Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-446/2025 01.07.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ X3 (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Musayev Vüqar Ələkbər oğlundan ibarət tərkibdə, Əhmədov Fərid Vidadi oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Təhsildə Keyfiyyət Təminatı X1rşı “cavabdehin xx.xx.2021-ci il tarixli 000657 nömrəli diplomunun ekvivalentliyinin müəyyən edilməsi və ixtisasının tanınması haqqında Şəhadətnamənin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 23 aprel 2025-ci il tarixli 2-1(116)-1691/2025 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası aşağıdakı qərarı qəbul etdi. İşin halları Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin xx.xx.2021-ci il tarixli 000657 nömrəli diplomunun ekvivalentliyinin müəyyən edilməsi və ixtisasının tanınması haqqında Şəhadətnamənin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı 2016-2021-ci il tarixlərdə X5 Universitetində stomatoloq ixtisası üzrə təhsil almışdır və ona bu barədə diplom verilmişdir. Həmin diplom üzrə ali təhsil ixtisasının tanınması və ekvivalentliyinin müəyyən edilməsi üçün elektron qaydada Təhsildə Keyfiyyət Təminatı Agentliyinə müraciət edilmişdir. xx.xx.2024-cü il tarixli qərarla diplom üzrə ali təhsil ixtisasının tanınması və ekvivalentliyinin müəyyən edilməsindən imtina edilmişdir. İmtina onunla əsaslandırılmışdır ki, ərizəçinin təhsilin normativ müddətində təhsil aldığı ölkənin ərazisində olmaması müəyyən edilmişdir. Qərar üzrə gəlinən bu nəticə ilə razılaşmayaraq bildiririk ki, X4 (ÜST) 11 fevral 2020-ci ildə koronavirus xəstəliyini Covid- 19 adlandırdı. X2 Komitəsi (İCTV) tərəfindən SARS-CoV-2 kimi təsnif edildi. X4 (ÜST) 2020-ci il mart ayının 11-də koronavirusu pandemiya elan etdi. Bu tarixdən sonra bir sıra ölkələrdə, o cümlədən Gürcüstanda distant və ya alternativ təhsil metoduna keçildi. İddiaçının da təhsil müddətinin bir hissəsi o dövrə təsadüf etdiyinə görə o, təhsilini onlayn (distant) formada davam etdirmişdir. Cavabdeh orqanın hamıya məlum olan faktı görməzdən gələrək belə bir imtina verməsi ağlabatan olmamaqla yanaşı, qanunsuzdur.
3. Cavabdeh məhkəməyə təqdim etdiyi məktubunda bildirmişdir ki, iddiaçının iddia tələbi Azərbaycan Respublikası İnzibati Porsessual Məcəlləsinin 38.2-ci bəndinə əsasən məhkəmə tərəfindən mümkünsüz hesab edilməlidir. Sözügedən normada qeyd olunur ki, Məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. İşin faktiki halında, İddiaçı elektron ərizə sistemi vasitəsilə xarici diplomunun tanınması üçün cavabdeh quruma müraciət etmiş, aparılmış inzibati icraatın nəticəsində xx.xx.2024-cü il tarixli əmrlə onun müraciəti barədə imtina qərarı verilmiş, bununla bağlı xx.xx.2024-cü il tarixli akt elektron sistem vasitəsilə ona təqdim olunmuşdur.
4. İddia tələbinə dair aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - Cavabdehin xx.xx.2024-cü il tarixli NA00032042 nömrəli qərarından görünür ki, ərizəçinin xarici ali təhsil ixtisasının ölkə ərazisində tanınması mümkün hesab olunmamışdır. - İddiaçıya məxsus THTU seriyalı 000657 nömrəli diplomun surəti. - Ali təhsil barədə diploma əlavənin surəti.
