Məhkəmə qərarları › İş №2-1(107)-446/2020

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-446/2020

20.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-446/2020 20.11.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, Zəkili Elgiz Eldəniz oğlunun katibliyi, cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeleyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Zaqatala rayon filialına qarşı "xx.xx.2015-ci ildən 2017-ci ilin iyun ayınadək olan müddət üçün ödənilməli olan pensiyanın ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair inzibatiiş üzrə Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2-1(116)-698/2020 nömrəli qərarından cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Zaqatala rayon filialı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İddiaçı xx.xx.1974-cü ildə anadan olmuş və hazırda Zaqatala şəhərində yaşayır. O, xx.xx.1991-ci ildən xx.xx.1994-cü ilədək X1 təhsil almışdır. İddiaçı xx.xx.1992-ci ildən xx.xx.1992-ci ilədək Mətbuat yayımı Zaqatala Agentliyində sürücü, xx.xx.1996-cı ildən xx.xx.1997-ci ilədək və xx.xx.1997-ci ildən xx.xx.1997-ci ilədək X6 operator, xx.xx.1997-ci ildən xx.xx.1998-ci ilədək "Ariz" firmasında fəhlə, xx.xx.2007-ci ildən xx.xx.2012-ci ilədək Xalq teatrında kassir vəzifələrində işləmiş, xx.xx.2012-ci ildən Zaqatala şəhəri 6 nömrəli klubda təşkilatçı vəzifəsində işləyir. İddiaçı xx.xx.2015-ci ildə İİ qrup əlillik dərəcəsi verilmiş və cavabdeh tərəfindən ona həmin tarixdən əlilliyə görə sosial müavinət təyin edilmişdir. İddiaçı cavabdehə ərizə ilə müraciət edərək ona əlilliyə görə əmək pensiyası təyin olunmasını xahiş etmiş, lakin cavabdeh xx.xx.2015-ci il tarixli məktubla bundan imtina etmiş və bildirmişdir ki, onun tələb olunan sığorta stajı olmadığı üçün əlilliyə görə əmək pensiyası təyin oluna bilməz. Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2-1(84)965/2017 nömrəli qərarına əsasən, İddiaçı iddiası təmin edilmiş və onun xx.xx.1991-ci ildən xx.xx.1994-cü ilədək X1 təhsil aldığı müddət sosial sığorta stajına daxil edilmişdir. Cavabdeh tərəfindən iddiaçıya xx.xx.2017-ci ildə 144,68 manat məbləğində əlilliyə görə əmək pensiyası təyin edilmiş və sosial müavinətin ödənilməsi dayandırılmışdır. Bundan sonra iddiaçı cavabdehə ərizə ilə müraciət edərək pensiyasının yenidən hesablanmasını və əlilliyin təyin olunduğu tarixdən əlilliyə görə əmək pensiyası təyin olunduğu günədək olan müddət üçün müavinətlə pensiyanın arasında olan fərqin ona ödənilməsini xahiş etmiş, lakin cavabdeh xx.xx.2018ci il tarixli 41/3339 nömrəli məktubla bundan imtina edərək bildirmişdir ki, xx.xx.2017-ci il tarixədək toplanmış 10 il 1 ay sığorta stajına əsasən, ona əlilliyə görə 144,68 manat məbləğində əmək pensiyası təyin olunmuşdur. İddiaçı cavabdehin imtinası ilə razılaşmayaraq "2014-cü ilin iyun ayından 2017-ci ilin iyun ayınadək olan müddət üçün ona ödənilməli olan pensiyanın ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" barədə iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmiş, sonra isə iddianın dəyişdirilməsi barədə ərizə verərək, xx.xx.2015-ci ildən 2017-ci ilin iyun ayınadək olan müddət üçün ödənilməli olan pensiyanın ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. O, iddia tələbini belə əsaslandırmışdır ki, İİ qrup əlillik dərəcəsi xx.xx.2015-ci ildə verildiyinə görə, ona ödənilməli olan pensiya həmin tarixdən 2017-ci ilin iyun ayınadək olan müddət üçün yenidən hesablanmalı və ödənilməlidir. Cavabdeh xx.xx.2020-ci il tarixli **********3 nömrəli məktubunda bildirmişdir ki, İddiaçı xx.xx.2015-ci ildə əlillik dərəcəsi verilmişdir. İddiaçıya həmin tarixdən xx.xx.2017-ci ilədək əlilliyə görə sosial müavinət ödənilmişdir. "X2 haqqında" Azərbaycan Respublikası Qanununun 100-cü maddəsinə əsasən, təyin olunan sosial müavinətin ödənilməsi xx.xx.2017-ci ildən dayandırılaraq, xx.xx.2017-ci ildən ona əlilliyə görə 144,68 manat məbləğində əmək pensiyası təyin olunmuşdur. Bundan başqa, "X4" Azərbaycan Respublikası Qanunu və "X2 haqqında" Azərbaycan Respublikası Qanununda bir pensiyadan başqa pensiyaya keçdikdə əlilliyin təyin edildiyi tarixdən ona pensiya hesablanması nəzərdə tutulmadığından İddiaçı əlilliyə görə əmək pensiyası müraciət etdiyi tarixdən yox, növbəti ayın 1-dən təyin olunmuşdur. Mübahisənin həlli üçün aşağıdakı sənədlər birinci instansiya məhkəməsinə təqdim olunmuşdur: İşdə olan, ИT-İ seriyalı ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, iddiaçı xx.xx.1992-ci ildən xx.xx.1992-ci ilədək Mətbuat yayımı Zaqatala Agentliyində sürücü, xx.xx.1996-cı ildən xx.xx.1997-ci ilədək və xx.xx.1997-ci ildən xx.xx.1997-ci ilədək X6 operator, xx.xx.1997-ci ildən xx.xx.1998-ci ilədək "Ariz" firmasında fəhlə, xx.xx.2007-ci ildən xx.xx.2012-ci ilədək Xalq teatrında kassir vəzifələrində işləmiş, xx.xx.2012-ci ildən Zaqatala şəhəri 6 nömrəli klubda təşkilatçı vəzifəsində işləyir. İşdə olan, Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli 21(84)- 965/2017 nömrəli qərarından görünür ki, iddiaçının xx.xx.1991-ci ildən xx.xx.1994-cü ilədək X1 təhsil aldığı müddətin onun sosial sığorta stajına daxil edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. İşdə olan, cavabdehin xx.xx.2020-ci il tarixli **********3 nömrəli məktubundan görünür ki, İddiaçı xx.xx.2015-ci ildə əlillik dərəcəsi verilmişdir. İddiaçıya həmin tarixdən xx.xx.2017-ci ilədək əlilliyə görə sosial müavinət ödənilmişdir. "X2 haqqında" Azərbaycan Respublikası Qanununun 100-cü maddəsinə əsasən, təyin olunan sosial müavinətin ödənilməsi xx.xx.2017-ci ildən dayandırılaraq, xx.xx.2017-ci ildən ona əlilliyə görə 144,68 manat məbləğində əmək pensiyası təyin olunmuşdur. Bundan başqa, "X4" Azərbaycan Respublikası Qanunu və "X2 haqqında" Azərbaycan Respublikası Qanununda bir pensiyadan başqa pensiyaya keçdikdə əlilliyin təyin edilyi tarixdən ona pensiya hesablanması nəzərdə tutulmadığından İddiaçı əlilliyə görə əmək pensiyası, müraciət etdiyi tarixdən yox, növbəti ayın 1-dən təyin olunmuşdur. İşdə olan, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Zaqatala rayon filialının xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, iddiaçıya xx.xx.2017-ci il tarixinə əlilliyə görə əmək pensiyasının təyin edilməsi üçün 9 il 4 ay sığorta stajı tələb olunurdu. Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2-1(116)-698/2020 saylı qərarı ilə (hаkim Vidadi Qasımov) iddia təmin edilmiş, İddiaçı xx.xx.2015-ci ildən 2017-ci ilin iyun ayınadək olan müddət üçün əlilliyə görə əmək pensiyasının ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Zaqatala rayon filialının üzərinə qoyulmasıqərara alınmışdır. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Zaqatala rayon filialıŞəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2-1(116)-698/2020 saylı qərarından apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətində qeyd etmişdir ki, İddiaçı Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2-1(116)-698/2020 nömrəli Məhkəmə Qərarına əsasən «İddaçı İddiaçı xx.xx.2015-ci ildən 2017-ci ilin iyun ayınadək olan müddət üçün əlilliyə görə əmək pensiyasının ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Zaqatala rayon filiflının üzərinə qoyulması» barədə qərar qəbul etmişdir. Həmin Qərardan razı deyilik. Belə ki, İddiaçı xx.xx.2015-ci il tarixdən xx.xx.2017ci il tarixədək sosial müavinət almışdır. «X2 Haqqında» Azərbaycan Respublikası Qanununun 100-cü maddəsinə əsasən iddiaçı xx.xx.2017-ci il tarixində əlilliyə görə əmək pensiyası təyin edilməsi üçün müraciət etmiş və ona həmin Qanunun 100-cü maddəsinə əsasən xx.xx.2017-ci il tarixdən əlilliyə görə əmək pensiyası təyin edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 2017-ci il 11 dekabr tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş «X4» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi qaydalarının 6.2-ci bəndinə əsasən pensiyanın bir növündən dipər növünə keçdikdə yeni növ pensiya növbəti ayın 1-dən ödənilir. Odur ki, Dövlət Sosial Müdafiə Fondunun Zaqatala rayon filialı yuxarıda qeyd edilənləri nəzərə alaraq İddiaçı Zəhid oğluna Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2-1(116)-698/2020 nömrəli qərarının ləğv edilməsini və iddiaçının iddia tələbinin təmin olunmaması barədə yeni qərar qəbul edilməsini xahiş edirik. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X5 apellyasiya şikayətinin təmin edilməsini və Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2-1(116)-698/2020 nömrəli iş üzrə qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq İddiaçı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası İddiaçı iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin (bundan sonra Azərbаycаn Respublikаsının İPM və ya İPM) 62.3-cü mаddəsi). Əsaslandırma hissəsi Cavabdehin apellyasiya şikayəti uğurlu sayılmır. Belə ki, o, mahiyyət etibarı ilə əsaslı deyildir. Ona görə də, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İPM-in 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İşdən göründüyü kimi, tərəflər arasında olan mübahisə iddiaçıya əlilliyə görə əmək pensiyasının hansı tarixdən başlayaraq ödənilməsi ilə əlaqədardır. İddiaçı pensiyanın əlilliyin müəyyən olunduğu tarixdən, cavabdeh isə şəxsin müraciət etdiyi tarixdən sonrakı ayın 1-dən təyin edilməli olduğunu bildirir. İddiaçının pensiya hüququnun olub-olmaması ilə bağlı tərəflər arasında mübahisə yoxdur. İddiaçının əlilliyi xx.xx.2015-ci ildə müəyyən edilmişdir. "X4" Azərbaycan Respublikası Qanununun 32.2-ci maddəsinin həmin vaxt qüvvədə olmuş redaksiyasında deyilirdi ki, əlilliyə görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında əlilliyin və ya 18 yaşınadək sağlamlıq imkanları məhdudluğunun müəyyən olunduğu gündən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi bütün əlillik və ya sağlamlıq imkanlarının məhdudluğu dövrü üçün, bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmış şəxslərə isə ömürlük təyin edilir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, həmin normada əlilliyə görə əmək pensiyasının təyin olunmasının başlanğıcı kimi əlilliyin müəyyən olunduğu gün nəzərdə tutulmuşdur. Həmin maddədə xx.xx.2017-ci ildə dəyişiklik edilsə də, iddiaçıya münasibətdə maddənin məhz əvvəlki, yəni mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olmuş mətni tətbiq edilməlidir. Belə olan halda, iddiaçı əlilliyin müəyyən olunduğu xx.xx.2015-ci ildən pensiya təyin olunduğu tarixədək olan müddət üçün əlilliyə görə əmək pensiyasının ona ödənilməsini tələb etməkdə haqlıdır. Lakin bu zaman həmin müddətdə ona ödənilmiş sosial müavinətin məbləği ödənilməli olan pensiyanın məbləğindən yaranmış fərqə münasibət olaraq çıxılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün yetərli deyildir, onа görə də, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya şikayəti təmin edilməməli və qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası Qərаrа аldı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Zaqatala rayon filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2-1(116)-698/2020 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar