Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-449/2023 14.12.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı "Ağdaş Rayonu Binələr Bələdiyyəsinin ümumi iclasının xx.xx.2003-cü il tarixli 14 nömrəli qərarı ilə bələdiyyə mülkiyyətindən ona ət satışı mağazası tikintisi üçün ayrılmış 0,01 ha torpaq sahəsinə mülkiyyət hüququnun tanınması, dövlət reyestrində qeydiyyata alınması, "Torpaq sahəsinin planı və ölçüsü"nün işlənib hazırlanması və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair inzibati iş üzrə (Açar sözlər: torpaq sahəsinə mülkiyyət hüququnun tanınması; dövlət reyestrində qeydiyyata alınması; torpaq sahəsinə plan-ölçü sənədinin və texniki pasportun verilməsi) Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kоllegiyası hakim Əsədli Mahir Abdulla oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Məcidov Ələddin Tofiq oğlu və X3 ibarət tərkibdə, İbrahimov Səbuhi Təmraz oğlunun katibliyi, İddiaçı, Üçüncü şəxs Ağdaş rayon Güvəkən bələdiyyəsinin sədri X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı "Ağdaş Rayonu Binələr Bələdiyyəsinin ümumi iclasının xx.xx.2003-cü il tarixli 14 nömrəli qərarı ilə bələdiyyə mülkiyyətindən ona ət satışı mağazası tikintisi üçün ayrılmış 0,01 ha torpaq sahəsinə mülkiyyət hüququnun tanınması, dövlət reyestrində qeydiyyata alınması, "Torpaq sahəsinin planı və ölçüsü"nün işlənib hazırlanması və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair inzibаti iş üzrə Şəki İnzibati Məhkəməsinin 24 avqust 2022-ci il tarixli, 2-1(116)-829/2022 saylı qərarından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi İşin halları Ağdaş Rayonu Binələr Bələdiyyəsinin ümumi iclasının xx.xx.2003-cü il tarixli 14 nömrəli qərarı ilə Bələdiyyə mülkiyyətindən Binələr kənd sakini İddiaçı ət satışı üçün mağaza tikintisinə 0,01 ha torpaq sahəsinin ayrılması qərara alınmışdır. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Ağdaş rayon şöbəsi xx.xx.2003-cü il tarixli 223 nömrəli rəy verərək torpaq sahəsinin Ağdaş Pirəzə yolunun sağ tərəfində boş istifadəsiz sahə olduğunu və İddiaçı 0,01 ha torpaq sahəsinin ayrılmasına etiraz etmədiyini bildirmişdir. Bundan başqa, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Ağdaş rayon Gigiyena və Epidemiologiya Mərkəzi xx.xx.2003-cü il tarixli 199a nömrəli rəy verərək sanitargigiyenik qaydalara əməl olunacağı təqdirdə müvəqqəti olaraq ət və ət məhsullarının satışına etiraz etmədiyini bildirmişdir. Bundan başqa, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X9 İdarəsi Ağdaş Rayon X9 Xidməti xx.xx.2003-cü il tarixli 1/2-166 nömrəli arayış verərək bina tikintisinə etiraz etmədiyini bildirmişdir. 14 saylı Yol İstismar İdarəsi xx.xx.2003-cü il tarixli 82 nömrəli arayış verərək torpaq sahəsinin Nazirlər Kabinetinin xx.xx.1989-cu il tarixli 461 nömrəli qərarı və "Avtomobil yolları haqqında" Qanun nəzərə alındıqdan sonra ayrılmasına etiraz etmədiyini bildirmişdir. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Ağdaş rayon şöbəsi tərəfindən həmin torpaq sahəsinin əks olunduğu yerquruluşu layihəsindən çıxarış tərtib edilmiş və bu sənəd Ağdaş Rayonu Binələr Bələdiyyəsinin sədri tərəfindən təsdiq edilmişdir. İddiaçı tərəfindən Ağdaş Rayonu Binələr Bələdiyyəsinin bank hesabına xx.xx.2003cü ildə 77000 manat pul ödənilmişdir. İddiaçı sözügedən 0,01 ha torpaq sahəsinin dövlət reyestrində qeydiyyata alınması üçün cavabdehə müraciət etmiş, lakin sonuncu xx.xx.2021-ci il tarixli **********53 nömrəli məktubla bundan imtina edərək bildirmişdir ki, həmin torpaq sahəsinin ayrılması "Bələdiyyə torpaqlarının idarə edilməsi" və "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları" haqqında