5. Şəki İnzibati Məhkəməsinin (hakim Fəxri Hacızadə) 23 aprel 2025-ci il tarixli 2- 1(116)-1691/2025 nömrəli qərardadı ilə İddiaçı cavabdeh “Təhsildə Keyfiyyət Təminatı Agentliyi” X7rşı “cavabdehin xx.xx.2021-ci il tarixli 000657 nömrəli diplomunun ekvivalentliyinin müəyyən edilməsi və ixtisasının tanınması haqqında Şəhadətnamənin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmamışdır.
6. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək Şəki İnzibati Məhkəməsinin 23 aprel 2025-ci il tarixli 2-1(116)-1691/2025 nömrəli qərardadının ləğv edilməsi və iddianın mümkün sayılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin dəlilləri
7. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Şəki İnzibati Məhkəməsinin 2- 1(116)-1691/2025 saylı iş üzrə xx.xx.2025-ci il tarixli qərardadı əsassız və qanunsuzdur. Məhkəmə İnzibati Prosessual Məcəlləsinin 38.2-ci maddəsinə istinad etməklə müddətinin keçdiyi əsas göstərərək iddianı mümkün saymamışdır. Lakin məhkəmənin gəldiyi bu nəticə ilə razılaşmayaraq bildiririk ki, bu yanaşma faktiki hallara qiymət verilmədiyindən, formal prosedur əsaslara istinad etdiyindən ədalətli mühakimə prinsipinə ziddir. Belə ki, xx.xx.2024 tarixli imtina qərarından sonra, xx.xx.2024 tarixində cavabdeh-agentliyə pandemiya dövründə universitetin rəsmi olaraq distant rejimə keçdiyinə dair yeni sübutlarla təkrar müraciət edilmişdir. Bu sübutlar İPM-in 12.1 və 12.2-ci maddələrinə əsasən inzibati orqanın xidməti borcu olaraq qiymətləndirməsini tələb edirdi. Lakin xx.xx.2024 tarixli cavabda agentlik bu yeni sübutlara qiymət verməyib, sadəcə qeyd edib ki, iddiaçı barəsində artıq qərar verilib. Halbuki bu, yeni sübutlara qiymət verilməməklə faktiki olaraq yeni imtina xarakterli inzibati akt hesab olunmalıdır. Belə olan halda, İPM-in 38.2-ci maddəsinin müddət tətbiqi bu son cavabdan başlanmalıdır. İPM-in 38.2-ci maddəsinə görə, “məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər”. xx.xx.2024 tarixli cavab yeni sübutlara qiymət verilmədiyinə görə məhz yeni bir imtina aktı kimi qiymətləndirilməlidir. Nəticədə, xx.xx.2024 tarixli şikayət qanuni, 30 günlük müddət daxilində verilmişdir. Göründüyü kimi, məhkəmə işin faktiki hallarını və iddianın hüquqi əsasını araşdırmadan tətbiq edilməli olduğu hüquq normasını tətbiq etməyərək düzgün olmayan nəticəyə gəlmişdir. Beləliklə bütün bu qeyd edilən hallara və normalara əsaslanaraq hesab edirik ki, Şəki İnzibati Məhkəməsinin 2-1(116)- 1691/2025 saylı iş üzrə xx.xx.2025-ci il tarixli qərardadı ləğv edilməli və iddianın mümkün sayılması barədə qərardad qəbul edilməlidir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
8. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.
Tərəflərin izahatları
9. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilərək iddianın mümkün sayılması barədə qərardad qəbul edilməsini xahiş etdi.
10. Məhkəmə kollegiyasının hazırki iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi).
Tətbiq edilən hüquq
11. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllə: Maddə 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.2. inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia); 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); Maddə 11.2. Məhkəmə inzibati prosesin gedişində proses iştirakçılarından hər birinə öz mövqeyini ifadə etmək, prosessual hüquqlarını və vəzifələrini həyata keçirmək üçün tam və bərabər imkanlar yaratmağa borcludur. Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 33.1. Məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Maddə 33.2. Bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 48.1. Sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. Maddə 51.1. İddiaçı inzibati icraat zamanı müəyyən faktların nəzərə alınması və ya alınmaması nəticəsində hüquqlarının pozulduğunu bildirdiyi hallarda, sədrlik edən hakim həmin faktların məhkəməyə təqdim olunması və ya bu barədə məlumat verilməsi üçün iddiaçıya müddət təyin edə bilər. Maddə 51.2. Sədrlik edən hakim proses iştirakçısından müəyyən hadisələrə dair faktlar barədə məlumat verməyi və ya sübutetmə vasitələrini göstərməyi, onun sərəncamında olan sübutları təqdim etməyi tələb edə bilər. Hakim tərəfindən bu məqsədlə müvafiq müddət təyin oluna bilər. Maddə 80.1. Barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Maddə 82. Apellyаsiyа instаnsiyаsı məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə bаxır. Apellyаsiyа instаnsiyаsı məhkəməsi həmçinin, bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər. 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda. 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. Maddə 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir.
12. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarı:
Apellyasiya şikayətinin mümkünlüyü
13. Apellyasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
14. Məhkəmə kollegiyası iş üzrə məhkəmə icraatının materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsaslıdır. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən iddianın mümkünlük şərtlərinin yoxlanılması ilə bağlı obyektiv araşdırma prinsipinin tələblərinə riayət edilməmiş, mübahisə ilə bağlı işin halları tam və hərtərəfli tədqiq olunmamış, sübutlar məhkəmə tərəfindən əlaqəli şəkildə qiymətləndirilməmişdir. Bu baxımdan apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iddia mümkün sayılaraq mahiyyəti üzrə baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir.
15. Belə ki, birinci instansiya məhkəməsi iddianı mümkün saymayaraq göstərmişdir ki, iş materiallarına əlavə edilmiş cavabdehin məktubundan görünür ki, iddiaçı həmin tələblə bağlı cavabdehə iki fərqli tarixdə ərizə ilə müraciət etmişdir. İddiaçının xx.xx.2024cü il tarixli ilkin müraciəti əsasında cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixli qərar qəbul edilərək tanınmadan imtina edilmişdir. Həmin qərar iddiaçıya xx.xx.2024-cü il tarixində elektron qaydada (ərizənin təqdim edilməsi ilə eyni qaydada) təqdim edilmişdir. İddiaçı daha sonra xx.xx.2024-cü il tarixli ərizə ilə cavabdehə yenidən müraciət etmiş, xx.xx.2024-cü il tarixli bildirişlə ona ilkin müraciəti əsasında qərar qəbul edildiyi bildirilmişdir. İddiaçı təkrar bildirişi aldıqdan sonra xx.xx.2024-cü il tarixində məhkəməyə iddia ərizəsi ilə müraciət etmişdir. Göründüyü kimi, iddiaçıya ilkin imtina barədə qərar təqdim edildiyi tarixdən məhkəməyə müraciət etdiyi tarixədək 2 ay 19 gün müddət keçmişdir.
16. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərardadının ləğvini və iddianın mümkün sayılmasını şərtləndirən aşağıdakı halların qeyd olunmasını zəruri sayır.
17. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı və məqsədi Gürcüstan Respublikası X5 Universiteti tərəfindən stomatoloq ixtisası üzrə təqdim olunan xx.xx.2021-ci il tarixli 000657 nömrəli diplomun (kvalifikasiyanın) tanınmasına nail olmaqdan ibarətdir.
18. Birinci instansiya məhkəməsi hazırkı iddianın məcburetmə haqqında iddia növünə aid olduğunu qeyd edərək, iddiaçı tərəfindən iddia müddətinin ötürüldüyünə istinadən iddianı mümkün saymamışdır.
19. Bununla bağlı qeyd olunmalıdır ki, işin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur.
20. Obyektiv araşdırma prinsipinin mahiyyətinə görə, iş üzrə araşdırmanın həcmi, konkret işin hallarından asılı olaraq, hər bir halda məhkəmə tərəfindən xidməti mövqeyinə görə müəyyən olunmalı, iş üzrə düzgün qərarın qəbul edilməsi məqsədlərinə xidmət etməli və bunun üçün yetərli olmalıdır.
21. Bu qayda eynilə iddianın mümkünlüyü ilə bağlı şərtlərin yoxlanılmasına da şamil olunur. Belə ki, obyektiv araşdırma prinsipi yalnız iddianın əsaslılığının yoxlanılması zamanı deyil, həmçinin iddianın mümkünlük şərtlərinin yoxlanılması zamanı da tətbiq olunmalıdır. Məhkəmə iddianın mümkünlüyünə dair bütün şərtlərin mövcud olmasını xidməti vəzifəsinə görə yoxlamağa borcludur.
22. İddianın mümkünlük şərtləri inzibati məhkəmə icraatının bütün mərhələlərində məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır. Bu baxımdan həm də nəzərə almaq lazımdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər, o cümlədən mübahisə edilən hüquq münasibətinin inzibati hüquq münasibəti olması, mübahisənin inzibati hüquq münasibətlərindən yaranması, mübahisə tərəflərindən birinin "İnzibati icraat haqqında” Qanun anlamında inzibati orqan olması, iddia müddətinə əməl olunması ilə bağlı şərtlər və habelə inzibati prosessual qanunvericiliklə nəzərdə tutulmuş digər şərtlər mütləq ödənilmiş olmalıdır.
23. Məhkəmə kollegiyası qeyd edir ki, işə baxan birinci instansiya məhkəməsi tərəfindən hazırkı iddianın növü düzgün müəyyən olunmamış, iddiaya məcburetmə növündə iddia kimi baxılmışdır. Nəzərə alınmalıdır ki, məcburetmə növündə iddianın predmeti qismində yalnız inzibati akt çıxış edir və iddiaçı arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi halda, məcburetmə haqqında iddia vasitəsi ilə öz hüquqi marağını təmin edə bilər.
24. Xarici dövlətin təhsil müəssisəsi tərəfindən verilmiş diplom üzrə ixtisasın tanınması isə cavabdeh tərəfindən inzibati akt vasitəsi ilə deyil, inzibati aktın qəbul edilməsinə yönəlməyən faktiki xarakterli hərəkətlər vasitəsi ilə həyata keçirilir. Bu baxımdan belə iddialar öhdəliyin icrası haqqında iddia kimi qiymətləndirilməlidir. (Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 14 may 2025-ci il tarixli, 2-1(102)-1049/2025 nömrəli qərarı).
25. Nəzərə alınmalıdır ki, şəxs inzibati orqandan inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini yalnız öhdəliyin icrası haqqında iddia vasitəsi ilə tələb edə bilər.
26. Prosessual qanunvericilikdə isə öhdəliyin icrası haqqında iddialara münasibətdə iddia müddəti ilə bağlı mümkünlük şərti nəzərdə tutulmadığından, həmin şərt hazırkı iddiaya münasibətdə tətbiq edilə bilməz.
27. Beləliklə, məhkəmə kollegiyаsı bu qənаətə gəlir ki, birinci instаnsiyа məhkəməsi İPM-in 12 və 48-ci maddələrinə əsasən, yuxаrıdа sаdаlаnаn hаllаrı аrаşdırmаdаn və işin faktiki hallarına düzgün hüquqi qiymət vermədən iddiаnı mümkün saymamaqda səhv nəticəyə gəlmişdir. Оnа görə də Аzərbаycаn Respublikаsı İnzibаti Prоsessuаl Məcəlləsinin 87.7-ci mаddəsinə əsаsən, şikаyət təmin edilməli, hazırkı mübahisəyə münasibətdə iddia mümkün sayılmalı, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iş mahiyyəti üzrə baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir.
28. Yuxarıda göstərilənlərə və İPM-in 87-ci maddəsinə əsasən məhkəmə kollegiyası
Qərara aldı:
İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikаyəti təmin edilsin. Şəki İnzibati Məhkəməsinin 23 aprel 2025-ci il tarixli 2-1(116)-1691/2025 nömrəli qərardadı ləğv edilsin. İnzibati iş baxılması üçün Şəki İnzibati Məhkəməsinə qaytarılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.