Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-446/2021 21.12.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu; Hakimlər – Rəfiyev Rövşən Rafiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi - Əhmədli Mətin Əsgər oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə, Üçüncü şəxs “Elşən-96” kəndli təsərrüfatı nümayəndəsi X1 və onun vəkili X3 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdehnə qarşı (üçüncü şəxslər: “Elşən-96” və "xxxx" kəndli təsərrüfatı, “Bulaqlar” X5 və Yevlax bələdiyyəsi) “Cavabdeh başçısının “Elşən-96” kəndli (fermer) təsərrüfatının yaradılması barədə 15.04.1996-cı il tarixli 55 saylı sərəncamının, həmin sərəncam əsasında “Elşən-96” kəndli (fermer) təsərrüfatının adına Cavabdeh başçısı tərəfindən verilən “torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna dair” tarixi və kodu olmayan A-001332 saylı dövlət aktının və Cavabdeh başçısının "xxxx" kəndli (fermer) təsərrüfatının yaradılması barədə 07.06.1996-cı il tarixli 84 saylı sərəncamının və həmin sərəncam əsasında "xxxx" kəndli (fermer) təsərrüfatının adına Cavabdeh başçısı tərəfindən verilən “torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna dair” tarixi və kodu olmayan A-004865 saylı dövlət aktının və Cavabdeh başçısının 09.04.1996-cı il tarixli 51 saylı sərəncamının ləğv olunması tələbinə dair” inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 10 sentyabr 2021-ci il tarixli, 2-1(116)-606/2021 saylı qərardadından İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi: Təsviri hissə: İddiaçı MMC Cavabdehnə qarşı (üçüncü şəxslər: “Elşən-96” və "xxxx" kəndli təsərrüfatı) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Cavabdeh başçısının “Elşən-96” kəndli (fermer) təsərrüfatının yaradılması barədə 15.04.1996-cı il tarixli 55 saylı sərəncamının, həmin sərəncam əsasında “Elşən-96” kəndli (fermer) təsərrüfatının adına Cavabdeh başçısı tərəfindən verilən “torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna dair” tarixi və kodu olmayan A-001332 saylı dövlət aktının və Cavabdeh başçısının "xxxx" kəndli (fermer) təsərrüfatının yaradılması barədə 07.06.1996-cı il tarixli 84 saylı sərəncamının və həmin sərəncam əsasında "xxxx" kəndli (fermer) təsərrüfatının adına Cavabdeh başçısı tərəfindən verilən “torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna dair” tarixi və kodu olmayan A-004865 saylı dövlət aktının etibarsız hesab edilməsinə (ləğv olunmasına) dair “ qərar qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən iddiaçıya 23.02.2021-ci il tarixdə hüquqi yardım barədə məktub ünvanlanmış və iddianın növünün dəqiqləşdirilməsi iddiaçıya təklif edilmişdir. İddiaçının nümayəndəsi Nümayəndə 09.03.2021-ci il tarixdə nöqsanların aradan qaldırıldığı iddia ərizəsini məhkəməyə təqdim edərək mübahisələndirdiyi sərəncamların ləğv edilməsini xahiş etmişdir. Eyni zamanda İddiaçı MMC Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Cavabdeh başçısının 09.04.1996-cı il tarixli 51 saylı sərəncamının etibarsız hesab edilməsinə dair qərar qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şəki İnzibati Məhkəməsinin 07.04.2021-ci il tarixli 2-1(116)-423/2021 nömrəli qərardadı ilə iş üzrə “Elşən-96” X5, "xxxx" Kəndli Təsərrüfatı MMC (əvvəlki adı "xxxx" X5), “Bulaqlar” X5 və Yevlax bələdiyyəsi üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. İş üzrə üçüncü şəxslər "Elşən-96" kəndli (fermer) təsərrüfatı və "xxxx" MMC tərəfindən məhkəmənin hakimi X2 etirazlar verilmiş, Məhkəmənin 21.05.2021-ci il tarixli, 2- 1(116)-423/2021 nömrəli qərardadı ilə üçüncü şəxs "Elşən-96" kəndli (fermer) təsərrüfatı tərəfindən Şəki İnzibati Məhkəməsinin hakimi X2 verilmiş etiraz təmin edilmiş, üçüncü şəxs "xxxx" MMC-nin etirazı isə təmin edilməmişdir. İddiaçı MMC daha sonra iddianın növünü dəyişərək “Cavabdeh başçısının 09.04.1996-cı il tarixli 51 saylı sərəncamının ləğv edilməsi barədə” qərar qəbul edilməsini xahiş etmişdir. Şəki İnzibati Məhkəməsinin 26.07.2021-ci