Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-448/2021 22.12.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Rəfiyev Rövşən Rafiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Hüseynov Elçin Şirin oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, Tağıyev Babək Vaqif oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi Hacı-X3, üçüncü şəxs X5 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xİdmətinin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı (üçüncü şəxs: X15) “cavabdehin 05.02.2020-ci il tarixli **********99 nömrəli imtinasının qanunsuz hesab edilməsi və ünvan 1 ünvanında yerləşən 0.10 ha torpaq sahəsinin və həmin torpaq sahəsində inşa edilmiş tikililərin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 08.09.2021-ci il tarixli, 2-1(116)-424/2021 nömrəli qərarından iş üzrə İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xİdmətinin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “cavabdehin 05.02.2020-ci il tarixli **********99 nömrəli imtinasının qanunsuz hesab edilməsi və ünvan 1 ünvanında yerləşən 0.10 ha torpaq sahəsinin və həmin torpaq sahəsində inşa edilmiş tikililərin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi iddiaçının atası və anasının birgə nikah dövründə inşa etdirdikləri yaşayış evi olub və onlar arasında nikah pozulduqdan sonra Vartaşen (indiki Oğuz) rayon xalq məhkəməsinin 17 aprel 1973-cü il tarixli 2-28 nömrəli qətnaməsinə əsasən iddiaçının atası X4 ilə anası X18 arasında aparılan əmlak bölgüsü zamanı iddiaçının atası X2 düşən əmlak payı olmuşdur. Sonradan iddiaçıya məxsus ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi 23 yanvar 1974-cü il tarixdə tərtib olunmuş “Dəyişmə müqaviləsinə əsasən iddiaçı tərəfindən atası X2 məxsus H.Sultanov küçəsi 27 ünvanında yerləşən yaşayış evinin 1/2 hissəsi ilə dəyişdirilmişdir. Bundan sonra həmin fərdi yaşayış evinə bitişik 0.10 ha torpaq sahəsi həyətyanı sahə kimi İddiaçı verilmişdir. Bunu Təsərrüfatlararası cins mal-qara müəssisəsinin “Qaytanlanmış torpaq kitabı” da təsdiq edir. Belə ki, Təsərrüfatlararası cins mal-qara müəssisəsinin “Qaytanlanmış torpaq kitabı” da iddiaçının qanuni istifadəsində 0.10 ha torpaq sahəsinin olması qeyd edilmişdir. Həmçinin Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Respublika X26 Filialından verilmiş 30 noyabr 2018-ci il tarixli 1436 nömrəli Arxiv arayışında da qeyd edilmişdir ki, Şəki Təsərrüfatlararası cins mal qara müəssisəsinə təhvil verilmiş 01 yanvar 1975-ci il Qışlaq kənd Kirov adına kolxoz tərəfindən tərtib edilmiş “Qaytanlanmış torpaq” kitabına əsasən 338-ci sırada İddiaçı torpağının cəmi 0.10, o cümlədən yaşayış məntəqəsindən kənarda 0.01 olması qeyd edilmişdir. Bundan sonra iddiaçı qanuni istifadəsində olan torpaq sahəsində mətbəx, hamam və otaq inşa etdirmişdir. Belə ki, Şəki şəhər XDS İcraiyyə Komitəsinin 18 fevral 1986-cı il tarixli 03 nömrəli iclas protokolundan çıxarışdan görünür ki, Mənzil tikintisi ilə əlaqədar vətəndaşların ərizələri, aktları və memarlıq şöbəsinin rəyi nəzərə alınmaqla Şəki şəhər X21 İcraiyyə Komitəsi qərara almışdır ki, ünvan 3 nömrəli evdə yaşayan İddiaçı həyətində mətbəx və hamam tikdirməyə icazə verilmişdir. Həmçinin Şəki şəhər XDS İcraiyyə Komitəsinin 13 aprel 1989-cu il tarixli 04 nömrəli iclas protokolundan çıxarışdan görünür ki, Mənzil tikintisi ilə əlaqədar vətəndaşların ərizələri, aktları və memarlıq şöbəsinin rəyi nəzərə alınmaqla Şəki şəhər X21 İcraiyyə Komitəsi qərara almışdır ki, ünvan 3 nömrəli evdə yaşayan 6 nəfər ailə üzvlü İddiaçı həmin ünvanda adına olan bir otaqlı evinə iki otaq və mətbəx calamağa icazə verilmişdir. Şəki şəhər XDS İcraiyyə Komitəsinin 18 fevral 1986-cı il tarixli 03 nömrəli və Şəki şəhər XDS İcraiyyə Komitəsinin 13 aprel 1989-cu il tarixli 04 nömrəli iclas protokolları ilə də təsdiq edilir ki, həmin 0.10 ha torpaq sahəsi ünvan 3 ünvanında yerləşir və ona görə də həmin torpaq sahəsi 1986 və 1989-cu illərdə iddiaçının qanuni istifadəsində olduğundan Şəki şəhər XDS İcraiyyə Komitəsi tərəfindən iddiaçının qanuni istifadəsində olan torpaq sahəsində müvafiq tikililərin inşa edilməsinə icazə verilmişdir. İddiaçı 0.10 ha torpaq sahəsinə və onun üzərində inşa edilmiş tikiliyə dövlət reyestrindən çıxarış verilməsi üçün cavabdeh orqana müraciət etmiş, lakin onun müraciəti təmin edilməmişdir. Cavabdeh orqan iddiaçıya ünvanladığı 05.02.2020-ci il tarixli **********99 nömrəli imtina məktubunda qeyd etmişdir ki, iddiaçının təqdim etdiyi sənədlər "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8 və 10-cu maddələrinin tələblərinə cavab vermir. Bu səbəblə fərdi yaşayış evinin 0.1 ha torpaq sahəsi ilə birgə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması mümkün deyildir. Yuxarıda qeyd edilənlərə əsasən iddiaçı hesab edir ki, cavabdeh orqanın onun müraciətindən imtina etməsi qanunsuz olmuşdur və bu səbəblə hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Cavabdehin 08.01.2021-ci il tarixli **********29 nömrəli məktubunda qeyd edilir ki, ərazi idarəsinin arxiv materiallarında Şəki şəhəri, M.Cabbarov küçəsi, 11 saylı fərdi yaşayış evinə dair aşağıdakı məlumatlar mövcuddur: X1 adına 05.10.1972-ci il tarixdə 9972/4788 saylı torpaq qeydi verilmişdir (torpaq sahəsi 600 kv.m). Varteşen Rayon Xalq Məhkəməsinin 17.04.1973-cü il tarixli, 2-28 saylı qətnaməsi ilə bir hissə X13 verilmiş, 16.01.1974-cü il tarixdə X4 və X14 adına 9972/4788 saylı torpaq qeydi verilmişdir (torpaq sahəsi 600 kv.m). 23.01.1974-cü il tarixli, 2/642 saylı dəyişmə müqaviləsi ilə X1 payı İddiaçı ilə dəyişdirilmiş (29 və 27 saylı evlə), İddiaçı və X8 adına 29.01.1974-cü il tarixli 9922/4788 saylı torpaq qeydi verilmişdir (torpaq sahəsi 600 kv.m). Sentyabr 1987-ci il tarixdə 1/2 hissə İddiaçı Əbduləvvəl oğlu və 1/2 hissə X8 adına qeydəalma vəsiqəsi verilmişdir. Sentyabr 2001-ci il tarixdə İddiaçı Əbduləvvəl oğlunun adına 10864 inventar nömrəli texniki pasport verilmişdir (torpaq sahəsi sənəd üzrə göstərilməmiş, faktiki 538 kv.m göstərilmişdir). 22.08.2006-cı il tarixdə X8 adına 11753 saylı texniki pasport verilmişdir (torpaq sahəsi sənəd üzrə 300 kv.m, faktiki 549 kv.m göstərilmişdir). 11.08.2006-cı il tarixdə 1/2 hissə İddiaçı Əbduləvvəl oğlu və 1/2 hissə X8 adına ********* qeydiyyat nömrəli çıxarış verilmişdir. 15.09.2006-cı il tarixli, 4Ə-1/133 saylı bağışlama müqaviləsi ilə X18 öz payını X9 bağışlamış, 1/2 hissə X5 və 1/2 hissə İddiaçı Əbduləvvəl oğlunun adına olmaqla ********* qeydiyyat nömrəli çıxarış verilmişdir (torpaq sahəsi 600 kv.m, X15 tərəfdə 300 kv.m, qanuni 238 kv.m zəbt, cəmi 538 kv.m, İddiaçı tərəfdə 300 kv.m qanuni, 238 kv.m zəbt, cəmi 538 kv.m). İddiaçı tərəfə aid hissə 21.08.2006-cı il tarixli, ********* saylı qeydiyyat nömrəsi ilə "xxxx" ASC-də yüklüdür. Vətəndaş 0.10 ha torpaq sahəsi və onun üzərində inşa edilmiş tikiliyə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilməsi barədə ərazi idarəsinə ünvanladığı 10.02.2020-ci il tarixli təkrar müraciəti cavablandırılan zaman “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 10.2-ci maddəsinin tələblərinə əsasən hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin, torpaq sahəsinin planı və ölçüsünün təqdim edilməsinin zəruriliyi bildirilmişdir. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli, 439 saylı Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın fərdi yaşayış evlərinin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair 2.3-cü bəndində kəndlərdə, o cümlədən statusu dəyişdirilərək şəhərə (qəsəbəyə) çevrilmiş, habelə ləğv edilərək ərazisi şəhər və ya qəsəbələrin ərazisinə verilmiş kəndlərdə 2001-ci il yanvarın 1-dək inşa edilmiş yaşayış evlərinə və (və ya) onların yerləşdiyi torpaq sahələrinə dair təsərrüfatbaşına kitablardan çıxarış, 2.5-ci bəndində yaşayış evlərinin və bağ evlərinin tikintisi üçün həyətyanı torpaq sahələrinin verilməsi barədə kolxoz üzvlərinin ümumi yığıncağının və ya müvəkkillərinin yığıncağının qərarı qeydiyyat üçün əsas hesab edilsə də, vətəndaşın təqdim etdiyi 30 noyabr 2018-ci il tarixli, 1430 saylı arxiv çıxarışında “Qaytanlanmış torpaq” kitabına istinad olunduğundan və “Qaytanlanmış torpaq” kitabından çıxarış Fərmanda öz əksini tapmadığından, həmçinin qeydiyyata alınmalı torpaq sahəsinin müvafiq icra hakimiyyəti tərəfindən təsdiqlənmiş yerləşmə sxemi təqdim edilmədiyindən vətəndaşın ərizəsinin icrası mümkün olmamışdır. Eyni zamanda bildirilir ki, vətəndaşın müraciətində qeydiyyata alınmalı 0.03 ha torpaq sahəsinin üzərində Şəki XDS-in 1986-cı və 1989-cu il tarixli qərarları əsasında 1990-cı ildə qeyri-yaşayış binasının inşa edildiyinin göstərilməsi, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 13.7- ci maddəsinin tələblərinə əsasən üzərində mülkiyyət hüququ qeydiyyata alınan torpaq sahəsi onda yerləşən daşınmaz əmlakla birgə vahid daşınmaz əmlak obyekti kimi qeydiyyata alınmalı olması və Azərbaycan Respublikası Prezidentinin 11 iyun 2001-ci il tarixli, 498 saylı Fərmanına əsasən fiziki və qeyri-dövlət hüquqi şəxslərin vəsaiti hesabına inşa edilmiş obyektlərin yerləşdiyi torpaq sahəsinin dövlət torpaq sahəsi olması sözügedən torpaq sahəsinin həyətyanı torpaq sahəsi kimi qeydiyyata alınmasını mümkünsüz etmişdir. Şəki İnzibati Məhkəməsinin 07.04.2021-ci il tarixli 2-1(116)-424/2021 nömrəli qərardadı ilə X15 iş üzrə üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. Üçüncü şəxs məhkəməyə 21.04.2021-ci il tarixdə daxil olan iddia tələbinə dair etirazında qeyd etmişdir ki, artıq 4 ildən çoxdur ki, saxtakarlıqları ilə mübarizə apardığı şəxs onun bu mübarizəsində kifayət qədər ifşa olunduğundan sonra hər cürə çirkin addımlar atmaqdan çəkinməmişdir. Belə ki, İddiaçı şantaj, şər, böhtan, təziq yoluyla hədələmə ilə istəyinə nail olmağa çalışmışdır. Lakin onun etdiyi özbaşınalıqlar o qədər dövlətə və qanunlara ziddir ki, hər dəfə iflasa məruz qalmışdır. O istəyini həyata keçirmək üçün bu dörd ildə hakimləri, dövlət qulluğunda çalışan aidiyyəti üzrə ayrı-ayrı əməkdaşları və nəhayət ƏMDK yanında DƏDRX-nın işçilərinə də təzyiq göstərməklə, onları şantaj etməklə məcbur etmək istəyir ki, onun qanunsuz və icazəsiz tikdiyi tikililərə sənəd əldə etsin. İddiaçı bu şərləmədən dəfələrlə istifadə etmiş, hətta R.Mahmudovu da bu yolla demədiyi sözlə şərləməyə çalışmışdır. Hal-hazırda da İddiaçı İnzibati Məhkəməyə müraciətinin əsas məqsədi R.Mahmudovun Şəki Rayon məhəməsinə verdiyi və İddiaçı qanunsuz tikililərinin sökülməyinə nail olduğu qərarı ləngitmək və söküntünü gecikdirməkdir. O, 2007-ci ildən, yəni Məmməd Cabbarov ev 23-ə sahib olduğu gündən bu yana İddiaçıla mübarizə aparır. Üçüncü şəxs 2007-ci ildən İddiaçı qanunsuz tikililərlə bağlı onun mülkiyyət hüququnu pozmamağa çağırsa da, bu barədə dəfələrlə xəbərdarlıqlar etsə də, İddiaçı R.Mahmudovun Şəkidə yaşamamağından istifadə edərək qanunsuz tikililərə davam etmişdir. Nəhayət R.Mahmudov məcbur qalaraq 2017-ci ildə Şəki Rayon Məhkəməsinə "qanunsuz tikililərin sökülməsi və tikilidə olan pəncərələrin bağlanılması"na dair iddia vermiş və onun iddia tələbi qismən təmin edilmişdir. Şəki Rayon Məhkəməsi 07 yanvar 2020-ci il tarixli, 2(075)-7/2020 saylı qətnaməsində ünvan 4 ünvanda yerləşən X9 məxsus daşınmaz əmlakın (fərdi yaşayış evinin) yerləşdiyi torpaq sahəsi ilə İddiaçı məxsus torpaq sahəsinin arasındakı çay daşından olan hasarın üstündə bişmiş kərpicdən hörülmüş divarın X5 adına verilmiş 06 iyul 2007-ci il tarixli, **********54-10301 reyestr nömrəli texniki pasportla göstərilmiş literli yaşayış evindən çöl darvazayadək olan hissəsinin sökülməsini, X5 adına verilmiş 06 iyul 2007-ci il tarixli, **********54-10301 reyestr nömrəli texniki pasporta əsasən X15 və İddiaçı tərəfindən inşa edilmiş çay daşından olan hasarda X9 məxsus fərdi yaşayış evinin həyətinə baxan literli yaşayış evindən çöldarvazayadək olan hissədə yerləşən 01 (bir) ədəd pəncərənin bağlanmasını qət etmişdir. Şəki İnzibati Məhkəməsinin 08.09.2021-ci il tarixli, 2-1(116)-424/2021 nömrəli qərarı ilə iddia tələbi rədd edilmişdir. Həmin qərardan İddiaçı apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandıraraq apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 08.09.2021-ci il tarixli, 2- 1(116)-424/2021 nömrəli qərarının ləğv edilməsini və iddianın təmin edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 08.09.2021-ci il tarixli, 2-1(116)-424/2021 nömrəli qərarının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X7 oğlu apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs X15 apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Əsaslandırma hissəsi İddiaçının apelyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının İPM və ya İPM) 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Lakin şikayət əsaslı deyil və Şəki İnzibati Məhkəməsinin 08.09.2021-ci il tarixli, 2-1(116)-424/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən: X26 Filialının 30.11.2018-ci il tarixli, 1436 nömrəli arxiv çıxarışından görünür ki, Şəki şəhər XDS İcraiyyə Komitəsinin 18.02.1986-cı il tarixli 03 saylı iclasında “Vətəndaşların fərdi mənzil tikintisi haqqında” mənzil tikintisi ilə əlaqədar ərizələri, aktları və memarlıq şöbəsinin rəyi nəzərə alınmaqla Şəki şəhər X21 İcraiyyə Komitəsi Şəki şəhəri 25-ci rayon H.Sultanov küçəsi 11 nömrəli evdə yaşayan İddiaçı həyətində mətbəxt və hamam tikməyə icazə verilməsini qərara almışdır. X26 Filialının 30.11.2018-ci il tarixli 1436 nömrəli arxiv arayışından görünür ki, Şəki Təsərrüfatlararası cins mal-qara müəssisəsinə təhvil verilmiş, 01.01.1975-ci il Qışlaq kənd “Kirov” adına kolxoz tərəfindən tərtib edilmiş “Qaytanlanmış torpaq kitabı”na əsasən 338-ci sırada İddiaçı torpağının cəmi 0.10, o cümlədən yaşayış məntəqəsindən kənarda 0.01 olması qeyd edilmişdir. MH seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, Şəki şəhəri, Məmməd Cabbarov küçəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 54 kv.m yaşayış, 108.6 kv.m köməkçi sahədən ibarət 11 nömrəli fərdi yaşayış evinin 1/2 hissəsi İddiaçı, 1/2 hissəsi X8 paylı mülkiyyətindədir. “Qaytanlanmış torpaq kitabı”nın surətindən görünür ki, kitabda 338-ci sırada İddiaçı adı qeyd edilmiş, həyətyanı torpaq sahəsinin 0.10 olması, yaşayış məntəqəsində kənarda torpaq sahəsinin 0.01 olması qeyd edilmişdir. 9922/4488 nömrəli, sentyabr 1987-ci il tarixli “Qeydəalma vəsiqəsi”nin surətindən görünür ki, ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinin 1/2 hissəsi İddiaçı, 1/2 hissəsi isə X8 mülkiyyətindədir. 06.07.2007-ci il tarixdə tərtib edilmiş 11759 inventar nömrəli “daşınmaz əmlakın texniki pasportu”nun təsdiq edilmiş surətindən görünür ki, ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evi iş üzrə üçüncü şəxs X5 mülkiyyətindədir. Sənəddə “xüsusi qeydlər” hissəsində 04.10.2006cı il tarixli **********54-10301 saylı çıxarışa əsasən 249.4 kv.m zəbt torpaq sahəsinin olduğu qeyd edilmişdir. 22.08.2006-cı ildə tərtib edilmiş “Fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportu”nun təsdiq edilmiş surətindən görünür ki, Vartaşen rayon Xalq Məhkəməsinin 1973-cü il tarixli 2-28 nömrəli qətnaməsi, həmçinin 9922/4488 nömrəli “Qeydiyyat vəsiqəsi”nə əsasən Şəki şəhər, M.Cabbarov küçəsində yerləşən 23 nömrəli fərdi yaşayış evi X8 mükliyyətindədir. Sənəddə evin yaşayış otaqlarının sayı 2, ümumi sahəsinin 138.9 olduğu qeyd edilir. Həmçinin sənədin “torpaq sahəsinin şərhi” hissəsində sənəd üzrə torpaq sahəsinin 300, əslində 549.4, tikili altı sahənin 128, həyət örtüyünün 421.4 olması qeyd edilir. 10864 inventar nömrəli, sentyabr 2001-ci il tarixdə tərtib edilmiş “Fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportu”nun təsdiq edilmiş surətindən görünür ki, 25-ci rayon, H.Sultanov küçəsi 11 ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı mülkiyyətindədir. Sənəddə evin yaşayış otaqlarının sayı 3, ümumi sahəsinin 162.60 kv.m olması qeyd edilmişdir. Sənəddə həmçinin “Torpaq sahəsinin şərhi” hissəsində sənəd üzrə torpaq sahəsi qeyd edilməmiş, faktiki torpaq sahəsinin 538.0 olması, tikililər altı sahənin 391.25 olması, həyət örtüyünün 146.75 olması qeyd edilir. MH seriyalı ******* nömrəli 04.10.2006-cı il tarixli çıxarışın təsdiq edilmiş surətindən görünür ki, Şəki şəhəri, Məmməd Cabbarov küçəsində 0.06 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 54 kv.m yaşayış, 108.6 kv.m köməkçi sahədən ibarət 11(23) nömrəli fərdi yaşayış evi paylı mülkiyyət hüququ üzrə 1/2 hissədə iş üzrə üçüncü şəxs X5, 1/2 hissədə İddiaçı mülkiyyətindədir. 15.09.2006-cı il tarixli “Müqavilə”nin təsdiq edilmiş surətindən görünür ki, ünvan 7 ünvanında yaşayan X20 ona məxsus ünvan 8anında yerləşən fərdi yaşayış evinin 1/2 hissəsini nəvəsi X9 bağışlamışdır. 9922/4488 nömrəli “Torpaq qeydi” sənədinin təsdiq edilmiş surətindən görünür ki, 25-ci rayon, H.Sultanov küçəsi ev 27 ünvanında yerləşən ümumi 600 kv.m torpaq sahəsinin 1/2 hissəsi İddiaçı, 1/2 hissəsi isə X8 paylı mülkiyyətindədir. 23.01.1974-cü il tarixli “Dəyişmə müqaviləsi”nin təsdiq edilmiş surətindən görünür ki, Şəki şəhəri, S.Soltanov küçəsi 27 nömrəli evdə yaşayan X4 şəxsi mülkiyyət hüququ əsasında ona məxsus olan Şəki şəhəri, H.Sultanov küçəsi 27-də yerləşən ümumi binanın ikidə bir hissəsini ünvan 9 nömrəli evdə yaşayan İddiaçı məxsus olan ünvan 9 ünvanında yerləşən bir mərtəbə, bir seyvan və iki yaşayış otaağından ibarət evə dəyişmişdir. Vartaşen rayon Xalq Məhkəməsinin 17.04.1973-cü il tarixli, 2-28 nömrəli qətnaməsinin təsdiq edilmiş surətindən görünür ki, həmin qətnamə ilə Şəki şəhəri, 25-ci rayon, H.Sultanov küçəsi 11 nömrəli həyətdə X1 adına olan hündür kürsülü otaqlardan qonşusu İddiaçı tərəfindəki zal otaq 30 kv.m, qiyməti 3128 manat, orta evdən qapı, bir pəncərə daxil olmaqla eni 4 metr, uzunu 3.75 metr olmaqla 15 kv.m olmaqla qiyməti 1560 manat və balkondan yenə də eni 4 metr, uzunu 3.75 metr olmaqla 15 kv.m qiyməti 441 manat cəmi məbləğlə 5129 manatlıq X8 mülkiyyətinə verilmiş, Digər divar tərəfdən bir otaq 26 kv.m, qiyməti 2704 manat orta evin qalan