiya məhkəməsi öz qərarını əsaslandırarkən əmək kitabçasının mötəbərliyini əsas gətirmiş və bununla kifayətlənmişdir. Belə ki, iş üzrə iddiaçının sözügedən müəssisədən işləməsinə dair əlavə sübutlar müəyyən olunmamışdır. Eləcə də, məhkəmə tərəfindən həmin dövrlərə dair əlavə sübutlar tədqiq olunmaqla araşdırmanın aparılmasına belə ehtiyac duyulmadan, daxili inam əsasında qərar qəbul olunmuşdur. Göründüyü kimi, istinad olunan faktlara əsasən İddiaçı sözügedən müəssisədə işə daxil olmasına və ya işdən çıxmasına və yaxud da əməkhaqqı almasına dair hər hansı məlumatlar müəyyən olunmamışdır. Müəssisənin fəaliyyət göstərməsi ilə bağlı sənədlər aşkar edilsə idi belə şəxsə münasibətdə müəssisədə hər hansı arxiv sənədlərinin aşkar edilməməsinə baxmayaraq, yalnız möhürlə belə təsdiq olunmamış əmək kitabçasındakı qeydlərə əsaslanmaq şəxsin həmin müəssisədə əmək fəaliyyəti ilə məşğul olması qənaətinə gəlinməsinə əsas vermir. Eləcə də, hazırki vəziyyətdə əmək kitabçasının mötəbərliyinə şübhə doğuran halın, yəni qeydlərin möhürlə təsdiq olunmaması və İddiaçı dair heç bir arxiv sənədlərinə rast gəlinməməsi iddia olunan əmək fəaliyyətinin mövcudluğuna ciddi şübhələr yaradır və bunun əksini sübuta yetirəcək hallar məhkəmə tərəfindən tədqiq olunmamışdır. Bu səbəbdən qeyd olunan halların məhkəmə tərəfindən araşdırılmaması, qanunvericiliyin tələbləri gözlənilmədən əsassız qərar qəbul edilməsinə şərait yaratmışdır. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:
13. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.
tərəflərin izahatları
14. Məhkəmə kollegiyasının hazırkı iclasında iştirak edən cavabdehin nümayəndəsi Şəki Inzibati Məhkəməsinin ## ##### 2025-ci il tarixli *-*(***)-***/**** nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etdi. Əlavə olaraq qeyd etmişdir ki, iddiaçı tərəfindən MDSS haqları ödənilmiş, 12 il 5 ay 29 gün güzəştli iş stajı vardır. Belə ki, iddiaçının məzuniyyətdə olduğu müddət onun əmək stajına daxil edilmir. Çünki həmin dövrdə iddiaçı zərərli işdə işləməmişdir. Məhkəmə kollegiyasının hazırkı iclasında iştirak edən iddiaçı, apellyasiya şikayətinin təmin edilməməsini, Şəki Inzibati Məhkəməsinin ## ##### 2025-ci il tarixli *- *(***)-***/**** nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. tətbiq edilən hüquq
15. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. ... III. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. ...
16. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. 9.8 Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir.
17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ##### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi” Qaydası 4.1. Əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir: 4.1.1. 2006-cı il ######ın #-dək olan dövr üzrə: 4.1.20. yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti – bu Qaydanın 4.1.1-ci yarımbəndində nəzərdə tutulmuş sənədlərə və şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürən tərəfindən verilən forması bu Qaydaya HYPERLINK "https://eqanun.az/framework/49537" \l "%C9%99lav%C9%992"* nömrəli Əlavə ilə müəyyən edilmiş güzəştli şərtlərlə pensiya hüququ verən iş stajı və həmin işin xarakteri barədə arayışa əsasən. Işəgötürənin fəaliyyət göstərməməsi səbəbindən həmin arayış təqdim oluna bilmədikdə isə şəxsin işlədiyi sahə, peşə və vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin HYPERLINK "https://e-qanun.az/framework/12731" \o "Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il ## ###### tarixli ** nömrəli Qərarı"2007-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda göstərilənlərlə eynilik təşkil etdikdə MEIS-in “Əmək və məşğulluq” altsistemindən əmək müqavilələrinə dair çıxarışda, Azərbaycan Respublikası HYPERLINK "https://e-qanun.az/framework/46943" \o "Azərbaycan Respublikası Əmək Məcəlləsi"Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallarda, eləcə də 2014-cü il ####un #-dək xitam verilmiş əmək müqavilələrinə münasibətdə əmək kitabçasında olan qeydə, bu qeydin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda isə Dövlət arxivinin arayışına əsasən.
18. “Inzibati icraat haqqında” Qanun: Maddə 19.1. Inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.
19. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi: Maddə 12. Işin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. ... Maddə 58. Sübutların araşdırılması qaydası ... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 85. Şikayətin verilməsinə dair tələblər 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir.
Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat ... 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər:[82] ... 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir.
20. Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair **/**** saylı # ####### 2020-ci il tarixli qərardadı: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il ## #### tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir.
apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri.
21. Apellyasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
22. Cavabdeh orqan onun üçün əlverişsiz olan məhkəmə aktından bütövlükdə şikayət verdiyindən verilmiş apellyasiya şikayəti üzrə hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyinə və əsaslılığına qiymət veriləcəkdir.
Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi
23. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
24. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri iddia tələbinə etirazın dəlillərini təkrarlamaqla onlarla eynilik təşkil edir. Birinci instansiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də iddia ərizəsinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir.
25. Bununla yanaşı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
26. Iş materiallarından görünür ki hazırkı tələblə məhkəməyə müraciət etməkdə iddiaçının hüquqi marağı ona ##.##.2024-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə nail olmaqdır (iddiaçı ##.##.1964-cü ildə doğulub).
27. Cavabdeh orqan iddiaçının 24 il, 2 aylıq ümumi iş stajını mübahisələndimir. Həmin müddətə aşağıdakı dövrlər daxildir: ##.##.1980-##.##.1982 (2 il 3 ay 29 gün), ##.##.1983-##.##.1983 (2 ay 14 gün), ##.##.1983-##.##.1985 (2 il 18 gün), ##.##.1985-##.##.1997 (11 il 6 ay 19 gün), ##.##.1998-##.##.1998 (2 gün), ##.##.1999-##.##.2000 (1 il 4 ay 18 gün), ##.##.2002-##.##.2003 (4 ay 29 gün), ##.##.2005-##.##.2005 (8 ay 23 gün) ##.##.2006-cı ildən sonrakı dövr: 5 il 6 ay.
28. Iş materiallarından görünür ki, iddiaçı ##.##.1997-##.##.1997 və ##.##.1998- ##.##.1998-ci illərdə ödənişsiz məzuniyyətdə olmuşdur.
29. Əmək Məcəlləsinin 129-cu maddəsinin 2-ci bəndinin ## ### 2009-cu il tarixdən qüvvədə olan redaksiyasına görə əmək müqaviləsi ilə müəyyən edilən şərtlərlə işçilərə müddəti altı aydan çox olmayaraq tərəflərin mülahizəsinə əsasən müəyyən edilən ödənişsiz məzuniyyət verilə bilər.
30. Istinad edilən normaların tələbləri nəzərə alındıqda ödənişsiz məzuniyyətin ən çoxu ilk altı ayı qanuna uyğun hesab edilməklə iddiaçının əmək stajına aid edilə bilər (oxşar mövqe Azərvaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının 2- 1(102)-933/2024, 2-1(102)-***/**** №-li qərarlarında öz əksini tapmışdır).
31. Həmçinin nəzərə alınmalıdır ki, iddiaçı ##.##.1997-##.##.1997-ci illərdə ödənişsiz məzuniyyətdə olduqdan sonra 2 gün işdə olmuş və ona növbəti dəfə ##.##.1998-ci il tarixdən ##.##.1998-ci il tarixədək ödənişsiz əmək məzuniyyəti verilmişdir.
32. Bundan başqa, cavabdeh orqan iddiaçının “xxxx” QSC-də ##.##.2000–##.##.2001-ci illərdə işlədiyi dövrü (1 il) mübahisələndirmiş və bunu işdən azad olunma barədə əmrdə möhürün olmaması ilə əsaslandırmışdır. Lakin əmək kitabçasının məzmunundan müəyyən olunur ki, iddiaçı həmin müəssisədə sonradan yenidən işə qəbul edilmiş, əmək kitabçasındakı qeydlər isə eyni müəssisənin möhürü və səlahiyyətli şəxsin imzası ilə təsdiqlənmişdir. Eyni zamanda, cavabdeh orqan əmək kitabçasındakı sonrakı qeydlərin mötəbərliyini mübahisələndirmir.
33. Bu halda, eyni müəssisə daxilində aparılmış işə qəbul və işdən azad edilmə əməliyyatlarının ardıcıllığı nəzərə alındıqda, yalnız işdən azad olunma barədə qeydin möhürlə təsdiqlənməməsi formal məsələ olub işəgötürənin qüsuru kimi qiymətləndirilməli və iddiaçının ziyanına şərh edilməməlidir.
34. Məhkəmə kollegiyası tərəfindən “xxxx” QSC-nin dövlət qeydiyyatına alınmasına dair ilkin sənədlər vergi orqanından əldə edilərək yoxlanılmış və müəssisənin faktiki olaraq ##.##.2000-ci il tarixindən dövlət qeydiyyatına alınması müəyyən edilmişdir.
35. Belə olan halda ödənişsiz məzuniyyət dövrlərinin ilk 6 ayları (cəmi 1 il) və iddiaçının “xxxx” QSC-də ##.##.2000–##.##.2001-ci illərdə işlədiyi dövr nəzərə alındıqda iddiaçının ümumi iş stajı 25 ildən artıq (26 il 2 ay 2 gün) müəyyən edilir.
36. Iddiaçının xüsusi iş stajına münasibətdə isə müəyyən edilir ki, cavabdeh orqan həmin müddəti 12 il 5 ay 29 gün olaraq qəbul edir. Həmin müddətə iddiaçının “X4 məmulatları” zavodunda “rezin yığıcı”, “presləyici” və “presləyici vulkanlaşdırıcı” peşələrində işlədiyi aşağıdakı müddətlər daxildir: ##.##.1983-##.##.1983 (2 ay 14 gün), ##.##.1985-##.##.1996 (10 il 10 ay 20 gün), ##.##.1996-##.##.1996 (5 gün), ##.##.1998-##.##.1998 (2 gün), ##.##.1999-##.##.2000 (1 il 4 ay 18 gün).
37. Cavabdeh orqanın apardığı hesablamalardan göründüyü kimi iddiaçının minimum əmək haqqı ödənilməklə məzuniyyətdə olduğu dövrlər – ##.##.1996- ##.##.1996, ##.##.1996-##.##.1996, ##.##.1996-##.##.1997 (cəmi 7 ay 20 gün) – onun ümumi iş stajında nəzərə alınmasına baxmayaraq xüsusi iş stajında nəzərə alınmamışdır.
38. Faktiki olaraq iddiaçı ödənişli məzuniyyətə buraxılarkən “presləyici” peşəsində işləmiş və bu vəzifəni cavabdeh orqan ##.##.1995-##.##.1996-cı illər üzrə güzəştli iş stajını hesablayarkən zərərli sahə kimi nəzərə almışdır.
39. Belə olan halda iddiaçının minimum əmək haqqı ödənilməklə məzuniyyətdə olduğu 7 ay 20 gün müddət də, xüsusi iş stajı kimi nəzərə alınmalıdır. Həmin dövr nəzərə alındıqda isə iddiaçının 12 il 6 aylıq xüsusi iş stajı tamamlanmış olacaqdır.
40. “X4 məmulatları” zavodunun hüquqi varisi “X4” ASC ##.##.2025-ci il tarixli güzəştli arayışında qeyd etmişdir ki, İddiaçı Müseib oğlu zavodun 5№-li Pazvari qayışlar istehsal sexində ##.##.1985-ci il tarixdən ##.##.1987-ci il tarixədək pazvari qayış yığıcısı işində, qayış yığan dəzgahda pazvari qayış yığmaqla zərərli iş şəraitində və tam iş günü ərzində və ##.##.1987-ci il tarixdən həmin sexdə presləyici vəzifəsində zərərli iş şəraitində və tam iş günü ərzində yüksək hərarət altında işləyən preslərdə texnoloji proseslərə əməl etməklə, qəliblərdə rezin məmulatlarının bişirilməsi ilə məşğul olmuşdur. Gördüyü işlərin xarakterinə görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2007-ci il tarixli 12№-li Qərarına əsasən 2№-li Siyahının 8-ci bölməsinin 8.3.1 “a” bəndlərində nəzərdə tutulmuş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasına hüquq verir.
41. Göründüyü kimi iddiaçının rezin, xxxx və şin sahəsində pazvari qayış yığıcısı kimi fəaliyyəti 8.3.1-ci bəndin “a” yarımbəndində nəzərdə tutulmuş “yığım” və “kəmərlər (qayış)” sahələrinə, presləyici-vulkanlaşdırıcı fəaliyyəti isə həmin bəndin “b” yarımbəndində göstərilən “vulkanizasiya” sahəsinə aid olmuşdur.
42. Iş materiallarından görünür ki, iddiaçının “xxxx” ASC-də ##.##.2006-cı ildən sonra ##.##.2012-ci ilədək məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi 5 il 6 ay müddət (2006-1 il, 2007-7 ay, 2008-11 ay, 2009-1 il, 2010-1 il, 2011-1 il) cavabdeh orqan tərəfindən ümumi iş stajında nəzərə alınmışdır. Iddiaçının ##.##.2007-##.##.2011-ci illərdə peşəsi “presləyici vulkanlaşdırıcı” olmuş və bu peşə faktiki olaraq iddiaçının “X4 məmulatları” zavodunda ##.##.1988-##.##.1994-cü illərdə işlədiyi vəzifə ilə eyni olmuşdur.
43. Məhkəmə kollegiyasının sorğusuna cavab olaraq DVX-nin ** saylı Ərazi Vergilər Baş Idarəsi ##.##.2026-cı il tarixli məktubunda bildirmişdir ki, “xxxx” ASC24.12.2019-cu il tarixdə ləğv edilərək kommersiya qurumlarının dövlət reyestrindən çıxarılmışdır.
44. Göründüyü kimi “xxxx” ASC-nin mövcudluğuna və fəaliyyətinə hüquq və vəzifələri hüquq varisliyi qaydasında başqa şəxslərə keçmədən xitam verilmişdir (MM 59.1). Buna görə də iddiaçının əmək fəaliyyətinə dair güzəştli staj arayışın iş yerindən alınması mümkün deyildir.
45. Hazırkı qərarın 17-ci bəndində istinad edilmiş normalara əsasən, işəgötürənin fəaliyyət göstərməməsi səbəbindən güzəştli arayışın təqdim olunması mümkün olmadığından, iddiaçının işlədiyi sahə və peşənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2007-ci il tarixli, ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda göstərilənlərlə eynilik təşkil edib-etməməsi əmək kitabçası və arxiv arayışı əsasında qiymətləndirilməlidir.
46. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2007-ci il tarixli 12№-li Qərarına əsasən 2№-li Siyahının 8-ci bölməsinin 8.3.1 “b” bəndində (rezin, xxxx və şin sahəsi: vulkanizasiya) birbaşa nəzərdə tutulmuşdur.
47. Belə olan halda X6 filialının ##.##.2023-cü il tarixli arayışında qeyd edilən məlumatlar nəzərə alınmaqla iddiaçının “xxxx” ASC-də “presləyici vulkanlaşdırıcı” peşəsində işlədiyi 4 ildən artıq müddət də, onun xüsusi iş stajına daxil edilməlidir.
48. Şərh olunanları ümumiləşdirərək məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya münasibətdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün zəruri olan ümumi və xüsusi iş stajı ilə bağlı şərtlər ödənildiyindən, cavabdeh orqanın apellyasiya şikayətinin dəlilləri əsassız hesab edilməklə təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
49. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası
QƏRARA ALDI:
Cavabdeh tərəfindən verilmiş аpellyаsiyа şikаyəti təmin edilmir. Şəki Inzibati Məhkəməsinin ## ##### 2025-ci il tarixli *-*(***)-***/**** nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılır. Qərardan onun təqdim edildiyi gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.