il tarixli iclas protokolunun qərardadı ilə dəyişdirilmiş iddia ərizəsi məhkəmənin icraatına qəbul edilmişdir. İddiaçı MMC-nin "xxxx" ASC-nin iş üzrə üçüncü şəxs qismində cəlb edilməsi barədə vəsatət vermiş, Şəki İnzibati Məhkəməsinin 26.07.2021-ci il tarixli iclas protokolunun qərardadı ilə vəsatət təmin edilməmişdir. Şəki İnzibati Məhkəməsinin 26.07.2021-ci il tarixli, 2-1(116)-423/2021 nömrəli qərardadına əsasən 2-1(116)-423/2021 nömrə ilə qeydə alınmış İddiaçı MMC-nin Cavabdehnə qarşı “Cavabdeh başçısının 09.04.1996-cı il tarixli 51 saylı sərəncamının ləğv edilməsi” barədə iddia tələbi, 2-1(116)-606/2021 nömrə ilə qeydə alınmış, İddiaçı MMC Cavabdehnə qarşı (üçüncü şəxslər: “Elşən-96” və "xxxx" kəndli təsərrüfatı), “Elşən- 96” kəndli (fermer) təsərrüfatının yaradılması barədə 15.04.1996-cı il tarixli 55 saylı sərəncamının, həmin sərəncam əsasında “Elşən-96” kəndli (fermer) təsərrüfatının adına Cavabdeh başçısı tərəfindən verilən “torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna dair” tarixi və kodu olmayan A-001332 saylı dövlət aktının və Cavabdeh başçısının "xxxx" kəndli (fermer) təsərrüfatının yaradılması barədə 07.06.1996-cı il tarixli 84 saylı sərəncamının və həmin sərəncam əsasında "xxxx" kəndli (fermer) təsərrüfatının adına Cavabdeh başçısı tərəfindən verilən “torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna dair” tarixi və kodu olmayan A-004865 saylı dövlət aktının ləğv olunması” barədə inzibati işə birləşdirilmiş və 2-1(116)-423/2021 saylı inzibati iş üzrə icraata xitam verilmişdir. Şəki İnzibati Məhkəməsi tərəfindən iddiaçıya 08.06.2021 və 30.07.2021-ci il tarixli hüquqi yardımla bağlı məktublarda, həmçinin işin hallarının müzakirəsi ilə əlaqədar keçirilmiş 29.06.2021 və 26.07.2021-ci il tarixli məhkəmə hazırlıq iclaslarında hazırki iş üzrə inzibati məhkəmə icraatının mümkünsüzlüyü, iddia ərizəsinin verilməsi üçün İPM-in 38.1-ci maddəsində nəzərdə tutulmuş 30 günlük iddia müddətinin buraxılması iddiaçının nəzərinə çatdırılmış, iddiaçının müddətin bərpasına dair ərizə ilə məhkəməyə müraciət etmək hüququnun olması və mübahisələndirilən dövlət aktlarının ləğvinin həmin aktların verilməsinə əsas olmuş sərəncamların ləğvi məsələsindən asılı olması izah edilmiş, Cavabdeh 15.04.1996-cı il tarixli 55 saylı və 07.06.1996-cı il tarixli, 84 saylı sərəncamlarının mübahisələndirilməsi üçün iddia müddəti 1 ildən artıq buraxıldığından, həmin müddətin bərpa edilməsi üçün müddətin buraxılmasının səbəblərinin təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olmasına dair, Cavabdeh başçısının 09.04.1996-cı il tarixli 51 saylı sərəncamının mübahisələndirilməsi üçün İPM-nin 38.1-ci maddəsində nəzərdə tutulmuş 30 günlük iddia müddətinin iddiaçının təqsiri olmadan buraxılması ilə bağlı məhkəməyə sübutların təqdim edilməli olduğu bildirilmiş və sonuncu dəfə 5 gün müddət təyin edilmişdir. 26.07.2021-ci il tarixdə keçirilmiş birinci instansiya məhkəməsinin hazırlıq iclasında iddiaçının nümayəndəsi Nümayəndə səhhəti ilə bağlı xəstəxanada olduğu və həmin ərəfədə qohumu vəfat etdiyinə görə 29.06.2021-ci il tarixdə götürdüyü sənədlərlə iki gün əvvəl tanış olduğunu, ona görə də məhkəmə tərəfindən əvvəllər təqdim edilmiş, iddia müddətinin ötürülməsi ilə bağlı məhkəmənin hüquqi mövqeyinə münasibət bildirə bilmədiyini, əlavə olaraq vaxt verilərsə iddia müddətinin ötürülməsi məsələsi ilə bağlı mövqeyini bildirəcəyini qeyd etmiş, həmçinin bildirmişdir ki, iddia müddətinin buraxılması ilə razılaşmır, belə ki, müvafiq dövlət aktlarının ləğvi ilə bağlı məhkəmədə iddia qaldırarkən mübahisələndirdiyi sərəncamlar onda olsa da, o, həmin sərəncamların qanunsuz olduğunu sonradan öyrənmişdir. Bildiyi andan da məhkəmədə iddia qaldırmışdır. “Elşən- 96” kəndli (fermer) təsərrüfatının və "xxxx" kəndli (fermer) təsərrüfatının qaldırdığı iddialarda tərəf olması və iş materialları ilə tanış olmasına gəldikdə isə, həmin işlər üzrə iş materialları ilə tanış olması ilə bağlı məhkəməyə ərizə verməsi və imzalaması heç də o demək deyil ki, o, həmin sərəncamları əldə etmişdir və məhkəmə tərəfindən ona sənədlər təqdim edilmişdir. Ona görə də iddia müddətinin ötürülməsi ilə bağlı birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmamışdır. Üçüncü şəxslər “Elşən-96” və "xxxx" kəndli təsərrüfatı MMC-nin nümayəndəsi və vəkili X6 birinci instansiya məəəhkəməsinə təqdim etdiyi “iddianın mümkün sayılmaması” barədə ərizəsində qeyd etmişdir ki, hazırki iddianın qaldırılması üçün iddiaçının subyektiv hüququ olmamışdır və iddianın qaldırılması üçün İPM-in 38.1-ci maddəsində nəzərdə tutulmuş 30 günlük iddia müddəti buraxılmışdır. Odur ki, məhkəmədən iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsi xahiş edilmişdir. Şəki İnzibаti Məhkəməsinin (hakim Vüqar Musayev) 10 sentyabr 2021-ci il tarixli, 2- 1(116)-606/2021 saylı qərardadı ilə İddiaçı MMC-nin Cavabdehnə qarşı (üçüncü şəxslər: “Elşən-96”, "xxxx" kəndli təsərrüfatı, “Bulaqlar” X5 və Yevlax bələdiyyəsi) “Cavabdeh başçısının Elşən-96” kəndli (fermer) təsərrüfatının yaradılması barədə 15.04.1996-cı il tarixli 55 saylı sərəncamının, həmin sərəncam əsasında “Elşən-96” kəndli (fermer) təsərrüfatının adına Cavabdeh başçısı tərəfindən verilən “torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna dair” tarixi və kodu olmayan A-001332 saylı dövlət aktının və Cavabdeh başçısının "xxxx" kəndli (fermer) təsərrüfatının yaradılması barədə 07.06.1996cı il tarixli 84 saylı sərəncamının və həmin sərəncam əsasında "xxxx" kəndli (fermer) təsərrüfatının adına Cavabdeh başçısı tərəfindən verilən “torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna dair” tarixi və kodu olmayan A-004865 saylı dövlət aktının və Cavabdeh başçısının 09.04.1996-cı il tarixli 51 saylı sərəncamının ləğv olunması barədə” iddia ərizəsi mümkün sayılmamışdır. İddiaçı MMC аpеllyаsiyа şikаyəti verərək Şəki İnzibati Məhkəməsinin 10 sentyabr 2021-ci il tarixli, 2-1(116)-606/2021 saylı qərardadının ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, 01 Noyabr 2020-ci il tarixli, 2- 1(116)-423/2021 saylı iş üzrə ilk iddia ərizələri 20.11.2020-ci il tarixdə məhkəməyə təqdim edilmiş, 07.04.2021-ci il tarixinədək iddia ərizəyə baxılmağa başlanılmamış və heç bir prosessual hərəkət edilməmişdir. 07.04.2021-ci il tarixli prosesdə məhkəmənin sorğusu nəticəsində AR Dövlət Arxivinin 16.02.2021. tarixli DA-00117-2021 saylı cavab məktubun ilə təqdim etdiyi 128.0 ha torpaq sahəsi 142 saylı Yevlax peşə məktəbinin daimi istifadəsinə verilməsinə dair Azərbaycan SSR Nazirlər Sovetinin 08.07.1976-ci il tarixli 233 saylı qərarı və ona aid digər materiallar onlara (iddiaçıya) təqdim edildi və heç bir əsas olmadan “Elşən-96”, “Amil-96“ və “Bulaqlar“ kəndli (fermer) təsərrüfatları 3-cü şəxs qismində işə cəlb olundular. Şəki Apellyasiya Məhkəməsi işlərə ayrılıqda baxılmalı olduğunu bildirməsinə baxmayaraq məhkəmə yenə də iclas keçirmədən iddiaçı tərəfin münasibətini öyrənmədən və qərardad çıxarmadan işləri birləşdirmişdir. Onların 27.07.2021-ci il tarixli müraciətləri və yazılı münasibətlərindən sonra mübahisəli 26.07.2021-ci il tarixli 2-1(116)-423/2021 saylı qərardad çıxarılmışdır. İddia tələbinin biri İcra Hakimiyyəti başçısının Nazirlər Kabinetinin qərarının ləğv etməklə peşə məktəbinin daimi istifadəsində olan torpaq sahəsinin peşə məktəbindən alınıb İH-nın ehtiyyat torpaq fonduna daxil edilməsinə dair sərəncamının mübahisələndirilməsidirsə, digər tələblər təsərrüfatların yaradılmalarına dair sərəncamların və bu sərəncamlar əsasında verilmiş dövlət aktlarının mübahisələndirilmələrinə dair iddia tələbləridir. Göründüyü kimi iddia tələbləri fərqli tələblərdir, hər biri də kifayət qədər dəlillərdən ibarətdir. Bu qədər dəlillərin bir icraatda birləşdirilərək araşdırılması bir dastandır. Sadəcə məhkəmə qabaqcadan işləri iddia növləri və yardım bahanəsi ilə dolaşığa saldığını, habelə mümkünsüz sayacağını planlaşdırdığına görə birləşdirmək mövqeyini seçmişdir. İşləri