Əsasnamənin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Qanunlarının tələblərinə uyğun aparılmamışdır. Həmçinin, həmin qərarda torpaq sahəsi üzərində hüququn forması öz əksini tapmamışdır. İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı "Ağdaş Rayonu Binələr Bələdiyyəsinin ümumi iclasının xx.xx.2003-cü il tarixli 14 nömrəli qərarı ilə ayrılmış 0,01 ha torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə çıxarış və texniki pasport verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" barədə iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia tələbinin əsaslarına görə, cavabdehin imtinası qanunsuz hesab edilməli və onun tələbinin təmin edilməsi barədə qərar çıxarılmalıdır. Birinci instansiya məhkəməsinin yardım məktubundan sonra İddiaçı 0,01 ha torpaq sahəsinin dövlət reyestrində qeydiyyata alınması, bu barədə çıxarışın və torpaq sahəsinin planı və ölçüsünün verilməsi üçün yenidən cavabdehə müraciət etmiş, lakin sonuncu xx.xx.2022-ci il tarixli **********12 nömrəli məktubla bundan imtina edərək xx.xx.2021-ci il tarixli **********53 nömrəli imtina məktubunun dəlillərinə istinad etmişdir. Cavabdeh iddiaya qarşı xx.xx.2022-ci il tarixli **********85 nömrəli etirazında imtina məktublarının dəlillərinə əsaslanmışdır. Bundan sonra iddiaçı iddianı dəyişdirmiş və birinci instansiya məhkəməsinə yeni iddia ərizəsi verərək iddia tələbini "Ağdaş Rayonu Binələr Bələdiyyəsinin ümumi iclasının xx.xx.2003-cü il tarixli 14 nömrəli qərarı ilə bələdiyyə mülkiyyətindən ona ət satışı mağazası tikintisi üçün ayrılmış 0,01 ha torpaq sahəsinə mülkiyyət hüququnun tanınması, dövlət reyestrində qeydiyyata alınması, "Torpaq sahəsinin planı və ölçüsü"nün işlənib hazırlanması və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" kimi ifadə etmişdir. Birinci instansiya məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə iddianın dəyişdirilməsi qəbul edilmiş, eləcə də cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsi isə hüquq varisi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsi ilə əvəz edilmişdir. Şəki İnzibati Məhkəməsinin (hakim Vidadi Qasımov) 24 avqust 2022-ci il tarixli, 2- 1(116)-829/2022 nömrəli qərarı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı "Ağdaş Rayonu Binələr Bələdiyyəsinin ümumi iclasının xx.xx.2003-cü il tarixli 14 nömrəli qərarı ilə bələdiyyə mülkiyyətindən ona ət satışı mağazası tikintisi üçün ayrılmış 0,01 ha torpaq sahəsinə mülkiyyət hüququnun tanınması, dövlət reyestrində qeydiyyata alınması, "Torpaq sahəsinin planı və ölçüsü"nün işlənib hazırlanması və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" barədə iddiasının təmin edilməməsi qərara alınmışdır. İddiaçı apellyasiya şikayəti verərək Şəki İnzibati Məhkəməsinin 24 avqust 2022-ci il tarixli, 2-1(116)-829/2022 nömrəli qərarının ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Apellyasiya instansiya məhkəməsində birinci icraat Şəki Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının 24 noyabr 2022-ci il tarixli, 2- 1(107)-337/2022 saylı qərarı ilə İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati Məhkəməsinin 24 avqust 2022-ci il tarixli, 2-1(116)-829/2022 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. İddiaçı həmin qərardan kassasiya şikayəti vermişdir. Azərbaycaan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 18 may 2023-cü il tarixli 2-1(102)-628/2023 saylı qərarı ilə İddiaçı kassasiya şikayəti qismən təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-337/2022 nömrəli, 24 noyabr 2022-ci il tarixli qərarı ləğv edilərək iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Şəki İnzibati Məhkəməsinin (hakim Vidadi Qasımov) 24 avqust 2022-ci il tarixli, 2- 1(116)-829/2022 nömrəli qərarı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı "Ağdaş Rayonu Binələr Bələdiyyəsinin ümumi iclasının xx.xx.2003-cü il tarixli 14 nömrəli qərarı ilə bələdiyyə mülkiyyətindən ona ət satışı mağazası tikintisi üçün ayrılmış 0,01 ha torpaq sahəsinə mülkiyyət hüququnun tanınması, dövlət reyestrində qeydiyyata alınması, "Torpaq sahəsinin planı və ölçüsü"nün işlənib hazırlanması və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" barədə iddiasının təmin edilməməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsi aşağıdakıları müəyyən etmişdir; İddiaçı tərəfindən Ağdaş Rayonu Binələr Bələdiyyəsinin bank hesabına xx.xx.2003-cü ildə 77000 manat pul ödənilməsi barədə bank qəbzində "Ödənişin təyinatı" qrafasında "Torpaq almaq üçün" yazıldığına görə bələdiyyənin qərarında torpaq sahəsinin iddiaçıya məhz satılmış olması mübahisə doğurmamalıdır. Cavabdehin "Torpaqların alqı-satqısına dair akt" tərtib edilməməsi barədə dəlili ilə bağlı isə məhkəmə qeyd edir ki, "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun 9.6-cı maddəsinin Ağdaş Rayonu Binələr Bələdiyyəsinin xx.xx.2003-cü il tarixli 14 nömrəli qərarı qəbul edilən vaxt qüvvədə olmuş redaksiyasında deyilirdi ki, bələdiyyə tərəfindən bilavasitə satılmış torpaq sahələri və onlar üzərində istifadə və icarə hüquqlarına dair alqı-satqı aktı tərtib edilir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır; Birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdehin imtinası həm "Torpaqların alqısatqısına dair akt"ın tərtib edilməməsi, həm də Bələdiyyənin qərarında torpaq sahəsi üzərində hüququn formasının göstərilməməsi ilə bağlı hissədə əsassızdır. Lakin Ağdaş Rayonu Binələr Bələdiyyəsinin xx.xx.2003-cü il tarixli 14 nömrəli qərarı ilə iddiaçıya satılmış 0,01 ha torpaq sahəsinin təyinatı və uqodiyası ilə bağlı məhkəmə tərəfindən əldə edilmiş məlumatlar iddianın təmin edilməsini istisna etmişdir. Belə ki, torpaq sahəsi iddiaçıya satılarkən Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Ağdaş rayon şöbəsi tərəfindən həmin torpaq sahəsinin əks olunduğu yerquruluşu planı tərtib edilmiş və bu sənəd Ağdaş Rayonu Binələr Bələdiyyəsinin sədri tərəfindən təsdiq olunmuşdur. Həmin sənəd məhkəmənin xx.xx.2022ci il tarixli məktubu ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə göndərilərək torpaq sahəsinin təyinatı və uqodiyası barədə məlumat tələb edilmişdir. Həmin sorğu cavablandırılması üçün Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən cavabdehə göndərilmiş və cavabdeh xx.xx.2022-ci il tarixli məktubla məhkəməyə göndərdiyi mütəxəssis rəyində bildirmişdir ki, iddiaçının naturada göstərdiyi və istifadə etdiyi torpaq sahəsi 54,6 kv.m-dir. Elektron məlumat bazasında mövcud olan "X10 uçotu informasiya sistemi"nə əsasən, iddiaçının naturada göstərdiyi və istifadə etdiyi 54,6 kv.m torpaq sahəsinin təyinatı yaşayış məntəqələrinin torpaqları olmaqla, 15,55 kv.m hissəsi tikili altında olan torpaqlar, 23,24 kv.m hissəsi yollar, küçələr və 15,81 kv.m hissəsi çaylar, arxlar uqodiyalı, bələdiyyə mülkiyyətinə verilmiş ümumi istifadədə olan torpaq sahəsində yerləşir. Bundan sonra xx.xx.2022-ci ildə məhkəmə tərəfindən cavabdehə təkrar sorğu verilərək bildirilmişdir ki, məhkəmənin sorğusu torpaq sahəsi bələdiyyə tərəfindən iddiaçıya satılarkən tərtib edilən yerquruluşu sxemində göstərilmiş 0,01 ha torpaq sahəsi barədə olduğu halda, mütəxəssis rəyi iddiaçının naturada göstərdiyi 54,6 kv.m torpaq sahəsi barədə tərtib olunmuşdur. Rəydə iddiaçının naturada göstərdiyi torpaq sahəsinin ona sənədlə ayrılmış torpaq sahəsi ilə üst-üstə düşüb-düşməməsi göstərilməmişdir. Digər tərəfdən, üst-üstə düşsə belə, rəydə torpaq sahəsinin qalan 45,4 kv.m (100 kv.m - 54,6 kv.m = 45,4 kv.m) hissəsi barədə heç bir məlumat verilməmişdir. Belə olan halda, məhkəməyə göndərilmiş mütəxəssis rəyi və yerquruluşu planı sorğunun cavabı kimi qiymətləndirilə bilməz. Odur ki, Ağdaş Rayonu Binələr Bələdiyyəsinin xx.xx.2003-cü il tarixli 14 nömrəli qərarı ilə İddiaçı satılmış 0,01 ha torpaq sahəsinin (sənəd üzrə) təyinatı və uqodiyası barədə məlumat yenidən tələb edilmişdir. Cavabdehin xx.xx.2022-ci il tarixli cavab məktubunda göstərilmişdir ki, iddiaçıya Ağdaş Rayonu Binələr Bələdiyyəsinin xx.xx.2003-cü il tarixli 14 nömrəli qərarı ilə ayrılmış 0,01 ha torpaq sahəsinə dair təqdim edilmiş sxemdə torpaq sahəsinin koordinatları, dəqiq ölçüləri, coğrafi yerləşmə mövqeyi göstərilmədiyindən, həmçinin elektron məlumat bazasında mövcud olmadığından və iddiaçı sözügedən torpaq sahəsinin yerləşmə vəziyyətini bilmədiyindən 0,01 ha torpaq sahəsi barədə məhkəmə tərəfindən mütəxəssis qarşısında qoyulmuş sualın cavablandırılması mümkün olmamışdır. Göründüyü kimi, 0,01 ha torpaq sahəsi iddiaçıya satılarkən Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Ağdaş rayon şöbəsi tərəfindən tərtib olunmuş və Ağdaş Rayonu Binələr Bələdiyyəsinin sədri tərəfindən təsdiq olunmuş yerquruluşu planında torpaq sahəsinin koordinatları, dəqiq ölçüləri, coğrafi yerləşmə mövqeyi göstərilmədiyinə və torpaq sahəsinə dair məlumatlar elektron məlumat bazasında mövcud olmadığına görə həmin torpaq sahəsinin yerini müəyyən etmək və onun (sənəd üzrə) təyinatı və uqodiyası barədə məlumat əldə etmək mümkün olmamışdır. İddiaçının mütəxəssislərə natirada göstərdiyi və faktiki istifadə etdiyi 54,6 kv.m torpaq sahəsinin isə ümumi istifadədə olan bələdiyyə torpağı olması müəyyən edilmişdir. Halbuki ümumi istifadədə olan bələdiyyə torpaqlarının isə alqı-satqısı Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 86-cı maddəsinin 2-ci hissəsi ilə qadağan edilmişdir. Həmin normada deyilir ki, bu Məcəllədə nəzərdə tutulmuş dövlət torpaqları, ümumi istifadədə olan, habelə hüquqi və fiziki şəxslərin istifadəsində və icarəsində olan bələdiyyələrin kənd təsərrüfatına yararlı torpaqları alqı-satqı obyekti ola bilməz. Beləliklə, birinci instansiya məhkəməsi sadalanan hallara görə bu qənaətə gəlmişdir ki, Ağdaş Rayonu Binələr Bələdiyyəsinin xx.xx.2003-cü il tarixli 14 nömrəli qərarı həmin qərarla iddiaçıya satılmış 0,01 ha torpaq sahəsinə onun mülkiyyət hüququnun qeydiyyata alınması, "Torpaq sahəsinin planı və ölçüsü"nün və texniki pasportun verilməsi üçün kifayət etmir. Ona görə də iddia təmin edilməməlidir. Həmçinin birinci instansiya məhkəməsi gəldiyi nəticəni "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 8.0.1-ci maddəsi, , "X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarı, Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin İX hissəsi, "Konstitusiya Məhkəməsi haqqında" Azərbaycan Respublikası Qanununun 66.2-ci maddəsi, İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsi ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, sənədləşdirmə işlərində buraxılmış texniki hesab səhvləri və digər adi çatışmazlıqlar alıcı və mülkiyyətçi kimi onun həmin torpaq sahəsinindən məhrum olunmağına səbəb ola bilməz. İşə baxan məhkəmə işə baxılarkən işin faktiki hallarını nəzərə almamış, həmin halları tam, hərtərəfli və obyektiv araşdırmamış, onun alıcı kimi torpaq sahəsinin ona satılması ilə əlaqədar üzərinə düşən öhdəlikləri tam icra etməyini, DT və XK-nin rəyində torpaq sahəsinin koordinatlarının göstərilməməsinin və həmin torpaq sahəsi barədə məlumatların cavabdeh inzibati orqanın elektron məlumat bazasına vurlulmamasının onun məsuliyyətsizliyi ucbatından baş verməməsinə düzgün hüquqi qiymət verməmiş, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia tələbini təmin etməməklə faktiki mülkiyyətçi kimi onun qanunla qorunan hüquqlarını və aşağıda göstərdiyi maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Odur ki, apellyasiya şikayətinin təmin edilməsini Şəki İnzibati Məhkəməsinin 24 avqust 2022-ci il tarixli, 2-1(116)-829/2022 nömrəli qərarının ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərinə uyğun uzahat verərək apellyasiya şikayətinin təmin edilməsini və Şəki İnzibati Məhkəməsinin 24 avqust 2022-ci il tarixli, 2-1(116)-829/2022 saylı iş üzrə qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs Ağdaş rayon Güvəkən bələdiyyəsinin sədri X4 izahat verərək qeyd etmişdir ki, Ağdaş rayon Binələr Bələdiyyəsinin xx.xx.2003-cü il tarixli 14 nömrəli qərarı ilə İddiaçı bələdiyyənin mülkiyyətində olan 0,01 ha torpaq sahəsi verilmişdir. İddiaçı həmin torpaq sahəsindən 20 ildin istifadə edir. Ona gərə də hesab edilər ki, Ağdaş rayon Binələr Bələdiyyəsinin xx.xx.2003-cü il tarixli 14 nömrəli qərarı əsaslıdır. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsi nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin (bundan sonra Azərbаycаn Respublikаsının İPM və ya İPM) 62.3-cü mаddəsi). Tətbiq edilən hüquq "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanunun "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 8.0.1-ci maddəsinə görə, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İnzibati Prosessual Məcəllənin) 2.2.1-ci maddəsinə əsasən, inzibati məhkəmə icraatı qaydasında şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) baxılır. Həmin Məcəllənin 8.1.3-cü maddəsinə əsasən inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldıra bilər. Həmin Məcəllənin 82-ci mаddəsinə əsаsən, аpelyаsiyа instаnsiyаsı məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə bаxır. Apelyаsiyа instаnsiyаsı məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Həmin Məcəllənin 70.3-ci maddəsinə əsasən inzibati aktın ləğv edilməsi ilə yanaşı, iddiaçının hər hansı öhdəliyin (vəzifənin) yerinə yetirilməsini tələb etməyə haqlı olduğu hallarda, məhkəmə həmin icraat zamanı tələb olunan öhdəliyi (vəzifəni) yerinə yetirməyə məcbur etmə haqqında qərar qəbul edə bilər. Həmin Məcəllənin 71.1-ci maddəsinə əsasən inzibati aktın icra olunduğu hallarda, məhkəmə inzibati aktı ləğv etməklə yanaşı, müvafiq ərizə əsasında inzibati orqanın üzərinə icranın nəticələrini aradan qaldırmaq barədə öhdəlik qoya bilər. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Həmin Məcəllənin 96.11-ci maddəsinə əsasən mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Həmin Məcəllənin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator birinci instansiya məhkəməsinin qərarının əsaslığını tam həcmdə mübahisələndirir, Şəki İnzibati Məhkəməsinin 24 avqust 2022-ci il tarixli, 2-1(116)-829/2022 saylı qərarının ləğv edilib iddianın təmin edilməsi barədə qərarın qəbul edilməsini xahiş edir. Tələb qərarın ləğvinə yönəldiyindən apellyasiya instansiyası məhkəməsi qərarın əsaslılığını tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, Şəki İnzibati Məhkəməsinin 24 avqust 2022-ci il tarixli, 2-1(116)-829/2022 saylı qərarı ləğv edilməli, yeni qərar qəbul edilməli, iddia ərizəsi təmin edilməlidir. Belə ki, iddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Cavabdeh xx.xx.2021-ci il tarixli **********53 saylı imtina məktubunda qeyd etmişdir ki, Ağdaş Rayonu Binələr Bələdiyyəsinin ümumi iclasının xx.xx.2003-cü il tarixli 14 nömrəli qərarı ilə ət satışı məqsədi ilə mağazası tikintisi üçün 0,01 ha torpaq sahəsinin ayrılması "Bələdiyyə torpaqlarının idarə edilməsi" və "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları" haqqında Əsasnamənin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Qanunlarının tələblərinə uyğun aparılmamışdır. Həmçinin, həmin qərarda torpaq sahəsi üzərində hüququn forması öz əksini tapmamışdır. Birinci instansiya məhkəməsi cavabdehin imtinasi ilə razılaşaraq iddia tələbini rədd etməklə belə qənaətə gəlmişdir ki, 0,01 ha torpaq sahəsi iddiaçıya satılarkən Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Ağdaş rayon şöbəsi tərəfindən tərtib olunmuş və Ağdaş Rayonu Binələr Bələdiyyəsinin sədri tərəfindən təsdiq olunmuş yerquruluşu planında torpaq sahəsinin koordinatları, dəqiq ölçüləri, coğrafi yerləşmə mövqeyi göstərilmədiyinə və torpaq sahəsinə dair məlumatlar elektron məlumat bazasında mövcud olmadığına görə həmin torpaq sahəsinin yerini müəyyən etmək və onun (sənəd üzrə) təyinatı və uqodiyası barədə məlumat əldə etmək mümkün olmamışdır. İddiaçının mütəxəssislərə naturada göstərdiyi və faktiki istifadə etdiyi 54,6 kv.m torpaq sahəsinin isə ümumi istifadədə olan bələdiyyə torpağı olması müəyyən edilmişdir. Halbuki ümumi istifadədə olan bələdiyyə torpaqlarının isə alqı-satqısı Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 86-cı maddəsinin 2-ci hissəsi ilə qadağan edilmişdir. Həmin normada deyilir ki, bu Məcəllədə nəzərdə tutulmuş dövlət torpaqları, ümumi istifadədə olan, habelə hüquqi və fiziki şəxslərin istifadəsində və icarəsində olan bələdiyyələrin kənd təsərrüfatına yararlı torpaqları alqı-satqı obyekti ola bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşmır. Yüksək İnstansiya Məhkəməsinin Hüquqi mövqeyini və qanuni göstərişlərini nəzərə alan Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsaslı hesab edir. Məhkəmə kollegiyası tərəfindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsi sorğu etdilmiş və sorğuda aşağıdakılar müəyyən edilmişdir; İddiaçı X6 Ağdaş rayonu, Binələr bələdiyyəsinin xx.xx.2023-cü il tarixli 14 nömrəli qərarı ilə satılmış 0.01 ha torpaq sahəsinə aid sxem (ilkin torpaqayırma sənədləri), həmçinin torpaq sahəsinin dəqiq ölçüləri və koordinatları təqdim edilmədiyindən və elektron məlumat bazasında mövcud olmadığından torpaq sahəsinə dair məlumatların verilmisi mümkün olmamışdır. İddiaçı X6 Ağdaş rayonu, Binələr bələdiyyəsinin xx.xx.2003-cü il tarixli 14 nömrəli qərarı ilə satılmış 0.01 ha torpaq sahəsinə aid sxem (ilkin torpaqayırma sənədləri), həmçinin torpaq sahəsinin dəqiq ölçüləri və koordinatları təqdim edilmədiyindən və elektron məlumat bazasında mövcud olmadığından torpaq sahəsinin təyinatı və kateqoriyası barədə məlumatların verilmisi mümkün olmamışdır. Ağdaş rayonu Binələr bələdiyyəsinin xx.xx.2003-cü il tarixli 14 nömrəli qərarı ilə iddiaçı X1 0.01 ha torpaq sahəsinə aid hüquqmüəyyənedici (dövlət aktı, şəhadətnamə, çıxarış) və texniki sənədlər (texniki pasport, “Torpaq sahəsinin planı və ölçüsü” və s.) Ərazi İdarəsində mövcud deyil. Əlavə məlumat üçün bildiririk ki, iddiaçı X5 naturada göstərdiyi və istifadə etdiyi torpaq sahəsi 54.6 kv. metirdir. Elektron məlumat bazasında mövcud olan Ağdaş rayonu, Güvəkənd bələdiyyəsinin “X10 Uçotu İnformasiya Sistemi”ndəki xəritəsinə əsasən iddiaçı X5 naturada göstərdiyi və istifadə etdiyi 54.6 kv.m. torpaq sahəsinin təyinatı yaşayış məntəqələrinin torpaqları, 15.55 kv. metr hissəsi tikili altında olan torpaqlar, 23.24 kv. metr hissəsi yollar, küçələr və 15.81 kv. metr hissəsi çaylar arxlar uqodiyalı torpaqlar olmaqla, bələdiyyə çmülkiyyətinə verilmiş ümumi istifadədə olan torpaq sahəsində yerləşir. Kollegiyanın qənaətinə görə yuxarıda qeyd edilən rəy iddianın rədd edilməsi üçün əsas ola bilməz. Çünki həmin rəydən görünür ki, cavabdeh təşkilat iddiaçının hüquqlarının qeydə alınmasından imtina edilməyinin səblərindən biri ki, Ağdaş rayonu Binələr bələdiyyəsinin xx.xx.2003-cü il tarixli 14 nömrəli qərarı ilə iddiaçı X1 0.01 ha torpaq sahəsinə aid hüquqmüəyyənedici (dövlət aktı, şəhadətnamə, çıxarış) və texniki sənədlər (texniki pasport, Torpaq sahəsinin planı və ölçüsü” və s.) Ərazi İdarəsində mövcud olmaması əsas olmuşdur. Kollegiya qeyd etməyi lazım bilir ki, iddiaçının əslində tələblərindən biri də Ağdaş rayon Binələr Bələdiyyəsinin ümumi iclasının 25 sentyabr 2003-cü il tarixli 14 saylı qərarı ilə Ağdaş rayonu, Güvəkənd sakini İddiaçı 0,01 ha torpaq sahəsi yaşayış məntəqələrinə aid olan torpaq sahəsindən satılmış torpaq sahəsinə dair (texniki pasport, Torpaq sahəsinin planı və ölçüsü”) sənədlərinin hazırlanmasıdır. Bundan başqa məhkəmə kollegiyası iş üzrə zərurət yarandığından kollegiya tərəfindən Ağdaş rayon Binəli bələdiyyəsinə sorğu etdilmiş və sorğuda aşağıdakılar müəyyən edilmişdir;
1. Ağdaş rayon Binələr Bələdiyyəsinin ümumi iclasının 25 sentyabr 2003-cü il tarixli 14 saylı qərarı ilə Ağdaş rayonu, Güvəkənd sakini İddiaçı 0,01 ha torpaq sahəsi yaşayış məntəqələrinə aid olan torpaq sahəsindən satılmışdır. Həmin torpaq sahəsi ümumi istifadədə olan torpaq sahəsi deyil və ümumi istifadədə olmayıb. Bu barədə Azərbaycan Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Ağdaş rayon şöbəsinin mütəxəssislərinin və Ağdaş rayon Binələr Bələdiyyəsinin xx.xx.2003-cü il tarixli 223 saylı birgə rəyi vardır.
2. İddiaçı satılmış 0,01 ha torpaq sahəsi yaşayış məntəqələrinə aid olan torpaq sahəsidir və heç bir vaxt ümumi istifadəyə aid torpaq sahəsi olmamışdır. 20 ildən artıdır ki, vətəndaş həmin torpaq sahəsindən mülkiyyətçi kimi istifadə edir.
3. Yaşayış məntəqəiərinə aid olan həmin 0,01 ha torpaq sahəsi Ağdaş rayon Binələr Bələdiyyəsinin ümumi iclasının 25 sentyabr 2003-cü il tarixli 14 saylı qərarı ilə Ağdaş rayonu, Güvəkənd sakini İddiaçı sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq, yəni ət və ət məhsulları satışı mağazası tikmək üçün satılmış və torpaq sahəsi onun xüsusi mülkiyyətinə verilmişdir. Göründüyü kmi iddiaçının iddia tələbi qanuni əsaslarla ona satılmış torpaq sahəsinin sənədləşdirilməsindən ibarətdir. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, Ağdaş Rayon Məhkəməsinin 4 fevral 2004-cü il tarixli, 2-44-2004 saylı qətnaməsi ilə müəyyən edilir ki, iddiaçı X8 cavabdeh Ağdaş Rayonu Binələr Bələdiyyəsinə qarşı Ağdaş rayon Binələr bələdiyyəsinin xx.xx.2003-cü il tarixli İddiaçı mağaza tikmək üçün 0.01 ha torpaq sahəsinin ayrılmasına dair qərarının ləğv edilməsini və qanunsuz tikilmiş ət mağazasının sökülməsinə dair Ağdaş Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etdilmişdir. Ağdaş Rayon Məhkəməsinin 4 fevral 2004-cü il tarixli, 2-44-2004 saylı qətnaməsi ilə iddiaçının iddiası əsassız olduğu üçün rədd edilmişdir. Yəni qanuni qüvvədə olan qətnamə ilə Binələr bələdiyyəsinin xx.xx.2003-cü il tarixli qərarı ilə hazırkı işdə iddiaçı olan İddiaçı mağaza tikmək üçün 0.01 ha torpaq sahəsinin ayrılmasının qanuni əsaslarla verilməsi öz təsdiqini tapmışdır. Məhkəmə kollegiyası hesab edir ki, yuxarıda qeyd edilən məhkəmə tərəfindən Binələr bələdiyyəsinin xx.xx.2003-cü il tarixli qərarının qanunsuz hesab edilməsinə dair iddianı rədd etdiyi halda yenidən indiki iddiaçı tərəfindən qaldırılan iddia tələbində həmin qərarın etibarlı müqavilə olmasını sübut etmək vəzifəsindən azad edir. İstənilən bir tələblə bağlı iddia icraatının ən əsas və vacib vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının məhkəmə tərəfindən müəyyən olunması vəzifəsidir. Məhkəmə bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Çünki məhkəmələrin ən əsas və ümdə vəzifəsi pozulmuş hüquqların bərpasını təmin etməkdir. Hüququn pozulub-pozulmadığı isə, qüvvədə olan qanunvericiliklə müəyyənləşdirilir. Əgər əvvəlki məhkəmə iddiaçıya ayrılmış torpaq sahəsi barədə Binələr bələdiyyəsinin xx.xx.2003-cü il tarixli qərarını etibarlı hesab etməsinə dair qətnamə qəbul etmişsə bu qaçınılmaz şəkildə o deməkdir ki, məhkəmə həmin müqaviləni mövcud və etibarlı hesab etmişdir. Qeyd edilməlidir ki, eyni səbəb və məntiqə görə də, əgər yuxarıda qeyd edilən qətnamə ilə həmin qərarın ləğvinə dair qaldırılan iddia məhkəmə tərəfindən təmin edilmədikdə, bu artıq həmin qərarın hüquqi nəticə əmələ gətirən etibarlı bir sənəd olduğunun təsdiq olunması deməkdir. Bu səbəblə də yuxarıda qeyd edilən iddia işi üzrə məhkəmə icraatı və həmin icraatlar üzrə qəbul edilən məhkəmə qətnaməsi hüquqi və məntiqi zərurət olaraq həmin Binələr bələdiyyəsinin xx.xx.2003-cü il tarixli qərarının etibarlı olub-olmadığı məsələsini əhatə etmişdir. Hüquq və azadlıqların müdafiəsinə məhkəmə təminatı bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə baxmaq və onlara dair ədalətli qərar qəbul etmək vəzifəsini müəyyən edir. Məhkəmə müdafiəsi hüququ eyni zamanda pozulmuş hüquqları və azadlıqları səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur. Bu baxımdan, nəzərə alınmalıdır ki, ədalət mühakiməsi insan hüquqlarının müdafiəsinin ən səmərəli vasitələrindən biridir. Təsadüfi deyildir ki, məhz məhkəmə insan hüquqlarının müdafiəsinin əsas təminatçısı kimi qəbul edilir. Odur ki, ədalətli məhkəmə araşdırması hüququ səmərəli olmalı və məhkəmə başqa şəxslərin hüquq və azadlıqları pozmamaq şərti ilə qanunvericiliyin müəyyən etdiyi bütün imkanlardan (o cümlədən daxili inamından) istifadə edərək şəxslərin sözügedən hüququnun reallaşırılmasına şərait yaratmalıdır. Əks yanaşma, yəni məhkəmə müdafiəsinin səmərəsizliyi digər konstitusiya hüquqlarının effektivliyinə də mənfi təsir göstərə bilər. Kollegiyanın qənaətinə görə iddianın təmin edilməməsi qanunvericiliyin yuxarıda göstərilən məqsədi, eləcə də məhkəmə müdafiəsi hüququnun tələbləri ilə uzlaşmır. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Şəki İnzibati Məhkəməsinin 24 avqust 2022-ci il tarixli, 2-1(116)-829/2022 saylı qərarı ləğv edilməli, yeni qərar qəbul edilməli, iddia tələbi təmin edilməlidir. İPM-in 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə səhv nəticəyə gəlmişdir. Buna görə də birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən ləğv edilməli, iddia təmin edilməli, apellyasiya şikayəti təmin edilməlidir. Nəticəvi hissə
Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası qərara aldı: qərаrа аldı:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Şəki İnzibati Məhkəməsinin 30 iyun 2022-ci il tarixli, 2-1(116)-351/2022 saylı qərarı edilsin. İnzibati iş üzrə yeni qərar qəbul edilsin. İddia tələbi təmin edilsin. İddiaçı "Ağdaş Rayonu Binələr Bələdiyyəsinin ümumi iclasının xx.xx.2003-cü il tarixli 14 nömrəli qərarı ilə bələdiyyə mülkiyyətindən ona ət satışı mağazası tikintisi üçün ayrılmış 0,01 ha torpaq sahəsinə mülkiyyət hüququnun tanınması, dövlət reyestrində qeydiyyata alınması, "Torpaq sahəsinin planı və ölçüsü"nün işlənib hazırlanması və texniki pasportun verilməsi öhdəliyia cavabdehin üzərinə qoyulsun. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.