hissəsi 11 kv.m 1144 manat, balkon 27 kv.m, qiyməti 794 manat X1 mülkiyyətində saxlanılmışdır. Şəki Rayon Məhkəməsinin 07.01.2020-ci il tarixli, 2(075)- 7/2020 nömrəli qətnaməsindən görünür ki, həmin qətnamə ilə ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh (bundan sonra iddiaçı) X6 ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı (bundan sonra cavabdeh) İddiaçı qarşı «qanunsuz tikilinin sökülməsi və qanunsuz tikilidə olan pəncərələrin bağlanması» tələbinə dair ilk və ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı (bundan sonra cavabdeh) İddiaçı ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh (bundan sonra iddiaçı) X9 qarşı «torpağın naturada ayrılaraq ayrıca reyestrdən çıxarışın verilməsi» tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibatı binasında açıq məhkəmə iclasında baxılmış, ilk iddia qismən təmin edilmiş, ünvan 4 ünvanda yerləşən X11 məxsus daşınmaz əmlakın (fərdi yaşayış evinin) yerləşdiyi torpaq sahəsi ilə İddiaçı məxsus torpaq sahəsinin arasındakı çay daşından olan hasarın üstündə bişmiş kərpicdən hörülmüş divarın X6 adına verilmiş 06 iyul 2007-cı ıl tarixli **********54-10301 reyestr nömrəli texniki pasportda göstərilmiş «A» literli yaşayış evindən çöl darvazayadək olan hissəsinin sökülməsi, X6 adına verilmiş 06 iyul 2007-ci il tarixli, **********54- 10301 reyestr nömrəli texniki pasporta əsasən X16 və İddiaçı mülkiyyətlərində olan daşınmaz əmlakın sərhədində İddiaçı tərəfindən inşa edilmiş çay daşından olan hasarda X12 məxsus fərdi yaşayış evinin həyətinə baxan «A» literlı yaşayış evindən çol darvazayadək olan hissədə yerləşən 01 (bir) ədəd pəncərənin bağlanılması qət edilmiş, ilk iddia qalan hissədə təmin edilməmiş, qarşılıqlı iddia qismən təmin edilmiş, X5 adına verilmiş 06 iyul 2007-ci il tarixli **********54-10301 reyestr nömrəli texniki pasportda göstərilən ünvan 4 daşınmaz əmlakın yerləşdiyi torpaq sahəsinin planına əsasən inventar nömrəsi 10864 olan şimaldan 1370 cənubdan 1710 sayla işarələnmiş sərhədlər daxilində yerləşən torpaq sahəsi və fərdi yaşayış evi, zəbt edilmiş sahə istisna olmaqla tərəflərin faktiki istifadələrində olan paylarına uyğun söküntüdən sonrakı vəziyyətdə naturada ayrılaraq İddiaçı mülkiyyətinə verilmişdir. Şəki Rayon Məhkəməsinin 07.01.2020-ci il tarixli, 2(075)- 7/2020 nömrəli qərardadından görünür ki, qarşılıqlı iddia ərizəsinin «ünvan 4 fərdi yaşayış evinin və evin yerləşdiyi torpaq sahəsinin İddiaçı aid 1/2 hissəsinə ayrıca reyestrdən çıxarışın verilməsi» hissəsinə xitam verilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını tam və hərtərəfli araşdırmış, iddia tələbini təmin etməməklə maddi və prossesual hüquq normalarının tətbiqində səhvə yol verməyərək inzibati iş üzrə düzgün nəticəyə gəlmişdir. Belə ki, iddia ərizəsi və ona əlavə edilən iş materiallarında olan sənədlərdən müəyyən edilir ki, iddiaçının hazırkı iddia ilə məhkəməyə müraciət etməkdə hüquqi marağı ünvan 1 ünvanında yerləşən 0.10 ha torpaq sahəsi və həmin torpaq sahəsində inşa edilmiş tikililərin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsindən ibarətdir. Cavabdeh orqan isə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci və 10-cu maddələrinin tələblərinə əsasən müraciətin təmin edilməsindən imtina etmiş və tərəflər arasında hazırkı mübahisə yaranmışdır. Məhkəmə kollegiyası iş materiallarına əsasən belə qənaətə gəlir ki, cavabdeh orqanın imtinası əsaslı olmuşdur. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli, 439 saylı Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda “Qaytanlanmış torpaq” kitabından çıxarış öz əksini tapmadığından, həmçinin qeydiyyata alınmalı torpaq sahəsinin müvafiq icra hakimiyyəti tərəfindən təsdiqlənmiş yerləşmə sxemi təqdim edilmədiyindən vətəndaşın müraciətinin cavabdeh orqan tərəfindən təmin edilməməsi qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Ona görə də apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsas ola bilməz. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır (maddə 139.1). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən qeydiyyat orqanı – daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır (maddə 1.0.4.). Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (maddə 2.1). Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14- cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir (maddə 15). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0cı maddəsi ilə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslar müəyyən olunmuşdur ki, qeyd olunan qanunvericilik normasının tələbinə görə yalnız həmin maddədə sadalanan əsaslar mövcud olduğu halda, hüquqlar dövlət qeydiyyatına alınmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 11.1-ci maddəsinə əsasən, hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Qanunun 13.7-ci maddəsinə əsasən, üzərində mülkiyyət hüququ qeydiyyata alınan torpaq sahəsi onda yerləşən daşınmaz əmlakla birgə vahid daşınmaz əmlak obyekti kimi qeydiyyata alınır. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısı; 1. Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə qüvvədə olmuş qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: 1.1. yerli sovetlərin icraiyyə komitələrinin təsərrüfat şöbələri tərəfindən verilən torpaq qeydləri; 1.2. yerli sovetlərin icraiyyə komitələrinin texniki inventarlaşdırma büroları tərəfindən verilən torpaq qeydləri; 1.3. şəhər və rayon xalq deputatları sovetlərinin icraiyyə komitələri tərəfindən verilən torpaqdan istifadə hüququna dair dövlət aktı; 1.4. kənd yaşayış məntəqələrinin və qəsəbələrin torpaqlarından torpaq sahələrinin ayrılması barədə kənd və qəsəbə zəhmətkeş deputatları sovetlərinin qərarları; 1.5. tikinti hüququ barədə notariat qaydasında təsdiq edilmiş 1948-ci il avqustun 26- dək bağlanmış müqavilələr; 1.6. şəxsi mülkiyyət hüququ ilə yaşayış evlərinin tikintisi üçün torpaq sahələrinin verilməsi haqqında notariat qaydasında təsdiq edilmiş 1948-ci il avqustun 26-dan sonra bağlanılmış müqavilələr; 1.7. yaşayış evinə tikinti hüququnun təsdiq edilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş 1948-ci il avqustun 26-dək qəbul edilmiş qərarları; 1.8. yaşayış evinin (mənzilin) şəxsin mülkiyyətinə verilməsi barədə rayon xalq deputatları sovetləri icraiyyə komitələrinin qərarları və həmin qərarlarda nəzərdə tutulduğu hallarda şəxsin əldə etdiyi yaşayış evinin (mənzilin) dəyərinin ödənilməsi barədə sənəd; 1.9. ər-arvad arasında yaşayış evinin (sahəsinin) bölünməsi haqqında notariat qaydasında təsdiq edilmiş müqavilə (dövlət notariat kontorları olmayan yaşayış məntəqələrində müvafiq rayon, şəhər, qəsəbə və kənd xalq deputatları sovetləri tərəfindən təsdiq edilmiş müqavilə); 1.10. ər-arvad arasında yaşayış evinin (sahəsinin) bölünməsi haqqında yoldaşlıq məhkəməsinin qərarı. 1.11. Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportlar. Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: 2.1. şəhər və rayon xalq deputatları sovetləri tərəfindən 1992-ci il yanvarın 24-dən 1995-ci il dekabrın 19-dək verilmiş torpağa mülkiyyət, sahiblik, daimi istifadə hüququna dair dövlət aktı və torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə; 2.2. şəhər və rayon xalq deputatları sovetləri tərəfindən torpaq sahələrinin ayrılması barədə 1991-ci il noyabrın 9-dan 1995-ci il dekabrın 19-dək qəbul edilmiş qərar; 2.3. kəndlərdə, o cümlədən statusu dəyişdirilərək şəhərə (qəsəbəyə) çevrilmiş, habelə ləğv edilərək ərazisi şəhər və ya qəsəbələrin ərazisinə verilmiş kəndlərdə 2001-ci il yanvarın 1-dək inşa edilmiş yaşayış evlərinə və (və ya) onların yerləşdiyi torpaq sahələrinə dair təsərrüfatbaşına kitablardan çıxarış; 2.4. üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1- dək tərtib olunmuş texniki pasport (həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda); 2.5. Yaşayış evlərinin və bağ evlərinin tikintisi üçün həyətyanı torpaq sahələrinin verilməsi barədə kolxoz üzvlərinin ümumi yığıncağının və ya müvəkkillərinin yığıncağının qərarı, yaxud sovxoz (həmçinin həmin sovxozun yenidən təşkili qaydasında onun bazasında yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi) rəhbərinin (direktor və s.) əmri; 2.6. fərdi mənzil, habelə kooperativ evlərin və bağların tikilməsi üçün mənzil-tikinti və bağ-tikinti kooperativlərinə, çoxmənzilli yaşayış evlərinin tikintisi üçün fərdi evtikdirənlərin mənzil-tikinti kollektivlərinə torpaq sahələrinin ayrılması barədə müvafiq olaraq şəhər, qəsəbə və kənd xalq deputatları sovetlərinin icraiyyə komitələri tərəfindən 1991ci il noyabrın 9-dək qəbul edilmiş qərarlar. “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında” Əsasnaməyə əsasən həmin Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq dövlət reyestrində hüquqların dövlət qeydiyyatının dəqiq və vaxtında aparılmasını, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasını təmin etmək (3.0.8-ci bənd), vətəndaşların qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların onların mülkiyyətinə verilməsini yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək xidmətin vəzifəsidir. Bu hallar qeydiyyat zamanı aşkarolunacağı təqdirdə isə xidmət vəzifələrini yerinə yetirməli və hüquqların dövlət qeydiyyatını torpaq sahəsinin faktiki yerləşmə koordinatlarına uyğun aparmalıdır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanunun: 23.1-ci maddəsinə əsasən, qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə vəvaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. İddiaçının hüquqlarının dövlət qeydiyyatına alınmaması ilə bağlı cavabdehin hərəkətləri qanunauyğun olduğundan, habelə həmin torpaq sahəsinin iddiaçının mülkiyyəti kimi dövlət qeydiyyatına alınması üçün "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8 və 10-cu maddələrində nəzərdə tutulmuş qanuni əsas olmadığından apellyasiya şikayəti təmin edilə bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını tam və hərtərəfli araşdırmış, iddia tələbini təmin etməməklə maddi və prossesual hüquq normalarının tətbiqində səhvə yol verməyərək inzibati iş üzrə düzgün nəticəyə gəlmişdir. İPM-in 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməkdə haqlıdır. Ona görə də Şəki İnzibati Məhkəməsinin 08.09.2021-ci il tarixli, 2-1(116)-424/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, iş üzrə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir. Nəticəvi hissə Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikаyəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 08.09.2021-ci il tarixli, 2-1(116)-424/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun təqdim edildiyi gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(107)-448/2021
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-448/2021
22.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver