Məhkəmə qərarları › İş №2-1(107)-449/2020

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(107)-449/2020

12.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-449/2020 12.10.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Zəkili Elgiz Eldəniz oğlunun katibliyi, İddiaçı vəkili həmçinin, nümayəndəsi X7 və cavabdeh DƏDRX-nin 17 saylı X10 nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh DƏDRX-nin 17 saylı X13 (üçüncü şəxs X6) qarşı “üçüncü şəxsin mənzilin özəlləşdirilməsində iştirak hüququnun olmamasının tanınması və ərizənin etibarsız sayılması” tələbinə dair nzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin xx xxxx 2020ci il tarixli, 2-1(116)-234/2020 nömrəli qərardadından iş üzrə İddiaçı tərəfindən verilmiş аpelyаsiyаşikаyətinə dair işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İddiaçı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək cavabdeh DƏDRX-nin 17 saylı X13 (üçüncü şəxs X6) qarşı üçüncü şəxsin mənzilin özəlləşdirilməsində iştirak hüququnun olmamasının tanınması və ərizənin etibarsız sayılması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının iddia tələbi onunla əsaslandırılmışdır ki, o Mingəçevir şəhəri Naxçıvan küçəsi 46 saylı evin, 13 saylı mənzilin mülkiyyətçisidir və mülkiyyət hüquqları xx.xx.2015-ci ildə qeydə alınmışdır. Belə ki, həmin mənzili onun əri və övladlarının razılığı ilə adına özəlləşdirilmişdir. Oğlu Əli X1 ilə xx xxxxxxxx 2014-cü il tarixdə nikahlarını qeyd etdirməklə ailə qurmuşdu. Gülşad Məmmədova 2015-ci ildə onun mənzilinə qeydiyyata düşdüyündən formal olaraq ondan da Mingəçevir şəhəri Naxçıvan küçəsi 46 saylı evin, 13 saylı mənzilin özəlləşdirilməsinə razılıq alınmışdır. Onlar arasındakı nikah xx xxxxxxxx 2017-ci ildə məhkəmə qaydasında pozulmuşdur. Gülşad Məmmədova hamiləliyi ilə əlaqədar mənzilinə qeydiyyata düşsə də daimi olaraq mənzilində yaşamamışdır. Mənzilindəki əşyalarını saxlanca qoyulan əşyalar kimi saxladığından Mingəçevir Şəhər Məhkəməsində Gülşad Məmmədovaya qarşı mənzilə istifadə hüququnun olmaması və əşyaların mənzildən çıxarılmasının tələbinə dair iddia qaldırmışdır. Qarşılıqlı olaraq da Gülşad Məmmədova ona qarşı mənzilə istifadə hüququnun tanınması tələbinə dair iddia qaldırmışdır. Mingəçevir Şəhər Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(051)-816/2019 saylı qətnaməsinə əsasən onun cavabdeh X4 qarşı “mənzildən istifadə hüququnun olmamasının müəyyən olunması və mənzildən əşyaların çıxarılması” tələbinə dair iddia tələbi rədd, X3 ona qarşı "mənzildən istifadə hüquqlarının tanınması, köçürülmə və ümumi istifadə yerlərinin birgə istifadə olunması” tələbinə dair iddiası təmin edilmiş, X3 və azyaşlı övladı xx xxxxxx 2015-ci il təvəllüdlü X8 Mingəçevir şəhəri Naxçıvan küçəsi 46 saylı evin, 13 saylı mənzilindən istifadə hüququ tanınmış, X3 və azyaşlı övladı xx.xx.2015-ci il təvəllüdlü X12 ilə birlikdə həmin mənzilə köçürülmələri qət edilmişdir. Məhkəmənin qarşılıqlı iddianın təmin edilməsi əsası isə yalnız 2015-ci ildə mənzilinə qeydiyyata düşmüş Gülşad Məmmədovanın mənzilin özəlləşdirilməsinə verdiyi ərizəsi əsas götürülmüşdür. Gülşad Məmmədovanın verdiyi ərizə mənzilinin özəlləşdirilməsi sənədlərinin içindədir və həmin ərizə ləğv və ya etibarsız sayılmamışdır, həmin ərizədən onun mənzilinə istifadə hüququnun tanınması əsası kimi qəbul edirlər, bununla da onun hüquqlarına toxunurlar və həmin ərizənin mənzilin özəlləşdirilməsində iştirak onun hüququnun olmasının tanınması kimi istifadə olunmasına etiraz edir. Şəki İnzibati Məhkəməsinin (hakim İlqar Cabbarov) xx xxxx 2020-ci il tarixli, 2-1(116)- 234/2020 nömrəli qərardadı ilə iddiaçı MəmmədovaLyudmilaAdilqızınıncavabdehDƏDRXnin 17 saylı X13 (üçüncü şəxsMəmmədovaGülşadRəşidqızı) qarşı “üçüncü şəxsinmənzilin özəlləşdirilməsində iştirakhüquqununolmamasınıntanınması və ərizəninetibarsızsayılması”tələbinə dair iddiası mümkün sayılmamışdır. İddiaçı Şəki İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(116)-234/2020 nömrəli qərardadından apelyasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsini xahiş etmişdir. Apelyasiya