məqsədli olaraq birləşdirib mümkünsüz etməklə onların məhkəməyə müraciət və işlərinin araşdırılması hüququqlarını pozmudur. Məhkəmə qərardadı onunla əsaslandırır ki, guya onlar işlərin birləşdirilməsinin əleyhinə olmaqla və müxtəlif iddia tələblərinə ayrıca icraatda baxılmaqla mübahisənin tez bir zamanda həll olunmasını istəmir və ayrıca baxılmaqla işlərə baxılmasına uzadılmasına da maraqlı olmuş olurlar. Mübahisəli sərəncamlar veriləndə onların hüquqlarına toxunmayıb. Onların hüquqları mübahisəli sərəncamlardan 14 il sonra yaranıb. Mübahisəli sərəncamlar qanunsuz və əsassız olduqlarına görə hüquq faktı yaratmamış və 3-cü şəxslər üçün hüquq yaratmadığına görə reallaşmamışdır. Onların qanuni hüquqları yaranandan 6 il sonra 3-cü şəxslər peyda olmuş və 9 ildən sonra iddia qaldırmışlar. Onların subyektiv hüquqları olmadıqlarına görə vaxtında iddia qaldıra bilməmişlər. 3-cü şəxslərin qaldırdıqları qanunsuz və əsassız iddia tələblərinə heç subyektiv hüquqları da olmadıqları halda təəssüf ki, məhkəmə icraata götürmüş, icraata götürüldüyünə görə onlar bu iddiaları qaldırmaq məcburiyyətində qalmışlar. Qeyd olunan səbəblərə görə də onlar öz iddialarının uzadılmasında maraqlı ola bilmərik. Onlar 2-1(116)-423/2021 saylı iş üzrə iddia ərizəsini məhkəməyə 2020-ci ilin noyabr ayında, 2-1(116)-606/2021 saylı iş üzrə iddia ərizəsini 2021-ci ilin yanvar ayında təqdim etmişlər. Məhkəmə iddia ərizəsinin birinə 8 ay, digərini isə 6 ay ləngidəndən sonra baxmağa başlamışdır. Bununla da sübut olunur ki, məhkəmənin özü işlərə baxılmasını yubatmışdır. Göstərilənlərə əsasən iş üzrə Şəki İnzibati Məhkəməsinin 10 sentyabr 2021-ci il tarixli, 2-1(116)-606/2021 saylı qərardadının ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Proses iştirakçılarının izahatları: Məhkəmə kollegiyası iclasında iştirak edən İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin məzmununa uyğun olaraq şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasında iştirak edən üçüncü şəxs “Elşən-96” kəndli təsərrüfatı nümayəndəsi X1 və onun vəkili X6 hər biri ayrı-ayrılıqda apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdilər. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Cavabdeh, üçüncü şəxslər "xxxx" X5, “Bulaqlar” X5 və Yevlax Bələdiyyəsinin nümayəndələri məhkəmə iclasına gəlməmiş, gəlməməyin üzrlü səbəbdən olması haqqında məlumat verməmişlər. Üçüncü şəxs Yevlax Bələdiyyəsi məktubla məhkəməyə müraciət edərək üzrlü səbəbdən iştirak edə bilməyəcəkləri üçün işə iştirakalrı olmadan baxılmasına etiraz etmədiklərini bildirmişlər. Məhkəmə kollegiyası onların nümayəndələrinin iştirakları olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etdi. Məhkəmə araşdırmasının predmetini təşkil edən, aşağıda göstərilən sənədlərin məzmununa istinad olunur: - Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 07.12.2020-ci il tarixli 21(107)-455/2020 saylı qərardadı və həmin iş üzrə ilkin iddia tələbi ilə məhkəməyə müraciət edərkən iddiaçı tərəfindən təqdim edilmiş ilkin iddia ərizəsinin surəti, - İddiaçı MMC Cavabdehnə qarşı “Cavabdeh başçısının 09.04.1996-cı il tarixli 51 saylı sərəncamının etibarsız hesab edilməsinə dair iddia ərizəsinin surəti, - İddiaçı "xxxx" MMC-nin cavabdeh Yevlax Bələdiyyəsinə, üçüncü şəxs İddiaçı MMC və DƏDRX-nin 17 saylı Əİ-nə qarşı qaldırdığı “Yevlax Bələdiyyəsinin açıq müsabiqənin (hərracın) keçirilməsi barədə 08.04.2011-ci il tarixli 06 saylı qərarının ləğv edilməsi” barədə iddia ərizəsinin surəti, - İddiaçı “Bulaqlar” X5nın cavabdeh Yevlax Bələdiyyəsinə, üçüncü şəxs İddiaçı MMC və DƏDRX-nin 17 saylı Əİ-nə qarşı qaldırdığı “Yevlax Bələdiyyəsinin açıq müsabiqənin (hərracın) keçirilməsi barədə 08.04.2011-ci il tarixli 06 saylı qərarının iddiaçıya aid hissədə ləğv edilməsi” barədə iddia ərizəsi və inzibati iş üzrə iddiaçının iş materialları ilə 19.02.2020-ci il tarixdə tanış olması barədə ərizəsinin surəti. Əsaslandırma hissəsi: Azərbаycаn Respublikаsının İnzibati Prosessual Məcəlləsinin 82-ci mаddəsinə əsаsən, аpellyаsiyа instаnsiyаsı məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə bаxır. Apellyаsiyа instаnsiyаsı məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Həmin Məcəllənin 80-ci mаddəsinə əsasən, barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə tədqiq edib qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Şəki İnzibati Məhkəməsinin 10 sentyabr 2021-ci il tarixli, 2-1(116)-606/2021 saylı qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Birinci instansiya məhkəməsi qərardadında göstərmişdir ki, hazırkı mübahisələndirmə haqqında iddia - bu növ iddianın xüsusi mümkünlük şərtlərinə, yəni, iddianın qanunla müəyyən olunmuş 30 (otuz) günlük iddia müddəti ərzində qaldırılması tələbinə cavab vermir. İddiaçı mübahisə predmeti olan qərarlara qarşı yönəlmiş tələbini qanunverciliklə müəyyən edilmiş (İPM 38.1.m) 30 günlük iddia müddətində irəli sürməmişdir. Bu səbəbdən də, iddia mümkün sayıla bilməz. İş materiallarında olan, Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 07.12.2020-ci il tarixli 2-1(107)-455/2020 saylı qərardadı və həmin iş üzrə ilkin iddia tələbi ilə məhkəməyə müraciət edilərkən iddiaçı tərəfindən təqdim edilmiş ilkin iddia ərizəsinin surətindən görünür ki, iddiaçı 17.12.2019-cu il tarixdə “Elşən-96” kəndli (fermer) təsərrüfatına məxsus A-001332 nömrəli Dövlət Aktının ləğv olunması” barədə iddia tələbi ilə məhkəməyə müraciət edərkən, iddia ərizəsində həmin aktın Cavabdeh Başçısının 15.04.1996-cı il tarixli 55 saylı sərəncamı əsasında verilməsini qeyd etmiş, iddia ərizəsinin 2-ci səhifəsində müvafiq sərəncamın 6-cı bəndinin məzmununu xüsusi olaraq qeyd etməklə sərəncamın onda olmasını və məzmunundan xəbərdar olmasını göstərmişdir. İş üzrə qəbul edilmiş və iddiaçıya təqdim edilmiş məhkəmə aktlarında Cavabdeh Başçısının 15.04.1996-cı il tarixli 55 saylı sərəncamından bəhs edilmiş və iddiaçının ilkin olaraq həmin sərəncamı mübahisələndirməli olduğu qeyd edilmişdir. İş materiallarında olan, İddiaçı MMC-nin Cavabdehnə qarşı “Cavabdeh başçısının 09.04.1996-cı il tarixli 51 saylı sərəncamının etibarsız hesab edilməsinə dair iddia ərizəsinin surətindən görünür ki, həmin iş üzrə iddia ərizəsinə əlavə edilmiş sənədlərin siyahısında “qoşma” olaraq göstərilmiş sənədlərin 7-ci bəndində “Yevlax ŞİHB-nın 15.04.1996-cı il tarixli 55 saylı, 07.06.1996-cı il tarixli 84 saylı və 09.08.1996-cı il tarixli 112 saylı sərəncamların surətləri” qeyd edilmişdir. İş materiallarında olan, iddiaçı “Bulaqlar” X5nın cavabdeh Yevlax Bələdiyyəsinə, üçüncü şəxs İddiaçı MMC və DƏDRX-nin 17 saylı Əİ-nə qarşı qaldırdığı “Yevlax Bələdiyyəsinin açıq müsabiqənin (hərracın) keçirilməsi barədə 08.04.2011-ci il tarixli 06 saylı qərarının iddiaçıya aid hissədə ləğv edilməsi” barədə inzibati iş üzrə iddiaçının iş materialları ilə 19.02.2020-ci il tarixdə tanış olması barədə ərizəsinin surətindən görünür ki, iddiaçı “Bulaqlar” X5 müvafiq iddia ərizəsi ilə 10.12.2019-cu il tarixdə Şəki İnzibati Məhkəməsinə müraciət edərkən müvafiq iddia ərizəsində və ona əlavə edilən sənədlərdə hazırda mübahisələndirilən Cavabdeh başçısının 09.04.1996-cı il tarixli 51 saylı sərəncamına istinad edilmiş, həmin iş üzrə İddiaçı MMC üçüncü şəxs qismində cəlb olunmuş, iddia ərizəsinin surəti İddiaçı MMC-yə təqdim olunmuş və İddiaçı MMC-nin nümayəndəsi iş materialları ilə 19.02.2020-ci il tarixdə tanış olaraq sənədlərin surətini əldə etmişdir. İş materiallarında olan, iddiaçı "xxxx" MMC-nin cavabdeh Yevlax Bələdiyyəsinə, üçüncü şəxs İddiaçı MMC və DƏDRX-nin 17 saylı Əİ-yə qarşı qaldırdığı “Yevlax Bələdiyyəsinin açıq müsabiqənin (hərracın) keçirilməsi barədə 08.04.2011-ci il tarixli 06 saylı qərarının ləğv edilməsi” barədə iddia ərizəsinin surətindən görünür ki, iddia ərizəsi ilə 07.10.2019-cu il tarixdə Şəki İnzibati Məhkəməsinə müraciət edilərkən müvafiq iddia ərizəsində və ona əlavə edilən sənədlərdə hazırda mübahisələndirilən Cavabdeh başçısının "xxxx" kəndli (fermer) təsərrüfatının yaradılması barədə 07.06.1996-cı il tarixli 84 saylı sərəncamına istinad edilmiş, həmin iş üzrə İddiaçı MMC üçüncü şəxs qismində cəlb olunmuş, iddia ərizəsinin surəti iddiaçının nümayəndəsinə təqdim olunmuş və o, iş materialları ilə tanış olmuşdur. Beləliklə iş materialları ilə müəyyən olunur ki, iddiaçının: - Cavabdeh Başçısının “Elşən-96” kəndli (fermer) təsərrüfatının yaradılması barədə 15.04.1996-cı il tarixli 55 saylı sərəncamının mövcudluğundan ən geci 17.12.2019-cu il tarixdə (iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən) məlumatı olmuş, lakin, müvafiq sərəncamın ləğvi ilə bağlı iddia ərizəsini 1 il 2 ay sonra, 18.02.2021ci il tarixdə Şəki İnzibati Məhkəməsinə təqdim etmişdir. - Cavabdeh başçısının "xxxx" kəndli (fermer) təsərrüfatının yaradılması barədə 07.06.1996-cı il tarixli 84 saylı sərəncamından 2019-cu ildə, ən geci isə 20.11.2020-ci il tarixdə məlumatı olmuşdur. Müvafiq sərəncamdan iddiaçının ən geci 20.11.2020-ci ildə məlumatının olduğu (Cavabdeh başçısının 09.04.1996-cı il tarixli 51 saylı sərəncamını mübahisələndirərəkən iddia ərizəsində qoşma olaraq qeyd edilib) qəbul edilsə belə, yenə də İPM-nin 38.1-ci maddəsində nəzərdə tutulmuş 30 günlük iddia müddəti buraxılmış olur. Belə ki, bu halda da iddiaçı müvafiq sərəncamı 30.11.2020-ci il tarixədək mübahisələndirməli idi. Lakin, müvafiq iddia ərizəsi 18.02.2021-ci il tarixdə Şəki İnzibati Məhkəməsinə təqdim edilmişdir. - Cavabdeh başçısının 09.04.1996-cı il tarixli 51 saylı sərəncamının mövcudluğundan ən geci 19.02.2020-ci il tarixdə məlumatı olmuş, lakin, müvafiq sərəncamın ləğvi ilə bağlı iddia ərizəsini 8 ay keçdikdən sonra yəni, 20.11.2020-ci il tarixdə Şəki İnzibati Məhkəməsinə təqdim etmişdir. Mübahisələndirilən inzibati aktlardan məhkəməyə şikayət verilməsi müddəti Azərbaycan Respublikası İnzibati Prossesual Məcəllənin 38.1-ci maddəsinə əsasən tənzimlənir. Belə ki, qeyd olunan normaya əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. İnzibati aktın təqdim edilməsi və ya elan edilməsi ilə bağlı mübahisə yarandığı halda hər bir halda maraqlı şəxsin hansı qaydada inzibati aktdan məlumatlı olduğu bilinməlidir. İş materialları ilə sübut olunur ki, hazırda mübahisələndirilən, Cavabdeh başçısının 15.04.1996-cı il tarixli 55 saylı, 07.06.1996-cı il tarixli 84 saylı və 09.04.1996-cı il tarixli 51 saylı sərəncamlarından iddiaçının ən geci yuxarıda qeyd edilmiş tarixlərdə məlumatı olmasına (məhkəmə icraatı zamanı iş materialları ilə tanış olmaqla, habelə məhkəmənin göndərdiyi sənədləri qəbul etməklə, inzibati orqandan əldə etməklə) baxmayaraq həmin inzibati aktların mübahisələndirilməsi ilə bağlı iddia ərizələri İPM-nin 38.1-ci maddəsində nəzərdə tutulmuş 30 günlük iddia müddəti ötürüldükdən sonra verilmişdir. Sənədin maraqlı şəxsə təqdim olunmasında qanunvericinin əsl məqsədi şəxsin, onun barəsində çıxarılmış inzibati aktın qəbul olunmasının faktiki və qanuni əsasları, eləcə də hüquqi müdafiə vasitələri barədə tam, dəqiq və dürüst məlumatın əldə edilməsindən ibarətdir... (Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 02.07.2019-cu il tarixli, 2-1(102)-1909/2019 saylı qərarında əks olunmuş hüquqi mövqe). İddiaçı müvafiq sərəncamların onda olmamasını deyil, həmin sərəncamların qanunsuz olmasını sonradan öyrənməsini, o cümlədən məhkəmədə iş materialları ilə tanış olmasına baxmayaraq həmin sənədlərin surətini əldə etmədiyini bildirir. Birinci instansiya məhkəməsi iddiaçının həmin dəlili ilə razılaşmamışdır. Belə ki, iddiaçının mübahisələndirdiyi sərəncamları əldə etdiyi halda, məhkəməyə yanlış iddia tələbi ilə müraciət etməsi, həmçinin mübahisələndirdiyi sərəncamların mahiyyətini gec dərk etməsi onu İPM-nin 38.1-ci maddəsində nəzərdə tutulmuş 30 günlük iddia müddətinə əməl etməsi vəzifəsindən azad etmir. Belə ki, mübahisələndirilən sərəncamlardan: Cavabdeh başçısının 15.04.1996-cı il tarixli 55 saylı və 07.06.1996-cı il tarixli 84 saylı sərəncamlarını iddiaçı məhkəməyə ünvanladığı iddia ərizələrinə özü qoşma olaraq əlavə etmişdir və həmin sərəncamların yuxarıda qeyd edilən tarixlərdə iddiaçıda olması heç bir şübhə doğurmur. Belə ki, iddiaçı faktiki olaraq özündə olmayan sərəncamları “qoşma” olaraq iddia ərizəsində göstərə bilməzdi. Cavabdeh başçısının 09.04.1996-cı il tarixli 51 saylı sərəncamını isə iddiaçı “Bulaqlar” X5nın cavabdeh Yevlax Bələdiyyəsinə, üçüncü şəxs İddiaçı MMC və DƏDRXnin 17 saylı Əİ-nə qarşı qaldırdığı iddia tələbi üzrə iş materialları ilə 19.02.2020-ci il tarixdə tanış olaraq, sənədlərin surətini götürməklə əldə etmişdir. Qeyd edilən sərəncamın məhkəmədə iş materialları ilə tanış olduqdan sonra mübahisələndirməsi də onu göstərir ki, ona müvafiq sənədlər faktiki olaraq verilmiş, lakin iddiaçı tərəf onda olan sənədlərin (sərəncamların) hüquqi mahiyyətini başa düşmədiyinə görə qanunvericiliklə müəyyən edilmiş müddət ərzində mübahisələndirməmişdir. Bu isə İPM-nin 38.1-ci maddəsində nəzərdə tutulmuş 30 günlük iddia müddətinin buraxılmasına əsas verə bilməz. Azərbaycan Respublikası İPM-nin 24.1-ci maddəsinə əsasən, müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir; Həmin Məcəllənin 24.2-ci maddəsinə əsasən, buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır; Həmin Məcəllənin 24.3-ci maddəsinə əsasən, ərizənin verilməsi ilə eyni vaxtda müddəti buraxılmış prosessual hərəkət də edilməlidir. Həmin Məcəllənin 24.4-cü maddəsinə əsasən, təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. Bundan başqa, birinci instansiya məhkəməsi öz qərardadında qeyd etmişdir ki, qeyd olunan normalara əsasən, prosessual müddətlər buraxıldığı təqdirdə onların bərpa edilməsi imkanı nəzərdə tutulsa da, bunun üçün müddəti buraxmış şəxs müddətin onun təqsiri olmadan buraxılması halları barədə bildirməli və bu halları əsaslandırmalıdır. Bu isə o anlamı yaradır ki, müddətə riayət etməmiş şəxs sübut etməlidir ki, müəyyən edilmiş müddətin ötürülməsi üzürlü səbəbdən baş vermiş, o cümlədən, müddətin buraxılması təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olmuşdur və bu hallar bilavasitə onun iradəsindən asılı olmamışdır. İddiaçı MMC-nin nümayəndəsi məhkəmənin hüquqi yardımla bağlı məktublarını poçt vasitəsilə qəbul etməsinə və keçirilən məhkəmə hazırlıq iclaslarında iştirak etməsinə baxmayaraq, ötən müddət ərzində inzibati aktların mübahisələndirilməsi üçün iddia müddətinin bərpası barədə ərizə ilə müraciət etməmiş, İPM-nin 38.1-ci maddəsində nəzərdə tutulmuş 30 günlük iddia müddətinin buraxılmasının səbəblərinin təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olmasına, habelə iddia müddətinin iddiaçının təqsiri olmadan buraxılmasına dair sübutlar təqdim etməmişdir. İddiaçı, birinci instansiya məhkəməsinin sonuncu hüquqi yardımla bağlı məktubuna cavab olaraq isə bildirmişdir ki, məhkəmənin iddianın növünün seçilməsi ilə bağlı yardımı olmadığına görə iddia növünün seçə bilməmişdir və bir neçə iş günü ərzində yeni iddia növünü seçərək təqdim edəcəkdir. Sadalanan hallarla bağlı iddiaçı tərəfindən heç bir sübut təqdim olunmadığından, birinci instansiya məhkəməsi haqlı olaraq İPM-nin 38.1-ci maddəsində müəyyən olunmuş mübahisələndirmə haqqında iddia növü üçün xarakterik olan 30 günlük iddia müddətinin iddiaçınin təqsiri üzündən buraxılması qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin həmin qənaətini əsaslı sayır və gəlmiş olduğu nəticə ilə razılaşır. Digər tərəfdən nəzərə alınmalıdır ki, İnzibati Prosessual Məcəllə qüvvəyə minənədək, yəni mübahisələndirilən qərarın qəbul edildiyi vaxtda qüvvədə olan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24-1-fəslində (Dövlət hakimiyyəti orqanlarının, idarələrin, təşkilatların, müəssisələrin və vəzifəli şəxslərin vətəndaşların, hərbi qulluqçuların və kollektivlərin hüquqlarına toxunan qeyri-hüquqi hərəkətlərindən şikayətlər) və 2000-ci il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2011-ci il 30 iyun tarixədək qüvvədə olmuş 27-ci fəslində (Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrə dair işlər üzrə icraat) ümumi (publik) hüquq münasibətlərindən irəli gələn mübahisələr üzrə hüquqi müdafiə imkanları nəzərdə tutulmuşdu. Mübahisə açan tərəf həmin qanunvericilik aktlarının verdiyi hüquqi müdafiə imkanlarından, həm də həmin aktlarla müəyyən edilmiş müddətlərdə istifadə etmədiyi halda 30 iyun 2011-ci il tarixədək qəbul edilmiş aktların mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 30 iyun 2011-ci il tarixədək artıq ötürülmüşdürsə, onlar yeni qanuna görə də mübahisələndirilə bilməzlər. Belə ki, İnzibati Prosessual Məcəllə onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta qarşı yeni hüquqi müdafiə imkanı yaratmır. Yuxarıda da qeyd edildiyi kimi, hazırkı iş üzrə mübahisələndirilən sərəncamlar və həmin sərəncamlar əsasında verilmiş sənədlərin verilmə tarixi 1996-cı ilə təsadüf edir. Həmin dövrdə inzibati hüquq münasibətlərindən əmələ gələn mübahisələrə baxılması qaydaları isə 1964-cü il 11 sentyabr tarixli Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası MPM-nin 24-cü fəslinin müddəaları əsasında həll olunurdu. Həmin normalar da inzibati orqanın qərar, hərəkət və hərəkətsizliyinin mübahisələndirilməsini müddətlə məhdudlaşdırırdı və bu cür mübahisələndirmə üçün qısaldılmış 10 gün iddia müddəti müəyyən etmişdi və iddia müddətinin axımının hüquq və azadlığının pozulduğu barədə şəxsə «məlum olan gündən» hesablanması qaydası müəyyən olunmamışdı. İddiaçı qanunvericilik aktının verdiyi hüquqi müdafiə imkanlarından, həm də həmin aktda müəyyən edilmiş müddətlərdə istifadə etmədiyi halda, yeni qanuna istinadla inzibati iddianı qaldıra bilməz. Qeyd olunanlardan belə nəticə hasil olur ki, inzibati orqanların 30 iyun 2011-ci ilədək qəbul edilmiş qərarlarının (sərəncamlarının) ləğvi, dəyişdirilməsi və ya etibarsızlığı ilə bağlı iddialara baxılarkən həmin qərarların mübahisələndirilməsi imkanı aradan qaxdığından, belə iddialar mümkünlük şərtlərinə cavab vermədiyindən də mümkün sayılmamalıdır. İddia müddətlərinin hüquq münasibətləri sistemində rolu və əhəmiyyəti ondan ibarətdir ki, bu hüquq institutu hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri-stabilliyin aradan qaldırılmasına xidmət edir, tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. İddia müddətlərinin bu cür təyinatı nəzərə alınaraq, müddətin üzrlü səbəb olmadan buraxıldığı halda inzibati məhkəmə icraatında iddianın mümkünsüzlüyü kimi hüquqi nəticə nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 9 dekabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" 28 dekabr 2015-ci il tarixli qərarında göstərmişdir ki, mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İPMin 38.1-ci maddəsi) əməl olunmalıdır. İddia müddəti ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli qərarında göstərilmişdir ki, “iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir, birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı”. Şərh olunanlara əsasən məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi üçün yetərli deyildir. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası bu qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Yuxarıda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İPM-in 80, 83.1 və 90.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikаyəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 10 sentyabr 2021-ci il tarixli, 2-1(116)-606/2021 saylı qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərаrdаddаn rəsmi qaydada təqdim edildiyi gündən 10 gün müddətində Şəki Apellyаsiyа Məhkəməsi (AZ-5500, Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vаsitəsilə Azərbаycаn Respublikаsı Ali Məhkəməsinə (AZ-1025, Bаkı şəhəri Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikаyəti verilə bilər. Sədrlik edən: Elçin Hüseynov
Məhkəmə qərarları › İş №2-1(107)-446/2021
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(107)-446/2021
21.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver