Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-449/2024 03.10.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və X2 ibarət tərkibdə, Atababayev Faiq Gülağa oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “iddiaçıya 28 il 2 ay 6 gün təşkil edən yaşa görə əmək pensiyasının xx.xx.2023-cü ildən təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 15 may 2024-cü il tarixli 2-1(116)-472/2024 nömrəli qərarından cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdehə qarşı birinci instansiya məhkəməsinə ərizə ilə müraciət edərək, “iddiaçıya 28 il 2 ay 6 gün təşkil edən yaşa görə əmək pensiyasının xx.xx.2023-cü ildən təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsinə əsasən iddiaçı xx.xx.1969-cu il tarixindən xx.xx.1973-cü ilədək Ermənistan Respublikası Vardenis rayonun Metc Marza kolxozunda günəmuzd qaydada işləmiş və müvafiq olaraq 1969-cu ildə 74 gün, 1972-ci ildə 20 gün, 1973-cü ildə 34 gün ümumilikdə iş stajı 4 ay 8 gün iş stajı təşkil edir. 10.09 1975-ci il tarixindən xx.xx.1975-ci ilədək X1 zavodunda suvaxçı işləmişdir (iş stajı 2 ay). xx.xx.1976-cı il tarixdən xx.xx.1976cı ilədək “Azərkəndtikinti” 5 saylı trestin 54 saylı SMD-ə fəhlə işləmişdir (3 ay 24 gün). xx.xx.1976-xx.xx.1978-ci ildə Sovet Ordu sıralarında xidmət etmişdir (2 il ). xx.xx.1978-ci ildən xx.xx.1978-ci ilədək “Azərkəndtikinti” 5 saylı trest-n 54 saylı SMD-ə fəhlə işləmişdir işləmişdir (7 gün). xx.xx.1979-xx.xx.1979-cü ilədək Ermənistan Respublikası Zod mədənində fəhlə işləmişdir (2 ay 15 gün). xx.xx.1979-xx.xx.1979-cu ilədək Ermənistan Respublikası Vardenis rayonu kənd tikinti sahəsində 4-cü dərəcəli usta işləmişdir (3 ay 14 gün). xx.xx.1979-xx.xx.1981-ci illərdə Ermənistan Respublikası Masis rayonun ət kombinatında sürücü işləmişdir (2 il 10 ay 25 gün). xx.xx.1980-xx.xx.1980-ci ilədək Ermənistan Respublikası Vardenis rayonu meşə təsərrüfatında sürücü işləmişdir (8 ay 8 gün). xx.xx.1981-xx.xx.1981-ci ildə Kirovabad 1 saylı SMD 4-cü dərəcəli suvaxçı işləmişdir (3 ay 13 gün). xx.xx.1981-xx.xx.1982-ci ildə Karakanda metalurji kombinatında avtomobil sexində sürücü işləmişdir (3 ay 25 gün). xx.xx.1982-xx.xx.1983-cü ilədək Ermənistan Respublikası Vardenis rayon “Selxoztexnika” birliyində sürücü işləmişdir (2 ay 1 gün). xx.xx.1983-xx.xx.1983-cü ilədək Ermənistan Respublikası Baqrat yol təmir tikinti idarəsində sürücü işləmişdir (10 ay 26 gün). xx.xx.1984-xx.xx.1986-cı ilədək Ermənistan Respublikası Vardenis rayon “Selxoztexnuka” birliyində sürücü İşləmişdir (2 ay 1 gün). xx.xx.1987-xx.xx.1989-cu illərdə Krasnodar vilayətinin “Xakaski” heyvandarlıq sovxozunda sürücü işləmişdir (1 il 1 ay 15 gün). xx.xx.1989-ci il tarixindən xx.xx.1989-cu ilədək X1 zavodunda betonçu işləmişdir (1 ay). xx.xx.1989-cu il tarixdə Mingəçevir dizel parkına 3-cü dərəcəli sürücü qəbul edilmiş, xx.xx.1989-cu ildə işdən azad olunmaqla Mingəçevir Mexanikləşdirmə və Nəqliyyat İdarəsinə köçürmə yolu ilə 3-cü dərəcəli sürücü qəbul edilərək xx.xx.2000-ci ildə işdən azad edilmişdir (iş stajı 10 il 10 ay 1 gün ). Beləliklə iddiaçının ümumi iş stajı 28 il 2 ay 6 gün təşkil edir. Bu əsasla iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi tələbi ilə cavabdehə müraciət etmiş,tələbi təmin edilməmişdir.
3. Cavabdeh orqan iddia tələbinə etirazını aşağıdakı kimi əsaslandırmışdır: İddiaçı Şəki İnzibati Məhkəməsinə təqdim etdiyi iddia ərizəsində 28 il 2 ay 6 gün sosial sığorta stajının olduğuna istinad edərək cavabdeh orqan tərəfindən ona 65 yaşının tamam olduğu xx.xx.2023-cü il tarixindən yaşa görə əmək pensiyasının təyin edilməli olduğunu qeyd etmişdir. Hesab edirik ki, iddiaçının iddia tələbi tam əsassızdır və aşağıda qeyd olunan əsaslara görə məhkəmə tərəfindən təmin edilməməlidir. İş materiallarına əlavə olunmuş AZE0******* seriyalı şəxsiyyət vəsiqəsindən müəyyən olunmuşdur ki, İddiaçı xx.xx.1958-ci il təvəllüdlüdür, hal-hazırda 65 yaşı vardır.
4. İşin faktiki hallarına əsasən iddiaçı xx.xx.2023-cü il tarixdə ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün Mərkəzi Filiala müraciət etmişdir, iddiaçının xx.xx.2023cü il tarixli müraciətinə cavab olaraq bildirilmişdir ki, onun sosial sığorta stajı Mərkəzi Filiala təqdim etdiyi əmək kitabçasının və digər sənədlərin (iddiaçıya məxsus ******* nömrəli hərbi biletin surətinə əsasən xx.xx.1976-cı il tarixindən xx.xx.1978-ci il tarixədək hərbi xidmətdə olduğu dövrlər də daxil olmaqla) surətlərinə əsasən 24 il 11 ay 4 gün təşkil edir. Həmçinin bildirilmişdir ki, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 01.01 2006-cı il tarixədək 24 il 2 ay 4 gün sığorta stajına uyğun olaraq 22315,27 manat, xx.xx.2022-ci il tarixindən xx.xx.2023-cü il tarixədək 364,41 manat olmaqla, ümumilikdə 22679,68 manat təşkil etmişdir. Bu məbləğ də iddiaçının pensiya yaşının tamam olduğu tarixdə qanunvericiliklə tələb olunan 40320 manat pensiya kapitalından az olmuş və əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməmişdir. Qeyd olunan səbəblərə görə də ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir.
5. İddiaçının əmək kitabçasının surətində qeyd edilmiş xx.xx.1979-cu il tarixindən xx.xx.1979-cu il tarixədək (işdən çıxma əmri olmadığı üçün) olan dövrlərin doldurulma qaydaları pozulduğu üçün həmin dövrün sığorta stajına daxil edilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır. Beləliklə vətəndaşın xx.xx.1969-cu il tarixindən xx.xx.1973-cü il tarixədək Ermənistan Respublikası Vardenis rayonunun Metc Marza kolxozunda işlədiyi və xx.xx.1979-cu it tarixindən xx.xx.1979-cu il tarixədək Ermənistan Respublikası Vardenis rayonu kənd tikinti sahəsində işlədiyi dövrlər onun sosial sığorta stajına daxil edilməmişdir.
6. Həmçinin bunu da məhkəmənin diqqətinə çatdırmaq istərdik ki, iddiaçının fərdi hesabının sığorta hissəsində xx.xx.2022-ci il tarixindən xx.xx.2023-cü il tarixədək 427,42 manat pensiya kapitalı qeydə alınmışdır.
7. İddiaçı tərəfindən Mərkəzi Filiala təqdim olunan sənədlərdə əmək kitabçasında göstərilən müvafiq dövrlər əmək stajı kimi təsdiqlənmədiyindən, ümumi sığorta stajı qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir.
8. Eyni zamanda bunu da qevd edə bilərik ki, İddiaçı xx.xx.2023-cü il tarixindən 220 manat məbləğində yaşa görə sosial müavinət təyin edilmişdir. Mübahisələndirilən sosial sığorta stajı: xx.xx.1969-cu il tarixindən xx.xx.1973-cü il tarixədək olan dövrlər; xx.xx.1979cu il tarixindən xx.xx.1979-cu il tarixədək olan dövrlər.
9. Qeyd olunanları nəzərə alaraq, iddiaçının ümumi sığorta stajı “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş 25 il sığorta stajından az olduğu üçün ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmiş və ona xx.xx.2023-cü il tarixindən 220 manat məbləğində yaşa görə sosial müavinət təyin edilmişdir.
10. İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
11. İddiaçının vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
12. Cavabdehin nümayəndəsi etiraz məktubuna uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
13. Şəki İnzibati Məhkəməsinin (hakim Fəxri Hacızadə) 15 may 2024-cü il tarixli 2- 1(116)-472/2024 nömrəli qərarı ilə iddia təmin edilmişdir.
14. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı həmin qərardan apellyasiya şikayəti vermişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ
15. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi xx.xx.2024-cü il tarixli qərarında iddiaçının təqdim etdiyi 47 nömrəli əmək kitabçasının surətinə əsaslansa da iddiaçı tərəfindən Mərkəzi Filiala təqdim edilmiş sənədlərdə sözügedən dövrlərə münasibətdə qeydlərdə xx.xx.1979-xx.xx.1979-cu il tarixləri üzrə işdən çıxma əmrinə rast gəlinməmiş, sözügedən hallara münasibətdə məhkəmənin hansı əsaslara uyğun olaraq bu qənaətə gəlməsi ilə bağlı sübutlar təqdim edilməmişdir. Bundan başqa, məhkəmə iddiaçının işlədiyini iddia etdiyi xx.xx.1969xx.xx.1973-cü il tarixləri üzrə əmək kitabçasındakı qeydlərə münasibət bildirməmişdir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1996-cı İl tarixli 186 nömrəli qərarı ilə təsdiq edilmiş "İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”nın 3.4-cü maddəsinə əsasən əmək kitabçasında işə qəbul, başqa daimi işə keçirmək, yaxud işdən azad etmək haqqında bütün qeydlər işəgötürən tərəfindən əmr (sərəncam) verildikdən 5 gündən gec olmamaq şərtilə, işdən azad etmək haqqında isə işçinin işdən çıxarıldığı gün edilir. Lakin, imtina məktubunda qeyd olunduğu kimi 1969-cu il tarixə aid qeyd 1972-1973cü il tarixə aid qeydlərdən sonra əlavə edilməsi özlüyündə əmək kitabçasının mötəbərliyinə əsaslı şübhələr yaradır. Ona görə də apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 15 may 2024-cü il tarixli 2-1(116)-472/2024 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair yeni qərar çıxarılmasını xahiş etmişdir. TƏRƏFLƏRİN İZAHATLARİ
16. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 15 may 2024-cü il tarixli 2-1(116)-472/2024 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair yeni qərar çıxarılmasını xahiş etdi.
17. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 15 may 2024-cü il tarixli 2-1(116)- 472/2024 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi.
18. İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə kollegiyasının araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilir.
1. Cavabdehin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, iddiaçının ilkin tələbinin icrasından imtina olunmuşdur.
2. AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, iddiaçı xx.xx.1958-ci il təvəllüdlüdür.
3. İddiaçıya məxsus AT-İİ ******* saylı Əmək kitabçası.
4. İddiaçıya məxsus 47 nömrəli Əmək kitabçası
5. İddiaçıya məxsus НЗ seriyalı ******* nömrəli hərbi bilet.
6. 47 nömrəli Kolxozçunun əmək kitabçasının Azərbaycan dilində tərcüməsi. TƏTBİQ EDİLƏN HÜQUQ
19. İnzibati Prosessual Məcəllə: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
20. Azərbaycan Respublikası Konstitusiyasının: 12-ci maddəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir.
21. 1 yanvar 2006-cı ilədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə görə iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır.
22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə üzvlərin üzvlük kitabçaları nəzərə alınır.
23. xx.xx.2017-ci il tarixindən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Maddənin qeydinə əsasən, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyən hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. 21.2.11-ci maddəsinə əsasən Sığorta stajına daxil edilən müddətlərdən biri də hərbi xidmət müddətidir (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində hərbi xidmət dövrü daxil olmaqla).
24. “Əmək pensiyaları haqqında” Qanuna əsasən pensiyaların təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2 və 3.2.1 bəndlərinə əsasən 2006-cı ilin 1 yanvar tarixinədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir.
25. Əmək Məcəlləsinin 87-ci maddəsinin 1-ci hissəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü ayı və ili barədə qeydlər göstərilir.
26. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.
24. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. 46.3. Maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır.
APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ
27. Cavabdehin apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının İPM və ya İPM) 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Lakin şikayət əsaslı deyil və Şəki İnzibati Məhkəməsinin 15 may 2024-cü il tarixli 2-1(116)-472/2024 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
28. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.
29. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər.
30. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
31. Birinci instansiya məhkəməsi iddia tələbini təmin edərkən mövqeyini onunla əsaslandırmışdır ki, arxiv sənədlərinə və iddiaçının əmək kitabçasına əsasən iddiaçının 25 ildən artıq sığorta stajı olduğu təsdiq olunduğundan iddia tələbi təmin edilməlidir.
32. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
33. İş materiallarından göründüyü kimi hazırkı iddianı qaldırmaqda iddiaçının hüquqi marağı - ona yaşa görə əmək pensiyasının təyin edilməsindən ibarətdir.
34. İddiaçının yaşa görə əmək pensiyası almaq hüququ “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər yerinə yetiriləcəyi halda müvafiq olaraq 63 yaşda, yəni xx.xx.2023-cü il tarixdə yaranır (iddiaçı xx.xx.1958-ci ildə doğulub).
35. Məhkəmə kollegiyası tərəfindən iş materiallarının tədqiqi zamanı müəyyən edildi ki, iddiaçının cavabdeh tərəfindən qəbul edilən sosial sığorta stajı 24 il 11 ay 4 gün təşkil edir. Cavabdehin apellyasiya şikayətinin dəlili xx.xx.1975-ci il tarixli əmək kitabçasında 1969-cu il tarixli qeydin 1972-1973-cü il tarixli qeydlərdən sonra yazılması və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1996-cı il tarixli 186 nömrəli qərarı ilə təsdiq edilmiş işçilərin əmək kitabçasının forması və onun tərtibi qaydalarına əsasən iddiaçının əmək kitabçasının surətində qeyd edilmiş xx.xx.1979-cu il tarixindən xx.xx.1979-cu il tarixədək (işdən çıxma əmri olmadığı üçün) olan dövrlərin doldurulma qaydaları pozulduğu üçün həmin dövrün sığorta stajına daxil edilməməsi ilə bağlı olmuşdur.
36. Kollegiya apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək qeyd edir ki, iddiaçının təqdim etdiyi 47 nömrəli Kolxozçunun əmək kitabçasının Azərbaycan dilində tərcüməsindən görünür ki, iddiaçı xx.xx.1979-cu il tarixdə 83 nömrəli əmrlə Vardeniz rayonu kənd tikinti sahəsində 4-cü dərəcəli usta kimi işə qəbul edilmiş, xx.xx.1979-cu il tarixdə öz ərizəsinə əsasən 150 nömrəli əmrlə işdən azad edilmişdir. Göründüyü kimi cavabdehin mübahisələndirilən dövrlə bağlı imtinası əsassızdır. Həmin 3 ay 18 gün dövrün iddiaçının sosial sığorta stajına daxil edilməsi ilə tələb olunan 25 illik dövr tamamlandığından digər dövrə münasibət bildirilməsinə prosessual qənaət prinsipi baxımından zərurət qalmır.
37. İddiaçının məhkəmə araşdırması zamanı müəyyən edilən sosial sığorta stajı ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün yetərli olduğundan, birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, cavabdeh inzibati orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmamışdur.
38. Bundan başqa məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən cavabdehin nümayəndəsi hazırkı mübahisənin məhkəmədən kənar həll edilməsi üçün iş üzrə sorğular verildiyini bildirərək həmin sorğuların cavabları gələnə qədər onlara vaxt verilməsini və məhkəmə iclasının təxirə salınaraq başqa tarixə təyin edilməsini xahiş etmiş və məhkəmə kollegiyasının iclası bununla bağlı təxirə salınmışdır. Lakin hazırkı vaxta qədər cavabdeh tərəfindən mübahisə məhkəmədən kənar həll edilmədiyindən və kollegiyanın sonuncu iclasında iştirak edən iddiaçı izahatında iclasın təxirə salınmasına etiraz edərək bunun süründürməçiliyə səbəb olduğunu bildirdiyindən məhkəmə kollegiyası hesab edir ki, qanunvericilikdə inzibati işlərə baxılma müddəti nəzərə tutulmasa da, cavabdeh tərəfindən mübahisənin məhkəmədən kənar həll edilməsi üçün hər hansı hərəkət edilməməsi və bu səbəbdən məhkəmə iclaslarının dəfələrlə təxirə salınması inzibati prosessual qanunvericiliyin tələblərində hazırkı işə baxılma müddətinin lüzumsuz və əsassız uzadılmasına səbəb olduğundan cavabdehin vəsatəti təmin olunmamalı və qərar qəbul edilməlidir.
39. Yuxarıda qeyd olunan işin hallarını, aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən qüvvədə saxlanılmalı, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir.
40. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 81.2, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası
QƏRАRА АLDİ:
Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 15 may 2024-cü il tarixli 2-1(116)-472/2024 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. İnzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.