şikayətinin dəlilləri İddiaçı apelyasiya şikayəti verərək qeyd etmişdir ki, Mingəçevir Şəhər Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(051)-816/2019 saylı qətnaməsinə əsasən onun cavabdeh X4 qarşı “mənzildən istifadə hüququnun olmamasının müəyyən olunması və mənzildən əşyaların çıxarılması” tələbinə dair iddia tələbi rədd edilmiş, X3 ona qarşı “mənzildən istifadə hüquqlarının tanınması, köçürülmə və ümumi istifadə yerlərinin birgə istifadə olunması” tələbinə dair iddiası təmin edilmiş, X3 və azyaşlı övladı xx xxxxxx 2015-ci il təvəllüdlü X8 Mingəçevir şəhəri Naxçıvan küçəsi 46 saylı evin, 13 saylı mənzilindən istifadə hüququ tanınmış, X3 və azyaşlı övladı xx.xx.2015-ci il təvəllüdlü X12 ilə birlikdə həmin mənzilə köçürülmələri qət edilmişdir. Məhkəmənin qarşılıqlı iddianın təmin edilməsi əsası isə yalnız 2015-ci ildə mənzilinə qeydiyyata düşmüş Gülşad Məmmədovanın mənzilin özəlləşdirilməsinə verdiyi ərizəsi əsas götürülmüşdür. O, məhkəməyə Gülşad Məmmədovanın artıq bu hüquqdan bir dəfə istifadə etməsinə dair Mingəçevir şəhəri H.Əliyev küçəsi 70 saylı evin 70 saylı mənzilinin özəlləşdirilməsinə dair sənədləri təqdim etmişdir. Bundan əlavə göstərir ki, “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası qanunun tələblərinə əsasən mənzili özəlləşdirmək hüququ mənə və ailə üzvlərinin hüququ olduğundan və qanunla mənzil əvəzsiz mənzilin yaşayışçılarma bağışlandığından, xx xxxxxxx 2009-cu ildən qüvvədə olan “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin” 146.1 -Cİ maddəsində göstərilən Bu Məcəllə qanuni qüvvəyə minən günədək "Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında" Azərbaycan Respublikasının xx xxxxxx 1993-cü il tarixli Qanununa əsasən dövlət mənzil fondunun mənzillərini özəlləşdirmək hüququ olan şəxslər öz hüquqlarını saxlayır" müdəalarına əsasən bizim dövət tərəfindən tanınan və qorunan sahiblik və istifadə hüquqlarımız olmuşdur. Gülşad Məmmədovanın isə belə bir hüququ olmamışdır. Həmin qanunun 7-ci maddəsinə əsasən bu hüquqdan istifadə etmək hər kəsə 1 dəfə verilmişdir. Nə qədər ki, Gülşad Məmmədovanın verdiyi ərizə mənzilimin özəlləşdirilməsi sənədlərinin içindədir və həmin ərizə ləğv və ya etibarsız sayılmamışdır, həmin ərizədən onun mənzilinə istifadə hüququnun tanınmasının əsası kimi qəbul edirlər, bununla da onun hüquqlarına toxunurlar, o, da həmin ərizənin mənzilin özəlləşdirilməsində iştirak hüququnun olmasının tanınması kimi istifadə olunmasına etiraz edərək hazırki iddianı qaldırmışdır. Hesab edirdir ki, onun iddiası müəyyən etmə və ya tanınma haqqında iddia növüdür. İşə baxan Şəki İnzibati Məhkəməsi isə iddianın ərizənin etibarsız sayılması hissəsində razılıq ərizəsinin inzibati akt olmadığından İnzibati Prlosessual Məcəllənin 36.1-ci maddəsinə əsasən qeyri mümkün saymış, ancaq nəzərə almamışdır ki, hər hansı hüquq münasibətinin də mövcud olub-olmamasmın müəyyən edilməsi də tanınma haqqında iddia növü ilə qaldırıla bilər. İddianın “Üçüncü şəxsin mənzilin özəlləşdirilməsində iştirak hüququnun olmamasının tanınması” hissəsi ilə bağlı göstərmişdir ki, bu iddia qısa müddət ərzində qaldırılmalı idi. Halbu ki, o, hüquqi müdaxilə baş verən kimi Gülşad Məmmədovanın onun mənzilindən əvvəl ata evlərinin özəlləşdirilməsində də iştirak etməsini və onun mənzilinə 2014-cü ildə gəlin gəldiyindən özəlləşdirilmədə iştirak hüququnun olmamasını əsas gətirib hazırki iddianı qaldırmışdır. Məhkəmə isə mübahisələndirmə, məcburetmə,öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddialara dair hüquq normalarına istinad edərək müəyyən etmə və ya tanınmaya dair iddia tələbimin mahiyyətinə varmadan iddiamı mümkün olmayan saymışdır. Odur ki, apelyasiya şikayətinin təmin edilməsini və Şəki İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(116)-234/2020 nömrəli qərardadının ləğv edilməsi və işə yenidən baxılması üçün Şəki İnzibati Məhkəməsinə qaytarılması barədə qərar qəbul edəsiniz. İşdə iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı vəkili həmçinin, nümayəndəsi X7 apelyasiya şikayətinin təmin edilməsini vəŞəki İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(116)-234/2020nömrəli qərardadının ləğv edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh DƏDRX-nin 17 saylı X10 nümayəndəsi X5 izahat verərək qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq İddiaçı məhkəmə iclasına gəlməmişlər . Məhkəmə kollegiyası tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi). Əsaslandırma hissəsi Azərbаycаn Respublikаsının İnzibati Prosessual Məcəlləsinin 82-ci mаddəsinə əsаsən, аpelyаsiyа instаnsiyаsı məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə bаxır. Apelyаsiyа instаnsiyаsı məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Həmin Məcəllənin 80-ci mаddəsinə görə, barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Birinci instansiya məhkəməsi iddianı mümkün saymamışdır. İnzibati Prosessual Məcəllənin; 36.1-ci maddəsinə əsasən müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı hər hansı hüquq münasibətinin mövcud olması və ya olmamasının, yaxud inzibati aktın etibarsızlığının tanınmasını məhkəmədən tələb edə bilər. 36.2-ci maddəsinə əsasən müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı artıq icra olunmuş inzibati aktın qanunsuz sayılmasını məhkəmədən tələb edə bilər. 36.3-cü maddəsinə əsasən müəyyən etmə və ya tanınma haqqında iddia iddiaçının həmin münasibətlərin qısa müddətdə müəyyən edilməsində kifayət qədər maraqlı olduğu hallarda qaldırıla bilər. Hüquq münasibətlərinin müəyyən edilməsində iddiaçının marağı hüquqi, iqtisadi və ya ideya xarakterli ola bilər. 36.4-cü maddəsinə əsasən hüquq münasibətlərinin müəyyən edilməsinə dair iddia, digər iddia növlərinə münasibətdə subsidiar xarakter daşıyır. İddianın “üçüncü şəxsin mənzilin özəlləşdirilməsində iştirak hüququnun olmamasının tanınması” hissəsinə dair məhkəmə qeyd edir ki, müəyyən etmə və ya tanınma haqqında iddia iddiaçının həmin münasibətlərin qısa müddətdə müəyyən edilməsində kifayət qədər maraqlı olduğu hallarda qaldırıla bilər. İddia ərizəsindən də güründüyü kimi 3-cü şəxs mənzil özəlləşdirilən zaman iddiaçının gəlini olmuş, 2017-ci ilin sentyabr ayında iddiaçının oğlu ilə nikahlarına xitam verilmişdir. Mülki qaydada aralarında mübahisə yarandıqdan və məhkəmə qətnaməsi çıxdıqdan sonra iddiaçı hazırki iddianı qaldırmışdır. İddiaçı mənzili özəlləşdirdiyi dövrdə 3-cü şəxsin razılığına ehtiyacın olmamasını bildirməklə cavabdehin 3-cü şəxsin ərizəsinin alınmasında ehtiva olunan hərəkətini məhkəmə qaydasında mübahisələndirə bilərdi, lakin iddiaçı bunu etməmiş, hətta 2017-ci ildə nikah pozulduqdan sonra da qısa müddətdə bununla bağlı iddia qaldırmamışdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 5 nömrəli qərarında göstərilmişdir ki, iddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. İddia qaldırmış şəxsin hüquqlarının qorunmasının bilavasitə qanundan irəli gəldiyi hallarda, bir qayda olaraq iddia mümkün sayılmalıdır. Bəzi hallarda qanunvericilik konkret məsələlər üzrə məhz hansı şəxslər dairəsinin müdafiə olunduğunu aydın təsbit edir. Belə tənzimləmənin olmadığı hallarda üçüncü şəxslərin hüquqlarının təminat altına alınıb-alınmadığının aydınlaşdırılması üçün hər bir konkret halın xüsusiyyətlərindən çıxış etməklə qanunvericinin güddüyü məqsəd, ictimai və fərdi maraqların ədalətli balanslaşdırılması və s. meyarlar nəzərə alına bilər. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən hesab edir ki, apelyasiya şikayətinin dəlilləri əsassızdır, birinci instansiya məhkəməsi iddianı mümkün saymamaqla düzgün nəticəyə gəlmişdir. Ona görə də apelyasiya şikayəti təmin edilməməli, iş üzrə Şəki İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(116)-234/2020 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş аpelyаsiyа şikаyəti təmin edilməsin. İş üzrə Şəki İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(116)-234/2020 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan onun təqdim edildiyi gündən 10 gün müddətində Şəki Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərardadı ondan şikayətin verilmədiyi halda təqdim olunduğu gündən 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar